Məhkəmə qərarları › İş №2-1(103)-2307/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2307/2021

13.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2307/2021 13.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən və məruzəçi), Həmidov Həmid Üzeyir oğlu və Nağıyeva Elmira Eyvaz qızından ibarət tərkibdə, iddiaçının vəkili Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı bağ sahəsin hüquqların qeydə alınması və çıxarışın verilməsi tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2828/2021 saylı 20.05.2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m üə y y ə n e t d i: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi ünvanında yerləşən ümumi sahəsi 0,25 ha olan 1776 saylı bağ sahəsinə, mərhum atası X2 hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla, bu barədə reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2828/2021 saylı 20.05.2021-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayətinin dəlillərinə görə birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları əhəmiyyətli dərəcədə pozulmuş və düzgün tətbiq edilməmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi İ.Kəlbiyev apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını, iddiaçının vəkili Vəkil onunla razılaşmamış, iddia tələbini müdafiə edərək birinci instansiya məhkəməsinin qərarını qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı aşağıdakılara görə ləğv edilməli, iş məhkəmə icraatının davam etdirilməsi məqsədilə həmin məhkəməyə göndərilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin («İPM») 13-cü maddəsinin tələbinə görə məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 48.1-ci maddəsinin tələbindən isə grünür ki, sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Lakin işə baxan birinci instansiya məhkəməsinin qərarından görünür ki, işə baxlarkən inzibati prosessual qanunvericiliyin tələbləri nəzərə alınmamış, məhkəmə iddiaçıya qanunvericilyiə uyğun olan, münasib iddianın qaldırılmasında yardımçı olmamışdır. Belə ki, iddiaçının işdə iddia ərizəsinə və ona əlavə sənədlərə (o cümlədən bağ sahəsinin icarəyə verilməsi barədə 4 dekabr 1978-ci il tarixli 16514 saylı müqaviləyə , Suraxanı qeydiyyat şöbəsi tərəfindən verilmiş 12.01.2013-cü il tarixli 584774 saylı ölüm haqqında şəhadətnamədən, ünvan =cü il tarixli X/143 saylı cavabdehə ünvanlanmış məktubuna, cavabdehin 23.10.2020-ci il tarxli imtina məktubuna) əsasən müəyyən olunur ki, mübahisələndirilən bağ sahəsin iddiaçının mərhum atası X3 məxsus olmuş, o, 18.12.2012-ci ildə vəfat etmiş, bundan sonra iddiaçı atasından qalmış miras əmlaka dair idd Bakı şəhər 35 aaylı dövlət notariat kontoruna müraciət etmiş, sonuncu tərəfindən vərəsəlik işi açılmış, daha sonra həmin bağ sahəsininin özəlləşdirilməsi ilə bağlı cavabdeh orqana müraciət etmiş, imtina cavabını aldıqda isə n bağ sahəsinin mərhum atasının adına qeydə alınaraq, reyestrdən çıxarış verilməsi baərəd məhkəmədə iddia qaldırmışdır. Birinci instansiya məhkəməsinin qərarından görünür ki, iddianı təmin edərək mübahisəli bağ sahəsinə mərhumun adına çıxarış verilməsini cavabdehin üzərinə qoyarkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 oktyabr tarixli 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”ın 7.1 və 7.2-ci bəndlərinə istinad etmişdir. Halbuki, iddiaçının, Nazirlər Kabinetinin 05.10.2015-ci il tarixli 319 nömrəli qərarına münasibətdə, daha yüksək hüquqi qüvvəyə malik olan «Daşınmaz əmlkın dövlət reyestri haqqında» Qanununun 22.2-ci maddəsi baxımından, bir vərəsi kimi öz adına (digər vərəsələrin buna razılığı olduqda) mərhum atasına məxsus olmuş bağ sahəsinə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və reyestrdən çıxarış verilməsi tələbi ilə məhkəmədə iddia qaldırmaq imkanı mövcuddur. Belə ki, adıçəkilən Qanunun 22.2-ci maddəsinin tələbinə görə müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Göründüyü kimi, ilk öncə hüququn ölmüş şəxsə məxsus olması haqqında qeydiyyat orqanının arayışı alınmalı, bundan sonra həmin arayış əsasında vərəsəlik sənədi (vərəsəlik şəhadətnaməsi) əldə edilərək qeydiyyat orqanına təqdim edilməklə vərəsənin birbaşa qeydiyyat orqanında əmlakı öz adına rəsmiləşdirmək hüququna malikdir. Yəni, konkret halda, Qanunun qeyd olunan tələbinə müvafiq olaraq iddiaçı cavabdehdən ilk öncə, mübahisəli bağ sahəsinin onun ölmsmüş atasına məxsus olması barədə arayış almalı idi, arayışın verilməsindən imtina olunduqda bununla bağlı məcburetmə qaydasında məhkəmədə iddia qaldıra bilərdi. Lakin işə baxan birinci instansiya məhkəməsi tərəfindən qanunun qeyd olunan tələbinə əhəmiyyət verilməmiş, İPM-in 13-cü maddəsinin tələbi qaydasında iddiaçıya iddia tələbinin dəyişdirilməsi üçün müvafiq köməkliyi göstərməmiş, cavabdeh orqanın dəqiqləşdirilmiş iddia tələbinə münasibətini aydınlaşdırmaqla, müvafiq prosessual hərəkətləri yerinə yetirməli olduğu halda, prosessual qanunvericilyin tələblərinin pozulması ilə qərar qəbul etmişdir. Beləliklə də göstərilənləri nəzərə alan məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə birinci instansiya məhkəməsi tərəfindən prosessual hüquq normalarının əhəmiyyətli dərəcədə pozulması ilə qərar qəbul olunduğunu hissəsində rayzılaşır və yekunda belə nəticəyə gəlir ki, onun apellyasiya şikayəti qismən təmin olunmalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2828/2021 saylı 20.05.2021-ci il tarixli qərarı ləğv edilməli, qeyd edilən prosesual pozuntuların aradan qaldırılması üçün iş məhkəmə icraatının davam etdirilməsi və sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə qaytarılmalıdır. İPM-in 87.1.1-ci maddəsinə əsasən inzibati-iqtisadi məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda apellyasiya instansiya məhkəməsi barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati-iqtisadi məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 87.9-cu maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Göstərilənlərə və İPM-in 80, 90-cı maddələrinə əsasən məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Cavabdehin apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2828/2021 saylı 20.05.2021-ci il tarixli qərarı ləğv edilsin. İş materialları məhkəmə icraatının davam etdirilməsi və sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilsin . Qərardaddan kassasiya şikayəti verilmir. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Həmid Həmidov Elmira Nağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar