Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2329/2022 18.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “qarajın qeydiyyata alınması və qeyri-yaşayış sahəsi kimi texniki pasportun verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X5 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Həmid Üzeyir oğlu Həmidovdan və Cahangir Afər oğlu Yusifovdan ibarət tərkibdə X4-Yusiflinin katibliyi ilə, 3-cü şəxs X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “qarajın qeydiyyata alınması və qeyri-yaşayış sahəsi kimi texniki pasportun verilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5859/2022 saylı 17 may 2022-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 18 iyul 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 30 mart 1994-cü il tarixli, 445 saylı, Suraxanı Rayon İcra Başçısının xx.xx.1994-cü il tarixli, 1636 saylı sərəncamlarını nəzərə alaraq tikdirdiyi qarajın faktiki vəziyyətində, yəni 38.2 kv.m. ölçüdə hüquqi qeydiyyata alınması və qeyri-yaşayış sahəsi kimi texniki pasportun verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5859/2022 saylı 17 may 2022-ci il tarixli qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır. Həmin qərardaddan narazı qalan İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5859/2022 saylı 17 may 2022-ci il tarixli qərardadının ləğv edilməsi və iddianın mümkün sayılması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılışdır ki, iddiaçının tikdirdiyi qarajin movcud vəziyyətdə cizgisinin verilmasi ilə bağlı 2021-ci ilin iyun ayında Suraxanı İcra Hakimiyyətinə müraciət etmişdir. Suraxanı rayon İcra Hakimiyyəti 14-299-091 sayli xx.xx.2021-ci il tarixli məktubu ilə qeyd olunan sərəncamın və 2015-ci ildə daxil olmaqla bütün sənədlərin X6 filialına tahvil verildiyi bildirilərək, cizginin verilməsindən imtina etmişdir. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialı, 26 noyabr 2021-ci ii tarixli BA-05696-2021-ci il saylı cavab maktubunda onlarda saxlanan 163 saylı sarəncama akt va cizginin əlavə edilmədiyini bildirmişdir. xx.xx.2021-ci il tarixində qarajının DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsində mülkiyyət hüququnun qeydiyyata alınması və qeyri-yaşayış sahasi kimi texniki pasportun verilməsi barədə 2/30150041 saylı ərizə ilə müraciət etmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixli **********98 saylı cavab məktubu ilə qarajın cizgisinin olmamasını va rekonstruksiya olunaraq sahəsinin 17.8 kv.m genişləndirilərək, sarancamla icaza verilən 20.4 kv.m deyil, faktiki olaraq 38.2 kv.m təşkil etməsini əsas götürərək hüquqi qeydiyyata almaqdan imtina etmişdir. Məhkəmə işin hallarının araşdırılması prinsipini pozaraq iddia ərizəsinə düzgün baxmamışdır ki, bununla da onun konstitusion hüquqları pozulmuşdur. Tərəflərin izahatları Apelyasiya baxışı zamanı iddiaçı və cavabdeh bu barədə lazımi qaydada məlumatlandırılsa da, məhkəmə iclasında nümayəndələrinin iştiraklarını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. İnzibati məhkəmə icraatının iştirakçısı hazırki işə iddiaçının və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki iş üzrə verilmiş apellyasiya şikayətinə İddiaçı və cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. 3-cü şəxs X2 apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilib işin baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı tələbi Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 445 saylı 30 mart 1994-cü il tarixli, Suraxanı rayon İcra Başçısının 1636 saylı xx.xx.1994-cü il tarixli sərəncamlarını nəzərə alaraq tikdirdiyi qarajın faktiki vəziyyətində, yəni 38.2 kv.m. ölçüdə hüquqi qeydiyyata alınması və qeyri-yaşayış sahəsi kimi texniki pasportun verilməsi barədədir. Bununla bağlı o, cavabdeh inzibati orqana müraciət etsə də, sonuncu tərəfindən tələbinin təmin edilməsindən imtina olunmuş, bundan sonra o, hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə iddiaçının tikdirdiyi qarajın hüquqi qeydiyyata alınması və qeyri-yaşayış sahəsi kimi texniki pasportun verilməsi tələbi ilə deyil, qaraja texniki pasportun verilməsi barədə cavabdeh inzibati orqana müraciət etməsinə, iddiaçı tərəfindən məhkəməyədək cavabdeh inzibati orqana müraciət etməsini təsdiq edən sübutun və ya cavabdehin imtina məktubunun məhkəməyə təqdim edilməməsinə, bu səbəbdən də iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının cavabdeh tərəfindən hansı formada pozulduğunun müəyyən edilməsinin mümkün olmamasına istinad edərək iddianı mümkün saymamışdır. Həmçinin məhkəmə tərfindən iddiaçıya müvafiq daşınmaz əmlak üzərində əmlak hüquqlarının qeydiyyata alınması və texniki sənədlərin verilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmək, xahişi təmin edilmədiyi təqdirdə isə pozulmuş hüquqlarının bərpası ilə bağlı məhkəmədə yenidən iddia qaldırmaq hüququnun olduğu izah edilmişdir. Məhkəmə kollegiyası iddianın mümkün sayılmaması ilə bağlı işə birinci instansiya qaydasında baxmış məhkəmənin mövqeyi ilə razılaşmayaraq aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə iddiaçının tikdirdiyi qarajın hüquqi qeydiyyata alınması və qeyri-yaşayış sahəsi kimi texniki pasportun verilməsi tələbi ilə deyil, qaraja texniki pasportun verilməsi barədə cavabdeh inzibati orqana müraciət etməsinə istinad etsə də, apellyasiya baxışı zamanı aparılmış araşdırmalar nəticəsində müəyyən olundu ki, iddiaçının hazırki iş üzrə iddiasında qoyduğu tələblərə məhkəmə icraatı dövründə cavabdeh inzibati orqan tərəfindən münasibət bildirilmişdir. Belə ki, iş materiallarında olan (i.v.34-35) cavabdeh inzibati orqanın etrazının məzmunundan aydın olur ki, iddiaçının hazırki iddia tələbinə cavabdeh inzibati orqan hüquqi mövqeyini açıqaydın bildirmiş, yəni iddiaçının iddia tələblərinin təmin olunmasından imtina etmişdir. Belə olan halda məhkəmə işə mahiyyəti üzrə baxmaqda haqlı olardı. Lakin işə baxmış məhkəmə tərəfindən bu hal nəzərə alınmamış, iddiaçının tələblərinə cavabdeh orqanın imtina etməsi ilə bağlı münasibətinə qiymət verilməmiş, nəticədə mümkünlüklə bağlı qanunvericiliyin tələbləri pozulmuş və zəruri araşdırma sonadək aparılmamışdır. Halbuki Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Hazırki işdə məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianın mümkün sayılmaması ilə bağlı gəldiyi nəticəni əsassız sayır və işin yuxarıda qeyd olunan hallarını nəzərə alaraq belə hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı Azərbaycan Respublikası İPM-nin 35-ci maddəsinin tələbləri pozulmaqla qəbul edildiyi üçün ləğv edilməli və iş bu qərardadın əsaslandırıcı hissəsində göstərilənlər nəzərə alınmaqla zəruri prosessual hərəkətlərin edilməsi məqsədilə həmin məhkəməyə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.7.2-ci bəndinə əsasən inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 87.9-cu maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5859/2022 saylı 17 may 2022-ci il tarixli qərardadı ləğv edilsin. İş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilsin. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər: Həmid Həmidov Cahangir Yusifov
Məhkəmə qərarları › İş №2-1(103)-2329/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2329/2022
18.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver