Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2323/2024 05.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Səlimova Səadət Rəşid qızı (sədrlik edən və məruzəçi), Şirinov İkram Sabir oğlundan və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, Şadiyev Namiq Ənvər oğlunun katibliyi ilə, İddiaçı, onun vəkili və nümayəndəsi Nümayəndə, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X8 iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-1(112)-1178/2024 saylı qərarından cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə baxışı qaydasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin halları
1. İddiaçı (bundan sonra - iddiaçı) xx.xx.1947-ci il təvəllüdlüdür.
2. İddiaçıya məxsus əmək kitabçasına əsasən iddiaçı: xx.xx.1963-cü il tarixdə “Kalinin” adına Teleavadanlıq və avtomatika qurğular” zavodunun mexanika-yığma sexinə çilingər köməkçisi kimi qəbul edilib, xx.xx.1963-cü il tarixdə 1-ci dərəcəli çilingər peşəsi verilib, xx.xx.1964-cü il tarixdə ştat ixtisarına görə işdən azad edilib (10 ay, 17 gün); xx.xx.1964-cü il tarixdə həmin zavodda mexanika-yığma sexinə 1-ci dərəcəli çilingər peşəsinə qəbul edilib, xx.xx.1965-ci ildə 2-ci dərəcəli çilingər dərəcəsi verilib, xx.xx.1965-ci ildə öz arzusu ilə işdən azad edilib (1 il, 2 ay, 15 gün); xx.xx.1968-ci ildə “Artemneft” QPM X24 müvəqqəti olaraq qazmaçı təyin edilmiş, xx.xx.1968-ci ildə müddətin bitməsi ilə əlaqədar işdən azad edilib (2 ay, 10 gün); xx.xx.1970-ci ildə “Nəriman Nərimanov” adına neft sənayesi idarəsinə 4-cü dərəcəli operator işinə qəbul edilib, xx.xx.1970-ci ildə “Abşeronburneft” trestinə köçürülmə qaydasında işdən azad edilmişdir (1 ay, 29 gün); xx.xx.1970-ci ildə 2 tərəfli razılıq əsasında Nəriman Nərimanov adına neft sənaye İdarəsindən köçürülmə yolu ilə Neft və qaz çıxarılması üzrə 4-cü dərəcəli qazmaçı köməkçisi qəbul edilmiş, xx.xx.1971-ci il tarixdə mühəndis dispetçer işinə keçirilib, (xx.xx.1971-ci ildə “Abşeronburneft” 2 və 3 trest kontorları bazasında Kaspmorneft birgə qazma işləri üzrə Sənqaçal dəniz idarəsi yaradılıb) xx.xx.1971-ci ildə istehsalat-texniki şöbəsinin mühəndisi vəzifəsinə təyin edilib, xx.xx.1973-cü ildə qazma ustası köçürülüb, xx.xx.1980-ci ildə 3 saylı İstehsalat-texniki şöbənin rəis müavini vəzifəsinə keçirilib, xx.xx.1982-ci ildə 3 saylı İstehsalat-texniki şöbənin rəisi vəzifəsinə keçirilib, xx.xx.1982-ci ildə neft emalı işi şöbəsinin referant vəzifəsinə köçürülməsi ilə əlaqədar işdən azad edilib (11 il, 11 ay, 27 gün); xx.xx.1982-ci ildə Azərbaycan SSR Nazirlər İttifaqı işlər idarəsinin neft emalı, neftkimya və kimya sənayesi şöbəsinin referent vəzifəsinə qəbul edilib, xx.xx.1985-ci ildə ba. Referent vəzifəsinə keçirilib, xx.xx.1986-cı ildə digər işə köçürülməsi ilə əlaqədar işdən azad edilib (3 il, 10 ay, 9 gün); xx.xx.1986-cı ildən xx.xx.1990-cı il tarixədək Bakı SQO zavodunda işləmişdir (4 il, 1 ay, 1 gün); xx.xx.1990-cı ildə Neftqazprom Nazirliyin Bakı Dərin Özüllər zavodundan köçürmə ilə baş mühəndis vakant vəzifəsinə qəbul edilmiş, xx.xx.1991-ci ildə “Farmokologiya və ənənəvi tibb” Elmi-İstehsalat Birliyinə köçürülməsi ilə əlaqədar tutduğu vəzifədən azad edilmişdir (4 ay, 27 gün); xx.xx.1991-ci ildə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Farmokologiya və ənənəvi tibb” Elmi-İstehsalat Birliyi, İstehsalat şöbəsinin müdiri vəzifəsinə qəbul edilmiş, xx.xx.1994-cü ildə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 37-ci maddəsinə əsasən tutduğu vəzifədən azad edilmişdir (öz arzusu ilə) (3 il, 5 ay, 2 gün); xx.xx.1994-cü ildə Azərbaycan Dövlət Neft Şirkəti, "xxxx" MMC Birgə Müəssisəsi, "xxxx" Azərbaycan Marin Konstrakşn MMC, BM “Makşelf MMC-nin İnsan Resursları menecerinin müavini vəzifəsinə təyin edilmiş, xx.xx.1998-ci ildə əmək müqaviləsinin başa çatması ilə əlaqədar Azərbaycan Respublikası Əmək Məcəlləsinin 36-cı maddəsi ilə işdən azad edilmişdir (4 il, 1 ay, 19 gün); xx.xx.1998-ci ildən xx.xx.2006-cı il tarixədək Azərbayca Respublikasının Dövlət X32 Komitəsinin Texniki Şöbənin rəisi və müdiri işləmişdir (7 il, 1 ay, 19 gün); xx.xx.2006-cı ildən xx.xx.2014-cu ilədək "xxxx" ASC "xxxx" MMC (sonradan "xxxx" ASC adlandılırb) işləmişdir (7 il, 1 ay, 7 gün).
3. İddiaçıya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Müdafiə Fondunun Səbail rayon şöbəsi tərəfindən xx.xx.2008-ci il tarixində (xx.xx.2006-cı il tarixindən hesablanmaqla) güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilmişdir.
4. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2023-cü il tarixli məktubda bildirilmişdir ki, “...Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li siyahısı”nın neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı bölməsinin (X) qazma bəndinin (1) rəhbərlər və mütəxəssislər yarımbəndində (b) bilavasitə buruqlarda məşğul olan qazma üzrə mühəndislər (qazma işləri üzrə) (11000005-22247) və buruq qurğularının rəisləri və onların müavinləri (11000005-24094) vəzifələri nəzərdə tutulmuşdur. Araşdırma zamanı, vaxtilə sizə pensiya təyin edilərkən təqdim olunmuş X27 X22 İşləri İdarəsinin 31 yanvar 2008-ci il tarixli 04/227 nömrəli arayışında X29 İşləri İdarəsinin X12 xx.xx.1971-xx.xx.1973-cü il tarixləri arasındakı dövr ərzində mühəndis, 3 saylı Rayon Mühəndis Texnoloji Xidmətində xx.xx.1980-xx.xx.1982-ci il tarixləri arasındakı dövr ərzində rəis müavini və növbə rəisi vəzifələrində işlədiyiniz qeyd olunmuşdur. Bununla əlaqədar olaraq yuxarıda qeyd olunan dövrlər üzrə əmək stajınızın dəqiqləşdirilməsi ilə bağlı aidiyyəti üzrə sorğu göndərilib. Müvafiq sorğuya cavab olaraq işlədiyiniz X11 yuxarıda qeyd olunan Qərarla təsdiq edilmiş siyahıda nəzərdə tutulan neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı sahəsinə aid olmadığı, işlədiyiniz rəis müavini və növbə rəisi vəzifəsinin isə buruq qurğularının rəisləri və onların müavinləri vəzifəsinə uyğun olmadığı bildirilib. Bu səbəbdən də sizin güzəştli iş stajınız 10 ildən az (8 il 28 gün (xx.xx.1970-xx.xx.1971-ci il və xx.xx.1973-xx.xx.1980-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Göstərilən uyğunsuzluğa baxmayaraq, sizə xx.xx.2006-cı il tarixindən Fondun Səbail rayon şöbəsi tərəfindən qanunvericiliyə zidd olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilib. Qeyd olunanları nəzərə alaraq, sizə vaxtilə təyin edilmiş güzəştli şərtlərlə əmək pensiyasının qanuna uyğunluğuna baxılması məqsədilə inzibati icraatın keçirilməsi zərurəti yaranıb. Buna görə də “İnzibati icraat haqqında” Qanunun 21.2-ci maddəsinə əsasən, pensiya hüququnuza yenidən baxılmasına əsas olan yuxarıda müəyyən edilmiş faktiki hallarla əlaqədar nəzərdə tutulan tədbirlər haqqında mülahizələrinizin dinlənilməsi üçün 21 aprel 2023-cü il tarixinədək Mərkəzi Filialın ünvan 1 ünvanında yerləşən Qəbul Mərkəzinə gəlməyiniz xahiş olunur”.
5. Cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının (bundan sonra – cavabdeh) xx.xx.2023-cü il tarixli, 3-17/1/3-3-9141/2023 nömrəli qərarı ilə iddiaçıya təyin edilmiş əmək pensiyası dayandırılmışdır.
6. Cavabdehin xx.xx.2023-cü il tarixli, 3-17/1/3-3-9138/2023 nömrəli qərarı ilə iddiaçıya təyin edilmiş əmək pensiyası ləğv edilmişdir. Birinci instansiya məhkəməsində icraat:
7. İddiaçı (nümayəndəsi və vəkili vasitəsi ilə) cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Müdafiə Fondunun Səbail rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyası tərəfindən təyin edilmiş xx.xx.2008-ci il tarixli (xx.xx.2006-cı il tarixindən hesablanmaqla) “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının ödənilməsi”nə dair qərarın ləğv edilməsi haqqında xx.xx.2023-cü il tarixli, 3- 17-1/3-3-9141/2023 nömrəli qərarının və “əmək pensiyasının dayandırılması haqqında” xx.xx.2023-cü il tarixli, 3-17-1/3-3-9138/2023 nömrəli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir (iddia tələbi dəqiqləşdirilmişdir).
8. İşin yuxarıda qeyd edilən faktiki hallarına istinad edərək iddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh “İnzibati icraat haqqında” Qanunun 21.2-ci maddəsinə əsasən iddiaçının pensiya hüququna yenidən baxılmasında mülahizələrinin dinlənilməsi üçün ona xx.xx.2023-cü il tarixli 3-17-1/2-Ə-80188/2023 nömrəli dəvət məktubu göndərdiyini iddia etsə də, iddiaçıya həmin məktub rəsmi qaydada təqdim edilməmişdir. Telefon vasitəsilə iddiaçı ilə əlaqə saxlanılaraq sonuncu xx.xx.2023-cü il tarixdə Mərkəzi filiala dəvət edildiyindən onun nümayəndəsi qismində həmin filiala gedib. Orada İddiaçı təyin olunmuş güzəştli şərtlərlə pensiya ödənişinin qanunauyğun olduğunu, sonuncunun əmək kitabçasına əsasən tələb olunan 10 illik pensiya stajına malik olduğunu, hətta İddiaçı güzəştli şərtlərlə pensiyaya tələb olunan 10 il güzəştli və 50 yaşınadək 20 il ümumi iş stajı olduğuna görə 1997-ci ildən pensiya ödənilməli olduğunu, İddiaçı ödənilməmiş illərə görə də birdəfəlik pensiya ödənişinin ödənilməli olduğunu, SOCAR-ın “X27” Trestinin təqdim etdiyi arayışda yanlışlıqlara verildiyini, yəni F.X23 Qazma işləri idarəsində xx.xx.1971-ci ildən xx.xx.1973-cü ilədək X12 “mühəndis” və xx.xx.1982-ci ildən xx.xx.1982-ci ilədək 3 saylı Rayon Mühəndis Texnoloji Xidmətində növbə rəisi vəzifələrində işlədiyi illərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə” yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin vəzifə göstəricilərinin siyahısı”nın təsdiq edilməsi barədə 1993-cü il 21 iyun 320 saylı qərarına əsasən güzəştli iş stajı olduğunu, İddiaçı təyin edilmiş güzəştli şərtlərlə pensiya ilə bağlı açılmış inzibati icraat üzrə materiala F.X23 Qazma işləri idarəsində işlədiyi müddətə dair arayışların və digər zəruri sənədlərin yenidən tələb edilərək əlavə edilməli olduğunu və pensiya ödənişinin dayandırılmasının qanunsuz olduğunu bildirib. Bu səbəbdən cavabdehin 01 may 2023-cü il tarixli “İddiaçı güzəştli pensiya ödənişinin dayandırılması” barədə Aktına öz qeydlərini etməklə həmin Aktın qanunvericiliyin tələblərinə əməl edilmədən aparılmış araşdırma nəticəsində qəbul edildiyini yazıb. Həmin inzibati akt qanunsuz olduğundan ləğv edilməlidir. Cavabdeh iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə imkan verən, Siyahıda nəzərdə tutulmuş peşə və istehsalatlara uyğunluğunu müəyyən etmək üçün həmin peşənin siyahıya uyğun olmasını ətraflı araşdırmalı, onun işlədiyi istehsalatın və peşənin zərərli və ya ağır sahə sayılması üçün zəruri olan göstəricilərin olub-olmamasını müəyyən etmək üçün işlədiyi müəssisələrə sorğu verməklə, işin xarakterinə dair əlavə məlumatlar almalı, həmin sübutlara qiymət verməklə yekun qərar çıxartmalı idi. Göstərilən hüquqi mövqeyə uyğun olaraq cavabdeh orqan iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən etməli idi.
9. Vəkil sorğusuna əsasən ona təqdim edilmiş “Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “X27” trestinin xx.xx.2023-cü il tarixli, 14-2-15/2-496/2023 saylı məktubuna əlavə edilmiş xx.xx.2023-cü il tarixli, 14- 2-15/2-475/2023 saylı arxiv arayışında qeyd edilmişdir ki, İddiaçı ümumi iş stajı 11 il, 11 ay, 25 gün, güzəştli iş stajı isə 8 il 28 gün deyil, 09 il, 05 ay, 08 gün təşkil edir. Həmin arxiv arayışında İddiaçı güzəştli is stajının 09 il, 05 ay, 08 gün təşkil etdiyi qeyd edilsə də, bununla qətiyyən razılaşmır. Belə ki, vəkil sorğusuna əsasən ona təqdim edilmiş “Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “X27” trestinin xx.xx.2023-cü il tarixli, 14-2-15/2496/2023 saylı məktubuna əlavə edilmiş İddiaçı X12 “mühəndis” vəzifəsi və 3 saylı Rayon Mühəndis Texnoloji xidmətində “növbə rəisi” vəzifəsi üzrə əmək funksiyaları və gördüyü işlər haqqında arayışın məzmunundan da görünür ki, İddiaçı “mühəndis” vəzifə təlimatına əsasən trest üzrə neft və qaz quyularının qazılması, problemlərin həlli üçün elmi-texniki tədbirlərin işlənib hazırlanmasında və tətbiqində iştirak etmiş, müasir texnikadan istifadə etməklə qazma işlərinin keyfiyyətini yüksəltmək, rəqabətə davamlı qazma xidmətlərini təqdim etmiş, “növbə rəisi” vəzifə təlimatına əsasən qəzaların aradan qaldırılması üçün görülən tədbirlərdə iştirak etmiş və digər ağır sahəli əmək fəaliyyəti ilə məşğul olmuşdur. Yəni iddiaçının tutduğu həmin vəzifələrə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisələrin fəaliyyət istiqamətini nəzərə alsaq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) açıq-açkar görmüş olarıq. Cavabdeh isə göstərilən istiqamətlərdə araşdırma aparmamış, inzibati aktı qəbul edərkən formal olaraq yalnız arayışa istinad etməklə iddiaçının çalışdığı bütün peşələrin xarakteri nəzərə alındıqda həmin peşələrin Nazirlər Kabinetinin qərarındakı Siyahıda təsbit olunmuş peşələrə uyğun olub-olmadığını düzgün müəyyən etməmişdir. Vəzifə funksiyalarını əsas götürüb nəzərə alsaq ki, İddiaçı “X12” “mühəndis” vəzifəsində güzəştli iş stajı xx.xx.1971ci ildən xx.xx.1973-cü ilədək olmaqla, 2 (iki) il, “Rayon Mühəndis Texnoloji xidmətin “növbə rəisi” vəzifəsində güzəştli iş stajı xx.xx.1982-ci ildən xx.xx.1982-ci ilədək olmaqla, 6 (altı) ay, 25 (iyirmi beş) gün təşkil etmişdir. Yəni iddiaçının güzəştli iş stajı üçün tələb olunan 10 illik iş stajından çox güzəştli iş stajı hər bir halda vardır (arayışla güzəştli iş stajı hesab edilən 09 il, 05 ay, 08 gün+əmək funksiyası nəzərə alınmaqla “X12” “mühəndis” vəzifəsi və “Rayon Mühəndis Texnoloji xidmətin “növbə rəisi” vəzifəsi üzrə ümumi iş stajı 2 (iki) il, 6 (altı) ay, 25 (iyirmi beş) gün=11 il 11 ay 33 gün). Bundan başqa, məhkəməyə təqdim edilmiş iddiaçıya məxsus əmək kitabçasından da göründüyü kimi, İddiaçı xx.xx.1968-ci ildən xx.xx.1968-ci ilədək Azərbaycan SSR Neftçıxarma Sənayesi Nazirliyi Neft Mədənləri İdarəsi X24 “qazmaçının köməkçisi” vəzifəsində işlədiyi güzəştli iş stajı 2 (iki) ay, 9 (doqquz) gün təşkil edir. Bundan başqa, həmin əmək kitabçasından göründüyü kimi, İddiaçı xx.xx.1970-ci ildən xx.xx.1970-ci ilədək Nəriman Nərimanov adına Neft və Qaz Çıxarma idarəsində neft və qaz yatağında “operator” vəzifəsində işlədiyi güzəştli iş stajı 1 (bir) ay 27 (iyirmi yeddi) gün təşkil edir. Lakin inzibati aktdan da göründüyü kimi İddiaçı Azərbaycan SSR Neftçıxarma Sənayesi Nazirliyi Neft Mədənləri İdarəsi X18maçının köməkçisi vəzifəsində və Nəriman Nərimanov adına Neft və Qaz Çıxarma idarəsində neft və qaz yatağında “operator” vəzifəsində işlədiyi ümumilikdə 4 (dörd) ay 6 (altı) gün güzəştli iş stajı ümumiyyətlə iş stajı kimi nəzərə alınmamış, həmin iş yerlərindən iş stajının güzəştli staj olmasını təsdiq edən müvafiq arayışlar və sənədlər əldə edilməmişdir. Beləliklə, iddiaçının ümumi güzəştli iş stajı 11 (on bir) il 11 (on bir) ay 33 (otuz üç) gün+4 (dörd) ay 6 (altı) gün=12 (on iki) il, 13 (on üç) ay, 39 (otuz doqquz) gün təşkil edir ki, inzibati aktın qanunsuz olması bir daha təsdiqini tapır.
10. Cavabdeh iddiaya qarşı yazılı etirazını məhkəməyə təqdim edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş etmiş, etirazının dəlillərini iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilən mövqeyi ilə əsaslandırmışdır.
11. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1178/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarına əsasən, iddia tələbi təmin edilərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə X19 Faiq İsak oğluna Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Müdafiə Fondunun Səbail rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyası tərəfindən təyin edilmiş xx.xx.2008-ci il tarixli (xx.xx.2006-cı il tarixdən hesablanmaqla) “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının ödənilməsi”nə dair qərarın ləğv edilməsi haqqında xx.xx.2023-cü il tarixli, 3-17-1/3-3- 9141/2023 nömrəli qərarı və “əmək pensiyasının dayandırılması haqqında” xx.xx.2023-cü il tarixli, 3-17-1/3-39138/2023 nömrəli qərarı ləğv edilmişdir.
12. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1178/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1178/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarını ləğv edib, iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri
13. Apellyasiya şikayəti onunla əsaslanırılmışdır ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-1 (112)-1178/2024 nömrəli qərarı ilə İddiaçı iddia tələbi təmin edilərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının iddiaçıya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Səbail rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyası tərəfindən təyin edilmiş xx.xx.2008-ci il tarixli (xx.xx.2006-cı il tarixindən hesablanmaqla) “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının ödənilməsi”nə dair qərarın ləğv edilməsi haqqında xx.xx.2023-cü il tarixli, 3-17-1/3-3-9141/2023 nömrəli qərarı və “əmək pensiyasının dayandırılması haqqında” xx.xx.2023-cü il tarixli 3-17-1/3-3-9138/2023 nömrəli qərarının ləğv edilməsi haqqında qərar qəbul edilmişdir. Aşağıdakı səbəblərdən birinci instansiya məhkəməsinin qərarı əsassızdır və ləğv edilməlidir. Belə ki, mütəmadi olaraq aparılan araşdırmalar nəticəsində vətəndaşların pensiya hüquqlarının təsbiti ilə bağlı əsaslı şübhələr yarandıqda, həmçinin əmək pensiyası və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar aşkar edildikdə təyin edilmiş əmək pensiyasının ödənişi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.8.3-cü maddəsinin tələblərinə uyğun olaraq dayandırılır. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan kişilər 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə həmin Qanuna uyğun olaraq təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “a” bəndinə uyğun olaraq, 20 il ümumi iş stajı olan və bu stajın azı 10 ilini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 1 №-li siyahı üzrə müəyyən edilmiş zərərli və ağır işlərdə çalışan 52 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezdentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, əmək və əhalinin sosial müdafiəsi nazirinin əmr və sərəncamlarını, X25 qərarlarını, X25 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li siyahısı”nın neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı bölməsinin (X) qazma bəndinin (1) rəhbərlər və mütəxəssislər yarımbəndində (b) bilavasitə buruqlarda məşğul olan qazma üzrə mühəndislər (qazma işləri üzrə) (HOOOOOb-22247) və buruq qurğularının rəisləri və onların müavinləri (HOOOOOb- 24094) vəzifələri nəzərdə tutulmuşdur. Araşdırma zamanı, iddiaçıya vaxtilə pensiya təyin edilərkən təqdim olunmuş X27 X22 İşləri İdarəsinin 31 yanvar 2008-ci il tarixli 04/227 nömrəli arayışında X29 işləri İdarəsinin X12 xx.xx.1971-xx.xx.1973-cü il tarixləri arasındakı dövr ərzində mühəndis, 3 saylı Rayon Mühəndis Texnoloji Xidmətində xx.xx.1980xx.xx.1982-ci il tarixləri arasındakı dövr ərzində rəis müavini və növbə rəisi vəzifələrində işlədiyi qeyd olunmuşdur. Bununla əlaqədar olaraq cavabdeh tərəfindən yuxarıda qeyd olunan dövrlər üzrə iddiaçının əmək stajının dəqiqləşdirilməsi ilə bağlı aidiyyəti üzrə sorğu göndərilmiş, müvafiq sorğuya cavab olaraq onun işlədiyi X11 yuxarıda qeyd olunan Qərarla təsdiq edilmiş siyahıda nəzərdə tutulan neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı sahəsinə aid olmadığı, işlədiyi rəis müavini və növbə rəisi vəzifəsinin isə buruq qurğularının rəisləri və onların müavinləri vəzifəsinə uyğun olmadığı bildirilmişdir. Bu səbəbdən də iddiaçının güzəştli iş stajı 10 ildən az (8 il 28 gün (xx.xx.1970-xx.xx.1971 -ci il və xx.xx.1973-xx.xx.1980-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Həmçinin iddiaçının iştirakı ilə 21 aprel 2023-cü il tarixində qəbul keçirilərək yuxanda göstərilənlər barədə ona ətraflı məlumat verilməklə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun qaydada mülahizələrinin dinlənilməsinə dair birgə akt tərtib olunmuş, yekun olaraq Mərkəzi Filial tərəfindən iddiaçıya dair əmək pensiyasının yenidən hesablanmasına dair xx.xx.2023-cü il tarixli 3-17-1/3-3-62187/2023 nömrəli qərar qəbul edilmişdir. Əlavə olaraq qeyd olunur ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli icmal məktubunda qeyd olunur ki, “məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir”.Bundan əlavə Azərbaycan Respublikası Ali Məhkəməsinin 2020-ci il 18 noyabr tarixli icmal məktubuna əsasən məcbuetmə və ya öhdəliyin icrası haqqında iddialar üzrə mübahisələr həll olunarkən cavabdeh inzibati orqanın imtinasının qanuni və əsaslı olub-omadığının müəyyən edilməsi ilə yanaşı, iddiaçının mövcud hüquqi vəziyyətin dəyişdirilməsini (arzuladığı inzbati aktın qəbul edilməsini, öhdəliyin icrasını) tələb etməkdə nə dərəcədə haqlı olduğu müəyyən edilir. Buna görə də, məhkəmələr işə baxarkən cavabdehin imtina, etiraz və apelyasiya şikayətlərinin dəlillərinə münasibət bildirməli olsalar da, yalnız həmin dəlillərin araşdırılması və qiymətləndirilməsi ilə məhdudlaşmayaraq, işin mahiyyəti üzrə həll edilməsinə təsir edən hissədə, yəni iddiaçıya arzuladığı pensiyanın təyin edilməsinə və ya yenidən hesablanmasına imkan verən bütün zəruri faktiki halların mövcudluğunu müəyyən etməli və onlara tətbiq edilməli hüquq normaları əsasında məsələyə qiymət verməlidirilər. Nəticə etibarilə nəzərə alınmalıdır ki, cavabdeh inzibati orqanın şəxsə ünvanladığı imtinada istinad olunan əsaslardan, eləcə də daha sonra məhkəmə icraatının gedişində tərəflərin verdiyi izahatlardan və etirazlardan, həmçinin apellyasiya şikayətinin dəlilərindən asılı olmayaraq, hər bir halda iddiaçının qanunla tələb olunan ümumi və xüsusi iş stajına malik olub-olmaması məhkəmə araşdırmasının predmetini təşkil edir. Həmçinin sözügedən icmal məktubunda qeyd edilir ki, ümumi və xüsusi iş stajını təsdiq edən sənədlər mötəbər olmalı, ehtiyac yarandıqda bununla bağlı zəruri məhkəmə araşdırması aparılmalıdır. Bu mənada iddiaçı tərəfindən təqdim edilmiş ümumi və xüsusi iş stajını təsdiq edən sənədlərin (əmək kitabçası, arxiv arayışı, iş yerindən arayış, məhkəmə aktı və s.) əsli və ya lazımi qaydada təsdiqlənmiş surəti, o cümlədən Azərbaycan dilində tərtib edilməyibsə, həmin sənədin notarial qaydada təsdiq edilmiş tərcüməsi iş materiallarına əlavə edilməlidir. Qeyd olunanlara əsasən hesab olunur ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının dayandırılmasında cavabdeh tərəfindən qanunvericiliyin pozulması halına yol verilməmiş və iddiaçının hüquqlarına müdaxilə edilməmişdir. Lakin,Bakı İnzibati Məhkəməsi qeyd olunanları nəzərə almadan, əsassız və qanunsuz qərar qəbul edərək iddianı təmin etmişdir. Ona görə də Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-1(112)-1178/2024 nömrəli qərarını ləğv edib, iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsi xahiş olunur. Apellyasiya şikayətinə etirazın dəlilləri:
14. İddiaçı apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim etməmişdir. Tərəflərin izahatları:
15. Məhkəmə kollegiyasının iclasında İddiaçı və onun vəkili və nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişlər.
16. Məhkəmə kollegiyasının iclasında cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X14 apellyasiya şikayətini müdafiə edib, şikayətin məzmununa uyğun izahat verib apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası:
17. Maddə 60. İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər.
18. Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Əmək pensiyaları haqqında Azərbaycan Respublikasının Qanunu:
19. Maddə 9.1. Axırıncı iş yerindən asılı omayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı trəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərrtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. (xx.xx.2022-ci il tarixədək qüvvədə olan redaksiyasına əsasən)
20. Maddə 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir. “Əmək pensiyaları haqqında” Qanun qəbul edilənədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür)
21. Maddə 13. Əmək şəraitinə görə güzəştli pensiyalar Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa;
22. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır.
23. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. 22.1. Əmək pensiyası hüququ verən sığorta stajının hesablanması təqvim (illər, aylar, günlər) əsasında həyata keçirilir. 23.2. 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları” (xx.xx.2022-dək qüvvədə olan):
24. Bənd 3.1. Sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. Bənd 3.2. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası;
25. Bənd 4.1.10. Qanunun 9.8-ci maddəsinə uyğun olaraq pensiya o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanuna əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi 2006-cı il yanvarın 1-dək qazanmış olsunlar.
26. “Qaydalar”a 2 nömrəli əlavə olan “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4.1-ci bəndinə görə, Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. İnzibati icraat haqqında Azərbaycan Respublikasının Qanunu:
27. Maddə 13.1. inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur.
28. Maddə 67.1.İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır.
29. Maddə 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan, subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər.
30. Maddə 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır.
31. Maddə 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər.
32. Maddə 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi:
33. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.
34. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.
35. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
36. Maddə 81.1. İnzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları (bundan sonra - apellyasiya instansiyası məhkəmələri) tərəfindən baxılır.
37. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
38. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər.
39. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
40. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati Kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.
41. “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respkublikası Ali Məhkəməsi Plenumunun 2006-ci il 30 mart tarixli, 5 nömrəli Qərarının 2 və 3-cü bəndlərində təsbit edilmdişdir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası normaları hüququn digər normalarından təcrid olunmuş şəkildə deyil, beynəlxalq hüququn müvafiq normaları nəzərə alınmaqla təfsir və tətbiq edilməlidir. Beynəlxalq müqavilələrin, o cümlədən «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası normalarının təfsiri zamanı onun konteksti ilə yanaşı müqavilənin sonrakı tətbiqi təcrübəsinə istinad edilməlidir.
42. Konvensiyaya əlavə 1 saylı Protokolun 1-ci maddəsinə müvafiq olaraq hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Bu müddəalar dövlətin, ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır.
43. 1 saylı Protokolun 1-ci maddəsi aşağıdakı ümumi prinsiplərdən ibarətdir: (1) mülkiyyətdən dinc istifadə prinsipi; (2) sahiblikdən məhrumetməni əhatə edən və müəyyən şərtlərə tabe edən prinsipi; və (3) dövlətlərin ümumi maraqları təmin etmək məqsədilə zəruri hesab etdikləri qanunları qəbul etməklə mülkiyyətin istifadəsinə nəzarət etmək prinsipi (Jahn və digərləri Almaniyaya qarşı işi üzrə Böyük Palatanın qərarı, § 78). 69. 1 saylı Protokolun 1-ci maddəsinin əhatə dairəsinə daxil olan mülkiyyətdən dinc istifadəyə hər hansı bir müdaxilə üç əsas şərtə cavab verməlidir: (1) müdaxilə və əlaqəli məhdudlaşdırıcı şərtlər üçün hüquqi zəmin olmalıdır, (2) müdaxilə ictimai maraqlara xidmət etməlidir, və (3) sonda, şəxsin mülkiyyət hüququ və ümumilikdə cəmiyyətin maraqları arasında ədalətli balansa (mütənasiblik prinsipinə) cavab verməlidir (Broniovski Polşaya qarşı işi üzrə Böyük Palatanın qərarı, §§ 147-151; Hutten-Czapska Polşaya qarşı işi üzrə Böyük Palatanın qərarı, §§ 163-168; Vistiņš və Perepjolkins Latviyaya qarşı Böyük Palatanın qərarı, §§ 69-71, 79, 81).
44. Konvensiya üzrə razılığa gələn dövlətlər ümumi dövlət siyasətini müəyyən edən sosial və iqtisadi məsələlərdə geniş mülahizə sərbəstliyinə malikdilər (da X2rşı işi üzrə qərardad, § 37; Valkov və digərləri Bolqarıstana qarşı işi üzrə qərar, § 91). Buna səbəb dövlətin öz daxili sosial-iqtisadi vəziyyətini və ehtiyaclarını daha effektiv və səmərəli müəyyən edə bilməsi və bu məqsədlə müvafiq tədbirlərin və proqramların 15 həyata keçirilməsidir. Açıq-aşkar əsassız və ya ağlabatan obyektiv əsaslar olmadıqda Konvensiya razılığa gələn dövlətlərin daxili siyasətlərini müəyyən etmək hüququnu şübhə altına almır. Şəxsin mülkiyyət hüququ və ümumilikdə cəmiyyətin maraqları arasında ədalətli balansın və mütənasibliyin olub-olmadığı, xüsusilə də aidiyyəti şəxsin qeyri-mütənasib və həddindən artıq yükə məruz qalmadığı müəyyən edilməlidir (Hutten-Czapska Polşaya qarşı işi üzrə Böyük Palatanın qərarı, § 167; Kufaki və Adedi Yunanıstana qarşı işi üzrə qərardad, § 42).
45. 1 saylı Protokolun 1-ci maddəsinin müddəaları sosial və əmək pensiyası təminatı sisteminə də tətbiq edilir (Andreyeva Latviyaya qarşı işi üzrə Böyük Palatanın qərarı, § 77). 1 saylı Protokolun 1-ci maddəsi Konvensiya üzrə razılığa gələn dövlətlər üçün sosial təminat sisteminin hər hansı bir xüsusi formasını və ya belə sistem üzrə veriləcək əmək pensiyası növünü və ya miqdarını təmin etmək üçün heç bir pozitiv öhdəlik yaratmır (Suxanov və İlçenko Ukraynaya qarşı işi üzrə qərar, § 31; Stek və digərləri Birləşmiş Krallığa qarşı işi üzrə Böyük Palatanın qərarı, § 53). Lakin, razılığa gələn dövlətlər bu və ya digər sosial təminat sistemini təmin edərsə və onun daxili qanunvericiliyində həyata keçirilməsini müəyyən edərsə, bu hüququn qanun tərəfindən tanınması Konvensiyaya əlavə 1 saylı Protokolun 1-ci maddəsinin əhatə dairəsinə düşən mülkiyyət marağı yarada bilər (Xoniakina Gürcüstana qarşı işi üzrə qərar, § 69). Beləliklə, qeyd etmək lazımdır ki, Konvensiyaya əlavə 1 saylı Protokolun 1-ci maddəsi müəyyən miqdarda əmək pensiyası verilməsi hüququnu təmin etmir, lakin, verilmiş əmək pensiyası məbləğinin azaldılması və ya ləğv edilməsi mülkiyyətdən dinc istifadəyə müdaxilə kimi qiymətləndirilə bilər (Rasmussen Polşaya qarşı işi üzrə qərar, § 71). Əgər əmək pensiyası məbləğinin azaldılması və ya ləğvi şəxsin fərdi hallarının dəyişməsi nəticəsinə görə deyil, qanunda dəyişikliklərin edilməsi və ya onun icrası nəticəsində baş vermişsə, bu Konvensiyaya əlavə 1 saylı Protokolun 1-ci maddəsində təsbit edilmiş hüquqlara müdaxilə kimi təsnif edilə bilər (X4rşı işi üzrə qərar, § 44). Apellyasiyanın mümkünlüyü, apellyasiya baxışının hədləri
46. Apellyasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir.
47. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya Məhkəməsinin mövqeyi
48. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apelyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Eyni zamanda, Məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olan maddi hüquq normalarının tətbiqini qanuni və əsaslı sayır. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
49. Avropa İnsan hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
50. Məhkəmə kollegiyası apellyasiya şikayətinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
51. Hazırkı mübahisəyə münasibətdə aydınlaşdırılmalı olan məqam iddiaçının güzəştli şərtlərlə iş stajının nə qədər olması və təyin edilmiş pensiyanı ləğv edərkən cavabdeh tərəfindən iddiaçının güzəştli iş stajının düzgün hesablanıb-hesablanmamasının müəyyən edilməsindən ibarətdir.
52. Cavabdeh apellyasiya şikayətində özünün apardığı araşdırma zamanı iddiaçıya pensiya təyin edilərkən sonuncunun güzəştli stajının 10 ildən az (8 il 28 gün (xx.xx.1970xx.xx.1971-ci il və xx.xx.1973-xx.xx.1980-ci il tarixləri arasındakı dövrlər)) olmasının müəyyən etməsini, bu səbəbdən iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının dayandırmasını, bu zaman tərəfindən qanunvericiliyin pozulması halına yol verilməməsini, iddiaçının hüquqlarına müdaxilə edilməməsini qeyd etsə də, mübahisələndirdiyi qərara əsasən, müəyyən edilən iddiaçının güzəştli stajına və bu stajın hesablanmasına əsas olmuş sübutlara dair münasibətini, əksini təsdiq edə biləcək halları şikayətində göstərməmişdir.
53. Məhkəmə kollegiyası qeyd edir ki, işin hallarından göründüyü kimi iddiaçıya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Səbail rayon şöbəsi tərəfindən xx.xx.2008-ci il tarixdə (xx.xx.2006-cı il tarixindən hesablanmaqla) güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş, daha sonra cavabdeh “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsinə əsasən, iddiaçının pensiya hüququna yenidən baxaraq xx.xx.2023-cü il tarixli, 3-17/1/3-3-9141/2023 nömrəli qərarı ilə iddiaçıya təyin edilmiş əmək pensiyasını dayandırmış, xx.xx.2023-cü il tarixli, 3-17/1/3-3-9138/2023 nömrəli qərarı ilə iddiaçıya təyin edilmiş əmək pensiyası ləğv edilmişdir. Lakin cavabdeh iddiaçıya təyin edilmiş pensiyanı ləğv edərkən onun güzəştli iş stajı barədə işin hallarına düzgün qiymət verməmişdir. Belə ki, yuxarıda sadalanan qanunvericilik aktlarına əsasən iddiaçıya pensiya təyin edilməsinin əsaslı olub-olmamasının müəyyən edilməsi üçün ona pensiya təyinatının aparıldığı xx.xx.2006-cı il tarixədək 50 yaşının tamam olması, 20 il ümumi stajının olması və 10 il güzəştli stajının olması müəyyən edilməli idi. Pensiya təyin edilərkən, iddiaçının yalnız güzəştli satajının olmamasını mübahisələndirən cavabdeh təyin edilmiş pensiyanı ləğv edərkən iddiaçının güzəştli iş stajını düzgün hesablamamışdır.
54. İddiaçının güzəştli iş stajı ilə bağlı birinci instansiya məhkəməsinə təqdim olunan və tədqiq olunan aşağıda sadalalan sübutlardan müəyyən olunur ki, cavabdeh tərəfindən iddiaçının güzəştli stajı düzgün hesablanmamışdır.
55. İşdə olan “iş stajı haqqında” arxiv arayışında qeyd edilmişdir ki, “...verilir xx xxxx 1947-ci il təvəllüdlü İddiaçı İsax oğluna ondan ötrü ki, o həqiqətən X29 işləri İdarəsində işləmişdir. Dənizdə Neft və X26 Birliyinin xx.xx.1996-cı il tarixli 58 saylı əmri ilə X29 işləri İdarəsi ləğv edilib, onun bazasında X16 Təmir İdarəsi yaradılıb. Dənizdə Neft və X26 Birliyinin xx.xx.1998-ci il tarixli 11 saylı əmri ilə X16 Təmir idarəsi ləğv edilib onun bazasında X28 işləri İdarəsi yaradılıb. “Azneft” İstehsalat Birliyinin xx.xx.2004-cü il tarixli 244 saylı əmri ilə X28 İşləri idarəsi qazma sexi kimi “Abşeronneft” X33 idarəsinin tərkibinə verilmişdir. “Azneft” istehsalat Birliyinin xx.xx.2006-cı il tarixli 349 saylı əmrə əsasən X28 İşləri İdarəsi qazma sexi kimi X30 İdarəsinin tərkibinə verilmişdir. SOCAR-ın xx.xx.2007-ci il tarixli, 51 saylı və xx.xx.2007-ci il tarixli, 60 saylı əmrləri ilə “X27” tresti yaradılmışdır, X30 İdarəsi yenidən təşkil edilərək hüquqi şəxs statusuna malik olmayan təşkilat kimi trestin tabeliyinə verilmişdir. SOCAR-ın xx.xx.2013-cü il tarixli, SOCAR/13-1000/01/SM05-000034 saylı əmrinə əsasən “X27” X22 işləri idarəsi ləğv olunaraq Abşeron İstehsalat bölümü kimi fəaliyyət göstərmişdir. “X27” trestinin "Təşkilatı struktur və ştat cədvəlinin tətbiqi haqqında” xx.xx.2021-ci il tarixli, SOCAR **********00040020A00070 saylı əmrinə əsasən “Siyəzən”, “QaradağQalmaz, “Abşeron” İstehsalat bölümləri hal-hazırda “Abşeron İstehsalat bölümü kimi fəaliyyət göstərir. Ümumi iş stajı: 11 il, 11 ay, 25 gün Güzəştli iş stajı: 08 il, 28 gün.
56. Qeyd: Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə 1993-cü il 21 iyun tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş qazmaçı köməkçisi 1100000a-11297 kodu ilə, 1100000b-23196 buruqların ustaları və onların köməkçiləri, bilavasitə buruqlarda məşğul olan qazma üzrə mühəndislər 1100000b-22247 kodu ilə, 08 il, 28 gün güzəştli iş stajı təşkil edir.
57. Qeyd: Mühəndis texnoloqla qazma üzrə mühəndisin vəzifə təlimatını rəhbər tutaraq vəzifə funksiyaları eyni olduğu üçün məqsədə uyğun hesab edilmişdir”.
58. İşdə olan “SOCAR” Azneft İB-in xx.xx.2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, “araşdırmanın nəticəsi olaraq bildirilir ki, Abşeronneft Neft və qazçıxarma idarəsinin (NQÇİ) arxivində saxlanılan sənədlərə əsasən, İddiaçı, “Abşeronneft” NQÇİ-nin (əvvəlki “Artyomneft” Neft İstehsal idarəsi) X24 xx.xx.1968-ci il tarixdən xx.xx.1968-ci il tarixədək qazmaçı köməkçisi peşəsində işləmişdir. İddiaçı “Abşeronneft” NQÇİ-nin (əvvəlki “Artyomneft” NQÇİ)) X24 xx.xx.1968-ci il tarixdən xx.xx.1968-ci il tarixədək (02 ay 10 gün) işlədiyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq etdiyi “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li Siyahısı”nın 10-cu (X) “Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün) neft, qaz, qaz kondensatı, kömür və şistin emalı” bölməsinin 2-ci “Neft-qaz və qaz kondensatının hasilatı” yarımbölməsində 1100000a-11292 kodu ilə qeyd edilmiş “quyuların əsaslı təmirinin qazmaçıları” peşəsi ilə eynilik təşkil edir.
59. İşdə olan “SOCAR” Azneft İB-in xx.xx.2023-cü il tarixli məktubundan müəyyən olunur ki, İddiaçı N.Nərimanov adına Neft və Qazçıxarma İdarəsinin 1 saylı Neft və qazçıxarma mədənində xx.xx.1970-ci il tarixdən xx.xx.1970-ci il tarixədək neft və qaz hasilatı üzrə operator peşəsində işləmişdir. İddiaçı “N.Nərimanov” adına Neft və Qazçıxarma İdarəsinin 1 saylı Neft və qazçıxarma mədənində xx.xx.1970-ci il tarixdən xx.xx.1970-ci il tarixədək (01 ay 26 gün) işlədiyi neft və qaz hasilatı üzrə operator peşəsi yerinə yetirilən işin xüsusiyyətlərinə görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq etdiyi “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li Siyahısı”nın 10-cu (X) “Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şəstin emalı” bölməsinin 10.2.a “Neft-qaz və qaz kondensatının hasılatı” yarımbölməsində 11000002-15824 kodu ilə qeyd edilmiş “neft və qaz hasilatı üzrə operator” peşəsi ilə eynilik təşki edir (1 №-li siyahının 10.2.8 yarımbölməsində nəzərdə tutulan peşələr üzrə 01 ay 26 gün).
60. İşdə olan “SOCAR” Azneft İB-in “iş stajı haqqında” xx.xx.2023-cü il tarixli arxiv arayışına əsasən iddiaçı: xx.xx.1970-ci ildən xx.xx.1971-ci ilədək X29 İşləri İdarəsinə neft və qaz quyularının qazılması üzrə 4-cü dərəcəli qazmaçı köməkçisi peşəsinə qəbul edilib (3 ay, 16 gün): xx.xx.1971-ci ildən xx.xx.1971-ci ilədək Qazma üzrə mühəndis texnoloq vəzifəsinə keçirilib. (5 ay, 20 gün); xx.xx.1971-ci ildən xx.xx.1973-cü ilədək X17 mühəndis vəzifəsinə keçirilib (1 il, 11 ay, 29 gün); xx.xx.1973-cü ildən xx.xx.1980-ci ilədək 1 saylı Rayon Mühəndis Texnoloji Xidmətinə 197 saylı buruğa qazma ustası vəzifəsinə keçirilib (7 il, 3 ay, 27 gün). xx.xx.1980-ci ildən xx.xx.1982-ci ilədək 3 saylı Rayon Mühəndis Texnoloii Xidmətinin rəis müavini vəzifəsinə keçirilib (1 il, 4 ay, 11 gün) xx.xx.1982-ci ildən xx.xx.1982-ci ilədək 3 saylı Rayon Mühəndis Texnoloji Xidmətinə növbə rəisi vəzifəsinə keçirilib (6 ay, 20 gün). Arayışa əsasən ümumi iş stajı: 11 il, 11 ay, 25 gün; güzəştli iş staiı: 09 il, 05 ay, 08 gün.
61. Qeyd: Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin vəzifələrin və göstəricilərin Siyahısı” nın təsdiq edilməsi barədə 1993-cü il 21 iyun tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş qazmaçı köməkçisi 1100000a-11297 kodu ilə, 1100000b-23196 buruqların ustaları və onların köməkçiləri, bilavasitə buruqlarda məşğul olan qazma üzrə mühəndislər 1100000b-22247 kodu ilə, 09 il, 05 ay, 08 gün güzəştli iş stafı təşkil edir.
62. Qeyd: Mühəndis texnoloqla qazma üzrə mühəndisin vəzifə təlimatını rəhbər tutaraq vəzifə funksyaları eyni olduğu üçün məqsədə uyğun hesab edilmişdir.
63. Arayışdan göründüyü kimi, arayış hazırlanarkən iddiaçının, yalnız xx.xx.1970-ci il tarixdən X29 İşləri İdarəsində iş stajı nəzərə alınaraq 9 il 5 ay 08 gün güzəştli stajı müəyyən edilmişdir. Lakin işdə olan SOCAR tərəfindən məhkəməyə və iddiaçının vəkilinə təqdim edilmiş xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli arayışlarla iddiaçının xx.xx.1968ci il tarixdən xx.xx.1968-ci il (2 ay 10 gün) tarixədək qazmaçı köməkçisi peşəsində, xx.xx.1970-cı il tarixdən xx.xx.1970-ci il tarixədək (01 ay 26 gün) İddiaçı “N.Nərimanov” adına Neft və Qazçıxarma İdarəsinin 1 saylı Neft və qazçıxarma mədənində neft və qaz hasilatı üzrə operator peşəsində işlədiyi dövrlər də güzəştli peşələr hesab edilsə də, bu dövr həm cavabdeh tərəfindən təqdim edilmiş pensiya işində olan güzəştli arayışda, həm də SOCAR tərəfindən məhkəməyə təqdim edilmiş arayışlarda nəzərə alınmamışdır.
64. Daha sonra Məhkəmə kollegiyası cavabdeh tərəfindən iddiaçının xx.xx.1971-ci ildən xx.xx.1973-cü ilədək X12 mühəndis vəzifəsində işlədiyi müddətin (1 il, 11 ay, 29 gün) şöbənin adının Texniki Şöbə adlandırılması ilə əlaqədar güzəştli stajına daxil edilməməsi ilə razılaşmayaraq qeyd edir ki, bu hal müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyi ilə deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyi ilə, funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına və izahlı arayışlara əsasən müəyyən edilməlidir.
65. Funksional vəzifənin (işin) eyniliyini müəyyən etmək məqsədi ilə birinci instansiya məhkəməsi tərəfindən göndərilən sorğuya cavab olaraq “BP” Exploration (Caspian SEA) limited tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, “...məktubda qeyd olunan X12 “’mühəndis” vəzifəsi şirkətimizdə mövcud deyil. Lakin məktubunuzun qoşmasında qeyd olunan vəzifə funksiyaları şirkətimizdə mövcud olan 3 müxtəlif vəzifənin funksiyalarına daxildir. Bu vəzifələr mühəndis-texnoloq, sahə mühəndisi və quyu mühəndisi vəzifələridir və onlardan yalnız sahə mühəndisi güzəştli pensiya hüququna əsas verən vəzifələr sırasındadır. Sahə mühəndisinin vəzifə öhdəliklərinə aşağıdakılar daxildir: Sahədə yaranan texniki məsələlər üçün ilk əlaqə saxlanmalı şəxs qismində fəaliyyət göstərir və məsələləri həll etmək üçün dərhal prioritetləri müəyyənləşdirir və müvafiq qərar qəbul edir. (Qeyd: sahə mühəndisi özünün texniki bilik və təcrübəsindən kənar məsələlər üçün Əməliyyatlara Dəstək (ƏD) və Texniki qruplardan məsləhət və resurslar almağa çalışır) Sahədə nəzərəçarpan şəkildə olmaqla və əməkdaşlara təlim keçməklə, hamilik və rəhbərlik etməklə obyektdə həssaslıqların və texniki/texnoloji təhlükəsizlik məsələlərinin sahə tərəfindən başa düşülməsi səviyyəsini artırır. Risklərin idarə olunması prosesinə, o cümlədən risk ilə bağlı fəaliyyət planlarının işlənib hazırlanması və həyata keçirilməsinə və baryerlərin texniki vəziyyətinin monitorinqinin aparılmasına/müvafiq məlumatların diqqətə çatdırılmasına dəstək verir. X5 (SƏP) təkmilləşdirilməsinə texniki kömək göstərir və sahə riskinin qiymətləndirilməsi işlərini yoxlayır. (Qeyd: müvafiq işlərə X1 (ƏRQ), HİTRA səviyyə 2, anormal əməliyyatlar, ciddi X13 (SƏP) qiymətləndirmələri, X5 (SƏP) korrektələri, tələblərə uyğun olmayan izolyasiyalar, sızmalar və dağılmalar, siqnalizasiya sisteminin idarə olunması, Dəyişikliklərin İdarə olunması (DİO) üçün risklərin qiymətləndirilməsi və texniki suallar (TS) daxildir). Sahədə kənara çıxma halları və ləngimələrin texniki qiymətini verir və siqnal sisteminin idarə olunması prosesinin sahədə düşüncə ilə həyata keçirilməsini təmin edir. Əməliyyatlara Dəstək (ƏD) qrupuna X3 (TƏL) kənaraçıxmaların təhqiq olunmasında və proqnoz analizlərində dəstək verir. (Qeyd: siqnal səviyyələrinin Əməliyyatlar qrupu tərəfindən idarə oluna bilməsinin təmin edilməsinə xüsusi diqqət yetirilməlidir). Dəyişikliklərin İdarə olunması (DİO) və texniki suallar (TS) proseslərinə dəstək verir. Sözügedən proseslərin qaldırdığı texniki məsələləri həll etmək və imkanları nəzərə almaq üçün sahənin ən effektli yol ilə bağlı fikrini təmin edir (Qeyd: Sahə mühəndisi yoxlanılmamış texniki suallara (TS) və Dəyişikliklərin İdarə olunmasına (DİO) başlaya bilər. Bunların yoxlanılması və prioritetləşdirilməsi baş mühəndis tərəfindən icra olunur və ona texniki qrup və Əməliyyatlara Dəstək üzrə Qrup Rəhbəri (ƏDQR) tərəfindən dəstək verilir). X6 (ƏİS) 6.1 Hasilat səmərəliliyinin yaxşılaşdırılması və defektlərin aradan qaldırılması prosesinə dəstək verilməsinə görə məsuliyyət daşıyır (Qeyd: müvafiq işlərə məhsulun keyfiyyətinin qeyd olunmasının və defekt/həssaslıq təhqiqatlarına və xüsusən də dəlillərin qorunub saxlanması və təhqiqat tövsiyələrindən irəli gələn tədbirlərin sahədə təyin olunmasının təmin edilməsi daxildir). Hasilatı yaxşılaşdırmaq imkanlarını müəyyənləşdirir və baza rəhbərliyinə və Əməliyyatlara Dəstək (ƏD) qrupuna məlumat verir. Əməliyyatlara Dəstək (ƏD) qrupu tərəfindən icra olunan optimallaşdırma işləri ilə bağlı tövsiyələri həyata keçirir. Sahə işlərinin təsdiq olunmasına dair görüşdə risk və həssaslıq ilə bağlı texniki rəy təqdim edir və sinxron əməliyyatlarla bağlı işlərin və riskin azaldılması üçün müvafiq tədbirlərin müəyyənləşdirilməsinə dəstək verir. Sahədə özünü yoxlama üçün orada olan mühəndis kimi fəaliyyət göstərir (Qeyd: açıq/bağlı saxlanılan siyirtmələr, X1 (ƏRQ), siqnalizasiya sisteminin idarə olunması, X20 (SİP), X7 (TƏL) kənaraçıxmalar, söndürülmələr və ləngimələr, işin yerinə yetirilməsinə icazə çərçivəsində texniki nəzarət vasitələri, baryerlərin texniki vəziyyəti, dəyişikliklərin idarə olunmasının (DİO) başa çatdırılması daxildir). Əldə olunmuş təcrübələr və əlaqədar hadisələrin sahənin diqqətinə çatdırılmasında rəhbər rolu öz üzərinə götürür. (Qeyd: Əməliyyatlara Dəstək və Texniki qruplar tərəfindən təmin edilən təcrübələrin mübadilə olunmasına/paylaşılmasına xüsusi diqqət yetirilməlidir.)
66. “SOCAR” X27 trestinin xx.xx.2023-cü il tarixli X12 “mühəndis” vəzifəsinin əmək funksiyaları və gördüyü işlər haqqında arayışından müəyyən olunur ki, iddiaçı “mühəndis” vəzifə təlimatına əsasən trest üzrə neft və qaz quyularının qazılması, problemlərin həlli üçün elmi-texniki tədbirlərin işlənib hazırlanmasında və tətbiqində iştirak etmiş, müasir texnikadan istifadə etməklə qazma işlərinin keyfiyyətini yüksəltmək, rəqabətə davamlı qazma xidmətlərini təqdim etmiş və digər ağır sahəli əmək fəaliyyəti ilə məşğul olmuşdur. Yəni iddiaçının tutduğu həmin vəzifələrə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisələrin fəaliyyət istiqamətini nəzərə alındığı halda güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) müəyyən olunur.
67. İsinad olunanlara əsasən, Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçının güzəştli iş stajı 10 ildən çox olmaqla müddətə dair qanunvericiliklə müəyyən edilmiş həddi tamamladığından cavabdehin apellyasiya şikayəti əsassızdır. Ona görə də cavabdeh tərəfindən mübahisələndirilən məhkəmə aktı apellyasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanmalıdır.
68. Şərh olunanlara əsasən, Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq qərara aldı: Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1178/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.