Məhkəmə qərarları › İş №2-1(103)-2317/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2317/2022

28.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2317/2022 28.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Hüseynov Azər Soltanhəmid oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Təhsildə X1rşı “diplomun tanınması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3382/2022 saylı 11 aprel 2022-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə 25-28 oktyabr 2022-ci il tarixlərdə Bakı Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Təhsildə X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Rusiya Federasiyası Dövlət Sosial Universiteti tərəfindən iddiaçıya verilmiş xx.xx.2011-ci il tarixli, ******* nömrəli bakalavr diplomu üzrə ixtisasın tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, diplom üzrə ixtisasının tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş etmiş və bu halı onunla əsaslandırır ki, Dövlət Attestasiya Komissiyasının qərarı ilə onun bakalavr ixtisası üzrə təhsili tanınmış, ona bakalavr diplomu verilmişdir. İddiaçı diplomun tanınması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu onun müraciətinin təmin edilməsindən imtina etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3382/2022 saylı 11 aprel 2022-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. (hakim: O.Həsənov) Həmin qərardaddan narazı qalan iddiaçı apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və buraxılmış iddia müddətinin bərpa olunmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. İddiaçı apelyasiya şikayətində qeyd etmişdir ki, Azərbaycan Respublikası Təhsildə X3 tərəfindən ona ünvanlanmış imtina məktubunu poçt vasitəsi ilə almışdır. Həmin məktubu aldıqdan sonra dəfələrlə Bakı şəhəri, Qara Qarayev prospekti 2B ünvanında yerləşən Təhsildə X3nə getmişdir. Azərbaycan Respublikasında Covid-19 pandemiyası ilə əlaqədar Təhsildə X3ndə vətəndaşların qəbulu aparılmadığından iddia ərizəsini vaxtında təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın xüsusi karantin sərtləşdirilməsi ilə bağlı xx.xx.2020-ci il tarixli, 208 saylı qərarına əsasən ölkədə sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq edilmişdir Sonrakı zamanlarda Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın tərəfindən karantin rejimi dəfələrlə uzadılmışdır. Pandemiya ilə əlaqədar iddia ərizəsinə əlavələrin və digər sənədlərin əldə edilməsində çətinliyi olduğundan iddia ərizəsini qanunvericiliyə uyğun müddətdə məhkəməyə təqdim etmək imkanı olmamışdır. Apelyasiya baxışı zamanı İddiaçı apelyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, atası böyrək catışmamazlığından əziyyət cəkir, həftədə 3-4 dəfə hemodializ qəbul edir. Anası da o dövrdə ayağından əməliyyat olunmuşdur, əlildir. Valideynlərinin eyni zamanda xəstə olması, onların baxılmağa ehtiyacları olduğundan məhkəmə qərardadından şikayəti məhkəməyə təqdim etmək imkanı olmamışdır. İddiaçı bu səbəbdən məhkəmə qərardadından şikayət verilməsi üçün müəyyən olunmuş prosessual müddətin bərpa olunması barədə ərizəni və ona əlavə olunmuş atası X4 xəstəliyi barədə arayışı məhkəməyə təqdim etdi. Sonda iddiaçı birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və iddia müddətinin bərpa olunmasına dair qərardad qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdi. İşə apelyasiya qaydasında baxılarkən iş üzrə cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmaqla çağırılmasına baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir, bu səbəbdən məhkəmə kollegiyası İPM-nin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq iş üzrə iddiaçının izahatını dinləyərək və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apelyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv olunmalı, iş təkrar baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşdən görünür ki, iddiaçı Rusiya Federasiyası Dövlət Sosial Universiteti tərəfindən iddiaçıya verilmiş xx.xx.2011-ci il tarixli, ******* nömrəli bakalavr diplomu üzrə ixtisasın tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini mümkün saymamış və mövqeyini onunla əsaslandırmışdır ki, işin araşdırılan hallarından müəyyən edilir ki, iddiaçı hazırkı tələblə xx.xx.2021-ci il tarixdə Təhsildə X3nə elektron müraciət etmiş, onun elektron müraciətinin nəticəsi olaraq xx.xx.2021-ci il tarixdə elektron xidmət vasitəsilə məktub ünvanlayaraq müraciətinin təmin olunmasından imtina edildiyi bildirilmişdir. İddiaçı hazırki iddia tələbi ilə xx.xx.2021-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab etmişdir ki, məcburetmə növündə iddia üzrə iddia müddətinin axımı iddiaçıya inzibati aktın qəbul edilməsindən imtina məktubunun təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan sayıldığından iddiaçı tərəfindən iddia müddəti ötürüldükdən sonra, yəni müraciətinə imtina cavabı təqdim olunduğu müddətdən 07 aya yaxın vaxt keçdikdən sonra, yəni xx.xx.2021-cii il tarixdə məhkəməyə müraciət olunaraq, iddia müddəti ötürülmüşdür. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd edir. İddianın mümkünlük şərtlərindən biri də iddianın qanunla müəyyən olunmuş müddətdə verilməsidir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif iddia müddətləri müəyyən olunmuşdur. Bu baxımdan işin halları araşdırıldıqda görünür ki, verilmiş iddia İPM-nin 2.2.2-ci və 33-cü maddələri anlamında məcburetmə haqqında iddiadır. Bu növ iddialar Azərbaycan Respublikası İPM-nin 38.2-ci maddəsində iddia müddətlərinə tabe tutulur və iddia müddəti, inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müəyyən olunmuşdur. İş materiallarından görünür ki, iddiaçı hazırkı tələblə xx.xx.2021-ci il tarixdə Təhsildə X3nə elektron müraciət etmiş və onun elektron müraciətinin nəticəsi olaraq xx.xx.2021-ci il tarixdə elektron xidmət vasitəsilə məktub ünvanlanaraq müraciətinin təmin olunmasından imtina edilmişdir. İddiaçı hazırki iddia tələbi ilə müraciətinə imtina cavabı təqdim olunduğu müddətdən 06 ay sonra xx.xx.2021-ci il tarixdə məhkəməyə müraciət etmişdir. İddiaçı isə müddətin ötürülməsini üzrlü səbəbdən baş verməsini bildirmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 24.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Həmin Məcəllənin 24.2-ci maddəsinə əsasən, buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Həmin Məcəllənin 24.3-cü maddəsinə əsasən, ərizənin verilməsi ilə eyni vaxtda müddəti buraxılmış prosessual hərəkət də edilməlidir. Həmin Məcəllənin 24.4-cü maddəsinə əsasən, təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. “X2 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 08 may 2008-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu qeyd etmişdir ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizəsindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarların sərhəddində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. Məhkəmə kollegiyası qeyd edir ki, müddətin bərpası hər bir halda fərdi xarakter daşıyır, yəni məhkəmə prosessual müddəti konkret şəxs üçün, özü də prosessual hərəkəti edilməsi üçün bərpa edir. Müddətin bərpasının fərdi xarakter daşıması həm də onunla əlaqədardır ki, məhkəmə müvafiq prosessual müddəti yalnız üzürlü səbəbdən buraxmış şəxs üçün bərpa edə bilər. Ona görə də buraxılmış müddətin bərpası haqqında ərizədə onun buraxılmasının əsasları, həmçinin ərizəçinin həmin müddətdə müvafiq prosessual hərəkətləri etmək imkanının olmaması haqqında sübutlar göstərilməlidir. Yuxarıda sadalanan normaların məzmunundan göründüyü kimi üzürlü səbəblər dedikdə, müvafiq prosessual hərəkətin vaxtında edilməsini qeyri-mümkün edən və ya bunu çətinləşdirən səbəblər başa düşülməlidir. Üzürlü səbəblər sırasına, məsələn, şəxsin xəstəliyi, ailənin xəstə üzvünə qulluq etmənin zəruriliyi, xidməti ezamiyyətdə olma, ailə üzvlərindən hər hansı birinin ölməsi və s. aid edilə bilər. Apellyasiya baxışı zamanı iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X7 “Akademik M.Ə.Mirqasımov adına Respublika klinik Xəstəxanası” X8 tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli PHŞ/63-2- 2022-1550 nömrəli məktubdan müəyyən olunur ki, xəstə 1960-cı il təvəllüdlü X5 xx.xx.2020ci il tarixindən Akademik M.Ə.Mirqasımov adına Respublika klinik Xəstəxanası İİ Hemodializ şöbəsində M10.3-Podaqra böyrəklərin funksiyasının zədələnməsi ilə N18.5 XBX 5-ci mərhələ D63.8 Renal anemiya İ12 Nefrogen hipertoniya Z49.1 -Ekstrakorparal hemodializ” diaqnozları ilə həftədə 3 dəfə 4 saatlıq hemodializ seansları alır. Göründüyü kimi iddiaçının iddia müddətinin ötürülməsinə səbəb, üzürlü səbəbdən, yəni xəstə atasına qulluq etməsi ilə bağlı olmuşdur. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsinin iddiaçının iddiası üzrə iddiaçı tərəfindən iddia müddətinin ötürülməsi barədə nəticəyə gəlməsi yanlışdır, belə ki, iddiaçı hazırkı iddiası üzrə iddia müddətini ötürməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 87.7.1-ci maddəsinin tələbinə görə inzibati-iqtisadi məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda apelyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 87.9-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iddiaçının məhkəmə qərardadından şikayət verilməsi üçün müəyyən olunmuş prosessual müddətin bərpa olunması barədə ərizəsinə baxılaraq qiymət verilməli oldugundan hazırki iş yenidən baxılaraq sonrakı prosessual hərəkətlərin edilməsi üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 87.7.1, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçının apelyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3382/2022 saylı 11 aprel 2022-ci il tarixli qərardadı ləğv edilsin. İş yenidən baxılaraq sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar