Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2316/2025 22.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin qoyulması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Ceyhun Bəşir oğlu Məmmədov (sədrlik edən və məruzəçi), Şərafət Asif qızı Məmmədovadan və X1 ibarət tərkibdə, Əliyeva Səmimə Elşad qızının katibliyi, İddiaçı iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2247/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin mübahisələndirilməyən halları
1. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının İddiaçı ünvanlanmış “Yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında” məktubuna əsasən iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsindən imtinanın səbəbi kimi Nazirliyin elektron informasiya ehtiyatlarındakı məlumatlara əsasən xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi şəxsi hesabının sığorta hissəsində pensiya kapitalının qeydə alınmaması, əmək kitabçasının surətində qeyd olunmuş mötəbərliyinə əsaslı şübhələr olan xx.xx.1977-ci il tarixindən xx.xx.2007-ci il tarixinədək əmək fəaliyyəti dövrünün araşdırılması zərurətinin yaranması, Azərbaycan Respublikasının Dövlət Arxivinin xx.xx.2022-ci İİ tarixli № DA-01187-2022 nömrəli arxiv arayışında Əli Bayramov adına tikiş istehsalat birliyinin arxiv fondunda mühafizə edilən əmrlər kitablarında işə qəbul əmri qeyd olunsa da, işdən azad olunmağı barədə qeydlərin olmaması, eyni zamanda sözügedən arayışda 2 nömrəli Tikiş fabrikinin sənədlərinin də mühafizə olunmaq üçün Dövlət Arxivinə təhvil verilmədiyinin qeyd edilməsi göstərilmişdir, həmçinin iddiaçıya bildirilmişdir ki, Nazirliyin elektron informasiya ehtiyatlarındakı məlumatlara əsasən xx.xx.2006-cı il tarixindən xx.xx.2007-ci il tarixinədək iddiaçının fərdi şəxsi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır.
2. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikasinin Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli arxiv arayışına əsasən “Bayramov adına tikiş istehsalat birliyi“nin arxiv fondunda mühafizə edilən 1977-1978, 1983-cü illərə dair şəxsi heyət üzrə əmr kitablarında İddiaçı (əmr № 274, 09 dekabr 1977н il) - (tikişçi şagirdi peşəsinə 5-ci istehsalat sahəsinə) işə qəbul edildiyi; (əmr № 53, 07 mart 1978-ci il) 1ci dərəcənin verilməsi;(əmr № 149, 09 iyun 1983-cü il) 2-ci dərəcəli tikişçi vəzifəsinə keçirildiyi qeyd olunur. Arxiv arayışında qeyd edilmişdir ki, Azərbaycan SSR Yüngül Sənaye Nazirliyinin əsas fəaliyyət üzrə 26 iyun 1987-ci il tarixli 22 №-li əmrinə əsasən Bakı şəhəri Maştağa qəsəbəsində yerləşən Əli Bayramov adına tikiş istehsalat birliyinin tikiş sahələri Bakı 2 №-li Tikiş Fabrikasına verilmişdir. Eyni zamanda bildiririlmişdir ki, Əli Bayramov adına tikiş istehsalat birliyinin filialının 1987-ci ilə dair işdən azad olunan işçilərin şəxsi vərəqələrində İddiaçı şəxsi vərəqəsi aşkar olunmuş, lakin vərəqədə işdən azad olunma barədə heç bir qeyd aparılmamış və qeyd olunan filialın 1987-ci ilə dair qismən qəbul edilmiş şəxsi heyət üzrə əmr kitablarında 199 №-li əmr aşkar edilməmişdir. Habelə Bakı 2 №-li Tikiş Fabrikinn sənədləri arxivə dövlət mühafizəsinə verilməmişdir.
3. İddiaçının əmək kitabçasına əsasən iddiaçı xx.xx.1977-ci ildə Əli Bayramlı adına BİTB-nin 5 №-li istehsalat sahəsinə şagird təyin edilmiş, xx.xx.1978-ci ildə o birinci dərəcəli tikişçi peşəsinə keçirilmiş, xx.xx.1983-cü ildə 2-ci dərəcəli tikişçi keçirilmiş, xx.xx.1987-ci ildə 3 №li Bakı Tikiş Fabrikinin 4 №li sexinə keçirilmişdir, xx.xx.1994-cü ildə 3 №-li sahənin tikişçisinə 3-cü dərəcə verilmiş, xx.xx.1998-ci ildə müəssisənin hüquqi təşkilatı forması dəyişdirilərək "xxxx" MMM adlandırılmışdır, xx.xx.2007-ci ildə öz xahişi ilə işdən azad edilmişdir.
a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Bakı İnzibati Məhkəməsində cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia qaldıraraq yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 1977-ci ildə Əli Bayramov adına X2 işə qəbul olunmuşdur, 1987-ci ildən işini 2 nömrəli Tikiş fabrikində davam etdirmişdir, 2007-ci ildə öz xahişi ilə işdən azad olunmuşdur.İddiaçının əmək kitabçasından göründüyü kimi onun 30 il fasiləsiz əmək stajı vardır. İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin 3 saylı Bakı DOST Mərkəzinə müraciət etmişdir.Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş 24 iyun 2024-ü il tarixli cavabdan görünür ki, iddiaçıya yaşa görə əmək pensiyanın təyin edilməsindən imtina olunmuşdur. Cavabdeh imtinanı onunla əsaslandırmışdır ki, əmək kitabçasının surətində qeyd olunmuş mötəbərliyinə əsaslı şübhələr olan xx.xx.1977-ci il tarixdən xx.xx.2007-ci il tarixinədək əmək fəaliyyəti dövrünün araşdırılması zərurəti yaranmışdır. Azərbaycan Respublikasının Dövlət Arxivinin xx.xx.2022-ci tarixli arxiv arayışında Əli Bayramov adına tikiş istehsalat birliyinin arxiv fondunda mühafizə edilən əmrlər kitabında işə qəbul əmri qeyd olunsa da işdən azad olunmağı barədə qeyd olmadığı göstərilmişdir. Eyni zamanda sözügedən arayışda 2 nömrəli tikiş fabrikinin sənədlərinin də mühafizə olunmaq üçün Dövlət Arxivinə təhvil verilmədiyi qeyd olunmuşdur.İddiaçı cavabdehin verdiyi imtinanı əsassız və qanunsuz hesab edir.Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa, görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır.
6. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, iddiaçının əmək kitabçasında olan xx.xx.1977-ci il tarixdən xx.xx.2007-ci il tarixədək əmək fəaliyyəti ilə bağlı müəyyən şübhələr var. Belə ki, Azərbaycan Respublikasının Dövlət Arxivinin xx.xx.2022-ci iİ tarixli, № DA-01187- 2022 saylı arxiv arayışında Əli Bayramov adına tikiş istehsalat birliyinin arxiv fondunda mühafizə edilən əmrlər kitablarında iddiaçının işə qəbul əmri qeyd olunsa da, işdən azad olunma barədə qeydlərin olmadığı göstərilmişdir. Eyni zamanda sözügedən arayışda 2 nömrəli Tikiş fabrikinin sənədlərinin də mühafizə olunmaq üçün Dövlət Arxivinə təhvil verilmədiyi qeyd edilmişdir.Həmçinin Nazirliyin elektron informasiya ehtiyatlarındakı məlumatlara əsasan xx.xx.2006-cı iİ tarixdən xx.xx.2007-ci il tarixədək onun fərdi şəxsi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Bu səbəblərdən də xx.xx.1977-ci il tarixdən xx.xx.2007-ci il tarixədək olan dovrun sığorta stajına daxil edilməsi mümkün hesab edilmir.
7. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2247/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə iddianın təmin edilməsi, İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilmişdir.
8. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı həmin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
b) Apellyasiya şikayətinin dəlilləri
9. Apellyasiya şikayəti iddiaya etiraza uyğun əsaslandırılmışdır. ç)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatları
11. Məhkəmədə iddiaçı apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Qanunvericiliyin tələbləi baxımından məhkəmə kollegiyası iclası cavabdehin nümayəndəsinin iştrakı olmadan keçirilməsini xahiş etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
12. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz;
13. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun: 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda, (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir.
14.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli, 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamə:
1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir.
3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır.
15.Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
16.Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır. 17.Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
18. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. (İPM-nin 1.1, 2.2.3 və 3.1-ci maddələrinə əsasən)
19. İşin faktiki halları və apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə Kollegiyası tətbiq edilən hüquq normalarına (Bu Qərarın 12-15-ci bəndləri) əsaslanaraq qeyd edir ki, Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır.
20. Belə ki, hazırkı işin hallarından görünür ki, İddiaçı ona yaşa görə əmək pensiyasının təyin olunmasını tələb edir.
21. Cavabdeh orqan isə imtina əsası kimi 2 hala istinad edir: - iddiaçının əmək kitabçasında göstərilən məlumatların həqiqətə uyğun olmaması; - xx.xx.2006-cı il tarixdən xx.xx.2007-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalının qeydə alınmamasıdır.
22. İş materiallarından göründüyü kimi, İddiaçı məxsus əmək kitabçasına əsasən o, xx.xx.1977-ci ildən fasiləsiz olaraq əvvəlcə Əli Bayramlı adına Bakı İstehsalat Tikiş Birliyində 5 №li istehsalat sahəsində, daha sonra isə 3 №li Bakı Tikiş Fabrikində (adı sonradan "xxxx" MMM-nə dəyişdirilmişdir) xx.xx.2007-ci ilə qədər işləmişdir.
23. Eyni zamanda arxiv arayışında da iddiaçının işə qəbul edilməsi haqqında 274 №-li, 09 dekabr 1977-ci il tarixli əmrin (İddiaçı tikişçi şagirdi peşəsinə 5-ci istehsalat sahəsinə işə qəbul edilməsi haqqında), 53 nömrəli, 07 mart 1978-ci il tarixli əmrin (İddiaçı 1-ci dərəcənin verilməsi haqqında), 149 nömrəli, 09 iyun 1983-cü il tarixli əmrin (İddiaçı 2ci dərəcəli tikişçi vəzifəsinə keçirilməsi haqqında), iddiaçıya aid şəxsi vərəqənin dövlət arxivində mövcud olması öz əksini tapmışdır, eyni zamanda arxiv arayışında göstərilmişdir ki, Azərbaycan SSR Yüngül Sənaye Nazirliyinin əsas fəaliyyət üzrə 26 iyun 1987-ci il tarixli 22 №-li əmrinə əsasən Bakı şəhəri Maştağa qəsəbəsində yerləşən Əli Bayramov adına tikiş istehsala birliyinin tikiş sahələri Bakı 2 №-li Tikiş Fabrikasına verilmişdir ki, bu da əmək kitabçasında qeyd edilmiş məlumatlara uyğundur.
24. Belə olduğu halda kollegiya qeyd edir ki, arxiv arayışında qeyd edilən məlumatların iddiaçının əmək kitabçasında aparılmış qeydlərə uyğun olması iddiaçının əmək kitabçasının onun əmək stajını təsdiq edən mötəbər sübut olmasının göstəricisidir. İddiaçının əmək kitabçasına əsasən isə İddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun qüvvəyə mindiyi tarixə qədər artıq 25 ildən çox əmək stajı mövcuddur, bu da cavabdeh tərəfindən mübahisələndirilmir. Eyni zamanda kollegiya qeyd edir ki, 2 №li Tikiş Fabrikinin sənədlərinin dövlət arxivinə təhvil verilməməsi iddiaçının təqsiri ilə bağlı hallarla əlaqədar olmadığından bu, onun üçün hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır.
25. Cavabdehin birinci imtinasının əsası olan əmək kitabçasında göstərilən məlumatların həqiqətə uyğun olmaması dəlilinə münasibətdə kollegiya qeyd edir ki, cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı iddiaçının əmək kitabşasının saxta, qeyri-mötəbər olmasına dair məhkəməyə heç bir sübut təqdim etməmişdir.
26. Eyni zamanda cavabdehin ikinci imtinasının əsası olan xx.xx.2006-cı il tarixdən iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalının qeydə alınmaması ilə bağlı kollegiya qeyd edir ki, həqiqətən də pensiya qanunvericiliyində vətəndaşın fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən qeydə alınmış pensiya kapitalına malik olması şərti mövcuddur, lakin bu şərt yalnız o zaman tətbiq olunur ki, vətəndaş nəzərdə tutulmuş ümumi sığorta stajını toplamamış olsun. İddiaçının sığorta stajının müəyyən edilməsi istiqamətində aparılmış araşdırma zamanı isə məlum olmuşdur ki, İddiaçı 25 ildən çox sığorta stajına malikdir ki, bu hal onun yaşa görə əmək pensiyasının təyin olunması üçün kifayət edir. Yəni iddiaçıya yaşa görə əmək pensiyası təyin edilərkən onun xx.xx.2006-cı ilə qədər olan əmək stajı yaşa görə əmək pensiyası ilə təmin edilməsi üçün əsas hesab edilir. 27.Bundan başqa oda nəzərə alınmalıdır ki, “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Qanunun 1-ci maddəsinə əsasən Sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir.
28. Belə olan halda məhkəmə hesab edir ki, xx.xx.2006-cı il tarixdən xx.xx.2007-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalının qeydə alınmaması iddiaçıya yaşa görə əmək pensiyasının təyin olunmaması üçün maneə sayıla bilməz.Yəni 2006-2007-ci illər üzrə sığorta stajı götürülmədəndə iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsi mümkündür.
29. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Hesab olunur ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. 30.İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 31.Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2247/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. 32.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı:
Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2247/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.