Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-232/2025 21.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial-Ekspertiza və Reabilitasiya Agentliyi X17nə qarşı iş üzrə (Açar sözlər: “qərarın ləğv edilməsi və aldığı hərbi travmaya görə əlilliyin təyin edilməsi”) QƏRARİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Kamran Hüseyn oğlu Əkbərov və X4 ibarət tərkibdə, Türkan Kamran qızı Əmənovanın katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X8 iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3292/2024 saylı, 30 may 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçıya məxsus AA ******* №-li şəxsiyyət vəsiqəsinin surətindən və şəxsiyyət vəsiqəsi barədə məlumatdan müəyyən olunur ki, xx.xx.1969-cu il tarixdə Zəngilan şəhərində doğulmuş İddiaçı ünvan 1 ünvanında pasport qeydiyyatındadır.
2. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Silahlı Qüvvələrin Məhkəmə-Tibbi Ekspertiza və X5 “Bədən xəsarətlərinin təyininə dair” canlı şəxsin məhkəmə-tibbi müayinəsinin K/387 №-li aktın surətindən müəyyən olunur ki;
3. - İddiaçı adına Zəngilan MRX-da tərtib edilmiş çıxarışa əsasən, xx.xx.1993xx.xx.1993-cü ilədək “Ənsə nahiyəsinin və sol budun orta 1/3-nin kəsib keçən qəlpə yaralanması, bud sinirinin və səthi bud venalarının zədələnməsi ilə burunun əzilməsi, burun çəpərinin sınması ilə” diaqnozu ilə stasionar müayinə və müalicədə olub. 10 aprel 1993- cü ildə Ermənistan qoşunlarının Zəngilan ərazisinə hücumu vaxtı əsgər İddiaçı yanında top mərmisi partlaması nəticəsində çoxsaylı qəlpə yarası almış, zərbə dalğası əsgəri tullamış və üzü üstə yerə düşərək burnu tamamilə əzilmiş, döş qəfəsi sıxılmışdır. Əsgər təcili yardım maşını ilə Zəngilan MRX-nın cərrahiyyə şöbəsinə gətirilmişdir. Xəstəyə ilk yardım göstərilərək yaraları birincili işlənmiş, burnu tamponlarla düzəldilmiş və stasionar müalicəyə qoyulmuşdur. Aparılan müalicələrdən sonra əsgər yaxşılaşma ilə h/h-yə yazılmışdır.
4. - 1969-cu il təvəllüdlü İddiaçı MN MTE və PAM-də xx.xx.2016- cı il tarixdə məhkəmətibbi müayinəsi zamanı özünün deməsinə görə, N saylı hərbi hissənin tərkibində əsgər kimi hərbi xidmətdə olarkən, 1993-cü il aprel ayının 10-da Zəngilan rayonunun Hənd kəndində düşmənə qarşı aparılan döyüş əməliyyatlarızamanı, düşmən tərəfindən onun olduğu əraziyə top mərmisi atılmış, həmin mərminin partlaması nəticəsində kontuziya və bədəninin müxtəlif nahiyələrindən odlu silah qəlpə yarası xəsarəti almışdır. Almış olduğu xəsarətlərlə əlaqədar Zəngilan MRX-da müalicə olunmuşdur.
5. - Obyektiv müayinə: Müayinə olunan düzgün bədən quruluşlu, kafi qidalı olub, orta boyludur. Başın sol ənsə nahiyəsində 0,7 x 0.6 sm ölçüdə bir ədəd, üst dodaq üzərində burun nahiyəsinə keçməklə 1,5 x 0,3 sm ölçüdə bir ədəd, boynun sağ arxa səthində 1,3 x 0,3 sm ölçüdə bir ədəd, bədənin sağ yan səthində, düzgün olaraq sağ qalça tini səviyyəsində 1,5 x 0,3 sm ölçüdə bir ədəd, sol budun orta 1/3-nin içəri səthində isə 4,0 x 1,0 sm ölçüdə bir ədəd, bəziləri ətraf sağlam dəri səviyyəsində, digərləri isə ətraf sağlam dəri səviyyəsindən aşağıda yerləşən, səthi və kənarları bir qədər nahamar xarakterli, tam atrofiya və depiqmentasiya olunmuş ağımtıl rəngli çapıq toxumalar vardır. Müayinə zamanı bədən səthində hazırkı hadisənin mahiyyətinə dair digər başqa xəsarət izləri aşkar edilmədi.
6. - İddiaçı məhkəmə-tibbi müayinəsi zamanı (xx.xx.2016) başın sol ənsə nahiyəsində bir ədəd, üst dodaq üzərində burun nahiyəsinə keçməklə bir ədəd, boynun sağ arxa səthində bir ədəd, bədənin sağ yan səthində, düzgün olaraq sağ qalça tini səviyyəsində bill ədəd, sol budun orta 1/3-nin içəri səthində isə bir ədəd köhnə çapıq toxumalar aşkar edildi.
7. - İddiaçı yaralanması barədə heç bir tibbi sənədi olmadığına və hadisədən uzun müddət keçdiyinə görə, qeyd edilən xəsarətlərin yetirilmə mexanizmi və müddəti barəsində hazırda dəqiq fikir söyləmək mümkün deyildir, lakin aşkar edilmiş çapıq toxumaların (saxlanılmış bəzi morfoloji xüsusiyyətlərinə görə demək olar ki, həmin çapıqlar 1,5-2 ildən (yuxarı olan müddət ərzində əmələ gəlmiş yaraların sağalmış izidir, onların odlu silah mərm partlaması zamanı yaranmış qəlpələrin təsiri nəticəsində əmələ gəlmələri cümlədən müayinə olunanın göstərdiyi şəraitdə, 1993-cü ilin aprel ayında partlaması zamanı əmələ gəlmələri də mümkündür.
8. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2016-cı il tarixli 999 №-li qərarından (surəti) müəyyən olunur ki, Komissiya belə nəticəyə gəlmişdir ki, Bakı ş. Nizami RHK tərəfindən 1992-ci üdə hərbi xidmətə çağırılmış, vətəndaş İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən 1993- cü ilin aprel ayında aldığı və xx.xx.2016-cı ildə Müdafiə Nazirliyinin- Məhkəmə Tibbi Ekspertiza və X6 canlı şəxsin məhkəmə-tibbi müayinəsi zamanı təyin edilmiş yaralanmanın nəticələri - diaqnoz: “Qəlpə yaralanmalarından sonra başın sol ənsə nahiyyəsində bir ədəd, üst dodaq üzərində burun nahiyyəsinə keçməklə bir ədəd, boynun sağ arxa səthində bir ədəd, bədənin sağ yan səthində, düzgün olaraq sağ qalça tini səviyyəsində bir ədəd, sol budun orta 1/3-nin içəri səthində isə bir ədəd köhnə çapıq toxumalar” (Azərbaycan Respublikası SHXÇDX-nin Bakı ş. Xətai rayon idarəsinin xx.xx.2016-cı il tarixli 735 nömrəli göndərişi, xx.xx.2016-cı il tarixli 63 nömrəli arayışı, Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X6 canlı şəxsin məhkəmə-tibbi müayinəsinin xx.xx.2016-cı il tarixli 387 nömrəli aktı, iki nəfər keşmiş hərbi qulluqçunun şahid ifadələri, MN MHHK-nın həkim mütəxəssisinin rəyi ilə təsdiq edilir), “HƏRBİ TRAVMADİR, AZƏRBAYCAN RESPUBLİKASİNİN MÜDAFİƏSİ ZAMANİ ALİNMİŞDİR”. ƏSAS: Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008- ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin 7.2. bəndinin a) yarımbəndi; MN MHHK-nın 999 saylı, xx.xx.2016-cı il protokolu.
9. Dövlət Tibbi Sosial-Ekspertiza və Reabilitasiya Agentliyinin alt sistemdən xx.xx.2016-cı il tarixli çıxarışından müəyyən olunur ki, xx.xx.1969-cu il təvəllüdlü X11 xx.xx.2016-cı il tarixdən 5 il müddətinə (xx.xx.2021-ci il tarixə kimi) (TSEK-in diaqnozu: Başın travmalarının nəticələri. Travmatik ensefalopatiya İİ-lll dərəcə, ağır gedişli. Epilepsiya. Tez-tez təkrarlanan (ayda 5-6 dəfə) posttravmatik epileptik tutmalar. Onurğanın osteoxandrozu. Əlilliyin müəyyən olunması meyarı: 2.2 ikinci dərəcə əlillik -> 2.2.9. qabarıq yaddaş zəifliyi, idrakın enməsi, emosional lablllik, vestibülyar pozuntular, görmə pozuntuları və ya piramid çatışmazlıq əlamətləri, kəskin nəzərəçarpan vegetativ və hərəki-koordinator funksiyanın pozuntuları ilə müşayiət olunan baş beynin və sinir sisteminin müxtəlif mənşəli xəstəlikləri Əmək zəmanəti barədə: Əsəb gərginliyi olmayan işlərdə işləyə bilər) Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar İİ dərəcəli əlillik təyin edilmişdir.
10. Bakı 28 №-li şəhər Poliklinikasının xx.xx.2021-ci il tarixli, 0097003AACCİ saylı Forma 88 qiymətləndirmə nəticəsindən görünür ki, X1: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri = > T90- T98 - Travmalarm, Təsnifatı: zəhərlənmələrin və xarici səbəblərin digər təsirlərinin nəticələri => T90 – Başın... Diaqnozun mətni: Başın dəqiqləşdirilməmiş travmaların nəticələri, keçirilmiş kəlləbeyin travmasının davamlı qalıq əlamətləri, Hərbi əməliyyatlar nəticəsində başının və sol aşağı ətrafın qəlpə yarası tötətmiş zədələnmə. Mərkəzə göndərilmənin/imtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir.
11. Dövlət Tibbi Sosial-Ekspertiza və X2-sosial ekspert komissiyasının xx.xx.2022-ci il tarixli, № **********8 saylı Qərarının surətindən müəyyən olunur ki Dövlət Tibbi-Sosial Ekspertiza və X2-sosial ekspert komissiyası (bundan sonra - Komissiya) xx.xx.2022-ci il tarixdə aşağıda adı göstərilən 25 nəfər vətəndaşın əlilliyinin qiymətləndirilməsi barədə verilmiş qərarlardan şikayətlərinə əsasən əyani müayinəsini həyata keçirmiş və aşağıdakıları müəyyən etmişdir:
12. - 11) Bakı şəhər sakini xx.xx.1969-cu il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) əlillik vəziyyətini qiymətləndirməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmişdir, qərar verilməsi üçün Agentliyə göndərilmişdir (unikal kod).
13. - Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2016-cı il tarixli 999 nömrəli Qərar verilmişdir. Həmin qərarda “Qəlpə yaralanmalarından sonra başın sol ənsə nahiyyəsində bir ədəd, üst dodaq üzərində burun nahiyyəsinə keçməklə bir ədəd, boynun sağ arxa səthində bir ədəd, bədənin sağ yan səthində, düzgün olaraq sağ qalça tini səviyyəsində bir ədəd, sol budun orta 1/3-nin içəri səthində isə bir ədəd köhnə çapıq toxumalar diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir.
14. - Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı həyəcanlı olması, burun kökündə və sol budun orta 1/3-də səthi dəri çapıqlar qeyd olunmuşdur. Lakin xəstənin burun tənəffüsündə heç bir çətinlik müəyyən edilməmiş, Romberq vəziyyətində dayanıqlıdır, həmçinin əlillik təyinatına əsas verən nevroloji ocaqlı patologiya, aşağı ətraflarda hərəki-funksional pozuntular izlənilməmişdir.
15. - Baxmayaraq ki, təqdim edilmiş AR SN Neyrocərrahiyyə Xəstəxanasının xx.xx.2021ci il tarixli 6245 nömrəli Ambulator kitabçasından Çıxarışda, AR SN X13 xx.xx.2021-ci il tarixli 8893 nömrəlin X7 diaqnoz “Poşttravmatik ensefalipatiya, tez-tez baş verən epileptik tutmalar kimi təqdim olunmuşdur, vətəndaş özü bu haqda heç bir məlumat və şikayət bildirməmişdir. Təqdim olunmuş, bütün instrumental müayinələrin nəticələri ilə klinik əlamətlərin və şikayətlərin uyğunsuzluğu aşkarlanmışdır. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə uyğun olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir.
16. Bakı Baş Səhiyyə İdarəsinin xx.xx.2022-ci il tarixli, T00021444KVB saylı Forma 88 qiymətləndirmə nəticəsindən görünür ki, Diaqnozun mətni: Başın dəqiqləşdirilməmiş travmalarının nəticələri, Keçirilmiş kəllə beyin travmasının davamlı qalıq əlamətləri. Hərbi əməliyyatlar nəticəsində başının və sol aşağı ətrafın qəlpə yarası törətmiş zədələnmə. Mərkəzə göndərilmənin/imtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: 1993-2022-ci illər ərzində əsas xəstəlik üzrə aldığı stasionar müalicələr, mütəxəssis rəyləri, instrumental müayinələr ətraflı qeyd olunsun.
17. Dövlət Tibbi Sosial-Ekspertiza və X2-sosial ekspert komissiyasının xx.xx.2023-cü il tarixli, № 3-17-4/3-3-17825/2023 saylı Qərarının surətindən müəyyən olunur ki; -
18. Dövlət Tibbi-Sosial Ekspertiza və X2-Sosial Ekspert Komissiyası (bundan sonra- Komissiya) xx.xx.2023-cü il tarixində aşağıda adı göstərilən 26 nəfər vətəndaşın müraciətlərinə əsasən əyani müayinəsini həyata keçirmiş və aşağıdakıları müəyyən etmişdir.
19. - 7. Bakı şəhər sakini xx.xx.1969-cu il təvəllüdlü İddiaçı (FİN: xxxxxxx) əlillik vəziyyəti tibb müəssisəsinin 0097003AACCL nömrəli xx.xx.2021-ci il tarixli göndərişi əsasında qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilmişdir. Yenidən əlillik vəziyyəti tibb müəssisəsinin T00021444KVB nömrəli göndərişi əsasında xx.xx.2022-ci il tarixdə qiymətləndirilmiş və göndəriş natamam doldurulduğundan müvafiq qeyd olunaraq geriyə göndərilmişdir.
20. - Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2016-cı il tarixli 999 nömrəli Qərar verilmişdir. Həmin qərarda “Qəlpə yaralanmalarından sonra başın sol ənsə nahiyəsində bir ədəd, üst dodaq üzərində burun nahiyəsinə keçməklə bir ədəd, boynun sağ arxa səthində bir ədəd, bədənin sağ yan səthində, düzgün olaraq sağ galça tini səviyyəsində bir ədəd, sol budun orta 1/3-nin içəri səthində isə bir ədəd köhnə çapıq toxumalar” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir.
21. - Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı göndərişdə əsas xəstəlik və ağırlaşması kimi qeyd olunmuş “Başın dəqiqləşdirilməmiş travmaların nəticələri, Keçirilmiş kəllə beyin travmasının davamlı qalıq əlamətləri. Hərbi əməliyyatlar nəticəsində başının və sol aşağı ətrafın qəlpə yarası zədələnməsi” diaqnozu araşdırılmışdır.
22. - Xəstənin müayinəsi zamanı qıcolma tutmaları, qarabasmalar, əsəbilikdən şikayətlənmiş, anamnezində miokard infarktı, koronarangioplastika əməliyyatı keçirdiyini, təngnəfəsiiyi olduğunu qeyd etmişdir. Anamnezində əsəbləşdikdə insanlarla ünsiyyətdən qaçdığını söyləmişdir. Medikamentoz preparatlardan Depakin qəbul etdiyini söyləmişdir. Nevroloji müayinə zamanı gözlə görünən patologiya aşkar edilməmiş, təsvir etdiyi tutmalar epileptik xarakterli olmamış, mnestik funksiya pozuntusu qeyd edilməmiş, psixi statusunda emosional labillik izlənilmişdir.
23. - Respublika Neyrocərrahiyyə Xəstəxanasının xx.xx.2021-xx.xx.2021-ci il tarixli Çıxarışında diaqnoz “Postravmatik ənsefalopatiya. Postravmatik epiiepsiya generalize olunmuş qıcoima tutmaları. Kəllədaxili hipertenziya” kimi qeyd olunmuş, klinik olaraq (öz: təsdiqini tapmamışdır.
24. - Medistyle Hospitalın xx.xx.2023-cü il tarixli EMG müayinəsinin nəticəsi “Bu müayinə zamanı əldə olunan elektrofizioloji göstəricilər sağ ayaqda L5, S1 innervasiyalı radikulopatiya və hər iki qolda dirsək seqmentində Ulnar neyropatiya lehinə dəyərləndirilir” kimi müəyyənləşdirilmişdir.
25. - X14 xx.xx.2023-cü il tarixli Nativ kranioserebral MRT müayinəsinin nəticəsi “Paranazal sinuslar-saq haymor boşluqunda 15x20 mm-ə yaxın ölçülərdə retension kista təyin olunur. Serebral korteksin ümumi konfiqurasiyası və həcmikobud kortikal atrofiyanı əks edir. Subaraxnoidal şırımların həcmi artmışdır. Beyin yarımkürələrində yayılmış fokal qliotik ocaqlar aşkar edilir. Ocaqlar əsasən arxa periventrikulyar nahiyələrdə və soldan alın və təpə nahiyələrinin subkorteksində vizualizə olunur. Təpə nahiyəsində dərialtı ateroma qeyd olunur, 5x10x15 mm-ə yaxın ölçülərdədir” kimi müəyyənləşdirilmiş, klinik əlamətlərlə uyğunsuzluq təşkil etmiş, sənədin doğruluğuna şübhə yaranmışdır.
26. - Psixi Sağlamlıq Mərkəzinin xx.xx.2023-cü il tarixli EEQ müayinəsinin nəticəsi “Rezidual orqanik tipli EEQ bisinxron əsasən solda generalize olunmuş epileptik dalğa kompleksi aşkar edildi ocag sönməyib ocag aktivdir təyinat davam” kimi qeyd olunmuş, təqdim edilmiş dalğalarda heç bir epiaktiv ocaq müşahidə edilməmiş, hiperdiaqnostikaya yol verildiyi düşünülmüşdür.
27. - ƏƏSMN tabeliyində DTSERA-da xx.xx.2023-cü il tarixli Transtorakal Exokardioqrafiya müayinəsinin nəticəsi “Koronar angioplastikadan sonrakı vəziyyət (2023). Aorta sərtləşib. Ürək kameraları normal ölçüdədir. Sol mədəciyin sistoladiastolik ölçüləri böyüməyib, diastolik funksiya relaksativ tipdə pozulub, seqmentar divar hərəkət pozğunluğu qeyd olunmur, sistolik funksiya azalmayıb (L.VEF-60%). Aortal və Mitral qapaqlar fibrotikdlr. Min MR. Min TR. Perikard təmizdir” kimi müəyyənləşdirilmişdir.
28. -Anamnestik məlumatlarda və obyektiv müayinə nəticələrində əlillik təyinatına əsas verən patofunksional pozuntular aşkar edilməmişdir.
29. - Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir.
30. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X17 tərəfindən verilmiş T/192/2024 saylı (canlı şəxsin ekspertizası) rəyində qeyd olunmuşdur ki, ekspertiza xx.xx.2024-cü ildə başlamış, xx.xx.2024-cü il tarixdə başa çatmışdır. 1969-cu il təvəllüdlü X9 adına tərtib edilmiş sənədlərə, özünün məhkəmə - tibbi müayinəsinə və qərardadda göstərilən sullara uyğun komissiya aşağıdakı nəticəyə gəlmişdir:
1. Səhiyyə Nazirliyi “MTE və PA Birliyi” Phş müalicə müəssisəsi olmadığından onun hazırda konkret hansı xəstəliklərdən əziyyət çəkməsi barədə fikir söyləmək mümkün deyildir. Lakin o, 21-xx.xx.2023-cü il tarixlərdə Məlikov adına X12 müayinə və müalicədə olarkən ona “T90.5-keçirilmiş qapalı kəllə-beyin travmasmdan (baş beyin silkələnməsindən) sonrakı vəziyyət, posttravmatik ensefalopatiya, G93.2, G40.3, G44.3, M54.1, M54.4, G56.3-tez-tez generalize olunmuş tonik-klonik qıcolma tutmaları (3 tutma), xroniki posttravmatik başağrıları, kooqnitiv pozulmalar, üzvi mənşəli emosional labil (astenik) pozuntu, bel fəqərələrarası diskin radikulopatiyası, kəskin ağrı sindromu, dirsək sinirinin ikitərəfli neyropatiyası, G.S.M-nin hissəvi atrofıyası, tor qişanın angiopatiyası, sol budun hipertrofık çapıq toxuması, qlükozaya qarşı rezistentliyin pozulması, ikitərəfli koxlear neyrosensor ağıreşitmə (İİİ, İV dərəcə), hipertoniya xəstəliyi, xroniki beyin işemiyası” diaqnozu müəyyən edilmişdir. Qeyd edilən diaqnozlardan “İkitərəfli koxlear neyrosensor ağıreşitmə (İİİ, İV dərəcə)” öz təsdiqini obyektiv müayinədə tapmadı.
2. İddiaçı 10.04-xx.xx.1993-cü il tarixlərdə Zəngilan RMX-da “Ənsə nahiyəsinin və sol budun orta /з-пт kəsib keçən qəlpə yaralanması, bud sinirinin və səthi bud venalarının zədələnməsi ilə burunun əzilməsi, burun çəpərinin sınması ilə” diaqnozu ilə müayinə və müalicədə olmuşdur. 3.4. Vətəndaş İddiaçı xx.xx.2023-cü il tarixdə “X18”də kranio-serebral MRT müayinəsi zamanı aşkar edilmiş “Serebral korteksin ümumi konfiqurasiyası və həcmi kobud kortikal atrofiyanı əks edir. Subaraxnoidal şırımların həcmi artmışdır. Beyin yarımkürələrində yayılmış fokal qliotik ocaqlar aşkar edilir. Ocaqlar əsasən arxa periventrikulyar nahiyələrdə və soldan alın və təpə nahiyələrinin subkorteksində”, xx.xx.2023-cü il tarixdə “Psixi Sağlamlıq Mərkəzi”ndə EEQ müayinəsi zamanı isə“Rezidual orqanik tipli EEQ bisinxron əsasən solda generalize olunmuş epileptik dalğa kompleksinin aşkar edildi, ocaq sönməyib ocaq aktivdir. Qeyd edilən qliotik ocaqların 1993-cü ildə alınmış başın travmasının nəticəsində qapalı kəllə-beyin travması ilə əlaqəli olmasını inkar etmək olmaz. Bu isə ona Məlikov adına Birləşmiş şəhər xəstəxanasında qoyulmuş “Keçirilmiş qapalı-kəllə beyin travmasmdan (baş beyin silkələnməsindən) sonrakı vəziyyət, posttravmatik ensefalopatiya, G93.2, G40.3, G44.3, M54.1, M54.4, G56.3-tez-tez generalize olunmuş tonik-klonik qıcolma tutmaları (3 tutma), xroniki posttravmatik başağrıları, kooqnitiv pozulmalar, üzvi mənşəli emosional labil (astenik) pozuntu” diaqnozları qoyulsa da Respublika Neyrocərrahiyyə Xəstəxanası və özünün əyani müayinəsi zamanı öz təsdiqini tapmadı.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
31. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə (bundan sonra mətndə Dövlət Tibbi Sosial-Ekspertiza və Reabilitasiya Agentliyi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Dövlət Tibbi Sosial-Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsini və onun xx.xx.2021-ci il tarixdən dayandırılmış müvafiq dərəcəli əlilliyinin bərpa edilməsi öhdəliyinin cavabdeh inzibati orqan Dövlət Tibbi Sosial-Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmasına dair qərar çıxarılmasını xahiş etmişdir.
32. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 1987-ci il tarixdən 1989-cu il tarixədək SSR-nin Əfqanıstanda apardığı müharibədə hərbi xidmət keçmişdir. xx.xx.1992- ci ildə Nizami Rayon Hərbi Komissarlıq tərəfindən hərbi xiddmətə çağrılmışdır. Azərbaycan Respublikası Silahlı Qüvvələrində xx.xx.1992-ci il tarixdən xx.xx.1995-ci il tarixədək N saylı hərbi hissənin tərkibində xidmət keçmişdir. O, döyüş zonasında hərbi xidmət keçərkən 1993-cü ildə xəsarət almışdır. Uzunmüddətli stasionar müalicələr müsbət effekt verməmişdir. Belə ki, xx.xx.2016-cı ildə MN Mərkəzi Hərbi Poliklinikasının hərbihəkim komissiyası tərəfindən tibbi şəhadətləndirilməsi nəticəsində “Qəlpə yaralanmalarından sonra başın sol ənsə nahiyyəsində bir ədəd, üst dodaq üzərində burun nahiyyəsinə keçməklə bir ədəd, boynun sağ arxa səthində bir ədəd, bədənin sağ yan səthinə, düzgün olaraq sağ qalça tini səviyyəsində bir ədəd, sol budun orta 1/3-nin içəri səthinə isə bir ədəd köhnə çapıq toxumalar” diaqnozu təyin edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının qərarına əsasən, onun aldığı travmanın hərbi travma olduğu və Azərbaycan Respublikasının müdafiəsi zamanı alındığı öz təsdiqini tapmışdır. Əlillik dərəcəsinin qiymətləndirilməsi zamanı ona “Başın travmalarının nəticələri. Travmatik ensefolatapiya İİ-İİİ dərəcə, ağır gedişli. Epilepsiya. Tez-tez təkrarlanan (ayda 5-6 dəfə posttravmatik epileptik tutmalar,Onurğanın osteoxondrozu” diaqnozu qoyulmuş və xx.xx.2016-cı il tarixindən etibarən, Azərbaycan Respublikasının ərazi bötüvlüyünün müdafiəsi ilə əlaqədar ikinci dərəcəli əlillik təyin edilmişdir. Əlillik müddəti xx.xx.2021-ci il tarixinədək müəyyən olunmuşdur. xx.xx.2021-ci il tarixdə və xx.xx.2023-cü il tarixdə keçirilən qiymətləndirmə zamanı cavabdeh inzibati orqan Tibbi Sosial Ekspert Komissiyası tərəfindən diaqnozun əlillik əlaməti təyin etməməsi səbəbindən ona təkrar əlilliyin təyin edilməsindən imtina edilmişdir. Lakin cavabdeh inzibati orqan tərəfindən qanunvericiliyin tələbləri pozulmuş və buna görə də ona təyin edilmiş əlillik dərəcəsi bərpa edilməlidir.
33. Cavabdeh inzibati orqan tərəfindən təqdim olunmuş iddiaya dair yazılı münasibətdə (etiraz) göstərilmişdir ki, Bakı şəhər sakini xx.xx.1969-cu il təvəllüdlü İddiaçı (FİN: QZ2M5YH) əlillik vəziyyəti tibb müəssisəsinin 0097003AACCL nömrəli xx.xx.2021-ci il tarixli göndərişi əsasında qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilmişdir. Yenidən əlillik vəziyyəti tibb müəssisəsinin T00021444KVB nömrəli göndərişi əsasında xx.xx.2022-ci il tarixdə qiymətləndirilmiş və göndəriş natamam doldurulduğundan müvafiq qeyd olunaraq geriyə göndərilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2016-cı il tarixli 999 nömrəli Qərar verilmişdir. Həmin qərarda “Qəlpə yaralanmalarından sonra başın sol ənsə nahiyəsində bir ədəd, üst dodaq üzərində burun nahiyəsinə keçməklə bir ədəd, boynun sağ arxa səthində bir ədəd, bədənin saq yan səthində, düzgün olaraq saq qalça tini səviyyəsində bir ədəd, sol budun orta 1/3nin içəri səthində isə bir ədəd köhnə çapıq toxumalar” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı göndərişdə əsas xəstəlik və ağırlaşması kimi qeyd olunmuş “Başın dəqiqləşdirilməmiş travmaların nəticələn. Keçirilmiş kəllə beyin travmasının davamlı qalıq əlamətləri. Hərbi əməliyyatlar nəticəsində başının və sol aşağı ətrafın qəlpə yarası zədələnməsi” diaqnozu araşdırılmışdır. Xəstənin müayinəsi zamanı qıcolma tutmaları, qarabasmalar, əsəbilikdən şikayətlənmiş, anamnezində miokard infarktı, koronar angioplastika əməliyyatı keçirdiyini, təngnəfəsliyi olduğunu qeyd etmişdir. Anamnezində əsəbləşdikdə insanlarla ünsiyyətdən qaçdığını söyləmişdir. Medikamentoz preparatlardan Depakin qəbul etdiyini söyləmişdir. Nevroloji müayinə zamanı gözlə görünən patologiya aşkar edilməmiş, təsvir etdiyi tutmalar epileptik'xarakterli olmamış, mnestik funksiya pozuntusu qeyd edilməmiş, psixi statusunda emosional labillif izlənilmişdir. Respublika Neyrocərrahiyyə Xəstəxanasının xx.xx.2021- xx.xx.2021-ci il tarixli Çıxarışıncte diaqnoz “Postravmatik ensefalopatiya. Postravmatik epılepsiya generalize olunmuş qıcolma tutmaları. Kəllədaxili hıpedenzıya” qeyd olunmuş, klinik olaraq öz təsdiqini tapmamışdır. Medistyle Hospitalın xx.xx.2023-cü il tarixli EMG müayinəsinin nəticəsi “Bu müayinə zamanı əldə olunan elektrofizioloji göstəricilər saq ayaqda L5, S1 innervasiyalı radikulopatiya və hər iki qolda dirsək seqmentində Ulnar neyropatiya lehinə dəyərləndirilir” kim müəyyənləşdirilmişdir. X14 xx.xx.2023-cü il tarixli Nativ kranioserebral MRT müayinəsinin nəticəs “Paranazal sinuslarsağ haymor boşluğunda 15 x 20 mm-ə yaxın ölçülərdə retension kista təyin olunur. Serebral korteksin ümumi konfiqurasiyası və həcmi kobud kortikal atrofiyanı əks edir Subaraxnoidal şırımların həcmi artmışdır. Beyin yarımkürələrində yayılmış fokal qliotik ocaqla aşkar edilir. Ocaqlar əsasən arxa periventrikulyar nahiyələrdə və soldan alın və təpə nahiyələrini) subkorteksində vizualizə olunur. Təpə nahiyəsində dərialtı ateroma qeyd olunur, 5x10x15 mm-ə yaxın ölçülərdədir” kimi müəyyənləşdirilmiş, klinik əlamətlərlə uyğunsuzluq təşkil etmiş, sənədli doğruluğuna şübhə yaranmışdır. Psixi Sağlamlıq Mərkəzinin xx.xx.2023-cü il tarixli EEQ müayinəsinin nəticəsi “Rezidue orqanik tipli EEQ bisinxron əsasən solda generalizə olunmuş epileptik dalğa kompleksi aşkar edildi ocaq sönməyib ocaq aktivdir təyinat davam” kimi qeyd olunmuş, təqdim edilmiş dalğalard.; heç bir epiaktiv ocaq müşahidə edilməmiş, hiperdiaqnostikaya yol verildiyi düşünülmüşdür. ƏƏSMN tabeliyində DTSERA-da xx.xx.2023-cü il tarixli Transtorakal Exokardioqrafiy müayinəsinin nəticəsi “Koronar anqioplastikadan sonrakı vəziyyət (2023). Aorta sərtləşib. Ürək kameraları normal ölçüdədir. Sol mədəciyin sistola-diastolik ölçülən böyüməyib, diastolik funksiya relaksativ tipdə pozulub, seqmentar divar hərəkət pozğunluğu qeyd olunmur, sistolik funksiya azalmayıb (LVEF=60%). Aortal və Mitral qapaqlar fibrotikdir. Min MR, Min TR. Perikard təmizdi) kimi müəyyənləşdirilmişdir. Anamnestik məlumatlarda və obyektiv müayinə nəticələrində əlillik təyinatına əsas verən patofunksional pozuntular aşkar edilməmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi- sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarlarrtna əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkimməsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri’nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbisosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri"nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır.
34. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3292/2024 saylı, 30 may 2024-cü il tarixli qərarı ilə iddianın təmin edilməsi qərara alınmışdır.
35. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, tibb müəssisələrinin həkimməsləhət komissiyaları və ya hərbi həkim komissiyaları tərəfindən tərtib olunmuş Göndərişdəki məlumatlar şəxsin əlilliyinin qiymətləndirilməsinin əsasını təşkil edir.
36. Nəzərə alınmalıdır ki, əlilliyin təyin olunması üzrə səlahiyyətin məzmunu baxımından şəxsin əlillik vəziyyətinin qiymətləndirilməsini və qiymətləndirmənin nəticəsindən asılı olaraq əlilliyin təyin olunmasını fərqləndirmək lazımdır. Fərqləndirmə şəxsin sağlamlıq vəziyyətinə aid faktiki halların dairəsinin müəyyən olunması və müəyyən olunmuş həmin hallara uyğun nəticəyə dair qərarın qəbul edilməsi ilə bağlıdır. Şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üzrə cavabdeh müəyyən qiymətləndirmə azadlığına malikdir və bu məhkəmə tərəfindən təkzib edilmir. Bununla belə, həmin qiymətləndirmə azadlığı, bir tərəfdən tibb müəssisəsi tərəfindən verilmiş göndərişdə təsbit edilmiş xəstəlik və diaqnoz göstəriciləri, digər tərəfdən şəxsin tibbi-instrumental müayinəsinin nəticələrinin qiymətləndirilməsi, eləcə də müayinənin keçirilməsi metodikası və meyarları ilə məhdudlaşır. Başqa sözlə, iddiaçının faktiki sağlamlıq vəziyyəti cavabdeh tərəfindən qeyd olunan həmin obyektiv göstəricilər əsasında qiymətləndirilməlidir. Əlilliyin təyin olunması isə iddiaçının sağlamlıq vəziyyətinin qiymətləndirilməsinin nəticələrinə bağlıdır. Qiymətləndirilmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh ona əlillik dərəcəsini təyin etməyə borcludur. Yəni əlilliyin təyin olunması üçün tələb olunan şərtlərin mövcud olduğu halda, əlilliyin təyin edilməsi cavabdehin diskresion deyil, mütləq səlahiyyəti kimi nəzərdə tutulmuşdur.
37. Bundan əlavə qeyd olunmalıdır ki, həm iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən imtinası məhkəmə tərəfindən tam şəkildə yoxlanmalıdır.
38. İş materiallarından müəyyən olunur ki, iddiaçıya ilk dəfə xx.xx.2016-cı il tarixdə 5 illik müddətinə “başın travmalarının nəticələri. Travmatik ensefalopatiya İİ-İİİ dərəcə ağır gedişli. Epilepsiya. Tez-tez təkrarlanan (ayda 5-6 dəfə) posttrabmatik epileptik tutmalar. Onurğunın osteoxondrozu” diaqnozu ilə əlillik dərəcəsi təyin edilmişdir.
39. Daha sonra iddiaçı xx.xx.2021-ci il tarixdə yenidən əlillik dərəcəsinin təyin edilməsilə bağlı cavabdeh inzibati orqana müraciət etsə də, diaqnoz əlillik əlaməti təyin etməməsi səbəbilə sonuncuya əlillik dərəcəsinin təyinatından imtina edilmişdir.
40. Yenidən iddiaçı xx.xx.2022-ci il tarixdə əlillik dərəcəsinin təyinatı ilə bağlı cavabdehə müraciət etsə də, bu dəfə isə iddiaçıya “göndərişin natamam doldurulması – səbəb: 1992-2022-ci illər ərzində əsas xəstəlik üzrə aldığı stasionar müalicələr, mütəxəssis rəyləri, instrumental müayinələr ətraflı qeyd olunsun” səbəbilə əlillik dərəcəsinin təyinatından imtina edilmişdir.
41. Hazırkı mübahisəyə münasibətdə işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, xx.xx.2022-ci il tarixli göndəriş əsasında iddiaçıya əlillik dərəcəsinin təyin olunmasından cavabdeh imtina etmiş və bu zaman dövlət səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş göndərişin natamam doldurulduğuna, həkim rəyində obyektiv və diaqnostik müayinə nəticələrinin ətraflı qeyd olunmadığına, 1992- 2022-ci illər ərzində əsas xəstəlik üzrə aldığı stasionar müalicələr, mütəxəssis rəyləri, instrumental müayinələr ətraflı qeyd olunmasına ehtiyac olduğuna istinad etmişdir.
42. Bununla bağlı nəzərə almaq lazımdır ki, göndərişin natamam doldurulması, orada obyektiv və diaqnostik müayinə nəticələrinin ətraflı qeyd olunmaması və sair bu kimi nöqsanların mövcud olması iddiaçının məsuliyyət sferasına aid edilə bilməz. Belə ki, cavabdeh ən azından inzibati orqan olaraq müvafiq göndəriş əsasında “İnzibati icraat haqqında” Qanun anlamında inzibati icraat başlamalı, bu zaman inzibati icraatın həmin Qanunda nəzərdə tutulmuş prinsiplərinə, o cümlədən obyektiv araşdırma prinsipinə riayət etməklə icraat aparmalı, həmin nöqsanların aradan qaldırılması, eləcə də obyektiv və yetərli məlumatların əksini tapdığı göndərişin təqdim olunması üçün xidməti vəzifəsinə görə lazımi tədbirlər görməli və son nəticədə inzibati icraatın nəticəsində əsaslandırılmış inzibati akt qəbul etməli idi.
43. İş materiallarından da müəyyən olunur ki, iddiaçının müraciətləri nəzərə alınmaqla cavabdeh tərəfindən əyani müayinə keçirilmişdir.
44. Bu baxımdan qanunla onun üzərinə qoyulmuş öhdəlikləri yerinə yetirmədən formal tələblərə əsasən iddiaçıya əlilliyin təyin olunmasından, ümumiyyətlə həmin qüsurlara istinadən onun xəstəlik vəziyyətinin qiymətləndirilməsindən imtina etməkdə cavabdeh haqlı sayıla bilməz.
45. Eyni zamanda qeyd edilməlidir ki, iddiaçıda olan xəstəliklər ona ikinci dərəcəli əlilliyin təyininə əsas versə də, cavabdeh inzibati orqan bu halı nəzərə almamış, iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. Başqa sözlə desək, cavabdeh orqan səlahiyyətlərinin icrası ilə əlaqədar vəzifələrini tam yerinə yetirməmiş, inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmamış, təqdim olunmuş sübutlar yetərli olmadıqda, öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borclu olduğu halda bunu etməmişdir.
b) Apellyasiya instansiya məhkəməsində icraat
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
46. Qərardan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)- 3292/2024 saylı, 30 may 2024-cü il tarixli qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
c) Apellyasiya şikayətinin dəlilləri
47. Apellyasiya şikayəti iddia ərizəsinə etirazın dəlilləri ilə oxşar məzmunda olmaqla onunla əsaslandırılmışdır ki, hakim ekspert rəyini məhz iddiaçının maraqlarına uyğunlaşdırmaqla əsassız qərar qəbul etmişdir. Belə ki, sözügedən rəydə hər hansı ağırlaşmalardan söhbət getmir, diaqnozun mövcudluğu isə şəxsə əlillik təyin edilməsinə əsas vermir. Ağırlaşmaların olmadığı isə əyani müayinə nəticəsində tam sübut edilmişdir. Bundan əlavə vətəndaşa sonuncu imtina göndərişin natamam doldurulması ilə deyil, diaqnozun əlillik əlaməti təyin etməməsi səbəbi ilə verilmişdir. Həmçinin bildirirlər ki, inzibati orqan vətəndaşı əyani müayinəyə cəlb etmiş və əyani müayinə nəticəsində diaqnozun əlillik əlaməti təyin etmədiyi aşkar edilmişdir. 2021-ci ilədək vətəndaşların əlillik vəziyyətinin qiymətləndirilməsi instrumental müayinələrlə həyata keçirilmişdir. 2021-ci ildən sonrakı dövrdə əlillik təyinatı üçün həm instrumental, həm də əyani müayinələrlə həyata keçirilir. İddiaçı üçün təyin edilən diaqnoz o halda öz təsdiqini tapmış olardı ki, iddiaçının təqdim etdiyi tibbi sənədlər, bildirdiyi şikayətlər və əyani müayinənin nəticələri bir-birilə uyğunluq təşkil etsin. Diaqnoz şəxsin hazırkı vəziyyətini əks etdirməklə yanaşı əyani müayinədə aşkar edilmiş patofunksional dəyişikliklər əlillik səviyyəsində olmadığından dərəcənin təyini zamanı, ona xx.xx.2022-ci il tarixli 187 saylı qərarla təsdiq edilmiş “Əlilliyin təyin edilməsi meyarlarının hər-hansı bir bəndini aid etmək mümkün olmadı. Göndərişdə qeyd olunan diaqnoz əlillik təyinatına əsas vermədiyi halda məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. Həmçinin bildirirlər ki, əlilliklə əlaqədar sualların həlli məhkəmə tibb ekspertlərinin deyil, Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 saylı Qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirlilməsi Qaydasının” 1-ci bəndinə görə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət TibbiSosial Ekspertiza və X3-Sosial Ekspertlərinin səlahiyyətlərinə aiddir. Əlillik müəyyən edilməsi üçün diaqnozda qeyd edilən xəstləiyin ağırlaşmaları xüsusilə mövcud olmalıdır və hazırkı işdə iddiaçıda sözügedən ağırlaşmalar mövcud deyildir. X14 xx.xx.2023-cü il tarixli Nativ kranioserebral MRT müayinəsinin nəticəsi “Paranazal sinuslar-sağ haymor boşluğunda 15x20 mm-ə yaxın ölçülərdə retension kista təyin olunur, Serebral kodeksin ümumi konfiqurasiyası və həcmi kobud kodikal atrofiyanı əks edir. Subaraxnoidal şırımların həcmi admışdır. Beyin yarımkürələrində yayılmış fokal qliotik ocaqlar aşkar edilir. Ocaqlar əsasən arxa periventrikulyar nahiyələrdə və soldan alın və təpə nahiyələrinin subkodeksində vizualizə olunur. Təpə nahiyəsində dərialtı ateroma qeyd olunur, 5x10x15 mm-ə yaxın ölçülərdədir” kimi müəyyənləşdirilmiş, klinik əlamətlərlə uyğunsuzluq təşkil etmiş, sənədin doğruluğuna şübhə yaranmışdır. Psixi Sağlamlıq Mərkəzinin xx.xx.2023-cü il tarixli EEQ müayinəsinin nəticəsi “Rezidual orqanik tipli EEQ bisinxron əsasən solda generalize olunmuş epileptik dalğa kompleksi aşkar edildi ocaq sönməyib ocaq aktivdir təyinat davam” kimi qeyd olunmuş, təqdim edilmiş dalğalarda heç bir epiaktiv ocaq müşahidə edilməmiş, hiperdiaqnostikaya yol verildiyi düşünülmüşdür. ƏƏSMN tabeliyində DTSERA-da xx.xx.2023-cü il tarixli Transtorakal Exokardioqrafiya müayinəsinin nəticəsi “Koronar anqioplastikadan sonrakı vəziyyət (2023). Aoda sədləşib. Ürək kameraları normal ölçüdədir. Sol mədəciyin sistola-diastolik ölçüləri böyüməyib, diastolik funksiya relaksativ tipdə pozulub, seqmentar divar hərəkət pozğunluğu qeyd olunmur, sistolik funksiya azalmayıb (LVEF=60%). Aodal və Mitral qapaqlar fibrotikdir. Min MR, Min TR. Perikard təmizdir” kimi müəyyənləşdirilmişdir. Anamnestik məlumatlarda və obyektiv müayinə nəticələrində əlillik təyinatına əsas verən patofunksional pozuntular aşkar edilməmişdir.
ç) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
48. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.
d) Prosses iştirakçılarının izahatları
49. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.
50. Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.
Tətbiq edilən hüquq
51. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 3. Əlilliyin müəyyən edilməsi. 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə 4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. 4.2. Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlilliyi olan şəxslərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna nail olunması üçün zəruri olan konkret tədbirlər ayrı-seçkilik hesab edilmir. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları (-). 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır.
52. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydası:
1. Ümumi müddəalar ... 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. ...1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.1. ümumi xəstəlik; 1.5.1.2. istehsalat zədəsi; 1.5.1.3. peşə xəstəliyi; 1.5.1.4. Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar; 1.5.1.5. hərbi xidmət dövrü ilə əlaqədar; 1.5.1.6. hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar; 1.5.1.7. terror hadisəsi ilə əlaqədar; 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. ...
2. TSEK-də əlilliyin qiymətləndirilməsi qaydaları. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş əsasında aparılır. ...
3. Əlillik səbəbinin dəyişdirilməsi və şikayət qaydası 3.1. Əlillik səbəbi Agentlik tərəfindən aşağıdakı hallarda dəyişdirilir: 3.1.1. əlillik müəyyən edildikdən sonra bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb müəyyən olunduqda; 3.1.2. göndərişdə əlillik səbəbinin yanlış qeyd olunması, əlilliyin həqiqi səbəbinin müəyyən edilməsinin mümkün olmaması və ya əlillik səbəbini təsdiq edən sənədlərin mövcud olmaması nəticəsində əlillik bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb əsas götürülməklə müəyyən edilmiş olduqda. 3.2. Əlillik səbəbinin dəyişdirilməsinə əsas verən sənədlər şəxsin özü (onun qanuni nümayəndəsi) və ya aidiyyəti orqanlar (qurumlar) tərəfindən Agentliyə təqdim olunur. Agentlik daxil olmuş sənədlərə 2 (iki) iş günü müddətində baxaraq, altsistemdə rəsmiləşdirməklə qərar qəbul edir. 3.3. Əlillik səbəbinin dəyişdirilməsi bu Qaydanın 3.1.2-ci yarımbəndinə əsasən həyata keçirildikdə, əlilliyin səbəbi əlilliyin müəyyən edildiyi tarixdən tez olmamaqla, əlilliyin həqiqi səbəbini təsdiq edən sənədin verildiyi tarixdən müəyyən edilmiş hesab olunur. 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. 3.5. Əlilliyin qiymətləndirilməsini barədə qərarlardan bu Qaydanın 3.4-cü bəndinə uyğun olaraq verilmiş şikayətlərə Nazirlik və Agentlik tərəfindən bu Qaydanın tələblərinə riayət edilməklə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq baxılır. ... 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir.
53. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi kollegiyasının 26 dekabr 2017-ci il tarixli 19-1 nömrəli qərarı ilə təsdiq edilmiş “Ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçulara hərbi xidmətlə əlaqədar əlillik səbəblərinin müəyyən olunması barədə Təlimat”: 2.1. Tibbi sosial ekspert komissiyasının (TSEK) funksiyalarını həyata keçirən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti (bundan sonra –Xidmət) tərəfindən hərbi xidmətdən ehtiyata və istefaya buraxılmış hərbi qulluqçulara Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na uyğun olaraq aşağıda göstərilən əlillik səbəbləri müəyyən edilir: ... 2.1.4. Hərbi xidmət dövrü ilə əlaqədar əlillik; 3.1. Şəxsə hərbi xidmətlə əlaqədar əlillik hərbi xidmətdə aldığı xəsarət, xəstəlik ayrı- ayrı götürüldükdə ən azı orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə əlillik müəyyən etmək üçün əsas vermiş olduqda müəyyən edilir. 3.2. Hərbi xidmətlə əlaqədar əlillik səbəbi hərbi xidmət zamanı alınmış xəsarətin, xəstəliyin bilavasitə nəticələrinə, yaxud fəsadlarına və uzaq nəticələrinə görə müəyyən edilir. 3.3. Hərbi xidmətdən buraxılmış şəxslərin hərbi xidmətlə əlaqədar əlillik səbəbləri müəyyən edilərkən aşağıda göstərilən hərbi tibbi sənədlər əsas götürülür: 3.3.1. Xəstəlik haqqında şəhadətnamə (ştatdankənar HHK tərəfindən tərtib edilir və ştatlı HHK tərəfindən təsdiq edilir, yaxud ştatlı HHK tərəfindən tərtib edilir); ... 3.5. Hərbi xidmətdən xəstəliyə görə buraxılmış şəxslərə hərbi xidmətlə əlaqədar əlillik səbəbləri Xidmət tərəfindən aşağıdakı qaydada müəyyən edilir: 3.5.1. Hərbi xidmət (hərbi toplanış) zamanı alınmış xəsarətin, xəstəliyin hərbi xidmətlə səbəb əlaqəsi göstərilmiş hərbi tibbi sənədi olan şəxslərin əlillik səbəbi təqdim edilən hərbi tibbi sənəd (xəstəlik haqqında şəhadətnamə və ya arayış, yaxud ştatlı HHK tərəfindən tərtib edilmiş qərar) əsasında təyin edilir.
54. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1 məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan diger materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2-məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
Apellyasiya baxışının hədləri
55. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
56. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
57. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.
58. Daha sonra məhkəmə Kollegiyası qeyd edir ki, cavabdehin imtinasının və qərarının əsassız və qanunsuz olması ilkin olaraq, “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 2.1, 2.4-cü bəndlərinin məzmunundan irəli gəlir. Belə ki, həmin normaların tələbinə görə: şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya ... hərbihəkim komissiyaları tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş əsasında aparılır (2.1-ci bənd); - TSEK ... göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir.
59. Göründüyü kimi, tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya hərbi həkim komissiyaları tərəfindən tərtib olunmuş Göndərişdəki məlumatlar şəxsin əlilliyinin qiymətləndirilməsinin əsasını təşkil edir.
60. Nəzərə alınmalıdır ki, əlilliyin təyin olunması üzrə səlahiyyətin məzmunu baxımından şəxsin əlillik vəziyyətinin qiymətləndirilməsini və qiymətləndirmənin nəticəsindən asılı olaraq əlilliyin təyin olunmasını fərqləndirmək lazımdır. Fərqləndirmə şəxsin sağlamlıq vəziyyətinə aid faktiki halların dairəsinin müəyyən olunması və müəyyən olunmuş həmin hallara uyğun nəticəyə dair qərarın qəbul edilməsi ilə bağlıdır. Şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üzrə cavabdeh müəyyən qiymətləndirmə azadlığına malikdir və bu məhkəmə tərəfindən təkzib edilmir. Bununla belə, həmin qiymətləndirmə azadlığı, bir tərəfdən tibb müəssisəsi tərəfindən verilmiş göndərişdə təsbit edilmiş xəstəlik və diaqnoz göstəriciləri, digər tərəfdən şəxsin tibbi-instrumental müayinəsinin nəticələrinin qiymətləndirilməsi, eləcə də müayinənin keçirilməsi metodikası və meyarları ilə məhdudlaşır. Başqa sözlə, iddiaçının faktiki sağlamlıq vəziyyəti cavabdeh tərəfindən qeyd olunan həmin obyektiv göstəricilər əsasında qiymətləndirilməlidir. Əlilliyin təyin olunması isə iddiaçının sağlamlıq vəziyyətinin qiymətləndirilməsinin nəticələrinə bağlıdır. Qiymətləndirilmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh ona əlillik dərəcəsini təyin etməyə borcludur. Yəni əlilliyin təyin olunması üçün tələb olunan şərtlərin mövcud olduğu halda, əlilliyin təyin edilməsi cavabdehin diskresion deyil, mütləq səlahiyyəti kimi nəzərdə tutulmuşdur.
61. Bundan əlavə qeyd olunmalıdır ki, həm iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən imtinası məhkəmə tərəfindən tam şəkildə yoxlanmalıdır.
62. İş materiallarından müəyyən olunur ki, iddiaçıya ilk dəfə xx.xx.2016-cı il tarixdə 5 illik müddətinə “başın travmalarının nəticələri. Travmatik ensefalopatiya İİ-İİİ dərəcə ağır gedişli. Epilepsiya. Tez-tez təkrarlanan (ayda 5-6 dəfə) posttrabmatik epileptik tutmalar. Onurğunın osteoxondrozu” diaqnozu ilə əlillik dərəcəsi təyin edilmişdir.
63. Daha sonra iddiaçı xx.xx.2021-ci il tarixdə yenidən əlillik dərəcəsinin təyin edilməsilə bağlı cavabdeh inzibati orqana müraciət etsə də, diaqnoz əlillik əlaməti təyin etməməsi səbəbilə sonuncuya əlillik dərəcəsinin təyinatından imtina edilmişdir.
64. Yenidən iddiaçı xx.xx.2022-ci il tarixdə əlillik dərəcəsinin təyinatı ilə bağlı cavabdehə müraciət etsə də, bu dəfə isə iddiaçıya “göndərişin natamam doldurulması – səbəb: 1992-2022-ci illər ərzində əsas xəstəlik üzrə aldığı stasionar müalicələr, mütəxəssis rəyləri, instrumental müayinələr ətraflı qeyd olunsun” səbəbilə əlillik dərəcəsinin təyinatından imtina edilmişdir.
65. Hazırkı mübahisəyə münasibətdə işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, xx.xx.2022-ci il tarixli göndəriş əsasında iddiaçıya əlillik dərəcəsinin təyin olunmasından cavabdeh imtina etmiş və bu zaman dövlət səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş göndərişin natamam doldurulduğuna, həkim rəyində obyektiv və diaqnostik müayinə nəticələrinin ətraflı qeyd olunmadığına, 1992- 2022-ci illər ərzində əsas xəstəlik üzrə aldığı stasionar müalicələr, mütəxəssis rəyləri, instrumental müayinələr ətraflı qeyd olunmasına ehtiyac olduğuna istinad etmişdir.
66. Bununla bağlı nəzərə almaq lazımdır ki, göndərişin natamam doldurulması, orada obyektiv və diaqnostik müayinə nəticələrinin ətraflı qeyd olunmaması və sair bu kimi nöqsanların mövcud olması iddiaçının məsuliyyət sferasına aid edilə bilməz. Belə ki, cavabdeh ən azından inzibati orqan olaraq müvafiq göndəriş əsasında “İnzibati icraat haqqında” Qanun anlamında inzibati icraat başlamalı, bu zaman inzibati icraatın həmin Qanunda nəzərdə tutulmuş prinsiplərinə, o cümlədən obyektiv araşdırma prinsipinə riayət etməklə icraat aparmalı, həmin nöqsanların aradan qaldırılması, eləcə də obyektiv və yetərli məlumatların əksini tapdığı göndərişin təqdim olunması üçün xidməti vəzifəsinə görə lazımi tədbirlər görməli və son nəticədə inzibati icraatın nəticəsində əsaslandırılmış inzibati akt qəbul etməli idi.
67. İş materiallarından da müəyyən olunur ki, iddiaçının müraciətləri nəzərə alınmaqla cavabdeh tərəfindən əyani müayinə keçirilmişdir. Bu baxımdan qanunla onun üzərinə qoyulmuş öhdəlikləri yerinə yetirmədən formal tələblərə əsasən iddiaçıya əlilliyin təyin olunmasından, ümumiyyətlə həmin qüsurlara istinadən onun xəstəlik vəziyyətinin qiymətləndirilməsindən imtina etməkdə cavabdeh haqlı sayıla bilməz. Bundan əlavə, iddiaçının müraciəti əsasında əyani müayinə həyata keçirilmiş və anamnestik məlumatlarda və obyektiv müayinə nəticələrində əlillik təyinatına əsas verən patofunsional pozuntular aşkar edilməməsi barədə qərar qəbul edilmişdir.
68. Hazırki iş üzrə düzgün və qanuni nəticəyə gəlmək üçün birinci instansiya məhkəməsi tərəfindən ekspertiza təyin edilmişdir.
69. Birinci instansiya məhkəməsində işə baxılarkən əldə olunmuş Ekspert rəyindən müəyyən olunur ki, iddiaçı 21-xx.xx.2023-cü il tarixlərdə Məlikov adına X12 müayinə və müalicədə olarkən ona “T90.5-keçirilmiş qapalı kəllə-beyin travmasından (baş beyin silkələnməsindən) sonrakı vəziyyət, posttravmatik ensefalopatiya, G93.2, G40.3, G44.3, M54.1, M54.4, G56.3-tez-tez generalize olunmuş tonik-klonik qıcolma tutmaları (3 tutma), xroniki posttravmatik başağrıları, kooqnitiv pozulmalar, üzvi mənşəli emosional labil (astenik) pozuntu, bel fəqərələrarası diskin radikulopatiyası, kəskin ağrı sindromu, dirsək sinirinin ikitərəfli neyropatiyası, G.S.M-nin hissəvi atrofıyası, tor qişanın angiopatiyası, sol budun hipertrofık çapıq toxuması, qlükozaya qarşı rezistentliyin pozulması, ikitərəfli koxlear neyrosensor ağıreşitmə (İİİ, İV dərəcə), hipertoniya xəstəliyi, xroniki beyin işemiyası” diaqnozu müəyyən edilmişdir. xx.xx.2023-cü il tarixdə “X18”də kranio-serebral MRT müayinəsi zamanı aşkar edilmiş “Serebral korteksin ümumi konfiqurasiyası və həcmi kobud kortikal atrofiyanı əks edir. Subaraxnoidal şırımların həcmi artmışdır. Beyin yarımkürələrində yayılmış fokal qliotik ocaqlar aşkar edilir. Ocaqlar əsasən arxa periventrikulyar nahiyələrdə və soldan alın və təpə nahiyələrinin subkorteksində”, xx.xx.2023-cü il tarixdə “Psixi Sağlamlıq Mərkəzi”ndə EEQ müayinəsi zamanı isə “Rezidual orqanik tipli EEQ bisinxron əsasən solda generalize olunmuş epileptik dalğa kompleksinin aşkar edildi, ocaq sönməyib ocaq aktivdir. Qeyd edilən qliotik ocaqların 1993-cü ildə alınmış başın travmasının nəticəsində qapalı kəllə-beyin travması ilə əlaqəli olmasını inkar etmək olmaz.
70. Ekspert rəyindən də göründüyü kimi göndərişdə olan əsas diaqnoz, ağırlaşma və yanaşı xəstəliklər iddiaçıda müəyyən edilmişdir.
71. Məhkəmə bildirir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbisosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.5.1-ci bəndində qeyd edilmişdir ki, şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə, ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması göndərişin verilməsi üçün əsasdır. Həmin Qaydaların 1.5.3-cü maddəsinə əsasən isə əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi göndərişin verilməsi üçün əsasdır. İstinad olunan normalardan göründüyü kimi, qanunvericilik əlillik müddəti bitdikdən sonra əlilliyin təyini zamanı müəyyən olunmuş pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etdiyi hallarda, təkrar əlilliyin qiymətləndirilməsi zamanı şəxsin ambulator və ya stasionar müalicədə olması ilə bağlı xüsusi şərt nəzərdə tutmur.
72. Məhkəmə ekspert rəyində qeyd olunan əsaslarla razılaşaraq qeyd edir ki, 2016-cı ildə və ondan əvvəl qoyulmuş diaqnoz əsasında əlilliyin müəyyən edilməsindən sonra həmin diaqnozda müəyyən edilən xəstəliklərin davam etdiyi təqdirdə, təkrar müayinə zamanı cavabdehin mövcud inzibati praktikasına və bununla bağlı onun eyni şərtlər daxilində inzibati orqanın davranışına münasibətdə iddiaçının etimad hüququnun yaxud da qanuni gözləntisinin yarandığı da nəzərə alınmalıdır. Bununla belə, cavabdeh əlillik vəziyyətinin təkrar qiymətləndirilməsi zamanı tətbiq etdiyi fərqli yanaşmanı şərtləndirən və zəruri edən hüquqi və faktiki əsasları açıqlamamış, fərqli yanaşmasını bu baxımdan əsaslandırmamışdır.
73. Eyni zamanda qeyd edilməlidir ki, iddiaçıda olan xəstəliklər ona ikinci dərəcəli əlilliyin təyininə əsas versə də, cavabdeh inzibati orqan bu halı nəzərə almamış, iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. Başqa sözlə desək, cavabdeh orqan səlahiyyətlərinin icrası ilə əlaqədar vəzifələrini tam yerinə yetirməmiş, inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmamış, təqdim olunmuş sübutlar yetərli olmadıqda, öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borclu olduğu halda bunu etməmişdir.
74. Bundan əlavə məhkəmə onu da qeyd edir ki, əlilliyin Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar, Çernobıl AESdə hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar, hərbi xidmət dövrü ilə əlaqədar və ya hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar yaranması “Hərbihəkim ekspertizası haqqında Əsasnamə”nin 7.2-ci bəndinə uyğun olaraq hərbi-həkim komissiyasının rəyinə əsasən müəyyən edilir. Odur ki, əlilliyi ümumi səbəblərlə müəyyən edilmiş şəxs əlilliyinin xüsusi səbəblərdən hər hansı birindən yaranmasını mübahisələndirirsə, hərbi-həkim komissiyasının rəyinə istinad etməlidir, həmin rəy olmadan əlilliyin səbəbinin göstərilən səbəblərdən biri ilə əvəz edilməsinə yol verilmir.
75. Bununla belə, onu da vurğulamaq zəruridir ki, xəstəlik, pozuntu və çatışmazlığın hərbihəkim komissiyasının rəyində göstərilən səbəbi o halda əlilliyin səbəbi ilə eyniləşdirilə bilər ki, həmin xəstəlik, pozuntu və çatışmazlıqla əlaqədar orqanizmin funksiyalarının 30 faizdən artıq pozulması müəyyən edilsin, yəni həmin xəstəlik əlilliyin müəyyən edilməsinə əsas versin. Əks halda, hərbi-həkim komissiyasının rəyində göstərilənlər əlilliyin qiymətləndirilməsi zamanı nəzərə alınmır və əlilliyin səbəbinin həmin rəydəki səbəblə müəyyən edilməsi istisna edilir
76. Apellyasiya şikayətinin dəlillərinə gəldikdə isə, məhkəmə Kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, apellyasiya şikayəti iddia ərizəsinə etirazın dəlilləri ilə oxşar məzmunda olmaqla əsaslandırılmışdır və həmin dəlillərə yuxarıda hüquqi qiymət verilmişdir.
77. Bundan başqa Ekspert rəylərindən də göründüyü kimi göndərişdə olan əsas diaqnoz, ağırlaşma və yanaşı xəstəliklər iddiaçıda müəyyən edilmişdir.
78. Belə ki, apellyasiya baxışı zamanı Bakı Apellyasiya Məhkəməsinin 21 yanvar 2025-ci il tarixli, 2-1(103)-232/2025 saylı qərardadı ilə iş üzrə təkrar məhkəmə-tibbi ekspertizası təyin edilmiş və işin icraatı ekspertiza rəyi alınanadək dayandırılmışdır. 29 iyul 2025-ci il tarixdə məhkəməyə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X10” X17nin 03 iyul 2025-ci il tarixli, T 476/2025 saylı Rəyi daxil olmuşdur.
79. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X10” X17nin 03 iyul 2025-ci il tarixli, T 476/2025 saylı Rəyində rəyə gəlinmişdir ki: Vətəndaş İddiaçı əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi ilə bağlı Bakı 28 nömrəli şəhər poliklinikasında tərtib edilmiş xx.xx.2021-ci il tarixli, 0097003AACCL saylı Forma 088 göndərişində qeyd edilən “XBT 10 kodu: Əsas diaqnoz: T90.9-Başın dəqiqləşdirilməmiş travmaların nəticələri. Keçirilmiş kəllə-beyin travmasınm davamlı qalıq əlamətləri. Hərbi əməliyyatlar nəticəsində başının və sol aşağı ətrafın qəlpə yarası törətmiş zədələnmə, Ağırlaşma: G40-Epilepsiya. Tez-tez təkrar olunan epileptik tutmalarla (ayda 5-6 dəfə), G93.2- Xoşxassəli kəllədaxili hipertenziya, T90.5-Kəllədaxili travmaların nəticələri. Posttravmatik ensefalopatiya, Yanaşı xəstəliklər: H90.3-Eşitmənin neyrosensor tipli ikitərəfli itirilməsi. İkitərəfli xroniki koxlear nevit. Neyrosensor ağır eşitmə İİİ-İV dərəcə (posttravmatik), M42- Onurğanın osteoxondrozu, kökcük ağrı sindromu, F44.8-Digər dissosiativ (konversion) pozğunluqlar. Dissosiativ konversion pozuntu, R26-Hərəkətin və yerişin pozulmaları. Sol aşağı ətrafın hərəkət məhdudluğu aldığı güllə yaralanmasından sonra” və Bakı Baş Səhiyyə İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, T00021444KVB saylı Forma 088 göndərişində qeyd edilən “XBT 10 kodu: Əsas diaqnoz: T90.9-Başın dəqiqləşdirilməmiş travmaların nəticələri. Keçirilmiş kəllə-beyin travmasınm davamlı qalıq əlamətləri. Hərbi əməliyyatlar nəticəsində başının və sol aşağı ətrafın qəlpə yarası törətmiş zədələnmə, Ağırlşma: G40-Epilepsiya. Tez-tez təkrar olunan epileptik tutmalarla (ayda 5-6 dəfə), Yanaşı xəstəliklər: H90.3-Eşitmənin neyrosensor tipli ikitərəfli itirilməsi. İkitərəfli xroniki koxlear nevit. Neyrosensor ağır eşitmə İİİ-İV dərəcə (posttravmatik), M42-Onurğanın osteoxondrozu, C6-C7 fəqərələrin kökcük ağrı sindromu, R26-Hərəkətin və yerişin pozulmaları. Sol aşağı ətrafın hərəkət məhdudluğu aldığı güllə yaralanmasından sonra” diaqnoz ona stasionarlarda müayinə və müalicələri zamanı müəyyən edilmişdir. -Vətəndaş İddiaçı məhkəmə-tibbi müayinə zamanı EEQ üçün Akad.M.Ə.Mirqasımov Respublika Klinik Xəstəxanasına göndərilmiş, Real Hospital tərəfindən icra edilmiş xx.xx.2025-ci il tarixli 2 saatlıq elektroensefaloqrafıya müayinəsi zamanı beyinin bioelektrik aktivliyi dəyişilmiş, qeyri-müntəzəm, monoton a dalğalar dominantdır, beyinin bazal, diensefal strukturlar nahiyəsində diffuz olaraq paroksizmal ocaqlar və disfunksiya əlamətləri qeyd olunmuş, HV zamanı qıcolmaya hazırlıq artmış, beyinin vegetativ labilik oyanıqlığı qeyd edilmiş və xx.xx.2025-ci il tarixdə mütəxəssislər tərəfindən müayinə zamanı ona “G40.0-Epilepsiya xəstəliyi. Simptomatik epilepsiya. G93.8- Ensefalopatiya. Koqnitiv funksiyaların enməsi ilə. F06.7-Qəlpə yaralanmasından sonra başın sol ənsə, sol budun orta ’/з-nin içəri səthində köhnə çapıq toxumaları. R52.2-Davamlı ağrı sindromu” diaqnozu qoyulmuşdur.
80. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər.
81. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
82. Məhkəmə Kollegiyası ekspert rəyini digər sübutlarla yanaşı qiymətləndirərək (İPM-in 1.2-ci və MPM-in 88-ci maddəsinə əsasən) rəylə razılaşmamağa əsaslar görmür.
83. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.
84. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3292/2024 saylı, 30 may 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
85. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3292/2024 saylı, 30 may 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.