Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2319/2023 25.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinə qarşı iş üzrə QƏRARİ İş № 2-1(103)-2319/2023 (Açar sözlər: “mənzil uçotuna alınma”) Bakı şəhəri 25 iyul 2023-cü il Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Cahangir Afər oğlu Yusifovdan və X5 ibarət tərkibdə, Rüfanə Elxan qızı Əzizzadənin katibliyi, İddiaçı iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9775/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 25 iyul 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı hazırda ünvan 1 ünvanında qeydiyyatdadır. Ehtiyyatda olan zabitdir və xx.xx.2020-ci il tarixdə başlamış 2-ci Qarabağ müharibəsinin iştirakçısıdır.Həmin müharibədə iştrak edərək xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə yaralanmış və yaralanma nəticəsində ona 3-cü qrup əlillik dərəcəsi verilmişdir.
2. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Xətai rayon İdarəsinin 1571 saylı, xx.xx.2022-ci il tarixli məktubuna əlavə edilmiş sənədlərdən görünür ki, xx.xx.1978-ci il təvəllüdlü ehtiyatda olan baş leytenant İddiaçı xx.xx.2020xx.xx.2020-ci il tarixlərində hərbi xidmət keçmiş, N nömrəli hərbi hissə komandirinin N nömrəli, 31 dekabr 2020-ci il tarixli əmri ilə tərxis edilmişdir.
3. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemindən çıxarışdan görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar 5 il müddətinə üçüncü dərəcə əlillik təyin olunmuşdur.
4. İddiaçı ehtiyyatda olan zabit və 3-cü qrup Qarabağ müharibəsi əlili kimi xx.xx.2022-ci il tarixdə ərizə ilə Bakı Şəhər Xətai Rayon İcra Hakimiyyətinə müraciət edərək mənzil növbəsinə götürülməsini xahiş etmiş, lakin cavabdeh ərizəni təmin etməkdən imtina etmişdir.
5. Cavabdeh xx.xx.2022-ci il tarixdə məhkəməyə təqdim etdiyi iddiaya yazılı münasibətində göstərmişdir ki, araşdırma zamanı məlum olmuşdur ki, vətəndaş İddiaçı xx.xx.2022-ci il tarixdən Bakı şəhəri, Xətai rayonu, A.İsmayılov küçəsində yerləşən 8 nömrəli evin, 29 saylı mənzilinə daimi qeydiyyata alınmaqla vətəndaş X1 mənzil şəraitini süni sürətdə pisləşdirmişdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 52-ci maddəsinə əsasən, yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu əldə etmək niyyəti ilə həmin vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan hesab edilmələri ilə nəticələnə biləcək hərəkətlərə yol verilmiş vətəndaşlar göstərilən niyyətli hərəkətlərə yol verdikləri gündən 5 ildən tez olmayaraq yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülə bilərlər və bu səbəbdən vətəndaş İddiaçı xahişinin təmin edilməsi imkan xaricindədir.
6. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X11in 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, İddiaçı adına Hacıqabul rayonu, Talış kəndində yerləşən 0,25 ha (ümumbirgə) yaşayış məntəqələrinin torpaq sahəsinə dair JN-256A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir. İşdə olan JN-256A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən görünür ki, Hacıqabul rayon Aqrar İslahat Komissiyasının 25 fevral 1998-ci il tarixli 03 saylı qərarı ilə X2 və digər 12 nəfər şəxsə paylı mülkiyyət hüququ əsasında fərdi yaşayış evinin tikintisi üçün 0.25 ha torpaq sahəsi ayrılmışdır.
7. Bakı şəhəri Nəsimi rayonu İcra Hakimiyyəti Nəsimi rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin 33 saylı Mənzil Kommunal İstismar Sahəsinin 461 saylı, 17 may 2023-cü il tarixli Arayışından görünür ki, X3 3-cü Alatava küçəsi 91 saylı özbaşına tikilidə qeydiyyatdadır.Ev sökülüb, oğlu, X4, 2004-cü il təvəllüd.
8. Bakı şəhəri Nəsimi rayonu İcra Hakimiyyəti Nəsimi rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin 33 saylı Mənzil Kommunal İstismar Sahəsinin 464 saylı, 19 may 2023-cü il tarixli Arayışından görünür ki, İddiaçı 3-cü Alatava küçəsi 91 saylı özbaşına tikilidə 2004-cü ildən 2020-ci ilə qədər qeydiyyatsız yaşamışdır.
9. 030943 saylı, xx.xx.2012-ci il tarixli “Əmək kitabçası”nın surətindən görünür ki, iddiaçı 2013-cü ildən xx.xx.2022-ci il tarixədək Bakı şəhərində müxtəlif şirkətlərdə işləmişdir.
10. Azərbaycan Respublikası Medalının İ-8685 saylı Vəsiqəsinin surətindən görünür ki, Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 24 iyun tarixli 2712 nömrəli Sərəncamı ilə İddiaçı “Xocavəndin azad olunmasına görə” medalla təltif olunmuşdur.
11. Azərbaycan Respublikası Medalının İ-1283 saylı Vəsiqəsinin surətindən görünür ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 25 dekabr tarixli 2362 nömrəli Sərəncamı ilə İddiaçı “Fizulinin azad olunmasına görə” medalla təltif olunmuşdur.
12. Azərbaycan Respublikası Medalının İ-150 saylı Vəsiqəsinin surətindən görünür ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 18 dekabr tarixli 2353 nömrəli Sərəncamı ilə İddiaçı “Cəsur döyüşçü” medalı ilə təltif olunmuşdur.
13. Azərbaycan Respublikası Medalının İ-80888 saylı Vəsiqəsinin surətindən görünür ki, Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 5 noyabr tarixli 671s nömrəli Sərəncamı ilə İddiaçı “Vətən Müharibəsi iştirakçısı ” medalı ilə təltif olunmuşdur.
14. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Psixi sağlamlıq Mərkəzi” X11 03 mart 2022-ci il tarixli 2524 saylı göndərişə cavabından görünür ki, İddiaçı “Üzvi şəxsiyyət pozuntusu F07.0” diaqnozu qoyulmuşdur.
15. Tibbi Ərazi Bölmələrini X9 şəhər Mərkəzi xəstəxanası X11 11 yanvar 2021-ci il tarixli 191 saylı Arayışından görünür ki, İddiaçı xx.xx.2020-ci il tarixdə “Barotravma sağ ayaq pəncəsinin küt travması”diaqnozu ilə xəstəxanaya daxil olmuşdur.
16. Azərbaycan Respublikası Müdafiə Nazirliyi 702 saylı Hərbi Hissənin “Travma haqqında arayış”ından görünür ki, 702 saylı Hərbi Hissənin 4-cü tabor baş leytenantı İddiaçı xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Fizuli istiqamətində gedən döyüşlər zamanı düşmən tərəfindən atılan artileriyya atəşi nəticəsində “sağ ayağın arxa nayihəsində qəlpə yarası” xəsarətini almışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
17. İddiaçı xx.xx.2022-ci il tarixdə ərizə ilə cavabdeh Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinə müraciət edərək, onun ikinci Qarabağ müharibəsi əlili kimi güzəştli mənzil növbəsinə götürülməsini xahiş etmişdir.
18. Cavabdeh xx.xx.2022-ci il tarixli A-108-068 saylı məktubla iddiaçının tələbini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, iddiaçı xx.xx.2022-ci il tarixdən ünvan 2 ünvanına daimi qeydiyyata alınmışdır. ünvan 3yacı olan vətəndaşların hüququ və mənzillərin bölüşdürülməsi qaydalarının 8-ci bəndinə əsasən mənzilə ehtiyacı olan hesab edilmiş vətəndaşlar mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olanların uçotuna bu şərtlə götürülürlər ki, azı son beş il ərizində Bakı şəhərində yaşamış olsunlar. Yaşayışın müddəti Bakı şəhərində pasport qeydiyyatının olması ilə müəyyən edilir.
19. Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ehtiyatda olan zabit və 3-cü qrup Qarabağ müharibəsi əlili kimi mənzil növbəliyinə götürülməsi öhdəliyinin cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
20. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, o, hazırda ünvan 1 ünvanında qeydiyyatdadır. Ehtiyyatda olan zabitdir və 19 ildir Bakı şəhərində yaşayır. xx.xx.2020ci il tarixdə başlamış 2-ci Qarabağ müharibəsinin iştirakçısıdır. Həmin müharibədə iştrak edərək xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə yaralanmış və yaralanma nəticəsində ona 3-cü qrup əlillik dərəcəsi verilmişdir.O, ehtiyyatda olan zabit və 3-cü qrup Qarabağ müharibəsi əlili kimi xx.xx.2022-ci il tarixdə ərizə ilə Bakı Şəhər Xətai Rayon İcra Hakimiyyətinə müraciət edərək mənzil növbəsinə götürülməsini xahiş etmiş, lakin cavabdeh ərizəni təmin etməkdən imtina etmişdir.
21. Cavabdeh xx.xx.2022-ci il tarixdə məhkəməyə təqdim etdiyi iddiaya yazılı münasibətində göstərmişdir ki, araşdırma zamanı məlum olmuşdur ki, vətəndaş İddiaçı xx.xx.2022-ci il tarixdən Bakı şəhəri, Xətai rayonu, A.İsmayılov küçəsində yerləşən 8 nömrəli evin, 29 saylı mənzilinə daimi qeydiyyata alınmaqla vətəndaş X1 mənzil şəraitini süni sürətdə pisləşdirmişdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 52-ci maddəsinə əsasən, yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu əldə etmək niyyəti ilə həmin vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan hesab edilmələri ilə nəticələnə biləcək hərəkətlərə yol verilmiş vətəndaşlar göstərilən niyyətli hərəkətlərə yol verdikləri gündən 5 ildən tez olmayaraq yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülə bilərlər və bu səbəbdən vətəndaş İddiaçı xahişinin təmin edilməsi imkan xaricindədir.
22. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9775/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə iddia tələbinin rədd edilməsi qərara alınmışdır.
23. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, Sadalanan normalardan görünür ki, şəxsin mənzillə təmin edilməsi üçün onun yaşayış sahəsinə ehtiyacı olan hesab edilməsi, yəni yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması zəruridir. Lakin əgər şəxsə yaşayış sahəsinin tikintisi üçün torpaq sahəsi verilirsə, o uçotdan çıxarılır. Yəni həmin şəxs artıq yaşayış sahəsinə ehtiyacı olan hesab edilmir, buna görə də o, uçotdan çıxarılır. İş materiallarından görünür ki, iddiaçı cavabdehə müraciət edərkən onun mülkiyyətində torpaq sahəsi olmuşdur. Belə ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X11in 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, İddiaçı adına Hacıqabul rayonu, Talış kəndində yerləşən 0,25 ha (ümumbirgə) yaşayış məntəqələrinin torpaq sahəsinə dair JN-256A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir. İşdə olan JN-256A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən görünür ki, Hacıqabul rayon Aqrar İslahat Komissiyasının 25 fevral 1998-ci il tarixli 03 saylı qərarı ilə X2 və digər 12 nəfər şəxsə paylı mülkiyyət hüququ əsasında fərdi yaşayış evinin tikintisi üçün 0.25 ha torpaq sahəsi ayrılmışdır.
24. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 51.1, 51.2., 51.3., 51.4., 53.1.1, 53.1.2., 53.1.3., 52-ci maddələrinə istinad etmişdir.
b) Apellyasiya instansiya məhkəməsində icraat
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
25. Qərardan iddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 9775/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
a) Apellyasiya şikayətinin dəlilləri
26. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı hazırda ünvan 5 ünvanında qeydiyyatdadır, Ehtiyyatda olan zabitdir və 19 ildir Bakı şəhərində yaşayır. xx.xx.2020ci il tarixdə başlamış 2-ci Qarabağ müharibəsinin iştirakçısı olmuşdur.Həmin müharibədə iştrak edərək 30.09,2020-ci il və xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə yaralanmış və yaralanma nəticəsində ona 3-cü qrup əlillik dərəcəsi verilmişdir.O, ehtiyyatda olan zabit və 3-cü qrup Qarabağ müharibəsi əlili kimi xx.xx.2022-ci il tarixdə ərizə ilə Bakı Şəhər Xətai Rayon İcra Hakimiyyətinə müraciət edərək mənzil növbəsinə götürülməsini xahiş etmişdir, lakin cavabdeh ərizəni təmin etməkdən imtina etmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixdə məhkəməyə təqdim etdiyi iddiaya yazılı münasibətində göstərmişdir ki, araşdırma zamanı məlum olmuşdur ki, vətəndaş İddiaçı xx.xx.2022-ci il tarixdən Bakı şəhəri. Xətai rayonu, A.İsmayılov küçəsində yerləşən 8 nömrəli evin, 29 saylı mənzilinə daimi qeydiyyata alınmaqla vətəndaş X1 mənzil şəraitini guya ki, süni sürətdə pisləşdirmişdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 52-ci maddəsinə əsasən, yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu əldə etmək niyyəti ilə həmin vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan hesab edilmələri ilə nəticələnə biləcək hərəkətlərə yol verilmiş vətəndaşlar göstərilən niyyətli hərəkətlərə yol verdikləri gündən 5 ildən tez olmayaraq yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülə bilərlər və bu səbəbdən guya ki, vətəndaş İddiaçı xahişinin təmin edilməsi imkan xaricindədir. Məhkəmə iclasında iştirak edərək iddiaçı olaraq o, İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbimin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Lakin Məhkəmə iş materiallarını araşdıraraq hesab etmişdir ki, guya ki, iddia təmin edilməməlidir. Belə ki, iddia mümkün iddiadır. Çünki iddiaçı hazırda barəsində əlverişli inzibati akt qəbul edilməsini xahiş edir ki, bu iddia inzibati mübahisə olmaqla düzgün inzibati orqana qarşı qaldırılmışdır. İddiaçının bu iddianı qaldırmaq üçün subyektiv hüququ vardır və məhkəməyə müraciət etməzdən öncə cavabdehə müraciət etmiş, tələbi təmin edilmədikdən sonra qanunla nəzərədə tutulmuş müddətdə məhkəməyə müraciət etmişdir. İddianın əsaslılığına gəldikdə, məhkəmə aşağıda qeyd olunan əsaslara görə hesab edir ki, iddia əsassızdır. Belə ki, işdə olan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Xətai rayon İdarəsinin 1571 savlı, xx.xx.2022-ci il tarixli məktubuna əlavə edilmiş sənədlərdən görünür ki, xx.xx.1978-ci ıl təvəllüdlü ehtiyatda olan baş leytenant İddiaçı xx.xx.2020-xx.xx.2020-ci İl tarixlərində hərbi xidmət keçmiş, N nömrəli hərbi hissə komandirinin N nömrəli, 31 dekabr 2020-ci il tarixli əmri İlə tərxis edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemindən çıxarışdan görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar 5 il müddətinə üçüncü dərəcə əlillik təyin olunmuşdur. Hazırkı halda iddiaçının arzuladığı inzibati aktın qəbulunu istisna edən faktiki şərtlər mövcud olduğundan məhkəmə hesab edir ki, cavabdehin imtinası iddiaçının hüquqlarının pozulmasına səbəb olmamışdır. % Beləliklə, göstərilənlərə əsasən məhkəmə cavabdehin imtinası ilə razılaşır və hesab edir ki, iddia təmin olunmamalıdır. Bu səbəbdən də, məhkəmə güva hesab edir ki, iddiaçı olaraq İddiaçı cavabdeh Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinə qarşı “mənzil uçotuna alınma” tələbinə dair iddiam əsassız, olduğundan rədd edilməlidir.Hesab edir ki, həmin qərar hər tərəfli, tam və obyektiv olmadığı üçün ləğv edilməlidir və iddianın təmin olunması barədə yeııi qərar qəbul edilməlidir.O, İddiaçı 2012-ci ildən 2016-cı ilə kimi Bakı şəhərində fəaliyyət «göstərən "xxxx" MMC-уə Ekspedİtel vəzifəsində, 2019-cu ildən 2021-ci ilə kimi "xxxx" Group MMC-də bölgə müdüri vəzifəsində, 2021-2022-ci illərdə "xxxx" Holdinq MMC-də növbə rəisi vəsiləsində və hal-hazırdada 2022-ci ildən "xxxx" MMC-də bölgə rnüdüri işləyir. Bu da o anlama gəlir ki, uzun illərdir ki, Bakı şəhərində ailəsi ilə birlikdə yaşayaır. Bildirmək istəyir ki, iddiaçı olaraq o, İddiaçı artıq 19 ildir ki, Bakı şəhərində yaşayır. Buna görə də hesab edir ki, 3-cü qrup Qarabağ müharibəsi əlili kimi o, güzəştli şərtlərlə mənzil növbəliyinə götürülməlidir.
b)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
27. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.
c) Prosses iştirakçılarının izahatları
28. Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.
29. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir.Məhkəmə Kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
30. Azərbaycan Respublikası Mənzil Məcəlləsinə əsasən: 48.1. Sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. 48.2. Qanunla başqa qayda nəzərdə tutulmayıbsa, dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri sosial kirayə müqavilələri əsasında göstərilən kateqoriyalardan olan vətəndaşlara bu Məcəllədə müəyyənləşdirilmiş qaydada verilir. ........ 51.1. Bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir.
51.2. Yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən digər kateqoriyaya aid vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər.
51.2. Yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır.
31. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu:
31.1. Əlilliyi olan şəxsin yaşayış sahəsinə ehtiyacı olan hesab edilməsinin əsasları və yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması qaydaları Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilir. 31.2. Yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış əlilliyi olan şəxs vəfat etdiyi halda həmin uçot onun ailə üzvləri üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada saxlanılır.
32. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi
Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
Apellyasiya baxışının hədləri
33. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
34. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
35. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddia düzgün cavabdehə verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.
36. İddia tələbi və apellyasiya şikayətinin dəlilləri ilə bağlı isə məhkəmə Kollegiyası aşağıdakıları qeyd edir:
37. İşin hallarından görünür ki, iddiaçı hazırda ünvan 1 ünvanında qeydiyyatdadır. Ehtiyyatda olan zabitdir və xx.xx.2020-ci il tarixdə başlamış 2-ci Qarabağ müharibəsinin iştirakçısıdır.Həmin müharibədə iştrak edərək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə yaralanmış və yaralanma nəticəsində ona Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemindən çıxarışdan göründüyü kimi, xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar 5 il müddətinə üçüncü dərəcə əlillik təyin olunmuşdur.
38. Həmçinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Xətai rayon İdarəsinin 1571 saylı, xx.xx.2022-ci il tarixli məktubuna əlavə edilmiş sənədlərdən görünür ki, xx.xx.1978-ci il təvəllüdlü ehtiyatda olan baş leytenant İddiaçı xx.xx.2020-xx.xx.2020-ci il tarixlərində hərbi xidmət keçmiş, N nömrəli hərbi hissə komandirinin N nömrəli, 31 dekabr 2020-ci il tarixli əmri ilə tərxis edilmişdir.
39. Azərbaycan Respublikası Medalının İ-8685 saylı Vəsiqəsinin surətindən görünür ki, Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 24 iyun tarixli 2712 nömrəli Sərəncamı ilə İddiaçı “Xocavəndin azad olunmasına görə” medalla, Azərbaycan Respublikası Medalının İ-1283 saylı Vəsiqəsinin surətindən görünür ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 25 dekabr tarixli 2362 nömrəli Sərəncamı ilə İddiaçı “Fizulinin azad olunmasına görə” medalla, Azərbaycan Respublikası Medalının İ-150 saylı Vəsiqəsinin surətindən görünür ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 18 dekabr tarixli 2353 nömrəli Sərəncamı ilə İddiaçı “Cəsur döyüşçü” medalı ilə, Azərbaycan Respublikası Medalının İ-80888 saylı Vəsiqəsinin surətindən görünür ki, Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 5 noyabr tarixli 671s nömrəli Sərəncamı ilə İddiaçı “Vətən Müharibəsi iştirakçısı ” medalı ilə təltif olunmuşdur.
40. İddiaçı ehtiyyatda olan zabit və 3-cü qrup Qarabağ müharibəsi əlili kimi xx.xx.2022-ci il tarixdə ərizə ilə Bakı Şəhər Xətai Rayon İcra Hakimiyyətinə müraciət edərək mənzil növbəsinə götürülməsini xahiş etmiş, lakin cavabdeh ərizəni təmin etməkdən imtina etmişdir. 41.Cavabdeh xx.xx.2022-ci il tarixdə məhkəməyə təqdim etdiyi iddiaya yazılı münasibətində göstərmişdir ki, araşdırma zamanı məlum olmuşdur ki, vətəndaş İddiaçı xx.xx.2022-ci il tarixdən Bakı şəhəri, Xətai rayonu, A.İsmayılov küçəsində yerləşən 8 nömrəli evin, 29 saylı mənzilinə daimi qeydiyyata alınmaqla vətəndaş X1 mənzil şəraitini süni sürətdə pisləşdirmişdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 52-ci maddəsinə əsasən, yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu əldə etmək niyyəti ilə həmin vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan hesab edilmələri ilə nəticələnə biləcək hərəkətlərə yol verilmiş vətəndaşlar göstərilən niyyətli hərəkətlərə yol verdikləri gündən 5 ildən tez olmayaraq yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülə bilərlər və bu səbəbdən vətəndaş İddiaçı xahişinin təmin edilməsi imkan xaricindədir.
42. Birinci instansiya məhkəməsi isə iddianı rədd edərkən istinad etmişdir ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X11in 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, İddiaçı adına Hacıqabul rayonu, Talış kəndində yerləşən 0,25 ha (ümumbirgə) yaşayış məntəqələrinin torpaq sahəsinə dair JN-256A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir. İşdə olan JN-256A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən görünür ki, Hacıqabul rayon Aqrar İslahat Komissiyasının 25 fevral 1998-ci il tarixli 03 saylı qərarı ilə X2 və digər 12 nəfər şəxsə paylı mülkiyyət hüququ əsasında fərdi yaşayış evinin tikintisi üçün 0.25 ha torpaq sahəsi ayrılmışdır.
43. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, İddiaçı da adının qeyd edildiyi Hacıqabul rayonu, Talış kəndində yerləşən 0,25 ha torpaq sahəsi JN-256A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən göründüyü kimi, Hacıqabul rayon Aqrar İslahat Komissiyasının 25 fevral 1998-ci il tarixli 03 saylı qərarı ilə iddiaçının atası X2 və digər 12 nəfər şəxsə (İddiaçı da adı qeyd edilməklə) paylı mülkiyyət hüququ əsasında ayrılmışdır.
44. Məhkəmə Kollegiyası iddiaçının tələbinin təmin edilməməsinin əsasında duran “mənzil şəraitinin süni sürətdə pisləşdirilməsi” və “yaşayış sahəsinə ehtiyacı olmayan şəxs olması”dəlilinin aşağıdakı sübutlarla təkzib edildiyini qeyd edərək nəzərə alır ki, Bakı şəhəri Nəsimi rayonu İcra Hakimiyyəti Nəsimi rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin 33 saylı Mənzil Kommunal İstismar Sahəsinin 461 saylı, 17 may 2023-cü il tarixli Arayışından görünür ki, iddiaçının arvadı X3 3-cü Alatava küçəsi 91 saylı özbaşına tikilidə qeydiyyatdadır.Ev sökülüb, oğlu, X4, 2004-cü il təvəllüd.
45. Həmçinin, Bakı şəhəri Nəsimi rayonu İcra Hakimiyyəti Nəsimi rayon Mənzil- Kommunal Təsərrüfat Birliyinin 33 saylı Mənzil Kommunal İstismar Sahəsinin 464 saylı, 19 may 2023-cü il tarixli Arayışından görünür ki, İddiaçı 3-cü Alatava küçəsi 91 saylı özbaşına tikilidə 2004-cü ildən 2020-ci ilə qədər qeydiyyatsız yaşamışdır. 46.Daha sonra təqdim edilən sənədlərdən və 030943 saylı, xx.xx.2012-ci il tarixli “Əmək kitabçası”nın surətindən görünür ki, İddiaçı 2012-ci ildən 2016-cı ilə kimi Bakı şəhərində fəaliyyət «göstərən "xxxx" MMC-də Ekspedİtel vəzifəsində, 2019-cu ildən 2021-ci ilə kimi "xxxx" Group MMC-də bölgə müdüri vəzifəsində, 2021-2022-ci illərdə "xxxx" Holdinq MMC-də növbə rəisi vəsiləsində və hal-hazırdada 2022-ci ildən "xxxx" MMC-də bölgə rnüdüri işləyir.
47. Beləliklə, Bakı şəhəri Nəsimi rayonu İcra Hakimiyyəti Nəsimi rayon Mənzil- Kommunal Təsərrüfat Birliyinin 33 saylı Mənzil Kommunal İstismar Sahəsinin 464 saylı, 19 may 2023-cü il tarixli Arayışından, 030943 saylı, xx.xx.2012-ci il tarixli “Əmək kitabçası”nın surətindən və işin digər hallarından müəyyən olunur ki, iddiaçı uzun illərdir ki, Bakı şəhərində ailəsi ilə birlikdə yaşayaır.
48. Beləliklə, işin hallarından müəyyən olunmuşdur ki, iddiaçı uzun illər -2004-cü ildən Bakı şəhərində qaynatasına məxsus özbaşına tikili ünvanda ailəsi ilə birgə yaşamış və işləmiş, həmin özbaşına tikili 2020-ci ildə söküldükdən sonra kirayə yaşayaraq qardaşı arvadının mənzilinə, yəni ünvan 1 ünvanında qeydiyyata alınmış və hazırda qeydiyyatdadır.
49. Beləliklə, müəyyən olunur ki, iddiaçının iddia tələbi Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 48.1. (Sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. ) və “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 31.1.-ci maddələrinin (Əlilliyi olan şəxsin yaşayış sahəsinə ehtiyacı olan hesab edilməsinin əsasları və yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması qaydaları Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilir.) dispozisiya şərtləri ilə uzlaşdığından cavabdehin iddiaçının müraciətini təmin etməkdən imtinası qanuni və əsaslı olmamışdır.
50. İşin faktiki hallarına tətbiq olunan hüquq normalarından çıxış edərək məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı olmamışdır, odur ki, iddiaçının apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9775/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ləğv edilərək iddianın təmin olunması barədə yeni qərar çıxarılmalıdır.
51. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası.
qərara aldı:
Apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9775/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ləğv olunsun. İddia təmin olunsun. İddiaçı ehtiyatda olan zabit və 3-cü qrup Qarabağ müharibəsi əlili kimi mənzil növbəsinə götürülməsi öhdəliyi cavabdeh Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinə həvalə olunsun. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.