Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-232/2020 10.03.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızının sədrliyi ilə (məruzəçi); Baxışova Vüsalə Ələkbər qızından və Həmidov Həmid Üzeyir oğlundan ibarət tərkibdə; Həsənzadə Səbuhi Mehdi oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi x4 iştirakları ilə, İddiaçı (xx.xx.1970-ci il tarixdə Laçın rayonunun Kamallı kəndində anadan olmuş, həmin ünvanda qeydiyyatdadır, iddia ərizəsinə əsasən faktiki olaraq, Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə 20/3, ev 6 ünvanında yaşayır) cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı müharibə veteranı adı və vəsiqəsinin verilməsi tələbinə dair iş üzrə 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2-1(82)-2817/2018 saylı, 13 dekabr 2018-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə yenidən apellyasiya qaydasında Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı 24.05.2018-ci il tarixdə məhkəməyə müraciət edərək ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Laçın rayonunun Kamallı kəndində anadan olmuş, böyüyüb başa çatmış və 1988-ci ildə həqiqi hərbi xidmətə getmişdir. 1990-cı ildə Almaniya Demokratik Respublikasında xidmətini başa vuraraq ordu sıralarından tərxis olunaraq vətənə qayıtmışdır. Qayıdan vaxtı erməni millətçi dəstələri tərəfindən edilən təxribat və hücumların qarşısının alınması məqsədi ilə təşkil edilmiş özünümüdafiə dəstələrinə qoşularaq erməni millətçilərinə qarşı gedən döyüş əməliyyatlarında iştirak etmişdir. Özünümüdafiə dəstələrində 1992-ci ilin may ayına (özünümüdafiə dəstələri ləğv edilənə kimi) qədər olan bir dövrdə daimi gedən döyüşlərdə vuruşmuşdur. Ancaq məlum hadisələrlə əlaqədar olaraq vaxtında müharibə veteranı və vəsiqəsi almamışdır. Məlumat üçün bildirir ki, atası Məmmədov Balədə ali təhsilli olmuş, Böyük Vətən müharibəsində iştirak etmiş, orden və medallarla təltif edilmişdir. Bir əmisi və ana babası Böyük Vətən müharibəsindən qayıtmamışlar. Bir qardaşı Qarabağ müharibəsi əlili, 2 qardaşı isə müharibə veteranıdır. Bunları qeyd etməkdə məqsədi onların ailəlikcə vətənə, torpağa olan sevgilərindən doğan istəyin nəticəsidir. Ona görədə erməni millətçi dəstələrinin vətənimizə qarşı apardığı döyüş əməliyyatlarında mütləq iştirak etməliydir. Vətənin dar günündə kənarda qala bilməzdi, ordu sıralarından tərxis olunan kimi özünümüdafiə dəstələrinə qoşuldu. Qeyd edilən vaxtlarda özünümüdafiə dəstələri rayon İcra Hakimiyyətinə tabe idi. Laçın Rayonu İcra Hakimiyyəti tərəfindən döyüşlərdə iştirakını təsdiq edən arayışın surətini təqdim edir. Eyni zamanda 2003—2005-ci illərdə ikinci dəfə Azərbaycan Silahlı qüvvələrində həqiqi hərbi xidmətdə olmuşdur. İddiaçı “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununun maddələrinə istinad edərək, ona “Müharibə veteranı” adı və vəsiqəsi verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı ərizə ilə cavabdeh orqana müraciət edərək, ona müharibə veteranı” adı və vəsiqəsi verilməsini xahiş etmiş, cavabdeh orqanın Laçın Rayon Bölməsi tərəfindən İddiaçı ünvanlanmış 17.05.2018-ci il tarixli, 637 nömrəli məktubda qeyd edilmişdir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Laçın rayon bölməsinə “Müharibə veteranı” adı və vəsiqəsi verilməsi üçün təqdim etdiyiniz sənədlərə SHXÇDXnin nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrin verilməsi komissiyasında baxılmışdır. Könüllü özünümüdafiə dəstələrinin tərkibində iştirak etməyinizə dair Rayon İcra Hakimiyyətindən döyüş əməliyyatları aparılan illərə aid arxiv sənədlər (əmrdən çıxarış və ya digər sənədlər) və ya müvafiq məhkəmə orqanının qərarı olmadığı üçün təqdim etdiyiniz sənədlər SHXÇDX tərəfindən geri qaytarılıb. Bununla əlaqədar təqdim etdiyiniz sənədlər ünvanınıza göndərilir. Bundan sonra iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmiş və mübahisə aşağıdakı qaydada həll edilmişdir . 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2817/2018 saylı, 13 dekabr 2018-ci il tarixli qərarı ilə (hakim E.Mustafayev) iddia təmin edilmiş, İddiaçı Müharibə veteranı adı və vəsiqəsinin verilməsi cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həvalə edilmişdir. Bu qərarla razılaşmayan cavabdeh 07.02.2019-cu il tarixdə apellyasiya şikayəti verərək 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2817/2018 saylı, 13 dekabr 2018-ci il tarixli qərarının ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən vətəndaş İddiaçı 01.02.1988-ci il tarixdən 18.05.1992-ci il tarixədək erməni işğalçılarına qarşı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşlərdə iştirak edib-etməməsi barədə, iştirak etdiyi təqdirdə isə təsdiqedici sənədlərin təsdiq olunmuş surətlərinin təqdim edilməsinə dair Laçın Rayon İcra Hakimiyyətinə sorğu göndərilmişdir. Laçın Rayon İcra Hakimiyyətinin 08.11.2018-ci il tarixli, 5/309 nömrəli məktubu və ona əlavə edilmiş siyahıdan çıxarışa əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş "Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında" Əsasnaməsi ilə əlaqədar olaraq, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988- ci ilin fevral ayın 1-dən 1992-ci ilin may ayının 18-dək erməni millətçi dəstələrinə qarşı Laçın rayonu ərazisində aparılan döyüş əməliyyatlarında Laçın rayonunun Kamallı kənd özünümüdafiə dəstəsinin tərkibində iştirak etmiş, müharibə veteranı adı və vəsiqəsi almamış şəxslərin 26.05.2017-ci il tarixdə təsdiq edilmiş adlı siyahısında İddiaçı adı qeyd olunmuşdur. Lakin Laçın Rayon İcra Hakimiyyəti İddiaçı döyüşlərdə iştirakını sübut edən başqa sənədləri təqdim etməmişdir. Həmçinin məhkəmə işinə əlavə olunmuş İddiaçı hərbi biletinin surətindən görünür ki, o 1988-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılmış və 1990-cı ildə Almaniya Demokratik Respublikasında hərbi xidmətini başa vuraraq tərxis olunmuşdur. Belə olan halda İddiaçı 1988-ci ilin fevral ayın 1-dən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Laçın rayon özünümüdafiə dəstələrinin tərkibində döyüşlərdə iştirak etməsi mümkünsüzdür. Hesab edirik ki, İddiaçı Laçın rayon özünümüdafiə dəstələrinin tərkibində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirakını sübut edən sənədlər olmadığından, iddia tələbi təmin edilə bilməz. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 03 may 2019-cu il tarixli 2-1(103)-814/2019 saylı qərarı ilə (hakimlər S.Seyidova, V.Məmmədov, İ.Əhmədov) cavabdehin apellyasiya şikayəti təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2817/2018 saylı, 13 dekabr 2018-ci il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilməklə iddia təmin olunmamışdır. İddiaçının kassasiya şikayətinə əsasən işə baxan Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 13 noyabr 2019-cu il tarixli 2-1(102)- 2454/19 saylı qərarı ilə (hakimlər S.Hüseynova, İ.Dadaşov, K.Bədəlov) iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 03 may 2019-cu il tarixli 2-1(103)-814/2019 saylı qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin hüquqi göstərişi o olmuşdur ki, 26 may 2017-ci il tarixli siyahıya iddiaçının adının qeydə alınmasının faktiki və hüquqi əsasları, yəni 05 dekabr 2016-cı il tarixli 1 saylı protokolu araşdırılmalıdır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi izahat verərək 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2817/2018 saylı, 13 dekabr 2018-ci il tarixli qərarının ləğv edilməsini, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Əlavə olaraq, o, daha əvvəl oxşar məzmunlu işdə rayon Arxivindən poçt kitabı tapıldığını və özünümüdafiə dəstələrində vuruşduğunu iddia edən iddiaçının adının orada aşkar olunduğunu, bu səbəbdən hazırkı iş üzrə cavabdeh tərəfindən Laçın Rayon İcra Hakimiyyətinin başçısına məktub ünvanlanaraq, x1 adının Laçın Rayon İcra Hakimiyyəti tərəfindən 26 may 2017-ci il tarixdə tərtib edilmiş “Laçın rayon ərazisində könüllü özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüşlərdə iştirak etmiş şəxslərin adlı siyahısı”na əlavə edilməsinə əsas olmuş sənədlərin surətinin təqdim edilməsi xahiş edilmiş, lakin cavabın hələ də daxil olmadığını bildirdi. Eyni zamanda, məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin nümayəndəsinə məhkəmə iclasında qaydanı pozduğuna görə xəbərdarlıq edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı izahat verərək 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2817/2018 saylı, 13 dekabr 2018-ci il tarixli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını, apellyasiya şikayətinin isə təmin edilməməsini xahiş etdi. Əlavə olaraq, o, cavabdehə Laçın rayon Komissarlığı vasitəsilə müraciətinin olduğunu, 1988-90-cı illərdə Sovet Ordusunda xidmət etdiyini və 1990-cı ilin dekabr ayında Sovet ordusundan tərxis olunduğunu və həmin vaxtdan 1992-ci ilin mayına kimi özünümüdafiə dəstələrində vuruşduğunu, 1992-ci ilin avqust ayında Tibb Universitetinə daxil olduğunu və 1997-ci ildə bitirdiyini, Universitetin rektoru tərəfindən təhsil müddəti ərzində döyüşlərdə iştirakına icazə verildiyini, hazırda təcili tibbi yardımda işlədiyini bildirdi. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq, məhkəmə iclasında iştirak edən proses iştirakçılarının izahatlarını dinləyərək, apellyasiya şikayətinin dəlillərini araşdıraraq qeyd edir ki, apellyasiya şikayəti təmin olunmalı, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2817/2018 saylı, 13 dekabr 2018-ci il tarixli qərarı ləğv edilməli, iş üzrə yeni qərar çıxarılmaqla iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Cavabdehin apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. İş materiallarından görünür ki, İddiaçı xx.xx.1970-ci ildə ünvan 5ində anadan olmuş, ünvan 5 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası Laçın Rayonu İcra Hakimiyyəti başçısı aparatı tərəfindən verilmiş 08 sentyabr 2017-ci il tarixli, 9/1208 nömrəli arayışdan görünür ki, İddiaçı, həqiqətən 1990-cı ilin dekabr ayından 1992-ci ilin may ayına kimi Laçın rayonunda könüllü özünümüdafiə dəstələrinin tərkibində erməni millətçi dəstələrinə qarşı gedən döyüş əməliyyatlarında iştirak etmişdir. Əsas: Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1992-ci il mayın 18dək erməni millətçi dəstələrinə qarşı Laçın rayonu ərazisində aparılan döyüş əməliyyatlarında Kamallı kənd özünümüdafiə dəstəsinin tərkibində iştirak etmiş, müharibə veteranı adı və vəsiqəsi almamış vətəndaşların 26.05.2017-ci il tarixli adlı siyahısı (sıra nömrəsi 11) (Laçın Rayonu İcra Hakimiyyəti başçısı A.Nəzərli). İş materiallarında olan ZE seriyalı, ******* nöməli hərbi biletin surətindən görünür ki, İddiaçı 08.07.1995-ci ildə hərbi and içmiş, ona Azərbaycan Respublikası Müdafiə Nazirinin 0259 nömrəli, 03.12.1997-ci il tarixli əmri ilə leytenant hərbi rütbəsi verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Laçın Rayon Bölməsi tərəfindən İddiaçı ünvanlanmış 17.05.2018-ci il tarixli, 637 nömrəli məktubda qeyd edilmişdir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Laçın rayon bölməsinə “Müharibə veteranı” adı və vəsiqəsi verilməsi üçün təqdim etdiyiniz sənədlərə SHXÇDX-nin nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrin verilməsi komissiyasında baxılmışdır. Könüllü özünümüdafiə dəstələrinin tərkibində iştirak etməyinizə dair Rayon İcra Hakimiyyətindən döyüş əməliyyatları aparılan illərə aid arxiv sənədlər (əmrdən çıxarış və ya digər sənədlər) və ya müvafiq məhkəmə orqanının qərarı olmadığı üçün təqdim etdiyiniz sənədlər SHXÇDX tərəfindən geri qaytarılıb. Bununla əlaqədar təqdim etdiyiniz sənədlər ünvanınıza göndərilir.(Bölmənin rəisi Anar Kazımov) İş materiallarında olan Azərbaycan Respublikası Laçın Rayonu İcra Hakimiyyəti başçısı aparatı tərəfindən məhkəməyə ünvanlanmış 08 noyabr 2018-ci il tarixli, 5/309 nömrəli məktubda qeyd edilmişdir ki, vətəndaş İddiaçı Laçın rayonu ərazisində könüllü özünümüdafiə dəstəsinin tərkibində erməni millətçi dəstələrinə qarşı gedən döyüş əməliyyatlarında iştirak etməsinə dair Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamənin və müvafiq vəsiqələrin nümunəsinin, eskizinin və təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarında dəyişikliklər edilməsi barədə” 03.11.2016-cı il tarixli 438 nömrəli Qərarına əsasən təsdiq edilmiş adlı siyahının təsdiq olunmuş nüsxəsindən çıxarış Sizə göndərilir. Nəzərə almağınız xahiş olunur. (Laçın Rayon İcra Hakimiyyəti Başçısının müavini İlqar İlyasov) İş materiallarında olan 08 noyabr 2018-ci il tarixli, 5/309 nömrəli məktuba əlavə edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamənin və müvafiq vəsiqələrin nümunəsinin, eskizinin və təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli Qərarı ilə əlaqədar olaraq, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1992-ci il mayın 18-dək erməni millətçi dəstələrinə qarşı Laçın rayonu ərazisində aparılan döyüş əməliyyatlarında Laçın rayonunun Kamallı kənd özünümüdafiə dəstəsinin tərkibində iştirak etmiş, müharibə veteranı adı və vəsiqəsi almamış şəxslərin 26.05.2017-ci il tarixdə təsdiq edilmiş adlı siyahısından İddiaçı adı, 3 sıra nömrəsi ilə qeyd olunmuşdur. Döyüşlər iştirakını sübut edən 05.12.2016-cı il tarixli, 1 №-li protokol.(Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Eldəniz Qasımov) Birinci instansiya məhkəməsi iddianı təmin edərkən hesab etmişdir ki, iddiaçı 1988ci il tarixdə hərbi xidmətə çağırılmış, 1990-cı il tarixdə Almaniya Demokratik Respublikasında hərbi xidmətdən tərxis olmuş, onun adı 1988-ci il fevralın 1-dən 1992-ci ilin mayın 18-dək erməni millətçi dəstələrinə qarşı Laçın rayonu ərazisində aparılan döyüş əməliyyatlarında Kamallı kənd özünümüdafiə dəstəsinin tərkibində iştirak etmiş şəxslərin siyahısında qeyd olunmuşdur. “Müharibə veteranı”, “Silahlı qüvvələrin veteranı” və “Əmək veteranı” adlarının verilməsi qaydaları və şərtləri “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununa əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 3-cü abzasında göstərilir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Azərbaycan Respublikası Nazirlər Kabineti 22 sentyabr 1995-ci il tarixli, 216 saylı Qərarı ilə “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi və şərtləri haqqında” Əsasnamə təsdiq etmişdir. Həmin Əsasnamənin 1-ci bəndinin onuncu yarımbəndinə uyğun olaraq “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1991-ci il oktyabrın 9-dan 1994-cü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə-müdafiə, daxili işlər, milli təhlükəsizlik orqanları, Dövlət Sərhəd xidməti və hərbi hissələr və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, yaralanma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir.” Həmin Əsasnamənin birinci bəndinin on birinci yarımbəndinə uyğun olaraq “Müharibə veteranı” adı və müvafiq veteran vəsiqəsi Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanunundan göründüyü kimi “Müharibə veteranı” adının verilməsi üçün şəxsin Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etməsi əsas sayılır. Azərbaycan Respublikası İPM-nin 96.11-ci maddəsinə əsasən Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Məhkəmə kollegiyası Ali Məhkəmənin göstərişini nəzərə alaraq Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1992-ci il mayın 18dək erməni millətçi dəstələrinə qarşı Laçın rayonu ərazisində aparılan döyüş əməliyyatlarında Laçın rayonunun Kamallı kənd özünümüdafiə dəstəsinin tərkibində iştirak etmiş, müharibə veteranı adı və vəsiqəsi almamış şəxslərin 26.05.2017-ci il tarixdə təsdiq edilmiş adlı siyahısından çıxarışda iddiaçının adının qeydə alınmasının hüquqi və faktiki əsası olmuş 05 dekabr 2016-cı il tarixli 1 №-li protokolun, habelə həmin protokolun qəbul edilməsinə əsas olmuş sənədlərin təsdiq edilmiş surətlərinin məhkəməyə təqdim edilməsi üçün Laçın Rayon İcra Hakimiyyətinə sorğu ünvanlanmışdır. Sorğuya cavab olaraq 12.03.2020-ci il tarixdə Laçın Rayon İcra Hakimiyyəti tərəfindən məhkəməyə ünvanlanmış arayışda qeyd edilmişdir ki, iddiaçı həqiqətən 1990-cı ilin dekabr ayından 1992-ci ilin may ayına kimi Laçın rayonunda könüllü özünümüdafiə dəstələrinin tərkibində erməni millətçi dəstələrinə qarşı gedən döyüş əməliyyatlarında iştirak etmişdir. Əsas Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1992-ci il mayın 18-dək erməni millətçi dəstələrinə qarşı Laçın rayonu ərazisində aparılan döyüş əməliyyatlarında Kamallı kənd özünümüdafiə dəstəsinin tərkibində iştirak etmiş, müharibə veteranı adı və vəsiqəsi almamış vətəndaşların 26.05.2017-ci il tarixli adlı siyahısı (sıra nömrəsi 11) və 19.11.2016-cı il tarixdə tərtib edilmiş akt. (Laçın Rayonu İcra Hakimiyyəti başçısı Aqil Nəzərli). Məhkəmə kollegiyası tərəfindən 05 dekabr 2016-cı il tarixli 1 №-li protokolun, habelə həmin protokolun qəbul edilməsinə əsas olmuş sənədlərin təsdiq edilmiş surətləri tələb olunsa da, məhkəməyə heç bir sənəd təqdim edilməmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iş materiallarında olan Laçın Rayonu İcra Hakimiyyəti başçısı aparatı tərəfindən verilmiş 08 sentyabr 2017-ci il tarixli, 9/1208 nömrəli arayışda iddiaçının döyüş əməliyyatlarında iştirakının əsası kimi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1992-ci il mayın 18dək erməni millətçi dəstələrinə qarşı Laçın rayonu ərazisində aparılan döyüş əməliyyatlarında Kamallı kənd özünümüdafiə dəstəsinin tərkibində iştirak etmiş, müharibə veteranı adı və vəsiqəsi almamış vətəndaşların 26.05.2017-ci il tarixli adlı siyahısı göstərilmiş və siyahıda sıra nömrəsi 11 olaraq qeyd edilmişdir. 08 noyabr 2018ci il tarixli, 5/309 nömrəli məktubuna əlavə edilmiş 26.05.2017-ci il tarixli adlı siyahısından çıxarışda iddiaçının döyüş əməliyyatlarında iştirakının əsası kimi 05.12.2016-cı il tarixli, 1 №-li protokoldan çıxarış göstərilmiş və sıra nömrəsi 3 olaraq qeyd edilmişdir. İşin hazırkı apellyasiya icraatı zamanı məhkəmə sorğusuna cavab olaraq, 12.03.2020-ci il tarixdə Laçın Rayon İcra Hakimiyyəti tərəfindən məhkəməyə ünvanlanmış arayışda isə iddiaçının döyüş əməliyyatlarında iştirakının əsası kimi müharibə veteranı adı və vəsiqəsi almamış vətəndaşların 26.05.2017-ci il tarixli adlı siyahısı (sıra nömrəsi 11) və 19.11.2016-cı il tarixdə tərtib edilmiş akt göstərilmişdir. Göründüyü kimi Laçın Rayon İcra Hakimiyyəti tərəfindən 08 sentyabr 2017-ci il tarixli, 9/1208 nömrəli arayışda, 08 noyabr 2018-ci il tarixli, 5/309 nömrəli məktubuna əlavədə və 12.03.2020-ci il tarixli arayışda iddiaçının siyahı üzrə sıra nömrəsi fərqli göstərilmişdir. Eyni zamanda, 08 noyabr 2018-ci il tarixli, 5/309 nömrəli məktubuna əlavədə iddiaçının döyüş əməliyyatlarında iştirakının əsası 05.12.2016-cı il tarixli, 1 №-li protokoldan çıxarış göstərilsə də, 12.03.2020-ci il tarixli arayışda isə əsas kimi 19.11.2016-cı il tarixdə tərtib edilmiş akt göstərilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında 19.11.2016-cı il tarixdə tərtib edilmiş aktın kserosurəti mövcuddur. Belə ki, iş materiallarında olan 19.11.2016-cı il tarixli aktın kserosurətinə (akt x8, x6, x5 tərəfindən imzalanmışdır) və 15.12.2018-ci il tarixli ərizənin notarial qaydada təsdiq edilmiş surətinə (ərizə x2, x3 və x8 tərəfindən imzalanmışdır) əsasən Laçın rayon Kamallı kənd sakini İddiaçı Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda 1990-cı il noyabr ayından 1991-ci il may ayına kimi olan müddətdə erməni millətçi dəstələrinə qarşı aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələri və birləşmələrinin tərkibində iştirak etmişdir. (ərizənin doğruluğunu imzaları ilə təsdiq etmişlər). Lakin məhkəmə iclasında iştirak edən iddiaçı izahatında 1990-cı ilin dekabr ayında Sovet ordusundan tərxis olunduğunu və 1992-ci ilin mayına kimi özünümüdafiə dəstələrində vuruşduğunu bildirmişdir. Göründüyü kimi, yuxarıda qeyd edilmiş şəxslər tərəfindən imzalanmış akt və ərizənin məzmunu ilə iddiaçının izahatı arasında uyğunsuzluqlar mövcuddur. Məhkəmə kollegiyası yuxarıda qeyd edilən Laçın Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş arayışlara tənqidi yanaşır. Məhkəmə kollegiyası qeyd edir ki, Ali Məhkəmənin hazırkı iş üzrə hüquqi göstərişi 26 may 2017-ci il tarixli siyahıya iddiaçının adının qeydə alınmasının faktiki və hüquqi əsasları, yəni 05 dekabr 2016-cı il tarixli 1 saylı protokolun araşdırılması olmuş, bu səbəbdən hazırkı apellyasiya icraatı zamanı Laçın Rayon İcra Hakimiyyətinə sorğu ünvanlanmış və 05 dekabr 2016-cı il tarixli 1 №-li protokolun, habelə həmin protokolun qəbul edilməsinə əsas olmuş sənədlərin təsdiq edilmiş surətləri tələb olunsa da, cavab olaraq, təqdim edilmiş arayışda iddiaçının döyüş əməliyyatlarında iştirakının əsası kimi 05 dekabr 2016-cı il tarixli 1 saylı protokol deyil, 19.11.2016-cı il tarixdə tərtib edilmiş akt göstərilmişdir. və bu səbəbdən hazırkı iş üzrə Laçın Rayon İcra Hakimiyyətinə təkrarən sorğu göndərilməsində zərurət görmür. Eyni zamanda, iddiaçı iddia ərizəsində Almaniya Demokratik Respublikasında xidmət keçməsini, 2003-2005-ci illərdə ikinci dəfə Azərbaycan Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olduğunu bildirsə də, işin birinci, apellyasiya və hazırkı təkrar apellyasiya icraatlarında bu barədə hər hansı sənədi məhkəməyə təqdim etməmişdir. İddiaçı hərbi biletinin yalnız birinci səhifəsini məhkəməyə təqdim etmişdir. Azərbaycan Respublikası İPM-nin 14.3-cü maddəsinə əsasən İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmamış, sübutlara düzgün hüquqi qiymət verilməmiş və düzgün nəticəyə gəlinməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2-1(82)-2817/2018 saylı, 13 dekabr 2018-ci il tarixli qərarıləğv edilməli, iş üzrə yeni qərar çıxarılmalı, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı müharibə veteranı adı və vəsiqəsinin verilməsi tələbinə dair iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90, 94 və 99cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2817/2018 saylı, 13 dekabr 2018-ci il tarixli qərarı ləğv edilsin, iş üzrə yeni qərar qəbul edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı müharibə veteranı adı və vəsiqəsinin verilməsinə dair iddia tələbi təmin olunmasın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarının motivasiya və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.
Məhkəmə qərarları › İş №2-1(103)-232/2020
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-232/2020
10.03.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver