Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2314/2025 11.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi və məruzəsi, Tağızadə Mirzə Nəsib oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, İsayeva Sevinc Ehtiram qızının katibliyi, İddiaçı “X3 Turizm Sanayi ve Ticaret Limited” şirkətinin Azərbaycan Respublikasındakı Filialının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndələri Nümayəndə1, Nümayəndə2 iştirakı ilə, İddiaçı “X3 Turizm Sanayi ve Ticaret Limited” şirkətinin Azərbaycan Respublikasındakı Filialının cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı (üçüncü şəxslər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti) cavabdehin xx.xx.2024cü il tarixli 3-21-2-3/2-190790/2024 nömrəli "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" qərarının ləğv edilməsi tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 27 fevral 2025-ci il tarixli, e-2-1(112)-3692/2025 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “X3 Turizm Sanayi ve Ticaret Limited” şirkətinin Azərbaycan Respublikasındakı Filialı cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli, 3-21-2-3/2-190790/2024 saylı qərarın ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, “X7 Sanayi ve Ticaret Limited” Şirkətinin Azərbaycan Respublikasındakı filialı aidiyyəti üzrə vergi orqanında xx.xx.2016-cı il tarixdə qeydiyyatdan keçmiş və ********** saylı VÖEN almışdır. İddiaçı Azərbaycan Respublikasının xəzinadarlığında büdcə hesabı var. Mühasibat sənədləri Maliyyə Nazirliyi tərəfindən təsdiq edilmiş ciddi uçot blanklarından istifadə edilməklə vaxtlı-vaxtında aparılmışdır. İddiaçı eyni analoji iş və xidmətləri aparılması ilə məşğul olmuş və müəssisənin fəaliyyətində heç bir vergilərin azaldılması faktı aşkarlanmamışdır. Cavabdeh tərəfindən iddiaçının şəxsi hesab vərəqəsinə “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli, 3-21-2-3/2-190790/2024 saylı qərarla 2023-cü ilin dekabr ayı üçün 85320,02,0 manat ƏDV hesablanmışdır. İddiaçı tərəfindən “X1” MMC (VÖEN:**********) ilə xx.xx.2023-cü il tarixli 28/23 nömrəli müqavilə bağlanmış və müvafiq olaraq müqaviləyə aid xidmətlər görülmüş və iddiaçıya təhvil verilmişdir. Bundan başqa, iddiaçı tərəfindən "xxxx" MMC (VÖEN:**********) ilə xx.xx.2023cü il tarixli 15/23 nömrəli müqavilə bağlanmış və müvafiq olaraq müqaviləyə aid mallar iddiacıya təhvil verilmişdir. Bütün əməliyyatlar vergi qanunvericiliyinə və ciddi mühasibat sənədlərinə riayət edilərək həyata keçirilmişdir. İddiaçıya hesablanmış ƏDV-nin əsasında yuxarıda göstərilən MMC-lərin əməliyyat aparıldığı tarixdən sonra, riskli vergi ödəyicisi hesab edilmişdirlər. Müəssisə tərəfindən həmin MMC-lər ilə əməliyyatlar aparılarkən, yəni onlar tərəfindən elektron qaimə-faktura təqdim edilərkən və müvafiq mallar alınarkən həmin MMC-lərin riskli vergi ödəyicisi olması barədə onların məlumatı olmamış, həmçinin həmin müəssisələrin riskli vergi ödəyicisi olması barədə heç bir inzibati qərar çıxarılmamışdır. Cavabdeh inzibati orqan tərəfindən iddiaya dair yazılı etiraz təqdim edilmiş və etiraz onunla əsaslandırılmışdır ki, aparılmış araşdırma zamanı vergi ödəyicisi tərəfindən ƏDV bəyannaməsində əvəzləşmə üçün təqdim edilmiş EBDV seriyalı, 140403 nömrəli və EBDV seriyalı, 223707 nömrəli elektron qaimə-fakturalar üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas verilmir. Qeyd edilən elektron qaimə-fakturalar üzrə 85319.93 manat ƏDV məbləğinin vergi ödəyicisi tərəfindən əvəzləşdirildiyini nəzərə alaraq cari ay üçün təqdim edilmiş bəyannamədə 85319.93 manat kənarlaşma yaranmışdır. Qeyd edilənlərə əsasən, vergi orqanı tərəfindən “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli, **********832500 nömrəli uyğunsuzluq məktubu göndərilərək müvafiq bəyannamə və araşdırma üçün zəruri olan sənədlərin təqdim edilməsi tələb edilmiş, lakin vergi ödəyicisi tərəfindən yaranmış kənarlaşma aradan qaldırılmaqla dəqiqləşdirilmiş bəyannamə təqdim edilmədiyi üçün Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən 2023-cü ilin mənfəət vergisi bəyannaməsi üzrə 79826,18 manat əlavə vergi məbləği hesablanaraq, bu barədə vergi ödəyicisinə xx.xx.2024-cü il tarixli, **********446900 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar göndərilmişdir. İddiaçının ƏDV bəyannaməsində əvəzləşmə üçün təqdim etdiyi EBDV seriyalı, 140403 nömrəli elektron qaimə-faktura cavabdehin xx.xx.2024-cü il tarixli, **********623800 saylı qərarı ilə riskli vergi ödəyicisi hesab edilən "X2" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN:**********) ilə aparılan qarşılıqlı əməliyyatla əlaqədardır. Həmçinin, əvəzləşmə üçün təqdim edilən EBDV seriyalı, 223707 nömrəli elektron qaimə-faktura iddiaçının Bakı şəhəri X6 üzrə Baş İdarəsinin xx.xx.2024-cü il tarixli, **********417800 saylı qərarı əsasında riskli vergi ödəyicisi hesab edilən "xxxx" MMC ilə qarşılıqlı əməliyyatı ilə bağlıdır. Bakı İnzibati Məhkəməsinin 27 fevral 2025-ci il tarixli, e-2-1(112)-3692/2025 saylı qərarı ilə (hakim B.M.Cəlalov) iddia təmin edilmiş, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş xx.xx.2024-cü il tarixli, 3-21-2-3/2-190790/2024 saylı qərarının ləğv edilməsi qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 27 fevral 2025-ci il tarixli, e-2-1(112)-3692/2025 saylı qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, aparılmış araşdırma zamanı vergi ödəyicisi tərəfindən ƏDV bəyannaməsində əvəzləşmə üçün təqdim edilmiş EBDV seriyalı, 140403 nömrəli və EBDV seriyalı, 223707 nömrəli elektron qaimə-fakturalar üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas verilmir. Qeyd edilən elektron qaimə-fakturalar üzrə 85319.93 manat ƏDV məbləğinin vergi ödəyicisi tərəfindən əvəzləşdirildiyini nəzərə alaraq cari ay üçün təqdim edilmiş bəyannamədə 85319.93 manat kənarlaşma yaranmışdır. Qeyd edilənlərə əsasən, vergi orqanı tərəfindən “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli, **********832500 nömrəli uyğunsuzluq məktubu göndərilərək müvafiq bəyannamə və araşdırma üçün zəruri olan sənədlərin təqdim edilməsi tələb edilmiş, lakin vergi ödəyicisi tərəfindən yaranmış kənarlaşma aradan qaldırılmaqla dəqiqləşdirilmiş bəyannamə təqdim edilmədiyi üçün Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83cü maddələrinə əsasən 2023-cü ilin mənfəət vergisi bəyannaməsi üzrə 79826,18 manat əlavə vergi məbləği hesablanaraq, bu barədə vergi ödəyicisinə xx.xx.2024-cü il tarixli, **********446900 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar göndərilmişdir. İddiaçının ƏDV bəyannəməsində əvəzləşmə üçün təqdim etdiyi EBDV seriyalı, 140403 nömrəli elektron qaimə-faktura cavabdehin xx.xx.2024-cü il tarixli, **********623800 saylı qərarı ilə riskli vergi ödəyicisi hesab edilən "X1" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN:**********) ilə aparılan qarşılıqlı əməliyyatla əlaqədardır. Həmçinin, əvəzləşmə üçün təqdim edilən EBDV seriyalı, 223707 nömrəli elektron qaimə-faktura iddiaçının Bakı şəhəri X6 üzrə Baş İdarəsinin xx.xx.2024-cü il tarixli, **********417800 saylı qərarı əsasında riskli vergi ödəyicisi hesab edilən "xxxx" MMC (VÖEN:**********) ilə qarşılıqlı əməliyyatı ilə bağlıdır. Qeyd edilir ki, bu dəlil formal olmaqla yanaşı, yanlış məntiqə əsaslanan dəlildir. Ona görə ki, aşağıda adı qeyd olunan vergi ödəyiciləri məhz hazırkı iddiaçı ilə apardıqları əməliyyatların riskli hesab olunması səbəbindən riskli vergi ödəyiciləri siyasına daxil edilmiş və bu barədə qərar qəbul edilmişdir. Bildirilir ki, mübahisələndirilən qərarların qəbul edilməsi üçün əsas İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən 2023-cü ilin dekabr ayı ərzində "X1" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN:**********) və edilən "xxxx" MMC (VÖEN:**********)-dən əldə edilmiş, ümumi dəyəri 85.320,02 manat olan elektron qaiməfakturaların xərc kimi nəzərə alınmaması olmuşdur. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi Nümayəndə2 izahatında məhkəməyə bildirdi ki, 2023-cü il dekabr ayı üzrə bəyannamələrlə bağlı aparılmış araşdırma zamanı “X3 Turizm Sanayi ve Ticaret Limited” şirkətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən riskli vergi ödəyiciləri ilə aparılan əməliyyatlar əvəzləşdirilmə zamanı nəzərə alınmamışdır. Söhbət "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə aparılan əməliyyatlardan gedir. Nəticədə iddiaçıya münasibətdə əlavə vergi öhdəlikləri yaranmışdır. Vergi ödəyicisi ilə bağlı qəbul edilən qərar tam əsaslıdır. Bu səbəbdən Bakı İnzibati Məhkəməsinin 27 fevral 2025-ci il tarixli, e-2-1(112)-3692/2025 saylı qərarının ləğv edilərək, iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməlidir. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi Nümayəndə1 izahatında məhkəməyə bildirdi ki, “X3 Turizm Sanayi ve Ticaret Limited” şirkətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən elektron qaiməfakturalar üzrə riskli vergi ödəyiciləri ilə əməliyyatlar aparıldığına görə həmin əməliyyatlar əvəzləşməyə əsas vermir. Məhkəmə iclasında iştirak edən iddiaçı “X3 Turizm Sanayi ve Ticaret Limited” şirkətinin Azərbaycan Respublikasındakı Filialının nümayəndəsi və vəkili Vəkil izahatında məhkəməyə bildirdi ki, 2023-cü ildə “X3 Turizm Sanayi ve Ticaret Limited” şirkətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə əməliyyatlar aparılmışdır. İddiaçı tərəfindən hər 2 hüquqi şəxslə əməliyyatların aparıldığı zaman həmin hüquqi şəxslər riskli vergi ödəyiciləri hesab olunmamışlar. Belə ki, vergi orqanı tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti 2024-cü ildə riskli vergi ödəyiciləri hesab edilmişdir. Vergi orqanı isə aparılan hər iki əməliyyat üzə ƏDV-ləri ləğv edərək iddiaçıya münasibətdə əlavə vergi hesablamışdır. Vergi orqanının iddiaçı barəsində qəbul etmiş olduğu qərar qanunsuzdur. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsi dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassızdır, birinci instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş sənədlərdən aşağıdakılar müəyyən edilir: - İddiaçı “X3 Turizm Sanayi ve Ticaret Limited” şirkəti "xxxx" MMC arasında 28 noyabr 2023-cü il tarixli, 28/23 №-li Xidmət müqaviləsi bağlayaraq elektron qaimə-faktura əsasında xidmətlər göstərmiş, həmçinin 15 dekabr 2023-cü il tarixli 15/23 №-li alqı-satqı müqaviləsinə əsasən "xxxx" MMC-dən elektron qaimə faktura əsasında 259599,53 manat dəyərində məhsul almışdır. - İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2024-cü il tarixli, **********417800 saylı “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” qərarı ilə "xxxx" MMC riskli vergi ödəyicisi hesab edilmişdir. - İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2024-cü il tarixli, **********623800 saylı “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” qərarı ilə “"xxxx" MMC riskli vergi ödəyicisi hesab edilmişdir. - “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli, 3-21-2-3/2-190790/2024 saylı qərarla 2023-cü ilin dekabr ayı üçün 85320,02,0 manat ƏDV hesablanmışdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə əsasən, riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2-ci bəndinə görə, aşağıdakı meyarlardan ən azı birinə cavab verən vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur: bu Meyarların 3-cü hissəsində nəzərdə tutulan riskli əməliyyatları aparan şəxs olduqda; aparılmış vergi nəzarət tədbirləri çərçivəsində vergi ödəyicisinin əmtəəsiz əməliyyatlar aparması aşkar edildikdə; idxalatçının, istehsalçının və ya idxalatçı olmayan ticarət fəaliyyəti həyata keçirən şəxsin vergi orqanında qeydiyyatda olan anbarı (o cümlədən icarəyə götürdüyü anbarı) və ya digər təsərrüfat subyekti (obyekti) olmadıqda və yaxud qeydiyyatda olan anbarın və ya digər təsərrüfat subyektinin (obyektinin) sahəsi ilə idxal və ya əldə edilən malların həcmi uyğunluq təşkil etmədikdə (digər şəxslər üçün sifariş əsasında gətirilən və bilavasitə sifarişçilərə təhvil verilən (sifarişçi vergi ödəyicisi olduqda VÖEN-i, fiziki şəxs olduqda adı, soyadı, atasının adı və FİN-i) mallar və hər bir sifarişçi üzrə sifarişin məbləği barədə məlumatların vergi orqanına təqdim edildiyi hallar istisna olmaqla); vergi ödəyicisi tərəfindən əldə edilmiş və fəaliyyət növünə (fəaliyyət növlərinə) uyğun olmayan malların (vergi ödəyicisi tərəfindən öz təsərrüfat fəaliyyətində istifadə edilməsi üçün əldə etdiyi ofis ləvazimatları, inventar və digər bu kimi aktivlər istisna olmaqla) vergi nəzarəti zamanı sənədləşdirilmədən təqdim edilməsi aşkar edildikdə; vergi ödəyicisinin satış məqsədləri üçün son 6 ay üzrə (vergi ödəyicisinin malların mövsümi xarakterindən asılı olaraq, habelə əvvəlcədən sifariş edilən və müqavilədə (razılaşmada) müəyyən edilən müddətdə təhvil verilməsi nəzərdə tutulan hallar istisna olmaqla) idxal etdiyi və ya əldə etdiyi malların həcmi onun müvafiq dövr üzrə dövriyyəsindən azı 3 dəfə artıq olduqda; bu Meyarların 2.1.1-2.1.5-ci yarımbəndləri ilə müəyyən edilmiş riskli vergi ödəyicisi olan fiziki şəxsin icra orqanının rəhbəri və ya təsisçisi olduğu hüquqi şəxs; bu Meyarların 2.1.1-2.1.5-ci yarımbəndləri ilə müəyyən edilmiş riskli vergi ödəyicisi olan hüquqi şəxsin icra orqanının rəhbərinin və ya təsisçisinin təsis etdiyi və ya icra orqanının rəhbəri olduğu hüquqi şəxs; beşdən çox hüquqi şəxsin icra orqanının rəhbəri olan fiziki şəxslər və onların icra orqanının rəhbəri olduğu hüquqi şəxslər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli, 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 3.1-ci bəndinə müvafiq olaraq, vergi ödəyicisinin apardığı aşağıdakı əməliyyatlar riskli əməliyyat hesab olunur: vergi ödəyicilərinin təqdim etdiyi elektron qaiməfakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə; vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı aşkar edildikdə (artıq həcmdə təqdim edilmiş mallara münasibətdə)”. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən işə baxılarkən müəyyən edilmişdir ki, iddiaçı ilə riskli vergi ödəyicisi hesab edilmiş hüquqi şəxslər arasında əməliyyatlar, həmin şəxslərin riskli vergi ödəyicisi hesab edilməsi barədə qərar qəbul edilməmişdən öncə aparılmışdır. İş materiallarına əsasən, iddiaçı yuxarıda qeyd edilən hüquqi şəxslər ilə əməliyyat apardığı zamanı Vergi Məcəlləsinin 13.2.82-ci maddəsində nəzərdə tutulmuş xəbərdarlıq xarakterli bildirişlər əks edilməmiş və eyni zamanda e-taxes.gov.az saytından yoxlanılarkən həmin ödəyici riskli vergi ödəyicilərin siyahısında olmamışdır ki, bu fakt da bir daha həmin tarixlərdə iddiaçının əməliyyat apardığı vergi ödəyicisinin riskli vergi ödəyicilərin siyahısında olmamasını sübut edir. Daha sonrakı tarixdə, yuxarıda hüquqi şəxslər tərəfindən digər əməliyyatlarını riskli hesab edərək riskli vergi ödəyicilərin siyahısına salınması isə iddiaçı ilə apardığı əməliyyatları şübhə altına ala bilməz və bu vergi qanunvericiliyinin tələblərinə ziddir. Belə ki, iddiaçı sözü gedən şəxslər ilə əməliyyat apardığı zamanı həmin şəxslər riskli vergi ödəyicilər siyahısında olmamışdır. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, hər hansı bir vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab olunması, həmin vergi ödəyicisi ilə əməliyyatlar apardığı digər vergi ödəyicisinin sözügedən əməliyyatlarının avtomatik olaraq Vergi Məcəlləsinin 109.9-cu maddəsində nəzərdə tutulmuş müddəalara uyğun olması anlamına gəlmir. Vergi ödəyiciləri arasında baş tutan əməliyyatın həqiqətən əmtəəsiz baş verməsi halının mötəbər sübutlarla təsdiqinin tapması zəruridir. Malın satıcısının idxalında və e-qaimə üzrə alışında məhz həmin malların müəyyən edilməməsi, yəni, vergi ödəyicilərinin təsdiqedici sənədlərlə almadıqları malları satması, özlüyündə birmənalı olaraq əməliyyatın əmtəəsiz baş tutması kimi qiymətləndirilməməli və xüsusilə malın alıcısına münasibətdə Vergi Məcəlləsinin 109.9-cu maddəsinin tətbiqinə əsas verməməlidir. İnzibati icraat zamanı malların faktiki olaraq təqdim edilib-edilməməsi halı hərtərəfli araşdırılmalıdır (malların mövcudluğuna dair sübutların tələb edilməsi, operativ vergi yoxlaması və ya digər yoxlama tədbirlərinin keçirilməsi və sair). “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 24-cü maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 70.1-ci maddəsinə görə, inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəllənin 87.6-cı maddəsinə müvafiq olaraq, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Yekunda, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgündür, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, birinci instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş qərar dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 27 fevral 2025-ci il tarixli, e-2-1(112)-3692/2025 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan qərarın tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər Sədrlik edən: Nigar Nəbizadə Hakimlər: Mirzə Tağızadə Kamran Əkbərov
Məhkəmə qərarları › İş №2-1(103)-2314/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2314/2025
11.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver