Məhkəmə qərarları › İş №2-1(103)-2307/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2307/2024

21.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2307/2024 21.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X7 Cəmilovanın sədrliyi və məruzəsi ilə, X1 və X5 ibarət tərkibdə, X4-Yusiflinin katibliyi ilə, İddiaçı və onun nümayəndəsi (həyat yoldaşı) X2, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-4363/2024 saylı 6 mart 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 21 avqust 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı xx.xx.1962-ci il təvəllüdlüdür. İddiaçıya məxsus ИТ-İ ******* nömrəli əmək kitabçasından görünür ki, xx.xx.1979-cu ildən xx.xx.1982-ci ilədək 49 saylı ŞPTM-də təhsil almışdır (2 il, 10 ay, 1 gün); xx.xx.1982ci ildən xx.xx.1982-ci ilə qədər boru-prokat sexinə mexaniki şöbənin C-1 ikinci dərəcəli tornaçı vəzifəsində işləmiş (2 ay, 8 gün); xx.xx.1982-ci ildən xx.xx.1984-cü ilədək sovet ordusu sıralarında xidmət etmişdir (2 il, 1 ay, 12 gün); xx.xx.1985-ci ildən xx.xx.1985-ci ilə qədər instrumental mexaniki sexdə mexaniki şöbənin C-1 ikinci dərəcəli tornaçı vəzifəsinə qəbul edilmiş, xx.xx.1985-ci ildə boru-prokat sexinə 250-1 yayma maşının soyuq bülövləmə sahəsinə 3 dərəcəli qaz kəsicisi (plazma üsulu kəsmə) vəzifəsinə keçirilmiş, xx.xx.1985-ci ildə 250-1 TPT yayma maşının soyuq bülövləməsinin 4-cü dərəcəli ÇM-1 qaz kəsici (plazma üsulu kəsmə) dərəcəsi verilmiş, xx.xx.1986-cı ildə 11 №-li tökmə sexinə -5/5 kranın şixta bölməsinə xidmət edən 3-cü dərəcəli M.3 kran maşinisti vəzifəsinə keçirilmiş, xx.xx.1987-ci ildə öz xahişi ilə işdən azad edilmiş (2 il, 5 ay, 8 gün); xx.xx.1987ci ildən xx.xx.1987-ci ilədək Lesosibir taxta-şalban ağac emalı kombinatında dördüncü dərəcəli çeşidləyici vəzifəsində işləyib (2 ay); xx.xx.1987-ci ildən xx.xx.1987-ci llə qədər Barnaul pambıq-parça kombinatında lentiplik əyirmə istehsalatı sexinə 3-cü dərəcəli iplik daşıyıcısı vəzifəsində işləyib (1 ay, 10 gün); xx.xx.1987-ci ildə 7 saylı sexə 3-cü dərəcəli kran maşinisti dərəcəsi verilmiş, xx.xx.1988-ci ildə həmin sexdə 4-cü dərəcəli kran maşinisti işinə keçirilmiş, xx.xx.1988-ci ildə öz xahişinə əsasən işdən azad edilmişdir (9 ay, 3 gün); xx.xx.1999-cu ildə Hərbiləşdirilmiş mühafizə dəstəsində 3 saylı Komandaya İİ dərəcəli atıcı vəzifəsinə qəbul edilib, xx.xx.1999-cu ildə İ dərəcəli atıcı vəzifəsinə keçirilib, xx.xx.2000-ci ildə həmin komandaya komanda rəisi vəzifəsinə keçirilib, xx.xx.2005-ci ildə öz xahişi ilə işdən azad edilib (5 il, 6 ay, 1 gün); xx.xx.2005-ci ildən xx.xx.2006-cı ilədək "xxxx" MMC-də qrup rəisi vəzifəsində işləmişdir (1 il, 6 ay, 1 gün); xx.xx.2006-cı ildə “Azərbaycan Qaz Emalı” zavodunda daxili mühafizə dəstəsində 1- ci dərəcəli gözətçi vəzifəsinə qəbul edilmiş, xx.xx.2007-ci ildə aralıq əmtəə parkı və təmizləyici qurğular sahəsinə 13-cü dərəcəli mühəndis vəzifəsinə keçirilmiş, xx.xx.2014-cü ildə 12-ci dərəcəli mühəndis vəzifəsinə keçirilmiş, xx.xx.2017-ci ildə 12-ci dərəcəli böyük mühəndis vəzifəsinə keçirilmiş, xx.xx.2022-ci ildə öz xahişi ilə işdən azad edilmiş (15 il, 5 ay, 18 gün); xx.xx.2022-ci ildə SOCAR “Azneft” İB-nin X15 12-ci dərəcəli böyük mühəndis vəzifəsinə keçirilmiş və hal- hazırda orada işləyir. İddiaçı onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına çıxmaq hüququnun olduğuna istinad edərək bu barədə xx.xx.2023-cü il və xx.xx.2023-cü tarixlərdə cavabdeh orqana müraciət etmişdir. Lakin cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı xx.xx.2023-cü il tarixli məktubla iddiaçının tələbini təmin etməkdən imtina etmiş və bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın Neftin, qazın, qaz kondensatının emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı bölməsində (10.5) mühəndislər (növbəli məşğul olanlar) nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim etdiyi “Azneft” İB-nin X16nun 1 sentyabr 2023-cü il tarixli 14-2-1-14/2-Ə-xx-xx/2023-83 nömrəli arayışında xx.xx.2007-ci il tarixindən bu günədək aralıq əmtəə parkı və təmizləyici qurğuların mühəndisi, aralıq əmtəə parkının mühəndisi, aralıq əmtəə parkı, təmizləyici qurğular və məşəl təsərrüfatının mühəndisi və əmtəə park sahəsinin böyük mühəndisi vəzifələrində işlədiyi qeyd olunmuşdur. Lakin sözügedən arayışda mühəndis vəzifəsində işlədiyi müddətdə növbəli məşğul olubolmaması barədə hər hansı məlumat göstərilməyib. İmtina məktublarından narazı qalan iddiaçı cavabdehə qarşı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hüququnun yarandığı vaxtdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir (iddia tələbi dəqiqləşdirilmişdir). İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, SOCAR-ın ”Azneft” X6 Emalı Zavodunda 01 avqust 2007-ci il tarixindən hal-hazırkı günə qədər Aralıq əmtəə parkı və təmizləyici qurğuların mühəndisi işləyir. İşi neft məhsulunun nəqli, doldurub boşaldılması, neft məhsullarının sənaye kanalizasiyadan axan sudan təmizlənməsi, çənlər parkına yığılmasına nəzarətdən ibarətdir. Tutduğu vəzifə və işlədiyi sahə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən İstehsalatların, peşələrin siyahısının 10.5.1 yarımbəndinə uyğundur. 1962-ci il 06 dekabr ayında anadan olub, 2022ci ilin 6 dekabr ayına 60 yaşı tamam olub. 60 yaş tamam olduqdan sonra bütün sənədlərini, əmək kitabçanın surəti, iş yerindən staja görə arayışı cavabdehə 2 dəfə təqdim edib, hər ikisində də imtina məktubu alıb. İmtina məktubunda bildirilir ki, iş yerinin verdiyi arayışda növbəli məşğul olub-olunmaması barədə məlumat göstərilməyib. İş yerinin verdiyi arayışda iş vaxtı (5 günlük/40 saat) həftəlik işlə məşğul olduğu bildirilir. İşlədiyi zavodda (sahədə) növbəli mühəndis işi yoxdur, lakin işlədiyi sahədə zərərli işə görə 8% əmək haqqına əlavə pul ödənilir və süd verilir. İşlədiyi sahədə sahə rəisinə, sahə rəisinin müavininə və operatorlara güzəştli əmək pensiyası təyin edilib. Cavabdehin etirazları: Cavabdeh inzibati orqan tərəfindən iddia ərizəsinə qarşı yazılı etirazın məzmunu imtina məktubu ilə eynilik təşkil edir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4363/2024 saylı 6 mart 2024-cü il tarixli qərarı ilə iddia təmin edilərək, İddiaçı hüququnun yarandığı vaxtdan, yəni 60 yaşının tamam olduğu xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi vəzifəsinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddiaçıya ünvanlanmış imtina məktubunun və iddiaya dair yazılı etirazın məzmunu ilə eynilik təşkil edir. Tərəflərin izahatları: Cavabdehin nümayəndəsi X8 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın rədd edilməsini xahiş etmişdir. İddiaçı və onun nümayəndəsi (həyat yoldaşı) X9 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın sonuncu imtina məktubunun tarixi xx.xx.2023-cü il tarixdir. İş materiallarından imtina məktubunun iddiaçıya hansı tarixdə təqdim edildiyini müəyyən etmək mümkün deyil. İddiaçı hazırki iddia ilə məhkəməyə xx.xx.2023-cü il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verildiyi üçün mümkündür. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı tələbi “ona 60 yaşının tamam olduğu tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” barədədir. Bununla bağlı o, cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən “onun güzəştli iş stajının olmaması” əsası ilə tələbinin təmin edilməsindən imtina edilmişdir. Bundan sonra o, hazırki tələblə məhkəməyə müraciət etmiş və onun tələbi təmin edilmişdir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə iddiaçının 25 ildən artıq ümumi iş stajına, 12 il 6 aydan artıq isə güzəştli iş stajına malik olmasına istinad edərək iddianın təmin edilməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası iddianın təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Qanunun xx.xx.2022-ci il tarixədək qüvvədə olmuş 9.1-ci maddəsində deyilirdi: Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunvericiliyə edilmiş yeni dəyişikliyə əsasən pensiya kapitalı tələbi artıq aradan qaldırılmışdır. Beləliklə, Qanunun tələblərinə görə əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yaranmasını üç xüsusatla şərtləndirir: 1) iddiaçının müvafiq (qanunla müəyyən edilmiş) yaş həddinə, yəni 60 yaşa çatması; 2) həmin vaxtadək 25 ildən artıq ümumi iş stajının toplanması, 3) həmin vaxtadək toplanmış ümumi iş stajının 12 il 6 ayının əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (AR NK-nın 12 nömrəli 23 yanvar 2007-ci il tarixli qərarı ilə təsdiqlənmiş Siyahıda göstərilən) çalışması. Göründüyü kimi, iddiaçıya 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün onun 60 yaşının tamam olması, həmin tarixə, yəni xx.xx.2022-ci il tarixə qədər 25 ildən artıq ümumi, 12 il 6 aydan artıq xüsusi stajının tamam olması gərəkdir. Hazırki işdə iddiaçı iddiasının əsası kimi istinad etdiyi hallarla bağlı məhkəməyə hərbi biletini, əmək kitabçasını və müvafiq güzəştli arayışı təqdim etmişdir. İddiaçıya məxsus müvafiq sənədlərin surətlərindən görünür ki, xx.xx.1979-cu ildən xx.xx.1982-ci ilədək 49 saylı ŞPTM-də təhsil almış (2 il, 10 ay, 1 gün) və xx.xx.1982-ci ildən xx.xx.1984-cü ilədək hərbi xidmətdə olmuşdur. (2 il, 1 ay, 12 gün) Həmin dövrdə qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin “ğ” bəndinə əsasən ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti işçinin iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin “v” bəndinə əsasən isə hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti iş stajına daxil edilən əmək fəaliyyətinin növlərinə daxildir. Hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun Qanunun 21.2.3-cü maddəsinə əsasən müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti sığortaolunanın sığorta stajına daxil edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. SSRİ Nazirlər Sovetinin 04 avqust 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 117 “q” bəndinə görə arxiv idarələrinin arayışları iş stajını təsdiq edən sübut kimi qəbul edilə bilər. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. Nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalar “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının yalnız əmək kitabçasına əsasən müəyyən ediləcəyinə dair imperativ norma nəzərdə tutmur. Adı çəkilən Qaydalarda “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının əmək kitabçası ilə yanaşı iş yerinin xüsusiyyətlərindən asılı olaraq digər başqa sənədlər (arayışlar, məlumat vərəqi, aktlar) əsasında müəyyən edilməsinin mümkünlüyü də təsbit edilmişdir. İddiaçının 60 yaşının tamam olduğu xx.xx.2022-ci il tarixə ümumi iş stajının təhsil aldığı dövr, hərbi xidmət dövrü və əmək kitabçasındakı qeydlərə əsasən 25 ildən artıq olduğu müəyyən olunur. Bu hal cavabdeh qurum tərəfindən də mübahisələndirilmir. Buna görə də iddiaçının 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün üç şərtdən birincisi - 25 ildən az olmayan ümumi stajı tam olaraq tamamlanmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavə olan “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4-cü bəndinə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı tələb olunur. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericilikdə işçinin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerindən arayışın tələb olunması məhz ona dəlalət edir ki, işçinin əmək funksiyasını, yəni işçinin yetirməli olduğu müvafiq işi və ya göstərməli olduğu xidməti (güzəştli olub-olmamasını) işəgötürən müəyyən edir. Yəni, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. İşdə olan “SOCAR” tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışda qeyd edilmişdir ki, “verilir İddiaçı ondan ötrü ki, o, həqiqətən SOCAR-ın "Azneft" X6 Emalı Zavodunda 01 avqust 2007- ci il tarixdən 01 sentyabr 2009-cu il tarixədək Aralıq əmtəə parkı və təmizləyici qurğuların mühəndisi; 01 sentyabr 2009-cu il tarixdən 08 dekabr 2011ci il tarixədək Aralıq əmtəə parkının mühəndisi; 08 dekabr 2011-ci il tarixdən 01 aprel 2014-cü il tarixədək Aralıq əmtəə parkı təmizləyici qurğular və məşəl təsərrüfatının mühəndisi; 01 aprel 2014-cü il tarixdən 17 yanvar 2022-ci il tarixədək Aralıq əmtəə parkı təmizləyici qurğular və məşəl təsərrüfatının böyük mühəndisi; 18 yanvar 2022-ci tarixdən hal-hazıra qədər Əmtəə park sahəsinin böyük mühəndisi vəzifəsində işləyir. İddiaçı 2007ci ildən hazırkı dövrə qədər həftəlik normal iş vaxtı (5 gün/40 saat)_müddətində məşğul olduğu sahə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların,peşələrin,vəzifələrin və göstəricilərin Siyahısı"nın 10.5.1 yarım bəndində sadalanan göstəricilərə (reagent təsərrüfatında və neft məhsullarının doldurub boşadılması üzrə estakadaların neft məhsulları və qaz üçün qablar parkı) uyğundur. Sahənin bütün iş yerlərində karbohidrogen, benzin buxarı, səs-küy kimi zərərli istehsalat amillərinin faktiki vəziyyəti toplanmanın buraxıla bilən həddindən (TBH) və səviyyəsinin buraxıla bilən həddindən (SBH) yuxarıdır. Zərərli əmək şəraitində iş müddəti - 16 il 1 ay. Hazırki işdən görünür ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının güzəşrli iş stajının olması halı mübahisələndirilir. Belə ki, iddiaçıya ünvanlanmış imtina məktublarında, iddiaya dair etirazda həmçinin apellyasiya şikayətində ona istinad edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın Neftin, qazın, qaz kondensatının emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı bölməsində (10.5) mühəndislər (növbəli məşğul olanlar) nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim edilən “Azneft” İB-nin X16nun 1 sentyabr 2023-cü il tarixli 14-2-1-14/2-Ə-xx-xx/2023-83 nömrəli arayışında xx.xx.2007-ci il tarixindən bu günədək aralıq əmtəə parkı və təmizləyici qurğuların mühəndisi, aralıq əmtəə parkının mühəndisi, aralıq əmtəə parkı, təmizləyici qurğular və məşəl təsərrüfatının mühəndisi və əmtəə park sahəsinin böyük mühəndisi vəzifələrində işlədiyi qeyd olunmuşdur. Lakin sözügedən arayışda mühəndis vəzifəsində işlədiyi müddətdə növbəli məşğul olub-olmamağı barədə hər hansı məlumat göstərilməyib. Beləliklə, iddiaçının güzəştli iş stajının yetərli olması məsələsi cavabdeh tərəfindən mübahisələndirildiyi üçün birinci instansiya məhkəməsi tərəfindən bu məsələ kifayət qədər araşdırılmış və məhkəmənin sorğusuna cavab olaraq “SOCAR” Azneft İB tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, İddiaçı SOCAR-ın “Azneft” X6 Emalı Zavodunda aşağıda qeyd edilən vəzifələrdə çalışmışdır: xx.xx.2007xx.xx.2009 tarixlərində “Aralıq əmtəə parkı və təmizləyici qurğular sahəsi”ndə mühəndis; xx.xx.2009-xx.xx.2011 tarixlərində “Aralıq əmtəə parkı sahəsi”ndə mühəndis; xx.xx.2011xx.xx.2014-cü il tarixlərində “Aralıq əmtəə parkı, təmizləyici qurğular və məşəl təsərrüfatı” (AƏPTQMT) sahəsində mühəndis; xx.xx.2014-xx.xx.2022-ci il tarixlərində “Aralıq əmtəə parkı, təmizləyici qurğular və məşəl təssərüfatı sahəsi”ndə böyük mühəndis; xx.xx.2022-ci il tarixindən indiyədək “Əmtəə park sahəsi”ndə böyük mühəndis. İddiaçı yerinə yetirdiyi işlərin xüsusiyyətləri “Vəzifə təlimatları”nda qeyd edilmiş və aşağıdakılardan ibarətdir: - əsas istehsalat obyektləri ilə dəqiqləşdirmə və razılaşdırma işlərini yerinə yetirmək, zavodun texnoloji sahələri ilə AƏPTQMT sahəsi arasında əlaqə yaradaraq onların ritmik işini təmin etmək, məşəl təsərrüfatının etibarlı və təhlükəsiz işini təmin etmək, təmizləyici qurğuların işinin təşkil edilməsi. Xammal, əmtəə məhsulları və komponentlərin qəbulunun təşkil edilməsi. “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmişdir. Həmin siyahının 10-cu bölməsinin 10.5 yarım bölməsində “Neftin, qazın, qaz kondensatının emalı (dəniz neftçilərindən başqa) kömürün və şistin emalı” üzrə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı verilmişdir. Siyahının 10.5.1 bəndi “İstehsalatda məşğul olan aşağıda sadalanan fəhlələr, rəhbərlər və mütəxəssislər, neft məhsullarının və neftin katalitik reforminqinin distillə edilməsi, krekinqləşdirilməsi, neft məhsullarının pirolizi, neft xammalının hazırlanması, qaz benzininin istehsalı, sıxışdırılmış qazlar, qaz benzininin kondensasiyası, tutulması, təbii sulu qazın konversiyası, neft məhsullarının, süni maye yanacağın qələvi təmizlənməsi, yanacaq hazırlanması, yanacaq verilməsi, bərk yanacağın zənginləşdiririlməsi, bitum, konsistent yanacaqların istehsalı, həmçinin reagent təsərrüfatında və neft məhsullarının doldurub boşaldılması üzrə estekadaların neft məhsulları və qaz üçün qablar, park və kommunikasiyanın, ventilyasiyanın, istehsalat kanalizasiyasının, texnoloji avadanlıq və əsas istehsalatların kommunikasiyasının xidməti və təmiri” üzrə işləri müəyyən edir. Siyahının “b” bəndinə əsasən aşağıda göstərilən vəzifələr “rəhbərlər və mütəxəssislər” kateqoriyasına aid edilmişdir: növbə rəisləri; texnoloji sexlərin rəisləri və onların müavinləri; mühəndislər (növbəli məşğul olanlar); ustalar, böyük ustalar; mexaniklər. İddiaçı əmək müqaviləsi ilə nəzərdə tutulan əmək funksiyalarını iki istirahət günü olan beşgünlük iş həftəsi ərzində yerinə yetirir. Onun iş yeri və vəzifə adı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003 cü il tarixli 106 №-li qərarı ilə təsdiq edilən “İşçilərə həftə ərzində 36 saatdan çox olmayan, qısaldılmış iş vaxtı müəyyən edilən yüksək həssaslıq, həyəcan, zehni, fiziki və əsəb gərginliyi, habelə insanın səhhətinə mənfi təsir göstərən digər amillər olan əmək şəraitli iş yerləri üzrə iş vaxtının konkret müddəti göstərilməklə peşələrin, vəzifələrin Siyahısında, həmçinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2004-cü il tarixli 92 №-li qərarı ilə təsdiq edilən “Əmək şəraitinə və əmək funksiyasının xarakterinə görə əlavə məzuniyyət hüququ verən, zərərli və ağır istehsalatların, peşə və vəzifələrin Siyahısında mövcud deyil. Qeyd edilənlərlə yanaşı bildirilmişdir ki, SOCAR-ın 12 dekabr 2020-ci il tarixli SOCAR**********00040020A00181 nömrəli əmri ilə təsdiq edilmiş “SOCAR-ın strukturuna daxil olan qurumlarda iş yerlərinin attestasiyasının aparılması qrafikinə (2021- 2025)” uyğun olaraq X16 üzrə 142 iş yerində istehsalat amillərinin zərərli parametrlərinin səviyyəsinin müəyyən edilməsi üçün instrumental ölçmə işləri (əlavə edilir) aparılmış və 45 zərərli iş yeri müəyyən edilmişdir. Zavod üzrə zərərli hesab edilən iş yerlərində qeydə alınan və bütün Zavod üçün xarakterik olan əsas zərərli əmək şəraiti amilləri karbohidrogen, benzin buxarı, karbon oksidi və səsküydür. İnstrumental ölçmələrin nəticələrinə görə zavodun əsas istehsalat və ona xidmət sahələri üzrə bütün iş yerlərində çalışan işçilər zərərli amillərin təsirinə məruz qalır ki, bu da aparılan texnoloji prosesə müvafiqdir. İş vaxtının 50%-dən az olmayaraq zərərli istehsalatda məşğul olan sahə rəhbərlərinin və digər mütəxəssislərin iş vaxtı ərzində zərərli istehsalat amillərinin təsirinə məruz qalma müddətinin müəyyən edilməsi üzrə qiymətləndirmə cədvəli tərtib edilmişdir. Azərbaycan Respublikası Dövlət Neft Şirkətində “İşçilərin əməyinin ödənilməsi haqqında Əsasnamə”nin 3.7.1. bəndinə əsasən İddiaçı əmək haqqına əmək şəraitinin zərərlilik səviyyəsinə müvafiq olaraq 1,08 artım əmsalı tətbiq edilmişdir. Lakin cavabdeh orqan iddiaçının zərərli işə stajının mövcudluğunu apelyasiya şikayəti verərək yenidən mübahisələndirdiyi üçün apellyasiya baxışı zamanı bu məsələ yenidən araşdırılmış və məhkəmənin sorğusuna cavab olaraq SOCAR “Azneft” İB-nin 14- 2-1-14/2-112/2024 saylı xx.xx.2024-cü il tarixli arayışında qeyd olunmuşdur ki, İddiaçı SOCAR-ın “Azneft” X6 Emalı Zavodunda aşağıda qeyd edilən vəzifələrdə çalışmışdır: xx.xx.2007-xx.xx.2009 tarixlərində “Aralıq əmtəə parkı və təmizləyici qurğular sahəsi”ndə mühəndis; xx.xx.2009-xx.xx.2011 tarixlərində “Aralıq əmtəə parkı sahəsi”ndə mühəndis; xx.xx.2011-xx.xx.2014-cü il tarixlərində “Aralıq əmtəə parkı, təmizləyici qurğular və məşəl təsərrüfatı” (AƏPTQMT) sahəsində mühəndis; xx.xx.2014-xx.xx.2022-ci il tarixlərində “Aralıq əmtəə parkı, təmizləyici qurğular və məşəl təssərüfatı sahəsi”ndə böyük mühəndis; xx.xx.2022-ci il tarixindən indiyədək “Əmtəə park sahəsi”ndə böyük mühəndis. Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların,peşələrin,vəzifələrin və göstəricilərin Siyahısı"nın 10-cu bölməsinin 10.5 yarımbölməsində “Neftin, qazın, qaz kondensatının emalı (dəniz neftçilərindən başqa) kömürün və şistin emalı” üzrə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı verilmişdir. Siyahının 10.5.1 bəndi “İstehsalatda məşğul olan aşağıda sadalanan fəhlələr, rəhbərlər və mütəxəssislər, neft məhsullarının və neftin katalitik reforminqinin distillə edilməsi, krekinqləşdirilməsi, neft məhsullarının pirolizi, neft xammalının hazırlanması, qaz benzininin istehsalı, sıxışdırılmış qazlar, qaz benzininin kondensasiyası, tutulması, təbii sulu qazın konversiyası, neft məhsullarının, süni maye yanacağın qələvi təmizlənməsi, yanacaq hazırlanması, yanacaq verilməsi, bərk yanacağın zənginləşdiririlməsi, bitum, konsistent yanacaqların istehsalı, həmçinin reagent təsərrüfatında və neft məhsullarının doldurub boşaldılması üzrə estekadaların neft məhsulları və qaz üçün qablar, park və kommunikasiyanın, ventilyasiyanın, istehsalat kanalizasiyasının, texnoloji avadanlıq və əsas istehsalatların kommunikasiyasının xidməti və təmiri” üzrə işləri müəyyən edir. Siyahının “b” bəndinə əsasən aşağıda göstərilən vəzifələr “rəhbərlər və mütəxəssislər” kateqoriyasına aid edilmişdir: növbə rəisləri; texnoloji sexlərin rəisləri və onların müavinləri; mühəndislər (növbəli məşğul olanlar); ustalar, böyük ustalar; mexaniklər. İddiaçı Həbibulla oğlunun çalışdığı sturuktur bölmənin (Əmtəə park sahəsinin) əsas vəzifəsi xammalın, yarımfabrikatların, reagentlərin, absorbentlərin, hazır maye neft və qaz məhsullarının, işlənmiş neft məhsullarının qəbul edilməsi, saxlanılması, təhvil verilməsi, yüklənilməsi, ötürülməsindən ibarətdir. Əmtəə parkının iş yerlərində (əmtəə çənləri, tutumları və ətrafyanı sahələri, nasosxanalar, məşəl təsərrüfatı, təmizləyici qurğular) aparılmış istehsalat amillərinin zərərli parametrlərinin səviyyəsinin müəyyən edilməsi üçün instrumental ölçmə işlərinin nəticələrinə görə bütün iş yerləri zərərliyin orta və aşağı səviyyəsində (1,08 və 1,04) qiymətləndirilmişdir. Sahə üçün xarakterik olan əsas zərərli əmək şəraiti amilləri karbohidrogen, benzin buxarı, karbon oksidi və səs-küydür. Sahənin ştat cədvəli üzrə əsas işçi personal əmtəə operatorları (zərərliyin orta səviyyəsi- 1,08) və texnoloji qurğuların operatorlarından (zərərliyin aşağı səviyyəsi-1,04) ibarətdir. Sahənin mühəndis texniki işçiləri sahə rəisi, sahə rəiisnin müavini və mühəndislərdən ibarətdir. Sahənin demək olar ki, bütün fəhlə heyəti hər biri 12 saat olan iki növbəli faziləsiz iş rejimində işləyir. Sahə rəhbərliyi və mühəndislərin iş rejimi həftədə 5 gün-40 saat müəyyən edilmişdir. İddiaçı əmək müqaviləsi ilə nəzərdə tutulan əmək funksiyalarını 2 istirahət günü olan 5 günlük iş həftəsi ərzində yerinə yetirir. Zavod üzrə iş vaxtının 50%dən az olmayaraq zərərli istehsalatda məşğul olan sahə rəhbərlərinin və digər mütəxəssislərin iş vaxtı ərzində zərərli istehsalat amillərinin təsirinə məruz qalma müddətinin müəyyən edilməsi üzrə qiymətləndirmə cədvəli tərtib edilmişdir. İddiaçı əmək haqqına əmək şəraitinin zərərlilik səviyyəsinə müvafiq olaraq 1,08 artım əmsalı tətbiq edilir. Zavodun fasiləsiz rejimdə işləyən əsas istehsalat sahələrində növbəli iş rejimi ilə işləyən mühəndis-texniki işçilər nəzərdə tutulmayıb və növbəyə rəhbərlik üzrə əmək funksiyaları baş operatorlar tərəfindən icra edilir. Göründüyü kimi, iddiaçının işlədiyi iş yerində növbəli məşğul olan mühəndislər olmasa da, iddiaçı zərərli sahədə və əmək şəraitində zərərliliyi 1,08 əmsalı ilə qiymətləndirilən, növbəsiz qaydada iş rejimi həftədə 5 gün-40 saat müəyyən edilən və zərərliliyə görə iş yeri tərəfindən əmək haqqına əlavələr verilən işçi olmuşdur. Onun əmək funksiyaları iş yeri tərəfindən verilmiş ətraflı arayışlarda sadalanmış və bildirilmişdir ki, işlədiyi mühəndis peşəsi hansı ağır şəraitdə icra olunur, buna görə də həmin peşə zərərlidir. Kollegiya cavabdeh qurumun imtinada və apellyasiya şikayətində göstərdiyi “iddiaçının işlədiyi “mühəndis” peşəsinin “növbəli mühəndis” olmadığı üçün zərərli olmaması” barədə dəlilinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, iddiaçının işlədiyi peşənin yuxarıda qeyd olunan meyarlar əsas götürülməklə zərərli olması məhz işəgötürən tərəfindən təsdiqlənmiş və bildirilmişdir ki, güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququ verən peşələr siyahısında növbə ilə məşğul olan mühəndislər göstərildiyi halda, iddiaçının işlədiyi mühəndis peşəsi iş yerində növbə ilə işləyən mühəndislər ştatı olmadığı üçün daha ağır qaydada icra olunmuşdur, yəni iddiaçı həmin zərərliliyi iş yeri tərəfindən təsdiq olunan mühəndis peşəsinin funksiyalarını daha ağır şəraitdə- növbəsiz olaraq icra etmişdir. Ona görə də iddiaçının işlədiyi növbəsiz mühəndis peşəsinin zərərli olmasını şübhə altına alan cavabdehin dəlillərini məhkəmə kollegiyası formal və əsaslandırılmamış dəlillər hesab edir. Bununla da cavabdeh orqan iddiaçının yuxarıda qeyd olunan ona güzəştli şərtlərlə yaşa görə pensiyaya çıxmaq hüququ verən vəzifələrdə işlədiyi dövrün güzəştli iş stajına hesablanmasını istisna edəcək şərtin mövcudluğunu sübuta yetirə bilməmişdir. Halbuki Azərbaycan Respublikası İPM-nin 14.3-cü maddəsinə əsasən inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Hazırki işdə iddiaçının tələbinin təmin olunmasını istisna edən faktiki şərtlərin mövcudluğu cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilmədiyi üçün cavabdehin tələbin təmin olunmasından imtina etməsi əsassız olmuşdur. Qeyd olunanlarla bağlı məhkəmə kollegiyası hesab edir ki, iddiaçının işlədiyi sahə və vəzifə (mühəndis) birinci instansiya məhkəməsi tərəfindən düzgün olaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısının 10-cu bölməsinin 10.5 yarım bölməsində “Neftin, qazın, qaz kondensatının emalı (dəniz neftçilərindən başqa) kömürün və şistin emalı” 10.5.1-ci bəndinin “b” bəndinə əsasən aşağıda göstərilən vəzifələr “rəhbərlər və mütəxəssislər” kateqoriyasına aid edilmişdir. Belə olan halda iddiaçı qanunla tələb olunan üçüncü şərti də ödəmiş sayılır. Buna görə də hazırda iddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericiliklə müəyyən edilən bütün tələbləri ödədiyindən onun iddia tələbi əsaslı olmuş və birinci instansiya məhkəməsi tərəfindən düzgün olaraq təmin olunmuşdur. Apellyasiya şikayətinin dəlillərinə gəldikdə isə, həmin dəlillər iddiaçıya ünvanlanmış imtina məktubunun məzmunu ilə eynilik təşkil etməklə, bu qərarın əsaslandırıcı hissəsində göstərilənlərlə bağlı əsassız olduğu üçün qəbul edilmir və birinci instansiya məhkəməsinin qərarının ləğv edilib iddianın rədd edilməsi üçün əsas yaratmır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 4363/2024 saylı 06 mart 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4363/2024saylı 06 mart 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova X10 Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar