Məhkəmə qərarları › İş №2-1(103)-2305/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2305/2021

03.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2305/2021 03.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Azər Soltanhəmid oğlunun sədrliyi və məruzəsilə, Məmmədov Məmməd Allahverdi oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, İsmayılzadə Rəhim Fərman oğlunun katibliyi, Üçüncü şəxsin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Təşkilat-Səfərbərlik İdarəsinə (üçüncü şəxs: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyası) qarşı “müddətli hərbi xidmətdən ehtiyata buraxılması” barədə tələbinə dair inzibati iş üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 16.12.N19-cu il tarixli, 2-1(81)- 4380/N19 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında apellyasiya qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Təşkilat- Səfərbərlik İdarəsinə və üçüncü şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının Daxili İşlər Nazirliyinin Polis Akademiyasında təhsil aldığı 1314 günün müddətli həqiqi hərbi xidmətin 328 günü kimi hesablanması, ümumi əsaslarla müddətli həqiqi hərbi xidmət dövrünün (1 il 6 ay=548 gün, 548-328=N0) tam şəkildə ödənilməsi üçün qalan 22 günün 06.12.N18-ci il tarixində tamamlanmış hesab edilməsi, onun 06.12.N18-ci il tarixindən müddətli hərbi xidmətdən ehtiyata buraxılması barədə qərar qəbul edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırmışdır ki, iddiaçı N14-cü ildə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin ƏN53 ş/h-001-14 saylı əmri ilə Polis Akademiyasına daxil olmuş, 17.03.N18-ci il tarixində intizam qaydalarının pozulması səbəbindən Polis Akademiyası rəisinin eyni tarixli əmri ilə Polis Akademiyasından kursantlar sırasından xaric edilmişdir. Faktiki olaraq 3 il, 7 ay 09 gün hərbi kafedrası olan hərbi qulluqçu hazırlayan Daxili İşlər Nazirliyinin kursantı olmuşdur. Polis Akademiyasından xaric olunduqdan sonra Akademiyanın 11 aprel N18-ci il tarixli arayışı verilməklə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yasamal rayon İdarəsi tərəfindən müddətli həqiqi xidmətə göndərilmiş və N saylı hərbi hissənin Bərdədə yerləşən bölməsində xidmət keçmişdir. 26 aprel N18-ci il tarixindən etibarən 22 aprel N19-cu il tarixinədək müddətli həqiqi hərbi xidmətdə olmuşdur. 22 aprel N19-cu il tarixində DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən tutulmuşdur, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılır. 25.12.N18-ci il və 02.08.N19-cu il tarixlərində Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Silahlı Qüvvələrin Baş qərargahı Təşkilat-Səfərbərlik İdarəsinə hərbi xidmətdən ehtiyyata buraxılması haqqında ərizələrlə müraciət etmişdir. Ərizələrə cavab olaraq bildirilmişdir ki, hərbi xidmətkeçmə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunla tənzimlənir. Həmin Qanunun 28.4-cü maddəsinə əsasən müvəffəqiyyətsizliklərinə, təhsillərini davam etdirmək istəmədiklərinə və intizamsızlıqlarına görə hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı ali təhsil müəssisələrindən xaric edilən (18 yaşınadək və ya xəstəliyi ilə əlaqədar hərbi xidmətə yararsız hesab olunduğuna görə xaric edilən şəxslər istisna olmaqla) kursantlar müddətli həqiqi hərbi xidmət keçmək üçün hərbi hissələrə göndərilirlər. Bu zaman həmin kursantların hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı ali təhsil müəssisələrində aldıqları təhsil müddətinin hər 4 günü 1 gün sayılmaqla müddətli həqiqi hərbi xidmət müddətinə hesablanır və onlar xidmət müddəti başa çatdıqda müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən ehtiyata buraxılırlar. Eyni zamanda bildirilmişdir ki, iddiaçı Daxili İşlər Nazirliyinin Polis Akademiyasından xaric edildikdən sonra müddətli həqiqi hərbi xidmət keçmək üçün hərbi hissəyə göndərilməmişdir və Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yasamal rayon İdarəsi tərəfindən ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırılmışdır. Qeyd olunanlara əsasən əsgər İddiaçı “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 38.1.1ci maddəsinə uyğun olaraq 1 il 6 ay xidmət keçdikdən sonra həqiqi hərbi xidmətdən ehtiyata buraxılacaqdır. İddiaçı Daxili İşlər Nazirliyinin Polis Akademiyasında 3 il 7 ay 9 gün təhsil almışdır. Məhz 17.03.N18-ci il tarixində Akademiyadan nizam-intizam qaydalarının pozulmasına görə xaric edilmişdir. Belə olduğu təqdirdə onun təhsil aldığı müddətin 4 gün həqiqi hərbi xidmətin 1 gününə uyğun şəkildə hesablanmalı və o hərbi xidmətə çağırılmamalı idi. İddiaçı qeyd etmişdir ki, O, 3 il 7 ay 9 gün təhsil almaqla ümumilikdə 1314 gün Daxili İşlər Nazirliyinin Polis Akademiyasında yəni hərbi kafedrası olan hərbi qulluqçu hazırlayan ali təhsil müəssisəsində kursant kimi keçmişdir. Qanunvericiliyə əsasən Polis Akademiyasında təhsil aldığı hər 4 gün müddətli həqiqi hərbi xidmətin 1 gününə bərabər olduğundan O, 328 gün müddətli həqiqi hərbi xidmətdə olmuşdur. Ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətdə olmaq 1 il 6 ay = 548 gün olduğundan və onun təhsil aldığı 328 gün (1.314 günün hər 4 günü 1 gün hesablanmaqla, 328 gün) müddətli həqiqi hərbi xidmətə bərabər olduğundan, müddətli həqiqi xidmətin tam şəkildə ödənilməsi üçün geridə 2N gün qalır. Yəni onun Polis Akademiyasından xaric edildikdən sonra hərbi xidmət keçməli olduğu müddət 2N gün olmalı idi. N aprel N18-ci il tarixində müddətli həqiqi hərbi xidmətə çağırılmışdır. Hərbi xidmət keçdiyi dövrdə, yəni N aprel N18-ci il tarixindən 22 aprel N19-cu il tarixinə kimi ümumilikdə 361 gün hərbi xidmət keçmişdir. O faktiki olaraq 141 gün müddətdən artıq hərbi xidmətdə saxlanılmışdır. Müdafiə Nazirliyi tərəfindən hələ də tərxis olunmamış və ehtiyata buraxılmamışdır. Bununla da onun Azərbaycan Respublikası Konstitusiyası ilə, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunu ilə təsbit edilmiş hüquqları pozulmuşdur. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 16.12.N19-cu il tarixli, 2-1(81)-4380/N19 saylı qərarı ilə iddia tələbi təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 16.12.N19-cu il tarixli, 2-1(81)-4380/N19 saylı qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən DİN-in Polis Akademiyasının hüquq təhsilli kadrlarının hərbi qulluqçu olmasına dair heç bir araşdırma aparmamışdır. İddiaçının Akademiya tərəfindən birbaşa hərbi hissəyə göndərilməməsi Akademiyanın hərəkətsizliyi olmuşdur. İddiaçının Səfərbəlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə çoxsaylı müraciətlərindən sonra, O, ümumi əsaslarla hərbi xidmətə çağırılmışdır. Apellyasiya baxışı zamanı üçüncü şəxsin nümayəndəsi iş materiallarına uyğun izahat verərək şikayətin təmin olunmamasını, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 16.12.N19cu il tarixli, 2-1(81)-4380/N19 saylı qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçı və cavabdeh (nümayəndələri) məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan şəxslərin (nümayəndələrinin) iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. İlk növbədə qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası üçüncü şəxsin nümayəndəsinin izahatını dinləyib, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan: – N nömrəli hərbi hissə komandirinin N aprel N18-ci il tarixli əmrindən çıxarışdan görünür ki, İddiaçı müddətli həqiqi hərbi ximdət keçmək üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq qurumundan gəldiyinə görə N aprel N18-ci il tarixdə hərbi hissəsinin şəxsi heyətinin siyahısına daxil edilərək, bütün növ təminatlara qoyulmuş və “əsgər” hərbi rütbəsi verilməklə, 2-ci divizionun döyüşü idarəetmə bölməsinin zenit-raket manqasının-atıcısı vəzifəsinə təyin olunmuşdur. – N nömrəli hərbi hissə komandirinin N aprel N19-cu il tarixli əmrindən çıxarışdan görünür ki, “əsgər” İddiaçı, 2-ci divizionun döyüşü idarəetmə bölməsinin zenit-raket manqasının-atıcısı ezamiyyətə, Azərbaycan Respubıikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə 3 gün müddətinə, 22 aprel N19-cu il tarixdən N nömrəli hərbi hissəsnin qazan təminatından çıxarılmışdır. – Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən verilmiş 21.05.N19-cu il tarixli, ***-*******9 saylı məktubdan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq şöbəsində Azərbaycan Respublikası CM-in 182.2.2-ci maddəsi ilə cinayət işinin ibtidai istintaqı aparılır. Cinayət işinin istintaqı zamanı Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olan xx.xx.1997-ci il təvəllüdlü X1 əvvəllər törətdiyi hədə-qorxu ilə tələb etmə cinayətinə görə 23 aprel N19-cu il tarixdə Azərbaycan Respublikası CM-in 182.2.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona ittiham elan olunmuş və həmin tarixdə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilməklə cinayət işinin istintaqı davam etdirilir. – Cavabdeh tərəfindən iddiaçıya verilmiş 02.08.N19-cu il tarixli, N/2199 saylı imtina məktubundan görünür ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 28.4-cü maddəsinə istinad olunaraq, əsgər İddiaçı Daxili İşlər Nazirliyinin Polis Akademiyasından xaric edildikdən sonra müddətli həqiqi hərbi xidmət keçmək üçün hərbi hissəyə göndərilmədiyi və Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yasamal Rayon İdarəsi tərəfindən ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırıldığı, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 38.1.1-ci maddəsinə uyğun olaraq 1 il 6 ay xidmət keçdikdən sonra həqiqi hərbi xidmətdən ehtiyata buraxılacağı bildirilmişdir. Birinci instansiya məhkəməsi işin müəyyən olunmuş hallarına “Hərbi vəzifə və hərbi xidmət haqqında” 23 dekabr N11-ci il tarixli Azərbaycan Respublikası Qanunun 28.4-cü maddəsini, Azərbaycan Respublikası Prezidentinin N10-cu il 24 may tarixli Fərmanı ilə təsdiq edilmiş “Xüsusi təyinatlı təhsil müəssəsələrinin təsis edilməsi Qaydaları”nı, Azərbaycan Respublikası Prezidentinin 04 avqust N18-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasının Nizamnaməsinin 1.3, 2.2-ci bəndlərini tətbiq etməklə belə qərara gəlmişdir ki, iddiaçıya dair əmrlərdən görünür ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının təhsil aldığı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyası xüsusi təyinatlı təhsil müəssisəsi olsa da, lakin Akademiya hərbi qulluqçu hazırlayan təhsil müəssisəsi deyil, daxili işlər orqanlarında xidmət etmək üçün ali hüquq təhsilli kadrlar hazırlayan təhsil müəssisəsidir. Buna görə də onun həmin təhsil müəssisəsinə qəbul olunaraq, təhsil müəssisəsindən xaric olanadək aldığı təhsil müddəti “Hərbi vəzifə və hərbi xidmət haqqında” 23 dekabr N11-ci il tarixli Azərbaycan Respublikası Qanunun 28.4-cü maddəsinə uyğun olaraq hər 4 günü 1 gün sayılmaqla müddətli həqiqi hərbi xidmət müddətinə hesablana bilməz. Həmçinin, iddiaçı ali təhsil müəssisələrindən xaric edildikdən sonra, Daxili İşlər Nazirliyinin Polis Akademiyası tərəfindən müddətli həqiqi hərbi xidmət keçmək üçün hərbi hissəyə göndərilməmiş, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yasamal Rayon İdarəsi tərəfindən ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırılmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin N10-cu il 24 may tarixli Fərmanı ilə təsdiq edilmiş “Xüsusi təyinatlı təhsil müəssəsələrinin təsis edilməsi Qaydaları”na əsasən Daxili İşlər Nazirliyinin Polis Akademiyası xüsusi təyinatlı təhsil müəssisəsidir. Azərbaycan Respublikası Prezidentinin 04 avqust N18-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasının Nizamnaməsinin 1.3-cü bəndinə əsasən Akademiyanın fəaliyyətinin əsas məqsədi Daxili İşlər Nazirliyi üçün ali hüquq təhsilli kadrlar hazırlamaq və daxili işlər orqanları əməkdaşalrının əlavə təhsil almalarını təşkil etməkdən ibarətdir. Həmin Nizamnamənin 2.2-ci bəndinə əsasən Akademiyanın fəaliyyətinin əsas istiqaməti daxili işlər orqanlarında xidmət etmək üçün ali hüquq təhsilli kadrlar hazırlamaqdan ibarətdir. Göründüyü kimi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasının fəaliyyətinin əsas məqsədi hərbi qulluqçular deyil, Daxili İşlər Nazirliyi üçün ali hüquq təhsilli kadrlar hazırlamaq və daxili işlər orqanları əməkdaşlarının əlavə təhsil almalarını təşkil etməkdən ibarətdir. Belə olan halda birinci instansiya məhkəməsi haqlı olaraq iddia tələbinin təmin edilməməsi qərarına gəlmişdir. Ona görə də şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 16.12.N19-cu il tarixli, 2-1(81)-4380/N19 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardan kassasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar