Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2334/2025 10.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə (Açar sözlər: güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi) Hakimlər Abbasova Günel Məhərrəm qızının sədrliyi və məruzəsi ilə, Oruczadə Aytən Pənah qızı və X1 ibarət tərkibdə, X2 qızının katibliyi ilə, İddiaçı və cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 03 fevral 2025-ci il tarixli, 2-1(112)- 766/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək iddiaçı zərərli istehsalat sahəsində işləməsilə bağlı güzəştli şərtlərlə 60 yaşdan yaşa görə əmək pensiyası təyin edilməsinin cavabdeh AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində DSMF-nun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının öhdəsinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1980-cı il tarixdən xx.xx.1980-ci il tarixədək Azərbaycan Dəmir Yolları Keşlə stansiyasında qatar tərtibçisinin köməkçi vəzifəsində işləmişdir. xx.xx.1980-ci il tarixdən xx.xx.1982-ci il tarixədək Sovet ordusu sıralarında hərbi xidmətdə olmuşdur. xx.xx.1982-ci il tarixdən xx.xx.1983-cü il tarixədək hərbi hissədə ekskavator maşinisti vəzifəsində işləmişdir. xx.xx.1983-cü il tarixdən xx.xx.1986-ci il tarixədək BAM Şərq sahəsi kənar şimal rayonu ərazisində mexanik vəzifəsində işləmişdir. xx.xx.1987-ci il tarixdən xx.xx.1989-cu il tarixədək fəhlə kimi işləmişdir. xx.xx.1989-cu il tarixdən xx.xx.2001-ci il tarixədək "xxxx" QSC-də Teplovoz maşinisti köməkçisi vəzifəsində işləmişdir. xx.xx.2007-ci il tarixdən xx.xx.2017-ci il tarixədək “Nurlan -T” MM-də montaj ustası və briqadir vəzifəsində işləmişdir. xx.xx.2017-ci il tarixdən "xxxx" MMC-də işləyir. Ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsinə dair ərizəsinə xx.xx.2023-cü il tarixdə cavabdeh tərəfindən imtina edilmişdir və verilmiş cavabda güzəştli iş stajının 11 il 5 ay 7 gün təşkil etməsi göstərilmişdir . Bu tamamilə əsassızdır, belə ki, ona məxsus əmək kitabçasından da görünür ki, onun zərərli sahədə işlədiyi müddət 12 il 6 aydan çoxdur, həmçinin ümumi iş stajı da 25 ildən artıqdır. 2006-cı ilin yanvar ayınadək onun iş stajı hərbi xidmətlə birlikdə 25 ildən artıqdır. Qeyd olunmalıdır ki, xx.xx.1983-cü il tarixdən xx.xx.1986-ci il tarixədək Rusiya Federasiyasında BAM Şərq sahəsi kənar şimal rayonu ərazisində mexanik vəzifəsində işlədiyi illər nəzərə alınmamışdır.
3. Cavabdeh tərəfindən məhkəməyə etiraz ünvanlanmışdır.
4. İddiaçı xx.xx.2025-ci il tarixli məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirməsi barədə ərizə təqdim edərək İddiaçı xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin eyni tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilmiş şəkildə icarata qəbul edilmişdir.
5. Bakı İnzibati Məhkəməsinin 03 fevral 2025-ci il tarixli, 2-1(112)-766/2025 nömrəli qərarı ilə iddia tələbi təmin edilmiş, İddiaçı xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır.
6. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ:
7. Apellyasiya şikayəti iddia ərizəsinə qarşı etiraza uyğun olaraq əsaslandırılmışdır.
MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ:
8. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etdi.
9. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini xahiş etdi.
MÜBAHİSƏNİN HƏLLİ İLƏ BAĞLİ MƏHKƏMƏ ARAŞDİRMASİNİN ƏSASİNİ TƏŞKİL EDƏN SƏNƏDLƏR
10. İş materiallarına əlavə edilmiş AA******* nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı xx.xx.1961-ci il təvəllüdlür.
11. "xxxx" QSC Yük Daşımaları Departamentinin Keşlə Stansiyasının 78 nömrəli xx.xx.2021-ci il tarixli arayışından görünür ki, iddiaçı işə qəbul olunub: xx.xx.1989xx.xx.2001-ci il teplovoz maşinist köməkçisi (Əmr № 735, xx.xx.1989). Ümumi: Teplovoz maşinist köməkçisi peşəsində iş stajı 11 il, 05 ay, 10 gün təşkil edir. Bu da Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 nömrəli 23 yanvar 2007-ci il tarixli “Güşərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı” qərarına uyğundur. 21 Nəqliyyat - Teplovoz maşinist; və teplovoz maşinist köməkçiləri.
12. "xxxx" QSC Yük Daşımaları Departamentinin Keşlə Stansiyasının 053 nömrəli xx.xx.2021-ci il tarixli arayışından görünür ki, "xxxx" QSC İnfrastruktur Departamentinin Sinifdənkənar Keşlə stansiyasında xx.xx.1980-ci ildən xx.xx.1980-cı ilə qədər qatar tərtibçisinin köməkçisi vəzifəsində çalışıb. O, həqiqətən Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 № qərarının 21.4 bəndinə əsasən güzəştli şərtlə pensiya çıxma hüququna malikdir.
13. İddiaçıya məxsus xx.xx.1980-ci il tarixli, ИТ-İ № ******* nömrəli əmək kitabçasının surətinə əsasən xx.xx.1980-cı il tarixdən xx.xx.1980-ci il tarixədək Azərbaycan Dəmir Yolları Keşlə stansiyasında qatar tərtibçisinin köməkçi vəzifəsində, xx.xx.1980-ci il tarixdən xx.xx.1982-ci i ltarixədək Sovet ordusu sıralarında hərbi xidmətdə olmuş, xx.xx.1982-ci il tarixdən xx.xx.1983-cü il tarixədək hərbi hissədə ekskavator maşinisti vəzifəsində, xx.xx.1983-cü il tarixdən xx.xx.1986-ci il tarixədək BAM Şərq sahəsi kənar şimal rayonu ərazisində mexanik vəzifəsində, xx.xx.1987-ci il tarixdən xx.xx.1989-cu il tarixədək fəhlə, xx.xx.1989-cu il tarixdən xx.xx.2001-ci il tarixədək "xxxx" QSC-də Teplovoz maşinisti köməkçisi vəzifəsində, xx.xx.2007-ci il tarixdən xx.xx.2017-ci il tarixədək “Nurlan -T” MMdə montaj ustası və briqadir vəzifəsində işləmişdir, xx.xx.2017-ci il tarixdən "xxxx" MMC-də işləyir.
14. НЗ ******* nömrəli hərbi biletin surətindən görünür ki, İddiaçı xx.xx.1980-ci il tarixdə hərbi xidmətə çağırılmış, xx.xx.1982-ci il tarixdən hərbi xidmətdən tərxis olunmuşdur.
15. Məhkəmə sorğusuna cavab olaraq "xxxx" QSC xx.xx.2024-cü il tarixli məktubla bildirmişdir ki, İddiaçı ADY-nin Biləcəri lokomotiv deposunda xx.xx.1989-cu il tarixindən xx.xx.2001-ci il tarixinədək çalışdığı teplovoz maşinist köməkçisi peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş (xx.xx.2007-ci il tarixədək qüvvədə olmuş) “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda 28-ci bölmənin müvafiq olaraq 8 və 14-cü (kod:23001000—14241 və 23001000—16878) və Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda isə 21.4- cü bəndin müvafiq olaraq 7, 13 və 17-ci abzaslarında nəzərdə tutulmuşdur. Bu peşə üzrə müvafiq dövr ərzində İddiaçı güzəştli iş stajı 11 il 5 ay 10 gün təşkil edir. İddiaçı ADY-nin Sinifdənkənar Keşlə stansiyasında xx.xx.1980-ci il tarixindən xx.xx.1980-ci il tarixinədək çalışdığı qatar tərtibçisinin köməkçisi və Biləcəri lokomotiv deposunda xx.xx.1989-cu il tarixindən xx.xx.1989-cu il tarixinədək çalışdığı texniki xidmət məntəqəsində lokomotivlərin təmiri və baxışı üzrə çilingər peşələri sözügedən normativ aktlarda nəzərdə tutulmamışdır. Həmçinin ADY məlumat sahibi olmadığından İddiaçı Rusiya Federasiyasının X3 (BAM) və onun Şərq sahəsindəki işlədiyi mexanik, çilingər və teplovoz maşinist köməkçisi vəzifə və peşələri üzrə işlərin xüsusiyyətləri, eyni zamanda onların güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən vəzifələrin siyahısına aid edilib-edilməməsi barədə informasiyaların təqdim olunması imkanlarımız xaricindədir
16. Cavabdeh DSMF Xüsusi Şərtlərlə Təynat üzrə Mərkəzi Filialın iddiçaıya ünvanladığı xx.xx.2023-cü il tarixli güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında məktubunda bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Mərkəzi Filiala təqdim etdiyiniz sənədlərdə qeyd olunan məlumatlara əsasən, sizin güzəştli iş stajınız 12 il 6 aydan az (11 il 5 ay 7 gün (xx.xx.1989-xx.xx.2001-ci il tarixləri arasındakı dövr)) təşkil edir. Qeyd olunanları nəzərə alaraq, sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Müraciətinizə baxılmasının bu məktubda əks olunan nəticəsi ilə bağlı qərarla razı olmadığınız təqdirdə 30 gün müddətində yuxarı inzibati orqana və ya məhkəməyə müraciət etmək hüququnuz vardır.
TƏTBİQ EDİLƏN HÜQUQ və MƏHKƏMƏNİN MÖVQEYİ
17. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
18. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
19. İddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddiaçının iddia tələbi ilə bağlı cavabdehə etdiyi ilkin müraciət və verilmiş imtina cavabı iş materiallarına əlavə edilmişdir. İddianın ümumi və xüsusi mümkünlük şərtləri ödənilir.
20. 29 iyun 2022-ci il tarixindən qüvvədə olan Qanunun 9.1-ci maddəsinin tələbinə əsasən güzəştli şərtlələr yaşa görə əmək pensiyasının təyin edilməsi üçün kişilər üçün yaş 60 yaşın tamam olması (Qanunun 7-ci maddəsi ilə nəzərdə tutulmuş 1 iyul 2020-ci il tarixdən kişilər üçün 65 yaş həddi 5 il azaldılmaqla), 25 il ümumi iş stajı və 12 il 06 ay güzəştli iş stajı toplaması tələb olunur.
21. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə 13 may 2022-ci il tarixli 530-VİQD nömrəli Qanunun 2.1-ci maddəsinə əsasən bu Qanunla “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun yeni redaksiyada verilmiş 9.1–9.3-cü, 9.6-cı, 9.7-ci və 14.4-cü maddələri əmək pensiyalarının bu Qanunun qüvvəyə mindiyi gündən əvvəlki dövr üçün təyin edilməsi və ya yenidən hesablanması hallarına münasibətdə tətbiq edilmir.
22. Qeyd edilməlidir ki, iddiaçının iddiasına xx.xx.2022-ci il tarixdən qüvvədə olan ƏPQ-nun 9.1-ci maddəsinin tələbi əsasında baxıldığından, iddiaçının isə həmin qanunla tələb olunan 60 yaşını xx.xx.2021-ci ildə, yəni hazırkı qanunun maddəsinin yeni redaksiyası qüvvədə olmadığı vaxt tamam olduğundan və Qanunun keçid müddəlarına əsasən yeni redaksiyada verilmiş 9.1-ci maddəsinin Qanunun qüvvəyə mindiyi gündən əvvəlki dövr üçün təyin edilməsi hallarına tətbiq edilmədiyini və iddia tələbini rəhbər tutaraq məhkəmə hesab edir ki, iddiaçı üçün güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ 60 yaşdan deyil, məhz Qanunun 9.1-ci maddəsinin yeni redaksiyada qüvvəyə mindiyi xx.xx.2022-ci il tarixdən yaranmışdır. xx.xx.1961-ci il təvəllüdlü olmaqla iddiaçının xx.xx.2022-ci ildə yaşı 61 yaş 03 ay olmuşdur.
23. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin “v” bəndinə əsasən hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti iş stajına daxil edilən əmək fəaliyyətinin növlərinə daxildir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydasıı”nın: -4.1-ci bəndinə əsasən əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.1. 2006-cı il yanvarın 1-dək olan dövr üzrə:
1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən;(....) 4.1.2. 2006-cı il yanvarın 1-dən sonrakı dövr üzrə – dövlət sosial sığorta sistemində fərdi uçot (bundan sonra – fərdi uçot) məlumatlarına əsasən; 4.1.3. işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən iş müddəti – fərdi uçot məlumatlarına əsasən;(....)
24. Qanunvericiliyin bəhs edilən normalarından görünür ki, əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindikdən sonra əldə edilən sosial sığorta stajı müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənildikdə və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusuna əsasən nəzərə alınır. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun qüvvədə olduğu dövrdə sığortaolunanların sığorta stajını əhatə etdiyi dövr isə onun ümumi iş stajı ilə müəyyən edilir.
25. Beləliklə, iddiaçının hərbi bilet, əmək kitabçası və məcburi sosial sığorta haqlarının ödənildiyi dövr nəzərə alınmaqla xx.xx.1980-xx.xx.1982-ci il tarixədək 02 il 08 gün hərbi xidmət, xx.xx.1980-xx.xx.2006-cı ilədək 18 il 03 ay 26 gün, xx.xx.2006-cı il tarixdən sonra xx.xx.2022-ci il tarixədək dövrü üzrə MDSS-lərin ödənildiyi 16 il 05 ay 28 gün nəzərə alınmaqla xx.xx.2022-ci il tarixədək (hüququn yarandığı tarixədək) 36 il 10 ay 01 gün olmaqla tələb olunan ümumi iş stajına malikdir.
26. İddiaçının güzərştli şərtlərlə pensiya təyini üçün tələb olunan ümumi iş stajı mübahisələndirilmir.
27. Cavabdehin iminası və etirazının əsasında onun tələb olunan güzəştli iş stajının olmaması ilə bağlıdır.
28. Belə ki, cavabdeh iddiaçının güzəştli iş stajı kimi yalnız xx.xx.1989-xx.xx.2001-ci il tarixləri arasındakı "xxxx" QSC –də işlədiyi dövrü nəzərə almış və həmin dövr iş stajı 11 il 5 ay 7 gün təşkil etməklə 12 il 06 aya tamamlanmadığından, güzəştli şərtlərlə pensiya təyin edilməsindən imtina etmişdir.
29. Məhkəmə kollegiyası cavabdehin bu mövqeyi ilə razılaşmır və hesab edir ki, iddiaçının əmək kitabçasında qeyd edilmiş xx.xx.1984-cü il tarixdən xx.xx.1986-cı il tarixədək Rusiya Federasiyasında X3 və onun Şərq sahəsi kənar şimal rayonu ərazisində teplovoz maşinisti köməkçisi vəzifəsində işlədiyi illər “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinə və “Əmək pensiyaları haqqında” Qanunun 23.2-ci maddəsinə əsasən iddiaçının ümumi iş stajına daxil edilməklə yanaşı eyni zamanda onun güzəştli iş stajına da daxil edilməlidir.
30. Belə ki, "xxxx" QSC məhkəmənin sorğusuna cavab olaraq bildirmişdir ki, ADY məlumat sahibi olmadığından İddiaçı Rusiya Federasiyasının X3 (BAM) və onun Şərq sahəsindəki işlədiyi mexanik, çilingər və teplovoz maşinist köməkçisi vəzifə və peşələri üzrə işlərin xüsusiyyətləri, eyni zamanda onların güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən vəzifələrin siyahısına aid edilib-edilməməsi barədə informasiyaların təqdim olunması imkanları xaricindədir.
31. Göründüyü kimi, iddiaçının keçmiş SSRİ ərazisində işlədiyi dövrə aid güzəştli arayışın təqdim edilməsi iddiaçının imkanı xaricindədir, həmçinin oxşar müəssisə olan "xxxx" QSC-də həmin dövrə dair hər hansı məlumatı təqdim edə bilmir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçının həmin dövrdə dəmir yolları sahəsində işlədiyi teplovoz maşinisti köməkçisi peşəsini Azərbaycan Respublikasında həmin sahə və peşə ilə uyğunlaşdırılmalıdır.
32. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li siyahısı”nda 23000000 XXVİİİ. Nəqliyyat bölməsində 23001000— 14241 kodu altında teplovoz, elektrovoz maşinistləri və maşinist köməkçiləri vəzifəsi nəzərdə tutulmuşdur.
33. Məhkəmə kollegiyası qeyd edir ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. İş yerindən əldə edilən həmin sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələr müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir. Bu halda məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyin müəyyən olunmasından gedir.
34. Beləliklə, iddiaçının xx.xx.1989-xx.xx.2001-ci il tarixləri (11 il 05 ay 07 gün) arasındakı və xx.xx.1984- xx.xx.1986-cı il tarixləri (02 il 02 ay 05 gün) arasındakı teplovoz maşinisti köməkçisi peşəsində işlədiyi dövrlər onun güzəştli iş stajına daxil edilməlidir.
35. Məhkəmə hesab edir ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi üçün zəruri olan şərtlərin (60 yaş, azı 25 il ümumi iş stajı və 12 il 6 ay xüsusi iş stajının tamamlanması) ödənilməsi işin məhkəmə araşdırması ilə sübuta yetirilmişdir.
36. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddia tələbinin qismən təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.
37. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.
38. Beləliklə, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlilləri formal hesab edir və belə qənaətə gəlir ki, bu dəlillər qanuni məhkəmə qərarının ləğvi üçün əsas ola bilməz.
39. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
40. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 03 fevral 2025-ci il tarixli, 2-1(112)-766/2025 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Günel Abbasova Hakimlər: Aytən Oruczadə Elvin Əliyev