Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2324/2025 16.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və Nəbizadə Nigar Xeyrulla qızından ibarət tərkibdə, Şahbazlı Nəzrin Elmar qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı "qərarın ləğv edilməsi" tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-3061/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı "xxxx" MMC (bundan sonra - iddiaçı) Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 05 avqust 2024-cü il tarixli, 3-21-2-3/2- 33481/2024 nömrəli, 05 avqust 2024-cü il tarixli, 3-21-2-3/2- 35353/2024 nömrəli və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 18 sentyabr 2024-cü il tarixli, **********729400 nömrəli qərarlarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, cavabdehin vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə 05 avqust 2024-cü il tarixli 3-21-2-3/2- 33481/2024 nömrəli Qərarı ilə 7394,67 manat və 05 avqust 2024-cü il tarixli 3-21-2-3/2- 35353/2024 nömrəli Qərarı ilə 504,92 manat məbləğində kameral vergi hesablanmış və iddiaçının hesabından silinmişdir. Qərarda göstərilmişdir ki, vergi orqanının qərarı ilə əmtəəsiz əməliyyat aparılması faktına əsasən riskli vergi ödəyicisi hesab edilmiş şirkətdən mal aldığına görə iddiaçının 39497,94 manat məbləğində e-qaimə fakturaları 2023-cü ilin mənfəət vergisi bəyannaməsində xərc sənədi kimi nəzərə alınmamışdır. Buna görə də iddiaçının 7899,59 manat vergi borcu yaranmışdır. Lakin iddiaçı həmin malları "xxxx" MMC-dən (VÖEN: **********) 12 dekabr 2023-cü il tarixdə almış, daha sonra isə 13 dekabr 2023-cü il tarixində "xxxx" QSC-yə (VÖEN: **********) satmışdır. "xxxx" MMC isə 29 fevral 2024-cü il tarixdə vergi orqanının qərarı ilə riskli vergi ödəyiciləri siyahısına salınmışdır. Yəni, iddiaçı "xxxx" MMC-dən mal alarkən o, riskli vergi ödəyicisi olmamışdır. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək iş üzrə əsl cavabdeh qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin qəbul edilməsini və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin (bundan sonra - cavabdeh) 05 avqust 2024-cü il tarixli, 3-21-2-3/2-33481/2024 nömrəli, 05 avqust 2024-cü il tarixli, 3-21-2-3/2-35353/2024 nömrəli qərarlarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İşin birinci instansiya icraatı zamanı cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etirazda qeyd edilmişdir ki, vergi orqanı tərəfindən aşkar edilmiş əmtəəsiz əməliyyat aparılması faktına əsasən vergi orqanının müvafiq qərarı ilə riskli hesab edilən 39497,94 manat dəyərində e-qaimə fakturalar təqdim edilmiş 2023-cü il mənfəət vergisi bəyannaməsində xərc sənədi kimi nəzərə alınmadığı üçün kənarlaşma yaranmışdır. Qeyd edilən kənarlaşmalar ilə bağlı vergi ödəyicisinə xx.xx.2024-cü il tarixli, **********467500 nömrəli, xx.xx.2024-cü il tarixli, **********465700 nömrəli kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında məktublar göndərilmişdir. Vergi ödəyicisi tərəfindən müvafiq kənarlaşmalar aradan qaldırılmadığı və müvafiq təsdiqedici sənədlər təqdim edilmədiyi üçün müddət axımı gözlənilməklə kameral vergi yoxlaması ilə 2023-cü il mənfəət vergisi bəyannaməsi üzrə 7899,59 manat əlavə vergi məbləği hesablanmış və bu barədə vergi ödəyicisinə 05 avqust 2024-cü il tarixli 3-21-2-3/2-33481/2024 nömrəli, 05 avqust 2024-cü il tarixli 3-21-2-3/2- 35353/2024 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarlar göndərilmişdir. EBDU seriyalı 944235 nömrəli elektron qaimə-faktura üzrə əməliyyatlar riskli vergi ödəyicisi "xxxx" MMC-dən əldə edilmişdir. "xxxx" MMC riskli vergi ödəyiciləri siyahısına əlavə edilmişdir. Belə ki, tərəfindən xx.xx.2023-xx.xx.2023-cü il tarixlərdə cəmi 80.2 min manat dəyərində təqdim edilmiş qaimə-fakturalar üzrə "Qayçı (bərbər üçün), Daraq (bərbər üçün), Taxta yeşik 1200x800 və sair" satışda qeyd olunduğu müəyyən edilmişdir. Lakin elektron qaiməfaktura üzrə vergi ödəyicisinin alışında, idxalında qeyd edilən mallar (iş, xidmət) müəyyən edilməmişdir. Eyni zamanda vergi ödəyicisinin təsərrüfat subyektinin (obyekt) qeydə alınmadığı müəyyən edilmişdir. Həmçinin, "xxxx" MMC-nin vergi orqanında qeydiyyatda olan obyekti, eləcə də, nəqliyyat vasitələri və işçiləri də yoxdur. Odur ki, “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarla hesablanmış vergi məbləğləri Vergi Məcəlləsinin tələblərinə uyğundur, qanuni və əsaslıdır. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-3061/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə iddia təmin edilmiş və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 05 avqust 2024-cü il tarixli, 3-21-2-3/2- 33481/2024 nömrəli və 05 avqust 2024-cü il tarixli, 3-21-2-3/2-35353/2024 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarlarının ləğv edilməsi qərara alınmışdır. Cavabdeh qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddiaya dair verilmiş yazılı etiraza uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. İddiaçı məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməklə, iddia tələbi mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq, özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd). Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd). İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar (8.6- cı bənd).” Həmin Qərarın 2.3-cü bəndinə əsasən, məhkəmələr ilk növbədə iddiaçınınhəmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmadığını, cavabdehin həmin iddiaya cavab verməli olubolmadığını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib- edilmədiyini,prosessual həmiştirakçılığın yolverilənliyini,tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Hazırkı işin hallarından müəyyən edilir ki, iddiaçı 05 avqust 2024-cü il tarixli, 3-21-2-3/2- 33481/2024 nömrəli, 05 avqust 2024-cü il tarixli, 3-21-2-3/2-35353/2024 nömrəli qərarlarının ləğv edilməsini xahiş edir. Məhkəmə kollegiyası qeyd edir ki, işin hazırkı apellyasiya icraatı zamanı məhkəmə kollegiyası iclasında iştirak etmiş cavabdehin nümayəndəsi izahatında iddiaçı tərəfindən yeni dəqiqləşmiş bəyannamə təqdim edildiyini və bununla əlaqədar olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-2-3/2-753106/2025 №-li “Vergilərin, cari vergi ödəmələrinin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının hesablanması barədə” yeni qərarın qəbul edildiyini, hazırkı iddia tələbi ilə mübahisələndirilən qərarların isə ləğv edildiyini bildirmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, hazırkı iddia tələbi ilə mübahisələndirilən cavabdeh vergi orqanının 05 avqust 2024-cü il tarixli, 3-21-2-3/2-33481/2024 nömrəli və 05 avqust 2024-cü il tarixli, 3-21-2-3/2-35353/2024 nömrəli qərarları ləğv edildiyindən, artıq mövcud olmadığından iddia tələbi mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göründüyü kimi qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması deyil, konkret hüquqların pozulmasının əsaslandırıldığı hallarda mümkün hesab edilir. Beləliklə yuxarıda qeyd edilən hallar hazırkı işin birinci instansiya icraatı zamanı nəzərə alınmamış, məhkəmə tərəfindən iddia tələbi mümkün sayılaraq, maddi və prosessual normaların pozulması şəraitində qanunsuz və əsassız olaraq qərar qəbul edilmiş iddiaçının iddia tələbi təmin edilmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İPM-in 82,87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D I : Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-3061/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ləğv edilsin. İddiaçı "xxxx" MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 05 avqust 2024-cü il tarixli, 3-21-2-3/2-33481/2024 nömrəli, 05 avqust 2024-cü il tarixli, 3-21-2-3/2- 35353/2024 nömrəli qərarlarının ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin inzibati kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küç, 14) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-2324/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2324/2025
16.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver