Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-232/2023 10.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X5 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və Aida Əli qızı Hüseyndən ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, İddiaçı2 iştirakı ilə, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3080/2019 saylı inzibati iş üzrə qəbul etdiyi 05 noyabr 2019-cu il tarixli qərarından iddiaçı və cavabdeh tərəfindən ayrıayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı X8 cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən əmlakının sökülməsi və ekspropsiyası nəticəsində ona vurulmuş 1.000.000 manat məbləğində maddi və 500.000 manat məbləğində mənəvi zərərin cavabdehdən tutulması barədə qərar çıxarılmasını xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 02 oktyabr 2019-cu il tarixli qərardadı ilə Azərbaycan Respublikası Maliyyə Nazirliyi üçüncü şəxs qismində cəlb olunmuşdur. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 05 noyabr 2019-cu il tarixli 2-1(82)- 3080/2019 nömrəli qərarına əsasən iddia qismən təmin edilmiş, iddiaçının əmlakının sökülməsi nəticəsində vurulmuş 321.800 manat məbləğində maddi ziyanın cavabdehdən onun xeyrinə tutulması qərara alınmışdır. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın iddianın təmin edilmədiyi hissədə ləğv edilməsi və iddia təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Üçüncü şəxs Maliyyə Nazirliyi də apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətlərində işin faktiki halları göstərilmiş və əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamış və işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 03 noyabr 2021-ci il tarixli, 2- 1(103)-55/2021 nömrəli qərarı ilə 3-cü şəxs Azərbaycan Republikası Maliyyə Nazirliyi, cavabdeh Bakı şəhəri Cavabdeh və iddiaçı X8 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri qismən təmin edilmiş, 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 2- 1(82)-3080/2019 saylı 05 noyabr 2019-cu il tarixli qərarı qismən, “torpağa görə maddi ziyanın və ümumilikdə vurulmuş mənəvi ziyana görə mənəvi zərərin tutulması barədə iddianın rədd edildiyi” hissədə ləğv edilmiş, həmin hissədə iddia qismən təmin edilmiş, cavabdeh Bakı şəhəri Cavabdehndən iddiaçı X3 xeyrinə torpaq sahəsi ilə bağlı vurulmuş maddi ziyana görə 200.000 manat pul vəsaiti, ümumilikdə vurulmuş mənəvi ziyana görə isə 5000 manat pul tutulmuş, qərar iddiaçının daşınmaz əmlakının sökülməsi nəticəsində ona vurulmuş maddi ziyanla bağlı hissədə dəyişdirilərək, cavabdeh Bakı şəhəri Cavabdehndən iddiaçı X3 xeyrinə 44000 manat pul tutulmuş, qərar qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. İddiaçı, cavabdeh və üçüncü şəxs həmin qətnamədən ayrı-ayrılıqda kassasiya şikayətləri vermişlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli 2-1(102)-1063/2022 nömrəli qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 03 noyabr 2021-ci il tarixli, 2-1(103)-55/2021 nömrəli qərarından üçüncü şəxs Azərbaycan Republikası Maliyyə Nazirliyi tərəfindən verilmiş kassasiya şikayəti mümkün sayılmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli 2-1(102)-1063/2022 nömrəli qərarı ilə iddiaçı və cavabdehin kassasiya şikayətləri qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 03 noyabr 2021-ci il tarixli, 2-1(103)-55/2021 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmiş, iddiaçı və cavabdehin kassasiya şikayətləri qalan hissədə təmin edilməmişdir. Apellyasiya baxışı zamanı müəyyən olundu ki, iddiaçı X8 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. İddiaçının iddiası üzrə maddi zərərin əvəzinin ödənilməsi hissəsində prosessual hüquq varisliyinə yol verildiyinə görə İnzibati Prosessual Məcəllənin 1.2-ci və Mülki Prosessual Məcəllənin 58.1-ci maddəsinə əsasən İddiaçı1 və İddiaçı2 iş üzrə iddiaçı X3 prosessual hüquq varisi kimi tanınmışdır. Bakı Apellyasiya Məhkəməsinin 10 oktyabr 2023-cü il 2-1(103)-232/2023 saylı qərardadı ilə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin hazırki iş üzrə üçüncü şəxs qismində icraatına xitam verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 10 oktyabr 2023-cü il 2-1(103)-232/2023 saylı qərardadı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3080/2019 saylı inzibati iş üzrə qəbul etdiyi 05 noyabr 2019-cu il tarixli qərarı qismən, yəni mənəvi zərərin tutulması barədə tələblərin rədd edilməsi hissəsində ləğv edilmiş və həmin hissədə iş üzrə icraata xitam verilmişdir. Məhkəmə iclasında iddiaçılar İddiaçı1, İddiaçı2, onların nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi və vəkili Nümayəndə1 təmsil etdikləri şəxslərin (özlərinin) apellyasiya şikayətini müdafiə etdilər və əks tərəfin apellyasiya şikayətinə isə etiraz etdilər. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti isə təmin edilməməlidir. Belə ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, Bakı şəhəri Əzizbəyov rayon İcra Hakimiyyəti Başçısının 644 saylı 26 dekabr 2006-cı il tarixli sərəncamına əsasən Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi, ev 25, mənzil 38-də yaşayan vətəndaş X2 məxsus Buzovna qəsəbəsi, A.Mirzəyev küçəsində yerləşən mövcud köşkün rekonstruksiya edib ticarət obyekti kimi istifadə olunmasına icazə verilmişdir. Bakı şəhəri Əzizbəyov rayon İcra Hakimiyyəti Başçısının 645 saylı 26 dekabr 2006-cı il tarixli sərəncamına əsasən Bakı şəhəri, Xətai rayonu, Ə.Bayramov küçəsi, ev 41 yaşayan vətəndaş X4 məxsus Buzovna qəsəbəsi, A.Mirzəyev küçəsində yerləşən mövcud köşkün rekonstruksiya edib ticarət obyekti kimi istifadə olunmasına icazə verilmişdir. 02 oktyabr 2007-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Bakı şəhəri Əzizbəyov rayon İcra Hakimiyyəti Başçısının 644 saylı 26 dekabr 2006-cı il tarixli sərəncamı ilə X2 və Bakı şəhəri Əzizbəyov rayon İcra Hakimiyyəti Başçısının 645 saylı 26 dekabr 2006-cı il tarixli sərəncamı ilə X4 məxsus Buzovna qəsəbəsi, A.Mirzəyev küçəsində yerləşən mövcud köşk 42000 ABŞ dolları müqabilində X1. Həmçinin, Bakı şəhəri Əzizbəyov rayonu Buzovna Bələdiyyəsi tərəfindən Əzizbəyov rayon İcra Hakimiyyətinə ünvanlanmış 115 saylı 17 iyun 2006-cı il tarixli məktubdan görünür ki, Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsinin müvafiq rəyi əsasında vətəndaş X6 Buzovna qəsəbəsində A.Mirzəyev küçəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədi ilə 400 kv.m. torpaq sahəsi ayrılmışdır. Ayrılmış torpaq sahəsində vətəndaş İddiaçı1 tərəfindən tikinti işlərinin aparılmasına icazə verilməsi xahiş edilmişdir. Dövlət Torpaq kadastrı kitabında 23 oktyabr 2008-ci il tarixdə 10852 nömrə ilə uçota alınmış A seriyalı 098762 saylı “Torpaq sahəsinin planı və ölçüsü”ndən görünür ki, X7 rayonu Buzovna bələdiyyəsinin 545 saylı 16 oktyabr 2007-ci il tarixli qərarı ilə Buzovna qəsəbəsində sahibkarlıq fəaliyyət ilə məşğul olmaq üçün 400 kv.m. torpaq sahəsi ayrılmışdır. Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş MH seriyalı 02044691 saylı xx.xx.2009-cu il tarixli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”dan görünür ki, Bakı şəhəri, Əzizbəyov (indiki Xəzər) rayonu, Buzovna qəsəbəsində yerləşən təyinatı (kateqoriyası) “digər təyinatlı torpaqlar” olan 0,0398 ha ölçüdə torpaq sahəsinə X3 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-486/2014 saylı 8 may 2014-cü il tarixli qətnaməsi ilə iddiaçı X3 cavabdeh "xxxx" MMC-yə qarşı qanunsuz söküntü ilə əlaqədar dəymiş maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddiası təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2756/2018 saylı iş üzrə 13 aprel 2018-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 8 may 2014-cü il tarixli qətnaməsi apellyasiya qaydasında yoxlanılan hissədə ləğv edilmiş, həmin hissədə iddiaçı X3 cavabdeh "xxxx" MMC-yə qarşı “söküntü nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiası rədd edilmişdir. Bundan sonra iddiaçı ona kompensasiyanın ödənilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən onun tələbinin təmin olunmasından imtina edilmişdir. Belə ki, cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış Z-12149 saylı 17 may 2018-ci il tarixli imtina məktubunda qeyd edilmişdir ki, Buzovna qəsəbəsi, Aruz Mirzəyev küçəsində yerləşən mülkiyyətdə olan iaşə obyektinin sökülməsi, büdcədən ayrılan və ödənilməsi nəzərdə tutulmuş vəsaitlər, kompensasiya ödənilməsi barədə Xəzər RİH-ə daxil olmuş ərizəyə baxılmışdır. Azərbaycan Respublikası Prezidentinin “Bakı şəhərinin qəsəbələrinin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair” 27 fevral 2006-cı il tarixli 1338 nömrəli sərəncamının icrasını təmin etmək məqsədilə Bakı şəhərinin rayonlarında olduğu kimi, Xəzər rayonunda, o cümlədən Buzovna qəsəbəsində də quruculuq, abadlıq, yaşıllıq və s. işlər həyata keçirilmişdir. Həmçinin, “Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2008 – 2013-cü illər üçün əlavə Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2930 nömrəli 8 iyul 2008-ci il tarixli Sərəncamına əsasən X9 Hava Limanı – X10 – Bilgəh qəsəbəsi istiqamətində magistral yolun yenidən qurulması işləri aparılmışdır. Göstərilənlərlə əlaqədar olaraq yeni salınmış yolun kənarında, həmçinin Buzovna qəsəbəsinin ərazisində abadlaşdırma və yenidənqurma işləri ilə bağlı primitiv şəkildə olan tikililər sökülmüş, yaşayış evləri, qeyri-yaşayış obyektləri yenidən rekonstruksiya olunaraq milli memarlıq üslübunda inşa edilərək sakinlərin istifadəsinə verilmişdir. Ərizədə qeyd edilən məsələyə dair məhkəmə orqanları tərəfindən araşdırma aparılmış və bu məsələyə hüquqi qiymət verilmişdir. “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin 8.1.3-cü bəndinə əsasən müraciətdə göstərilən məsələ ilə əlaqədar məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda müraciət baxılmamış saxlanılır. İddiaçı bildirir ki, o, həmin ərazidə 340 kv.m-dən ibarət qeyri-yaşayış sahəsi inşa etdirmiş və həmin obyekt “Rəvan” kafesi olaraq fəaliyyət göstərirdi. Bundan əlavə tikililərdən birində təndirxana, digərində stolüstü oyunlar zalı fəaliyyət göstərirdi. Tikilidən azad həyətyanı sahə hasara alınmaqla həyətə giriş 2 ədəd dekorotiv darvazadan ibarət idi. Həyətdə 30 ədəd ağac əkilmişdir. Azərbaycan Respublikası Prezidentinin 27 fevral 2006-cı il tarixli 1338 saylı Sərəncamı ilə təsdiq edilmiş “Bakı şəhərinin qəsəbələrinin 2006-2007-ci illər üzrə sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair Tədbirlər Proqramı”na əsasən Pirallahı, Binə, Buzovna, Şağan, Qala, Çilov, Zirə, Girgan, Mərdəkan, Neft Daşları, Türkan və Şüvəlan qəsəbələrarası və qəsəbədaxili asfalt yollarının bərpası nəzərdə tutulmuş və bu işlərin görülməsi Bakı Şəhər İcra Hakimiyyətinə və Xəzər RİH-ə həvalə edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 8 iyul 2008-ci il tarixli 2930 saylı Sərəncamı ilə “Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2008 - 2013-cü illər üçün əlavə Tədbirlər Planı” təsdiq edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 4 may 2011-ci il tarixli 1490 saylı Sərəncamı ilə təsdiq edilmiş “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”na və həmin Proqram çərçivəsində həyata keçiriləcək Tədbirlər Planına əsasən Buzovna qəsəbəsində 26 saylı orta məktəbin əsaslı təmiri və 40 əlavə sinif tikintisi nəzərdə tutulmuş və bu işlərin görülməsi Təhsil Nazirliyinə və Xəzər RİH-ə həvalə edilmişdir. Xəzər RİH-in sifarişi ilə bu işlərin görülməsi "xxxx" MMC-yə həvalə edilmişdir. 15 iyun 2011-ci il tarixdə "xxxx" MMC 26 saylı orta məktəbin qonşuluğunda olan ona məxsus 400 kv.m. qeyriyaşayış sahəsinin ərazisi ona məlumat vermədən, əmlakı ondan almadan tam şəkildə sökmüşdür. Ərazinin əksər hissəsi 26 saylı orta məktəbə qatılmış, qalan hissəsi Aruz Mirzəyev küçəsinə daxil edilmişdir. O, əmlakının zəbt edilməsi və sökülməsi ilə ona vurulmuş zərərin ödənilməsi üçün hazırkı cavabdeh Xəzər RİH-ə müraciət etsə də, cavabdeh heç bir cavab verməmişdir. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, iddiaçının iddia ərizəsində iddia etdiyi tikililər Xəzər RİH tərəfindən sökülməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddia qismən əsaslıdır. Belə ki, Mülki Məcəllənin 21.2, 1096, 1097-ci maddələrinin mənasına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Yalnız yuxarıda qeyd olunan əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər və hazırkı işdə də bu əsaslar müəyyən edilir. Belə ki, hazırki iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli 2-1(102)-1063/2022 nömrəli qərarında göstərilmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə iddiaçıya məxsus tikilinin məhz cavabdeh inzibati orqan tərəfindən sökülməsi faktı təsdiq olunur. Hazırda mübahisələndirilən hal isə həmin söküntüyə görə iddiaçıya ödənilməli olan kompensasiyanın məbləği ilə bağlıdır. Bu baxımdan kollegiya hesab edir ki, hazırki apellyasiya baxışında müəyyən edilməli olan hal yalnız iddiaçıya vurulmuş zərərin məbləğindən ibarətdir. İş materiallarına əsasən müəyyən edilir ki, bunu müəyyən etmək üçün həm birinci instansiya məhkəməsi, həm də əvvəlki apellyasiya baxışı zamanı apellyasiya instansiyası məhkəməsi tərəfindən ekspertizalar təyin edilmişdir. "xxxx" MMC-nin MB 07/1453 saylı 20 oktyabr 2014-cü il tarixli rəyində qeyd edilmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, A.Mirzəyev küçəsində yerləşən sahəsi 400 kv.m. olan torpaq sahəsinin və həmin torpaq sahəsində inşa edilmiş (hazırda sökülmüş) sahəsi 340 kv.m. olan qeyri-yaşayış sahəsinin 20 oktyabr 2014-cü il tarixinə hesablanmış bazar dəyəri 481.500 manat, o cümlədən torpaq sahəsi 159.700 manat, bina, tikili və qurğular 321.800 manat təşkil edir. "xxxx" MMC-nin MB 12/899 saylı 30 oktyabr 2019-cu il tarixli rəyində qeyd edilmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, A.Mirzəyev küçəsində yerləşən sahəsi 400 kv.m. olan torpaq sahəsinin və həmin torpaq sahəsində inşa edilmiş (hazırda sökülmüş) sahəsi 340 kv.m. olan qeyri-yaşayış sahəsinin 30 oktyabr 2019-cu il tarixinə hesablanmış bazar dəyəri 469.000 manat, o cümlədən torpaq sahəsi 180.700 manat, bina, tikili və qurğular 289.000 manat təşkil edir. İşə birinci dəfə apellyasiya qaydasında baxılarkən iddiaçıya məxsus əmlakın sökülməsi ilə bağlı dəymiş ziyanın miqdarını müəyyən etmək üçün alınmış rəylərlə bağlı tərəflər arasında mübahisə olmaqla yanaşı, Maliyyə Nazirliyi həm də belə rəylər alınarkən həmin idarənin mütəxəssisinin də iştirakının təmin olunmasının vacib olduğunu bildirmişdir. Bununla bağlı əvvəlki apellyasiya baxışı zamanı apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Maliyyə Nazirliyindən və Bakı şəhəri Cavabdehndən mütəxəssis cəlb edilməklə iş üzrə məhkəmə qiymətləndirmə ekspertizası təyin edilmiş, 08 mart 2021-ci il tarixdə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətindən məhkəməyə daxil olmuş daşınmaz əmlakın qiymətləndirilməsi barədə mütəxəssis rəyi ilə Bakı şəhər Cavabdeh tərəfindən qəsəbələrarası və qəsəbədaxili asfalt yollarının bərpası və Buzovna qəsəbəsində 26 saylı orta məktəbin əsaslı təmir aparılması nəticəsində, vətəndaş X6 məxsus qeyri-yaşayış sahəsinin sökülməsini, qeyri-yaşayış sahəsinin xüsusi mülkiyyətdə olmasını, aparılan abadlaşdırma və yenidənqurma işlərinin tikinti sahəsinə düşməsini təsdiq edən sənəd, müvafiq baxış aktı, cizgilər, fotoşəkillər, söküntünün həyata keçirilməsi ilə bağlı maliyyə mənbəyi barədə məlumat və digər qanunvericiliklə tələb olunan sənədlər təqdim edilmədiyi üçün rəyin bildirilməsi mümkün olmadığı qeyd edilmişdir. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 2008-2013-cü illər ərzində “X9 X15 qəsəbəsi avtomobil yolunun tikintisi” layihəsi çərçivəsində tikinti altına düşən maneələrə dəymiş ziyana görə müstəqil qiymətləndirici tərəfindən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq torpaqların və qeyri-yaşayış sahələrinin alınması zamanı, Azərbaycan Respublikası Prezidentinin 689 saylı 26 dekabr 2007-ci il tarixli Fərmanına əsasən 20% əlavə edilməklə qeyd olunan əraziyə yaxın yerlərdə satın alınan torpaq sahələrinin 1.0 sotunun bazar qiymətinin bütün əlavələr nəzərə alınmaqla 7200.00 manat, yaşayış və qeyri-yaşayış sahəsinin 1 kv.m-nin qiymətinin isə 400 manat olduğu müəyyən edilmişdir. Əmlak Ekspertizası Mərkəzinin 19 may 2021-ci il tarixli ƏEM/A 136-457/21 saylı ekspert rəyində isə qeyd edilmişdir ki, Xəzər rayonu, Buzovna qəsəbəsi, A.Mirzəyev küçəsində yerləşən sahəsi 400 kv.m. olan torpaq sahəsinin, həmin torpaq sahəsində inşa edilmiş (hazırda sökülmüş) sahəsi 340 kv.m. olan qeyri-yaşayış sahəsinin söküldüyü dövrdə, yəni 2011-ci il tarixə bazar dəyəri tikililər üzrə (inşa edilmiş sahə və bazar dəyəri nəzərə alınmaqla) 163200 manat, xüsusi mülkiyyətdə olan torpaq sahəsi (ümumi sahə) 28000 manat olmaqla, 191200 manat, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, A.Mirzəyev küçəsində yerləşən sahəsi 400 kv.m. olan torpaq sahəsinin və həmin torpaq sahəsində inşa edilmiş (hazırda sökülmüş) sahəsi 340 kv.m. olan qeyri-yaşayış sahəsinin hazırki bazar dəyərinin tikililər üzrə (inşa edilmiş sahə və bazar dəyəri nəzərə alınmaqla) 170000 manat, xüsusi mülkiyyətdə olan torpaq sahəsinin (ümumi sahə) dəyərinin 32000 manat olmaqla, 202000 manat təşkil etməsi müəyyən edilir. Göründüyü kimi, iş üzrə bir neçə rəy verilib və həmin rəylərdə torpaq sahəsinin və qeyri-yaşayış sahəsinin dəyəri kimi müəyyən edilmiş məbləğlərdə kəskin fərqlər mövcuddur. Qeyd olunanlar və hazırki iş üzrə Ali Məhkəmənin İnzibati Kollegiyasının xx.xx.2022ci il tarixli 2-1(102)-1063/2022 nömrəli qərarındakı göstərişlər nəzərə alınaraq hazırki apellyasiya baxışı zamanı iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 13 mart 2023-cü il tarixli 10/7380 saylı ekspert rəyi verilmişdir. Həmin rəydə qeyd edilmişdir ki, 2011-ci il üçün olan qiymətlər bazası olmadığına görə qərardadın bu sualı üzrə tədqiqat aparmaq mümkün olmadı. Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, A.Mirzəyev küçəsində yerləşən sahəsi 400 m2 olan torpaq sahəsinin hazırki orta bazar qiymətlərinə uyğun dəyəri təqribən 56000 manat məbləğində və həmin torpaq sahəsində inşa edilmiş (hazırda sökülmüş) sahəsi 340 m2 olan qeyriyaşayış sahəsinin isə orta bazar qiymətlərinə uyğun dəyəri təqribən 306000 manat məbləğində müəyyən edilir. Zərərin məbləğinin əmlakın sökülməsi vaxtı mövcud olan qiymətlər əsasında müəyyən edilməsinə dair kollegiya qeyd edir ki, Mülki Məcəllədə zərərin yaranması əsası kimi öhdəliyin pozulması və mülki hüquq pozuntusu (delikt) nəzərdə tutulmuşdur. Öhdəliyin pozulması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi məsələlərini tənzimləyən Mülki Məcəllənin 443.3-cü maddəsində müəyyən edilmişdir ki, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, zərər müəyyənləşdirilərkən öhdəliyin icra edilməli olduğu yerdə kreditorun tələbini borclunun könüllü ödədiyi gün mövcud olmuş qiymətlər, tələb könüllü ödənilmədikdə isə məhkəmənin qərar çıxardığı gün mövcud olmuş qiymətlər nəzərə alınır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi məsələlərini tənzimləyən Mülki Məcəllənin 1115-ci maddəsində isə təsbit olunmuşdur ki, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Qeyd olunan maddi hüquq normalarından müəyyən olunur ki, öhdəliyin icra edilməməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi məsələsi məhkəmə tərəfindən həll olunduqda zərərin məbləği məhkəmə qərarı çıxarılan gün mövcud olan qiymətlərə əsasən hesablanır. Eyni zamanda, mülki hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi məsələsi həll olunduqda məhkəmə zərər vuran şəxsin üzərinə zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Eyni növlü və keyfiyyətli əmlakın verilməsi, zədələnmiş əmlakın düzəldilməsi və s. hərəkətlərin edilməsi isə yalnız məhkəmə qərarı çıxarılan vaxt mövcud olan qiymətlərə uyğun həyata keçirilə bilər. Ona görə də, zərərin əvəzinin naturada ödənilməsi mümkün olmadıqda, vurulmuş zərərin məbləği də həmin vaxt mövcud olan qiymətlərə uyğun hesablanmalıdır. Əks yanaşma “zərərin əvəzini naturada ödəmək” anlayışını əhəmiyyətsiz edir. Göründüyü kimi Mülki Məcəllədə zərərin məbləği müəyyən edilərkən zərər vurulan vaxt mövcüd olan qiymətlər deyil, zərərin əvəzi ödənildiyi vaxt mövcüd olan qiymətlər əsas götürülür. Hazırki işdə də cavabdeh iddiaçıya söküntüyə görə dəymiş zərərin əvəzini könüllü ödəməmiş və iddiaçı hazırki iddianı irəli sürərək, zərərin əvəzinin məhz məhkəmə qərarına əsasən tutulmasını tələb etmək məcburiyyətində qalmışdır. Ona görə də kollegiya hesab edir ki, iddiaçıya dəymiş zərərin məbləği söküntünün mövcud olduğu dövrdə (12 il bundan əvvəl) olan qiymətlər əsasında deyil, yuxarıda qeyd olunan yanaşmaya uyğun olaraq hazırki vaxt mövcud olan qiymətlər nəzərə alınaraq hesablanmalıdır. Eyni zamanda, yuxarıda qeyd edilən 13 mart 2023-cü il tarixli ekspert rəyinin digər qiymətləndirmə rəylərindən fərqli olaraq məhkəmə eksperti tərəfindən verildiyini, ekspert rəyində ziddiyyətlərin olmadığını və ekspert tərəfindən aparılmış tədqiqatın müfəssəl təsvir olunduğunu nəzərə alaraq kollegiya hesab edir ki, həmin rəy mötəbər sübut kimi qiymətləndirilməli və zərərin məbləği həmin rəy əsasında müəyyən edilməlidir. Əlavə olaraq hazırki iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli 2-1(102)-1063/2022 nömrəli qərarındakı göstərişlərə dair kollegiya qeyd edir ki, həmin göstərişlər nəzərə alınaraq hazırki apellyasiya baxışı zamanı həm də mübahisəli ünvanda (Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, A.Mirzəyev küçəsində) yerləşən torpaq sahələri və qeyri-yaşayış sahələrinə dair 2011-ci ildə və hal-hazırda bağlanmış alğı-satqı müqavilələrinin təsdiq olunmuş surətlərinin (7 və ya 8 nümunə) məhkəməyə təqdim edilməsi üçün Bakı şəhəri 25 saylı notariat ofisinə sorğu göndərilmiş və sonuncu tərəfindən verilmiş sorğuya cavab məktubunda qeyd olunmuşdur ki, 2011-ci ilə aid alqı-satqı müqavilələrinə dair notariat işləri Dövlət notariat arxivinə təhvil verilmişdir. Eyni zamanda, qüvvədə olan qanunvericiliyə əsasən qeyd olunan müqavilələrin bağlanması üçün ərazi məhdudiyyəti olmadığından həmin ünvanla bağlı əqdlər istənilən notariat ofislərində, o cümlədən "Asan" xidmət mərkəzlərindən notariat ofislərində də rəsmiləşdirilə bilər. Həmçinin, 2021-2022-ci illərdə ünvan ünvanla bağlı rəsmiləşdirilmiş müqavilələrin surətləri məhkəməyə göndərilmişdir. Lakin Bakı şəhəri 25 saylı notariat ofisi tərəfindən göndərilmiş həmin alqı-satqı müqavilələri əsasında analoji qiymətləri müəyyən etmək mümkün deyil. Çünki həmin müqavilələr yalnız yaşayış sahələrinə aid olmuşdur. Halbuki, mübahisə sökülmüş qeyriyaşayış sahəsinə aiddir. Göstərilənlər nəzərə alınaraq, qeyd olunan ərazidə yerləşən torpaq sahələri və qeyri-yaşayış sahələrinə dair 2011-ci ildə və hal-hazırda bağlanmış alğı-satqı müqavilələrinin məhkəməyə təqdim edilməsi üçün təkrar Bakı şəhəri 25 saylı notariat ofisinə və Bakı şəhərində yerləşən bütün ASAN XİDMƏT Mərkəzlərinə sorğular göndərilmişdir. 01 Saylı Bakı “Asan Xidmət” Mərkəzində Notariat Ofisi tərəfindən cavab olaraq bildirilmişdir ki, Elektron Notariat Sistemində yalnız müqavilə tərəfləri olan şəxslərin soyadı, adı və ata adı ilə axtarış aparılması mümkündür. Bu səbəbdən göstərilən ünvan üzrə heç bir məlumat aşkar olunmamışdır. 03 Saylı Bakı “Asan Xidmət” Mərkəzində Notariat Ofisi tərəfindən cavab olaraq bildirilmişdir ki, notariat hərəkətlərinin rəsmiləşdirilməsi üçün notariuslar Azərbaycan Respublikası ədliyyə Nazirli}inin "Elektron notariat" informasiya sistemindən İstifadə edirlər. Notarius tərəfindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin "Elektron notariat" informasiya sistemində axtarış konkret və şəxs və ya əmlak, onun çıxarış və reyestr nömrəsi üzrə mümkündür. Notarius daşınmaz əmlak barəsində aparılmış notariat hərəkətinin nəticəsi olaraq tərtib və (və ya) təsdiq edilmiş digər sənədlərin (o cümlədən müqavilə, ər-arvadın ümumi əmlakdakı paya mülkiyyət hüququ haqqında şəhadətnamə, qanun və ya vəsiyyət üzrə vərəsəlik şəhadətnaməsi, bölgü planı, nisyə alqı-satqı müqaviləsi üzrə son ödəniş barədə bildiriş və s.) elektron nüsxəsini "Elektron notariat" informasiya sistemi vasitəsilə hüquqların dövlət qeydiyyatı üçün daşınmaz əmlakın dövlət reyestrinin informasiya sisteminə ötürür. 04 Saylı Bakı Asan Xidmət Mərkəzində Notariat Ofisi tərəfindən cavab olaraq bildirilmişdir ki, elektron notariat informasiya sistemində “Fiziki şəxs üzrə”, “Hüquqi şəxs üzrə”, “Şəxsin sənədi üzrə”, “Barkod üzrə”, “Notariat hərəkəti üzrə”, “Əmlakın qeydiyyat nömrəsi üzrə” notariat hərəkətləri üzrə axtarış imkanları mövcuddur. Sistemdə ünvan üzrə axtarış imkanı olmadığından sorğuda qeyd edilən Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, A.Mirzəyev küçəsində yerləşən torpaq sahələri və qeyri-yaşayış sahələrinə dair alğı-satqı müqavilələrini aşkar etmək mümkün olmamışdır. 06 Saylı Bakı “Asan Xidmət” Mərkəzində Notariat Ofisi tərəfindən cavab olaraq bildirilmişdir ki, elektron notariat informasiya sistemində daşınmaz əmlakın alqı-satqı müqavilələrinin ünvan üzrə axtarışı imkanı olmadığından sorğunuza cavab vermək mümkün olmamışdır. Məlumat üçün qeyd edilmişdir ki, alqı-satqı müqaviləsi daşınmaz əmlakın yerləşdiyi inzibati ərazi vahidindən asılı olmayaraq istənilən notariat ofisində bağlana bilər. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivi tərəfindən bildirilmişdir ki, «Elektron notariat» İnformasiya sistemində Bakı şəhəri 50 saylı notariat ofisində xx.xx.2020-ci il tarixdə 1233 reyestr nömrəsi ilə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, A.Mirzəyev küçəsi, ev 8, mənzil 50-də yerləşən əmlaka dair alqı-satqı müqaviləsinin rəsmiləşdirildiyi müəyyən edilmişdir. Qeyd olunan müqaviləyə dair notariat işinin kserosurətini əldə etmək üçün Bakı şəhəri 50 saylı notariat ofisinə müraciət etməyin məqsədəmüvafiq olduğu bildirilmişdir. Bundan sonra, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, A.Mirzəyev küçəsi, ev 8, mənzil 50-də yerləşən əmlaka dair alqı-satqı müqaviləsinin məhkəməyə təqdim edilməsi üçün Bakı şəhəri 50 saylı notariat ofisinə sorğu göndərilmiş və sonuncu tərəfindən həmin notariat ofisində xx.xx.2020-ci il tarixdə rəsmiləşdirilmiş 4Ə-1233 reyestr saylı alqı-satqı müqaviləsinə dair notariat işində olan sənədlərin təsdiq olunmuş surətləri məhkəməyə göndərilmişdir. Lakin həmin alqı-satqı müqaviləsi əsasında da sökülmüş əmlakın yerləşdiyi yerdə analoji qiymətləri müəyyən etmək mümkün deyil. Çünki həmin müqavilə yalnız yaşayış sahəsinə aid olmuşdur. Halbuki, mübahisə sökülmüş qeyri-yaşayış sahəsinə aiddir. Göründüyü kimi Ali Məhkəmənin göstərişlərinə uyğun olaraq, iddiaçıya məxsus olan və cavabdeh tərəfindən sökülmüş əmlakın yerləşdiyi ərazidə olan digər əmlakların notariat qaydasında təsdiq edilmiş alqı-satqı müqavilələrinin əldə edilməsi üçün çoxsaylı dövlət orqanlarına yuxarıda qeyd olunan qaydada sorğular göndərilmiş, lakin qeyd olunan səbəblərdən lazımi məlumatı əldə etmək mümkün olmamışdır. Hazırkı iş üzrə Ali Məhkəmənin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli 2-1(102)- 1063/2022 nömrəli qərarında göstərilənlərlə bağlı kollegiya qeyd edir ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinin tələblərinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 fevral 2012-ci il tarixli Qərarına görə MPM-in 420-ci maddəsində təsbit edilmiş kassasiya məhkəməsinin göstərişləri bu Məcəllənin 416, habelə 407.1.4, 407.2 və 408.1.5-ci maddələrində nəzərdə tutulmuş qanuni hədlər daxilində olduqda və həmin Məcəllənin 419.2.9-cu maddəsinin tələbinə uyğun əsaslandırıldıqda, işə yenidən baxan apellyasiya məhkəməsi üçün məcburidir. Mülki Prosessual Məcəllənin 420-ci maddəsinin tələblərini, Konstitusiya Məhkəməsinin məsələ ilə bağlı şərhini və Ali Məhkəmənin mübahisə edilən qərarla bağlı hüquqi mövqeyini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, işin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasını təşkil edən qanunvericilik normalarının tələbləri baxımından hüquqi qiymət verilərkən yuxarıdakı müzakirələrdən irəli gəlinən nəticədən qeyrisinə gəlmək mümkün olmur. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və yuxarıda qeyd olunanlara əsasən birinci instansiya məhkəməsinin qərarı maddi ziyanın məbləğinə aid hissədə dəyişdirilməlidir. Göstərilənlərə əsasən və İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı X8 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Cavabdeh Bakı şəhəri Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3080/2019 saylı inzibati iş üzrə qəbul etdiyi 05 noyabr 2019-cu il tarixli qərarı maddi zərərin əvəzinin tutulması hissəsində dəyişdirilsin. Maddi zərərin məbləği 362000 manat məbləğində müəyyən edilsin. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Vüsalə Baxışova Aida Hüseyn
Məhkəmə qərarları › İş №2-1(103)-232/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-232/2023
10.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver