Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2329/2025 04.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: X7 Oruczadənin sədrliyi və məruzəsi ilə, Günel Məhərrəm qızı Abbasova və X5 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçının vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs "xxxx" MMC) mənzillərə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması öhdəliyinin cavabdehə həvalə edilməsi tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)- 5823/2025 nömrəli, 12 mart 2025-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 3 ünvanında (Qeyd: yeni qaydalarla Möhsün Sənani küçəsi ev 93/94 ünvanı (lakin məlumat dəqiq deyildir, ünvanın fərqli olması ehtimalı da mövcuddur)) inşa olunmuş 21 mərtəbəli yaşayış kompleksində C blokunun 18-ci mərtəbəsində yerləşən 3 otaqlı ümumi sahəsi 152,43 kv.m, yaşayış sahəsi 136.40 kv.m olan C03 saylı və ünvan 3 ünvanında (Qeyd: yeni qaydalarla Möhsün Sənani küçəsi ev 93/94 ünvanı (lakin məlumat dəqiq deyildir, ünvanın fərqli olması ehtimalı da mövcuddur)) inşa olunmuş 3 girişli, 21 mərtəbəli yaşayış evinin giriş C blokunun 14-cü mərtəbəsində yerləşən ümumi sahəsi 152.43 kv.m, yaşayış sahəsi 136.40 kv.m olan izolə olunmuş 3 otaqdan ibarət C03 saylı mənzillər barədə İddiaçı mülkiyyət hüquqununa dair çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəməyə təqdim edilmiş cavabdehin xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, “...Bakı şəhəri, Nərimanov rayonu, Möhsün Sənani küçəsi 95, 97, 99 saylı evin, 195 saylı mənzili (yeni qaydalarla: Bakı şəhəri, Nərimanov rayonu, Möhsün Sənani küçəsi, giriş 99, M14, m3) daşınmaz əmlakın dövlət reyestrində ilkin olaraq hüquqi şəxsin adına qeydiyyata alınmış, sonradan digər fiziki şəxsin adına özgəninkiləşdirilmişdir. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-5823/2025 nömrəli, 12 mart 2025-ci il tarixli qərardadı (hakim B.Cəlalov) ilə iddianın mümkün sayılmaması qərara alınmışdır. Həmin qərardaddan narazı qalan iddiaçı ondan apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini, işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı İnzibati Məhkəməsi tərəfindən hazırki iş üzrə xx.xx.2025-ci il tarixli məktubla hüquqi yardım göstərilmiş və bu hüquqi yardımda həmin mənzillərə dair "xxxx" MMC-nin də adına qeydiyyatın mübahisələndirildiyi göstərilmişdir. İddiaçı tərəfindən xx.xx.2025-ci il tarixində ərizələrlə məhkəməyə müraciət edilərək, e-2-1(112)-5823/2023 saylı iş üzrə edilmiş hüquqi yardıma uyğun olaraq Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsindəki iş üzrə iddia tələbində müvafiq dəqiqləşdirilmələrin e-2-1(112)-5823/2023 saylı iş üzrə təyin edilmiş xx.xx.2025-ci il tarixli məhkəmə hazırlıq iclasına qədər mümkün olmayacağı, bunun üçün işin təxirə salınması xahiş edilmişdir. Bildirilir ki, iclas təxirə salınsa idi, növbəti tarixdə müvafiq dəqiqləşdirilmələr edilərək məhkəməyə təqdim ediləcəkdi. Məlum olmuşdur ki, sadəcə 1 gün ərzində zəruri məlumatları ("xxxx" MMC-nin adına qeydiyyat tarixi və nömrəsi və s.) əldə etmək mümkün deyildir. Bunun üçün iddiaçı müvafiq sorğular ünvanlamışdır və məlum olmuşdur ki, bu sorğulara da 1 gün ərzində cavab əldə etmək mümkün deyildir. Birinci İnstansiya Məhkəməsi isə bu halı nəzərə almayaraq iddianı mümkünsüz hesab etmişdir. Halbuki yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün əlavə vaxt təyin etməlidir. Digər tərəfdən də həmin əmlakların əvvəlcə "xxxx" MMC-nin adına, daha sonra başqa fiziki şəxslərin adına rəsmiləşdirilməsi iddiaçıya yeni məlum olmuşdur. Göründüyü kimi, birinci instansiya məhkəməsi tərəfindən həmin halların aradan qaldırılması üçün müvafiq şərait yaradılmamış və bunun üçün əlavə vaxt təyin edilməmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etdi. Apellyasiya şikayətinə əlavə təqdim edilərək, hazırda mübahisə predmeti olan mənzillərə dair alqı-satqı müqavilələrinin rayon məhkəməsində mübahisələndirildiyi qeyd edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilsə də, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə gəlməyən tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra İPM) 82ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3, 8.5 və 9-cu bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3). İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyillər və bu cür hallarda iddia mümkün sayılmamalıdır (8.5). İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9). İPM-in 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-5823/2025 nömrəli, 12 mart 2025-ci il tarixli qərardadı ləğv edilməli, iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmalıdır. İşdən görünür ki, Bakı şəhər Nərimanov rayon Məhkəməsinin 2(005)-4694/2021 nömrəli xx.xx.2021- ci il tarixli qərarı ilə "xxxx" MTK ilə İddiaçı arasında bağlanmış 15 dekabr 2018-ci il tarixli C-121/14 saylı müqaviləyə əsasən ünvan 5 ünvanında inşa olunan 3 girişli, 21 mərtəbəli yaşayış evinin, C blokunun 14-cü mərtəbəsində yerləşən ümumi sahəsi 152.43 kv.m, yaşayış sahəsi 136.40 kv.m olan izolə olunmuş 3 otaqdan ibarət C03 saylı mənzil və 15 dekabr 2018-ci il tarixli C-120/18 saylı müqaviləyə əsasən ünvan 5 ünvanında inşa olunan 3 girişli yaşayış evinin, C blokunun, 18-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 152,43 kv.m, yaşayış sahəsi 136.40 kv.m olan, 3 otaqdan ibarət izolə olunmuş C03 mənzil, bu mənzillərin açarları "xxxx" MTK tərəfindən İddiaçı təhvil verilmişdir. Lakin hal hazırda həmin mənzillərə aid çıxarışlar X4 və X3 aiddir. Birinci instansiya məhkəməsi iddianın mümkünsüz hesab edilməsi ilə bağlı gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, həmin mənzillərə həm MMC-nin adına aparılmış qeydi, həm də digər fiziki şəxsin adına aparılmış dövlət reyestrindəki qeyd mübahisələndirilmədən və qeydlər ləğv edilmədən həmin əmlaklara iddiaçının mülkiyyət hüququnun qeydə alınması mümkün deyil. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini qismən əsaslı hesab edərək qeyd edir ki, birinci instansiya məhkəməsi hüquqi yardım göstərdikdən 1 gün sonra qərardad qəbul edilmişdir. Qanunvericilikdə nəzərdə tutmuş qaydada ağlabatan müddəti gözləməmişdir. Halbuki hazırda təqdim edilən apellyasiya şikayətinə əlavədən və ona qoşma sənədlərdən görünür ki, ünvan 4 ünvanında inşa edilmiş girişli, 21 mərtəbəli yaşayış evinin giriş C blokunun 14-cü mərtəbəsində yerləşən ümumi sahəsi 152.43 kvm yaşayış sahəsi 136.40 kvm olan izolə olunmuş 3 otaqdan ibarət C03 saylı (yeni qaydalarla: AZ1022, Bakı şəhəri, Nərimanov rayonu, Möhsün Sənani küçəsi, giriş 99, M14, m3) mənzilə dair həm ORXAN-TİT” MMC-nin adına, həm də X2 adına daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat və daşınmaz əmlakın alqı-satqı müqaviləsi Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində e-2(005)-2464/2025 iş nömrəsi altında mübahisələndirilmişdir . ünvan 4 ünvanında inşa edilmiş 21 mərtəbəli yaşayış evinin giriş C blokunun 18-ci mərtəbəsində yerləşən ümumi sahəsi 152.43 kvm yaşayış sahəsi 136.40 kvm olan 3 otaqdan ibarət C03 saylı (yeni qaydalarla: AZ1022, Bakı şəhəri, Nərimanov rayonu, Möhsün Sənani küçəsi, giriş 99, M18, m3) mənzilə dair həm ORXAN-TİT” MMC-nin adına, həm də X1 adına daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat və daşınmaz əmlakın alqı-satqı müqaviləsi Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində e-2(005)-1855/2025 iş nömrəsi altında mübahisələndirilmişdir . Məhkəmə kollegiyasının tədqiq etdiyi sənədlərdən və apellyasiya şikayətinə əlavədən göründüyü kimi hal hazırda çıxarışların verilməsinə əsas olan əqdlər mülki icraat qaydasında Bakı şəhər Nərimanov rayon Məhkəməsində mübahisələndirilir. Məhkəmə kollegiyasının qənaəti ondan ibarətdir ki, prosessual qənaət prinsipi baxımından birinci instansiya məhkəməsi mülki icraat qaydasında iş həll oluna qədər inzibati iş üzrə icraatı dayandıra və digər prosessual hərəkətləri edə bilər. Yuxarıda göstərilənlərə əsasən, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası işin müzakirə edilən hallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilməlidir. NƏTİCƏVİ HİSSƏ: Göstərilənlərə əsasən və İPM-in 35, 80, 85-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-5823/2025 nömrəli, 12 mart 2025-ci il tarixli qərardadı ləğv edilsin. İnzibati iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilsin. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Günel Abbasova Elvin Əliyev
Məhkəmə qərarları › İş №2-1(103)-2329/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2329/2025
04.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver