Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2326/2023 12.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Yusifov Cahangir Afər oğlu və X4 ibarət tərkibdə, Məmmədova Leyla Asəf qızının katibliyi ilə, İddiaçıların nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Bakı şəhər İcra Hakimiyyəti və Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “sərəncamın və çıxarışın qanunsuz sayılaraq etibarsız hesab edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2693/2023 saylı, 14 mart 2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsində (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ : İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1992-ci il tarixli 941 saylı sərəncamı, həmin sərəncam əsasında 2000ci il tarixli akt Ləhiş bağlarında yerləşən 1246 və 1247 №-li bağ sahələrinə olan 46 və 47 №-li Orderlərin ləğv edilməsi hissəsində, Bakı şəhəri İcra Hakimiyyətinin Başçısının xx.xx.2005-ci il tarixli, 62 №-li Sərəncamın həmin bağ sahələrinin üçüncü şəxslər X10 və X7 verilməsi hissədə, Bakı şəhəri İcra Hakimiyyəti Başçısının X2 İnkişafı və İstismarı Birliyi ilə üçüncü şəxslər X10 arasında 1246 saylı bağ sahəsinin istifadəyə verilməsi barədə 34415 №-li xx.xx.2005-ci il tarixli və X11 arasında 1247 saylı bağıın istifadəyə verilməsi barədə xx.xx.2005-ci il tarixli 34421 nömrəli müqavilənin edibarsız hesab edilməsi, Ləhiş bağ sahəsindən 1246 və 1247 №li bağ sahələrinə hüquqlarının tanınması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı2 və qızı Məmmədova (Ağarzayeva) Pərvanə Ağamayıl qızına Bakı şəhər İcraiyyə komitəsinin 15 sentyabr 1990-cı il tarixli 6/290 №-li qərarı ilə Ləhic bağlar sahəsində hərəsinə 0,12 ha ölçüdə 1246-11 və 1247-12 №-li bağ sahələri ayrılmış və həmin bağ sahələrinə dair onlara Bakı şəhər İcraiyyə komitəsinin X3 və istismarı birliyinin 74 saylı bağlar təsərrüfat kooperativi tərəfindən 46 və 47 nömrəli Orderlər verilmişdir. 2015-ci ildən başlayaraq onlar bir neçə dəfə Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə müvafiq tələb olunan sənədləri təqdim etməklə ərizə ilə müraciət edərək Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağları ərazisində ona Bakı şəhəri icraiyyə komitəsinin Bağlar təsərrüfat inkişafı və istismarı birliyinin verdiyi 46 və 47 saylı Orderi ilə hərəsinə ayyılınış 0.12 ha tropaq sahələrinə dair mülkiyyət hüququnun qeydə alınması və ona Çıxarışın verilməsini xahiş etmişdirlər. Cavabdeh qurumun xx.xx.2015-ci il tarixli **********21 №li cavab məktubunda bildirilmişdir ki, Sabunçu rayonu Ləhiş bay massivində yerləşən 1247.12 saylı bağın torpaq sahəsinin yoxlama-ülçü işlərinin aparılması də əlaqədar mütəxəssislər ünvanda olarkən məlum olmuşdur ki, bağ sahəsində hasarlanma və mərzçəkmə işləri aparılmamışdır. Azərbaycan Respublikası Miilki Məcəlləsinin 176-cı maddəsinə əsasən bağ sahəsində hasarlanma və mərzçəkmə işlərinin aparılması məqsədəuyğundur. Bundan sonra Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən bağ sahələrinə baxış keçirilərək, həmin qurum tərəfindən xx.xx.2015-ci il tarixli, **********76 №li məktubla bu sahələrin yerləşmə cizgisi (план расположения дачных участков ДСК-74 в массиве Ляищ) tərdib olunmuş “arxivdə saxlanılan əsasasın nüsxəsi ilə eynidir” ştampı. 3 əməkdaşın imzası ilə xx.xx.2015-ci il tarixlə təsdiqlənmiş surəti verilmişdir. Lakin sonradan bu qurum tərəfindən süründürməçiliyə yol verilərək, müxtəlif bəhanələrlə (torpaq sahəsinin döngə nöqtələrinin olmaması, toıqəaq sahəsinin hasarlanmasını və s ). adılarına torpaq sahələrinə dair mülkiyyət hüququnun qeydiyyata alınmasından imtina olunmuşdur. Belə ki, cavabdeh qurumun ona verdiyi xx.xx.2015-ci il tarixli, **********19 №-li məktubunda bildirilir ki, Sabunçu rayonu Ləhiş bağ massivində yerləşən 1247/12 saylı bağın torpaq sahəsinin yerinin dəqiqləşdirilməsi zamanı yoxlama-ölçii işlərinin aparılması ilə əlaqədar mütəxəsislər ünvanda olarkən məlum olmuşdur ki, bağ sahəsi mübahisəli olduğundan ölçü işlərinin aparılmasına şərait yaradılmamışdır. Cavabdeh qurumun verdiyi xx.xx.2016-cı il tarixli, **********49 №-li məktubla bildirilmişdir ki, Sabunçu rayonu Ləhiş bağ massivində yerləşən 1246 bağ sahələrinin hüdudlarının dəqiqləşdirilməsinə dair bildirilmişdir ki, çöl şəraitində tərəfinizdən göstərilən 1246 və 1247 saylı bağ sahələrinə aid torpaq sahələri dövlət reyestrində qeydiyyata alınmış 1358 və 1359 saylı və istifadədə olan 1357 saylı bağ sahələrinə aiddir. Bakı şəhər icrayə komitəsinin X3 və istismarı birliyinin nümayəndələri tərəfindən 1246 və 1247 saylı bağların naturada göstərilmiş sərhədlərin tələb olunan qaydada (daş və yaxud metal torla) iddiaçılar tərəfindən hasarlandıqdan soııra yenidən baxıla bilər. Cayabdeh qurumun verdiyi xx.xx.2016-cı il tarixli **********19 №-li -ci il tarixli. **********19 №-li məktubla bildirilmişdir ki, Ləhiş bağ massivində yerləşən 1246 və 1247 saylı bağ sahələrinin ayrılmasına dair qanuna müvafıq hüquqmüəyyənedici sənədlər Bakı şəhər Ərazi İdarəsinə təqdim edildikdən sonra müraciətə baxıla bilər. Cavabdeh qurumun verdiyi xx.xx.2016-cı il tarixli, **********77 №-li məktubunda bildirilir ki, ərizəçi tərəfindən torpaq sahəsinin yeri təyin edilmədiyindən Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi 1247-12 ünvanında yerləşən torpaq sahəsinin bölgü sxeminin tərtib edilməsi mümkün olmamışdır. Cavabdeh qurumun xx.xx.2016-cı il tarixli, **********429 №-li məktubla bildirilmişdir ki, keçmiş Bakı şəhər icraiyyə komitəsinin X3 və istismarı Birliyinin nümayəndələri tərəfindən 1246-11 saylı bağın naturada göstərilmiş sərhədləri tələb olunan qaydada (daş və yaxud metal torla) sizin tərəfinizdən hasarlandıqdan sonra müraciətinizə yenidən baxıla bilər. Cavabdeh qurumun xx.xx.2017-ci il tarixli **********91 №-li məktubla bildirilmişdir ki, xx.xx.2016-cı il tarixli ünvan ünvanda yerləşən torpaq sahəsinin bölgü sxeminin tərtib edilməsi barədə ********** №- li cavab məktubunda bildirilir ki, 1246 saylı bağ sahəsi digər fiziki şəxsin atlına qeydiyyatdan keçmişdir Bu səbəbdən ərizənin icrası mümkün olmamışdır. Cavabdeh qurumun xx.xx.2022-ci il tarixli **********09 №-li məktubu ilə bildirilir ki, ünvan ünvanda yerləşən torpaq sahəsinin bölgü sxeminin tərtib edilməsi barədə ********** №li xx.xx.2022-ci il tarixli ərizəyə baxılaraq bildirilmişdir ki, sözü gedən ünvana texniki baxış keçirmək və invertarlaşdırma işlərinin aparılması üçün idarənin mütəxəssilərinə tam şərait yaradılmamışdır. Bıı səbəbdən ərizənin icrası mümkün olmamışdır. Cavabdeh qurumun xx.xx.2022-ci il tarixli, **********61 №li məktubu ilə bildirilir ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 1246 və 1247 ünvanda verləşən bağ sahəsinə bölgü sxeminin verilməsi barədə **********№-li xx.xx.2022-ci il tarixli ərizəyə cavab olaraq bildirilir ki, göstərilən bağ sahəsi 1200 kv.metr olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi 1246 saylı bağ sahəsi kimi digər fiziki şəxsin adına qeydiyyata alınmışdır. Bu səbəbdən bölgü sxeminin tərtib edilməsi mümkün olmamışdır. Vəkilin sorğusuna cavab olaraq cavabdeh qurum tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, **********56 №-li arayışda bildirilmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi, 0,12 ha torpaq sahəsi olan 1247-12 saylı bağ sahəsinin ayrılmasına dair İddiaçı2 adına 47 nömrəli order idarənin arxivində aşkar edilməmişdir. Ləhiş bağ massivi 206 nömrəli bağ tikinti kooperativi üzvlərinin siyahısında İddiaçı2 adı göstərilmişdir. (6/290 nömrəli xx.xx.1990-cı il tarixli qərar), Arxiv qovluğunda icarədarın öz ərizəsi əsasında xx.xx.1991-ci il tarixli 2 nömrəli protokol ilə 206 nömrəli bağ tikinti kooperativi üzvlüyündən çıxarılması, sonradan 74 nömrəli bağ tikinti kooperativinə keçməsi barədə məlumat mövcuddur. Məlumat üçün bildirilir ki, İdarənin arxivində aşkar olunan 2000-ci il tarixli akta əsasən Bakı şəhər icra hakimiyyəti Başçısının xx.xx.1992-ci il tarixli, 941 saylı sərəncamını əsas götürərək 74 saylı BTK nəzdində olan 1247 saylı bağ sahəsinə dair verilmiş orderin ləğv olunaraq idarənin boş bağlar balansına keçirilməsi məqsədəuyğun hesab edilmişdir. Belə ki, idarənin arxivində Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində verləşən 0.12 ha torpaq sahəsi olan 1247 saylı bağ sahəsinin istifadəyə verilməsinə dair keçmiş X3 və İstismarı Birliyi ilə X12 arasında bağlanılmış xx.xx.2005-cı il tarixli 34421 nömrəli müqavilə mövcuddur. Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 1247 saylı 0.12 hektar bağ sahəsinin dövlət reyestrində qeydiyyata alınmasına dair məlumat aşkar olunmamışdır. Vəkilin sorğusuna cavab olaraq cavabdeh qurum tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli **********99 №-li arayışda bildirilmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi, 0,12 ha torpaq sahəsi olan 1246 sayla bağ sahəsinin 46 nömrəli order əsasında qeydiyyata alınması barədə məlumat aşkar edilməmişdir. Həmçinin bildirilir ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş iş bağ massivi, 0,12 ha torpaq sahəsi olan 1246 saylı bağ sahəsi xx.xx.2005-ci il tarixli 344/5 saylı müqavilə və 2 saylı BİİM-nin xx.xx.2015-ci il tarixli 2-1(82)-1562/2015 saylı qərardadına əsasən xx.xx.2016-cı il tarixdə X5 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır, hazırda mülkiyyətindədir. Məlumat üçün bildirilir ki, İdarənin arxivində aşkar olunan 2000-ci il tarixli akta əsasən Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1992-ci il tarixli, 941 saylı sərəncamını əsas götürərək 74 saylı BTK nəzdində olan 1247 saylı bağ sahəsinə dair verilmiş orderin ləğv olunaraq idarənin boş bağlar balansına keçirilməsi məqsədəuyğun hesab edilmişdir. Qeyd edilir ki, cavabdeh qurum qızı Məmmədova (Ağarzayeva) Pərvanə Ağamayıl qızına aid olan 1247 №-li bağ sahəsinə dair məlumatı onun adına, ona aid olan 1246 №-li bağ sahəsinə dair məlumatı qızının adına yazmışdır Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2693/2023 saylı, 14 mart 2023-cü il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətini iş materialları ilə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. İş materiallarında olan: - X3 və X13 bağlar sahəsindən 74 nömrəli kooperativdən verilmiş orderlərin surətlərinə əsasən 74 nömrəli BTK nəzdində 0,12 ha torpaq sahəsi olan 1247-12 nömrəli bağ sahəsi 47 nömrəli Order ilə İddiaçı2 Ağaəli qızına ayrılmışdır. - X3 və X13 bağlar sahəsindən 74 nömrəli kooperativdən verilmiş orderlərin surətlərinə əsasən 74 nömrəli BTK nəzdində 0,12 ha torpaq sahəsi olan 1247-12 nömrəli bağ sahəsi 46 nömrəli Order ilə X1 ayrılmışdır. - Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatının 23 noyabr 2022-ci il tarixli məktubunda bildirilmişdir ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2005-ci il tarixli 62 nömrəli sərəncamı böyük həcmlidir və həmin sorğuda göstərilən vət.İddiaçı1 və İddiaçı2 bağ sahələrinin ayrılması aşkar edilməmişdir. Eyni zamanda bildirilmişdir ki, X3 və İstismarı Birliyi tərəfindən verilən orderlər və orderlərin ləğv olunmasına dair aktlar Bakı şəhər İcra Hakimiyyətinin arxivində saxlanılmır. - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən təqdim olunmuş 1246 saylı bağ sahəsinin arxiv qovluğundakı Bakı şəhər İcra Hakimiyyəti Başçısının 11 yanvar 2023-cü il tarixli arxiv arayışında göstərilmişdir ki, Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.1997-ci il tarixli, 233 bömrəli sərəncamına əsasən X6 Ləhiş bağ 1246 nömrəli bağ, X7 Ləhiş bağ 1247 nömrəli bağ sahəsi ayrılmışdır. - Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və Park- X9 Departamentinin X3 və X13 ərazisindəki 1246 nömrəli bağın istifadəyə verilməsi haqqında 34415 saylı 01 aprel 2005- ci il tarixli müqaviləyə əsasən Ləhiş bağlar ərazisində 0,12 hektar sahəsi olan 1246 nömrəli bağ X5 istifadəsinə verilmişdir. - Vəkil sorğusuna cavab olaraq bildirilmişdir ki, Bakı şəhəri, Sabunçu ryaonu, Ləhiş bağ massivi, 0,12 ha torpaq sahəsi olan 1246 saylı bağ sahəsinin 46 nömrəli order əsasında qeydiyyata alınması barədə məlumat aşkar edilməmişdir. Həmçinin bildirilmişdir ki, Bakı şəhəri, Ləhiş bağ massivi 0,12 ha torpaq sahəsi olan 1246 saylı bağ sahəsi xx.xx.2005-ci il tarixli, 34415 saylı müqavilə və 2 saylı BİİM-in xx.xx.2015-ci il tarixli 2-1(82)-1562/2015 saylı qərardadına əsasən xx.xx.2016-cı il tarixdə X5 adına qeydiyyata alınmışdır, hazırda mülkiyyətindədir. Məlumat üçün bildirilmişdir ki, idarənin arxivində aşkar olunan 2000-ci il tarixli akta əsasən Bakı şəhəri İcra Hakimiyyəti Başçısının xx.xx.1992-ci il tarixli 941 saylı sərəncamını əsas götürərək 74 saylı BTK nəzdində olan 1246 saylı bağ sahəsinə dair verilmiş orderin ləğv olunaraq idarənin boş bağlar balansına keçirilməsi məqsədəuyğun hesab edilmişdir Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında əsasən: “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini....yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”. Belə olan halda inzibati icraat qaydasında baxılan istənilən iddia inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, qanunla müəyyən edilən iddia müddətləri daxilində və müvafiq cavabdehlik daşıyan inzibati orqana qarşı qaldırılmalı, hüquq və azadlıqların pozuntusu sübutlar da əlavə olunmaqla əsaslandırmalıdır ki, onun məhkəmə icraatı mümkün sayılsın. Məhkəmə kollegiyası qeyd edir ki, subyektiv hüquq hər hansı bir şəxsin qanun, müqavilə və ya inzibati aktla tanınan və digər şəxslərdən müəyyən hərəkətləri etməyi, bu cür hərəkətlərə dözməyi və ya hərəkətsizlik nümayiş etdirməyi tələb etmək imkanıdır. İddiaçı iddia ərizəsində belə tələb hüququna istinad etməlidir. Subyektiv hüquqlara xüsusilə Konstitusiyada təsbit olunmuş əsas hüquqlar, eləcə də qanunlardan irəli gələn subyektiv hüquqlar aiddir. Qanunla qorunan maraqlar, əslində subyektiv hüquqlarla eyniyyət təşkil edir. Məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Deməli, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. İddia tələbini irəli sürmüş şəxsin müvafiq subyektiv hüquqlara malik olmaması, onun başqa şəxslərdən tələb etmək və müdafiə olunmaq hüququnu istisna edir. Belə ki, iş materiallarında olan Bakı şəhər İcra Hakimiyyəti tərəfindən Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1992-ci il tarixli 941 nömrəli sərəncamının təsdiq olunmuş surətindən müəyyən edilir ki: - 1988-ci ildən Bağlar təsərrüfatı idarəsinin boş bağlar balansında olan bağ sahələri bağtikinti kooperativlərinin tərkibində vətəndaşların istiadələrinə verilmiş və bir çox vətəndaşlar bu günə kimi onlar üçün ayrılmış bağ sahələrində heç bir abadlıq və becərmə işləri aparılmamışdır. İstifadə olunmayan bağlar barədə: 1.Bağlar təsərrüfatı idarəsi bağ ərazisinin yerləşdiyi qəsəbə (kənd) icra hakimiyyəti aparatının deputatları ilə birlikdə bağ-tikinti kooperativlərinin tərkibində iki və daha çox il bağ sahəsi ilə təmin edilb lakin heç bir abadlıq və becərmə işləri görməyən belə vətəndaşlar barədə yerində akt tərtib etsinlər; 2.Akt əsasında da abadlıq və becərmə işləri görməyən belə vətəndaşlardan həmin bağ sahələri geri alınsın və onlardakı orderlər etibarsız sayılsın. 3.Geri alınmış bağ sahələri Bağlar təsərrüfatı idarəsinin növbədə dayanan vətəndaşların istifadələrinə verilsin. Eyni zamanda iddiaçıların vaxtilə istifadələrinə verilmiş 1246 və 1247 nömrəli bağ sahələri “Bağ-tikinti kooperativlərinin tərkibində iki ildən çox bağ sahəsi ilə təmin edilib lakin heç bir abadlıq və becərmə işləri görməyən vətəndaşlar barədə” Bakı şəhəri İcra Hakimiyyətinin xx.xx.1992-ci il tarixli 941 nömrəli sərəncamı əsasında geri alınmış və orderləri etibarsız hesab edilmişdir. Belə olan halda “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununun qəbul edildiyi 1996-cı il tarixdə iddiaçıların qanuni istifadəsində torpaq sahəsi olmamışdır. Bakı şəhər İcra Hakimiyyəti tərəfindən təqdim edilmiş Bakı şəhəri İcra Hakimiyyətinin xx.xx.2005-ci il tarixli 62 nömrəli sərəncamına əsasən Ləhiş bağ massivində 1246 nömrəli bağ sahəsi İİİ qrup müharibə əlili X5 və 1247 nömrəli bağ sahəsi İİ qrup müharibə əlili X7 verilmişdir. Məhkəmə kollegiyası yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, “Torpaq islahatı haqqında” qanun qəbul edilən 1996-cı il tarixədək həmin bağ sahələrinin geri alınmasına dair hələ 1992-ci ildə qərar qəbul edilərək orderlər etibarsız hesab edildiyindən həmin bağ sahələri qanun qəbul edilən tarixdə iddiaçıların qanuni istifadəsində olmamışdır. Odur ki, iddiaçıların həmin torpaq sahəsi ilə bağlı mübahisə açmağa subyektiv hüququ yoxdur. Digər tərəfdən məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının 2011-ci ilədək qüvvədə olan qanunvericilik aktları ilə müəyyən edilmiş müddətlər daxilində iddia etdiyi tələbi ilə məhkəməyə müraciət etməsi müəyyən olunmur. Azərbaycan Respublikası İPM-i qüvvəyə minənədək qüvvədə olan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24-1-fəslində (Dövlət hakimiyyəti orqanlarının, idarələrin, təşkilatların, müəssisələrin və vəzifəli şəxslərin vətəndaşların, hərbi qulluqçuların və kollektivlərin hüquqlarına toxunan qeyri-hüquqi hərəkətlərindən şikayətlər) və 2000-ci il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2011-ci il 30 iyun tarixədək qüvvədə olmuş 27-ci fəslində (Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraat) ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə hüquqi müdafiə imkanları nəzərdə tutulmuşdu. Bu baxımdan mübahisə açan tərəf həmin qanunvericilik aktlarının verdiyi hüquqi müdafiə imkanlarından, həm də həmin aktlarla müəyyən edilmiş müddətlərdə istifadə etmədiyi halda, 2011ci il tarixədək qəbul edilmiş aktların (hərəkət və ya hərəkətsizliyin) mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 2011-ci il tarixədək artıq ötürülmüşdürsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməzlər. Belə ki, İnzibati Prosessual Məcəllə onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta (hərəkət və ya hərəkətsizliyə) qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. Məhkəmə kollegiyası hesab edir ki, inzibati orqanın 01 yanvar 2011-ci ilədək qəbul edilmiş qərarlarının ləğvi, dəyişdirilməsi və ya etibarsızlığı, həmçinin hərəkəti və hərəkətsizliyi ilə bağlı iddialara baxılarkən həmin qərarların (hərəkətlərin) mübahisələndirilməsi imkanı aradan qalxdığından, belə iddialar mümkünlük şərtlərinə cavab vermədiyindən mümkün sayılmamalıdır. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, iddiaçılar işin birinci instansiya icraatı zamanı məhkəməyə ərizə təqdim edilərək iddia tələbinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsini üçüncü şəxs kimi əvəz olunması, cavabdeh Bakı şəhəri İcra Hakimiyyəti olmaqla Bakı şəftəri Bağlar təsərrüfaf birliyinin noyabr 2004cü il tarixli aktının 10-cu bəndində qeyd olunan 1246 və 1247 №li bağ sahələrinə dair Orderlərin ləğv olunması hissəsində, Bakı şəhəri İcra Hakimiyyətinin Başçısının xx.xx.2005-ci il tarixli 62 №-li Sərəncamın həmin bağ sahələrinin üçüncü şəxslər X10 və X7 verilməsi hissəsində, Bakı şəhəri İcra Hakimiyyəti Başçısının X2 İnkişafı və İstismarı Birliyi ilə üçüncü şəxslər X10 arasında 1246 saylı bağ sahəsinin istifadəyə verilməsi barədə 34415 №-li xx.xx.2005-ci il tarixli və X12 arasında 1247 saylı bağım istifadəyə verilməsi barədə xx.xx.2005-ci il tarixli 34421 nömrəli müqavilə edibarsız hesab edilməsi, Ləhiş bağ sahəsində 1246 və 1247 №li bağ sahələrinə iddiaçıların hüquqlarının tanınması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bununla bağlı qeyd edilməlidir ki, birinci instansiya məhkəməsi haqlı olaraq ərizəni icraata qəbul edilməsindən imtina etmişdir. Belə ki, iddiaçılar tərəfindən təqdim edilən iddianın dəqiqləşdirilməsinə dair ərizə iddianın yuxarıda qeyd edilən mümkünsüzlük şərtlərini aradan qaldırmır. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası işin yuxarıda müzakirə edilən hallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanuni olmuş, apellyasiya şikayəti qərardadların ləğvinə əsas verməmiş, bununla əlaqədar olaraq, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-in 82, 87, 90 və 94-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ : İddiaçılar İddiaçı1 və İddiaçı2 apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2693/2023 saylı, 14 mart 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küç, 14) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-2326/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2326/2023
12.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver