Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2324/2024 16.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və Səlimova Səadət Rəşid qızından ibarət tərkibdə, Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs X6 cəlb olunmaqla) “torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və çıxarışın verilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1137/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Birinci instansiya məhkəməsində aparılan icraat : İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Azərbaycan Təhsil İşçiləri X8 Suraxanı rayon Komitəsi nəzdində “Müəllim” bağçılıq təsərrüfatı üzvlərinin ümumi yığıncağının 13 noyabr 1997-ci il tarixli, 07 saylı Protokoluna əsasən İddiaçı “Müəllim” bağçılıq yoldaşlıq təsərrüfatı tərəfindən ayrılmış 500 kvadrat metr 122 saylı bağ sahəsinə çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Təhsil İşçiləri X8 Suraxanı rayon Komitəsi nəzdində “Müəllim" bağçılıq təsərrüfatı üzvlərinin ümumi yığıncağının 13 noyabr 1997-ci il tarixli 07 saylı Protokoluna əsasən İddiaçı “Müəllim ” bağçılıq yoldaşlıq təsərrüfatı üzvlüyünə qəbul edilmiş və həmin protokolla “Müəllim” bağçılıq yoldaşlıq təsərrüfatından 500 kvadrat metr bağ sahəsi verilmişdir. Həmçinin müvafiq olaraq İddiaçı “Müəllim" X1 122 saylı kitabçası verilmişdir. İddiaçıya ayrılmış bağ torpaq sahəsinin sxemi xx.xx.2014-cü ildə tərtib edilmiş və Azərbaycan Təhsil İşçiləri X8 Suraxanı rayon Komitəsi və “Müəllim’' bağçılıq Təsərrüfatı tərəfindən təsdiq edilərək ona təqdim edilmişdir. Azərbaycan Təhsil İşçiləri X8 Suraxanı rayon Komitəsi nəzdində “Müəllim" bağçılıq Təsərrüfatı Üzvlərinin 12 dekabr 2014-cü il tarixində tərtib edilmiş siyahısında iddiaçının adının 22-ci sırada qeyd edilmişdir. Qeyd edilən bağ sahəsinə dair plan ölçü tərtib edilmiş və iddiaçıya təqdim edilmiş sənədlər əsasında Bağ torpaq sahəsinin dörd bir tərəfindən standart mişar daşlarında hasar çəkilmişdir. Bağ torpaq sahəsi 25 ildir ki, iddiaçının istifadəsindədir və bu vaxta kimi hər hansı bir şəxs tərəfindən ona ayrılmış torpaq sahəsinə iddialı olması barədə heç bir tələb olmamışdır. İddiaçı ərizə ilə bağ torpaq sahəsinin dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi üçün cavabdehə müraciət etmiş, AR ƏMDK yanında DƏDRX-nin Bakı şəhər 1 saylı Ərazi İdarəsinin **********95 saylı xx.xx.2023-ci il tarixli cavab məktubunda qeyd edilmişdir ki, guya iddiaçının adı bağçılıq-yoldaşlıq üzvlərinin siyahısında göstərilməmiş, torpaq sahəsinin yerləşməsi təqdim edilmiş bölgü sxemi ilə uyğunsuzluq təşkil edir, torpaq sahəsinə digər fiziki şəxsin müraciəti mövcuddur. Bağ torpaq sahəsinin sənədləşdirilməsi üçün edilmiş imtina tamamilə əsasız və qanunsuzdur. “Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2186 nömrəli, 22 may 2007-ci il tarixli Sərəncamına əsasən yerli icra hakimiyyəti orqanlarının nəzdində olan Bağ Təsərrüfatı idarələri ləğv edilərək arxiv sənədləri Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə təhvil verilmişdir. Belə olan halda iddiaçıya ayrılmış torpaq sahəsinin ilkin sənədləri də Reystr Xidmətinə təhvil verilmişdir. İddiaçı qeyd edir ki, bağ torpaq sahəsinin siyahısı bir neçə dəfə tərtib edilərək o zaman Bağçılıq Təsərrüfatına təqdim edilmişdir. Ona görə də iddiaçının adının bağ torpaq sahəsi alanların siyahısında olmaması adı ilə cavabdeh tərəfindən imtina edilməsi əsasızdır. Qeyd olunanlara əsasən iddiaçı cavabdehin imtinasını əsassız hesab edir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1137/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə, iddia tələbi təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Təhsil İşçiləri X8 Suraxanı rayon Komitəsi nəzdində “Müəllim” bağçılıq Təsərrüfatı Üzvlərinin ümumi yığıncağının 13 noyabr 1997-ci il tarixli 07 saylı Protokoluna əsasən o “Müəllim” bağçılıq yoldaşlıq təsərrüfatı üzvlüyünə qəbul edilmiş və həmin protokolla “Müəllim ” bağçılıq yoldaşlıq təsərrüfatından 500 (beş yüz ) kvadrat metr bağ sahəsi ona verilmişdir. Həmçinin, müvafiq olaraq İddiaçı “Müəllim” X1 122 saylı kitabçası verilmişdir. Ona ayrılmış bağ torpaq sahəsinin Sxemi xx.xx.2014-cü ildə tərtib edilmiş və Azərbaycan Təhsil İşçiləri X8 Suraxanı rayon Komitəsi və “Müəllim” bağçılıq Təsərrüfatı tərəfindən təsdiq edilərək ona təqdim edilmişdir. Azərbaycan Təhsil İşçiləri X8 Suraxanı rayon Komitəsi nəzdində “Müəllim” bağçılıq Təsərrüfatı Üzvlərinin 12 dekabr 2014-cü il tarixində tərtib edilmiş siyahısında onun adı 22 sırada qeyd edilmişdir. Qeyd edilən bağ sahəsinə dair plan ölçüsü tərtib edilmiş və ona təqdim edilmiş sənədlər əsasında Bağ torpaq sahəsinin dörd bir tərəfindən standart mişar daşlarında hasar çəkilmişdir. Bağ torpaq sahəsi 25 ildir ki, onun istifadəsindədir və bu vaxta kimi hər hansı bir şəxs tərəfindən ona ayrılmış torpaq sahəsinə iddialı olması barədə heç bir tələb olmamışdır. Mübahisəli işin Bakı İnzibati Məhkəməsində araşdırılarkan, bağ torpaq sahəsinin ona məxsus olması hər hansı bir şübhə olmamış və həmin torpaq sahəsinə X7ma heç bir aidiyyatı olmaması müəyyən edilmişdir. Həmçinin ona ayrılmış torpaq sahəsi “Müəllim” X1 texnikasının saxlanılması üçün müəyyən edilmiş sahədir. Lakin sonradan həmin sahəyə ehtiyac olmadığı üçün bağ torpaq sahəsi kimi, qeydiyyata götürülmüş və həmin torpaq sahəsi ona bağ torpaq sahəsi kimi ayrılmışdır. Ona ayrılmış torpaq sahəsi bağ torpaq sahəsi kimi müəllimlərə ayrılmış torpaq sahəsi üçün nəzərdə tutulan siyahıya salınmamasının səbəbini o bilmir və həmin məsələni “Müəllim” bağçılıq yoldaşlığın sədri və ya başqa səlahiyyətli şəxsləri aydınlaşdıra bilər. Lakin buna baxmayaarq, ona ayrılmış bağ torpaq sahəsinin sənədləşdirilməsindən imtina edilməsinə heç bir əsas yoxdur. Belə ki, ona ayrılmış bağ torpaq sahəsi “Müəllim” bağçılıq Yoldaşlığa ayrılmış torpaq sahəsinin tərkibindədir və ayrıc Aktından kənarda yerləşmir. Həmçinin, ona ayrılmış bağ torpaq sahəsinin sənədləşdirilməsi də qanunidir və hər hansı qeyri qanuni hallar aşkar edilməmişdir. Eyni zamanda mübahisəli iş üzrə məhkəmənin “bağ torpaq sahəsinin naturada yerləşməsi bağçılıq yoldaşlığın bölgü sxeminə uyğun olmamamsı” barədə qeydi də əsasızdır. Belə ki, ona ayrılmış bağ torpaq sahəsinin eskizi çəkilib ona verilib və ölçüləri naturada olduğu kimidir. Ona görə də ona ayrılmış bağ torpaq sahəsinin digər müəllimlərə ayrılmış torpaq sahəsi üzrə tərtib edilmiş siyahıda adının qeydə alınmaması səbəbindən reyestr qeydiyyatının aparılmasında imtina edilməsi qanunsuzdur və torpaq sahəmin sənədləşdirilməsi üçün edilmiş imtina tamamilə əsasızdır. Tərəflərin izahatları : Əvvəlki məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apelyasiya şikayətinin əsassız olduğunu, qərarın dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apelyasiya şikayətini müdafiə edərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etdi. Apellyasiya İnstansiya Məhkəməsinin Mövqeyi (Əsaslandırıcı hissə) Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apelyasiya şikayətinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılır. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı “Müəllim” bağçılıq yoldaşlığı cəmiyyətinə üzv qəbul edilməsi barədə “Müəllim” bağçılıq-yoldaşlıq təsərrüfatı üzvlərinin ümumi yığıncağının xx.xx.1997-ci il tarixli protokoluna və bağçının üzvlük kitabçasına istinad etməklə Bakı şəhəri, Xəzər rayonu, Türkan bağ massivində yerləşən 122 saylı torpaq sahəsinin üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi tələbi ilə cavabdehə müraciət etmiş, lakin 1 saylı Bakı Ərazi İdarəsinin arxivinə təqdim edilmiş “Müəllim” bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında İddiaçı adının aşkar olunmaması, elektron kadastr məlumatlarına əsasən torpaq sahəsinin yerləşməsinin təqdim edilmiş bölgü sxemi ilə uyğunsuzluq təşkil etməsi əsası ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina olunmuşdur. Bundan sonra iddiaçı hazırkı tələblə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş, mübahisəli məsələ birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin təmin edilməməsi ilə yekunlaşmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman maddi və prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Belə ki, Mülki Məcəllənin 139-1.1.7-ci, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.7-ci maddəsinə əsasən, 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun: -2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra-hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. -10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. -10.2-ci maddəsinə əsasən qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; -11.1-ci maddəsinə əsasən, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. -12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda, bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən «Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyani sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir». Həmin Qanunun keçid müddəaları adlanan 25-ci maddəsində göstərilir ki, bu Qanunun 9-cu maddəsinin müddəaları 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən dövlət mülkiyyətində olan torpaqlardan vətəndaşlara ayrılmış bağ sahələrinin altındakı torpaqlara da şamil edilir. "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun bağların əvəzsiz olaraq vətəndaşların mülkiyyətinə verilməsini nəzərdə tutan 9-cu maddəsinin tələblərinin icrasında ləngimələrə yol verildiyini nəzərə alaraq, bağ sahələri ilə bağlı münasibətlərin müasir dövrün tələblərinə uyğunlaşdırılmasının təmin edilməsi məqsədilə qəbul edilmiş «Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 22 may 2007-ci il tarixli Sərəncamına əsasən yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların arxivlərinin İqtisadiyyat Nazirliyinə verilməsi qərara alınmışdır. İş materiallarında olan: -Azərbaycan Təhsil İşçiləri X8 (ATİAHİ) Suraxanı rayon Komitəsi nəzdində “Müəllim” bağçılıq təsərrüfatı üzvlərinin ümumi yığıncağının 13 noyabr 1997-ci il tarixli, 07 nömrəli protokolundan çıxarışının ATİAHİ Suraxanı rayon komitəsinin sədri tərəfindən xx.xx.2014cü il tarixdə “əsli ilə düzdür” qeydi ilə təsdiq edilmiş surətindən görünür ki, “Müəllim” X1, texnika saxlanılan təsərrüfat anbarına ehtiyac olmadığı üçün ayrılmış sahəni hər biri 500 (beş yüz kv.m.) olmaqla sahələrə ayırıb təsərrüfata üzv olmaq məqsədi ilə ərizə vermiş təhsil işçilərinə verilməsi, “Müəllim” bağçılıq yoldaşlıq təsərrüfatı üzvlüyünə daxil olmaq məqsədi ilə İdarə Heyətinə ərizə ilə müraciət etmiş, Suraxanı rayonu 45 nömrəli X3 Mərkəzinin dərnək rəhbəri, Bakı şəhəri Zığ qəsəbəsi, Zığ şosesi küçəsi ev 23, mənzil 8-də yaşayan İddiaçı “Müəllim” bağçılıq yoldaşlıq təsərrüfatına üzvlüyünə qəbul olunması, İddiaçı “Müəllim” Bağçılıq yoldaşlıq təsərrüfatından 500 (beş yüz) kvadrat metr bağ sahəsinin və “Müəllim” Bağçılıq yoldaşlığ təsərrüfatınin 122 saylı kitabçasının verilməsi qərara alınmışdır. -Azərbaycan Təhsil İşçiləri X8 Suraxanı rayon Komitəsi nəzdində “Müəllim" bağçılıq X2 tərəfindən xx.xx.1997-ci il tarixdə verilmiş üzvlük kitabçasının surətindən görünür ki, 45 saylı ŞETM-də dərnək rəhbəri vəzifəsində işləyən İddiaçı 20/396 nömrəli, 27 oktyabr tarixli (il qeyd olunmayıb-qeyd məhkəmənindir) protokolla yoldaşlıq üzvlüyünə qəbul edilmiş və ona Türkan qəsəbəsində 500 kv.m sahəsi olan 122 nömrəli bağ sahəsi verilmişdir. Qeyd olunan üzvlük kitabçasında əlavə olaraq “13 noyabr 1997-ci il tarixli iclasın qərarı ilə (7 saylı protokol) qəbul edilib” qeydi aparılmış və təsdiq edilmişdir. -Azərbaycan Təhsil İşçiləri X4 Suraxanı rayon komitəsinin sədri tərəfindən xx.xx.2014-cü il tarxdə təsdiq edilmiş və “Müəllim" bağçılıq yoldaşlıq təsərrüfatı üzvlərinin ümumi yığıncağında təsdiq edilmiş 7 saylı, xx.xx.1997-ci il tarixli protokoluna istinad etməklə verilmiş “Müəllim” bağçılıq yoldaşlıq təsərrüfatı üzvlərinin siyahısının notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, 45 saylı ŞETM-də işləyən İddiaçı 122 nömrəli bağ sahəsi ayrılmışdır. -Azərbaycan Təhsil İşçiləri X4 Suraxanı rayon komitəsi sədri tərəfindən xx.xx.2014-cü il tarixdə İddiaçı ayrılmış 122 nömrəli torpaq sahəsinin sxemi təsdiq edilmişdir. - Azərbaycan Təhsil İşçiləri X8 Suraxanı rayon Komitəsi nəzdində “Müəllim" bağçılıq X2 təsərrüfatı İdarə Heyəti tərəfindən xx.xx.2014-cü il tarixdə qeyd olunan torpaq sahəsinin sxemi tərtib olunaraq təsdiq edilmişdir. Müvafiq sorğu ilə cavabdeh tərəfindən “Müəllim” X1 arxiv qovluğunda olan sənədlər məhkəməyə təqdim edilmişdir. Qeyd olunan sənədlərə əlavə edilmiş: -Bakı şəhər X5 İcraiyyə Komitəsinin 27 oktyabr 1987-ci il tarixli 20/396 nömrəli Qərarından görünür ki, Orconikidze rayonunun müəssisə və təşkilatının üzvləri üçün keçmiş Türkan üzümçülük sovxozu ərazisində 112 nəfərlik torpaq (bağ) sahəsi ayrılmışdır. -27 iyul 1988-ci il tarixli 8/423 nömrəli Aktdan görünür ki, Orconikidze rayon təhsil şöbəsinin işçiləri üçün Türkan bağ massivi ərazisinə bağçılıq yoldaşlığı Cəmiyyəti üçün 7,46 hektar torpaq sahəsi ayrılmasına dair Akt və cizgi tərtib edilərək təsdiq edilmişdir. -Bakı şəhər Suraxanı rayonu İcra Hakimiyyətinin Təhsil Şöbəsinin müdiri F.M.Hüseynova tərəfindən təsdiq edilmiş 7 vərəqdən ibarət 14 iyul 1999-cu il tarixli 216 saylı məktubdan görünür ki, rayon təhsil şöbəsi nəzdində yaradılmış “Müəllim” bağçılıqyoldaşlıq kollektiv təsərrüfatı üzvləri haqqında məlumat Bakı şəhər Bağlar Təsərrüfatı və İstismarı Birliyinə və surəti Bakı şəhər BTİ-yə göndərilmişdir. Bakı şəhər Suraxanı rayon Təhsil şöbəsi nəzdindəki “Müəllim” bağçılıq yoldaşlıq üzvlərinin 7 vərəqdən ibarət siyahısında iddiaçının adı göstərilməmişdir. -İddiaçının istifadəsində olan bağ sahəsinə texniki baxış keçirilməsinə dair müayinə aktının təsdiq olunmuş surətindən görünür ki, göstərilən bağ sahəsinin faktiki olaraq 0.0508 hektar təşkil etdiyi, bağ sahəsinin sərhədlərinin iki tərəfdən qonşu hasarla ayrıldığı, digər iki tərəfdən isə mişar daşı ilə hasarlandığı, darvazanın olmadığı, girişin sərbəst olduğu və tikilinin olmadığı, həmçinin bağ sahəsinin naturada yerləşməsi bağçılıqyoldaşlığın bölgü sxeminə uyğun gəlmədiyi bildirilmişdir. İş materiallarından müəyyən edilir ki, iddiaçı adına mülkiyyət hüquqlarının qeydiyyata alınmasını istədiyi 122 nömrəli bağ sahəsinə dair “Müəllim” bağçılıq-yoldaşlıq təsərrüfatı üzvlərinin ümumi yığıncağının xx.xx.1997-ci il tarixli bağçılıq-yoldaşlıq təsərrüfatı üzvlərinin ümumi yığıncağının protokolundan çıxarışı və bağçının üzvlük kitabçasını təqdim etsə də, onun adı səlahiyyətli orqanın arxivində saxlanılan və “Müəllim” bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin Suraxanı rayonu İcra Hakimiyyətinin Təhsil Şöbəsi tərəfindən təsdiq edilmiş xx.xx.1999-cu il tarixli siyahısında yoxdur. Yuxarda qeyd edilən normalardan isə görünür ki, Qanunveric 2007-ci il mayın 22-dək yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə münasibətdə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi əsaslarından biri kimi həmin bağ sahələrinə dair kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarışla şərtləndirmişdir. İPM-nin : 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut etdiyindən, iddiaçının apelyasiya şikayəti isə formal mülahizələrə söykəndiyindən, Kollegiya hesab edir ki, apelyasiya şikayəti təmin edilməməlidir. AR İPM-in 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırki işə apelyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçının apelyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin mübahisələndirilən qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin . Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1137/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-2324/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2324/2024
16.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver