Məhkəmə qərarları › İş №2-1(103)-2306/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2306/2023

17.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2306/2023 17.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlillik barədə məlumata dəyişiklik edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 972/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından iddiaçı və cavabdeh tərəfindən ayrıayrılıqda verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, AR ƏƏSMN-nin X1 Sisteminin Əlillik altsistemində ona dair məlumatların əlillik səbəbini “hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar əlillik => gözdən əlil” saxlamaqla, təyinat tarixində və əlillik müddətində düzəliş edilməsi, yəni İİ dərəcə əlilliyin təyinat tarixi olaraq “xx.xx.2019”cu il tarixdən “xx.xx.2001”-ci il tarixinə dəyişdirilməsi və Əlillik və ya sağlamlıq imkanlarının məhdudluq müddətinin “müddətsiz” qeyd edilərək Əlillik altsisteminə daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-972/2023 saylı, xx.xx.2023-ci il tarixli qərarı ilə (hakim S.Salahova) iddia qismən təmin edilərək, “Əlillik” altsistemində İddiaçı təyin edilmiş ikinci dərəcə əlilliyin müddətinin “xx.xx.2024-cü il”–dən “müddətsiz”-ə dəyişdirilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması, iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək, xx.xx.2023-cü il Bakı İnzibati Məhkəməsinin iş 2-1(112)972/2023-cü il saylı qərarında təmin olunmamış iddia tələbinin təmin olunmasını Azərbaycan Respublikası ƏSSMN-nin X1 Sisteminin Əlillik alt sistemində İddiaçı dair məlumatların əlillik səbəbini “HƏRBİ XİDMƏTİ VƏZİFƏLƏRİ İCRA EDƏRKƏN ALİNMİŞDİR”-a, əlillik=>gözdən əlil saxlamaqla təyinat tarixindən düzəliş edilməsi, yəni 2-ci dərəcə əlilliyin təyinat tarixi olaraq xx.xx.2019-cu il tarixindən xx.xx.2001-ci il tarixinə dəyişdirilməsi Azərbaycan Respublikası ƏƏSMN-yi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Daha sonra, iddiaçı məhkəməyə ərizə ilə müraciət edərək iddia tələbindən imtina etdiyini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Həmçinin, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi vəsatətlə məhkəməyə müraciət edərək bildirmişdir ki, iddiaçının əlillik vəziyyəti xx.xx.2019-cu il tarixli müayinə aktı ilə qiymətləndirilmiş və ona Hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar => Gözdən əlilliyi olan şəxs səbəbi ilə ikinci dərəcə müddətsiz əlillik təyin edildiyindən iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Babək Qocayev iş üzrə icraata xitam verilməsinə etirazının olmadığını bildirmişdir. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılan iddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlməyən iddiaçının iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və iddia tələbindən imtina edilməsi barədə ərizə və vəsatəti araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası İPM-in 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası MPM-in 52.1-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Həmin Məcəllənin 52.5-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanunazidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 55.1-ci maddəsinə görə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər iddiaçı iddiadan imtina etməyə haqlıdır. Həmin Məcəllənin 55.4-cü maddəsinə görə iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. Həmin Məcəllənin 55.5-ci maddəsinə görə iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, iddiadan imtina edilməsi qanunazidd deyildir və hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Odur ki, iddia tələbindən imtina edilmə barədə ərizə qəbul edilməli, iddia tələbi üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55, 80, 87, 88 və 89-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçının iddia tələbindən imtina edilmə barədə ərizəsi təmin edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlillik barədə məlumata dəyişiklik edilməsi” tələbinə dair iş üzrə icraata xitam verilsin. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar