Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2313/2024 18.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X6 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Əkbərov Kamran Hüseyn oğlu və Səlimova Səadət Rəşid qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-5409/2024 nömrəli, 13 mart 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 23 dekabr 1987-ci ildən 1989-cu ilin noyabr ayınadək Azərbaycan Respublikasının Silahlı Qüvvələrində əsgər rütbəsində həqiqi hərbi xidmət keçmişdir. Sonradan Bakı şəhəri Suraxanı Rayon Hərbi Komissarlığı tərəfindən 31 yanvar 1992-ci il tarixdə yenidən hərbi xidmətə çağırılmışdır. Həmin tarixdən 19 yanvar 1993-cü il tarixədək N nömrəli hərbi hissənin tərkibində “Qurtuluş” batalyonunun hərbi qulluqçusu kimi Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etmişdir. 19 yanvar 1993-cü il tarixdə kürəyin qəlpə yarası diaqnozu ilə tibb bölüyündə müayinə olunmuşdur. Bu barədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Suraxanı rayon idarəsinin 06 aprel 2022-ci il tarixli, 139 nömrəli arayışında qeyd edilib. Azərbaycan Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu PHŞ-da onurğanın döş bel nahiyəsinin qəlpə yarası, sağ budun yuxarı üçdə birinin yumşaq toxumalarını dəlib keçən güllə yaralanması diaqnozu ilə müalicə olunmuşdur. Mərkəzi Hərbi Həkim Komissiyasının qərarında döyüşdə aldığı xəsarət “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” olaraq qeyd edilib. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etdiyinə görə Azərbaycan Respublikasının müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə 14 noyabr 2023-cü il tarixdə ərizə ilə müraciət etmiş, müraciətinə heç bir cavab verilməmişdir. Onun 31 yanvar 1992-ci il tarixdən 19 yanvar 1993-cü il tarixədək N nömrəli hərbi hissənin tərkibində “Qurtuluş” batalyonunun hərbi qulluqçusu kimi Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etməyi və hərbi travma almağı sənədlərlə, o cümlədən arayışlar, arxiv arayışları və mərkəzi hərbi həkim komissiyasının qərarı ilə təsdiq edilir. Döyüşdə aldığı güllə yarasına görə sağlamlığını itirmişdir, bu günə qədər müalicə alır. Bakı İnzibati Məhkəməsinin (hakim Bəhlul Cəlalov) 2-1(112)-5409/2024 nömrəli, 13 mart 2024-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, İddiaçı müharibə veteranı adı və vəsiqəsi verilməsi öhdəliyi Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilmişdir. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı İnzibati Məhkəməsinin 13 mart 2024-cü il tarixli qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “Müharibə veteran” adının və vəsiqəsinin verilməsi” tələbinə dair iddiası təmin edilmişdir. Bakı İnzibati Məhkəməsinin qərarı əsassız olduğundan ləğv olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən “1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - müdafiə, daxili işlər, milli təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər, şəxşi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanların təsdiq etdikləri siyahılar, əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “Müharibə veteranı” adı verilir. Müdafiə nazirinin xx.xx.1998-ci il tarixli 4 nömrəli əmri ilə qüvvəyə minmiş «Müharibə veteranı», «Silahlı qüvvələr veteranı», və «Əmək veteranı» adlarının verilməsi qayda və şərtləri haqqında” Əsasnamənin Silahlı Qüvvələrində tətbiq edilməsi qaydalarına dair Təlimatının 1.6-cı bəndindən görünür ki, “Müharibə Veteranı” adı və vəsiqəsi almaq üçün döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanın şəxsi heyətinin siyahılarında olmasını sübut edən nizami hissə üzrə əmrlərində hərbi hissənin səxsi heyətinin siyahısından çıxarılması barədə məlumat mütləq təqdim edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı», «Silahlı qüvvələr veteranı», və «Əmək veteranı» adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnamənin 1-ci bəndinin qeydində göstərilib ki, Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatların aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə “Müharibə veteram” adı verilə bilməz. İddiaçı iddia ərizəsində qeyd edir ki, o, 31 yanvar 1992-ci il tarixdə hərbi xidmətə çağırılmış və 19 yanvar 1993-cü il tarixədək N nömrəli hərbi hissənin tərkibində “Qurtuluş” batalyonunun tərkibində Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etmiş və 19 yanvar 1993-cü il tarixdə yaralanmışdır. Qeyd olunan ifadənin əsasında da Müdafiə Nazirliyinə qarşı “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi” tələbini irəli sürmüşdür. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin 29 mart 2022-ci il tarixli 4/2-1827 nömrəli arayışına əsasən İddiaçı 19 yanvar 1993-cü il tarixdən sonrakı dövrdə hərbi xidməti və yaralanması barədə məlumat aşkar edilməmişdir. İddiaçının döyüş əməliyyatlarının aparıldığı dövrdə 19 yanvar 1993-cü il tarixdən hərbi xidməti və hərbi hissədən qanuni əsaslarla tərxis olunması barədə məlumat olmadığından ona “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsindən imtina edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən, “1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə “Müharibə veteranı” adının verilməsi üçün hərbi qulluqçuların iki şərtə cavab verməsi zəruri tələb kimi müəyyən edilmişdir: Şəxsin döyüş zonasında hərbi xidmət keçməsi; Hərbi hissənin səxsi heyətinin siyahısından çıxarılması. Şəxsin bu şərtlərdən hər hansı birinə cavab verməməsi ona “Müharibə veteranı” adının verilməsi istisna edir. Beləliklə, iş materiallarında olan sənədlərdən görünür ki, iddiaçının ona müharibə veteranı adının verilməsi ilə bağlı arzuladığı inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur, bu inzibati aktın Müdafiə Nazirliyi tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir. Müdafiə Nazirliyinin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamışdır. Hazırkı halda iddiaçı ona müharibə veteranı adının verilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirə bilməmişdir. İstər arxiv arayışlarında, istərsə də iş materiallarında olan digər sənədlərdə iddiaçının hərbi xidməti və qanuni əsaslarla ehtiyata buraxılması barədə hər hansı bir sübut yoxdur. İddiaçının 19 yanvar 1993-cü il tarixdən sonra xidməti və hərbi hissədən qanuni əsaslarla tərxis olunması, bu barədə mötəbər sübutlarla təsdiq edilmədiyindən iddia sübuta yetirilmiş sayıla bilməz. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyib, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Suraxanı rayon idarəsinin 3-48-76/2-225/2024 saylı xx.xx.2024-cü il tarixli arayışından görünür ki, 1969-cu il təvəllüdlü istefada olan əsgər İddiaçı həqiqətən xx.xx.1987-ci il tarixdən 11.1989-cu il tarixədək SSRİ SQ-də müddətli həqiqi hərbi xidmət keçmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mərkəzi arxiv tərəfindən daxil olmuş xx.xx.2022-ci il tarixli 4/2-1827 saylı arxiv arayışına əsasən İddiaçı xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixədək N nömrəli hərbi hissədə könüllü həqiqi hərbi xidmət keçmişdir. Yaralanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası SHXÇ üzrə DX-nin Bakı şəhəri Suraxanı rayon idarəsinin 139 saylı xx.xx.2022-ci il tarixli arayışından görünür ki, 1969-cu il təvəllüdlü İddiaçı həqiqətən xx.xx.1992-ci il tarixdən xx.xx.1993-cü il tarixədək N nömrəli hərbi hissənin tərkibində Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etmişdir. xx.xx.1993cü il tarixdə kürəyin qəlpə yarası diaqnozu ilə tibb bölüyündə müayinə olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Hərbi Prokurorluğu tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, N nömrəli hərbi hissədə xidmət etmiş vətəndaş İddiaçı barəsində Azərbaycan Respublikası Hərbi Prokurorluğunda heç bir təqsirləndirici material və ya cinayət işi olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli 1354 nömrəli məktubla Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının İddiaçı barəsində verdiyi xx.xx.2022-ci il tarixli 896 nömrəli qərarının və həmin qərarın verilməsinə əsas olmuş sənədlərin surəti məhkəməyə təqdim edilmişdir. Həmin məktuba əlavə edilmiş: - Azərbaycan Respublikası SHXÇ üzrə DX-nin Bakı şəhəri Suraxanı rayon idarəsi tərəfindən Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasına ünvanlanmış xx.xx.2022-ci il tarixli 831 nömrəli məktubdan görünür ki, İddiaçı müayinədən keçmək üçün xx.xx.2022-ci il tarixli 19 nömrəli göndərişlə (xəsarətin səbəb əlaqəsinin müəyyən edilməsi üçün) Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasına göndərilmişdir. - Azərbaycan Respublikası SHXÇ üzrə DX-nin Bakı şəhəri Suraxanı rayon idarəsinin 458 saylı xx.xx.2022-ci il tarixli arayışından görünür ki, İddiaçı həqiqətən xx.xx.1992-ci il tarixdən xx.xx.1993-cü il tarixədək N nömrəli hərbi hissədə Qarabağ uğrunda gedən döyüşlərdə hərbi xidmət keçmişdir. xx.xx.1993-cü ildə yaralanmışdır. Barəsində xx.xx.2022-ci il tarixli 22HP 5793 nömrəli məktuba əsasən Tərtər Hərbi Prokurorluğunda təqsirləndirici material və cinayət işi aşkar edilməmişdir. - Tərtər Hərbi Prokurorluğu tərəfindən Azərbaycan Respublikası SHXÇ üzrə DX-nin Bakı şəhəri Suraxanı rayon idarəsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli 22HP 5793 nömrəli məktubdan görünür ki, 1969-cu il təvəllüdlü, N nömrəli hərbi hissədə xidmət etmiş İddiaçı barəsində Tərtər Hərbi Prokurorluğunda heç bir təqsirləndirici material və ya cinayət işi olmamışdır. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2022-ci il tarixli 896 nömrəli Qərarının təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri Suraxanı RHK tərəfindən xx.xx.1992-ci ildə hərbi xidmətə çağırılmış, Tərtər hərbi prokurorluğunun xx.xx.2022-ci il tarixli 22HP/5793 nömrəli qərarına əsasən barəsində təqsirləndirici material və cinayət işi olmadığı qeyd edilmiş, vətəndaş İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən 1993-cü ilin yanvar ayında aldığı və xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək MN Məhkəmə-Tibbi Ekspertiza və X2 canlı şəxsin məhkəmə-tibbi müayinəsi zamanı təyin edilmiş yaralanmanın nəticəsi - diaqnoz: “Odlu silah mərmi partlayışından sonrakı döş qəfəsinin sağ-yan səthində arxa qoltuq xətti üzrə 2.0x1,0 sm ölçülü bir ədəd, döş qəfəsinin arxa səthində orta qoltuq xətti üzrə 1,4x0,5 sm ölçülü bır ədəd və sağ budun yuxan 1/3-nin arxa-yan səthində 4,0x2,0 sm ölçülü bir ədəd köhnə çapıq toxumaları” (Azərbaycan Respublikası SHXÇDX-nin Bakı şəhəri Suraxanı rayon idarəsinin xx.xx.2022-ci il tarixli 19 nömrəli göndərişi, xx.xx.2022-ci il tarixli 458 nömrəli arayışı, MN Məhkəmə-Tibbi Ekspertiza və X5 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli k/97 nömrəli canlı şəxsin məhkəmə - tibbi müayinəsi Aktı, MN Mərkəzi Arxivinin Katibliyi Mərkəzi Arxiv tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 4/2-1083 nömrəli Arxiv arayışı, MN MHHK-nın həkim mütəxəssisinin rəyi ilə təsdiq edilir). «Hərbi travmadır. Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır». - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2022-ci il tarixli Arxiv Arayışından görünür ki, İddiaçı “20 Yanvar” batalyonu komandirinin xx.xx.1992-ci il tarixli 007 №-li əmrində (əsas: səh 35, əmrdə soyadı Səmədzadə yazılmışdır) şəxsi heyətin siyahısında X4 adı qeyd edilmişdir. “20 Yanvar” batalyonu komandirinin xx.xx.1992-ci il tarixli 028 №-li əmrində (əsas: səh 5) şəxsi heyətin siyahısında İddiaçı adı qeyd edilmişdir. “20 Yanvar” batalyonu komandirinin xx.xx.1992-xx.xx.1992-ci il tarixli əmrlər qovluğu kitabında (əsas: səh 97, sır 343, siyahıda atasının adı Kamal yazılmışdır) İddiaçı Kamal oğlunun adı qeyd edilmiş və adının qarşısında “01.09.92-20.09.92” yazılmışdır. “20 Yanvar” batalyonu komandirinin xx.xx.1992-ci il tarixli 034 №-li əmrində (əsas: səh 111, əmrdə atasının adı yazılmamışdır) İddiaçı batalyonun tərkibindən azad edilməsi barədə məlumat vardır. N nömrəli hərbi hissə üzrə xx.xx.1992-xx.xx.1992-ci tarixli pul paylama cədvəli qovluğunda N nömrəli hərbi hissənin şəxsi heyətinin pul təminatı ilə təmin olunması cədvəllərində (əsas: səh-18,sıra-18) sıravi əsgər İddiaçı iyul 1992-ci il tarixi üçün pul təminatı ilə təmin olunması barədə məlumat vardır. N nömrəli hərbi hissə üzrə xx.xx.1992-xx.xx.1992-ci tarixli pul paylama cədvəli qovluğunda N nömrəli hərbi hissənin şəxsi heyətinin pul təminatı ilə təmin olunması cədvəllərində (əsas: səh-112,sıra-2; qeyd: məlumatda atasının adı tam yazılmamışdır) sıravi əsgər İddiaçı K. oğlunun avqust 1992-ci il tarixi üçün pul təminatı ilə təmin olunması barədə məlumat vardır. N nömrəli hərbi hissə üzrə xx.xx.1992-xx.xx.1992-ci tarixli pul paylama cədvəli qovluğunda N nömrəli hərbi hissənin şəxsi heyətinin pul təminatı ilə təmin olunması cədvəllərində (əsas: səh-116, sıra- 13; qeyd: məlumatda atasının adı tam yazılmamışdır) sıravi əsgər İddiaçı K. oğlunun sentyabr 1992-ci il tarixi üçün pul təminatı ilə təmin olunması barədə məlumat vardır. N nömrəli hərbi hissənin yaralananların qeydiyyatı kitabında (əsas: sıra-120) “Qurtuluş” batalyonunun hərbi qulluqçusu, sıravi İddiaçı xx.xx.1993-cü il tarixdə “kürəyin qəlpə yarası” diaqnozu ilə tibb bölüyünə daxil olması barədə məlumat vardır. N nömrəli hərbi hissə komandirinin, “Qurtuluş” batalyonu komandirinin nizami hissə üzrə əmrləri Müdafiə nazirinin Katibliyi Mərkəzi Arxivinə daxil olmamışdır. «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasına əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Həmin maddənin ikinci hissəsinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti tərəfindən təsdiq edilir. Həmin qanunun 7-ci maddəsinin 1-ci hissəsinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə»nin 1-ci hissəsinin 8ci abzasına əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Ağdərə, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti, Azərbaycan Respublikasının Strateji X3 Agentliyi və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. İşin faktiki hallarından göründüyü kimi, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Suraxanı rayon idarəsinin 139 saylı xx.xx.2022-ci il tarixli arayışına və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2022-ci il tarixli Arxiv Arayışına əsasən İddiaçı xx.xx.1992-ci il tarixdən xx.xx.1993-cü il tarixədək N nömrəli hərbi hissənin tərkibində Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etmiş, xx.xx.1993-cü il tarixdə kürəyin qəlpə yarası diaqnozu ilə tibb bölüyündə müayinə olmuşdur. Azərbaycan Respublikası Hərbi Prokurorluğu tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubda N nömrəli hərbi hissədə xidmət etmiş İddiaçı barəsində Azərbaycan Respublikası Hərbi Prokurorluğunda heç bir təqsirləndirici materialın və ya cinayət işinin olmadığı bildirilmişdir. Həmçinin Tərtər Hərbi Prokurorluğunun xx.xx.2022-ci il tarixli məktubda N nömrəli hərbi hissədə xidmət etmiş İddiaçı barəsində Tərtər Hərbi Prokurorluğunda heç bir təqsirləndirici materialın və ya cinayət işinin olmadığı qeyd olunmuşdur. Eyni zamanda Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2022-ci il tarixli 896 nömrəli Qərarına əsasən İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən 1993-cü ilin yanvar ayında yaralanması ilə əlaqədar aldığı xəsarətin səbəb əlaqəsi aşağıdakı kimi müəyyən edilmişdir: «Hərbi travmadır. Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır». Göründüyü kimi, iddiaçının xx.xx.1992-ci il tarixdən xx.xx.1993-cü il tarixədək döyüşlərdə iştirak etməsi və yaralanması Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Suraxanı rayon idarəsinin məktub və arayışları, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Arxiv Arayışı, həmçinin Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının qərarı ilə öz təsdiqini tapır. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2022-ci il tarixli 896 nömrəli Qərarı ilə iddiaçının döyüş zonasında hərbi xidmət keçərkən 1993-cü ilin yanvar ayında yaralanması ilə əlaqədar aldığı xəsarətin hərbi travma olması və Azərbaycan Respublikasının müdafiəsi zamanı alınması müəyyən edilmişdir. O da qeyd edilməlidir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının həmin qərarı ləğv edilməmişdir, etibarsız hesab edilməmişdir, hazırda qüvvədədir. Bundan başqa, həmin qərar geri çağırılmadığından, ləğv edilmədiyindən, dəyişdirilmədiyindən, qüvvədə olma müddəti qurtardığından və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilmədiyindən hüquqi qüvvədədir və hüquqi cəhətdən etibarlıdır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikasının Qanunu: 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5409/2024 nömrəli, 13 mart 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-2313/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2313/2024
18.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver