Məhkəmə qərarları › İş №2-1(103)-2327/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2327/2021

03.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2327/2021 03.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həmidov Həmid Üzeyir oğlunun sədrliyi ilə (məruzəçi); Qurbanov Raqib Əliddin oğlu və Nağıyeva Elmira Eyvaz qızından ibarət tərkibdə; X18 qızının katibliyi, Üçüncü şəxsin vəkili Vəkil, Cavabdeh Binəqədi rayon Binəqədi Bələdiyyəsinin nümayəndəsi X12 iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin X13 cavabdeh Binəqədi rayon Binəqədi Bələdiyyəsinə qarşı (üçüncü şəxs X8) “qərarın ləğv edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 02 iyun 2021-ci il tarixli, 2-1(112)-214/2021 nömrəli qərarından üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi X17 cavabdeh Bakı şəhəri Binəqədi rayon Binəqədi Bələdiyyəsinə qarşı X8 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb olunmaqla iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin 23.07.2007-ci il tarixli qərarının ləğv edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Binəqədi Bələdiyyəsinin sənədlərinə inzibati nəzarət qaydasında baxılarkən məlum olmuşdur ki, 8-ci m/r, S.Axundov küçəsi 36 saylı yaşayış binasının yaxınlığında vətəndaş Azadxan Xanməmmədova sahibkarlıq fəaliyyəti üçün Binəqədi Bələdiyyəsinin 23.07.2007-ci il tarixli, 187 saylı qərarı ilə 100 kv.metr torpaq sahəsi ayrılmışdır. Araşdırma zamanı aşağıda qeyd olunan qanun pozuntuları müəyyən edilmişdir: qeyd edilən qərar qanunsuz tərtib olunmuş, qərar qəbul edilərkən bələdiyyənin mülkiyyət hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanlarının rəyi olmamışdır. Yuxarıda qeyd olunan bələdiyyə qərarının ləğv edilməsi üçün X17 tərəfindən Binəqədi Bələdiyyəsinə 03.05.2019-cu il tarixli, 09/6- 33 saylı təklif məktubu göndərilmişdir. X13 təklif məktubu Binəqədi Bələdiyyəsinin 31.05.2019-cu il tarixli, 07 saylı iclasında müzakirə olunmuş və təklif təmin edilməmişdir. «Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında» Azərbaycan Respublikası Qanununun 1 və 3.1-ci maddələrinə və həmin Qanunun tətbiqinə dair Azərbaycan Respublikası Prezidentinin 27 sentyabr 2003-cü il tarixli 922 nömrəli Fərmanına əsasən Ədliyyə Nazirliyi bələdiyyələr, bələdiyyə orqanları və onların vəzifəli şəxsləri tərəfindən Azərbaycan Respublikasının Konistitusiyasına və qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına riayət edilməsinə inzibati nəzarəti həyata keçirir. Qeyd olunan Qanunun 8.4-cü maddəsinə əsasən inzibati nəzarəti həyata keçirən orqan daxil olmuş müraciətin araşdırılması nəticəsində bələdiyyə aktının bu Qanunun 1-ci maddəsində göstərilmiş normativ hüquqi aktlara zidd olduğunu aşkar etdikdə, həmin aktın 15 gün ərzində dəyişdirilməsi və ya ləğv edilməsi barədə müvafiq bələdiyyəyə müraciət edir. Həmin Qanunun 8.5-ci maddəsinə əsasən inzibati nəzarəti həyata keçirən orqanın müraciəti bu Qanunun 8.3 və 8.4-cü maddələrində müəyyən olunmuş müddət ərzində müvafiq bələdiyyə tərəfindən yerinə yetirilmədikdə, o, 15 gün ərzində məhkəməyə müraciət edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 16.03.2007-ci il tarixli 9-T nömrəli əmri ilə X17 haqqında Əsasnamə təsdiq edilmişdir. Həmin Əsasnamənin 7.5 və 7.6-ci maddələrinə əsasən bələdiyyə aktının Azərbaycan Respublikasının Konstitutsiyasınä və digər qanunvericilik aktlarına zidd olması barədə kifayət qədər əsas olduqda aktın qanunvericiliklə müəyyən olunmuş müddətdə dəyişdirlməsi və ya ləğv edilməsi haqqında müvafiq bələdiyyəyə müraciət edilə və bələdiyyə tərəfindən qanunun tələbinə əməl edilmədikdə məhkəmə qarşısında iddia qaldırıla bilər. Mülki Məcəllənin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ isə həmin əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir və dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində bağlanmış əqdlər etibarsız sayılır. Həmin dövrdə qüvvədə olan “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” lanunun 6.5-ci maddəsinin tələblərinə əsasən torpaq sahəsinin mülkiyyətə, istifadəyə və arəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma əqsədınə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilirdi.Müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini keçmiş torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumları və icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri həyata keçirirdi. Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli, 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnamənin 7-ci bəndinin ikinci cümləsinin həmin dövrdə qüvvədə olan redaksiyasına görə bələdiyyələr ərazinin planlaşdırılması və tikintisi layihələrini müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırırlar(müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri həyata keçirirdi). Həmin dövrdə qüvvədə olan “Torpaq bazarı haqqında” Qanunun 9-cu maddəsinə və Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Torpaqların alqı-satqısı Qaydaları”nın 8-ci bəndinin iyirmi dördüncü abzasına əsasən torpaqların alqı-satqısına dair üç nüsxədən ibarət müvafiq bələdiyyə orqanının rəhbəri, torpaq şöbəsinin müdiri və torpaq alan şəxs tərəfindən imzalanmış və möhürlə təsdiq edilmiş akt tərtib edilməli idi. Qeyd olunur ki, 2014-cü ilin iyul ayında qanunvericiliyə edilmiş dəyişikliklərlə əlaqədar, bələdiyyə tərəfindən torpaqların satılması zamanı torpaqların alqı-satqısına dair aktın əvəzinə tərəflər arasında müqavilə bağlanmalıdır. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 8 iyul 2014-cü il tarixli 215 nömrəli Fərmanı ilə “Torpaqların alqı-satqısı Qaydalar"nın 5-ci bəndinin birinci abzasında “bələdiyyə orqanlarının qərarı ilə” sözləri “bələdiyyənin qərarı və tərəflər arasında bağlanan müqavilə ilə” sözləri ilə əvəz edilmiş, "Torpaqların alqısatqısına dair Akt” çıxarılmışdır. qaydasında həyata keçirilirdi.Müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini keçmiş torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumları və icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri həyata keçirirdi. Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli, 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnamənin 7-ci bəndinin ikinci cümləsinin həmin dövrdə qüvvədə olan redaksiyasına görə bələdiyyələr ərazinin planlaşdırılması və tikintisi layihələrini müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırırlar(müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri həyata keçirirdi). Həmin dövrdə qüvvədə olan “Torpaq bazarı haqqında” Qanunun 9-cu maddəsinə və Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Torpaqların alqı-satqısı Qaydaları”nın 8-ci bəndinin iyirmi dördüncü abzasına əsasən torpaqların alqı-satqısına dair üç nüsxədən ibarət müvafiq bələdiyyə orqanının rəhbəri, torpaq şöbəsinin müdiri və torpaq alan şəxs tərəfindən imzalanmış və möhürlə təsdiq edilmiş akt tərtib edilməli idi. Qeyd olunur ki, 2014-cü ilin iyul ayında qanunvericiliyə edilmiş dəyişikliklərlə əlaqədar, bələdiyyə tərəfindən torpaqların satılması zamanı torpaqların alqı-satqısına dair aktın əvəzinə tərəflər arasında müqavilə bağlanmalıdır. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 8 iyul 2014-cü il tarixli 215 nömrəli Fərmanı ilə “Torpaqların alqı-satqısı Qaydalar"nın 5-ci bəndinin birinci abzasında “bələdiyyə orqanlarının qərarı ilə” sözləri “bələdiyyənin qərarı və tərəflər arasında bağlanan müqavilə ilə” sözləri ilə əvəz edilmiş, "Torpaqların alqısatqısına dair Akt” çıxarılmışdır. Göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 45-46-cı maddələrinə, həmçinin «Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında» Azərbaycan Respublikası Qanununun 8.5-ci maddəsinə əsasən Binəqədi rayonu, Binəqədi Bələdiyyəsinin 23.07.2007-ci il tarixli qərarı ləğv edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 18 fevral 2020-ci il tarixli, 2-1(112)-165/2020 nömrəli qərardadı ilə iddia tələbi mümkün sayılmamışdır. Qərardaddan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasınin 2-1(103)-1120/2020 saylı,17.06.2020-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti təmin edilmiş, hazırkı iş üzrə Bakı İnzibati Məhkəməsinin 18 fevral 2020-ci il tarixli, 2-1(112)-165/2020 saylı qərardadı ləğv edilmiş, iş müvafiq prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilmişdir. Bakı İnzibati Məhkəməsinin 02 iyun 2021-ci il tarixli, 2-1(112)-214/2021 nömrəli qərarı ilə iddia tələbi təmin edilmiş, Bakı şəhəri, Binqədi rayonu Binəqədi Bələdiyyəsinin “Vətəndaş X1 fəaliyyətilə məşğul olmaq üçün torpaq sahəsinin onun mülkiyyətinə verilməsi haqqında” 187 nömrəli, 23.07.2007-ci il tarixli qərarı ləğv edilmişdir. Qərardan üçüncü şəxs X8 apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 02 iyun 2021-ci il tarixli, 2-1(112)-214/2021 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Binəqədi rayonu, Binəqədi Bələdiyyəsi ilə X8 arasında bağlanmış “Binəqədi rayonu Binəqədi Bələdiyyəsinini mülkiyyətində olan torpaq sahəsinin alqı-satqı yolu ilə mülkiyyətə verilməsi haqqında” 115 nömrəli, 23 iyul 2007-ci il tarixli müqavilədən görünür ki, tərəflər arasında 8 mkr. S.S.Axundov küçəsi, 36 saylı yaşayış binasının yanında 100 kvm. torpaq sahəsinə dair müqavilə bağlanmışdır. 24.07.2007-ci il tarixli, AJV 063615 №-li kassa mədaxil orderinin qəbzindən görünür ki, X8 tərəfindən 100 kv.metr torpaq sahəsinə görə 1000 (bir min) manat Binəqədi Bələdiyyəsinin hesabına mədaxil edilmişdir. 8 mkr. S.S.Axundov küçəsində 36 saylı yaşayış binasının yanında sahibkarlıqla məşğul olmaq üçün X7 təklif olunan torpaq sahəsinin (100 kv.m.) situasiya planından görünür ki, həmin situasiya planı X9 Mülkiyyətinin idarə edilməsi şöbəsinin mühəndis-memarı tərəfindən tərtib edilmişdir. Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin Başçısının 12-25/1940 saylı, 15 noyabr 2007-ci il tarixli və 12-x-88 saylı, 19 dekabr 2013-cü il tarixli məktublarına əsasən, Bakı şəhər sakini vətəndaş X1 fəaliyyəti ilə məşğul olmaq üçün ayrılması nəzərdə tutulmuş torpaq sahəsinə dair etiraz etməmişdir. AR FHN Tikintidə Təhlükəsizliyə Nəzarət X15 kənar Dövlət Ekspertiza Baş İdarəsi tərəfindən rəy tərtib olunmuşdur. Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin Başçısının 38 saylı, 17 fevral 2015-ci il tarixli sərəncamına əsasən binanın tikintisinə icazə verilmişdir. AR FHN X19 Xidmətinin YTNƏŞ-0316 saylı, 12.05.2017-ci il tarixli aktına əsasən, obyekt Azərbaycan Respublikasında qüvvədə olan 2-6-1 “Şəhər, qəsəbə və kənd yaşayış məskənlərinin planlaşdırılması və tikilib abadlaşdırılması” AR Dövlət Tikinti Normalarının, 2.02.01-97 “Bina və qurğuların yanğın təhlükəsizliyi” Dövlətlərarası Tikinti Normalarının, 2.09.04-87 “İnzibati və məişət binaları” Tikinti Norma və Qaydalarının, 2.04-09-84 “Bina və qurğuların yanğın avtomatikası" Tikinti Norma və Qaydalarının, 2.11-1 “Su təchizatı, Xarici Xətlər və qurğular” Tikinti Norma və Qaydalarının və “X6 Qaydaları”nın yanğına qarşı yönəldilmiş tələblərinə əməl edilməklə inşa edilmiş və yanğın-texniki ləvazimatlarla təmin edilmişdir. Ö/001368 nömrəli, 03 iyul 2017-ci il tarixli İstisamara hazırlıq aktı tərtib olunmuş, İstifadədə olan tikinti obyektinin mövcud vəziyyətdə istismarına 62 nömrəli, 22 dekabr 2017-ci il tarixli icazə verilmişdir. A.Xanməmmədova ayrılmış torpaq sahəsində bina tikilmiş, həmin binanın tikilməsinə də dövlət orqanları razılığını bildirmiş və torpaqdan istifadə olunmasından iddiaçının da xəbəri olmuşdur. Torpağın A.Xanməmmədova ayrılmasından 14 il, torpaq sahəsi üzərində bina tikilməsindən 5 il keçdikdən sonra iddiaçının belə bir iddia qaldırması həm İnzibati İcraat haqqında AR Qanununun, həm Torpaq Məcəlləsinin, həm də AR Konstitusiyasının tələblərinə ziddir. Odur ki, apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin X17 məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasının nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X16 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxsin vəkili Vəkil apellyasiya şikayətinə uyğun izahat verərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, üçüncü şəxsin apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 02 iyun 2021-ci il tarixli, 2-1(112)-214/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan : - Bakı şəhəri, Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin “Vətəndaş X1 fəaliyyətilə məşğul olmaq üçün torpaq sahəsinin onun mülkiyyətinə verilməsi haqqında” 187 nömrəli, 23.07.2007-ci il tarixli qərarının surətindən görünür ki, Binəqədi rayonu, 8 mkr. S.S.Axundov küçəsi, 36 saylı yaşayış binasının yanında 100 kv.m torpaq sahəsi sahibkarlıq fəaliyyətilə məşğul olmaq üçün əlavə edilmiş cizgi əsasında vət. X4 mülkiyyətinə (hər kv. m üçün YAN ilə 10 manat ödəmək şərti ilə) verilməsi, Bələdiyyə mülkiyyətinin idarə edilməsi şöbəsinə vət. X8 ilə müvafiq alqı-satqı müqaviləsinin bağlamasının tapşırılması, ayrılmış torpaq sahəsində tikinti işlərinə, inşa ediləcək obyektin layihəsi, habelə mühəndis-kommunikasiya pasportu rayon (şəhər) memarlıq xidməti ilə razılaşdırıldıqdan sonra başlaması, vət. X3 sanitar-texniki normalara uyğun saxlanılmasını təmin etməsi, Bələdiyyənin maliyyə, vergi və ödənişlər şöbəsində qeydiyyatdan keçməsinin tapşırılması qərara alınmışdır. - Binəqədi rayonu, Binəqədi Bələdiyyəsi ilə X8 arasında bağlanmış “Binəqədi rayonu Binəqədi Bələdiyyəsinini mülkiyyətində olan torpaq sahəsinin alqı-satqı yolu ilə mülkiyyətə verilməsi haqqında” 115 nömrəli, 23 iyul 2007-ci il tarixli müqavilənin surətindən görünür ki, tərəflər arasında 8 mkr. S.S.Axundov küçəsi, 36 saylı yaşayış binasının yanında 100 kvm. torpaq sahəsinə dair müqavilə bağlanmışdır. - 24.07.2007-ci il tarixli, AJV 063615 №-li kassa mədaxil orderinin qəbzinin surətindən görünür ki, X8 tərəfindən 100 kvm. torpaq sahəsinə görə 1000 (bir min) manat Binəqədi Bələdiyyəsinin hesabına mədaxil edilmişdir. - 8 mkr. S.S.Axundov küçəsində 36 saylı yaşayış binasının yanında sahibkarlıqla məşğul olmaq üçün X7 təklif olunan torpaq sahəsinin (100 kv.m.) situasiya planının surətindən görünür ki, həmin situasiya planı X9 Mülkiyyətinin idarə edilməsi şöbəsinin mühəndis-memarı tərəfindən tərtib edilmişdir. - Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin 31.05.2019-cu il tarixli, 07 saylı ümumi iclasının protokolunun surətindən görünür ki, vətəndaş Azadxan Xanməmmədova ayrılmış 100 kv. metr torpaq sahəsinin ayrılması barədə alqı-satqı aktının verilməsinə dair müraciətinə baxılması barədə Binqədi Bələdiyyəsinin 23.07.2007ci il tarixli qərarının ləğv edilməsi üçün tədbirlər görülməsin məsələsinin bələdiyyə iclasının müzakirəsinə çıxarılmasının tövsiyyə edilməsi barədə Azərbaycan Respublikası X13 03.05.2019-cu il tarixli, 09/6-33 nömrəli məktubu Bələdiyyənin iclasında müzakirə edilmiş və Binəqədi Bələdiyyəsinin 23.07.2007-ci il tarixli qərarının ləğv edilmədən qüvvədə saxlanılması qərar alınmışdır. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun (qərar qəbul edilən zaman qüvvədə olan redaksiyası) 6.5-ci maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Həmin məcəllənin 9.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə və icarə hüquqları bələdiyyələrin qərarı ilə bilavasitə, torpaq hərracları və ya müsabiqələri vasitəsilə satıla bilər. Həmin Məcəllənin 9.6-cı maddəsinə əsasən bələdiyyə tərəfindən bilavasitə satılmış torpaq sahələri və onlar üzərində istifadə və icarə hüquqlarına dair alqı-satqı aktı tərtib edilir. Həmin Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən həmin Qanunun 6.5-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini keçmiş Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumları (kənd təsərrüfatı və qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) və rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri (qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) həyata keçirirlər. “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşması qaydaları haqqında” Əsasnamənin (qərar qəbul edilən zaman qüvvədə olan redaksiyası): - 1-ci bəndinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyət, istifadə və icarə hüququ ilə hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. - 4-cü bəndinə əsasən bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə və icarə hüquqlarının, habelə bələdiyyə torpaqlarının satışı bələdiyyələrin qərarı ilə bilavasitə, torpaq hərracları və ya müsabiqələri vasitəsilə "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu və 10-cu maddələrinə və bu Əsasnaməyə uyğun olaraq həyata keçirilir. - 17-ci bəndinin tələbinə görə bələdiyyə hüquqi və fiziki şəxsin müraciətində göstərilmiş yerdə torpaq sahəsinin ayrılmasını məqsədəuyğun hesab etdiyi halda 5 gün müddətində müraciətdən çıxarışı torpaq sahəsinin planını (cizgisini) hazırlamaq üçün müvafiq icra hakimiyyəti orqanına göndərir. - 21-ci bəndinə əsasən müvafiq icra hakimiyyəti orqanı ayrılması nəzərdə tutulan torpaq sahəsinin planını (cizgisini) təsdiq edərək, torpaq sahəsinin normativ qiyməti barədə sənəd ilə birlikdə 10 gün müddətində bələdiyyəyə göndərir. - 22-ci bəndinə əsasən bələdiyyə müvafiq icra hakimiyyəti orqanından daxil olmuş sənədlərə baxaraq 5 gün müddətində torpaq sahəsinin mülkiyyətə, istifadəyə və ya icarəyə ayrılması barədə (torpaq sahəsi mülkiyyətə verildiyi halda dəyəri ödənildikdən sonra) qərar qəbul edir. - 23-cü bəndinə əsasən torpaq sahəsinin mülkiyyətə, istifadəyə və ya icarəyə verilməsi barədə bələdiyyənin qərarından sonra həmin sahənin sərhədləri yerdə (naturada) yerquruluşu qaydasında müəyyən edilir. - 25-ci bəndinin tələbinə görə bələdiyyələr ayrılmış torpaq sahəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu təsdiq edən sənədlərin hazırlanması üçün öz qərarından və torpaq sahəsinin planından (cizgisindən) çıxarışı müvafiq icra hakimiyyəti orqanına göndərir. - 26-cı bəndinə əsasən müvafiq icra hakimiyyəti orqanı hüquqi və fiziki şəxslərin vəsaiti hesabına 10 gün müddətində torpağa mülkiyyət, istifadə və ya icarə hüququna dair sənədi (dövlət aktı və ya şəhadətnamə) hazırlayır. Müvafiq icra hakimiyyəti orqanı torpaq sahəsi üzərində hüquqları dövlət torpaq kadastrında, dövlət torpaq reyestrində qeydiyyata alır və müvafiq sənədləri torpaq mülkiyyətçilərinə, istifadəçilərinə və icarəçilərinə təqdim edir. “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşması qaydaları haqqında” Əsasnaməninin tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 06 may 2002-ci il tarixli 696 saylı Fərmanına əsasən həmin Əsasnamənin 17-ci, 18-ci, 19-cu, 21-ci, 22-ci bəndlərində nəzərdə tutulmuş “müvafıq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini (bələdiyyə qərarının verildiyi tarixdə qüvvədə olan redaksiyası) Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumları həyata keçirirlər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65-ci maddəsinə əsasən torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. Torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. Torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır. Torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Torpaq sahələrinin sərhədləri yerə (naturaya) keçirildikdən sonra onun sahəsi ölçülür və torpaqların istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilə bağlanılır. - 67-ci maddəsinə əsasən torpaq zərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. - 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Məhkəmə araşdırılması zamanı mübahisələndirilən qərar qəbul edilən zaman qanunvericiliyin yuxarıda qeyd edilən tələblərinə əməl edilməməsi (torpağın bələdiyyənin mülkiyyətində olmasını təsdiq edən sənədin mövcud olmaması, müvafiq orqanların rəylərinin alınmaması) müəyyən edilmişdir. “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikası Qanununun: - 1-ci maddəsinə əsasən bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət - bələdiyyələr, bələdiyyə orqanları və onların vəzifəli şəxsləri (bundan sonra – “bələdiyyələr” adlandırılacaq) tərəfindən Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına (Naxçıvan Muxtar Respublikasında isə həm də Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına, qanunlarına və Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərarlarına) riayət edilməsinin təmin olunması, bələdiyyələr tərəfindən qanunvericiliyin pozulması hallarının, onları yaradan səbəb və şəraitin aradan qaldırılması məqsədi ilə həyata keçirilən fəaliyyətdir. - 4.2-ci maddəsinə əsasən bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət yalnız qanunçuluğa əməl olunması baxımından həyata keçirilir. - 5.0.1-ci maddəsinə əsasən bu Qanunun 6-cı maddəsində nəzərdə tutulmuş aktlar bu Qanunun 1-ci maddəsində göstərilən normativ hüquqi aktlara zidd olduqda inzibati nəzarət icraatının başlanması üçün əsasdır. - 8.4-cü maddəsinə əsasən inzibati nəzarəti həyata keçirən orqan bu Qanunun 5.0.1- ci maddəsində nəzərdə tutulmuş hallarda və ya daxil olmuş müraciətin araşdırılması nəticəsində bələdiyyə aktının bu Qanunun 1-ci maddəsində göstərilmiş normativ hüquqi aktlara zidd olduğunu aşkar etdikdə, həmin aktın dəyişdirilməsi və ya ləğv edilməsi barədə 5 iş günü müddətində müvafiq bələdiyyəyə müraciət edir. Bələdiyyə tərəfindən həmin müraciətə 5 iş günü müddətində bələdiyyə iclasında baxılaraq nəticəsi barədə inzibati nəzarəti həyata keçirən orqana məlumat verilir. - 8.5-ci maddəsinə əsasən inzibati nəzarəti həyata keçirən orqanın müraciəti bu Qanunun 8.3 və 8.4-cü maddələrində müəyyən olunmuş müddət ərzində müvafiq bələdiyyə tərəfindən yerinə yetirilmədikdə, o, müvafiq bələdiyyəyə müraciət etdiyi gündən 15 gün ərzində məhkəməyə müraciət edir. Məhkəməyə müraciət edilməsi barədə müvafiq bələdiyyəyə dərhal məlumat verilməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: - 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. - 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. - 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. - 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. - 67.4-cü maddəsinə əsasən qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 2.2.1-ci maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfındən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. - 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən mübahisələndirilmiş 23.07.2007-ci il tarixli qərarının yuxarıda qeyd edilən qanunvericilik normalarında nəzərdə tutulmuş qaydada qəbul edilməsi müəyyən edilmir. Məhkəmə kollegiyası hesab edir ki, Bakı şəhəri, Binəqədi rayonu Binəqədi Bələdiyyəsi tərəfindən “Vətəndaş X1 fəaliyyətilə məşğul olmaq üçün torpaq sahəsinin onun mülkiyyətinə verilməsi haqqında” 187 nömrəli, 23.07.2007-ci il tarixli qərarı qəbul edilən zaman qanunvericiliyin tələblərinə əməl edilmədiyindən birinci instansiya məhkəməsi iddia tələbini təmin etməkdə haqli olmuşdur. Məhkəmə kollegiyası üçüncü şəxsin torpağın A.Xanməmmədova ayrılmasından 14 il, torpaq sahəsi üzərində bina tikilməsindən 5 il keçdikdən sonra iddiaçının belə bir tələblə məhkəməyə müraciət etməsinin həm “İnzibati İcraat haqqında” AR Qanununun, həm Torpaq Məcəlləsinin, həm də AR Konstitusiyasının tələblərinə zidd olması barədə apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd edir ki, iddiaçı tərəfindən Binəqədi Bələdiyyəsinin 23 iyul 2007-ci il tarixli 187 saylı qərarın ləğv edilməsi üçün cavabdehə 03 may 2019-cu il tarixdə təklif məktubu göndərilmiş, həmin məktub Binəqədi Bələdiyyəsinin 31 may 2019-cu il tarixli iclasında müzakirə olunmuş və təklif təmin edilməmişdir. Daha sonra iddiaçı tərəfindən 16 iyul 2019-cu il tarixdə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edilmişdir. Göründüyü kimi, iddiaçı qanunvericiliklə nəzərdə tutulmuş müddətdə məhkəməyə müraciət etdiyindən, üçüncü şəxsin bu dəlili əsassız olmuşdur. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, üçüncü şəxsin apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 02 iyun 2021-ci il tarixli, 2-1(112)-214/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq qərara aldı: Üçüncü şəxs X5 apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 02 iyun 2021-ci il tarixli, 2-1(112)-214/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar