Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-233/2023 18.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X6 və X2 ibarət tərkibdə, ilkin iddiaçının nümayəndəsi X3, qarşılıqlı iddiaçı Cavabdeh və onun nümayəndəsi Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “əldə olunmanın təsdiq olunması, kompensasiya ödənilməklə mənzilin boşaldılması tələbinə dair“ ilkin iddia ərizəsi, Cavabdeh Mosi oğlunun da İddiaçınə qarşı “torpağa,fərdi yaşayış evinə,çətinliyə, köçməyə və mənəvi zərərə görə kompensasiya ödənilməsi tələbinə dair” qarşılıqlı iddia ərizəsi üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-517/2021 saylı xx.xx.2021-ci il tarixli qərarından hər iki tərəfdən verilmiş apellyasiya şikayətlərinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İ. İddiaçı Bakı şəhəri İddiaçı Cavabdeh qarşı öhdəliyin icrası haqqında (İPM m.34.1) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən daşınmaz əmlaka sahibliyin alan orqan İddiaçı tərəfindən «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq əldə olunmasının təsdiq edilməsi və ünvan 1 ünvanda yerləşən daşınmaz əmlakın dövlət ehtiyyacları üçün alınması ilə bağlı cavabdehə 69026 manat məbləğində kompensasiya ödənilərək mənzilin boşaldılması barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddianın əsaslarına görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 51 saylı, 16 fevral 2018-ci il tarixli qərarı ilə torpağın alınmasını zəruri edən dövlət ehtiyacı və həmin torpağı alan orqan müəyyən edilmişdir. Qərara əsasən ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakın ərazisinin dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi, dövlət ehtiyacları üçün alınması məqsədilə alan orqan kimi Bakı şəhəri İddiaçı müəyyən edilmişdiir. Qərarın icrası məqsədi ilə Yasamal rayon İH “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq “Daşınmaz əmlakın alınması Qrupu”nu təşkil etmiş və alınan hər bir əmlakın qiymətləndirilməsi məqsədləri üçün müstəqil qiymətləndirici cəlb edilmişdir. Cavabdeh ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakda yaşayır və yaşayış yeri üzrə qeydiyyatdadır. Həmin mənzil (əmlak) Nazirlər Kabinetinin 51 saylı, 16 fevral 2018-ci il tarixli qərarının təsirinə düşür. Cavabdehə danışıq (könüllü alğı-satqı) yolu ilə onun qeydiyyatda olduğu daşınmaz əmlakın satın alınmasına razılıq verilməsi barədə bildiriş göndərilib. Həmin ünvanda yerləşən daşınmaz əmlakın dövlət ehtiyacları üçün alınması ilə əlaqdar müstəqil qiymətləndiirci "xxxx" MMC tərəfindən müqayisə metodu ilə aparılmış araşdırma nəticəsində müəyyən edilən mövcud bazar qiyməti və “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqına” Azərbaycan Respublikası Qanunu və Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2007-ci il tarixli, 689 nömrəli Fərmanı ilə nəzərdə tutulan bütün əlavələrlə birlikdə cavabdehə 69.026,00 manat məbləğində kompensasiya (2 aylıq kirayə haqqı və köçmək xərci də daxil olmaqla) ödəməyə hazır olduğunu bildirib. Lakin, cavabdeh təklif olunan kompensasiyanı almaqdan imtina etmişdir. Eyni zamanda, Cavabdeh da Bakı şəhəri Yasamal rayon İH-nə qarşı öhdəliyin icrası haqqında qarşılqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, S.Rüstəmov küçəsində yerləşən 31 saylı fərdi yaşayış evinin 2/3 hissəsinə görə 570000 manat, qanuni istifadədə olan 371.2 kv.m torpaq sahəsinin 2/3 hissəsinə görə 494933 manat, ümumilikdə ******* manat, həmin məbləğə əlavə 20 faiz 212986 manat, çətinliyə görə 10 faiz 106493 manat, köçmək pulu 1000 manat, mənəvi zərərə görə 100000 manat, ümumilikdə ******* manat məbləğində pul tutulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Qarşılıqlı iddianın əsaslarına görə 0.228 kv.m torpaq sahəsində yerləşən, ümumi sahəsi 143.2 kv.m olan 31 saylı fərdi yaşayış evi 2/3 hissədə X4 (iddiaçının mərhum anası) mülkiyyətindədir. Digər 1/3 hissə X1 mülkiyyətindədir . "xxxx" MMC tərəfindən tərtib olunmuş xx.xx.2019-cu il tarixli qiymətləndirmə rəyinə əsasən Cavabdeh məxsus Bakı şəhəri, Yasamal rayonu, S.Rüstəmov küçəsi, 31 saylı evin bazar dəyəri 570.000 (beş yüz yetmiş min) manat təşkil edir. "xxxx" MMC Konsaltinq və Qiymətləndirmə Şirkətinin xx.xx.2018-ci il tarixli məktubundan müəyyən olunur ki, Bakı şəhəri, Yasamal rayonu, N.Nərimanov küçəsi və yaxın ətrafda yerləşən torpaq sahələrinin yerindən, quruluşundan və digər texniki göstəricilərindən asılı olaraq 1 sot (100 kv.m) torpaq sahəsinin orta bazar qiyməti 120.000-200.000 manat arasında dəyişir. Bakı şəhəri, Yasamal rayonu, S.Rüstəmov küçəsi, 0.228 kv.m torpaq sahəsində yerləşən ümumi sahəsi 143.2 kv.m olan 31 saylı fərdi yaşayış evi həm özü və həmçinin evin altında yerləşən torpaq sahəsi xüsusi mülkiyyət hesab olunur. Evin texniki pasportuna əsasən ümumi torpaq sahəsi 371.2 kv.m təşkil edir. Qanunvericiliyin tələbinə əsasən həmin daşınmaz əmlakın yerləşdiyi torpaq sahəsi, həmçinin mülkiyyəti (potensial mülkiyyət) olduğundan, yaşayış evi ilə yanaşı torpaq sahəsi kompensasiya edilməlidir. Beləliklə, Bakı şəhəri, Yasamal rayonu, S.Rüstəmov küçəsi, ümumi sahəsi 143.2 kv.m olan 31 saylı fərdi yaşayış evi ilə yanaşı, 371.2 kv.m təşki ledən torpaq sahəsinin 2/3 hissəsi kompensasiya edilməlidir. Azərbaycan Respublikasının 07 dekabr 2007-ci il tarixli, 506-İİİQD saylı Qanununun tətbiq edilməsi haqqında” 26 dekabr 2007-ci il tarixli, 689 saylı Fərmanının 2.3-cü bəndinə görə dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakın mülkiyyətçisinə həmin daşınmaz əmlakın qanunvericiliyə uyğun olaraq hesablanmış bazar qiymətinin 20 faizi miqdarında satınallma qiymətinə əlavə haqq ödənilir. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun 66.4, 66.4.6-cı maddəsinə əsasən çətinliklə bağlı ödəniş alınmanın təsirinə məruz qalmış şəxsin alınan yaşayış sahəsində yaşadığı müddətdən asılı olaraq bu fəslə uyğun olaraq iddiaçıya ödəniləcək kompensasiyanın ümumi məbləğinin 10 ildən artıq müddət üçün 10 faiz ümumi miqdarında müəyyənləşdirilir. Çətinliyə görə10 faiz ümumi məbləğə əlavə olunmalıdır. Eyni zamanda, mənəvi zərər qismində cavabdehdən 100.000 manat pul tutulmalıdır. İddiaçı qarşılıqlı iddia ərizəsinə etirazında "xxxx" MMC-nin müstəqil qiymətləndirmə ekspertlərinin rəyi ilə müəyyən olunmuş mənzilin əsas və köməkçi sahələrinin hər kvadrat metri üçün son hədd əlavələr də, nəzərə alınmaqla 1500 manatadək və digər sahələr üzrə isə bir kvadrat metr üçün onların konstruksiyasından və təmir səviyyəsindən asılı olaraq ***-**** manat arasında qiymətləndirildiyini və mövcud inzibati praktikaya əsasən evin əsas və köməkçi sahələri üçün hər kv.m-ə görə ödənilən 1500 manat bütün kompensasiya növləri, o cümlədən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanunu və Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2007-ci il tarixli, 689 nömrəli Fərmanı ilə nəzərdə tutulan əlavələri ehtiva etdiyi üçün kompensasiya məbləğinə 20 % əlavə haqq, 10 % çətinliyə görə əlavə tutulmasının mümkünsüz olduğunu bildirərək, qarşılıqlı iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(112)-517/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı ilə aşağıdakılar qərara alınmışdır: “ İlkin və qarşılıqlı iddia tələbləri qismən təmin edilsin. ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə sahibliyi alan orqan Bakı şəhəri İddiaçı tərəfindən "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" Azərbaycan Respublikası Qanunun tələblərinə uyğun olaraq əldə olunması təsdiq edilsin. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin dövlət ehtiyacları üçün alınması ilə bağlı Cavabdeh 144200 manat məbləğində kompensasiya ödənilərək mənzil boşaldılsın. İlkin və qarşılıqlı iddia tələbləri qalan hissədə təmin edilməsin...” Həmin qərardan hər iki tərəf apellyasiya şikayəti vermişdir. İlkin İddiaçı, qərarı qarşılıqlı iddia tələbinin qismən təmin edilməsi hissəsində ləğv edilməsini və ilkin iddia tələbinin tam təmin edilməsini, qalan hissədə dəyişdirilmədən qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qərar qəbul edərkən cavabdehin paylarını onun məhkəməyə təqdim etdiyi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X5 Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş MH seriyalı, ******* №-li, xx.xx.2008-ci il tarixli Çıxarışa əsasən müəyyən etmişdir. Halbuki, cavabdehin anası X4 adına verilmiş mülkiyyət sənədində paylı mülkiyyət hüququ üzrə 2/3 hissə göstərilsə də, faktiki olaraq onun hissəsi 45,72 kv.m olmuşdur. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunun tələblərinə uyğun olaraq təşkil edilmiş, müstəqil qiymətləndirici "xxxx" MMC tərəfindən ünvan 1 ünvanında yerləşən əmlaka yerində baxış keçirilən zaman müəyyən edilmişdir ki, paylı mülkiyyət üzrə cavabdehə məxsus hissənin əsas sahəsi 39.37 kv.m, köməkçi sahə 5.13 kv.m, sanitar qovşaq 1.22 kv.m və metlax döşəmə hissəsi isə 15.0 kv.m olmuşdur. ünvan 1 ünvanında yerləşən əmlaka yerində baxış keçirildikdən sonra “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunun tələblərinə uyğun olaraq "xxxx" MMC-nin müstəqil qiymətləndirmə ekspertlərinin rəyi ilə müəyyən olunmuş mənzilin əsas və köməkçi sahələrinin hər kvadrat metri üçün son hədd əlavələr də nəzərə alınmaqla 1500,00 manatadək və digər sahələr üzrə isə bir kvadrat metr üçün onların konstruksiyasından və təmir səviyyəsindən asılı olaraq ***-**** manat arasında qiymətləndirilir. Qiymətləndirmə rəyinə müvafiq olarq cavbdehə məxsus faktiki əsas sahəsinə 39.37 kv.m x 1500 = 590.55 manat, köməkçi sahəyə 5.13 kv.m x 1500 = 7695 manat, sanitar qovşağa 1.22 kv.m 800 = 976 manat, metlax döşəmə hissəsinə isə 15.0 kv.m 20 = 300 manat və iki aylıq 1000 manat kirayə və köçmə xərcləri də nəzərə alınmaqla ümümilikdə 69026 manat məbləğində ədalətli kompensasiya hesablanmışdır. Kompensasiya hesablanarkən onun mövcud vəziyyəti, istismara yararlılıq vəziyyəti, təmir və köhnəlmə vəziyyəti və digər xüsusiyyətlər nəzərə alınır. Lakin, məhkəmə mübahisə predmeti olan əmlakın çıxarışda göstərilən ölçülərdən faktiki olaraq az olmasını nəzərə almamışdır. Məhkəmə qərarıda cavabdehə ödəniləcək kompensasiya məbləğinin hesablamasında hər hansı mötəbər sənədə istinad etməmiş, məhkəməyə təqdim edilmiş ekspert rəyini nəzərə almamış və öz mülahizəsini əsas götürmüşdür. Bundan əlavə məhkəmə çıxarışda göstərilən sahənin, faktiki sahədən az olmasını müəyyənləşdirilməsi və bu sahənin dəqiqləşdirilməsi üçün heç bir tədbir görülmədən iddiaçıların xeyrinə qərar qəbul edilmişdir. Göründüyü kimi, hakim mübahisənin düzgün həlli üçün məhkəməyə təqdim edilmiş sübutları kifayət qədər vəzifə borcuna görə araşdırmalı olduğu halda araşdırmamış və cavabdehə hesablanmış kompensasiya məbləğini əsassız olaraq heç bir sübuta istinad olunmadan, artırmaqla öz qərarını əsaslandırmağa çalışmışdır. Qarşılıqlı iddiaçı M.Həsənov məhkəmənin qərarının ləğv edilməsin və qarşılıqlı iddia tələblərinin əsası qanunları ilə tənzimləndiyindən qarşılıqlı iddia tələblərinin tam təmin edilməsinə dair dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: “... Birinci instansiya məhkəməsi tərəfindən iş üzrə qərar qəbul edilərkən iş üçün əhəmiyyət kəsb edən hallara araşdırılmadığndan, işin faktiki hallarına hüquqi qiymət verilmədiyindən qarşılıqlı iddia tələbinin tam həcmdə təmin edilməsinə dair yeni qərar qəbul edilməlidir. Belə ki, Bakı şəhəri. Yasamal rayonu. S.Rüstəmov küçəsi 31 saylı fərdi yaşayış evi xüsusi paylı mülkiyyətdə olmaqla iddiaçının istifadəsindədir. Həmin fərdi yaşayış evinin xx.xx.2019- cu il tarixli müstəqil giymətləndirici "xxxx" MMC-nin qiymətləndirmə rəyinə əsasən sözügedən yaşayış evinin real bazar dəyəri 570.000 (beş yüz yetmiş min) manat "xxxx" MMC Konsaltinq və Qiymətləndirmə Şirkətinin xx.xx.2018-ci il tarixli məktubu ilə təqdim olunmuş qiymətləndirməyə əsasən isə həmin ərazidə yerləşən torpaq sahəsinin 1 sot (100 kv.m) sahəsinin orta bazar giyməti 120.000- 200.000 manat təşkil edir. Fərdi yaşayış evinin çıxarışından göründüyü kimi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən evin sahəsi göstərilməklə torpaq sahəsinə dair hüquqlar tanınmışdır.İddiaçının təqdim etdiyi giymətləndirmə rəyi ilə onun təqdim etdiyi giymətləndirmə rəyləri arasında ziddiyyət olduğu halda bununla,bağlı məhkəmə tərəfindən real bazar dəyərinin müəyəyn edilməsi, istifadədə olna faktiki sahələrin müəyyən edilməsi məqsədi ilə kompleks ekspertizası təyin edilməmişdir. Həmçinin, məhkəmə Qərarında alınmaya məruz galmış əmlakın hansı səbəblərdən dövlət ehtiyacları üçün alınması əsaslandırılmamışdır. Yəni iddiaçının tələbinin əsası kimi Dövlət Ehtiyacları üçün alınmaya əsas olmuş layihə məhkəməyə təqdim edilməmişdir.Göründüyü kimi işin halından açıq aşkar müəyyən edilir ki. ictimai əsaslar üçün satın alma nəzərdə tutulduğu halda dövlət ehtiyacları göstərilmişdir. Yəni həmin ərazidə tikiləcək parkın dövlət ehtiyacları üçün nəzərdə tutula bilməz. Dövlət ehtiyacları üçün alınmanın təsnifatlarında parkın tikilməsi mövcud deyildir.Bundan əlavə əmlakın dəyərindən başqa digər kompensasiyaların ödənilməsi məhkəmə qərarında qeyd edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV-ci bəndinə əsasən Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz, əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəııinkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərinin ədalətli ödəmək şərti ilə yol verilə bilər. Hazırki iş üzrə mənə münasibətdə Azərbaycan Respublikası Konstitusiyasının 13. 25 və 29-cü maddələrinin pozulması məlumdur. Mülkiyyət hüququna Azərbaycan Respublikası Konstitusiyası və qanunları ilə təminat verməklə yanaşı, bu hüquqa «İnsan hüquqları və Əsas Azadlıqların müdafiəsi haqqında» 1950-ci il Avropa Konvensiyasına aid Protokolun (Paris 20.111.1952) 1-ci 7 - maddəsilə təminat verilir. Konvensiyaya aid Protokolun 1-ci maddəsinə görə, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Konvensiyanın və Azərbaycan Respublikası Qanunlarından belə müəyyən edilir ki, heç kəs ictimai əsaslar üzrə məcburu qaydada (məhkəmə qaydasında) əmlakından məhrum edilə bilməz. Bir başa pozuntu hesab edilir...” Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1823/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı ilə tərəflərin apellyasiya şikayətləri təmin olunmamış, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanımışdır. Həmin qərarından hər iki tərəf kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 662/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə kassasiya şikayətləri qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin həmin qərarı ləğv edilmiş və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Məhkəmə kollegiyasının hazırkı iclasında iştirak edən ilkin iddiaçının nümayəndəsi Ə.Zamanov apellyasiya şikayətinə uyğun izahat verərək təmin olunmasını, qarşılıqlı iddiaçı M.Həsənov və onun vəkili Vəkil1 iddiaçının Qarabağ müharibəsi veteranı olduğunu qeyd edərək ona ədalətli qərar qəbul olunmasını məhkəmədən xahiş etmişlər. İİ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, İPM-in 96.11-ci maddəsinə əsasən Ali Məhkəmənin qeyd olunan qərarından irəli gələn göstərişlərini nəzərə alıb və iş materiallarını təkrar apellyasiya qaydasında araşdırıb belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə ilkin iddiaçının apellyasiya şikayəti təmin edilmədən saxlanılmalı, qarşılıqlı iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı kompensasiya ödənilməklə mənzilin boşaldılması hissəsində dəyişdirilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.9-cu maddəsinə əsasən dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağmədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə alınır. Həmin Məcəllənin 246.1-ci maddəsinə əsasən bu Məcəllənin 157.9-cu maddəsinə uyğun olaraq, torpaqların dövlət ehtiyacları üçün alınması haqqında qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada qəbul edilir. Həmin Məcəllənin 246.5-ci maddəsinə əsasən bu Məcəllənin 246-249-cu maddələrinin müddəaları dövlət ehtiyacları üçün alınan torpaqla yanaşı həmin torpaqda yerləşən və ya yerləşməyən, eyni məqsədlərlə alınan torpaqla bağlı daşınmaz əmlaka (sututarlar, meşələr, çoxillik əkmələr, tikililər, qurğular və bu kimi digər obyektlər) da şamil edilir. İddiaçının inzibati orqanın iddia ərizəsindən və onda şərh olunan faktiki hallarından göründüyü kimi, iddia tələbi - ünvan 4 ünvanında yerləşən mənzilə sahibliyin İddiaçı (alan orqan) tərəfindən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq əldə olunması, yəni əmlak tələbi ilə bağlıdır. «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikası Qanunun 4.1-ci maddəsinə əsasən bu Qanunun 3-cü maddəsinə uyğun olaraq dövlət ehtiyacları üçün tələb olunan hər hansı torpaq və ya paylı mülkiyyətdə olan torpaqda müvafiq pay (paylar) mülkiyyətçi (mülkiyyətçilər) ilə razılaşma əsasında, belə razılıq əldə edilmədikdə isə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında məcburi qaydada dövlət tərəfindən kompensasiya ödənilməklə bu Qanuna uyğun olaraq alına bilər. Həmin Qanunun 52.1-ci maddəsinə əsasən alınmanın təsirinə məruz qalan şəxsdən alınan torpaqla bağlı sahibliyin əldə edilməsi yalnız məhkəmə tərəfindən müvafiq qərar qəbul edildikdən sonra həyata keçirilə bilər. Həmin Məcəllənin 52.2; 52.2.1-52.2.3-cü maddələrinə əsasən alınan torpağın yerləşdiyi ərazi vahidi üzrə məhkəməyə müraciət alan orqan tərəfindən - torpağın alınmasının bu Qanunun 3-cü maddəsinin tələblərinə uyğun olmasının; alınan torpağa sahibliyin bu Qanunun tələblərinə uyğun olaraq əldə olunmasının; alınmanın təsirinə məruz qalan şəxslərə ödəniləcək kompensasiyanın növünün və məbləğinin təsdiq olunması üçün verilir. Hazırkı mərhələdə, Ali Məhkəmənin qərarından irəli gələn hüquqi mövqeyi nəzərə alınmaqla aparılan, təkrar məhkəmə araşıdırması zamanı, 16 yanvar 2023-cü il tarixli məhkəmə sorğusu ilə alınmış, Yasamal Rayon İH-nin xx.xx.2023-cü il tarixli cavab məktubuna və ona əlavə edilmiş sənədlərə, habelə, iş materiallarında olan sənədlərə əsasən müəyyən olunmuşdur ki, DƏDRX-in Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2008-ci il tarixdə verilmiş daşınmaz əmlakın reyestrindən çıxarışına əsasən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh - qeydiyyatda olduğu və yaşadığı və 2/3 hissədə mülkiyyət hüququ ilə hüquqi varisi olduğu (anası) X7 məxsus olmuş, ünvan 1 ünvanında “Sovetski” adlanan ərazidə yerləşən və yaşayış sahəsi 72,0 kv.m ümumi, 71,2 kv.m köməkçi sahələri olan fərdi yaşayış evi - Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 29 .12.2018-ci il tarixli 572 saylı qərarına və müvafiq olaraq torpaqların dövlət ehtiyacları üçün alınması nəzərdə tutulan alınacaq torpaq sahələrinin “Yerquruluşu” Planında göstərilən küçələrin əhatəsində yerləşir (Həmin qərar, Yerquruluşu Planı və Xəritəsi işə əlavə olunur). İlkin iddiaçının həmin məktubuna və işdə iştirak edən nümayəndələrinin izahatına əsasən müəyyən olunmuşdur ki, İddiaçı tərəfindən Nazilər Kabinetinin qeyd olunan qərarının icrası ilə bağlı ayrıca bir sərəncam qəbul edilməmişdir. İşdən görünür ki, torpağı alan orqan İddiaçı mübahisəli daşınmaz əmlakın mülkiyyətçisi, mərhum Elmira Həsənovanın oğlu, həmin evdə qeyjdiyyatda olan və yaşayan oğluna ümumilikdə, 69026 manat təklif olunaraq, evin boşaldılması ona təklif olunmuşdur. Təklif olunan həmin məbləğ, "xxxx" MMC tərəfindən tərtib edilmiş 19 fevral 2019-cu il tarixli qiymətləndirmə hesabatına əsasən əmlakın 2018-ci il iyun ayına olan bazar dəyəri və “Topaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş bütün kompensasiya növləri nəzərə alınmaqla, aşağıdakı kimi qiymətləndirilmişdir: 1)39.37 kv.m əsas sahə üçün - 1 kv.m-ə görə bütün kompensasiya növləri nəzərə alınmaqla 1250 manat; Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2007-ci il tarixli, 689 saylı Fərmanı ilə nəzərdə tutulmuş 20 faizi əlavə olunmaqla 1500 manat; Cəmi, 59055 manat. 2) 5.13 kv.m köməkçi sahə üçün - 1 kv.m-ə görə bütün kompensasiya növləri nəzərə alınmaqla 1250 manat; 20 faiz əlavə olunmaqla 1500 manat; Cəmi,7695 manat. 3)1.22 kv.m sanitar qovşaq üçün - 1 kv.m-ə görə bütün kompensasiya növləri nəzərə alınmaqla 666.66 manat; 20 faiz əlavə olunmaqla 800 manat; Cəmi, 976 manat. 4)15.0 kv.m metlax döşəmə üçün - 1 kv.m-ə görə bütün kompensasiya növləri nəzərə alınmaqla 16.67 manat; 20 faiz əlavə olunmaqla 20 manat olmaqla; Cəmi,300 manat; Cəmi: 668026 manat. 5)2 aylıq əmək haqqı və köçmə xərci 1000 manat. Ümumilikdə təklif olununan kompensasiya 69026 manat. Qeyd olunan hesablama tədqiq olunduqda aydın olur ki, cəmi, 60,72 kv m sahəyə görə kompensasyia məbləği hesablanmışdır. Halbuki, işə əlavə olunmuş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda ev 72,0 kv.m yaşayış sahəsi, 71,2 kv.m köməkçi sahədən ibarətdir ki, həmin sahələrin cəmi, 143,2 kv.m-dən qarşılıqlı iddiaçıya məxsus olan 2/3 hissəsi 95,46 kv.m təşkil edir. Belə olan halda, həmin sahəyə görə "xxxx" MMC-nin qeyd olunan qiymətləndirmə rəyində ehtiva olunan hesablama qaydası ilə hesablanan kompensasiya məbləği 144200 manata qədər yüksəlir. Belə ki, Azərbaycan Respublikasının xx.xx.2007-ci il tarixli 506-VİQD nömrəli Qanununun tətbiq edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007ci il tarixli 689 nömrəli Fərmanı ilə nəzərdə tutulan əlavələrlə birlikdə və mövcud inzibati praktikaya əsasən hər 1 kv.m sahəyə görə 1.500 manatdan olmaqla, 95,46 kv.m sahəyə görə ödəniləcək məbləğ 143200,00 manat təşki edir. Həmin məbləğin də üzərinə 2 aylıq kirayə haqqı və köçmə xərci ilə birlikdə 1000 manat əlavə olunduqda, ümumilikdə, ödənilməli olan kompensasiyanın məbləği 144 200 manat təşkil etmiş olur. Lakin həmin daşınmaz əmlakın faktiki alınmaya məruz qalan qarşılıqlı Cavabdeh tələbindən göründüyü kimi, nəinki, alan orqan tərəfindən ona təklif olunan 69026 manat kompensasiya məbləği ilə qeyd olunan 144200 manat məbləğində kompensasiya da onu qane etmir və təqdim etdiyi "xxxx" MMC-nin xx.xx.2019-cu il tarixli qiymətləndirmə rəyinə istinadən, evin 2/3 hissəsinə görə 570.000 manat və həmin məbləğə 20 faiz və çətinliyə görə 10 miqdarında əlavələr hesablanmasını tələb edir. Məhkəmə kollegiyası hesab edir ki, qarşılıqlı iddiaçının tələb etdiyi həmin kompensasiya məbləği, bazar qiymətlərinə, həm də, məhkəmə praktikası üzrə müəyyən olunan, həmin ərazidə alınmaya məruz qalan şəxslərə ödənilən kompensasiyaya uyğun hesab oluna bilməz. Belə ki, hazırkı mərhələdə, əldə olunmuş notarial qaydada təsdiq olunmuş Nazirlər Kabinetinin qeyd olunan qərarının təsiri altına düşən ərazidə (Çingiz Mustafauev küçəsi ev 3 dalan 1) xx.xx.2018-ci il tarixdə notarial qaydada bağlanmış müqaviləyə əsasən ümumi sahəsi 125 kv.m olan fərdi yaşayış evi 127.665,00 manata satıldığı müəyyən olunur. Məhkəmə praktikasına gəldikdə, hazırkı mərhələdə əldə olunmuş Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-34/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə müəyyən olunan hallara görə ünvan 6 ünvanında “Sovetsi” adlanan yerləşən, ümumi sahəsi 126,6 kv.m olan daşınmaz əmlaka görə 20 faiz əlavə də nəzərə alınmaqla, mülkiyyətçilərə kompensasiya 1 kv.m sahəyə 1500 manatdan olmaqla ödənilmişdir. Ümumiyyətlə, qeyd olunmalıdır ki, məhkəmə praktikasında “Sovetski” adlanan ərazidə alınmaya məruz qalan şəxsərə fərdi yaşayış evininin 1 kv.m sahəyə görə, 20 faiz əlavə haqq da nəzərə alınmaqla, 1500 manatdan artıq kompensasiya verilməsi hallarına rast gəlinmir. Beləliklə də, qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası qarşılıqlı idddiaçının fərdi yaşayış evinə görə iddia etdiyi məbləğdə kompensasiya verilməsini tələb edən mövqeyi ilə razılaşmır. Hesab edir ki, fərdi yaşayış evində qarşılıqlı iddiaçının payına düşən 95,46 kv.m sahəyə görə, 1500 manatdan olmaqla, ona 144200 manat kompensasiya hesablanıb ödənilməsi ədlatlidir. Bununla yanaşı, məhkəmə kollegiyası, qarşılıqlı iddiaçının qanuni istifadədə olduğunu iddia etdiyi 371.2 kv.m torpaq sahəsinin 2/3 hissəsinə görə qeyd olunan məbləğdə kompensasiya tələbi ilə qismən razılaşır. Belə ki, Ali Məhkəmənin hazırkı iş üzrə qeyd olunan qərarında təsbit olunan göstərişləri nəzərə alınmaqla, iddiaçının mötəbər sübutlarla müəyyən olunan faktiki istifadəsində olan torpaq sahəsinin bazar qiymətlərinin "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 58-ci maddəsinin tələblərinə uyğun olaraq aydınlaşdırmaq məqsədilə mübahisələndirilən ərazidə yerləşən Notariat orqanlarına, “Asan” Xidmətə, habelə, DƏDKR PHŞ 1 saylı Bakı Ərazi İdarəsinə 6(altı) məhkəmə sorğusu göndərilmiş, lakin alınmış cavab məktublarında torpağın alqı-satqısı ilə bağlı müvafiq alqı-satqı müqavilələri mövcud olmadığı bildirilmişdir. Bu baxımdan, məhkəmə kollegiyası məhkəmə praktikası ilə müəyyən olunan hallara, o cümlədən, Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasının qeyd olunan 2-1(102)-34/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə müəyyən olunan “”Sovetsiki” deyilən həmin ərazidə yerləşən torpağaın bazar qiymətinin hazırkı mübahisəli hüquq münasibətlərinə tətbiq edilməsini mümkün hesab edir (Həmin qərar və həmin qərarla qüvvəsində saclanılan apellyasiya instansiya məhkəməsinin qərarı işə əlavə olunur). Ali Məhkəməsinin İnzibati Kollegiyasının adıçəkilən xx.xx.2023-cü il tarixli qərarı ilə isə müəyyən olunmuşdur ki, həmin iş üzrə "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 58-ci maddəsinin tələblərinə uyğun olaraq Yasamal rayonu "Sovetski” adlanan ərazidə yerləşən torpaq sahələrinin bazar dəyərinin müəyyən edilməsi məqsədilə notariat ofislərinə sorğular verilmiş və məhkəməyə təqdim olunmuş notarial qaydada bağlanmış müqavilələrə əsasən müəyyən edilmişdir ki, mübahisələndirilən ərazidə 91 kv.m torpaq sahəsi 45900 manat (1 kv.m 500 manat), 0,11289 ha torpaq sahəsi (1 kv.m 175,8 manat) 198567 manat qiymətləndirilməklə, alan orqan İddiaçı tərəfindən alınmışdır. Belə olan halda dövlət ehtiyacları üçün alınmış həmin torpaq sahələrinin 1 kv.m-nin orta bazar dəyəri 340 manat (175,8+500:2= 340) təşkil etmiş olur. Konkret halda, məhkəmə kollegiyası qeyd olunan məhkəmə praktikasını nəzərə alaraq hesab edir ki, qarşılıqlı iddiaçının faktiki istifadəsində olan torpağa görə ödənilcək kompensasiya, həmin sahənin 1 kv.m 340 manatdan olmaqla, hesablanmalıdır. Qarşılıqlı iddiaçı, qanuni istifadədə 371.2 kv.m torpaq sahəsi olduğunu iddia edərək, ona 2/3 hissəsinə görə kompensasiya ödənilməsini tələb edir. Lakin işdə olan mötəbər sübutlara o cümlədən, fərdi yaşayış evinin 1965-ci ildə tərtib olunmuş Texniki Pasportuna əsasən, habelə, onun özünün belə təqdim etdiyi, "xxxx" MMC-nin xx.xx.2019-cu il tarixli qiymətləndirmə rəyi ilə müəyyən olunur ki, mübahisəli fərdi yaşayış evinin yerləşdyi torpağın ümumi sahəsi 341,2 kv.m deyil, faktiki olaraq 228 kv. metr təşkil edir. Həmin səhənin 1 kv.m 340 manatdan olmaqla, müəyyən olunan bazar qiyməti isə 77520 manat, həmin məbləğin də 2/3 hissəsi 51680 manat təşkil edir. İddiaçının həmin ünvanda 10 ildən artıq yaşadğı nəzərə alınmaqla, həmin məbləğə, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 66.4-cü maddəsində nəzərdə tutulan çətinliklə bağlı 10 faizi miqdarında ödəniləcək əlavənin miqdarı isə 5168 (51680X10%) manat təşkil edir. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, həmin məbləğ dəiddiaçının faktiki istifadədə olan 228 kv m torpağa görə ödənilməli olan 56848 manata əlavə edilməlidir. Məhkəmə kollegiyası Ali Məhkəmənin qərarında “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 32.3-cü maddəsinə istinadən qeyd olunan torpağın könüllü qaydada verilməsinə görə 10 faiz əlavə ilə əlaqədar birincisi, onu qeyd edir ki, iddiaçının belə bir tələbi yoxdur, ikincisi isə işin hallarından göründüyü kimi burada torpağın könüllü verilməsi halı da mövcud deyildir. Eyni zamanda həmin torpağa görə Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2007-ci il tarixli, 689 saylı Fərmanı ilə nəzərdə tutulmuş 20 faizi əlavənin hesablanması da istisna edilir. Çünki, torpaq sahəsi iddiaçının faktiki istifadəsindədir. Yəni, torpaqayırma sənədi (qərarı) mövcud deyildir. Həm də xüsusi mülkiyyəti kimi onun adına reyestrdə qeydə alınmamışdır. Beləliklə də fərdi yaşayış evinə görə hesablanan 144200 manat kompensasiya məbləği ilə torpağa görə hesablanan 56848 manat kompensasiya məbləği toplandıqda iddiaçıya ödənilməli olan kompensasiyanın ümumi məbləği 201048 manat təşkil etmiş olur. Qeyd olunanları ümumiləşdirərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, ilkin iddiaçı, olan orqan İddiaçı apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin qərarda ilkin iddianın təmin olunmayan və qarşılıqlı iddianın təmin olunan hissələrində əsassız nəticəyə mübahisələndirən dəlilləri ilə razılaşmır. Eyni zamanda, qeyd olunanlar baxımından məhkəmə kollegiyası qarşılıqlı iddiaçının apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən istfadəsində olan torpaq sahəsinə görə kompensasya tələbinin əsassız olaraq nəzərə alınmadığını mübahisələndirən dəlilləri ilə qismən razılaşaraq, məhkəmə yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti qismən təmin olunmalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 517/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı iddiaların qismən təmin edilməsi və kompensasiya ödənilməklə mənzilin boşaldılması hissəsində dəyişdirilməli,ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin dövlət ehtiyacları üçün alınması ilə bağlı Cavabdeh 201048 (iki yüz bir min qırx səkkiz) manat məbləğində kompensasiya ödənilərək mənzil boşaldılması, qalan hissədə qərar dəyişdirilmədən saxlanılması qərara alınmalıdır. Göstərilənlərə əsasən və İPM-in 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İlkin iddiaçı Bakı şəhəri Yasamal İcra Hakimiyyətinin apellyasiya şikayəti təmin edilməsin. Qarşılıqlı iddiaçı Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-517/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı, iddiaların qismən təmin edilməsi və kompensasiya ödənilməklə mənzilin boşaldılması hissəsində dəyişdirilsin. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin dövlət ehtiyacları üçün alınması ilə bağlı Cavabdeh 201048 (iki yüz bir min qırx səkkiz) manat məbləğində kompensasiya ödənilməklə, mənzil boşaldılsın. Qalan hissədə qərar dəyişdirilmədən saxlanılsın. Hazırkı qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-233/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-233/2023
18.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver