Məhkəmə qərarları › İş №2-1(103)-2336/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2336/2023

11.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2336/2023 11.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X20 Məmmədovanın sədrliyi və məruzəsi ilə, Cahangir Afər oğlu Yusifovdan və X9 ibarət tərkibdə, Rüfanə Elxan qızı Əzizzadənin katibliyi ilə, İddiaçının vəkili (nümayəndəsi) Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-455/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı X21 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı Bakı İnzibati Məhkəməsində iddia qaldıraraq, xx.xx.2007-ci il təvəllüdlü X14 ailə başçısını itirməyə görə xx.xx.2021-ci il tarixdən əmək pensiyasının təyin edilməsi və yığılan pensiya ödənişlərinin hesablanaraq yetkinlik yaşına çatana qədər onun qanuni nümayəndəsinə - anasına İddiaçı ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının atası - xx.xx.1962-ci il təvəllüdlü X17 xx.xx.2021-ci il tarixində vəfat etmişdir. X6, 1978-ci ildən etibarən əmək stajı vardır. Həmçinin, X17 xx.xx.1980-xx.xx.1982-ci il tarixləri aralığında hərbi xidmətdə olmuşdur. O, vəfat etdikdən sonra xx.xx.2007-ci il təvəllüdlü X14 ailə başçısını itirməyə görə əmək pensiyasının təyin olunması üçün 3 saylı Bakı “DOST” Mərkəzinə müraciət olunmuşdur. Müraciətinə cavab olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən 11 sentyabr 2021-ci il tarixli, **********8 nömrəli imtina məktubu təqdim olunmuşdur. İmtina məktubunda “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi qaydaları”na istinad edərək bildirilmişdir ki, X3 əmək kitabçasını və ya surətini, əmək kitabçası olmadıqda məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə yenidən müraciət etdiyi halda məsələyə yenidən baxıla bilər. Əvvəlcə X3 əmək qabiliyyətli yaş dövrü hesablanmalıdır. Belə ki, Abdullayev Samir xx.xx.1962-ci il tarixində dünyaya gəlmiş və xx.xx.2021-ci il tarixində vəfat etmişdir. Nəticədə onun ümumilikdə yaşadığı müddət 58 il 11 ay 16 gün təşkil edir. Ailə başçısını itirməyə görə əmək pensiyasının təyin olunması üçün iddiaçının X3 14 il 3 ay + 4 ay = 14 il 7 ay sığorta stajı olması tələb olunur. Onun 1978-ci il tarixindən bəri əmək stajı vardır. O, təkcə 21 il müddətində Amerika Səfirliyində işləmiş, Fotoelektronika İnstitutunda əmək fəaliyyəti ilə məşğul olmuş və sonuncu iş yeri isə “Azad Bank” olmuşdur. X18 Səfirliyində işləməyi barədə əmək kitabçası tərtib olunmadığından həqiqətəndə orada işləməyi barədə arayış təqdim olunsa da, cavabdeh orqan tərəfindən həmin arayış məqbul hesab edilməmişdir. Cavabdeh orqanın imtina məktubunda da əmək kitabçası olmadığı halda məhkəmə qərarı əsasında məsələyə baxılacağı bildirilmişdir. X17 xx.xx.1980-xx.xx.1982-ci il tarixləri aralığında (2 il 2 gün) hərbi xidmətdə olmuşdur. Həmçinin, o, Azərbaycan Mühəndis-İnşaat İnstitutunda 1978-1986-cı illərdə təhsil almış və ona inşaat-mühəndisi ixtisası verilmişdir. Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən hərbi xidmət və ali təhsil müddəti də iş stajına daxil edilir. xx.xx.1956-cı il tarixində qanuni qüvvəyə minmiş və xx.xx.1992-ci il tarixədək qüvvədə olmuş “Dövlət Təminatı haqqında” SSRİ qanununun 1-ci maddəsinin “V” bəndinə görə “ali məktəblərdə, orta ixtisas məktəblərində, sənət məktəblərində, başqa məktəblərdə və kadr hazırlayan kurslarda oxuyanlar əmək pensiyası almaq hüququna malikdir”. Həmin qanunun 109-cu maddəsinin “İ” yarımbəndində qeyd olunur ki, “ali, orta ixtisas, texniki peşə məktəblərin bitirmiş şəxslərin təhsil müddəti iş stajına daxil edilir. xx.xx.1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” qanunun 67-ci maddəsinin “g” bəndinə əsasən “ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti” iş stajına daxil edilir. X3 təkcə hərbi xidmət və ali təhsil dövrlərini hesabladıqda 10 il staj təşkil edir. X3 əmək fəaliyyəti ilə bağlı sığorta stajına əlavə olaraq hərbi xidmət dövrü və ali təhsil dövrünü də hesabladıqda, ailə başçısı itirməyə görə əmək pensiyasının təyin olunması üçün tələb olunan 14 il 7 aylıq sığorta stajı ödənilir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh iddiaya dair etirazında bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 17.1-ci maddəsinin tələblərinə müvafiq olaraq iddiaçının mərhum əri X17 qanunla tələb olunan sosial sığorta stajına malik deyildir. İş materiallarına əlavə edilən 19 yanvar 2007-ci il tarixli 307044 nömrəli nikah haqqına şəhadətnaməyə müvafiq olaraq X17 ilə İddiaçı Ağasaməd qızı xx.xx.2007-ci il tarixdə nikaha daxil olmuşdur. İş materiallarına əlavə edilmiş xx.xx.2007-ci il tarixli 037385 nömrəli doğum haqqında şəhadətnaməyə əsasən X17 ilə X5 birgə nikahlarından xx.xx.2007-ci il təvəllüdlü X23 anadan olmuşdur. İş materiallarına əlavə edilən xx.xx.2021-ci il tarixli, 126287 №li “Ölüm haqqında şəhadətnamədə müvafiq olaraq X17 xx.xx.2021-ci il tarixdə (59 yaşında) vəfat etmişdir. AR Əmək Məcəlləsinin 42-ci maddəsinin 3-cü hissəsinə əsasən, on beş yaşına çatmış hər bir şəxs işçi kimi əmək müqaviləsinin tərəfi ola bilər. Sözügedən Qanunun müvafiq normasının tələblərinə müvafiq olaraq X6na münasibətdə qanunla tələb olunan sosial sığorta stajı aşağıdakı kimidir: 1. 59 il (yaş) - 15 il (əmək qabiliyyəti olmadığı yaş dövrü) = 44 il (əmək qabiliyyətli yaş dövrü), 2. 44 il x 4 ay (əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün) = 176 ay, 3. 176 ay: 12 ay - 14 il 06 ay. Qeyd edilən hesablamadan da göründüyü kimi iddiaçının ailə başçısını itirməyə görə əmək pensiyası hüququnun yaranması üçün sözügedən qanuna müvafiq olaraq X6na münasibətdə tələb olunan sosial sığorta stajı 14 il 06 aydır. İşin mübahisələndirilən halı X3 “Fotoelektronika İnstitutu”nda, “Azad Bank” firmasında və xx.xx.1999-cu il tarixdən xx.xx.2021-ci il tarixədək X11 Azərbaycan Respublikasındakı Səfirliyində işlədiyi dövrdür. Mərhum S.S.Abdullayevin əmək kitabçası yoxdur. Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin xx.xx.2022-ci il tarixli 4/41 nömrəli və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2022-ci il tarixli, **********0900 nömrəli məktubları ilə sözügedən müəssisələr barədə məlumatların olmadığı qeyd edilmişdir.Bundan əlavə X11 Azərbaycan Respublikasındakı Səfirliyinə iddiaçının mərhum ərinin iş stajının müəyyən edilməsi -məqsədilə çoxsaylı sorğular göndərilsə də, hazıradək sözügedən sorğular cavablandırılmamışdır. Bundan əlavə X11 Azərbaycan Respublikasındakı Səfirliyi xx.xx.2012-ci il tarixdə mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sığorta” (Monitorinq) altsistemində “Sığortaedənlərin reyestri” bölümündə sığortaedən kimi uçota alınmışdır. Bununla belə qeyd olunan dövrdən məcburi dövlət sosial sığorta haqları ödənilməmişdir. İddiaçının mərhum ərinin əmək kitabçasının olmaması səbəbindən yuxarıda göstərilən dövrlərin sığorta stajı kimi nəzərə alınması qanunvericiliyə ziddir. “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 3.2-ci maddəsinə əsasən 2006-cı ilin yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. İddiaçının mərhum ərinin qanunla tələb edilən 14 il 06 ay sosial sığorta stajı olmadığından iddia tələbi təmin edilməməlidir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-455/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə iddia tələbinin təmin olunması, xx.xx.2007-ci il təvəllüdlü X14 ailə başçısını itirməyə görə xx.xx.2021-ci il tarixdən əmək pensiyasının təyin edilməsi və yığılan pensiya ödənişlərinin hesablanaraq yetkinlik yaşına çatana qədər onun qanuni nümayəndəsinə-anasına İddiaçı ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır. Cavabdeh Bakı İnzibati Məhkəməsinin 2-1(112)-455/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə etiraz ilə oxşar məzmunda olmaqla, onunla əsaslandırılmışdır ki, işin mübahisələndirilən halı X3 “Fotoelektronika İnstitutu”nda, “Azad Bank” firmasında və xx.xx.1999-cu il tarixdən xx.xx.2021-ci il tarixədək X11 Azərbaycan Respublikasındakı Səfirliyində işlədiyi dövrdür.Odur ki, “Əmək pensiyaları haqqında” Qanunun 17.1-ci maddəsinin tələblərinə müvafiq olaraq iddiaçının mərhum əri X17 qanunla tələb olunan sosial sığorta stajına malik deyildir.Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 17.1-ci maddəsinə əsasən ailə başçısını itirməyə görə əmək pensiyası ölüm gününədək ailə başçısının bu qanunun 12.1-ci maddəsində tələb edilən sığorta stajı olduqda (bu qanunun qüvvəyə mindiyi günədək ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) təyin olunur.Həmin Qanunun 12.1. Əlilliyə görə əmək pensiyası orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. Orqanizmin funksiyalarının 31-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. Məhkəmə Kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə Kollegiyasının iclasında iddiaçının vəkili (nümayəndəsi) apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə kolegiyası iş üzrə materialları, apellyasiya şikayətinin dəlillərini və tərəfin izahatını araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-455/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə Kollegiyası iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. İddia tələbinin və apellyasiya şikayətinin mahiyyəti ilə bağlı isə məhkəmə Kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq qənaətə gəlmişdir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, iş materiallarında olan: AA******* seriya nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən, iddiaçının anası Azərbaycan Respublikası vətəndaşıdır və xx.xx.1969-cu ildə anadan olmuşdur. AZE 10602048 seriya nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən, iddiaçı X21 Azərbaycan Respublikası vətəndaşıdır və xx.xx.2007-ci ildə anadan olmuşdur. AZ-İİ 126287 nömrəli ölüm haqqında şəhadətnamənin surətinə əsasən X17 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. İZ ******* nömrəli hərbi biletin surətinə əsasən xx.xx.1962-ci il təvəllüdlü X17 xx.xx.1980xx.xx.1982-ci illərdə hərbi xidmətdə olmuşdur. İV 972219 nömrəli diplomun surətinə əsasən X17 1978- 1986-cı illərdə Azərbaycan Mühəndis İnşaat İnstitutunda sənayə ve mülki tikinti ixtisası üzrə təhsil almışdır. AZ-İ 307044 nömrəli nikah haqqında şəhadətnamənin surətinə əsasən X17 və X15 arasında xx.xx.2007-ci ildə nikah bağlanmışdır. AZ-İİ 037385 nömrəli doğum haqqında şəhadətnamənin surətinə əsasən X21 xx.xx.2007ci ildə Bakı şəhərində anadan olmuş, atası X17, anası İddiaçıdır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının iddiaçıya ünvanladığı xx.xx.2021-ci il tarixli, **********8 nömrəli imtina məktubuna əsasən bildirilmişdir ki, mərhum S.S.Abdullayevin əmək kitabçasını və ya surətini, əmək kitabçası olmadıqda məhkəmənin qanuni qüvvəyə minmiş qərarını 3 saylı Bakı “DOST” Mərkəzinə təqdim etdikdən sonra övladı X10 ailə başçısını itirməyə görə əmək pensiyası hüququna yenidən baxıla bilər. X22 Dövlət Departamenti Avropa Məsələləri Bürosunun iddiaçıya ünvanladığı xx.xx.2021ci il tarixli məktubunda bildirilmişdir, X17 əvvəlcə müşahidə aşkarlama mütəxəssisi, sonra isə yerli mühafizəçi qismində 20 ildən artıq ABŞ Dövlət Departamentində xidmət etmişdir. X16 Azərbaycan Respublikasındakı Səfirliyinin xx.xx.2021-ci il tarixli məktubunda bildirilmişdir ki, bu məktub X8 həqiqətən 03 aprel 1999-cu il tarixindən 2 fevral 2021-ci ilədək X11 Bakıdakı Səfirliyində işlədiyini təsdiqləyir.Samir Abdullayev mühafizəçi vəzifəsində çalışmışdır. Azərbaycan Milli Elmlər X7 iddiaçının vəkilinə ünvanladığı xx.xx.2022-ci il tarixli 029- 08/216 nömrəli məktubunda bildirilmişdir ki, X17 həqiqətən xx.xx.1984-cü ildə X13 İnstitutunun Filialının 9-cu şöbəsinə 2-ci dərəcə ilə radio avadanlıqlarının nəzarətçisi vəzifəsinə işə qəbul olunmuşdur (Əmr №29 xx.xx.1984-cü il). xx.xx.1985-ci ildə İnstitutun adı dəyişilərək X1 olmuşdur (Əmr №548 xx.xx.1985-ci il). xx.xx.1987-ci ildə öz xahişi ilə işdən azad edilmişdir (Əmr № 58 xx.xx.1987-ci il). Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2002-ci il tarixli 81 saylı qərarı ilə AMEA H.A.Abdullayev adına Fizika İnstitutunun və Fotoelektronika İnstitutunun bazasında AMEA Fizika İnstitutu yaradılmışdır. Məktubda tələb olunan, S.S.Abdullayevə məxsus AMEA Fizika stitutunun arxivində mövcud olan sənədlərin surətləri göndərilir. Bura daxildir: 1984-1985-1986-1987-ci illərdə əmək haqqının aylar üzrə məbləğlərini əks etdirən əmək haqqı barədə arayış... Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatının cavabdehə ünvanladığı 13 yanvar 2022-ci il tarixli 7-12/17 saylı məkubunda bildirilmişdir ki, X8 işlədiyi Fotoelektronika İnstitutunun və “Azadbank” firmasının sənədləri BŞİH-nin arxivinə təhvil verilməmişdir. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin cavabdehə ünvanladığı xx.xx.2022-ci il tarixli 01/3-17 saylı məktubunda bildirilmişdir ki, 1996-cı ildə yaradılmış Azərbaycan Respublikasının statistik vahidlərin Dövlət reyestirində “Azadbank” SəhmdarKommersiya bankı 02 iyul 1996-cı il tarixində qeydiyyata alınsa da, qeydiyyat tarixindən hal-hazıradək Dövlət Statistika Komitəsində sözügedən müəssisəyə dair hər hansı əlavə məlumat mövcud olmamışdır. Bununla yanaşı, statistik vahidlərin Dövlət reyestrində müəssisələrlə bağlı məlumatların axtarışı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən qeydiyyat zamanı hüquqi şəxsə təqdim olunmuş vergi ödəyiciisinin eyniləşdirmə nömrəsi (VÖEN) və yaxud da Dövlət Statistika Komitəsi tərəfindən təqdim olunmuş statistik identifikasiya kodu vasitəsi ilə həyata keçirilir. Belə ki, müəssisənin yalnız “ada" görə axtarışı səhv nəticələrə gətirib çıxara bilər. Azərbaycan İnşaat və Memarlıq Elmi-Tədqiqat İnstitutu iddiaçıya ünvanladığı xx.xx.2022ci il tarixli məktubu ilə S.S.Abdullayevin işdən azad edilməsi haqqında şəxsi ərizəsinin və köçürmə haqqında “Promsvyazmontaj” Bakı Quraşdırma İdarəsinin 500-1 saylı 23 dekabr 1988-ci il tarixli məktubunun surəti göndərilir. Cavabdeh tərəfindən məhkəməyə inzibati iş üzrə icraat materialları təqdim edilmişdir. Məhkəmənin sorğusuna əsasən, Azərbaycan Respubliksının Mili Arxiv İdarəsi xx.xx.2022-ci il tarixdə məktubu ilə bildirmişdir ki, “Azadbank” Kommersiya bankının arxiv sənədləri Azərbaycan Respublikasının Dövlət Arxivinə və Dövlət Arxivinin Bakı Filialına mühafizə üçün təhvil verilməmişdir. Məhkəmənin sorğusuna əsasən, Azərbaycan Memarlıq və İnşaat Universiteti xx.xx.2022ci il tarixdə məktubu ilə bildirmişdir ki, X17 xx.xx.1978-ci il, 159u/p saylı əmrlə Azərbaycan Mühəndis İnşaat İnstitutunun “İnşaat” fakültəsinin axşam şöbəsininə qəbul olmuşdur (qr.1228r). xx.xx.1980-ci il, 204 u/p saylı əmrlə həqiqi hərbi xidmətə getmiş, xx.xx.1982-ci il, 224 u/p saylı əmrlə həqiqi hərbi xidmətdən sonra Azərbaycan Mühəndis İnşaat İnstitutunun “İnşaat” fakültəsinin axşam şöbəsinə bərpa olmuşdur (qr.1220r). xx.xx.1986-cı il, 312u/p saylı əmrlə Azərbaycan Mühəndis İnşaat İnstitutunun “İnşaat” fakültəsinin axşam şöbəsinin “Sənaye və mülki tikinti” ixtisası üzrə tam kursu bitirmiş və Dövlət İmtahan Komissiyasının qərarı ilə ona “İnşaat-mühəndisi” ixtisası verilmişdir. Diplom: HB № 972219, qeydiyyat № 922. Məhkəmənin sorğusuna əsasən, Azərbaycan İnşaat və Memarlıq Elmi-Tədqiqat İnstitutu xx.xx.2022-ci il tarixdə məktubu ilə bildirmişdir ki, 1987-ci ilin may ayından (əmr №89/k, xx.xx.1987 il) 1988-ci ilin dekabr ayına (əmr №210/k, 23 dekabr 1988 il) qədər (dekabr ayı da daxil olmaqla) Azərbaycan İnşaat və Memarlıq Elmi-Tədqiqat İnstitutunda laborant, böyük texnik və mühəndis vəzifələrində işləmişdir. Belə ki, əmək haqqı cədvəlinə əsasən 1987-ci ilin may-dekabr ayları və 1988-ci ilin yanvar-dekabr ayları üzrə 2506-34 (iki min beş yüz altı rubl. 34 qəpik) əmək haqqı almışdır. Buna müvafiq olaraq əmrlərin surətləri təqdim olunmuşdur. Məhkəmənin sorğusuna əsasən, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti xx.xx.2022-ci il tarixdə məktubu ilə bildirmişdir ki, dövlət reyestrində "xxxx" Kiçik Müəssisəsi adlı hüquqi şəxsin dövlət qeydiyyatından keçməsi barədə məlumat mövcud deyildir. Məhkəmənin sorğusuna əsasən, Azərbaycan Respubliksının Kənd Təsərrüfatı Nazirliyi xx.xx.2022-ci il tarixli məktubu ilə bildirmişdir ki, müraciətdə qeyd olunan qurumla bağlı sənədlər Nazirliyin arxivində aşkar edilməmişdir. Bu səbəbdən tələb olunan məlumatların təqdim edilməsi imkan xaricindədir. Məhkəmənin sorğusuna əsasən, Azərbaycan Respubliksının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi xx.xx.2022-ci il tarixdə məktubu ilə bildirmişdir ki, X8 1978-1979-cu illər üzrə işlədiyi Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin arxiv sənədlərində onun əmək fəaliyyəti ilə bağlı heç bir məlumat aşkar edilməmişdir. Məhkəmə Kollegiyası iddiaçının tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, 16-cı maddəsinə əsasən Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir, 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun preambulasına əsasən bu Qanun Azərbaycan Respublikasında vətəndaşların əmək pensiyası hüquqlarının yaranmasının əsaslarını, bu hüquqların həyata keçirilməsi qaydalarını və əmək pensiyası təminatı sistemini müəyyən edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: 4.1.1. yaşa görə əmək pensiyası; 4.1.2. əlilliyə görə əmək pensiyası; 4.1.3. ailə başçısını itirməyə görə əmək pensiyası. Həmin Qanunun 4.4-cü maddəsinə əsasən ailə başçısını itirməyə görə əmək pensiyası sığorta hissəsindən ibarətdir. Həmin Qanunun 14.1-ci maddəsinə əsasən vəfat etmiş və ya həlak olmuş ailə başçısının aşağıdakı ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır: 14.1.1. vəfat etmiş və ya həlak olmuş şəxslərin övladları: 14.1.1.1. 18 yaşına çatmamış; Həmin Qanunun 17.1-ci maddəsinə əsasən ailə başçısını itirməyə görə əmək pensiyası ölüm gününədək ailə başçısının bu qanunun 12.1-ci maddəsində tələb edilən sığorta stajı olduqda (bu qanunun qüvvəyə mindiyi günədək ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) təyin olunur. Həmin Qanunun 32.3-cü maddəsinə əsasən ailə başçısını itirməyə görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında bu Qanunun 14-cü maddəsində göstərilmiş şərtlərin mövcud olduğu müddət üçün, bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmış şəxslərə isə ömürlük təyin edilir. İşin faktiki hallarına əsasən məhkəmə müəyyən etmişdir ki, iddiaçının mərhum əri X17 xx.xx.1962-ci ildə doğulmuş, xx.xx.2021-ci ildə ölmüşdür. Ölən zaman onun yaşı -58 il 11 ay 16 gün olmuşdur. Yuxarıda qeyd olunan normalara əsasən iddiaçıya ailə başçısını itirməyə görə pensiya təyin edilməsi üçün mərhum ərinin 14 il 06 stajının olması kifayət edir (59-15=44, 44*4/12=14 il 06 ay). Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 22-1.2.3-cü maddəsinə əsasən ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilərkən pensiyaçı olmayan vəfat etmiş şəxsin 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2.2-ci maddəsinə uyğun olaraq hesablanır. Həmin Qanunun 22-1.2.2-ci maddəsinə əsasən əlilliyi müəyyən edilmiş şəxsə əlilliyə görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı həmin dövrə olan əmək qabiliyyətli yaş dövrünün hər ili üçün 4 ay götürülməklə hesablanır. Cavabdeh öz imtinasını və apellyasiya şikayətinin dəlillərini iddiaçının mərhum atasının əmək kitabçasının olmaması və işlədiyini iddia etdiyi “Fotoelektronika İnstitutu”, “Azad Bank” firması barədə məlumatların olmaması, eyni zamanda X11 Azərbaycan Respublikasındakı Səfirliyi tərəfindən sorğuların cavablandırılmaması nəticəsində orada işləməsinə dair sübutun olmaması ilə əsaslandırmışdır. Məhkəmə Kollegiyası cavabdehin imtinasının və apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iş materiallarına əlavə edilmiş əmrlər və əmək haqqı cədvəlləri, müvafiq idarələrin arayışları iddiaçının mərhum ərinin 1984- 1987-ci il tarixlərdə “Fotoelektronika İnstitutu”nda, 1987-1988-ci il tarixlərdə Azərbaycan İnşaat və Memarlıq Elmi-Tədqiqat İnstitutunda, 1999-2021-ci il tarixlərdə X11 Azərbaycan Rüspublikasındakı Səfirliyində işləməsi, eyni zamanda hərbi bileti və diplom müvafiq dövrlərdə təhsil alması və hərbi ximətdə olması halları faktının öz təsdiqini tapmışdır. Məhkəmə həmin məlumat mənbələrini sosial sığorta stajının müəyyən edilməsi üçün mötəbər əsas hesab edir və bu müddətləri ailə başçısının sosial sığorta stajı kimi qəbul edir. Qeyd olunanlara və iş materiallarına əlavə olunmuş sənədlərə əsasən, iddiaçının ərinin xx.xx.1978- ci ildən xx.xx.2006-cı il tarixədək olan dövrdə 19 il 05 ay 6 gün iş stajı müəyyən olunur.Halbu ki, yuxarıda qeyd olunan qanunvericilik normalarına əsasən iddiaçıya ailə başçısını itirməyə görə pensiya təyin edilməsi üçün mərhum ərinin 14 il 06 stajının olması kifayət edir. Məhkəmə Kollegiyası hesab edir ki, cavabdehin iddiaçıya ailə başçısını itirməyə görə əmək pensiyasının təyin etməkdən imtinası qanuni olmamışdır. Nəzərə almaq lazımdır ki, iddiaçının 1978-ci ildən xx.xx.2006-ci ilədək işlədiyi müddətdə, yəni 1992-ci ildən xx.xx.2006-ci ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsinə görə, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və daha çox şahidin ifadələrinə əsasən tədiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda və ya həmin sənəd bərpa etmək mümkün olmadıqda mövcud iş stajınısübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 saylı qərarı ilə təsdiq edilmiş «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə»nin 1-ci bəndinə əsasən əmək stajı iş, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən, 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada siğorta stajına daxil edilir. Göründüyü kimi əmək kitabçası olmadıqda və ya əmək kitabçasında müvafiq qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajını təsdiqedici sənəd kimi digər mötəbər sənədlər, o cümlədən arxiv arayışları nəzərə alına bilər. Məhkəmə Kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iddiaçının sosial sığorta stajına daxil edilməsini istədiyi iş illəri “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı ilədək olan dövrə aid olduğu üçün həmin dövrdə yaranmış münasibətləri tənzimləyən yuxarıda sadalanan normalar nəzərə alınmalı və müvafiq idarələrin arayışında göstərilən illər iddiaçının sosial sığorta stajı kimi qəbul edilməlidir. Həmçinin məhkəmə Kollegiyası qeyd edir ki, sorğu əsasında təqdim olunan sənədlərdə göstərilən məlumatların mötəbərliyini şübhə altına alacaq sübutlar cavabdeh tərəfindən təqdim edilməmişdir. «İnzibati icraat haqqında» Qanunun: 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq qənaətə gəlmişdir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir.Odur ki, apellyasiya şikayətinin dəlilləri maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul olunmuş qərarın ləğvi üçün əsas təşkil etmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin tələblərinə əsasən: Maddə 58.7. sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; Maddə 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2.məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-455/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar