Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2323/2023 13.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X16 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Yusifov Cahangir Afər oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinə qarşı “təhqiqat komissiyasının yaradılması” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2194/2023 nömrəli, 27 yanvar 2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 21 aprel 2015-ci il tarixdə istehsalatda X1 pozulması halının istehsalatda əlaqəliliyinin müəyyən edilməsi üçün təhqiqat komissiyasının yaradılmasının məcburi vəzifəsini cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin (hakim Orxan Həsənov) 2-1(112)-2194/2023 nömrəli, 27 yanvar 2023-cü il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəməyə iddiaçı tərəfindən təqdim edilmiş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında" 02 iyun 2015-ci il tarixli qərarda Qaradağ rayon prokurorluğuna izahat vermiş Qaz anbarlarının istismarı idarəsinin, Qaradağ qazsaxlama sahəsində geoloq vəzifəsində işləyən İsayev Rüstəm göstərmişdir ki, xx.xx.2015-ci il tarixdə saat 19:00 radələrində o, mərhum Qaibxanov Eldarla təhqiqat maşını ilə işlədiyi qaz sahəsindən baş idarəyə gəlirmiş, baş idarəyə gələrkən yolda Eldan ona halının pisləşməsini və ürəyinin ağrımasını demişdir və idarə etdiyi maşını saxlayıb bir müddət gözlədikdən sonra Eldar səhhətinin yaxşılaşdığını bildirmiş və yollarına davam etmişlər, hadisə yerinə heç bir təcili yardım briqadası çağırılmamışdır. Məhkəməyə təqdim edilmiş rəsmi sənədlərdən iddiaçının mərhum həyat yoldaşı X11 “hüquqi şəxs” Socar Nəqliyyat idarəsinin “işəgötürən” 5 saylı Texnoloji Nəqliyyat Departamenti ilə bağladığı xx.xx.2014-cü il tarixli 997 saylı əmək müqaviləsinə əsasən 1 saylı avtonəqliyyat və xüsusi texnika sahəsinin avtomobil dəstəsinə 5-ci dərəcəli avtomobil sürücüsü vəzifəsinə təyin edilmişdir. Həmin müqaviləyə gorə A.M.Qaibxanovun işi bir növbəlidir, birinci növbə saat 07:00 radələrində başlanır və saat 19:00 radələrində bitir (hadisə baş verən günü Eldar Qaibxanov saat 19:00-da işdən qayıdırdı). Hadisə günü, yəni xx.xx.2015-ci il tarixdə birinci dəfə səhhətinin qəflətən pozulması halı X11 ilə saat 19:00 radələrində baş vermişdir. İdarə etdiyi 99JO881 dövlət qeydiyyat nişanlı tədqiqat maşında. Bu subut olmuş haldı və həmin halı təsdiq edir onunla birgə baş idarəyə gedən şahid, o zaman Qazsaxlama sahəsində geoloq vəzifəsində işləyən X20. Eyni zamanda qeyd etmək lazım gəlir ki, mərhum X2 rayonuna ezam olunsa da idarə etdiyi 99JO881 nəqliyyat vasitəsinə yol vərəqəsi və ezamiyyət vərəqəsi ona verilməmişdir. Baş idarəyə çatdıqdan sonra Qazsaxlama sahəsinin geoloqu Rüstəm İsayev (yeganə şahid) paltarını dəyişib idarənin qarşısına çıxaraq Qaibxanov Eldarın maşından enib daşın üstündə oturmağını görmüş, yaxınlaşıb nə baş verdiyini soruşanda ona ürəyinin ağrımasını, təkrarən səhhətinin pisləşməsini bildirmişdir. Dərhal təcili tibbi yardim stansiyasına zəng vuraraq həkim dəvət edilmişdir. Həmin izahatı X21 rayon prokurorluğuna vermişdir. İkinci dəfə E.Qaibxanovun iş yerində ezamiyyətdə olarkən qəflətən səhhətinin pisləşməsi halını hadisə yerinə gələn Bakı şəhər Təcili və X13 stansiyasının verdiyi xx.xx.2016-cı il tarixli 32 saylı rəsmi məlumatından qeyd edilir ki, xx.xx.2015-ci il tarixdə saat 21:27 radələrində Binə t/m t/tərbiyə binası ünvanına X9 çağırış daxil olmuşdur. Çağırışı 15 saylı KYS-nin həkimi A.Mircəfərova yerinə yetirmiş, xəstəyə V.İ.X. infarktdan sonrakı kardioskleroz, Xroniki ürək damar çatmamazlığı İİ-İİİ Terminal vəziyyət diaqnozu qoyaraq ilkin tibbi yardım göstərməsinə baxmayaraq, həkim yanında ölüm baş vermişdir. Lakin məhkəmə qərar qəbul edərkən və Qaydaların 1.2-ci bəndinə istinad edərək Eldar Qaibxanovun, hazırki halda istesalatda əmək şəraiti ilə əlaqəli infarktı təsdiq edən tibbi rəyin olmamasını nəzərə alaraq, baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınmasını təhqiqat komissiyasının yaradılması kimi öhdəliyin cavabdehin üzərinə qoyulmasını məqsədəuyğun hesab etməmişdir. Məhkəmə qərar qəbul edərkən X7 işəgötürən tərəfindən Qaradağ rayon Qazanbarlarının istismarı idarəsinə ezam olunarkən, aşağıda göstərilən sənədləri tələb etməmiş və subutlara düzgün qiymət verilməmişdir: E.M.Qaibxanovun ezamiyyət vərəqəsi, E.M.Qaibxanovun 21 aprel 2015-ci il tarixdə saat 19:00 radələrində hadisə yerinə təcili tibbi yardım çağırılmamasının səbəbi, iddiaçının məhkəməyə müraciət edərək ekspertiza təyin edilməsi barədə ərizəsinin nəzərə alınmaması. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kolleqiyasının 2(102)- 8645/2017 saylı 18 dekabr 2017-ci il tarixli qərarında göstərilir ki, X8 ölümünün səbəbinin istesalatda əmək şəraiti ilə əlaqədar infarkt olmasının araşdırılması barədə sual qoyulmamış və ekspert də həmin xüsusatı araşdırmamışdır. İddiaçı ərizə ilə istesalatda əmək şəraiti ilə əlaqədar E.Qaibxanovun xx.xx.2015-ci il tarixdə saat 19:00 radələrində halının pisləşməsi və ona vaxtında təcili tibb yardım göstərməməsi səbəbi kimi onun ikinci dəfə həmin günü 21:27 radələrində təcili tibbi yardım göstərməsinə baxmayaraq, ölüm baş verməsi səbəbi olmasının ekspert qarşısında sual qoyulmasını xahiş etsə də, məhkəmə bu sualı ekspert qarşısında qoymamışdır. Qaydaların 1.2-ci bəndinə əsasən E.M.Qaibxanovun ölümü istesalatda əmək şəraiti ilə bağlı infarktla əlaqədardırsa, bu xüsusat işçinin səhhətinin pozulması kimi tədqiq edilməli idi. Eyni zamanda məhkəmə kolleqiyası qeyd etmişdir ki, Qaydalara müvafiq olaraq işçinin hər bir infarkt təbii ölüm hesab oluna bilməz. Məhz buna görə də Qaydaların 1.4-cü bəndi müəyyən edir ki, əmək funksiyalarını icra edərkən alkoqollu içkilərin, narkotik vasitələrin, psixotrop, toksik və digər zərərli maddələrin təsirindən ürək dayanması, infarkt, insult və sair bədbəxt hadisələr müəyyən edildikdə hadisə istesalatda baş vermiş bədbət hadisə kimi rəsmiləşdirilmir və uçota alınmır. Qeyd olunan maddələrin təsirindən yaranmamış infarkt təbii olan kimi qiymətləndirilməyə bilər. Bu xüsusat isə müvafiq tibbi rəydə öz əksini tapmalıdır. E.M.Qaibxanovun xx.xx.2015-ci il tarixdə saat 21:27 radələrində ölümündən sonra meyit Qaradağ rayon prokurorluğun müstəntiqinə təhvil verilmişdir və məhkəmə tibbi ekspertizasının 22 aprel 2015-ci il tarixli 52 saylı rəyindən görünür ki, E.M.Qaibxanovun ölümünə səbəb ürək əzələsinin qalınlaşması, xırdaoçaqlı, kardiosklerozla ifadə olunmuş ürəyin xroniki işemlya xəstəliyi nəticəsində baş vermiş miokardın infarktı olmuşdur. E.M.Qaibxanovun meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində metil, etil, propil, butil və amil spirtləri barbitur turçusu törəmələri, alkoqoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazolon, 14 benzodiazepin törəmələri, salisilatlar aşkar edilməmişdir. Beləliklə aparılmış araşdırma zamanı X4 ölümündə cinayət hadisəsi olmadığı üçün cinayət işinin başlanmasının rədd olunması barədə qərar qəbul olunmuşdur. Lakin işəgötürən baş vermiş hadisəni gizlətməyə, X17 isə təhqiqat komissiyası yaratmağa bugünə boyun qaçırmağa nail ola biliblər. Halbuki E.M.Qaibxanovun ikinci dəfə saat 21:27 radələrində iş yerində təkrarən halı pisləşmiş, ilkin tibbi yardım göstərilməsinə baxmayaraq, hadisə yerindəcə vəfat etmişdir. Apellyasiya baxışı zamanı əvvəlki məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya baxışı zamanı əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatlarını dinləyib, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidməti tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda qeyd edilir: Qaradağ rayon prokurorluğunun xx.xx.2015-ci il tarixli Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarında məhkəmə tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 52 saylı rəyinə əsasən E.Qaibxanovun ölümünə səbəb «Ürək əzələsinin qalınlaşması, xırdaocaqlı kardiosklerozla ifadə olunmuş ürəyin xroniki işemiya xəstəliyi nəticəsində baş vermiş miokardın infarktı» olduğu qeyd edilmişdir. X6 ölümü ilə nəticələnmiş bədbəxt hadisə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 27 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları”nın 1.4-cü bəndinə (təbii ölüm) əsasən İZ formalı aktla rəsmiləşdirilmir və uçota alınmır. İş materiallarında olan Bakı şəhəri Baş Səhiyyə İdarəsi Bakı şəhəri Təcili və X13 Stansiyasının xx.xx.2016-cı il tarixli 32 saylı cavab məktubunda qeyd olunur: xx.xx.2015-ci il tarixdə saat 21:27 radələrində Binə t/m t/tərbiyə binası ünvanına X4 adına çağırış daxil olmuşdur. Çağırışı 15 saylı KYS-nin həkimi A.Mircəfərova yerinə yetirmiş, xəstəyə ÜİX infarktdan sonrakı kardioskleroz, Xroniki ürək damar çatmamazlığı İİ-İİİ Terminal vəziyyət diaqnozu qoyularaq ilkin tibbi yardım göstərilməsinə baxmayaraq, həkim yanında ölüm baş vermişdir. İş materiallarında olan SOCAR tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2016-cı il tarixli məktubda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 27 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları”nın 1.4-cü bəndinə əsasən təbii ölüm hadisəsi istehsalatda baş vermiş bədbəxt hadisə kimi rəsmiləşdirilmir və uçota alınmır. İş materiallarında olan SOCAR «Azneft» İB 1 saylı İxtisaslaşdırılmış Neft-Mədən Xüsusi Texnika İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda qeyd edilir: Həyat yoldaşınız X4 istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində həyatını dəyişməsi ilə bağlı hər hansı bir sənəd aşkar edilmədi. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 217-ci maddəsinə əsasən işəgötürən istehsalatda baş verən bədbəxt hadisələrin ağırlıq dərəcəsindən asılı olmayaraq hadisənin araşdırılması üçün dərhal həmin hadisə baş verən günü əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarəti həyata keçirən orqana məlumat verməyə borcludur. Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan daxil olmuş məlumat əsasında bədbəxt hadisənin istehsalatla bağlılığının araşdırılması məqsədi ilə qanunvericiliklə müəyyən edilmiş qaydada komissiya yaradır. Bədbəxt hadisənin araşdırılması başa çatdıqdan sonra işəgötürən tərəfindən bir gündən gec olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq akt tərtib edilməli və onun bir nüsxəsi mütləq zərərçəkən işçiyə təqdim olunmalıdır. Bədbəxt hadisənin baş vermə faktını gizlədən, aparılan araşdırılma barədə müvafiq akt tərtib etməkdən boyun qaçıran işəgötürən, onun səlahiyyətli vəzifəli şəxsi qanunvericilikdə nəzərdə tutulan qaydada məsuliyyət daşıyır. Bədbəxt hadisələrin araşdırılmasının, uçotunun aparılması bu maddədə nəzərdə tutulmuş qaydalar əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ hüquqi aktla tənzimlənir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 28 fevral tarixli, 27 nömrəli qərarı ilə təsdiq edilmiş «İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları»: 1.2. İşçilərin səhhətinin pozulması aşağıdakı hallarda təhqiq edilməlidir: əmək vəzifələrini yerinə yetirərkən itkin düşmə, zədələnmələr, peşə xəstəlikləri və zəhərlənmələr, istivurma, yanma, donma, suda boğulma, ildırım vurma, fauna və flora növləri ilə təmas nəticəsində zədələnmələr, tibbi rəyə əsasən istehsalatda əmək şəraiti ilə əlaqəli infarkt, insult, həmçinin təbii fəlakətlər (zəlzələ, sürüşmə, daşqın, qasırğa və s.) zamanı. 1.4. İstehsalatda bədbəxt hadisələr təhqiq edilərkən aşağıdakı hallar müəyyən edildikdə, hadisə istehsalatda baş vermiş bədbəxt hadisə kimi rəsmiləşdirilmir və uçota alınmır: təbii ölüm, özünə qəsd, intihar hadisələri, həmçinin cinayət törədilərkən (təbii ölüm faktı məhkəmə-tibb ekspertizasının rəyi ilə, özünə qəsd, intihar və cinayət faktları isə hüquq mühafizə orqanları tərəfindən təsdiq edilməlidir), şəxsi məqsədləri üçün hər hansı işlə məşğul olarkən, su hövzələrinin istehsalat obyektlərində çimərkən, balıq ovlayarkən (əgər bu əmək fəaliyyəti ilə bağlı deyilsə), işçilərin öz təşəbbüsləri ilə nahar fasilələrində və ya işdən sonra idman tədbirləri keçirərkən işçilərin xəsarət alması və ya ölümü; texniki spirtlərin, aromatik, narkotik vasitələrin, psixotrop maddələrin istehsalat prosesində istifadəsi ilə bağlı olmayan zəhərlənmələr, əmək funksiyalarını icra edərkən alkoqollu içkilərin, narkotik vasitələrin, psixotrop, toksik və digər zəhərli maddələrin təsirindən ürək dayanması, infarkt, insult, asfiksiya, hərəkətlərin koordinasiyasının pozulması və fikir dalğınlığı nəticəsində baş vermiş bədbəxt hadisələr. 1.6. İstehsalatda baş vermiş bədbəxt hadisə haqqında zərərçəkən, yaxud hadisənin şahidləri dərhal işəgötürənə (müəssisənin vəzifəli şəxslərinə) məlumat verməlidir. İşəgötürən (müəssisənin vəzifəli şəxslərinə) zərərçəkənə ilk tibbi yardım göstərilməsini, onun tibbi sanitar hissəsinə və ya digər müalicə idarəsinə çatdırılmasını təşkil etməyə, hadisə baş vermiş iş yerindəki şəraiti və avadanlıqların vəziyyətini hadisənin baş verdiyi anda olduğu kimi saxlamağa (əgər həmin şərait və vəziyyət ətrafdakı işçilərin həyatı və səhhəti üçün təhlükə törətmirsə, qəzaya səbəb olmursa) borcludur. 1.7. İşəgötürən istehsalatda baş verən bədbəxt hadisələrin ağırlıq dərəcəsindən asılı olmayaraq, hadisənin təhqiqatının aparılması üçün dərhal həmin hadisə baş verən günü X17 Xidmətinin yerli bölməsinə (və ya birbaşa X17 Xidmətinin aparatına), Fövqəladə Hallar Nazirliyinə (Bədbəxt hadisə təhlükə potensiallı obyektlərdə qəza nəticəsində baş vermişsə) məlumat verməyə borcludur. Eyni zamanda yuxarı mərkəzi icra hakimiyyəti orqanına və Respublika Həmkarlar İttifaqı Konfederasiyasına (əgər işçilər bu həmkarlar təşkilatının üzvüdürlərsə), bədbəxt hadisənin baş verməsi tarixindən 3 (üç) iş günü müddətində isə sığortaçıya məlumat verilməlidir. Məlumat telefonla, teleqrafla və ya elektron formada bu Qaydalarda göstərilən 3-cü əlavəyə uyğun verilir (əlavə 3). Tibbisanitar hissəsi, səhiyyə məntəqəsi, poliklinika, xəstəxana, təcili yardım və digər tibb müəssisələri onlara tibbi yardım üçün müraciət edən istehsalatda xəsarət almış işçilər (o cümlədən ezamiyyətdə olanlar) barədə X17 Xidmətinə məlumat verməlidirlər. 1.8. İstehsalatda bədbəxt hadisələrin təhqiqatının vaxtında aparılmasına müvafiq şəraitin yaradılmasına, İZ formalı aktın düzgün tərtib edilməsinə, bədbəxt hadisənin başvermə səbəblərinin aradan qaldırılması üzrə tədbirlərin yerinə yetirməsinə işəgötürən cavabdehdir. Bədbəxt hadisələri törədən səbəblərin aradan qaldırılması üzrə nəzərdə tutulmuş tədbirlərin yerinə yetirilməsinə nəzarəti X17 Xidməti həyata keçirir. 1.9. Bədbəxt hadisənin təhqiq edilməsinə əsas işəgötürənin, zərərçəkənin, mətbuat vasitələrinin, hüquq-mühafizə orqanlarının, tibb müəssisələrinin, respublikada fəaliyyət göstərən əməyin mühafizəsinə nəzarət orqanlarının və həmkarlar ittifaqları təşkilatlarının bədbəxt hadisənin baş verməsi haqqında yazılı və yaxud şifahi məlumatı ola bilər. Bu halda məlumat araşdırılır və lazımi hallarda bədbəxt hadisənin təhqiqatının aparılması üçün komissiya yaradılır. 2.1. Ağırlıq dərəcəsindən asılı olmayaraq bütün növ xəsarətlər, bir nəfərin həlak olması və qrup halında baş vermiş bədbəxt hadisələrin təhqiqatı X17 Xidmətinin rəisinin (və ya onun tapşırığı ilə X17 Xidmətinin yerli bölməsinin) əmri ilə yaradılmış komissiya tərəfindən aparılır. 2.6. Bədbəxt hadisənin təhqiqatı başa çatdıqdan sonra işəgötürən tərəfindən bir gündən gec olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydada İZ formalı akt tərtib edilməli və onun 1 nüsxəsi mütləq zərər çəkən işçiyə təqdim olunmalıdır. Təhqiqat komissiyası İZ formalı aktın işəgötürən tərəfindən düzgün tərtib olunmadığını müəyyən edərsə, onun yenidən tərtib edilməsini tələb etmək hüququna malikdir. Bədbəxt hadisənin təhqiqat materialları İZ formalı aktla birlikdə bədbəxt hadisənin qeydə alındığı müəssisədə 45 il müddətində saxlanılmalıdır. Başqa instansiyalara göndərilmiş İZ formalı aktlar və onların surətləri lazım olmayanadək və onlarda nəzərdə tutulmuş bütün tədbirlər yerinə yetirilənədək saxlanılır. İşin faktiki hallarından görünür ki, 21 aprel 2015-ci il tarixdə iddiaçının əri X10 vəfat etmişdir. Qaradağ rayon prokurorluğu tərəfindən araşdırma aparılmış, araşdırma zamanı mərhumun oğlu və iş yoldaşı dindirilmiş, məhkəmə tibbi ekspertizası keçirilmiş və nəticədə cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Qərarda istinad olunan məhkəmə tibbi ekspertizasının 22 aprel 2015-ci il tarixli 52 saylı rəyinə əsasən E.M.Qayıbxanovun meyitinin bədənində hər hansı bir xəsarət aşkar edilməmiş, şəxsin ölümünə səbəb ürək əzələsinin qalınlaşması, xırdaocaqlı kardiosklerozla ifadə olunmuş ürəyin xroniki işemiya xəstəliyi nəticəsində baş vermiş miokardın infarktı olmuşdur. Göründüyü kimi, iddiaçının mərhum ərinin ölümü infarkt nəticəsində baş vermişdir. Bundan başqa, qeyd olunan hadisə ilə əlaqədar işəgötürən tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada İZ formalı akt da tərtib edilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 28 fevral tarixli, 27 nömrəli qərarı ilə təsdiq edilmiş «İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları»nın tələblərinə əsasən işçilərin səhhətinin pozulmasının təhqiq edilməli olduğu hallardan biri də tibbi rəyə əsasən istehsalatda əmək şəraiti ilə əlaqəli infarktın olmasıdır. Hazırki halda isə mərhum X3 ölümünə səbəb olan halın, yəni infarktın əmək şəraiti ilə əlaqədar olmasını təsdiq edən hər hansı bir tibbi rəy mövcud deyildir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə düzgün nəticəyə gəlmişdir, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2194/2023 nömrəli, 27 yanvar 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-2323/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2323/2023
13.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver