Məhkəmə qərarları › İş №2-1(103)-2335/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2335/2022

07.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2335/2022 07.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mənzil üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X15 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədən və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, Ayşəm Lehsan qızı Əliyevanın katibliyi ilə, İddiaçının nümayəndəsi (oğlu) Nümayəndə, Cavabdehin nümayəndəsi X11 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mənzil üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3167/2022 saylı 24 fevral 2022-ci il tarixli qərarından 3-cü şəxs "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən verilmiş apellyasiya şikayətinə 07 sentyabr 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi, 717-ci məhəllədə yerləşən çoxmənzilli yaşayış binasının 4 otaqlı, sahəsi 210 kv.m. olan, 18 saylı mənzilə dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla reyestrdən çıxarışın verilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən tələbinin təmin edilməsindən imtina edilmişdir. Belə ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçıya ünvanlanmış **********064 saylı xx.xx.2021-ci il tarixli imtina məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən qeyd olunan ünvanda inşa edilmiş çoxmərtəbəli yaşayış binasına dair elektron qaydada göndərilmiş 246 saylı, xx.xx.2019-cu il tarixli istismara icazə sənədində tikinti obyektinin sahibi kimi (sifarişçisi) "xxxx" Mənzil-Tikinti Kooperativi ("xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti) göstərilmişdir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin xx.xx.2020-ci il tarixli çıxarışında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ‘Alyans-Z” Mənzil- Tikinti Kooperativinin hüquqi varisi olduğu göstərilmişdir. Qeyd olunan ünvanda yerləşən çoxmərtəbəli yaşayış binası ‘Alyans-Z” MMC-nin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındıqdan sonra tərəfinizdən təqdim ediləcək notarial qaydada təsdiq edilmiş müqavilə əsasında qeyd olunan daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatı aparıla bilər. Həmçinin ünvan 3 ünvanında yerləşən 18 saylı mənzilə dair müraciətə əlavə olunmuş sənədlər "xxxx" MMC tərəfindən təsdiq edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.3-cü maddəsinə əsasən daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. Qanunun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Qanunun 15-ci maddəsinin müddəalarına əsasən ərizənin icrasından imtina edilir. Həmin imtina məktubundan narazı qalan İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı hazırki iddia ilə məhkəməyə müraciət edərək, “Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi, 717-ci məhəllədə yerləşən çoxmərtəbəli yaşayış binasının Vİİ-ci mərtəbəsindəki ümumi sahəsi 210 kv.m. olan 4 otaqlı 18 saylı mənzil üzərində onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 3 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının Vİİ mərtəbəsində 210 kv.m ölçüsündə 4 otaqlı, 18 saylı mənzil iddiaçı ilə "xxxx" MMC arasında bağlanmış «Çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında» 20 oktyabr 2010-cu il tarixli müqavilə əsasında Podratçı "xxxx" MMC tərəfindən inşa edilərək iddiaçıya verilmiş, əvəzində isə iddiaçı tərəfindən mənzilin müqavilə üzrə razılaşdırılmış dəyəri olan 152.145 manat məbləğində pul "xxxx" MMC-yə ödənilmişdir. 20 oktyabr 2010-cu il tarixli kassa mədaxil orderinin və maliyyə arayışının notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, həmin mənzilə görə iddiaçı tərəfindən "xxxx" MMC-yə xx.xx.2010-cu il tarixli müqavilə üzrə 152.145 manat pul ödənilmişdir. «Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 19 fevral tarixli Fərmanın tələblərinə uyğun olaraq Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən təsdiq edilmiş 246 saylı 09 dekabr 2019-cu il tarixli İcazəyə əsasən ünvan 3 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının istismarına icazə verilmişdir. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarına əsasən qeyd olunan mənzil üzərində iddiaçının sahiblik və istifadə hüquqları tanınmış və həmin mənzilin iddiaçıya təhvil verilməsi qət edilmişdir. Həmin mənzilə dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir. Cavabdehin imtinası əsassızdır. Cavabdehin etirazları: İş üzrə cavabdeh inzibati orqan tərəfindən verilmiş iddiaya dair yazılı etiraz iddiaçıya ünvanlanmış imtina məktubunun məzmunu ilə eynilik təşkil edir. Birinci instansiya məhkəməsində icraat: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3167/2022 saylı 24 fevral 2022-ci il tarixli qərarı ilə iddia təmin edilərək, İddiaçı Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi, 717-ci məhəllədə inşa edilmiş çoxmənzilli yaşayış binasının Vİİ mərtəbəsində yerləşən ümumi sahəsi 210 kv.m olan 4 otaqlı 18 nömrəli mənzilə iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır. Həmin qərardan narazı qalan 3-cü şəxs "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, təqdim olunmuş sənədlərdən məlum olur ki, Bakı şəhəri, Nəsimi rayonu, D. Əliyeva küçəsi, 717-ci məhəllədə 1 girişli, zirzəməli, 17 + ( mansarda) mərtəbəli yaşayış bina bütövlüklə "xxxx" Mənzil Tikinti Kooperativinə məxsusdur. Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin 10 mart 2021-ci il tarixli **********141100 saylı məktubunda göstərilmişdir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti 24 iyun 2002-ci il tarixdə dövlət qeydiyyatına alınmış, MMC-nin dövlət qeydiyyatına alındığı tarixdə qanuni təmsilçisi X19 olmuş, idarədə reyestr məlumatlarına əsasən Cəmiyyətin qanuni təmsilçisi isə hal-hazırda X20r. İddiaçı tərəfindən təqdim edilmiş 20 oktyabr 2010-cu il tarixli müqavilədən görünür ki, "xxxx" M M C-niıı direktoru kimi imza edən Çingiz Məmmədov olmuş, hansı ki, "xxxx" MMC-ə heç bir aidiyyəti olmamışdır. Lakin, məhkəmə bu halı nəzərə almamışdır. Bundan başqa təqdim olunmuş və iş materiallarına əlavə edilmiş müqavilədən görünür ki, 05 mart 2006-c.ı il tarixdə "xxxx" Mənzil Tikinti Kooperativi (sifarişçi) "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (podratçı) arasında müştərək fəaliyyət üçün razılaşdırma müqaviləsi bağlanılmışdır. Həmin müqavilədə birmənalı olaraq göstərilir ki, Bakı şəhəri, Nəsimi rayonu, D.Oliyeva küçəsi, 717-ci məhəllədə 1 girişi i, zirzəmdi, 17+(mansarda) mərtəbəli yaşayış binanın mənzillərin satılması iş üzrə 3-cü şəxs "xxxx" MTK-i tərəfindən bağlanmalıdır. Lakin, məhkəmə "xxxx" MMC-nin də mənzillərin satılmasının hüququna malik olduğu nəticəyə gəlmişdir. Eyni zamanda məhkəmənin icraatında olan oxşar işi ilə bağlı Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə sorğu göndərmiş və həmin sorğuya 15 mart 2021- ci il tarixli X0-xx-xx-2021-01230 №-li məktubu ilə cavab verilmiş, hansında ki, qeyd olunmuşdur ki, ünvan 4 ünvanda "xxxx" MMC tərəfindən inşa edilmiş l girişli, zirzəmili, çoxmənzilli yaşayış binasının istismara qəbul edilməsinə dair məlumat Komitədə yoxdur. 1-ci instansiya məhkəməsi işdə olan sənədləri yalnız iddiaçının xeyrinə izah vermiş, İddiaçı "xxxx" MMC-i arasında çoxmənzilli yaşayış binasında fərdi mənzillərin tikintisi haqqında 20 oktyabr 2010-cu il tarixli bağlanmış müqaviləni, həmin müqavilə üzrə mənzilin dəyərini ödədiyini əsas gətirərək, öz qərarını Mənzil Məcəlləsinin 112.1-ci maddəsi ilə əsaslandıraraq iddia tələbini təmin etmişdir. Məhkəmənin gəldiyi nəticə tam səhv hesab edilir. Bakı şəhəri, Nəsimi rayonu, D. Əliyeva küçəsi, 717-ci məhəllədə l girişli, zirzəmili, 17+(mansarda) mərtəbəli yaşayış binanın "xxxx" MTK-ya məxsus olduğu və binada olan mənzillərin və digər sahələrin "xxxx" MMC-nin ümumiyyətlə təkbaşına mənzillərin satmasına heç bir ixtiyarı olmamışdır. Ona görə də hesab edirik ki, məhkəmə əsas gətirdiyi İddiaçı "xxxx" MMC-i arasında çoxmənzilli yaşayış binasında fərdi mənzilin tikintisi haqqında 20 oktyabr 2010-cu il tarixli bağlanmış müqavilənin heç bir hüquqi qüvvəsi yoxdur. Bundan başqa İddiaçı "xxxx" MTK-nin üzvü olmamış, MTK-i ilə müqavilə bağlamamış və mənzillərin dəyərini kooperativə ödəməmişdir. 1-ci instansiya məhkəməsi öz qərarında qeyd etmişdir ki, İddiaçı "xxxx" MMC- i ilə 20 oktyabr 2010-cu il tarixdə bağlanılmış müqavilə hər hansı qaydada mübahisələndirmədiyindən qüvvədədir və hazırki iş üzrə mötəbər sübut qismində qiymətləndirilməlidir. Məhkəmə bu halda da səhv nəticəyə gəlmişdir. Təqdim olunmuş və işə əlavə edilmiş sənədlərdən məlum olur ki, məhkəmənin istinad etdiyi müqavilə özü-özlüyündə etibarsızdır. Bundan başqa İddiaçı "xxxx" MMC-i arasında mübahisəli mənzilə dair bağlanılan müqavilədə "xxxx" MMC-i tərəfindən Çingiz Məmmədov imza etmişdir. Halbuki, həmin şəxsin "xxxx" MMC-ə aidiyyəti olmamışdır. Bu hal Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin 10 mart 2021-ci il tarixli məktubu ilə təsdiq edilir, hansında ki, "xxxx" MMC-nin qanuni təmsilçisinin kim olduğu qeyd olunur. İşdə olan bütün sənədlərdən məlum olur ki, həmin yaşayış binası bütünlüklə "xxxx" Mənzil Tikinti Kooperativə məxsusdur və iş üzrə İddiaçı həmin MTK-nin üzvü olmamış və MTK-ə pay haqqı ödəməmişdir. İddiaçının ödədiyi pul "xxxx" MMC-yə ödəmişdir. İşdə olan səndlərdən də məlum olur ki, "xxxx" MMC-nin Bakı şəhəri, Nəsimi rayonu, D.Oliyeva küçəsi, 717-ci məhəllədə 1 girişli, zirzəməli, 17 + (mansarda) mərtəbəli yaşayış binaya, binanın yaşayış və qeyri-yaşayış sahələrinə sərəncam, sahiblik, istifadə hüququ yoxdur. Beləliklə, birinci instansiya məhkəməsi tərəfindən Mənzil Məcəlləsinin 112.1 və 113.3-cü maddələri hazırki mübahisəyə səhv tətbiq edilmişdir. Bundan başqa işdə olan 05 mart 2006-cı il tarixli podrat müqaviləsnin 1.1 «q» bəndində qeyd olunmuşdur ki, «... xərclər çıxardıqdan sonra qalan xalis gəlir tərəflər arasında 50%-in 50%-ə bərabər olaraq bölünür. Tikinti başlandıqdan 1 ay sonra "xxxx" MMC-nin prezidenti X25 "xxxx" MTK-də 50% paya sahib olması notarial qaydada təstiq olmalıdır.» Qeyd elmək istəyirik ki, podratçı müqavilə üzrə olan şərtlərini icra etmədiyi üçün, "xxxx" MTK-i "xxxx" MMC-nin prezidenti İsa Məmmədovun 50°/o paya sahib olması ilə bağlı heç bir sənəd (müqavilə, ərizə və s.) imzalamamışdır. Eyni zamanda, binanın 50% «İdeal -V» M MC-nə məxsus olsa idi, bu günə kimi binada olan mənzillər və digər sahələr "xxxx" MTK və "xxxx" MMC-i arasında bölünməmiş və mübahisəli olan mənzilin kimin payına düşməsi ilə bağlı heç bir sübut yoxdur. Belə olan halda birinci instansiya məhkəməsi MM-nin 139.1 və 139-1.1.6-cı maddələrinin düzgün təfsir etməmiş və hazırki mübahisəyə düzgün tətbiq etməmişdir. Məhkəmə birbaşa 3-cü şəxs "xxxx" MTK-nin mülkiyyət hüququnu pozmuşdur. Məhkəmə təqdim olunmuş bütün sübutlara heç bir hüquqi qiymət verməmiş, həmin sənədləri və onların məzmununu sadəcə olaraq qərarda sadalamaqla kifayətlənmiş, onların hərtərəfli və tam tədqiq etməmişdir. Birinci instansiya məhkəməsi diqqət yetirməmişdir ki, 12 oktyabr 2004-cü il tarixli 234 №-li Bakı şəhər İcra Başçısının sərəncamından, Bakı şəhəri xəritəsinin çıxarışından, ayrılmış torpaq sahəsinin cizgisindən, ayrıc aktından, 09 dekabr 2019-cu il tarixli 246 №-li istismara icazəsindən, 06 dekabr 2019-cu il tarixli rəyindən, 24 iyul 2020-ci il tarixli Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin məktubundan və digər sənədlərdən görünür ki, ünvan 4 ünvanında yerləşən 1 saylı çoxmənzilli yaşayış binası "xxxx" Mənzil Tikinti Kooperativə məxsusdur. Məhkəmə bu hala heç bir qiymət verməmişdir. Təqdim olunmuş müqavilədən görünür ki, 05 mart 2006-cı il tarixdə "xxxx" Mənzil Tikinti Kooperativi (sifarişçi) "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (podratçı) arasında müştərək fəaliyyət üçün razılaşdırma müqaviləsi bağlanılmışdır. Müqavilənin 3.1.14-cü bənd - mənzillərin satılması üçün alıcılarla bağlanan müqavilə "xxxx" MTK-i tərəfindən bağlanır. Məhkəmə bu hala da diqqət yetirməmiş və heç bir qiymət verməmişdir. Tərəflərin izahatları: İddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərinə etiraz edərək izahatında üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin qanuna zidd, əsassız və qeyri-obyektiv olduğunu, qanuni qüvvəsini almış məhkəmə aktlarına əsasən iddiaçı "xxxx" MTK-nın sifarişi əsasında podratçı "xxxx" MMC tərəfindən inşa edilmiş yaşayış binasından mübahisəli mənzili əldə edərkən hüquqa zidd hərəkətlərinin mövcud olmadığını, əksinə, onun MTK binasından əldə etdiyi həmin mənzilin qanuni sahibi olması və istifadə hüququnun tanındığını bildirmişdir. Bununla bağlı iddiaçının nümayəndəsi apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi X16 apellyasiya şikayətinin təmin edilib-edilməməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. xx.xx.2022-ci il tarixdə keçirilmiş məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq 3-cü şəxs "xxxx" MTK nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. İnzibati məhkəmə icraatının işitirakçıları hazırki işə 3-cü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasına etiraz etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki iş üzrə verilmiş apellyasiya şikayətinə 3-cü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Qeyd olunmalıdır ki, hazırki iş üzrə apellyasiya şikayəti 3-cü şəxs tərəfindən verildiyi üçün məhkəmə qərarının qanuniliyi və əsaslılığı ona münasibətdə yoxlanılır. Belə ki, iddianın təmin olunması barədə məhkəmə qərarı cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilməmişdir. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın imtina məktubunun tarixi xx.xx.2021-ci il tarixdir. İddiaçı isə iddia ilə məhkəməyə xx.xx.2021-ci il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verilmiş hesab olunur və mümkündür. İşin mahiyyətinə gəldikdə isə hazırki işdən müəyyən olunur ki, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı tələbi “Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi, 717-ci məhəllədə yerləşən çoxmərtəbəli yaşayış binasının Vİİ-ci mərtəbəsindəki ümumi sahəsi 210 kv.m olan 4 otaqlı 18 saylı mənzil üzərində onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədədir. Bununla bağlı o, cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən qeyd olunan ünvanda inşa edilmiş çoxmərtəbəli yaşayış binasına dair elektron qaydada göndərilmiş 246 saylı xx.xx.2019-cu il tarixli istismara icazə sənədində tikinti obyektinin sahibi kimi (sifarişçisi) "xxxx" Mənzil-Tikinti Kooperativinin ("xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin) göstərilməsi, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin xx.xx.2020-ci il tarixli çıxarışında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ‘Alyans-Z” Mənzil-Tikinti Kooperativinin hüquqi varisi olduğu göstərilməsi, ünvan 3 ünvanında yerləşən 18 saylı mənzilə dair müraciətə əlavə olunmuş sənədlərin "xxxx" MMC tərəfindən təsdiq edilməsinə istinad edilərək tələbin təmin olunmasından imtina edilmişdir. Bundan sonra o, hazırki iddia ilə məhkəməyə müraciət etmiş və iddiası birinci instansiya məhkəməsi tərəfindən təmin edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların da qeyd olunmasını zəruri hesab edir. "xxxx" MMC ilə İddiaçı arasında imzalanmış xx.xx.2010-cu il tarixli müqavilənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, "xxxx" MMC Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsində inşa etdiyi çoxmənzilli yaşayış binasının Vİİ mərtəbəsində, 4 otaqlı, 18 nömrəli, 210 kv.m mənzili tikib İddiaçı təhvil verilməsini, sonuncu isə tikilən mənzili qəbul edib haqqının "xxxx" MMC-yə ödənilməsini öhdəsinə götürmüşdür. Müqavilənin qiyməti 152.145 manat olmaqla dəyişməz olaraq qalır. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2010-cu il tarixli kassa mədaxil orderinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı tərəfindən xx.xx.2010-cu il tarixli müqavilə üzrə 152.145 manat məbləğində ödəniş edilmişdir. "xxxx" MMC tərəfindən verilmiş maliyyə arayışının notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı "xxxx" MMC-dən 20 oktyabr 2010-cu il tarixli müqavilə ilə Nəsimi rayonu, D.Əliyeva küçəsində inşa edilən çoxmənzilli yaşayış binasının Vİİ mərtəbəsində yerləşən 210 kv.metr sahəsi olan 18 saylı mənzilə görə müəssisəyə 152145 manat pul ödəmişdir. İddiaçı 20 oktyabr 2010-cu il tarixli müqavilə üzrə borcu qalmamışdır. Bakı ŞİH başçısının 12 oktyabr 2004-cü il tarixli 237 nömrəli sərəncamı ilə Bakı şəhəri Nəsimi RİH-in 1 oktyabr 2004-cü il tarixli 01-04/368 saylı razılıq məktubunu, "xxxx" MTK-nın 23 sentyabr 2004-cü il tarixli A/01 saylı müraciətini nəzərə alaraq, Nəsimi rayonu, 28 May küçəsi, 717-ci məhəllədəki qeyri-yaşayış obyektinin yerləşdiyi 0,673 ha torpaq sahəsində yaşayış binasının, iş mərkəzinin və mehmanxananın qarşısındakı sahədə yeraltı avtodayanacağının layihələşdirilməsi və tikintisinə həmin MTK-ya icazə verilmişdir. Bakı ŞİH Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən "xxxx" MTK-ya müvafiq inşaat pasportu və ayrıc aktı verilmişdir. 5 mart 2006-cı il tarixli "xxxx" MTK ilə (sifarişçi) "xxxx" MMC (podradçı) arasında müştərək fəaliyyət üçün razılaşdırma müqaviləsi bağlanmışdır. Müqavilənin müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: - 1.1-ci bənd – “Sifarişçi”nin ("xxxx" MTK) tapşırığı ilə “Podratçı” ("xxxx" MMC) öz vəsaiti və riski ilə Bakı ŞİH başçısının 237 nömrəli 12 oktyabr 2004-cü il tarixli sərəncamına əsasən Bakı şəhəri, 28 May küçəsi, 717ci məhəllədəki qeyri-yaşayış obyektinin Bakı Mehmanxanası yerləşdiyi 0,673 ha torpaq sahəsinə Dilarə Əliyeva küçəsinə çıxan yerində 1 bloklu, 16 mərtəbəli, ümumi sahəsi 10.242 kv.m, yaşayış sahəsi 8.022 kv.m, yaşayış binası və 2.220 kv.m ticarət obyektinin inşa edilməsini öhdəsinə götürür, “Sifarişçi” isə öz razılığını bildirəndən sonra göstərilən ünvanda inşa edilməsi nəzərdə tutulan obyektin müvafiq layihə-smeta sənədləşdirilmələrini (həmçinin işçi layihələrinin hazırlanması) Bakı ŞİH Memarlıq və Şəhərsalma Baş İdarəsi ilə razılaşdıraraq “Podratçı”ya təhvil verməyi öz öhdəsinə götürür; 3.1.12-ci bənd - Podratçı obyektin tikintisi 50% yerinə yetirdikdən sonra öz 50% payı hesabına mənzil bağışlaya və ya satışından nağd pul götürə bilər; - 3.1.14-cü bənd – mənzillərin satılması üçün alıcılarla müqavilələr "xxxx" MTK tərəfindən bağlanır. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi, 717-ci məhəllədə 1 girişli, zirzəmili, 17 (+mansarda) mərtəbəli yaşayış binasının istismarına 9 dekabr 2019-cu il tarixdə 246 nömrəli icazə verilmişdir (istismara icazə sənədi). Sənəddə tikinti obyektinin sahibi (sifarişçisi) qismində "xxxx" MTK ("xxxx" MMMC) göstərilmişdir. Azərbaycan Respublikasının FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən "xxxx" MTK-ya ünvanlanmış 21 avqust 2020-ci il tarixli məktubda qeyd olunur: Sizin binanın istismara hazırlığı barədə rəyə düzəliş edilməsi və eskiz layihəsinin surətinin verilməsi barədə məktubunuza baxılmışdır. Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi, 717-ci məhəllədə yerləşən 1 girişli, zirzəmili, 17 (+mansarda) mərtəbəli yaşayış binasının tikintisi Bakı ŞİH-in 12 oktyabr 2004-cü il tarixli 237 nömrəli sərəncamı və torpağa dair rəsmiləşdirilmiş ayrıc aktı əsasında "xxxx" MTK tərəfindən həyata keçirilmişdir. Həmin bina istismara icazə verilmədən məskunlaşdırıldığına görə «Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 19 fevral 2019-cu il tarixli 529 nömrəli Fərmanına əsasən bina müvafiq qaydada təhlükəsizlik və etibarlılıq nöqteyi nəzərindən müayinədən keçirilmiş və bunun nəticəsində binanın istismara hazırlığı barədə 6 dekabr 2019-cu il tarixli 0266 nömrəli rəy verilmişdir. Həmin binanın sifarişçi funksiyaları, bütün icazəverici və hüquq müəyyənedici sənədləri "xxxx" MTK-ya aid olduğundan, binanın istismara hazırlığı barədə rəy "xxxx" MTK-nın adına rəsmiləşdirilmişdir. Həmin rəydə mötərizədə göstərilən "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 149cu maddəsinə uyğun olaraq çoxmənzilli binada yalnız əmlak kompleksini birgə idarə edən qurum kimi nəzərdə tutulmuşdur və binaya dair icazəverici və hüquq müəyyənedici sənədlərin rəsmiləşdirilməsinin formal hüquqi tələblər baxımından ona heç bir aidiyyəti yoxdur. Qeyd olunanları nəzərə alaraq, tərəfimizdən verilmiş binanın istismara hazırlığı barədə rəydə hər hansı dəyişikliklərin və ya düzəlişlərin edilməsinə zərurət yoxdur. Azərbaycan Respublikası FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi X3 Baş İdarəsi tərəfindən "xxxx" MMMC-yə ünvanlanmış 28 avqust 2020-ci il tarixli məktubda qeyd olunur: Sizin müraciətiniz əsasında “Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, 717-ci məhəllədə yaşayış binası” üzrə tikinti layihəsinə dair 26 iyul 2019-cu il tarixli 27781 nömrəli ekspertiza rəyində texniki səhvə yol verilmişdir. Ekspertiza rəyində sifarişçi qismində "xxxx" MMC əvəzinə "xxxx" MTK oxunmalıdır. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən "xxxx" MTK-ya ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubda qeyd olunur: ünvan 6 ünvan D.Əliyeva 198) 1 girişli, zirzəmili, 17 (+mansarda) mərtəbəli yaşayış binasının istismarına sadələşdirilmiş qaydada verilmiş icazə sənədindəki “Tikinti obyektinin sahibi” qrafasından "xxxx" MMMC-nin adının çıxarılması ilə bağlı MTK-nın müraciətinə Komitədə baxılmışdır. FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə ünvanlanmış anoloji məzmunda müraciətə 21 avqust 2020-ci il tarixli cavab məktubunda "xxxx" MMMC-nin yalnız daşınmaz əmlak kompleksini birgə idarə etmək, çoxmənzilli binanın ümumi əmlakının istismarını təmin etmək məqsədilə yaradıldığı vurğulanaraq, sifarişçi funksiyalarını aparmaq üçün səlahiyyətli olmadıqları qeyd edilmiş və bu səbəbdən binanın istismara hazırlığı barədə 6 dekabr 2019-cu il tarixli 0266 nömrəli rəyində hər hansı dəyişiklik və ya düzəlişlərin edilməsinə zərurət olmadığı bildirilmişdir. Eyni zamanda, FHN TTHDA X3 Baş İdarəsinin təqdim olunan 28 avqust 2020-ci il tarixli xx/xx-01251 nömrəli məktubunda bina üzrə 26 iyul 2019-cu il tarixli 27781 nömrəli ekspertiza rəyində səhvə yol verildiyi qeyd olunmuş, sifarişçi qismində "xxxx" MMMC-nin yerinə "xxxx" oxunmalı olduğu bildirilmişdir. 09 dekabr 2019-cu il tarixdə 246 nömrəli istismara icazə sənədinin Fövqəladə Hallar Nazirliyinin binanın istismara hazırlığı barədə qeyd olunan rəyi əsasında tərtib edildiyini və «Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 19 fevral 2019-cu il tarixli 529 nömrəli Fərmanının qüvvəsinin 1 yanvar 2020- ci il tarixədək olduğunu nəzərə alaraq, həmin sənəddə hər hansı düzəliş edilməsinə zərurət yoxdur. Hazırda İddiaçı Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi, 717-ci məhəllədə inşa edilmiş çoxmənzilli yaşayış binasının Vİİ-ci mərtəbəsində yerləşən ümumi sahəsi 210 kv.m olan iki otaqlı 18 saylı mənzilin adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla reyestrdən çıxarışın verilməsini istəyir. Cavabdeh inzibati orqan isə onun tələbinin təmin olunmasından imtina etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİİ hissəsinə görə hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təşbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.2-ci maddəsinə əsasən daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 139.1.1.6-cı maddəsinə əsasən mənzil-tikinti kooperativi binasında yaşayış (qeyriyaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biridir. Həmin Məcəllənin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 112.1-ci maddəsinə əsasən mənziltikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. Həmin Məcəllənin 113.3-cü maddəsinə əsasən mənzil-tikinti kooperativində üzvlük yaşayış sahəsinə sahiblik, ondan istifadə etmək və qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam vermək üçün əsasdır. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 101.1-ci (Tikinti obyektinin istismarına icazənin məqsədi) maddəsinə əsasən tikinti obyektinin istismarına icazə verilməsi tikintisi başa çatmış obyektin və ya onun bir hissəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyinin və ondan təyinatı üzrə istifadənin mümkünlüyünün təsdiq edilməsidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanunun 8-cü maddəsində göstərilmişdir:“ 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri, 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənziltikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış, 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər...8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; Həmin Qanunun 10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır Həmin Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı birinin təqdim olunması cavabdeh tərəfindən qeydiyyatın aparılması üçün yetərli sayılmalıdır. Yuxarıda göstərilən Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası Prezidentinin «Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında» 19 fevral 2019-cu il tarixli 529 nömrəli Fərmanının 1-ci bəndi ilə müəyyən edilmişdir ki, 2019-cu il yanvarın 1-dək bütün mərtəbələrinin, yan divarlarının və dam örtüyünün inşası daxil olmaqla tikinti-quraşdırma işləri başa çatmış və istismar edilən mənzilləri olan çoxmənzilli yaşayış binalarının (çoxmənzilli yaşayış binası komplekslərinin) istismarına icazə verilməsi aşağıdakı qaydada həyata keçirilir: (1.1) Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi 2 ay müddətində 2019-cu il yanvarın 1-dək bütün mərtəbələrinin, yan divarlarının və dam örtüyünün inşası daxil olmaqla tikinti-quraşdırma işləri başa çatmış və istismar edilən mənzilləri olan çoxmənzilli yaşayış binalarını (çoxmənzilli yaşayış binası komplekslərini) tikinti obyektinin yükdaşıyan konstruksiyalarının dayanıqlılıq, möhkəmlik baxımından istismara yararlılığı, yanğın təhlükəsizliyi tələblərinə cavab verməsi, liftlərin və mühəndis-kommunikasiya təminatı sistemlərinin istismara hazırlığı baxımından müayinə edir, müayinənin nəticələri müsbət olduğu halda çoxmənzilli yaşayış binasının (çoxmənzilli yaşayış binası kompleksinin) istismara hazır olması barədə rəy tərtib edib, binanın əsas texniki göstəricilərinin və tərkib hissələrinin istismar təyinatının faktiki vəziyyətini, habelə döngə nöqtələrinin koordinatlarını əks etdirən layihəsinin elektron surəti ilə birlikdə aidiyyəti üzrə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə və ya yerli icra hakimiyyəti orqanına təqdim edir; (1.2) Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və ya aidiyyəti yerli icra hakimiyyəti orqanı 7 gün müddətində bu Fərmanın 1.1-ci bəndinə uyğun olaraq aparılmış müayinənin nəticələrinə əsasən istismara hazırlığı barədə müsbət rəy verilmiş çoxmənzilli yaşayış binasının (çoxmənzilli yaşayış binası kompleksinin) istismarına icazə verir və bu barədə Tikintilərin Dövlət Reyestrinə və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinə yazılı məlumat göndərir. İş materiallarında olan 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)- 1602/2016 saylı iş üzrə 2 sentyabr 2016-cı il tarixli qətnaməsi ilə iddiaçı "xxxx" MMC cavabdeh "xxxx" MTK-ya qarşı iddiası qismən təmin edilərək, Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi, 717-ci məhəllədəki qeyri-yaşayış obyektinin “Bakı” Mehmanxanasının yerləşdiyi 0,673 ha, torpaq sahəsinin D.Əliyeva küçəsinə çıxan yerində inşa edilmiş 1 bloklu 16 mərtəbəli, ümumi sahəsi 10.242 kv.m, yaşayış sahəsi 8.022 kv.m, qeyri-yaşayış sahəsi 2.220 kv.m olan binanın tikinti sahəsinin satılmasından əldə olunmuş pul vəsaitindən vergi borclarının ödənilməsi vəzifəsi iddiaçıya aid edilməklə, həmin binanın özgəninkiləşdirilməmiş sahələri üzərində iddiaçının sahiblik, istifadə və sərəncam hüququnun tanınması, cavabdehdən tikinti sahəsindəki yaşayış və qeyri-yaşayış sahəsinin satışından əldə etdiyi mənfəətin 50%-i olaraq 3.962.319,5 vmanat və torpaq sahəsinə görə ödənilmiş 1.600.000 manat, cəmi 5.562.319,5 manat pulun alınaraq iddiaçıya ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)-662/2018 saylı iş üzrə 6 dekabr 2018-ci il tarixli qətnaməsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-1602/2016 saylı iş üzrə qətnaməsi yoxlanılan «Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi, 717-ci məhəllədə yerləşən qeyri-yaşayış obyektinin Bakı Mehmanxanasının yerləşdiyi 0,673 ha torpaq sahəsinin Dilarə Əliyeva küçəsinə çıxan hissəsində inşa edilmiş 1 bloklu, 16 mərtəbəli, ümumi sahəsi 10.242 kv.m, yaşayış sahəsi 8.022 kv.m, qeyri-yaşayış sahəsi 2.220 kv.m olan binanın özgəninkiləşdirilməmiş sahələri üzərində "xxxx" MMC-nin sahiblik, istifadə və sərəncam hüquqları tanınsın. "xxxx" MTK-nın tikinti sahəsindəki yaşayış və qeyri-yaşayış sahəsinin satışından əldə etdiyi mənfəətin 50%-i olaraq 3.962.319,5 manat və torpaq sahəsinə görə ödənilmiş 1.600.000 manat, cəmi 5.562.319,5 manat pul alınaraq "xxxx" MMC-yə ödənilsin» hissədə ləğv edilmiş, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilmiş və eyni hissədə iddia təmin edilməmiş, qətnamə iddianın rədd olunan hissəsində dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-2(102)-158/2019 saylı iş üzrə 9 aprel 2019-cu il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 6 dekabr 2018-ci il tarixli həmin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5218/2018 saylı 29 may 2018-ci il tarixli qətnaməsindən görünür ki, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 22 avqust 2016-cı il tarixli qətnaməsi ilə iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər X9, X7, X24 və İddiaçı qarşı «çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında müqavilələrin etibarsız hesab edilməsi, mənzillər üzərində "xxxx" MMC-nin sahiblik və istifadə hüquqlarının tanınması tələbinə dair” iddia ərizəsinin qismən təmin olunması, "xxxx" MMC ilə X13 arasında Bakı şəhəri, D.Əliyeva küçəsində 717-ci məhəllədə inşa edilmiş 1 saylı çoxmənzilli yaşayış binasının Vİ mərtəbəsində 3 otaqlı, 140,6 kv.m olan 15 nömrəli mənzilinə dair bağlanmış xx.xx.2012-ci il tarixli, "xxxx" MMC ilə İddiaçı arasında Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsində 717-ci məhəllədə inşa edilmiş 1 saylı çoxmənzilli yaşayış binasının Vİİ mərtəbəsində 4 otaqlı, 210 kv.m olan 18 nömrəli mənzilinə dair bağlanmış xx.xx.2010-cu il tarixli, "xxxx" MMC ilə X29 arasında Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsində 717-ci məhəllədə inşa edilmiş 1 saylı çoxmənzilli yaşayış binasının XİV mərtəbəsində 90 kv.m sahəsi olan 45 saylı mənzilinə dair bağlanmış xx.xx.2011-ci il tarixli və "xxxx" MMC ilə X10 arasında Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsində 717-ci məhəllədə inşa edilmiş çoxmənzilli yaşayış binasının XVİ mərtəbəsində 3 otaqlı, 140,6 kv.m olan 54 nömrəli mənzilinə dair bağlanmış xx.xx.2011-ci il tarixli müqavilələrin etibarsız hesab edilməsi, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən həmin mənzillərə görə ödənilmiş 126000 (bir yüz iyirmi altı min) manat pulun tutularaq X9, 152145 manat pulun tutularaq İddiaçı, 63200 manat pulun tutularaq X24 və 70650 manat pulun tutularaq X7 ödənilməsi, iddia ərizəsinin qalan hissədə əsassız olduğundan rədd edilməsi, X8, X6, X21 və İddiaçı cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə, X14 və "xxxx" Mənzil Tikinti Koorperativinə qarşı «müqavilələrin, mənzillərin dəyərinin ödənilməsinə dair kassa mədaxil orderləri qəbzlərinin və həmin mənzillərin müvafiq olaraq onların adlarına dəyişdirilməsinə etiraz etməməsinə dair X12 razılıq ərizələrinin etibarsız hesab edilməsi tələbinə dair» iddia ərizəsinin əsassız olduğundan rədd edilməsi qət edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 03 iyul 2017-ci il tarixli əlavə qətnaməsi ilə iddiaçılar X6, X21 və İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı «mübahisəli mənzillər üzərində sahiblik və istifadə hüquqlarının tanınması və həmin mənzillərin təhvil verilməsinin "xxxx" MMC-nin üzərinə qoyulması barədə» iddia tələblərinin əsassız olduğundan rədd edilməsi qət olunmuşdur. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 10 yanvar 2018-ci il tarixli əlavə qətnaməsi ilə iddiaçılar X8, X6, X21 və İddiaçı cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə, X14 və "xxxx" Mənzil Tikinti Koorperativinə qarşı «müqavilələrin, mənzillərin dəyərinin ödənilməsinə dair kassa mədaxil orderləri qəbzlərinin və həmin mənzillərin müvafiq olaraq onların adlarına dəyişdirilməsinə etiraz etməməsinə dair X12 razılıq ərizələrinin etibarsız hesab edilməsi barədə» iddia tələblərinin və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər X9, X7, X24 və İddiaçı qarşı «çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında müqavilələrin etibarsız hesab edilməsi, mənzillər üzərində "xxxx" MMCnin sahiblik və istifadə hüquqlarının tanınması tələbinə dair» iddia ərizəsinin "xxxx" MMC ilə X17 arasında mübahisəli mənzillərə dair bağlanmış qeyd edilən müqavilələrin etibarsız hesab edilməsinə dair hissəsinin əsassız olduğundan rədd edilməsi qət olunmuşdur. Bakı Apelyasiya Məhkəməsinin qeyd olunan 2(103)-5218/2018 saylı 29 may 2018ci il tarixli qətnaməsi ilə iddiaçılar X6, X21, İddiaçı və X8 apellyasiya şikayətləri qismən təmin olunaraq, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 22 avqust 2016-cı il tarixli qətnaməsi, 03 iyul 2017-ci il tarixli və 10 yanvar 2018-ci il tarixli əlavə qətnamələri ləğv olunmuş, iş üzrə yeni qətnamə qəbul olunmuş, iddia qismən təmin olunmuş, "xxxx" MMC ilə X17 arasında "xxxx" MMC-nin Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsində inşa etdiyi 1 saylı çoxmənzilli yaşayış binasının Vİ mərtəbəsində 3 otaqlı, 140,6 kv.m olan 15 nömrəli, həmin binanın Vİİ mərtəbəsində 4 otaqlı, 210 kv.m olan 18 nömrəli, XİV mərtəbəsində 2 otaqlı 90 kv.m olan 45 nömrəli və XVİ mərtəbəsində 3 otaqlı, 140,6 kv.m olan 55 nömrəli mənzillərin dəyərinin ödənilməsinə dair kassa mədaxil orderlərinin qəbzlər və qeyd edilən mənzillərin müvafiq olaraq onların adlarına dəyişdirilməsinə etiraz etməməsinə dair X12 müvafiq olaraq 20 noyabr 2012-ci il tarixli, 22 iyun 2011-ci il tarixli, 02 aprel 2011-ci il tarixli və 20 oktyabr 2010-cu il tarixli ərizələri etibarsız hesab edilmiş, Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsində inşa etdiyi 1 saylı çoxmənzilli yaşayış binasının Vİ mərtəbəsində 3 otaqlı, 140,6 kv.m olan 15 nömrəli mənzili üzərində X2 və istifadə hüququ tanınmış, həmin mənzilin E.Məmmədzadəyə təhvil verilməsi vəzifəsi "xxxx" MMC-nin üzərinə qoyulmuş, Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsində inşa etdiyi 717-ci məhəllədə inşa etdiyi çoxmənzilli yaşayış binasının XVİ mərtəbəsində 3 otaqlı, 140,6 kv.m olan 55 nömrəli mənzili üzərində X1 və istifadə hüququ tanınmış, həmin mənzilin N.Çələbiyevaya təhvil verilməsi vəzifəsi "xxxx" MMCnin üzərinə qoyulmuş, Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsində inşa etdiyi 1 saylı çoxmənzilli yaşayış binasının XİV mərtəbəsində 2 otaqlı, 90 kv.m olan 45 nömrəli mənzili üzərində X4 və istifadə hüququ tanınmış, həmin mənzilin Ü.Əzizova təhvil verilməsi vəzifəsi "xxxx" MMCnin üzərinə qoyulmuş, Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsində inşa etdiyi 1 saylı çoxmənzilli yaşayış binasının Vİİ mərtəbəsində 4 otaqlı, 210 kv.m olan 18 nömrəli mənzili üzərində İddiaçı sahiblik və istifadə hüququ tanınmış, həmin mənzilin İddiaçı təhvil verilməsi vəzifəsi "xxxx" MMC-nin üzərinə qoyulmuş, iddiaçılar X13, X10, X29 və İddiaçı 05 mart 2006-cı il tarixdə "xxxx" MMC ilə "xxxx" MTK arasında bağlanmış müştərək fəaliyyət üçün razılaşma müqaviləsinin etibarsız hesab edilməsinə dair iddiası təmin olunmamış, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər X9, X7, X24 və İddiaçı qarşı «çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında müqavilələrin etibarsız hesab edilməsi, mənzillər üzərində "xxxx" MMC-nin sahiblik və istifadə hüquqlarının tanınması tələbinə dair» iddiası təmin olunmamışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli 6ÜŞ2341/18 nömrəli arayışının notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5218/2018 saylı 29 may 2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verilmədiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 393-cü maddəsinə əsasən 29 may 2018-ci il tarixli qətnamə 15 avqust 2018- ci il tarixdə qanuni qüvvəyə minmişdir. Beləliklə, iş üzrə müəyyən olunur ki, iddiaçının daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsini tələb etdiyi mənzilə dair onunla bağlanmış müqavilə qüvvədədir, məhkəmə qaydasında ləğv edilib və ya etibarsız hesab olunmamışdır. Hazırki işdə iddiaçının tələbinin təmin olunmasından imtina edilməsi ilə bağlı cavabdeh inzibati orqanın göstərdiyi əsaslar isə iş üzrə müəyyən olunmur. Belə ki, əksinə, işdəki sənədlər iddiaçının tələbinin əsaslı olub, onun təmin edilməsi qənaətinə gəlməyə əsas verir. Qeyd olunmalıdır ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən olunmuş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: 15.1.1 – dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2 – hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericilklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3 – hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4 – daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5 – daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6 – bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, qanunverici hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarını dəqiq müəyyən etmişdir. Hazırkı mübahisəyə münasibətdə iş üzrə aparılmış araşdırma zamanı həmin hallardan hər hansı birinin mövcudluğu müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını istisna edən hallar iş üzrə müəyyən edilmədiyindən, iddiaçının təqdim etdiyi sənədlər “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.6 və 10.2.1-ci maddələrinə əsasən mənzil-tikinti kooperativi binasındakı mənzilin pay haqqının tam ödənilməsi iddiaçının həmin mənzil üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün yetərli əsas sayılmalıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar; 15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz; 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır; 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz; 58.1-ci maddəsinə görə inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir; 32.3-cü maddəsinə görə inzibati orqan ərizəçidən Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulduğundan əlavə hər hansı digər sənəd və ya məlumat tələb edə bilməz; 67-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Bu baxımdan mənzilin iddiaçının adına mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq bu barədə çıxarışın verilməsindən imtina etməkdə cavabdeh inzibati orqan haqlı sayıla bilməz və hazırkı mübahisəyə münasibətdə onun imtinası yuxarıda istinad olunan normaların tələblərinin pozulması kimi qiymətləndirilməlidir. Nəzərə alınmalıdır ki, məcburetmə haqqında iddia üzrə inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi daşıyır, lakin hazırki işdə belə faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilmir. Halbuki Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Azərbaycan Respublikası İPM-nin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Qeyd olunmalıdır ki, hazırki işdə iddiaçının iddia tələbi birinci instansiya məhkəməsi tərəfindən təmin edilmiş, həmin məhkəmə qərarından cavabdeh inzibati orqan apellyasiya şikayəti verməmişdir. Məhkəmə qərarını 3-cü şəxs mübahisələndirmişdir. 3-cü şəxs apellyasiya şikayətinin əsası kimi onunla (sifarişçi) "xxxx" MMC (podratçı) arasında müştərək fəaliyyət üçün razılaşdırma müqaviləsinin müddəalarına istinad edərək hesab edir ki, mənzillərin satılması yalnız "xxxx" MTK tərəfindən aparılmalıdır. Ona görə də iddiaçı ilə "xxxx" MMC arasında çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında xx.xx.2010-cu il tarixli müqaviləsinin heç bir hüquqi qüvvəsi yoxdur. Məhkəmə kollegiyası 3-cü şəxsin həmin dəlilini birinci instansiya məhkəməsinin qərarının ləğvinin əsası kimi qəbul etmir. Belə ki, 3-cü şəxsin özünün də istinad etdiyi "xxxx" MTK ilə (sifarişçi) "xxxx" MMC (podratçı) arasında xx.xx.2006-cı il tarixli müştərək fəaliyyət müqaviləsinin 3.1.12-ci bəndi obyektin tikintisi 50% yerinə yetirdikdən sonra Podratçının öz 50% payı hesabına mənzil bağışlamaq və ya satışından nağd pul götürə bilmək hüququnu, 3.1.14-cü bəndi isə mənzillərin satılması üçün alıcılara müqavilələrin "xxxx" MTK tərəfindən aparılmasını nəzərdə tutur. Hazırki halda iddiaçı (sifarişçi) ilə "xxxx" MMC (podratçı) arasında alqı-satqı müqaviləsi deyil, podrat müqaviləsi bağlanmış, "xxxx" MMC Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsində inşa etdiyi çoxmənzilli yaşayış binasının müvafiq mənzilini tikib iddiaçıya təhvil verməyi, iddiaçı isə tikilən mənzili qəbul edib haqqını "xxxx" MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. Podrat müqaviləsinin konkret göstəricilərə malik, başqa əşyalardan yalnız özünə xas əlamətlərə görə ayrılan mənzil- yəni, əvəz edilən deyil, fərdi müəyyən (əvəzedilməz) əşya olduğundan həmin müqaviləyə alqı-satqı qaydaları tətbiq edilə bilməz (Mülki Məcəllənin 135.7-ci və 752.2-ci maddələri). Podratçı da həmin mənzili özünün əldə etdiyi materiallardan hazırlayaraq həmin mənzilə mülkiyyəti sifarişçiyə (iddiaçıya) vermişdir. Müqavilə tərəfləri onu mübahisələndirmədən icra etmişlər. Hazırki işdən müəyyən olunur ki, iddiaçı müqavilə öhdəliyinə əməl edərək müqavilədə nəzərdə tutulan mənzilin pay haqqını ödəmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının "xxxx" MMC ilə mənzilə dair bağladığı müqavilə, ödəniş sənədi, mənzilin olduğu binanın istismara qəbul aktıının olması 3-cü şəxsin apellyasiya şikayətinin dəlillərinin əsassız sayılması üçün yetərlidir. Oxşar işlər üzrə kassasiya instansiya məhkəməsinin hüquqi mövqeyi də qərarlarında belə əsaslandırılmışdır (2-1(102)- 753/2022 saylı xx.xx.2022-ci il tarixli, 2- 1(102)-1614/2021 saylı xx.xx.2021-ci il tarixli qərar). Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olduğu üçün qərar 3-cü şəxs "xxxx" Mənzil Tikinti Kooperativinə münasibətdə dəyişdirilmədən saxlanılmalı, 3-cü şəxsin apelyasiya şikayəti isə təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, 3-cü şəxs "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3167/2022 saylı 24 fevral 2022-ci il tarixli qərarı 3-cü şəxs "xxxx" Mənzil Tikinti Kooperativinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87, 90 və 94cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: 3-cü şəxs "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3167/2022 saylı 24 fevral 2022-ci il tarixli qərarı 3-cü şəxs "xxxx" Mənzil Tikinti Kooperativinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar