Məhkəmə qərarları › İş №2-1(103)-2306/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2306/2022

28.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2306/2022 28.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X6 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədən və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, Ayşəm Lehsan qızı Əliyevanın katibliyi ilə, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “ona 57 yaşdan, yəni xx.xx.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3762/2022 saylı 06 aprel 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 28 sentyabr 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı xx.xx.1963-cü il təvəllüdlüdür. HZ seriyalı ******* saylı xx.xx.1981-ci il tarixli hərbi biletdən görünür ki, iddiaçı xx.xx.1981-ci il tarixdən xx.xx.1983-cü il tarixə qədər həqiqi hərbi xidmətdə olmuşdur. B seriyalı 814187 saylı xx.xx.1981-ci il tarixli diplomdan görünür ki, İddiaçı 01 sentyabr 1978-ci il tarixdən 18 iyun 1981-ci il tarixinədək 59 №-li Şəhər Texniki-Peşə Məktəbində təhsil almışdır. İddiçıya məxsus İT seriyalı ******* saylı xx.xx.1981-ci il tarixli əmək kitabçasından görünür ki, o, xx.xx.1981-ci ildə (əmr № 48-k, xx.xx.1981-ci il) “Azneft” Birliyi Qobustan TNl-yə avtomobillərin təmiri üzrə 2-ci dərəcəli çilingər peşəsinə işə qəbul edilmiş, xx.xx.1981-ci ildə (əmr №65-k, xx.xx.1981-ci il) Sovet Ordusu sıralarına çağırılması ilə əlaqədar işdən azad olunmuşdur. xx.xx.1983-cü ildə (əmr № 79- k, xx.xx.1983-cü il) “Azneft” X4 Qazma İdarəsi Qobustan TNl-yə 2- ci dərəcəli motorçu-çilingər peşəsinə işə qəbul edilmiş, xx.xx.1984-cü ildə (əmr № 40-k, xx.xx.1984-cü il) avtomobillərin təmiri üzrə 3-cü dərəcəli motorçu-çilingər peşəsinə keçirilmiş, xx.xx.1984-cü ildə (əmr № 76-k, xx.xx.1984-cü il) avtomobillərin təmiri üzrə 4- cü dərəcəli motorçu-çilingər peşəsinə keçirilmiş, xx.xx.1985-ci ildə (əmr №50-k, xx.xx.1985-ci il) avtomobillərin təmiri üzrə 5-ci dərəcəli motorçu-çilingər peşəsinə keçirilmiş, xx.xx.2003-cü ildə (Əmr№71k xx.xx.2003-cü il) işdən azad olunaraq X7 İşləri İdarəsi X8 təmir emalatxanası üzrə 5-ci dərəcəli avtomobillərin təmiri üzrə çilingər peşəsinə işə təyin edilmiş (Əmr №56k xx.xx.2003), xx.xx.2005-ci ildən X8 təmir emalatxanası üzrə 6-cı dərəcəli avtomobillərin təmiri üzrə çilingər peşəsinə keçirilmiş (Əmr №38k xx.xx.2005-ci il), xx.xx.2007-ci ildə işdən azad edilmiş (Əmr № 156k xx.xx.2007-ci il), xx.xx.2007-ci ildə təmir emalatxanası üzrə 6-cı dərəcəli avtomobillərin təmiri üzrə çilingər peşəsinə işə qəbul edilmiş (Əmr № 31k xx.xx.2007-ci il), xx.xx.2014-cü ildə işdən azad edilmiş (Əmr №64k xx.xx.2014-cü il), xx.xx.2014-cü ildə təmir emalatxanası üzrə 6-cı dərəcəli avtomobillərin təmiri üzrə çilingər peşəsinə işə qəbul edilmiş (Əmr № 465k xx.xx.2014-cü il), xx.xx.2014-cü ildə işdən azad edilmiş (Əmr №1504k xx.xx.2014-cü il), xx.xx.2014-cü ildə ARDNŞ Nəqliyyat İdarəsi 6 saylı Texnoloji Nəqliyyat Departamentinə bağlanmış əmək müqaviləsi ilə 1 saylı avtomobil dəstəsinə 6-ci dərəcəli avtomobil sürücüsü peşəsinə işə qəbul edilmiş (Əmr № 143k xx.xx.2014-cü il), xx.xx.2015-ci il tarixdə işdən azad edilmiş (Əmr №1804k xx.xx.2015-ci il), xx.xx.2015-ci il tarixdə 1 saylı avtomobil dəstəsinə 6-ci dərəcəli avtomobil sürücüsü peşəsinə təyin olunmuş (Əmr №506/k xx.xx.2015-ci il), xx.xx.2016-cı il tarixdə 1 saylı avtomobil dəstəsinə 6-cı dərəcəli qaldırıcının maşinisti peşəsinə keçirilmiş (Əmr 1616/k xx.xx.2016-cı il), xx.xx.2020-ci il tarixində işdən azad edilmiş (Əmr №1258/k xx.xx.2020-ci il), xx.xx.2020-ci il tarixində SOCAR 3 saylı Texnoloji Nəqliyyat Departamentində sementləyici aqreqatın motorçusu peşəsinə işə qəbul edilmişdir (Əmr № 08-k xx.xx.2020ci il). SOCAR-ın SOCAR**********080020123X00163 saylı xx.xx.2020-ci il tarixli arxiv arayışından görünür ki, SOCAR-ın Baş ofisinin Mərkəzi Arxivində saxlanılan sənədlərə əsasən xx.xx.1963-cü il təvəllüdlü İddiaçı həqiqətən xx.xx.1979-cu ildən xx.xx.1980-cı ilədək (əmr № 62-k, xx.xx.1979-cu il) 2-ci dərəcəli avtoçilingər peşəsi üzrə ödənişsiz təcrübə keçməsi üçün (təcrübə günləri çərşənbə axşamı, cümə) “Azneft” Birliyi X3 İdarəsinə (TNİ) göndərilmişdir. xx.xx.1980-cı ildən xx.xx.1981-ci ilədək (əmr № 57-k, xx.xx.1980-cı il) avtoçilingər şagirdi kimi ödənişli təcrübə keçməsi üçün (təcrübə günləri bazar ertəsi, cümə axşamı) “Azneft” Birliyi Qobustan TNl-yə göndərilmişdir. xx.xx.1981-ci ildən xx.xx.1981-ci ilədək (əmr № 31-k, xx.xx.1981-ci il) 2-ci dərəcəli avtoçilingər peşəsi üzrə bütün həftəlik iş günlərində “Azneft” Birliyi Qobustan TNl-də ödənişli istehsalat təcrübəsi keçmişdir. xx.xx.1981-ci ildə (əmr № 48-k, xx.xx.1981-ci il) “Azneft” Birliyi Qobustan TNl-yə avtomobillərin təmiri üzrə 2- ci dərəcəli çilingər peşəsinə işə qəbul edilmişdir. xx.xx.1981-ci ildə (əmr №66-k, xx.xx.1981-ci il) Sovet Ordusu sıralarına çağırılması ilə əlaqədar işdən azad olunmuşdur. xx.xx.1983-cü ildə (əmr № 79-k, xx.xx.1983-cü il) “Azneft” X4 Qazma İdarəsi Qobustan TNl-yə 2-ci dərəcəli motorçuçilingər peşəsinə işə qəbul edilmişdir. xx.xx.1984-cü ildə (əmr № 40-k, xx.xx.1984-cü il) avtomobillərin təmiri üzrə 3- cü dərəcəli çilingər peşəsinə keçirilmişdir. xx.xx.1984-cü ildə (əmr № 76-k, xx.xx.1984-cü il) avtomobillərin təmiri üzrə 4-cü dərəcəli çilingər peşəsinə keçirilmişdir. xx.xx.1985-ci ildə (əmr № 50-k, xx.xx.1985-ci il) avtomobillərin təmiri üzrə 5-ci dərəcəli çilingər peşəsinə keçirilmişdir. SOCAR-ın Baş ofisinin Mərkəzi Arxivində “Azneft” Birliyinin Qobustan TNİ-nin 2002-ci ilədək olan sənədləri saxlanıldığından işdən azad olunma barədə qeyd göstərmək mümkün deyildir. Haqq-hesab cədvəllərində 2002-ci ilin dekabr ayınadək işləməsi göstərilmişdir. SOCAR-ın SOCAR**********80020115X00094 saylı xx.xx.2020-ci il tarixli arxiv arayışından görünür ki, iddiaçı X7 İşləri İdarəsində işləmişdir. SOCAR-ın xx.xx.2007-ci il tarixli, 51 saylı və xx.xx.2007-ci il tarixli, 60 saylı əmri ilə “Kompleks qazma işləri” tresti yaradılmışdır. Qobustan KQİİ yenidən təşkil edilərək hüquqi şəxs statusuna malik olmayan təşkilat kimi SOCAR-ın “Kompleks qazma işləri” trestinin tabeliyinə verilmişdir. “Kompleks qazma işləri” trestinin xx.xx.2012-ci il tarixli, 82 saylı əmrinə əsasən Qobustan KQİİ qazma sexi kimi xx.xx.2012-ci il tarixdən Abşeron Qll-in tərkibinə verilmişdir. SOCAR-ın xx.xx.2013-cü il tarixli, SOCAR/13-1000/01/SM-05-000034 saylı əmrinə əsasən “Kompleks qazma işləri” trestinin X12 İdarəsi ləğv olunaraq trestin Abşeron İstehsalat bölümü kimi fəaliyyət göstərir. İddiaçı xx.xx.2003-cü ildən xx.xx.2005-ci ilədək X7 İşləri İdarəsi X8 təmir emalatxanası üzrə 5-ci dərəcəli avtomobillərin təmiri üzrə çilingər peşəsinə işə təyin edilib (Əmr №56k xx.xx.2003-cü il). xx.xx.2005-ci ildən xx.xx.2007-ci ilədək X8 təmir emalatxanası üzrə 6-cı dərəcəli avtomobillərin təmiri üzrə çilingər peşəsinə keçirilib (Əmr №38k xx.xx.2005-ci il), xx.xx.2007-ci ildə işdən azad edilib (Əmr № 156k xx.xx.2007-ci il). Ümumi iş stajı 04 il 2 ay 12 gün təşkil edir. İddiaçı ona güzəştli şərtlərlə yaşa görə pensiyasının təyin edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən onun tələbinin təmin olunmasından imtina olunmuşdur. Belə ki, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış **********2 saylı xx.xx.2021-cu il tarixli imtina məktubunda bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericililklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş 25 il ümumi iş stajı olan və bu stajın azı 12 il 6 ayını zərərli və ağır işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Mərkəzi Filiala təqdim etdiyi SOCAR-ın Baş ofisinin Mərkəzi Arxivinin xx.xx.2020-ci il tarixli SOCAR**********80020123X00163 nömrəli arayışında xx.xx.1981- xx.xx.2002-ci il tarixləri arasındakı dövr ərzində “Azneft” X1 Texnoloji Nəqliyyat İdarəsində avtomobillərin təmiri üzrə çilingər və motorçu çilingər vəzifələrində işlədiyi qeyd olunmuşdur. İşlədiyi vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulmamışdır. Bu səbəbdən də 1 yanvar 2006-cı il tarixinədək güzəştli iş stajı yoxdur. Bundan başqa 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajı da 25 ildən az (24 il 3 ay 9 gün (xx.xx.1981-xx.xx.1981-ci il, xx.xx.1981-xx.xx.1983cü il və xx.xx.1983-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Qeyd olunanları nəzərə alaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericilik tələbləri baxımından mümkün hesab edilmir. Cavabdehin imtina məktubundan narazı qalan İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı hazırki iddia ilə məhkəməyə müraciət edərək, “ona 57 yaşdan, yəni xx.xx.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması” barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, 01 yanvar 2006-ci il tarixinə ümumi iş stajı həqiqi hərbi xidmət illəri də nəzərə alınmaqla 26 il 10 ay 18 gün təşkil etmiş (25 ildən artıq), həmin staj illərindən 19 il 4 ay 3 gün (12 il 6 aydan artıq) müddətini 01 yanvar 2006cı il tarixinədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 saylı qərarına 2 №-li əlavə, 2 №-li siyahısına daxil olan işlərdə çalışmışdır. Bununla da həmin Qanunun tələblərinə cavab verən ümumi və xüsusi iş stajlarını toplamış, bu səbəbdən də 57 yaşına çatdığı 02 may 2020-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ qazanmışdır. Cavabdehin etirazları: İş üzrə cavabdeh tərəfindən iddiaya dair yazılı etiraz verilərək bildirilmişdir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. İddiaçı xx.xx.2021-ci il tarixdə Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı ərizə ilə müraciət etmiş, lakin ərizəçinin müraciətinə baxılaraq, qanunvericiliklə tələb olunan güzəştli əsaslarla sığorta stajının mövcud olmaması səbəbindən təyin edilməsinin mümkün hesab edilmədiyi bildirilmişdir. Belə ki, iddiaçının müraciətində təqdim etdiyi SOCAR Baş ofisinin Mərkəzi Arxivinin xx.xx.2020-ci il tarixli arayışında onun xx.xx.1981-ci il tarixdən xx.xx.1981-ci il tarixədək “Azneft” Birliyi X3 İdarəsində avtomobillərin təmiri üzrə 2-ci dərəcəli çilingər peşəsində işlədiyi, xx.xx.1983-cü il tarixdən “Azneft” X4 Qazma İdarəsində 2-ci dərəcəli motorçuçilingər vəzifəsinə qəbul edildiyi, digər dövrlərdə 3-cü dərəcəli çilingər, 4- cü dərəcəli çilingər, 5-ci dərəcəli çilingər vəzifələrinə keçirildiyi qeyd olunmuşdur. Lakin SOCAR Baş ofisinin Mərkəzi Arxivinin arayışında iddiaçının isdən azad olunması barədə hər hansı qeyd göstərilməmişdir. xx.xx.2020-ci il tarixli arayışda qeyd olunmuş vəzifələr (avtomobillərin təmiri üzrə çilingər və motorçu-çilingər) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda nəzərdə tutulmamışdır. Bu səbəbdən də onun 1 yanvar 2006-cı il tarixədək güzəştli iş stajı mövcud olmamışdır. Qanunvericilik normasının məzmunundan da göründüyü kimi, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yaranması üçün azı 12 il 6 ay güzəştli sığorta stajına malik olmalıdır. Eyni zamanda iddiaçı tərəfindən Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına ünvanlanan xx.xx.2021ci il tarixli ərizəsində və xx.xx.2021-ci il tarixli məhkəməyə təqdim olunmuş iddia ərizəsində “Azneft” X4 Qazma İdarəsində işlədiyi çilingər-motorçu vəzifəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq olunmuş 2 nömrəli siyahısında 2130100a-14713 koduna uyğun olduğu qeyd edilmişdir. Lakin Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq olunmuş 2 nömrəli siyahısında 2130100a-14713 koduna uyğun vəzifə kimi qazma qurğularının motorçuları qeyd olunmuşdur. Həmçinin, SOCAR Baş ofisinin Mərkəzi Arxivinin xx.xx.2020-ci il tarixli arayışında qeyd olunmuşdur ki, bəzi arxiv sənədlərində ərizəçinin adı Ədilov Ağabala olaraq göstərilmişdir. Belə olan halda iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələblərinə əsasən mümkün hesab edilməmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3762/2022 saylı 06 aprel 2022-ci il tarixli qərarı ilə iddianın təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmışdır. Tərəflərin izahatları: Cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Apellyasiya baxışı zamanı İddiaçı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunsa da, məhkəmə iclasında iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. İnzibati məhkəmə icraatının iştirakçısı hazırki işə iddiaçının iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Bununla bağlı məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə İddiaçı iştirakı olmadan baxılıb iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın imtina məktubunun tarixi xx.xx.2021-ci il tarixdir. Lakin həmin imtina məktubunun iddiaçı tərəfindən nə vaxt alınmasını təsdiq edən sübut iş materiallarında mövcud deyil. İddiaçı isə hazırki iddia ilə məhkəməyə xx.xx.2021-ci il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verildiyi üçün mümkündür. İşin mahiyyətinə gəldikdə isə hazırki işdən müəyyən olunur ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı tələbi “ona 57 yaşdan, yəni xx.xx.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması” barədədir. Bununla bağlı o, cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən onun ümumi iş stajının 25 ildən az, yəni 24 il 3 ay 9 gün olması, xx.xx.2006-cı il tarixədək isə güzəştli iş stajının olmaması əsası ilə imtina edilmişdir. Bundan sonra o, məhkəməyə müraciət etmiş, lakin onun iddiası məhkəmə tərəfindən təmin olunmamışdır. Belə ki, işə birinci instnsiya qaydasında baxmış məhkəmə araşdırma zamanı iddiaçının işlədiyi peşələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin vəzifələrin və göstəricilər”in 2 nömrəli Siyahısında nəzərdə tutulmamasına, onun 1 yanvar 2006-cı il tarixədək güzəştli iş stajı mövcud olmamasına, cavabdeh inzibati orqanın iddiaçıya ünvalandığı imtina məktubunun ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilməsi baxımından nəticə etibarilə qanuni və əsaslı olmasına istinad edərək iddianın təmin edilməməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası iddianın təmin edilməməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Əmək pensiyaları haqqında” AR Qanunu xx.xx.2006-cı il tarixdə qüvvəyə minmiş, həmin tarixə qədər isə “Vətəndaşların pensiya təminatı haqqında” AR Qanunu qüvvədə olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 Qərarı ilə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli, xüsusilə ağır olan və eləcə də zərərli və ağır işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahıları iş yerlərinin attestasiyası nəzərə alınmaqla tətbiq olunur. Qeyd olunan Qanuna Azərbaycan Respublikasının xx.xx.1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə edilmiş dəyişikliyə əsasən həmin maddədə (13-cü maddədə) nəzərdə tutulan yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu tərəfindən təsdiq olunaraq xx.xx.2010-cu il tarixli 4027 nömrəli şəhadətnamə ilə normativ hüquqi akt kimi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydaları”nın 2.1.8-ci bəndində göstərilir ki, Qanunun 9.8-ci maddəsinə əsasən Qanunun qüvvəyə mindiyi günədək 9-cu maddədə göstərilən işlərlə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə təyin olunur. Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin siyahı təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraitinin xüsusilə zərərli və xüsusi ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. xx.xx.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü məddəsinin «a» və «b» bəndlərinə əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar - 45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa. b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçiləristehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. Göründüyü kimi, iddiaçı onun xx.xx.2006-cı il tarixə qədər 25 ildən artıq ümumi, 12 il 6 aydan artıq xüsusi stajının tamam olmasına və onun güzəştli şərtlərlə 57 yaşdan əmək pensiyasına çıxmaq hüququnun olduğuna istinad etdiyi üçün əvvəlcə onun “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinin tətbiqi ilə bağlı pensiya hüququnun mümkünlüyü məsələsi yoxlanılmalıdır. Həmin Qanunun 9.8-ci maddəsinin tələbinə görə hüquq münasibətlərinə tətbiq edilməli olan «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin «b» bəndinə əsasən iddiaçının xx.xx.2006-cı il tarixə qədər 25 ildən az olmayan ümumi, 12 il 6 aydan az olmayan xüsusi stajının mövcud olub-olmaması yoxlanılmalıdır. Göründüyü kimi, iddiaçıya “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən 57 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki element mövcud olmalıdır: 1) İddiaçının xx.xx.2006-cı ilə qədər azı 25 il ümumi iş stajının mövcud olması; 2) İddiaçının xx.xx.2006-cı ilə qədər azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması. Hazırki işdə iddiaçı iddiasının əsası kimi istinad etdiyi hallarla bağlı məhkəməyə hərbi biletini, təhsil haqda sənədini (diplomu), əmək kitabçasını və iş yerindən arayışları təqdim etmişdir. İddiaçıya məxsus hərbi biletdən və diplomdan görünür ki, o, müvafiq olaraq xx.xx.1981-ci il tarixdən xx.xx.1983-cü il tarixə qədər həqiqi hərbi xidmətdə olmuş, 01 sentyabr 1978-ci il tarixdən 18 iyun 1981-ci il tarixədək isə təhsil almışdır. Həmin dövrdə qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin “ğ” bəndinə əsasən ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti işçinin iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin “v” bəndinə əsasən isə hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti iş stajına daxil edilən əmək fəaliyyətinin növlərinə daxildir. Hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 21.2.3-cü maddəsinə əsasən müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti sığortaolunanın sığorta stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. SSRİ Nazirlər Sovetinin 04 avqust 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 117 “q” bəndinə görə arxiv idarələrinin arayışları iş stajını təsdiq edən sübut kimi qəbul edilə bilər. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. İddiaçıya məxsus əmək kitabçasına əsasən o, xx.xx.1981-ci ildən əmək fəaliyyətinə başlamış və müxtəlif müəssisələrdə çalışmışdır. Göründüyü kimi, iddiaçının təhsil aldığı dövr (2 il 10 ay 21 gün), hərbi xidmət müddəti (2 il) və əmək kitabçasında qeyd olunan əmək stajı (22 il 3 gün) nəzərə alınmaqla ümumi iş stajı 25 ildən artıq (26 il 10 ay 24 gün) təşkil edir. Göründüyü kimi, iddiaçıya güzəştli şərtlərlə pensiyanın təyin edilməsi üçün iddiaçı xx.xx.2006-cı il tarixədək qanunla tələb olunan 25 il ümumi iş stajına malikdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının 57 yaşdan güzəştli şərtlərlə yaşa görə təqaüdə çıxması üçün ümumi staj (25 il) ilə bağlı tələb tam olaraq ödənilir. Həmçinin Kollegiya iddiaçının güzəştli şərtlərlə ona yaşa görə pensiya təyin edilməsini tələb etdiyi üçün bu tələbin təmin olunması üçün Qanunda nəzərdə tutulan və buna əsas olan bütün şərtlərin ödənilib-ödənilmədiyini yoxlayır və aşağıdakıların da qeyd olunmasını zəruri hesab edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavə olan “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4-cü bəndinə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı tələb olunur. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericilikdə işçinin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerindən arayışın tələb olunması məhz ona dəlalət edir ki, işçinin əmək funksiyasını, yəni işçinin yetirməli olduğu müvafiq işi və ya göstərməli olduğu xidməti (güzəştli olub-olmamasını) işəgötürən müəyyən edir. Qeyd olunmalıdır ki, qanunvericilikdə işçinin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerindən arayışın tələb olunması məhz ona dəlalət edir ki, işçinin əmək funksiyasını, yəni işçinin yetirməli olduğu müvafiq işi və ya göstərməli olduğu xidməti (güzəştli olub-olmamasını) işəgötürən müəyyən edir. Yəni, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. İş materiallarında olan SOCAR-ın “Azneft” İstehsalat Birliyi 2 saylı Nəqliyyat İdarəsinin 53 saylı xx.xx.2021-ci il tarixli güzəştli arayışından görünür ki, iddiaçı xx.xx.2020-ci il tarixdən (Əmr № 08/K xx.xx.2020-ci il) hal-hazıra kimi SOCAR “Azneft” İBnin 3 saylı Texnoloji Nəqliyyat Departamentinin Texnoloji Nəqliyyat sahəsində 6-cı dərəcəli sementləyici aqreqatın motorçusu peşəsində işləyir. İxtisas Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 №-li qərarı ilə təsdiq etdiyi “Güzəztli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”na əsasən güzəştli sayılır. Siyahının 10.2-ci bölməsinin “a” bəndinə əsasən güzəştli staj peşəsinə əsasən 06 ay 20 gün təşkil edir. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nəqliyyat İdarəsinin 6 saylı Texnoloji Nəqliyyat Departamentinin 71 saylı xx.xx.2021-ci il tarixli güzəştli arxiv arayışından görünür ki, iddiaçı xx.xx.2015-ci il tarixdə ARDNŞ Nəqliyyat İdarəsi 6 saylı Texnoloji Nəqliyyat Departamentinə bağlanmış əmək müqaviləsində nəzərdə tutulan şərtlərə uyğun olaraq 1 saylı avtomobil dəstəsinə 6-ci dərəcəli avtomobil sürücüsü peşəsinə təyin olunub (Əmr №506/k xx.xx.2015-ci il). xx.xx.2016-cı il tarixdə 1 saylı avtomobil dəstəsinə 6-cı dərəcəli qaldırıcının maşinisti peşəsinə keçirilib (Əmr 1616/k xx.xx.2016-cı il). xx.xx.2020-ci il tarixindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cü maddəsinin 3-cü hissəsinə əsasən başqa işəgötürənlə əmək müqaviləsi bağladığı üçün işdən azad edilib və əmək müqaviləsi bağlanıb. (Əmr №1258/k xx.xx.2020-ci il). İxtisas Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №-li qərarı ilə təsdiq etdiyi “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”na əsasən güzəştli sayılır. Siyahının 10.2-ci bölməsinin “a” bəndinə əsasən güzəştli staj peşəsinə əsasən 04 il 04 ay 27 gündür. Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq SOCAR-ın “Kompleks qazma işləri” trestinin SOCAR**********30020123X00007 saylı xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, iddiaçının Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə 1993-cü il 21 iyun tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş XXİ fəsildə qeyd edilmiş nəqliyyat sahəsində və Azərbaycan Respublikası Nazirlər Kabineti “Güzəştli şərtlərlə yaşa görə əmək pensyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə xx.xx.2007-ci il tarixli 12 saylı qərarına əsasən Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı 21-ci fəsildə qeyd edilmiş nəqliyyat sahəsində işlədiyi peşələrə aid kod aşkar olunmadığına görə güzəştli arayış təqdim edilməmişdir. Hazırki işə apellyasiya qaydasında baxılarkən məhkəmə kollegiyası iddiaçının güzəştli iş stajının mövcud olmasının cavabdeh inzibati orqan tərəfindən mübahisələndirildiyini nəzərə alaraq İddiaçı “Azneft” İB-nin X3 İdarəsində xx.xx.1981-ci il tarixdən xx.xx.1981-ci il tarixədək işlədiyi təmirçi-çilingər, “Azneft” İB-nin X7 İşləri İdarəsində xx.xx.1983-cü il tarixdən xx.xx.2007-ci il tarixədək işlədiyi çilingər-motorçu, çilingər peşələrinin “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 2 №-li Siyahısında hansı kod altında olan peşəyə uyğun gəlməsi barədə məhkəməyə məlumat verilməsi və bu barədə təfərrüatlı arayışın məhkəməyə təqdim edilməsi ilə bağlı “Azneft” Birliyinə məhkəmə sorğusu göndərmişdir. Həmin sorğuya cavab olaraq xx.xx.2022-ci il tarixdə “Azneft” İstehsalat Birliyindən məhkəməyə daxil olmuş məktubda qeyd edilmişdir ki, xx.xx.1963-cü il təvəllüdlü İddiaçı “Azneft” İB-nin X3 İdarəsində xx.xx.1979-cu il tarixdən xx.xx.1980-ci il tarixədək və xx.xx.1980-ci il tarixdən xx.xx.1981-ci il tarixədək avtoçilingər, xx.xx.1981-ci il tarixdən xx.xx.1981-ci il tarixədək avtomobillərin təmiri üzrə çilingər, "Azneft” İB-nin X9 İşləri İdarəsinin TNİ-də (Texnoloji nəqliyyat idarəsi) xx.xx.1983-cü il tarixdən xx.xx.2007-ci il tarixədək motorçu-çilingər və avtomobillərin təmiri üzrə çilingər peşələrində işləmişdir. İddiaçı qeyd olunan tarixlərdə işlədiyi avtoçilingər, avtomobillərin təmiri üzrə çilingər və motorçu-çilingər peşələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 və 2 №-li Siyahılarında «Neftin qazılması və hasilatı, neft, qaz, qaz kondensatı, kömür və şistin emalı» bölmələrinin 2-ci «Neft-qaz və qaz kondensatının hasilatı» yarımbölmələrində, «Nəqliyyat» və «Ümumi peşələr» bölmələrində nəzərdə tutulmuş peşələrlə eynilik təşkil etmir. Göründüyü kimi, iddiaçının xx.xx.1981-ci il tarixdən xx.xx.2002-ci il tarixinədək işlədiyi motorçu-çilingər və avtomobillərin təmiri üzrə çilingər vəzifəsi ona güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün əsas verən yuxarıda adı çəkilən Siyahıda sadalanan zərərli peşə olaraq zərərli istehsalat sahəsində həyata keçirilmədiyi üçün iddiaçıya tələb etdiyi növdə əmək pensiyasının təyin edilməsi mümkünsüzdür. Buna görə də iddiaçıya əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi üçün onun Azərbaycan Resublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarının 2 saylı əlavəsi ilə təsdiq olunmuş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəşt şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” siyahısında nəzərdə tutulan peşələrdə işləməsi şərti iş üzrə ödənilmədiyindən ona yaşa görə pensiya təyin olunması barədə tələb əsassızdır və birinci instansiya məhkəməsi tərəfindən də düzgün olaraq rədd edilmişdir. Bununla da məhkəmə kollegiyası hesab edir ki, iddiaçının 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmadığı üçün birinci instansiya məhkəməsinin iddia tələbinin təmin edilməməsi barədə gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İddiaçının apellyasiya şikayətinin dəlillərinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, həmin dəlillərin bir qismi formal mülahizə xarakterli olub, iş materialları və qanunvericiliklə təkzib edildiyindən, kifayət qədər əsaslandırılmadığından, bir qismi isə bu qərarın əsaslandırıcı hissəsində göstərilənlərlə bağlı əsassızdır, buna görə də təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3762/2022 saylı 06 aprel 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3762/2022 saylı 06 aprel 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar