Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2333/2023 12.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), X2 və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Məmmədova Leyla Asəf qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı MTK-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “şəxsi hesab vərəqəsində borcun silinməməsi, faizlərin hesablanması və borcun tələb edilməsi ilə baglı cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 2912/2023 saylı 17 fevral 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı MTK cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı İddiaçı MTK-nın şəxsi hesab vərəqəsindən 2016-cı ilin İ rübü üzrə hesablanmış 1329614.33 manat BTFSV borcunun silinməsi, borcun tələb edilməsinin dayandırılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 9 aprel 2019-cu il tarixli, 2-1(82)-1419/2019 nömrəli qərarı ilə iddia tələbi təmin edilmiş, cavabdehin 12 fevral 2019-cu il tarixli, **********232600 saylı vergilərin hesablanması barədə qərarı ləğv edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 11 fevral 2020-ci il tarixli 2-1 (103)- 45/2020 saylı qərarı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 9 aprel 2019-cu il tarixli, 2- 1(82)-1419/2019 saylı qərarı ləğv edilmiş, iddia rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 31 avqust 2020-ci il tarixli, 2-1(102)- 1120/200 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-45/2020 saylı qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 mart 2021-ci il tarixli, 2-1(103)-212/2021 nömrəli qərarı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 9 aprel 2019-cu il tarixli, 2-1(82)-1419/2019 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Repsublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(102)-1332/2021 saylı qərarına əsasən cavabdeh orqan tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 17 mart tarixli, 2- 1(103)-212/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. İddiaçı tərəfindən cavabdeh vergi orqanına bu barədə dəfələrlə müraciətlər edilsə də, bu günədək həmin qərarlar vergi orqanı tərəfindən tam şəkildə icra olunmamışdır. Vergi orqanının vəzifəli şəxsləri qərəzli mövqe nümayiş etdirərək, həmin qərarın icrasına maneçilik törədirlər. Lakin etdiyi müraciətlərə və şikayət ərizələrinə baxılmamış və qanunamüvafıq qaydada cavab verilməmişdir. Şifahi şəkildə iddiaçıya bildirilsə də, bu günə qədər məhkəmə qərarının icra olunması barədə heç bir müsbət cavab almamışdır. Yəni Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən qəbul edilmiş, qanuni qüvvəsini almış məhkəmə qərarları icra edilməmiş və müəssisənin bank hesablarına sərəncam qoyulması davam etmişdir. Artıq Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən qəbul edilmiş qərarların qanuni qüvvəsini almasından uzun bir müddət ötməsinə baxmayaraq vergi orqanı tərəfindən qərarların icrası həyata keçirilməmiş, bank hesablarına, ƏDV subhesablarına qoyulmuş sərəncamlar aradan qaldırılmamışdır. Bu səbəbdən ərizə ilə məhkəməyə müraciət etmə zərurəti yaranmışdır. İddiaçının nümayəndəsi məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, İddiaçı MTK-nın (VÖEN **********) şəxsi hesab vərəqəsindən 2256756.88 manat məbləğində BTFSV məbləğinin silinməsinin tam təmin edilməməsi nəticəsində şəxsi hesab vərəqəsində 1329614.33 manat borcun silinməməsi, faizlərin hesablanması və borcun tələb edilməsi ilə baglı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin hərəkətlərinin qanunsuz hesab edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. Sonradan iddiaçının nümayəndəsi məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 9 aprel 2019-cu il tarixli, 2-1(82)- 1419/2019 saylı qərarı ilə ləgv edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 12 fevral 2019-cu il tarixli, **********232600 saylı qərarına əsasən hesablanmış 2256756.88 manat məbləğində bina tikintisi fəaliyyəti ilə məşqul olan sadələşdirilmiş vergi borcunun İddiaçı MTK-nın (VÖEN **********) şəxsi hesab vərəqəsindən tam olaraq silinməməsi nəticəsində qalmış 1329614.33 manat borcun silinməməsi, faizlərin hesablanması və borcun tələb edilməsi ilə baglı cavabdehin hərəkətlərinin qanunsuz hesab edilərək şəxsi hesab vərəqəsindən 1329614.33 manat vergi borcun silinməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İşin birinci instansiya icraatı zamanı cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etirazda qeyd edilmişdir ki, cavabdeh iddiaçının iddia ərizəsində irəli sürdüyü iddia tələbinə qarşı aşağıda qeyd olunan faktlara, hüquq normalarına və Mülki Prosessual Məcəllənin 47.2-ci və İnzibati Prosessual Məcəllənin 47.2 və 48.2-ci maddəsinə əsaslanaraq etiraz edir. Belə ki, cavabdeh xx.xx.2016-cı il tarixdə qərar qəbul edərək İddiaçı MTK barəsində 2014-cü ilin 2 və 3-cü rübləri ərzində təməli qoyulmuş binalarla bağlı Bina tikintisi fəaliyyəti ilə məşqul olan sadələşdirilmiş vergi öhdəliyini (BTFSV) 1329614,33 manat müəyyən etmişdir. İddiaçı cavabdehin xx.xx.2016-cı il tarixli **********398100 saylı “Vergilərin hesablanması barədə” qərarı ilə razılaşmış, həmin qərar mübahisələndirməmişdir. Həmçinin, iddiaçı tərəfindən 2015-ci ilin 2-ci rübündə təməli qoyulmuş yaşayış binası üzrə 204120,0 manat vergi hesablanmaqla xx.xx.2015-ci il tarixdə cari bəyannamə təqdim edilmiş, lakin xx.xx.2015-ci il tarixdə heç bir əsas olmadan hesablanmış vergilər tam azaldılmışdır. 2015-ci ilin 2-ci rübündə təməli qoyulmuş yaşayış binası ilə əlaqədar hesablanmış vergilər xx.xx.2016-cı il tarixədək vergi ödəyicisi tərəfindən dəqiqləşdirilmiş bəyannamə təqdim edilməklə tam azaldıldığına görə xx.xx.2016-cı il tarixdən sonra qüvvədə olan yeni qanunvericiliyə əsasən 2016-cı ilin 1-ci rübü üzrə bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergisi üzrə aparılmış hesablamalar zamanı həmin binanın (təməli 2015-ci ilin 2-ci rübündə qoyulan) sahəsi nəzərə alınmamış və digər rüblərdə təməli qoyulmuş binalarla bağlı hesablamanın aparılmasına baxmayaraq, qeyd edilən bina ilə əlaqədar yeni metod üzrə sadələşdirilmiş vergi hesablanmamışdır. Bundan sonra xx.xx.2019-cu il tarixdə 2015-ci ilin 2-ci rübü üzrə təməli qoyulmuş bina ilə əlaqədar yeni metod üzrə sadələşdirilmiş vergilərin hesablanmadığı əsas götürülməklə cavabdeh tərəfindən 2014-cü ilin 2 və 3-cü rüblərində təməli qoyulmuş binalarla əlaqədar 2016-cı ilin 1-ci rübü üzrə bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergisi üzrə hesablanmış 1329614,33 manat vergi məbləğinə düzəliş olunaraq 927142,55 manat əlavə vergi (cəmi hesablama 2256756,88 manat) hesablanmışdır. İddiaçı həmin bina üzrə yəni 2015-ci ilin 2-ci rübü üzrə təməli qoyulmuş bina ilə əlaqədar vergilərin hesablanması haqqında xx.xx.2019-cu il tarixli qərarın ləğvi tələbi ilə inzibati məhkəməyə müraciət etmişdir. 2 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə iddia tələbi təmin olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarından narazı qalan cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə təmin olunaraq iddia rədd edilmişdir. İşə kassasiya qaydasında baxmış Ali Məhkəmənin xx.xx.2020-ci il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti əsasında iş yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılmışdır. Növbəti dəfə işə baxmış Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş və Ali Məhkəmənin xx.xx.2021-ci il tarixli qərarı ilə həmin qərar qüvvədə saxlanılmışdır. Vergilərin hesablanması barədə xx.xx.2019-cu il tarixli qərarın mübahisələndirilməsinə dair olan inzibati məhkəmə işi üzrə Ali Məhkəmə işi yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytararkən xx.xx.2020-ci il tarixli qərarında iddiaçının hansı ünvanda olan, sahəsi göstərilməklə hansı binaya görə vergi məsuliyyətinə cəlb edilməsi ilə bağlı araşdırma aparmasını apellyasiya məhkəməsinə göstəriş vermişdir. Həmin göstərişlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarında bildirilmişdir ki, vergi orqanının mübahisələndirilən xx.xx.2019-cu il tarixli qərarı Xırdalan şəhəri, Heydər Əliyev prospektində inşa edilmiş, yəni 3-cü bina ilə bağlı qəbul edilmişdir. Həmçinin həmin qərarda göstərilmişdir ki, müəssisənin Xırdalan şəhəri, Heydər Əliyev prospektində inşa etdiyi ümumi sahəsi 13.301,2 kv.m olan binanın təməlinin xx.xx.2015-ci ildə qoyulduğu iş materialları ilə təsdiq olunduğu üçün həmin bina ilə bağlı 2016-cı ilin İ rübünə dair BTFSV ödeyicisi olaraq sadələşdirilmiş vergi bəyannaməsini təqdim etmək öhdəliyi yaranmamışdır. Həmçinin, Bakı Apellyasiya Məhkəməsinin qərarından vergi orqanının vermiş olduğu kassasiya şikayəti üzrə qəbul edilmiş Ali Məhkəmənin xx.xx.2021-ci il tarixli qərarının təsviri-əsaslandırıcı hissəsində qeyd edilmişdir ki, müəssisə 2015-ci ilin İİ rübündə təməli qoyulmuş binaya görə bəyannamələri (ilkin və dəqiqləşdirilmiş) həmin ildə təqdim etmiş, lakin vergi orqanı tərəfindən həmin bəyannamələr üzrə Vergi Məcəlləsinin 37.2-ci maddəsində müəyyən edilmiş müddətlər pozulmaqla vergilərin hesablanması 2019-cu ildə həyata keçirilmişdir. Məhkəmənin mövqeyinə görə mübahisə predmetini təşkil edən xx.xx.2019-cu il tarixli qərarla 2015-ci ilin İİ rübündə təməli atılmış binaya görə 927.142,55 manat əlavə vergi məbləği hesablanmış, 1.329.614,33 manat məbləğində BTFSV isə hazırki mübahisə predmetinə daxil olmayan xx.xx.2016-cı il tarixli qərarla hesablanmışdır. Başqa sözlə, Ali Məhkəmənin xx.xx.2021-ci il tarixli qərarında (səh. 14- 15) xx.xx.2016-cı il tarixli **********398100 saylı qərar hazırkı mübahisənin predmeti deyil və bu iş üzrə məhkəmə aktı həmin qərarın qüvvəsinə və nəticəsinə təsir etmədiyini bildirmişdir. Apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə təmin olunaraq iddia rədd edilmişdir. İşə kassasiya qaydasında baxmış Ali Məhkəmənin xx.xx.2020-ci il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti əsasında iş yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılmışdır. Növbəti dəfə işə baxmış Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş və Ali Məhkəmənin xx.xx.2021-ci il tarixli qərarı ilə həmin qərar qüvvədə saxlanılmışdır. Bundan başqa vergilərin hesablanması barədə xx.xx.2019-cu il tarixli qərarın mübahisələndirilməsinə dair olan inzibati məhkəmə işi üzrə Ali Məhkəmə işi yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytararkən xx.xx.2020-ci il tarixli qərarında iddiaçının hansı ünvanda olan, sahəsi göstərilməklə hansı binaya görə vergi məsuliyyətinə cəlb edilməsi ilə bağlı araşdırma aparmasını apellyasiya məhkəməsinə göstəriş vermişdir. Həmin göstərişlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021- ci il tarixli qərarında bildirilmişdir ki, vergi orqanının mübahisələndirilən xx.xx.2019-cu il tarixli qərarı Xırdalan şəhəri, Heydər Əliyev prospektində inşa edilmiş, yəni 3-cü bina ilə bağlı qəbul edilmişdir. Həmçinin həmin qərarda göstərilmişdir ki, müəssisənin Xırdalan şəhəri, Heydər Əliyev prospektində inşa etdiyi ümumi sahəsi 13.301,2 m2 olan binanın təməlinin xx.xx.2015-ci ildə qoyulduğu iş materialları ilə təsdiq olunduğu üçün həmin bina ilə bağlı 2016-cı ilin İ rübünə dair BTFSV ödeyicisi olaraq sadələşdirilmiş vergi bəyannaməsini təqdim etmək öhdəliyi yaranmamışdır. Həmçinin, Bakı Apellyasiya Məhkəməsinin qərarından vergi orqanının vermiş olduğu kassasiya şikayəti üzrə qəbul edilmiş Ali Məhkəmənin xx.xx.2021-ci il tarixli qərarının təsviri - əsaslandırıcı hissəsində qeyd edilmişdir ki, müəssisə 2015-ci ilin İİ rübündə təməli qoyulmuş binaya görə bəyannamələri (ilkin və dəqiqləşdirilmiş) həmin ildə təqdim etmiş, lakin vergi orqanı tərəfindən həmin bəyannamələr üzrə Vergi Məcəlləsinin 37.2-ci maddəsində müəyyən edilmiş müddətlər pozulmaqla vergilərin hesablanması 2019-cu ildə həyata keçirilmişdir. Məhkəmənin mövqeyinə görə mübahisə predmetini təşkil edən xx.xx.2019-cu il tarixli qərarla 2015ci ilin İİ rübündə təməli atılmış binaya görə 927.142,55 manat əlavə vergi məbləği hesablanmış, 1.329.614,33 manat məbləğində BTFSV isə hazırkı mübahisə predmetinə daxil olmayan xx.xx.2016-cı il tarixli qərarla hesablanmışdır. Başqa sözlə, Ali Məhkəmənin xx.xx.2021-ci il tarixli qərarında (səhifə 14-15) xx.xx.2016-cı il tarixli **********398100 saylı qərar hazırkı mübahisənin predmeti deyil və bu iş üzrə məhkəmə aktı həmin qərarın qüvvəsinə və nəticəsinə təsir etmədiyini bildirmişdir. Göründüyü kimi, məhkəmələr tərəfindən xx.xx.2019-cu il tarixli vergilərin hesablanması barədə qərara hüquqi qiymət verilərkən məhz 2015-ci ildə təməli qoyulmuş 3-cü bina nöqteyinəzərindən yanaşılmış, daha əvvəlki qərarın (xx.xx.2016-cı il tarixli **********398100 saylı) da öz qüvvəsini itirməsinə dair heç bir qeyd aparılmamışdır. Əlavə olaraq, 1.329.614,33 manat BTSV-nin yayındırılması ilə bağlı VClABl-nin xx.xx.2018-ci il tarixli qərarı ilə cinayət işi başlanmış və Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli 22584 saylı rəydə, iddiaçı tərəfindən 2016-cı ilin 1-ci rübü dövrünə bina tikintisi fəaliyyətinə görə 18.757,10 m2 sahəyə görə vergidən yayındığı öz təsdiqini tapmışdır. Göründüyü kimi, iş üzrə cavabdehin qanuni qüvvədə olan xx.xx.2016-cı il tarixli **********398100 saylı qərarı ilə hesablanan 1329614,33 manat məbləğində vergi borcunun silinməsi iddia tələbi əsassızdır. Bundan başqa qeyd olunmalıdır ki, iddiaçının xx.xx.2019-cu il tarixə yaranan 1541486,1 manat borcuna görə 1918840,0 manat məbləğində əmlakı siyahıya alınmış və siyahıya alınmış amlakın ixtisaslaşdırılmış açıq hərracda satılması barədə iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edilmişdir. Həmin məhkəmənin xx.xx.2020-ci il tarixli e-2-2(113)- 805/2020 saylı qərarı ilə iddia təmin edilmiş və qətnamə qanuni qüvvəsini almışdır. Əlavə olaraq, iddiaçının şəxsi hesab vərəqəsinin “Əmlaka yönəldilən məbləğ üzrə vərəqəsindən" göründüyü kimi, iddiaçının silinməsini tələb etdiyi vergi borcunun əsası məhkəmə qərarları ilə təmin olunmuş (1274964,10 manat) vergi borclarıdır. Vergi Məcəlləsinin 24.0.1-ci maddəsinə əsasən vergi orqanı vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət edir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini) ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur. Vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. Həmin Məcəlləsinin 78-ci maddəsinə görə vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergi məbləğinin müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olub - olmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir. Həmin Məcəllənin 16-cı maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsi kimi müəyyən edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2912/2023 saylı 17 fevral 2023-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 9 aprel 2019-cu il tarixli, 2-1(82)- 1419/2019 saylı qərarı ilə ləgv edilmiş, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 12 fevral 2019-cu il tarixli, **********232600 saylı qərarına əsasən hesablanmış 2256756.88 manat məbləğində bina tikintisi fəaliyyəti ilə məşqul olan sadələşdirilmiş vergi borcunun "xxxx" MTK-nın (VÖEN **********) şəxsi hesab vərəqəsindən tam olaraq silinməməsi nəticəsində qalmış 1329614.33 manat borcun silinməməsi, faizlərin hesablanması və borcun tələb edilməsi ilə baglı cavabdehin hərəkətləri qanunsuz hesab edilərək şəxsi hesab vərəqəsindən 1329614.33 manat vergi borcu silinməsi qərara alınmışdır. Cavabdeh qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddiaya dair verilmiş yazılı etiraza uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək onun rədd edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməklə, iddia tələbi mümkün sayılmamalıdır. Belə ki, İddiaçı MTK cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək xx.xx.2019-cu il tarixli **********232600 saylı vergilərin hesablanması barədə qərarın ləğv edilməsini xahiş etmiş,2 saylı Bakı inzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 9 aprel tarixli, 2-1(82)- 1419/2019 nömrəli qərarı ilə iddia təmin edilmiş, cavabdehin iddiaçı barədə 2019-cu il 12 fevral tarixli, **********232600 saylı vergilərin hesablanması barədə qərarı ləğv edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 11 fevral tarixli, 2-1(103)-45/2020 nömrəli qərarı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 9 aprel tarixli qərarı ləğv edilmiş, iddia rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 31 avqust tarixli, 2-1 (102)- 1120/2020 nömrəli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 11 fevral tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 17 mart tarixli, 2- 1(103)-212/2021 nömrəli qərarı ilə 2 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinin 2019-cu il 9 aprel tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh orqan tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(102)-1332/2021 saylı qərarı ilə təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 17 mart tarixli, 2-1(103)- 212/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Həmin iş üzrə təkrar apellyasiya icraatı zamanı kassasiya məhkəməsinin göstərişləri nəzərə alınaraq qeyd edilmişdir ki, “...iddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddianın predmeti olan xx.xx.2019-cu il tarixli qərarla iddiaçıya Xırdalan şəhəri, H.Əliyev prospekti ünvanındakı bina tikintisi ilə bağlı təməl qoymaya görə hesablanmış 2.256.756,88 manat vergi məbləğinin tərkibinə həm də vergi orqanının qəbul etdiyi xx.xx.2016-cı il tarixli "vergilərin hesablanması barədə" qərarla hesablanmış 1.329.614,33 manat vergi məbləği də daxil edilmişdir. Belə ki, apellyasiya instansiya məhkəməsində tərəflərin nümayəndələrinin iştirakı ilə aparılan məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, vergi orqanının "vergilərin hesablanması barədə xx.xx.2015-cı il tarixli qərarı ilə iddiaçıya Bakı-Quba avtomagistralının 14-cü km-nin qərb tərəfindən inşa edilmiş binanın təməlqoyma işlərinə görə 2016-cı ilin İ rübü üzrə 1.329.14.33 manat vergi hesablanmış, bu məbləğ sonradan digər, yəni Xırdalan şəhəri, H.Əliyev prospekti ünvanındakı binanın tikintisi ilə bağlı 2016cı ilin İ rübü üzrə hesablanmış 927142,44 manat vergi məbləğinə əlavə edilmiş və ümumilikdə iddiaçıya 2.256.756,88 manat BTFSV məbləği hesablanmışdır. Belə olan halda məkkəmə kollegiyası iddiaçı tərəfindən xx.xx.2019-cu il tarixli "vergilərin hesablanması barədə" qərarı ilə hesablanmış 2.256.756.88 manat vergi məbləğinin tərkibinə daxil olan 24.02 2016-cı il tarixli qərarla hesablanmış 1.329.614,33 manat vergi məbləğinin mübahisələndirilməsi üçün iddia müddətinin ötürülüb-ötürülmədiyi məsələsinə hüquqi qiymət verərək hesab edir ki, həmin iddia müddəti iddiaçı tərəfindən ötürülməmişdir. Belə ki, adı çəkilən "vergilərin hesablanması barədə" xx.xx.2016-cı il tarixli qərarla iddiaçıya 2016-cı ilin İ rübü üzrə müvafiq ünvandakı bina tikintisi ilə bağlı 1.329.614,33 manat vergi məbləği hesablanıb tələb olunsa da, həmin hesablanmış vergi məbləği xx.xx.2019-cu il tarixədək vergi ödəyicisi tərəfindən mübahisləndirilməsə də, sonradan vergi orqanı digər ünvandakı binanın tikintisi ilə bağlı 927142,44 manat vergi məbləğini hesablayaraq, ümumilikdə 2.256.756,88 manat (1.329.614,33 + 927.142,44 = 2.256.756,88 m) vergilərin hesablanması barədə xx.xx.2019-cu il tarixli qərar qəbul etmiş və həmin qərardan onun təqdim olunduğu vaxtdan Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən 30 gün müddətinə məhkəməyə şikayət vermək hüququnu izah etmişdir. Bununla da məhkəmə kollegiyası hesab edir ki, vergi orqanı iddiaçıya xx.xx.2016-cı il tarixli qərarla 2016-cı ilin İ rübü üzrə hesabladığı 1.329.614,33 manat vergi məbləğinin xx.xx.2019-cu il tarixli qərarla hesablanmış 2.256.756,88 nanat vergi məbləğinin tərkibinə daxil etməklə və sonda bu qərardan ümumi qaydada, 30 gün müddətində məhkəməyə şikayət vermək hüququnun olduğunu izah etdiyi üçün iddiaçı da həmin hüququndan istifadə etməklə xx.xx.2019-cu il tarixli qərarı xx.xx.2019-cu il tarixdə məhkəmədə iddia qaldırmaqla mübahisələndirməkdə haqlı olmuşdur və bu zaman da onun tərəfindən iddia müddəti ötürülməmişdir. Buna görə də kollegiya hesab edir ki, iddia xx.xx.2019-cu il tarixli qərarın "iddiaçıya Bakı Quba avtomagistralının 14-cü km-nin qərb tərəfində inşa edilən binanın təməlqoyma işlərinə görə 2016-cı ilin İ rübü üzrə hesablanmış 1.329.614,33 manat vergi məbləğinin mübahisələndirilməsi" hissəsində də mümkündür.” Göründüyü kimi qanuni qüvvəsini almış məhkəmə aktlarına əsasən ləğv edilmiş xx.xx.2019cu il tarixli qərar cavabdeh inzibati orqanın xx.xx.2016-cı il tarixli - iddiaçının hazırkı iş üzrə şəxsi hesab vərəqəsindən silinməsini tələb etdiyi 2016-cı ilin İ rübü üzrə hesablanmış 1329614.33 manat BTFSV borcunu da əhatə etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının tələbində qeyd edilən məsələyə qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə artıq hüquqi qiymət verilmiş və hesablanmış borcun silinməsi qənaətinə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 78-ci maddəsinə görə isə mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Beləliklə, işin yuxarıda sadalanmış hallarından müəyyən olunur ki, tərəflər arasında hazırkı mübahisəyə artıq qanuni qüvvədə olan məhkəmə aktı ilə hüquqi qiymət verilmiş və əvvəlki məhkəmə qərarı hazırkı iş üzrə preyudisial əhəmiyyətə malikdir. Azərbaycan Respublikası İPM-in yuxarıda istinad olunan 78-ci maddəsinə görə isə mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçılarının yenidən həmin halı başqa qaydada mübahisələndirmək imkanını ortadan qaldırır. Bu hal, mübahisə predmeti barəsindən artıq qanuni qüvvəyə minmiş məhkəmə qərarının təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələr qazanmasından irəli gəlir Beləliklə yuxarıda qeyd edilən hallar hazırkı işin birinci instansiya icraatı zamanı nəzərə alınmamış, məhkəmə tərəfindən iddia tələbi mümkün sayılaraq, maddi və prosessual normaların pozulması şəraitində qanunsuz və əsassız olaraq qərar qəbul edilmiş iddiaçının iddia tələbi təmin edilmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İPM-in 82,87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D I : Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2912/2023 saylı 17 fevral 2023-cü il tarixli qərarı ləğv edilsin. İddiaçı MTK-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 9 aprel 2019-cu il tarixli, 2-1(82)-1419/2019 saylı qərarı ilə ləgv edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 12 fevral 2019-cu il tarixli, **********232600 saylı qərarına əsasən hesablanmış 2256756.88 manat məbləğində bina tikintisi fəaliyyəti ilə məşqul olan sadələşdirilmiş vergi borcunun İddiaçı MTK-nın (VÖEN **********) şəxsi hesab vərəqəsindən tam olaraq silinməməsi nəticəsində qalmış 1329614.33 manat borcun silinməməsi, faizlərin hesablanması və borcun tələb edilməsi ilə baglı cavabdehin hərəkətlərinin qanunsuz hesab edilərək şəxsi hesab vərəqəsindən 1329614.33 manat vergi borcun silinməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin inzibati kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küç, 14) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-2333/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2333/2023
12.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver