Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2310/2025 21.08.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı 3-cü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkəti işə cəlb edilməklə “bağ sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla reyestrdən çıxarışın verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Ceyhun Bəşir oğlu Məmmədov (sədrlik edən və məruzəçi), Kamran Hüseyn oğlu Əkbərovun və X5 ibarət tərkibdə, Əmənova Türkan Kamran qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1, cavabdehin nümayəndəsi X2, 3-cü şəxsin nüamyəndəsi Nümayəndə2 və X4 Kazımov, şahid “Yelkən” bağçılıq-yoldaşlığının sədri Vaqif Osmanovun iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-278/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından cavabdeh və üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları
1. Azərbaycan Dövlət X17 “Yelkən” bağçılıq-yoldaşlığı üzvlərinin təsdiq olunmuş 10 may 2005-ci il tarixli, 08 nömrəli protokol-siyahısından çıxarışa əsasən Hövsan ərazisində yerləşən X14 məxsus “Yelkən” bağçılıq cəmiyyətinin üzvü İddiaçı “V” sektorundan “334a” saylı bağ sahəsi verilmişdir.
2. Azərbaycan Dövlət X17 “Yelkən” Bağçılıq-Yoldaşlığı tərəfindən cavabdehə ünvanlanmış 002 Y/BY nömrəli, xx.xx.2023-cü il tarixli arayışa əsasən bildirilmişdir ki, Bakı şəhəri X9 İcraiyə Komitəsi tərəfindən 27 oktyabr 1987-ci il tarixli 20/396 saylı qərarı ilə X12 dənizçiləri və sahil işçiləri üçün Suraxanı rayonu, Hövsan qəsəbəsi ərazisində 436 nəfərlik torpaq (bağ) sahəsi ayrılmışdır. X12 rəhbərliyi, Azərbaycan Dəniz Nəqliyyatı X7 Respublika Komitəsi və X1 Həmkarlar İttifaqı Komitəsi tərəfindən 1987-ci ildə birgə yaradılan “Yelkən” (“Parus”) bağçılıq yoldaşlılğı bu günə qədər öz fəaliyyətini davam etdirir. X12 dənizçilərinə, fəhlə və qulluqçularına məxsus Hövsan qəsəbə ərazisində yerləşən “Yelkən” bağçılıq sahəsi 3 sektordan (A, B, V sektorları) ibarətdir. “A” və “B” sektorlarında narahatçılıq yaradan elə bir problem olmasada “V” sektorunda bağ sahələrinin cizgidə bölünməsi və bağçılıq üzvlərinin adına olan bağ sahələrinin nömrələnməsi ilə əlaqədardır. Bu problemin yaranmasının əsas səbəblərində biri də, həmin sahədəki bataqlığın (suyun dərinliyi 0.5-2.5 metr) qurudulması ilə əlaqədar olmuşdur. X14 məxsus “Yelkən” bağçılıq yoldaşlığın üzvü İddiaçı ünvanına göndərdiyi 3-21-3-30/2-4171/2023 saylı xx.xx.2023-cü il tarixli bildirişdə göstərilən texniki səhvlərin olması barədə aşağıdakıları nəzərə çatdırırlar: Torpaq Komitəsinin Bakı şəhər şöbəsinin tələbi ilə 2006-cı il dekabr – 2007-ci il yanvar tarixində bağçılığın “V” sektorunda aparılan inventarizasiya zamanı tərtib edilən bağçılıq siyahısı demək olar ki, 2000-2003-cü illərdəki (kağız üzərindəki) siyahının təkrarı olmuşdur. Ona görə ki, bataqlıqda bağ sahələrinin ölçülməsi və orada abadlıq işlərinin aparılması heç cür mümkün olmamışdır. Suyun dərinliyi buna imkan verməmişdir. Bataqlıqdakı suyun səviyyəsi dəniz suyunun sahildəki səviyyəsinə bərabər idi. Həmkarlar İttifaqı Komitəsi tərəfindən bölgü sxemi (kağız) üzərində yerlər bölünəndə suyun səviyyəsi o qədər çox idi ki, oralara yaxınlaşmaq qeyri-mümkün idi. Külli miqdardda daş karxanasından daşınan torpaq ilə abadlıq işləri görüləndən sonra 1999-2000-ci illərdə HİK sədrlərinin razılığı əsasında “V” sektorunun bağçılıq üzvlərinin sənədlərinin verilməsi başlanılmışdır. Adına bağ sahəsi olan və orada lazım səviyyədə abadlıq işləri görməyən bağçılıq üzvlərinin adları Həmkarlar İttifaqı Komitəsi tərəfindən ümumi siyahıya salınması məsləhət görülməmişdir. O cümlədən, “V” sektorundakı 334 a saylı bağ sahəsinin sahibi İddiaçı adı ümumi siyahıya salınmamışdır. Dənizin səviyyəsi xeyli aşağı düşdükdə sonra sahildə suyun çəkilməsi başlanılmış və 334 a saylı bağın (torpağın) sahibi İddiaçı orada xeyli abadlıq işləri görüb – külli miqdarda daş karxanasından daşınan daşlı torpaq tökərək, dərinliyi 2 metrə yaxın olan ona verilən torpaq sahəsini doduraraq xeyli iş görmüşdür. O da, nəzərə çatdırılmışdır ki, 2018-2019-cu illərdə Azərbaycan Dəniz Nəqliyyatı X7 Respublika Komitəsinin və X3 Həmkarlar İttifaqı Komitəsinin göstərişi ilə aparılan inventarizasiya nəticəsində tətbiq olunmuş “Yelkən” bağçılıq yoldaşlığın yenilənmiş ümumi siyahısı Əmlak Komitəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə göndərilmişdir. Buraxılan texniki səhv səbəbindən 334 a saylı bağın sahibi İddiaçı adı 2019-cu ildə İdarəyə göndərilən ümumi siyahıya salınmamışdır. İddiaçı 1982-ci ildən X13 siravi motorçudan baş mexanikə qədər yüksələn zəhmətkeş bir mühəndisdir. Hal-hazırda da, dənizdə işləyir. Qeyd edilənləri nəzərə alaraq, “Yelkən” bağçılıq yoldaşlığı “V” sektorundakı 334 a saylı bağ sahəsinin İddiaçı adına özəlləşdirilməsinə köməklik göstərilməsi xahiş edilmişdir.
3. “X16 və Ekspertiza Mərkəzi” MMC tərəfindən 181 nömrəli, xx.xx.2023-cü il tarixli məktubla təqdim edilmiş mütəxəssis rəyinə əsasən müəyyən edilmişdir ki, X12 “Yelkən” bağçılıq-yoldaşlıq cəmiyyətinin 10 may 2005-ci il tarixli, 08 nömrəli protokolundan çıxarışa əsasən İddiaçı ayrılmış Bakı şəhəri, Suraxanı rayonu, Hövsan ərazisində yerləşən “334a” saylı bağ sahəsi yaşayış məntəqələrinin torpaqlarına aiddir, konfiqurasiyası sxemə uyğundur, koordinatları sənəd üzrə və faktiki naturada yerləşmə vəziyyətinə uyğundur, bağların sxematik xəritəsində qeyd edilmişdir. X12 “Yelkən” bağçılıq-yoldaşlıq cəmiyyətinin 10 may 2005-ci il tarixli 08 nömrəli protokolundan çıxarışa əsasən İddiaçı ayrılmış Bakı şəhəri, Suraxanı rayonu, Hövsan ərazisində yerləşən “334a” saylı bağ sahəsi digər bağ sahəsi ilə üst-üstə düşmür.
4. Cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixli, **********7 3-21-3-30/2-44007/2024 nömrəli məktubla təqdim edilmiş mütəxəssis rəyi ilə müəyyən edilmişdir ki, göstərilən torpaq sahəsi sənəd üzrə 630 kv.m olsa da, faktiki olaraq 688.0 kv.m təşkil edir. Torpaq sahəsinin üzərində tikili yoxdur. Sahənin sərhədlərinin bir tərəfi qonşu hasar, digər tərəfləri isə şərtidir. Sözügedən torpaq sahəsinin koordinatlarını əks etdirən sxem əlavə olunmuşdur. Vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən ərazi ayrıc aktından kənar olmaqla Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidir. Sahə hər hansı dövlət qeydiyyatına alınmış fiziki şəxsə məxsus sahə ilə üst-üstə düşmür. Lakin, bağçılıq-yoldaşlıq bölgü sxeminə əsasən Geodeziya (Geofizika) İdarəsinə ayrılmış ərazilərdir.
5. Vahid elektron kadastr baza məlumatlarına əsasən Hövsan ərazisində yerləşən 334 a saylı bağ sahəsinin qonşuluğunda **********23- 11301 reyestr nömrəli bağ evi və **********29, **********60, **********71 reyestr nömrəli bağ sahələri dövlət reyestrində qeydiyyata alınmışdır. Sorğunun icrası ilə əlaqədar müvafiq sənədlərin təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir. Təqdim edilmiş sənədlərə əsasən müəyyən edilmişdir ki, eyni faktiki və hüquqi əsaslara malik olan iş üzrə qanuni qüvvəsini almış məhkəmə qərarı ilə iddiaçıya məxsus torpaq sahəsinin qonşuluğunda yerləşən digər fiziki şəxsin adına, o cümlədən qonşuluğunda yerləşən digər fiziki şəxslərin adlarına müxtəlif hüquqmüəyyənedici sənədlərə əsasən daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların verilməsi müəyyən edilmişdir.
a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan ərazisidə yerləşən “334a” saylı bağ sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququnun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla reyestrdən çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan ərazisində yerləşən bağ sahəsi Bakı şəhər İcra Hakimiyyətinin 20/396 saylı, 27 oktyabr 1987-ci il tarixli qərarı ilə X12 “Yelkən” bağçılıq-yoldaşlıq cəmiyyətinə ayrılmışdır. "334” saylı bağ sahəsi X6 adına verilmişdir. X12 “Yelkən” bağçılıqyoldaşlıq cəmiyyətinin 10 may 2005-ci il tarixli, 08 saylı protokol siyahısından çıxarışa əsasən “334a” sektor “V” saylıl (360 kv.m, 36×17,5 kv.m) bağ sahəsi İddiaçı verilmişdir. Həmin vaxtdan qeyd olunan bağ sahəsi onun sahiblik və istifadəsindədir. O, bağ sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdehə müraciət etsə də, cavabdeh tərəfindən müraciətinin təmin edilməsindən 08 fevral 2023-cü il tarixli, **********71 3-21-3-30/2- 4171/2023 nömrəli məktubla imtina edilmişdir. İmtinada bildirilmişdir ki, İdarənin arxiv məlumatlarına əsasən X17 “Yelkən” bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında İddiaçı adı aşkar olunmamışdır. Bundan başqa elektron kadastr məlumatlarına əsasən tərəfindən göstərilən torpaq sahəsi bağçılıq-yoldaşlığın ayrıc aktından kənarda Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidə yerləşir. O, yenidən cavabdehə müraciət etsə də, cavabdeh tərəfindən müraciətinin təmin edilməsindən yenidən imtina edilmişdir. Hesab edir ki, cavabdehin imtinası qanunsuz və əsassızdır. Yuxarıda qeyd edilən sənədlərə əsasən ayrılmış bağ sahəsi 2005-ci ildən onun sahiblik və istifadəsindədir. Mövcud vəziyyətdə (yəni, 2005-ci ildə və bu günki, faktiki vəziyyətinə görə) İddiaçı məxsus bağ sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidə yerləşməyib və yerləşmir. Belə ki, X17 “Yelkən” bağçılıq-yoldaşlıq cəmiyyətinin sədri tərəfindən təsdiq olunmuş sektor “V”-nin ayrıc aktından çıxarışa əsasən “334a” saylı bağ sahəsi “334” saylı və digər bağ sahələri ilə eyni sırada olmaqla “Yelkən” bağçılıqyoldaşlığın ayrıc aktının daxilindədir. Həmçinin, qeyd edilən sənədlərə əsasən həmin bağ sahəsinə dair ona sahiblik, istifadə və mülkiyyət hüquqları verilmişdir.
8. Məhkəmənin e-2-1(112)-11005/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti iş üzrə 3-cü şəxs qismində cəlb edilmişdir.
9. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, İdarənin arxiv məlumatlarına əsasən X17 “Yelkən” bağçılıq yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında İddiaçı adı aşkar olunmamışdır. Bundan başqa, elektron kadastr məlumatlarına əsasən iddiaçı tərəfindən göstərilən torpaq sahəsi bağçılıq-yoldaşlığın ayrıc aktından kənarda Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidə yerləşir. Qeyd olunan səbəblərə görə ərizənin icrası İdarə tərəfindən mümkün olmamış, bununla bağlı iddiaçıya xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli cavab məktubları ünvanlanmışdır.
10. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-278/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə iddianın təmin edilməsi qərara alınmışdır.
11. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi və üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkəti apellyasiya şikayətləri verərək, həmin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
b) Apellyasiya şikayətinin dəlilləri
12. Cavabdehin apellyasiya şikayəti iddiaya etiraza uyğun əsaslandırılmış və əlavə olaraq bildirilmişdir ki, birinci instansiya məhkəməsi qeyd olunan faktiki hallara hüquqi qiymət verməmiş və tam araşdırma aparmamışdır.
13. Üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, həmin torpaq sahəsi vahid elektron kadastr baza məlumatlarına əsasən, “sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar” kateqoriyasına aid olmaqla, dövlət mülkiyyətindədir və Dövlət Neft Şirkətininərazi hüdudları daxilində yerləşir. Belə olan halda, qanunvericiliyin yuxarıda qeyd olunan normalarının tələblərinin təmin olunması məqsədi ilə, SOCAR-ın daimi istifadəsində olan, neft-qaz əməliyyatları aparılan torpaq sahələri yalnız təyinatı üzrə istifadə edilə biləcəyi nəzərə alınmalıdır.
ç)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatları
15. Məhkəmədə iddiaçının vəkili və nümayəndəsi iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsi haqqında birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanması, cavabdehin və 3-cü şəxslərin nümayəndələri apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişlər.
16. Məhkəmə sonuncu iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş 3-cü şəxs “X10 Limited şirkəti məhkəmədə nümayəndəsinin iştirakını təmin etməmişdirlər. Qanunvericiliyin tələbləri baxımından məhkəmə iclasının 3-cü şəxsin nümayəndəsinin iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir.
17. Bakı Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının 2-1(103)-2310/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadına əsasən “X10 Limited” Əməliyyat Şirkəti və Geofizika və Geologiya İdarəsi adi cəlb etmə qaydasında üçüncü şəxslər qismində məhkəmə icraatına cəlb edilmişlər.
18. 3-cü şəxs qismində cəlb edilmiş Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Geofizika və Geologiya İdarəsinin nümayəndəsi Heydər Kazımov iddia tələbinə etiraz edərək, qeyd olunan ərazinin kəşfiyyat işlərinin aparılması üçün təmsil etdiyi İdarəyə ayrılması səbəbindən iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir.
19. “Yelkən” bağçılıq-yoldaşlıq cəmiyyətinin sədri Vaqif Osmanov DƏDRX-nin 1 saylı Ərazi İdarəsinə və iddiaçıya təqdim edilən “Yelkən”Bağçılığının V sektorunun sxemlərinin fərqli olması ilə bağlı bildirmişdir ki, DƏDRX-nin 1 saylı ərazi idarəsinə təqdim edilmiş sxem şərti olaraq tərtib edilmiş və ərazinin su altında olan ərəfədə təqdim edilmiş, sonradan həmin ərazidə abadlıq işləri aparılmış və yaranmış boş sahələr bağçılıq cəmiyyətinin üzvlərinə verilmişdir. İddiaçının sahibliyində olan torpaq sahəsi ilə Geofizika və Geologiya İdarəsinə ayrılmış sahələr arasında ən azı 100 metr məsafə var.
TƏTBİQ EDİLƏN HÜQUQ
20. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz;
21. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanunun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.
22. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi
Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
23. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
24. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
25. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. (İPM-nin 1.1, 2.2.3-cü maddələrinə əsasən)
26. İşin faktiki halları və apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə Kollegiyası tətbiq edilən hüquq normalarına (Bu Qərarın 20-22-ci bəndləri) əsaslanaraq qeyd edir ki, Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır.
27. Belə ki, hazırkı işin hallarından görünür ki, iddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan ərazisidə yerləşən “334a” saylı bağ sahəsinə hüququnun qeydə alınmasını tələb edir.
28. Cavabdeh orqan isə İdarənin arxiv məlumatlarına əsasən X17 “Yelkən” bağçılıq yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında İddiaçı adının aşkar olunmadığını və elektron kadastr məlumatlarına əsasən iddiaçı tərəfindən göstərilən torpaq sahəsinin bağçılıq-yoldaşlığın ayrıc aktından kənarda Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidə yerləşdiyini bildirərək, iddia ərizəsini təmin etməkdən imtina etmişdir.
29. İşin apellyasiya baxışı zamanı məhkəmə kollegiyası tərəfindən müvafiq qurumlara sorğular verilmişdir.
30. Belə ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin 12 may 2025-ci il tarixli məktubundan görünür ki, mübahisələndirilən ərazi Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 256-İİİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Zığ və Hövsan neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Sazişə əsasən “X11 Limited” Şirkətinin istifadəsinə verilmiş kontrakt sahəsinin hüdudları daxilində olmaqla, Geofizika və geologiya idarəsinə (Kompleks geoloji kəşfiyyat və topoqrafiya idarəsi Naviqasiya geoloji topogeodeziya ekspedisiyasının Suraxanı rayonu, Hövsan qəsəbəsi Radiogeodeziya partiyasına) ayrılmış torpaq sahəsinin hüdudları daxilində yerləşir. Bu səbəbdən, həmçinin qanunvericiliyin aşağıda göstərilən tələblərinə əsasən, eləcə də istehsalatın və əhalinin təhlükəsizliyinin təmin olunması məqsədilə, həmin torpaqlardan yalnız təyinatı üzrə istifadə oluna bilər.
31. Bakı Apellyasiya Məhkəməsinin sorğusuna əsasən Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyester publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin məktubundan görünür ki, mübahisəli torpaq sahəsinə ən yaxış məsafədə “Yelkən” b/y-nin 334 saylı **********47 reyester nömrəli,”Yelkən” b/y-nin 32a saylı **********18 reyester nömrəli bağ sahələri qeydə alınmışdır. Həmin bağ sahələrinin qeydə alınması üçün əsas “Yelkən” bağçılıq cəmiyyətinin verdiyi protokoldan çıxarışlar olmuşdur.
32. “Yelkən” bağçılıq yoldaşlıq Cəmiyyəti tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli sorğuya cavab məktubuna əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1985-ci il tarixli qərarına əsasən bağçılıqların yaradılması ilə bağlı Azərbaycan Respublikası Dövlət Neft Şirktinə aid torpaqlar alınaraq müəsissə,təşkilatların fəhlə və qulluqçularına bağ sahəsi kimi verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin göstərişinə əsasən Bakı şəhəri, Suraxanı rayonu,Hövsan qəsəbəsi ünvanında yerləşən həmin ərazi Bakı şəhəri X9 İcraiyyə Komitəsinin 27 oktyabr 1987-ci il tarixli, 20/39 saylı qərarı ilə X12 “Yelkən” Bağçılıq-yoldaşlıq cəmiyyətinə ayrılmışdır. “Yelkən” bağçılıqyoldaşlığın ayrıc aktı, bağçılıq-yoldaşlığın “V” sektorunun sxematik xəritəsi, “V” sektorunda 334 a saylı bağ sahəsinə dair İddiaçı adına verilmiş 131/334 a nömrəli üzvlük biletidə inzibati işin materiallarına əlavə edilmişdir. Azərbaycan Dövlət X17 “Yelkən” bağçılıq-yoldaşlığı üzvlərinin təsdiq olunmuş10 may 2005-ci il tarixli, 08 nömrəli protokol-siyahısından çıxarışa əsasən Hövsan ərazisində yerləşən X14 məxsus “Yelkən” bağçılıq cəmiyyətinin üzvü İddiaçı “V” sektorundan “334a” saylı bağ sahəsi verilmişdir. İddiaçı adına olan “Yelkən” bağçılıq sahəsinin “V” sektorundakı “334a” nömrəli bağ sahəsi (630 kv.m (36><17.5 kv.m)) kimi qeyda alınmışdır. Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi ünvanında yerləşən ərazisində yerləşən 334 a saylı bağ sahəsinin qonşuluğunda **********23- 11301 reyestr nömrəli bağ evi və **********29, **********60, **********71 reyestr nömrəli bağ sahələri dövlət reyestrində qeydiyyata alınmaqla müvafiq çıxarışlar verilmişdir. Qeyd edilən çıxarışların verilməsinə əsas Azərbaycan Dövlət X17 “Yelkən” bağçılıq-yoldaşlığı tərəfindən verilmiş “Yelkən” bağçılıq-yoldaşlığın ayrıc aktı, bağçılıq-yoldaşlığın “V” sektorunun sxematik xəritəsi, üzvlük biletləri olmuşdur. Bu hal bir daha təsdiq edir ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi ünvanında yerləşən həmin ərazi “Yelkən” Bağçılıq-yoldaşlıq cəmiyyətinə aiddir. İddiaçı 1982-ci ildən X13 siravi motorçudan baş mexanikə qədər yüksələn zəhmətkeş bir mühəndisdir. Hal-hazırda da dənizdə işləyir.
33. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.
34. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2004-cü il tarixli 113 nömrəli Fərmanına əsasən Qanunun 8.0.1-ci maddəsində müəyyən edilmiş "icra hakimiyyəti orqanları"nın səlahiyyətlərini Azərbaycan Respublikasının müvafiq mərkəzi və yerli icra hakimiyyəti orqanları həyata keçirir.
35. Qanunvericiliyin tələbinə əsasən kollegiya qeyd edir ki, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi üçün əsaslar müəyyən edilməli, yerli icra hakimiyyəti orqanlarının aktları bu əsaslardan birinə aid edilməlidir. Göründüyü kimi, iddiaçı bu əsası – Bakı şəhəri, Suraxanı rayonu, Hövsan ərazisində yerləşən bağ sahəsi Bakı şəhər İcra Hakimiyyətinin 20/396 saylı, 27 oktyabr 1987-ci il tarixli qərarını və X12 “Yelkən” bağçılıq-yoldaşlıq cəmiyyətinin 10 may 2005-ci il tarixli, 08 saylı protokol siyahısından çıxarışını cavabdehə təqdim etmişdir.
36. Cavabdeh tərəfindən iddiaçının adının “Yelkən” bağçılıq-yoldaşlığı üzvlərinin siyahısında olmaması, protokol-siyahısından çıxarışın İdarənin arxivində olmaması, bundan başqa elektron kadastr məlumatlarına əsasən iddiaçı tərəfindən göstərilən torpaq sahəsinin bağçılıq yoldaşlığın ayrıc aktından kənarda, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidə yerləşməsi dəlillərinə münasibətdə məhkəmə kollegiyası bildirir ki, işdə olan sənədlərə əsasən İddiaçı ayrılmış Bakı şəhəri, Suraxanı rayonu, Hövsan ərazisində yerləşən “334a” saylı bağ sahəsi yaşayış məntəqələrinin torpaqlarına aiddir, konfiqurasiyası sxemə uyğundur, koordinatları sənəd üzrə və faktiki naturada yerləşmə vəziyyətinə uyğundur, bağların sxematik xəritəsində qeyd edilmişdir. Torpaq sahəsinin üzərində tikili yoxdur. Sahənin sərhədlərinin bir tərəfi qonşu hasar, digər tərəfləri isə şərtidir. Sözügedən torpaq sahəsinin koordinatlarını əks etdirən sxem əlavə olunmuşdur. Vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən ərazi ayrıc aktından kənar olmaqla Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidir. Sahə hər hansı dövlət qeydiyyatına alınmış fiziki şəxsə məxsus sahə ilə üst-üstə düşmür. Bağçılıq-yoldaşlıq bölgü sxeminə əsasən Geodeziya (Geofizika) İdarəsinə ayrılmış ərazilərdir.
37. Eyni zamanda iddiaçıya məxsus torpaq sahəsinin qonşuluğunda yerləşən torpaq sahələrinə dair sənədlərdən göründüyü kimi, iddiaçı ilə eyni faktiki və hüquqi əsaslara malik olan iş üzrə qanuni qüvvəsini almış məhkəmə qərarı ilə qonşuluqda yerləşən fiziki şəxsin adına, o cümlədən qonşuluğunda yerləşən digər torpaq sahələrinə dair hüquq sahiblərinin adına müxtəlif hüquqmüəyyənedici sənədlərə əsasən daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar verilmişdir.
38. Belə olan təqdirdə kollegiya hesab edir, iddiaçıya münasibətdə fərqli hüquqi mövqeyin sərgilənməsi Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin tələbləri baxımından bərabərlik hüququnun pozulması kimi qiymətləndirilməlidir.
39. Nəzərə alınmalıdır ki, bərabərlik və etimad hüququnun qorunması prinsiplərinin pozulması hallarının mövcudluğu ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin məhkəmə təcrübəsini formalşdıran xx.xx.2023-cü il tarixli 2-1(102)-1842/2023 qərarında (31-ci bənd) göstərilmişdir ki, “etimadın qorunması prinsipinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qorunur. İnzibati orqan mövcud inzibati praktikaya uyğun davranmağa borcludur. Nəzərə almaq lazımdır ki, bir tərəfdən inzibati orqan eyni faktiki hallara və hüquqi əsaslara söykənən işlər üzrə qərarların qəbuluna dair özünün formalaşdırdığı hüquq tətbiqi praktikasına bağlıdır, digər tərəfdən isə, fiziki və ya hüquqi şəxsin həmin praktikanın ona da tətbiq olunacağına dair əsaslı (legitim) gözləntiləri və həmin praktikaya etimadı yaranır. Qeyd olunmalıdır ki, şəxsin etimad hüququ yalnız inzibati orqanların davranışının proqnozlaşdırılmasının mümkün olduğu hallarda təmin oluna bilər. Belə proqnozlaşdırma isə inzibati orqanların inzibati, yəni hüquq tətbiqi praktikasına və bu praktikanın davamlılığına bağlıdır. Maraqlı şəxs onun müraciətinin inzibati praktikaya uyğun olaraq həll edilmiş oxşar işlərə analoji qaydada həll olunacağını əvvəlcədən bilmək və proqnozlaşdırmaq imkanına malik olmalıdır. Şəxsə belə imkan məhz bərabər yanaşma, ardıcıl davranma və etimadın qorunması prinsipləri vasitəsi ilə yaradılır”.(32ci bənd) “İnzibati orqanlar özlərinin praktikalarında hamıya münasibətdə bərabər yanaşmanı və ardıcıl münasibəti təmin edəcək qaydada davranmalıdırlar. Hər hansı dövlət xidməti müxtəlif səbəblərdən qanunsuz olaraq göstərilmişdirsə, inzibati orqanlar ilk növbədə həmin qanunsuzluğun aradan qaldırmasına yönəlmiş hərəkətlər etməli, eləcə də məsələyə münasibətdə özlərinin sonrakı praktikalarını dəyişdirdiklərini göstərməklə bu halı aşkar nümayiş etdirməlidirlər. Bu qaydada hərəkət etməyərək əvvəlki təcrübəyə uyğun davranmaqda davam etdikdə, inzibati orqanlar eyni hallara əsaslanan sonrakı müraciətləri həll edərkən bərabərlik və etimadın qorunması hüququnun tələblərini nəzərə almalıdır”
40. Üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin apellyasiya şikayətinin dəlilinə münasibətdə kollegiya qeyd edir ki, daşınmaz əmlakın üzərində mülkiyyət hüququnun qeydə alınıb-alınmaması gələcəkdə yarana biləcək hadisənin qarşısının alınması üçün əsas ola bilməz və həmin ərazinin təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi səbəbindən köçürülməsi zamanı daşınmaz əmlaka veriləcək kompensasiya məbləğinə təsir edə bilməz. Başqa sözlə desək daşınmaz əmlakın üzərində hüquqların dövlət reyesterində qeydə alınması baş verə biləcək təhlükənin qarşısının alınmasına əsas ola bilməz. Yəni təhlükə olacağı zaman dövlət reyesterində üzərində hüquqların qeydə alınıb alınmamasından asılı olmayaraq ziyanın dəyəcəyi istisna deyil.
41. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Hesab olunur ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.
42. İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
43. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-278/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
44. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı:
Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi və üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-278/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.