Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2310/2023 01.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X3 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, iddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxs: X4) qarşı “üçüncü şəxsin adına verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv olunması tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1278/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq məyyən etdi İ. İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi, sonradan isə iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək: - ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsini X2 adına verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri 16 noyabr 2019-cu il tarixli ********** nömrəli qeydiyyatın və onun əsasında verilmiş çıxarışın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia aşağıdakılarla əsaslandırmışdır: Müdafiə Nazirliyi Bakı qarnizonu mənzil komissiyasının 09 aprel 2019-cu il tarixli 18 nömrəli protokolu əsasında 16 aprel 2019-cu il tarixdə X6 ünvan 1 ünvanında yaşayış sahəsi ilə təmin edilmişdir. Bakı şəhəri Yasamal rayon İHB 17 may 2019-cu il tarixli 125 nömrəli sərəncamı ilə həmin yaşayış sahəsi xidməti mənzillər fondundan çıxarılaraq S.rəhimov ilə kirayə müqaviləsi bağlanmış və sonuncunun mülkiyyət hüququ cavabdeh tərəfindən daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq çıxarış verilmişdir. Həmin sərəncam sonradan, Yasamal rayon İHB 04 sentyabr 2020-ci il tarixli 224 nömrəli sərəncamı ilə ləğv edilmiş, bundan sonra iddiaçı həmin çıxarışın ləğv olunması barədə ərizə ilə cavabdehə müraciət etmiş, lakin sonuncu xx.xx.2022-ci il tarixli, **********88 nömrəli məktubu ilə ərizənin icrasından təmin etməkdən imtina etmişdir. Cavabdeh işə əlavə olunmuş həmin məktubunda iddiaçıya bildirmişdir ki, qeyd olunan mənzil üzərində hüquqların dövlət qeydiyyatının ləğvinin aparılmasına dair məhkəmənin qanuni qüvvəyə minmiş qərarı və ya bu hüquqdan imtina barədə notarial qaydada təsdiq edilmiş ərizə təqdim ediləcəyi təqdirdə müraciətə qanunvericiliyin tələblərinə uyğun olaraq baxılması mümkündür. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1278/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərardadın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti Azərbaycan Respublikasıİnzibati Prosessual Məcəlləsinin (“İPM”) 85ci maddəsinə uyğun əsaslandırılmış, apellyasiya mümkündür. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: Məhkəmə maddi və prosessual hüquq normalarının pozulması ilə əsassız qərar qəbul etmişdir. İddia ərizəsi (may 2022) məhkəmə icraatına daxil olduğu gündən 9 ay keçəndən sonra səlahiyyət və aidiyyətlə bağlı iddianın mümkünlüyü barədə qərardadın qəbul edilməsi artıq həmin qərardadın ləğvi üçün əsasdır, çünki icraatın əvvəlindən olduğu kimi, iddiaçı da cavabdeh də eyni olub və yuxarıda qeyd olunan müddət ərzində məhkəmə aktının qəbul edilməməsi artıq həmin məsələlərlə bağlı şübhələrin olduğunu göstərir.Üçüncü şəxsin işə cəlb edilməsi bir daha bunu sübut edir ki, inzibati işə mahiyyəti üzrə baxılmalı idi. İkincisi, hazırkı mübahisədə aidiyyət və ya səlahiyyətlərlə bağlı mübahisə yoxdur. Bu məsələlərlə bağlı mübahisə o halda ola bilərdi ki, məsələn iddia olunsaydı ki, çıxarışın verilməsi X7 Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri tərəfindən deyil digər inzibati orqan tərəfindən verilsin. İddiada qeyd olunan məsələlər inzibati orqanlar arasında aidiyyət və ya səlahiyyətlə bağlı mübahisələrə aid olmayıb.Hətta, belə qənaətə gələrək məhkəmə, aidiyyət və ya səlahiyyətlə bağlı mübahisələrə aid olan, normaları da düzgün tətbiq etməmişdir.Belə ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2022-ci il tarixli 1728 №-li Fərmanının 1-ci bəndində göstərilmişdir, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 4.3-cü maddəsinin birinci cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir.”Məhkəmə isə həmin səlahiyyətləri Azərbaycan Respublikası Prezidenti yanında Apellyasiya Şurasına aid etmişdir. Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin səlahiyyətlərinə aid deyil və təbii ki, iddia ərizəsində həmin çıxarışın hansı orqan tərəfindən verilməsi məsələsinə toxunmurdu. Mübahisə predmeti ondan ibarətdir ki, cavabdeh tərəfindən verilmiş çıxarışın verilməsinə əsas olmuş Bakı şəhəri Yasamal Rayonu İcra Hakimiyyəti Başçısının sərəncamı ləğv olunduğundan bunun hüquqi nəticəsi olaraq, ona əsaslanan, mübahisə predmeti olan çıxarış da, təbii ki, ləğv olunmalıdır. Belə ki, inzibati iş materiallarına əlavə olunmuş Müdafiə Nazirliyinin Mənzil- İstismar İdarəsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə ünvanlanmış 23 dekabr 2021 -ci il tarixli məktubunda Bakı şəhəri, Yasamal Rayonu İcra Hakimiyyəti Başçısının 17 may 2019-cu il tarixli 121, 122, 123, 124, 125, 126, 127, 128, 129, 130, 131, 132, 133, 134, 135, 136, 137, 138, 139, 140 nömrəli sərəncamlarının ləğv olunduğu qeyd edilmiş, Bakı şəhəri Yasamal Rayonu İcra Hakimiyyəti Başçısının 04 sentyabr 2020-ci il tarixli 224 nömrəli sərəncamına əsasən yaşayış sahələrinə aid vətəndaşların adına verilmiş istifadə hüququna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların ləğv edilməsi zərurəti yarandığı bildirilmişdir. Məhkəmə tərəfindən işin halları tam və hərtərəfli araşdırılmamış və iddia tələbi qanunsuz və əsassız olaraq mümkünsüz hesab edilmişdir...” Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi X5 apellyasiya şikayətinə uyğun izahat verərək təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclası barədə məlumat verilmiş cavabdeh (nümayəndəsi) məhkəmə iclasında iştirak etməmiş, İPM-in 62.3-cü maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası, onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İİ. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsini dinləyib, iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qyvvədə saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin İPM-in 35.1-ci maddəsinin tələbinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məcəllənin qeyd olunan normasının mənası onu ehtiva edir ki, inzibati icraat qaydasında qaldırılan iddianın mümkünlüyü şərtləririn yerinə yetirildiyi halda, yolveriləndir. Yəni, iddia subyektiv hüququ olan şəxs tərəfindən iddia müddəti çərçivəsində qanunla cavabdehlik daşıya bilən inzibati orqana qarşı qaldırılmalı və formal olaraq (subutlar da əlavə olunmaqla) əsaslandırılmalıdır ki, mümkün iddia kimi icraata qəbul edilsin. Əks halda, Məcəllənin 35.3-cü maddəsinə müvafiq olaraq iddianın mümkün sayılmaması barədə qərardad çıxarılır. Konkret halda isə iddianın mümkünlük şərtləri yerinə yetirilmir. İddiaçı Müdafiə Nazirlyinin iddia tələbindən göründüyü kimi, ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən üçüncü şəxs X2 adına verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri 16 noyabr 2019-cu il tarixli ********** nömrəli qeydiyyatın və onun əsasında verilmiş çıxarışın ləğv edilməsini tələb etmişdir. İddiaçının həmin tələbi üzrə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin Nizamnaməsi ilə 1 saylı Bakı Ərazi İdarəsi üzərinə düşən öhdəliyi müəyyən edilsə də, hər iki tərəfin inzibati orqan statusuna malik olması, iddianın prosessual qanunvericiliyin tələbləri çərçivəsində, inzibati məhkəmə icraatı qaydasında baxılmasını istisna edir. Çünki, “İnzibati icraat” haqqında Qanunun 4.3-cü maddəsinə əsasən inzibati orqanlar arasında aidiyyət və ya səlahiyyətlərlə bağlı mübahisələr müəyyən olunmuş qaydada subordinasiya baxımından yuxarı inzibati orqan və ya müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaradılmış komissiya tərəfindən həll edilir. İnzibati orqanlar arasında aidiyyət və səlahiyyətlə bağlı mübahisələrin həlli qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 28 dekabr tarixli 345 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 484 nömrəli, 25 yanvar 2019-cu il tarixli Fərmanının: 2.1-ci bəndinə əsasən "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 4.3-cü maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir. -2.2-ci bəndinə əsasən isə həmin Qanunun 4.3-cü maddəsinin birinci cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir. Qeyd olunanlardan göründüyü kimi, qanunvericiliklə iki inzibati orqan arasındakı mübahisənin başqa icraat qaydası müəyyən olunmuşdur. İPM-in 2.1-ci maddəsi isə nəzərdə tutur ki, qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir Qanunun qeyd olunan tələbindən göründüyü kimi, qanunla başqa aidiyyət qaydası müəyyən edildiyi təqdirdə inzibati mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. Belə olan halda, iddiaçının birinci tələbinə inzibati məhkəmə icraatında baxılması mümkünlüyü istisna edilir. Beləliklə də qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin qərarı ilə iddianın mümkün sayılmamasını işin maddi və prosessul hüquq normalarına uyğun nəticə kimi qiymətləndirir. Bu baxımdan, məhkəmə kollegiyası, iddiaçının apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən hüquq normalarının düzgün tətbiq edilmədiyini və iddianın mümkün sayılmaması barədə gəldiyi nəticənin əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə nəticəyə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1278/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda qeyd edilənlərə əsasən və İPM-in 80, 83, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qəraraaldı: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1278/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-2310/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2310/2023
01.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver