Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2333/2022 03.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Tanrıverdiyev Anar Vəzir oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, iddiaçının nümayəndəsi vəkil Nümayəndə, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair” inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-2304/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı məcburetmə haqqında iddia ərizəsi və iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddianın əsaslarına görə 1 sentyabr 1966-cı il təvəllüdlü iddiaçı, 1983-cü ildə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstituna qəbul olmuş 1984 – 1987-ci illərdə həqiqi hərbi xidmət keçmiş, 12 sentyabr 1990-cı il tarixdə «Azneftkimya Birliyinin “Şelf-2” X2rğusuna gənc mütəxəssis kimi 4-cü dərəcəli buruq avadanlığına xidmət edən “elektrik montyoru” vəzifəsinə işə qəbul edilmiş və bu sahədə 12 oktyabr 1998-ci il tarixədək, yəni bu qurumda 8 il 1 ay müddətində “elektrik montyoru” vəzifəsində çalışmış, həmin müəssisədə çalışdığı zaman yeni yaradılmış “X3 Ltd” MMC şirkətinin “İstiqlal” qurğusunda 21 iyul 1998-ci il tarixdə “takelajçı” işinə qəbul edilmiş, 28 mart 2000-ci il tarixədək bu işdə çalışmış, 29 mart 2000-ci il tarixdə “kran üzrə operatorun köməkçisi” vəzifəsinə, 30 avqust 2000-ci il tarixdə isə, “kran operatoru” vəzifəsinə keçirilmiş, müəssisədəki “İstiqlal” qurğusunda “takelajçı” vəzifəsində 1 il 8 ay iş stajına malik olmuşdur. “İstiqlal” qurğusunda “kran üzrə operatorun köməkçisi” vəzifəsində 5 ay müddətində, “kran operatoru” vəzifəsində isə 1 il 2 ay 8 gün iş stajı toplamışdır. 8 noyabr 2001-ci il tarixdən etibarən müəssisənin “Dədə Qorqud” qazma qurğusunda “elektrik” vəzifəsinə, 24 yanvar 2009-cu il tarixdə “böyük elektrik” vəzifəsinə keçirilmişdir. Halhazırda müəssisədə “böyük elektrik” vəzifəsində çalışır. İcra etdiyi “elektrik” vəzifəsi əvvəllər adlandırılan elektrik montyorun vəzifəsinin eynisidir. Hazırda müəssisədə “elektrik montyoru” yox, elektrik kimi rəsmiləşdirilir. Əslində elektrik, elektrik montyorun funksiyalarının eynisidir. Eyni iş icra olunur. 1 oktyabr 2018-ci il tarixdə onun 52 yaşı tamam olmuşdur. Əyani təhsil aldığı dövr ümumi iş stajına daxil olmaqla, 2006-cı ilə qədər onun ümumi iş stajı 27 il 11 ay 18 gün olmuşdur. Azərbaycan Respublikası Nazirlət Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiqlənmiş 1 nömrəli siyahıya görə 20 il ümumi stajı olan və bu stajın azı 10 ilini zərərli və ağır işlərdə çalışan 52 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. O, 8 il 1 ay müddətində Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiqlənmiş 1 nömrəli siyahının “X” bölməsinin 1100000a – 11590 yarımbəndin təsiri altına düşən yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən “elektrik montyoru” vəzifəsində çalışmışdır. 21 iyul 1998-ci il tarixdən 28 mart 2000-ci il tarixədək “X3 Ltd” şirkətində “İstiqlal” qurğusunda “takelajçı” vəzifəsində 8 ay müddətində çalışmışdır. 29 mart 2000-ci il tarixdən 29 avqust 2000-ci il tarixədək “İstiqlal” qurğusunda operatorun köməkçisi vəzifəsində 5 ay müddətində işləmişdir. 30 avqust 2000-ci il tarixdən 7 noyabr 2001-ci il tarixədək “İstiqlal” qurğusunda “kran operatoru” vəzifəsində 1il 2 ay işləmişdir. 8 noyabr 2001-ci il tarixdən 23 yanvar 2009-cu il tarixədək “Dədə Qorqud” qurğusunda “elektrik” vəzifəsində çalışmaqla, əmək fəaliyyətini davam etdirmişdir. 8 noyabr 2001-ci il tarixdən 1 yanvar 2006-cı il tarixə qədər “elektrik” vəzifəsində iş stajı 4 il 2 ay təşkil edir. İcra etdiyi iş 1990 – 1998-ci illərdə icra etdiyi “elektrik montyoru” vəzifəsi ilə eyni funksiya daşıyır. Beləliklə “operator” vəzifəsi 1 nömrəli siyahının “X” bölməsinin 1100000a – 15866 yarım bəndin təsiri altına düşür. Çünki kran operatoru quyuların əsaslı təmiri işlərini icra edir. Bundan əlavə 8 noyabr 2001- ci il tarixdən 1 yanvar 2006-cı il tarixədək “Dədə Qorqud” qurğusunda çalışdığı “elektrik” vəzifəsi Azərbaycan dilinin qaydalarına uyğun olaraq sənədlərdə 2000-ci ildən sonra müəssisədə “elektrik montyoru” deyil, “elektrik” vəzifəsi kimi yazıldığından, qaydalara uyğun olaraq əmrlərdə və əmək kitabçalarda “elektrik montyoru” sözü “elektrik” kimi qeyd edilmişdir. Bu dövrdəki “elektrik” vəzifəsi Nazirlər Kabinetinin 23 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş 1 nömrəli siyahının “X” bölməsinin 1100000a – 13590, 1100000a – 19838, 1100000a – 19861 yarım bəndlərin təsiri altına düşür. Bu dövr üçün güzəştli şərtlərlə iş stajı 4 il 2 ay təşkil edir. Hətta “kran operatoru”, “takelajçı” fəhlə işləri üzrə stajı nəzərə alınmadan “elektrik” vəzifəsi üzrə güzəştli iş stajı 12 il 3 ay (8 il bir ay + 4 il iki ay) təşkil edir. Buna baxmayaraq, iddiaçının yaşa görə güzəştli pensiya təminatı barədə müraciətinə cavabdeh təşkilat 14 avqust 2021-ci il tarixdə 8 iyul 2021-ci il tarixli,daha sonra xx.xx.2021-ci il tarixli məktubları ilə pensiya təyin etməkdən imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki ki, Mərkəzi Filiala təqdim edilmiş 12 sentyabr 1990-cı il tarixli İT-1 ******* nömrəli əmək kitabçasında və “X4” LTD-nin 25 dejabr 2020-ci il tarixli DDG-012-2020 nömrəli arayışında qeyd olunan 29 mart 2000-ci il tarixdən 1 yanvar 2006-cı il tarixədək olan dövr ərzində onun işlədiyi kran üzrə operator və elektrik vəzifələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2L iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş Siyahının Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı bölməsinin (X) fəhlələr yarımbölməsində nəzərdə tutulmamışdır. Bu səbəbdən onun (ərizəçinin) güzəştli iş stajı 10 ildən az (7 il 5 ay 11 gün (1 may 1991-ci il tarixdən 12 oktyabr 1998-ci il tarixədək olan dövr) təşkil edir. Cavabdeh iddia ərizəsinə etirazını iddiaçıya ünvanladığı imtina məktubuna uyğun əsaslandırmaqla, iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-2304/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmuşdur. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qərar əsassızdır. Daha sonra, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə və Ali Məhkəmənin icmal məktubuna istinad olunur. Apellyasiya şikayəti İPM-in 85-ci maddəsinin tələblərinə uyğundur, apellyasiya icraatı mümkündür. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi T.Kərimov apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını, cavabdehin nümayəndəsi vəkil Nümayəndə onunla razılaşmamış, şikayətin təmin olunmasını məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, aşağıdakı əsaslara cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. xx.xx.2006-cı il tarixdən qüvvədə olan «Əmək pensiyaları haqqında» Qanunun 9.1-ci maddəsinin hazırkı redaksiyasına görə axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığorta olunanların: kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsi isə nəzərdə tutur ki, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Əvvəllər, yəni, xx.xx.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun xx.xx.1997-ci il tarixədək qüvvədə olan 13-cü maddəsinin 1ci hissəsinin «b» bəndinə əsasən yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə kişilər – 50 yaşına çatdıqda azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir (Qanunun qeyd edilən 13-cü maddəsinə xx.xx.1997-ci il 321-İQD saylı Qanunu ilə edilən dəyişikliklə yaş həddi 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmış və 2000-ci ilin avqustun 1-dən etibarən «a» bəndi üzrə 52 yaş təşkil etmişdir). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun 320 saylı qərarı ilə təsdiq edilmiş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin» 1 nömrəli Siyahısının “X. Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı” bölməsində 1100000a – 14019 kodu üzrə «quyuları yoxlama üzrə qaldırıcıların maşinistləri» , 1100000a – 19838 kodu üzrə «buruqlara xidmət üzrə elektrik montyorları, 1100000a – 19861 kodu üzrə, bilavasitə buruqlarda elektrik avadanlığının təmiri və xidməti ilə məşğul olan elektrik montyorları» güzəştli pensiya hüququ verən peşələr kimi nəzərdə tutulmuşdur. İş materialları ilə müəyyən olunan hallardan da görünür ki, idddiaçının təkcə qeyd olunan peşlərədə 2006-cı ilə qədər Vətəndaşların pensiya təminatı haqqında Qanunun 13cü maddəsinin «a» bəndi üzrə tələb olunan 10 ildən də çox xüsusilə ağır və zərərli iş şəraitində güzəştli pensiya hüququ verən stajı vardır. Belə ki, «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 67-ci maddəsinin 3-cü hissəsinə əsasən hərbi xidmət dövrü, ali və orta ixtisas təhsil müddəti də iş stajına daxil edilir. Həmin Qanunun 69-cu maddəsinin 1-ci hissəsinə əsasən isə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Qanun qeyd olunan tələbləri nəzərə alınmaqla iddiaçının iş materiallarında olan əmək kitabçasının, hərbi biletinin və diplomunun surətlərinə və arxiv arayışlarına (ocümlədən, ARDNŞ (SOCAR) X6 Trestinin 12 yanvar 2021-ci il tarixli və X5 və Sənaye Universitetinin xx.xx.2021-ci il tarixli arxiv arayılarşına) əsasən 2006-cı ilə qədər aşağıdakı iş stajı müəyyən olunur: xx.xx.1983-xx.xx.1990: Azərbaycan Neft və Kimya İnstitunda təhsil və hərbi xidmət müddəti - 6 il 10 ay 12 gün; xx.xx.1990-xx.xx.1998: Xəzərdənizneftqaz İB-də nkəşfiyyt qazma işlərində üzən «Şeflf-2-Şelf-5 üzən qurğularda buruğa xidmət və və buruqda elektrik avadanlığının təmiri və xidməti üzrə elektrik montyoru – 8 il 1 ay 10 gün; xx.xx.1998-xx.xx.2000: “X3 Ltd” MMC şirkətinin “İstiqlal” qurğusunda takelajçı – 1 il 8 ay 8 gün; xx.xx.2000 - xx.xx.2000: kran üzrə operator köməkçisi – 5 ay 1 gün; xx.xx.2000-xx.xx.2001: kran operatoru - 1 il 2 ay 8 gün. xx.xx.2001– xx.xx.2005: qazma qurğusunda elektrik – 4 il 1 ay 23 gün. İddiaçının qeyd olunan iş stajı ümumiləşdirildikdə, xx.xx.2006-cı il tarixinədək 20 ildən çox (21 il 3 ay 24 gün) ümumi stajı toplanır ki, həmin stajın da o, 10 ildən çoxunu güzəştli iş stajı təşkil edir. Belə ki, “X3 LTD” şirkətinin işə əlavə olunmuş güzəştli arayışlarına, habelə məhkəmə sorğusuna ünvanlanmış xx.xx.2021-ci il, xx.xx.2022-ci il tarixli cavab məktublarına, təqdim etdiyi vəzifə təlmatlarına əsasən müəyyən olunur ki, iddiaçının Xəzər dənizində üzən qurğularda qazma buruqlarına xidmət və buruqlarda elektrik avadanlığının təmiri və xidməti üzrə elektrik montyoru, kran operatoru, qazma qurğusunda elektrik (montyor) kimi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun 320 saylı qərarı ilə təsdiq edilmiş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin» 1 nömrəli Siyahısının “X. Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı” bölməsində «Qazma» «a» fəhlələr yarımbölməsində nəzərədətutulan peşələrdə: 1100000a – 14019 ( quyuları yoxlama üzrə qaldırıcıların maşinistləri») , 1100000a – 19838 ( «buruqlara xidmət üzrə elektrik montyorları), 1100000a – 19861(bilavasitə buruqlarda elektrik avadanlığının təmiri və xidməti ilə məşğul olan elektrik montyorları») 15 il 1 ay 14 gün güzəştli stajı vardır. «Əmək pensiyaları haqqında» Qanunun əmək pensiyasının ödənilməsinin mövcud qaydasını müəyyənləşdirən 32.1-1-ci maddəsinin tələbinə görə əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Qeyd olunanlar onu deməyə əsas verir ki, cavabdeh tərəfindən xx.xx.1966-cı il təvəllüdlü iddiaçıya, tələb olunan güzəştli stajının olmadığı əsas gətirilməklə 52 yaşından (xx.xx.2018) güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsindən imtina edilməsi tamamtlə qanunsuz olmuş, hüquqlarını pozmuşdur. İPM-in 73.1-ci maddəsi də nəzərdə tutur ki, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Birinci instansiya məhkəməsinin qərarından da görünür ki, məhkəmə iddianı təmin etməklə işin hallarına, maddi və prosessual hüquq normalarına uyğun olan nəticəyə gəlmişdir. Ona görə də məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin həmin qərarın əsassız olduğunu vurğulayan dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)- 2304/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 14, 69, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-2304/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1(bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Anar Tanrıverdiyev İkram Şirinov
Məhkəmə qərarları › İş №2-1(103)-2333/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2333/2022
03.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver