Məhkəmə qərarları › İş №2-1(103)-2318/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2318/2021

14.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2318/2021 14.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən və məruzəçi), Həmidov Həmid Üzeyir oğlu və Nağıyeva Elmira Eyvaz qızından ibarət tərkibdə, üçüncü şəxs X8 oğlunun iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinə qarşı (üçüncü şəxs:X5) “sərəncamın ləğv edilməsi tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-261/2021 saylı 10.06.2021-ci il tarixli qərarından üçüncü şəxs X5 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m üə y y ə n e t d i: İ. İddiaçı MMC cavabdeh Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək iddia ərizəsinin 7-ci abzasında qeyd olunmuş Azərbaycan Respublikasının 20.09.2005-ci il tarixli, 997-İİQ nömrəli Qanunun iddia tələbindən çıxarılmasını və 16.08.2000-ci il tarixli, 1180 nömrəli Suraxanı Rayon İcra Hakimiyyətinin sərəncamın üçüncü şəxs X4 düşən 34 №-li sahədə 400 kv.m olan hissənin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddianın əsaslarına Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) və Almaniyanın “Qrünevald” şirkəti arasında neft hasilatı üzrə bağlanmış müqaviliyə əsasən İddiaçı MMC 1994-cü ildə yaradılmışdır. ARDNŞ, İddiaçı MMC-nin fəaliyyətini həyata keçirmək üçün öz əsas vəsaitlərini və neft hasilatı aparılan ərazini MMC-nin balansına təsisçi kimi təqdim etmişdir. Həmin ərazi xəritə ilə təsdiq edilmişdir. Neft-qaz əməliyyatlarının aparılması üçün ayrılmış sənaye təyinatlı torpaq sahələrinin bir hissəsi olan - Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Bakı-Aeroport Yolunun sol tərəfində, 34 №-li sahənin (39 T 415997.5059; 478287.0152, 415982.2820; 478274.0527, 415969.3122; 4478289.2771, 415984.5400; 478302.2430 koordinatlar üzrə yerləşən) 400.0 kv.m. ərazisi fərdı ev tikintisi üçün Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti Başçısının 1180 nömrəli, 16.08.2000-ci il tarixli sərəncamı ilə üçüncü şəxs X4 ayrılmışdır. Bu isə iddiaçının həmin torpaq üzərində sahiblik və istifadə hüquqlarını pozmaqla yanaşı əməliyyat şirkətinin neft və qaz hasilatı üzrə fəaliyyətini həyata keçirilməsinə maneçilik yaradır. Həmin torpaq dövlətin müstəsna mülkiyyətindədir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-261/2021 saylı 10.06.2021-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinin Başçısının 1180 №-li, 16.08.2000-ci il tarixli sərəncamı, Yeni Suraxanı qəsəbəsi, Bakı-Aeroport yolunun sol tərəfində fərdi yaşayış evi tikmək üçün X4 34 №-li sahədə 400 kv.m torpaq sahəsinin ayrılması hissəsində, ləğv edilmiş və aparılmış tədqiqatın dəyəri 50 manat cavabdeh Bakı şəhəri, Suraxanı rayon İcra Hakimiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ekspertiza Mərkəzinin hesabına ödənilməsi qərara alınmışdır. Üçüncü şəxs K.Z.Musayevhəmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv olunmasını və iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: «… Qərar əsassız, qanuna zidd və qeyri-obyektivdir. Məhkəmə, məhkəmə iclasının vaxtı və yeri barədə ona heç bir (məhkəmə bildirişi və SMS) məlumat verilməmişdir. Bakı şəhər İHB-nın 11 fevral 2000-ci il tarixli,134 nömrəli sərəncamı ilə Bakı- Aeroport yolunun sol tərəfində Bakı şəhər İH-nin təqdimatı əsasında Hövsan Aerasiya stansiyasına məxsus olan İp meydançasının 18,75 ha torpaq sahəsinin Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinin Başçısınin 1180 Ne-li, 16.08.2000-ci il tarixli X6 qəsəbəsi, Bakı-Aeroport yolunun sol tərəfində fərdi yaşayış evi tikmək üçün mənə 34№-li sahədə 400 kv.m torpaq sahəsi verilmişdir. Qərarda göstərilib ki, o, Bakı şəhəri,Ş.Mirzəyev küçəsi 68”b” saylı yataqxanada yaşayır. Ancaq mən həmin yataqxanada yaşamır, qeydiyyatdadır. 2004-cü ildən Bakı şəhəri Suraxanı rayon icra Hakimiyyətinin Başçısınin 1180 Ne-li, 16.08.2000-ci il tarixli X6 qəsəbəsi, Bakı- Aeroport yolunun sol tərəfində fərdi yaşayış evi tikmək üçün 34 №-li sahədə 400 (dörd yüz) kv.m torpaq sahəsində tikilən mənzildə yaşayır. ARDN-in “Azəriqaz” İstehsalat Birliyinin 21.12.2011-ci il tarixdəl-10-08 nömrəli sifarişlə hazırlanmış layihə sənədləri əsasında Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinin Başçısınin 1180 Ne-li, 16.08.2000-ci il tarixli X6 qəsəbəsi, Bakı-Aeroport yolunun sol tərəfində tikilən mənzilin qazlaşdırılmasına və müqavilə bağlanmasına icazə verilmişdir. Əgər torpaq sahəsi ARDNŞ-ə aid idisə torpaq sahəsində tikilən mənzil qazlaşdırılıb, müqavilə bağlanıb və layihə işlənib. Mülki Məcəllənin 7.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının 149-cu maddəsinin Vİİ hissəsində nəzərədə tutulanlar istisna olmaqla,, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir...» Məhkəmə kollegiyasının iclaslarında iştirak edən üçüncü şəxs K.Musayev apellyasiya şikayətini dəlillərinə uyğun müdafiə etmiş, eyni zamanda bildirmişdir ki, yaşadığı ərazidə, o cümlədən, qonşulunda çoxlu sayda fərdi yaşayış evləri tikilmiş və halhazırda həmin tikililərdə yaşayış vardır, onun tərəfindən də 2000-ci ildə sərəncamla ona ayrılmış torpaq sahəsində yaşayış evi inşa olunmuş və hal-hazırda ailəsi ilə birlikdə əmin evdə yaşayır. Lakin iddiaçı tərəfindən isə nədənsə, yalnız ona qarşı iddia qaldırıldığını bildirərək apellyasiya şikayətinin təmin edilməsini, qərarın ləğv edilərək iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. İddiaçı MMC-nin 14.10.2021-ci il tarixli məhkəmə iclasında iştirak edən X3 üçüncü şəxsin apellyasiya şikayətinə etiraz edərək, cavabdehin sərəncamı ilə üçüncü şəxsə ayrılmış torpaq sahəsinin MMC-nin istifadəsində olan sənaye təyinatlı dövlət torpağı olduğunu bildirərək, birinci instansiya məhkəməsinin qərarını qüvvəsində saxlanılmasını xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab gəlir ki, aşağıdakı əsaslara görə üçüncü şəxsin apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia mümkün sayılmamalıdır. İPM-in 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məcəllənin qeyd olunan tələbini və üçüncü şəxsin apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğvini tələb edərək iddianın rədd olunmasını tələb etməsini nəzərə alan məhkəmə kollegiyası hesab edir işə tam həcmdə baxılmalıdır. İşin hallarından göründüyü kimi, iddiaçı, cavabdeh Suraxanı Rayon İcra Hakimiyyətinin 16.08.2000-ci il tarixli, 1180 nömrəli sərəncamın üçüncü şəxsə münasibətdə hissəsində ləğv edilməsini tələb etmişdir. İşə əlavə olunmuş həmin sərəncamın surətinə əsasən müəyyən olunur ki, həmin sərəncamın 1.1-ci bəndinə əsasən üçüncü şəxs X4 yaşayış evinin tikilməsi üçün Yeni Suraxanı qəsəbəsi, Bakı-Aeroport yolunun sol tərəfində 34 №-li sahədə 400 kv.m torpaq sahəsi ayrılması barədə sərəncam verilmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 35.1-ci maddəsi isə konkret olaraq nəzərdə tutur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Birinci instansiya məhkəməsinin qərarından görünür ki, məhkəmə tərəfindən iddianın mümkünlüyü məsələsi araşdırılmamış, bununla bağlı hüquqi qiymətləndirmə aparılmamışdır. Halbuki, məhkəmə mümkünlük şərtlərini,tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq, öz xidməti vəzifəsinə görə yoxlamalı idı. Çünki, iddianın icraata qəbul edilib baxılması üçün ilkin prosessual şərt iddianın mümkünlüyü və əsaslılığının yoxlanılması təşkil edir. Başqa sözlə, məhkəmə, iddianın subyektiv hüquq olan şəxs tərəfindən qaldırılması, iddia müddətləri çərçivəsində verilməsi, qanunla cavabdehlik üzərinə düşən şəxsə qarşı yönəlməsi, maddi-hüquqi tələbin və müvafiq əsaslandırmanın mövcudluğu kimi məsələləri yoxlanılıb, iddia tələbinin məhkəmə icraatının mümkünlüyünə hüquqi qiymət verilməlidir. Qeyd olunmalıdır ki, iddianın mümkünlüyü şərtlərinin mövcudluğunu sübut etmək vəzifəsi isə məhz, iddiaçının üzərinə düşür. Konkret halda isə iddiaçı təşkilatın cavabdeh Suraxanı Rayon İcra Hakimiyyətinin 16.08.2000-ci il tarixli, 1180 nömrəli sərəncamın üçüncü şəxsə münasibətdə hissəsində ləğv edilməsi barədə iddia tələbinin mümkün sayılmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirlmir. Belə ki, 2011-ci ilin yanvarın 1-dən qüvvədə olan İPM-in 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Çünki iddia ərizəsinə və ona ələav olunmuş sənədlərə əsasən müəyyən olunur ki, İddiaçı birgə müəssisəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Almaniyanın “Qrünevald” şirkəti arasında neft hasilatı üzrə 1994-cü ildə bağlanmış müqaviliyə əsasən yaradılımış və həmin vaxtdan İddiaçı MMC (hazırkı adı) onun istifadəsinə verilmiş torpaqların ərazi hüdudlarını artıq dəqiq bilmiş (və ya bilməli idi). Lakin fərdi yaşayış evinin tikintisi üçün üçüncü şəxsə torpaq sahəsi ayrılması barədə cavabdehin 16.08.2000-ci il tarixli, 1180 nömrəli sərəncamı (əlverişli izibati aktı) 11 il keçdikdən sonra, yəni, İPM-in 38.1-ci maddəsi ilə müəyyən edilən iddia müddəti ötürməklə, məhkəmə qaydasında mübahisələndirilmiş, ləğv olunması barədə iddia qaldırılmışdır. Onu da qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2011-ci ilə qədər qüvvədə olan 296.1-ci və 298-ci maddələrində nəzərdə tuturdu ki, maraqlı şəxs müvafiq icra hakimiyyəti orqanının və yerli özünüidarə orqanının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarı, hərəkəti (hərəkətsizliyi) ilə əlaqədar hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə, 1 ay müddətində mübahisə qaldıra bilər. Göstərilənlərələ yanaşı həm də qeyd edilməlidir ki, Mülki Məcəllənin 373.1-ci maddəsi ilə müəyyən edilən 10 illik ümumi iddia müddəti də iddiaçı tərəfindən ötürülmüşdür. İPM-in 24.4-cü maddəsi isə ümumiyyətlə, nəzərdə tutur ki, təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Beləliklə də, konkret halda, İddiaçı MMC-nin hazırkı iddia tələbi qanunla müəyyən edilən iddia müddəti çərçivəsində verilmədiyindən, İPM-in 35.1-ci maddəsinin mənası baxımından, əsaslandırılmış iddia kimi qiymətələndirilə və icraata qəbul olunub mahiyyəti üzrə baxıla bilməzdi. Lakin birinci instansiya məhkəməsi tərəfindən qeyd olunanlar nəzərə alınmamış, mümkünlük məsələsi məhkəmə araşdırmasının diqqətindən kənarda qalmış, bütün bunların nəticəsi olaraq məhkəmə, yekunda düzgün olmayan nəticəyə gəlinmişdir. Ona görə də məhkəmə kollegiyası üçüncü şəxs X2 apellyasiya şikayətinin qərarın əsassız və qanuna zidd olduğunu mübahisələndirən dəlilləri ilə razılaşır və yekunda belə qənaətə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-261/2021 saylı 10.06.2021-ci il tarixli qərarı ləğv olunmalı və İPM-in 35.3-cü maddəsinə müvafiq olaraq, iddianın mümkün sayılmaması barədə qərardad çıxarılmalıdır. Eyni zamanda, İPM-in 108 və 109-cu maddələrinin tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, həmin qərardadla iş üzrə 50 (əlli) manat məbləğində ekspertiza tədqiqatın dəyəri 25 manatı İddiaçı MMC-yə, digər 25 manatı isə cavabdeh Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinə aid edilərək onlardan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ekspertiza Mərkəzinin hesabına (Büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsini kodu: 3, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ******************** SWİFT BİK CTREAZ 22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34OTRE********************) ödənilməlidir. Göstərilənlərə əsasən və İPM-in 80, 87, 89, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq,məhkəmə kollegiyası qərara a l d ı: Üçüncü şəxs X2 apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-261/2021 saylı 10.06.2021-ci il tarixli tarixli qərarı ləğv edilsin. İddiaçı MMC-nin iddia tələbi mümkün sayılmasın. İş üzrə 50 (əlli) manat məbləğində ekspertiza tədqiqatın dəyəri, 25 manatı İddiaçı MMC-yə, digər 25 manatı isə cavabdeh Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinə aid edilsin və onlardan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ekspertiza Mərkəzinin hesabına (Büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsini kodu: 3, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ******************** SWİFT BİK CTREAZ 22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34OTRE********************) ödənilsin. Qərardaddan rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən Cahangir Yusifov Hakimlər Həmid Həmidov Elmira Nağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar