Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2337/2023 20.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və X3 ibarət tərkibdə Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-N(NN2)- 498/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Birinci instansiya, apellyasiya və kassasiya instansiyalarında aparılan icraatlar: İddiaçı 24 noyabr 2020-ci il tarixdə iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, N989-cu ildə Astara rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmışdır. N99N-ci ildə hərbi xidmətini başa vurmuşdur. xx.xx.N992-ci ildə N saylı hərbi hissə komandirinin N saylı əmri ilə baş gizir, həmin hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixli, 23 saylı əmri ilə tağım komandiri, N saylı hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixli, 67 saylı əmri ilə döyüş bölgəsinə göndərilmiş və döyüş pulu almışdır. Döyüş pulu almağı və döyüş bölgəsində olmağı Müdafiə Nazirliyinin İşlər İdarəsinin Mərkəzi Arxivinin sənədi ilə təsdiq edilir. N996- cı ildə həmin hərbi hissədə xidmətini başa vurub tərxis olunmuşdur. O, cavabdehə müraciət edərək, ona müharibə veteranı adının və vəsiqəsinin verilməsini xahiş etsə də müraciəti təmin edilməmişdir. Bakı İnzibati Məhkəməsinin 4 may 202N-ci il tarixli, 2-N(NN2)-2855/202N nömrəli qərarı (hakim N.İ.Abıyev) ilə iddia qismən təmin edilmiş, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, cavabdehin üzərinə iddiaçının müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulmuşdur. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdehin imtina məktubunda imtinanın faktiki və hüquqi halları tam müəyyən olunmamışdır. Bu baxımdan da iddiaçının tələbini işin hazırkı vəziyyətində təmin etmək mümkün deyil. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2 sentyabr 202N-ci il tarixli, 2- N(N03)-N968/202N nömrəli qərardadı (hakimlər: C.A.Yusifov /sədrlik edən və məruzəçi/, H.Ü.Həmidov və E.E.Nağıyeva) ilə cavabdehin apellyasiya şikayəti qismən təmin olunmuş, Bakı İnzibati Məhkəməsinin 4 may 202N-ci il tarixli, 2-N(NN2)-2855/202N nömrəli qərarı ləğv edilmiş, iş məhkəmə icraatının davam etdirilməsi və yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı İnzibati Məhkəməsinin 23 fevral 2022-ci il tarixli, 2-N(NN2)-498/2022 nömrəli qərarı (hakim M.T.Hacıbəyova) ilə iddia təmin edilmiş, iddiaçıya müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçıya veteran adının verilməsini istisna edən halların (haqqında cinayət işinin və araşdırma materialın) olması barədə məlumat cavabdeh və ya digər orqan tərəfindən məhkəməyə verilməmişdir. Əksinə, iddiaçının məhkumluğu olmamışdır. İddiaçının hərbi qulluqçunun şərəfini ləkələyən xətalar törədilməsinə görə - yəni xx.xx.N995-ci ildən xidmətini davam etmək üçün hərbi hissəyə gəlmədiyinə görə xx.xx.N996-cı il tarixli müvafiq əmrlə (hərbi qulluqçunun şərəfini ləkələyən xətalar törədilməsinə görə) hərbi xidmətdən tərxis olunması ona müharibə veteranı adının verilməsini istisna etmir. Belə ki, həmin dövrdə artıq hərbi əməliyyatlar dayandırılmışdı, habelə iddiaçı həmin əmələ görə cinayət məsuliyyətinə cəlb olunmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli N74 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin tələblərinə görə, yalnız ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə görə cinayət məsuliyyətinə cəlb edilmiş şəxslərə müharibə veteranı adının verilməsi istisna edilir ki, belə bir halın olmasını təsdiq edən dəlil inzibati işin materiallarında mövcud deyildir. İddiaçının döyüş əməliyyatları aparan hərbi hissələrdə xidmət etməsi barədə müvafiq nizami hissə üzrə əmrləri cavabdehin arxivində mövcuddur. İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmişdir və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxsin hərbi hissədən ezam olunması barədə əmrin olmamasının həmin şəxsə müharibə veteranı adının verilməsini istisna etməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı döyüş əməliyyatları aparan hərbi hissələrə döyüş tapşırığı və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmadığı arxiv arayışı ilə təsdiq olunduğundan ona "Müharibə veteranı” adının verilməsindən imtina olunmuşdur. N saylı hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixli 67 saylı əmrilə (Ağcabədi rayonu ərazisinə) göndərilməsi iddiaçıya "Müharibə veteranı” adının verilməsinə əsas ola bilməz, çünki döyüş əmaliyyatları aparan hərbi hissələrə döyüş tapşırığı və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmağı nizami hissə üzrə əmrlərlə təsdiq olunmamışdır. Mərkəzi Arxivin tərəfindən sorğumuza əsasən təqdim edilmiş xx.xx.202N-ci il tarixli 9/2-N669 nömrəli arxiv arayışında iddiaçının döyüş əməliyyatları aparan hərbi hissələrə döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunması barədə məlumat aşkar olunmamışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının N2 oktyabr 2022-ci il tarixli, 2- N(N03)-22N3/2022 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 23 fevral 2022-ci il tarixli, 2-N(NN2)-498/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh apellyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-N(N02)- 365/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının N2 oktyabr 2022-ci il tarixli, 2-N(N03)-22N3/2022 nömrəli qərarı ləğv edilmiş və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Kassasiya instansiya məhkəməsi qərarında qeyd etmişdir ki, təkrar apellyasiya baxışında iş üzrə düzgün nəticəyə gəlmək üçün iddiaçının N () nömrəli hərbi hissədə xidmət müddəti, xüsusilə, xx.xx.N993-cü ildən xx.xx.N994-cü il tarixə qədər olan dövr hərtərəfli araşdırılmalı, bu məqsədlə N nömrəli hərbi hissə komandirinin N oktyabr N992-ci il tarixli 9 nömrəli əmri, eləcə də, iddiaçının Ağcəbədi rayonuna döyüş bölgəsinə göndərilməsinin səbəbini aydınlaşdırmaq məqsədlə N nömrəli hərbi hissə komandirinin N fevral N993-cü il tarixli, 23 nömrəli (iddiaçının Ağcabədi şəhərinə döyüş bölgəsinə göndərilməsi barədə) və N iyun N993-cü il tarixli, 67 nömrəli (iddiaçının döyüş pulu alması barədə) əmrləri tələb olunaraq tədqiq edilməlidir Təkrar apellyasiya baxışı zamanı apellyasiya instansiya məhkəməsinin mövqeyi Tərəflərin izahatları : Təkrar apellyasiya baxışı zamanı məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı tərəf apelyasiya şikayətinin əsassız olduğunu, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Təkrar apellyasiya baxışı zamanı məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətlərinin təmin edilərək birinci instansiya məhkəməsi tərəfindən qəbul edilən qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apelyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq və kassasiya instansiya məhkəməsinin göstərişlərini nəzərə alaraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Cavabdehin apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya qərarın qanuniliyini tam yoxlayır. İş materiallarından müəyyən edilir ki, iddiaçı may N989-cu il tarixdən Astara rayon hərbi komissarlığından hərbi xidmətə çağırılmış, sentyabr N992-ci il tarixə qədər 200N saylı hərbi hissədə, sentyabr N994-cü il tarixdən yanvar N996-cı il tarixə qədər N saylı hərbi hissədə hərbi xidmətdə olmuş və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.N996-cı il tarixli 040 saylı əmri ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılmışdır (tərxis olunmuşdur). Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivi tərəfindən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Astara rayon şöbəsinin rəisinə ünvanlanan xx.xx.2020-ci il tarixli, 9/2-876 nömrəli məktuba əsasən, N nömrəli hərbi hissə komandirinin N oktyabr N992-ci il tarixli 9 nömrəli əmri ilə (əsas: səh-9; qeyd: əmrdə soyadı Sadıqov, hərbi rütbəsi baş gizir yazılmışdır) baş gizir X8 şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilərək, starşina vəzifəsinə təyin edilmişdir. N nömrəli hərbi hissə komandirinin N fevral N993-cü il tarixli, 23 nömrəli əmri ilə (əsas: səh- 24, sıra-N; qeyd: əmrdə soyadı Sadıqov yazılmışdır) tağım komandiri X2 şəhərinə döyüş bölgəsinə göndərilmişdir. N nömrəli hərbi hissə komandirinin N iyun N993-cü il tarixli, 67 nömrəli əmrində (əsas: səh24, sıra-N; qeyd: əmrdə soyadı Sadıqov yazılmış, adı və atasının adı tam yazılmamışdır) döyüş bölgəsində olmuş V.Ə.Sadıqovun döyüş pulu alması barədə məlumat vardır. N nömrəli hərbi hissənin zabit və gizirlərinin əlifba qeydiyyatı kitablarında və komandirin yanvar N996-cı il tarixli nizami hissə üzrə əmrlərində X6 xidməti barədə məlumat aşkar edilməmişdir. İddiaçı cavabdehə müraciət edərək, ona müharibə veteranı adı və vəsiqəsinin verilməsini xahiş etmiş, lakin cavabdeh tərəfindən 22 oktyabr 2020-ci il tarixli, N/S-N3999 nömrəli məktubla müraciətin təmin olunmasından imtina edilmişdir. İmtina onunla əsaslandırılmışdır ki, Mərkəzi Arxivin xx.xx.2020-ci il tarixli, 9/2-876 nömrəli arayışına əsasən, N () nömrəli hərbi hissədə xx.xx.N993-cü il tarixdən sonrakı dövrdə xidmət keçmək barədə məlumat olmadığına və Ağcabədi rayonu döyüş bölgəsinə göndərilməsi məqsədi bilinmədiyi üçün ona müharibə veteranı vəsiqəsinin və adının verilməsindən imtina edilmişdir. Bundan sonra iddiaçı hazırkı tələblə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş, mübahisəli məsələ birinci instansiya məhkəməsi tərəfindən yuxarda qeyd edilən qaydada həll edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman maddi və prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Tətbiq edilən hüquq normaları: “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 3. Aşağıdakılar müharibə veteranları sayılırlar: ... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər; ... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Maddə 7. Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin N sentyabr N995-ci il tarixli, 2N6 nömrəli qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnamə: N. Müharibə veteranları Müharibə veteranı adı aşağıdakı qaydada verilir: ... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N988-ci il fevralın N-dən N994cü il mayın N2-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N994-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və XN Xidməti, Azərbaycan Respublikasının Strateji X4 Agentliyi və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; ........ Bu Əsasnamənin N-ci hissəsinin birinci bəndinin səkkizinci, doqquzuncu və onuncu yarımbəndlərində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və XN Xidməti və Azərbaycan Respublikasının Strateji X4 Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir, o cümlədən: Respublikanın hərbi məhkəmələrində və hərbi prokurorluq orqanları sistemində xidmət edən hərbi qulluqçulara Azərbaycan Respublikası Ali Məhkəməsində və Respublika Prokurorluğunda yaradılan komissiyaların rəyinə əsasən Müdafiə Nazirliyi tərəfindən verilir. Kassasiya instansiyası məhkəməsinin göstərişinin yerinə yetirilməsi və işin obyektiv araşdırılması məqsədi ilə məhkəmə tərəfindən N3 iyun 2023-cü il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirıiyinə sorğu ilə müraciət edilərək İddiaçı barəsində verilmiş N nömrəli hərbi hissə komandirinin xx.xx.N992-ci il tarixli 9 nömrəli əmri, N nömrəli hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixli, 23 nömrəli (iddiaçının Ağcabədi şəhərinə döyüş bölgəsinə göndərilməsi barədə) və N iyun N993-cü il tarixli, 67 nömrəli (iddiaçının döyüş pulu alması barədə) əmrlərin təsdiq edilmiş surətlərinin göndərilməsi xahiş olunmuşdur. Məhkəmənin sorğusuna cavab olaraq İddiaçı barəsində verilmiş N nömrəli hərbi hissə komandirinin xx.xx.N992-ci il tarixli 9 nömrəli əmri, N nömrəli hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixli, 23 nömrəli və N iyun N993-cü il tarixli, 67 nömrəli nömrəli əmrlərindən arxiv çıxarışları məhkəməyə təqdim edilmişdir. Cavabdehin imtinasının və apelyasiya şikayətinin hüquqi mövqeyi faktiki olaraq iki dəlil üzərində qurulmuşdur:
1. Döyüş əmaliyyatları aparan hərbi hissələrə döyüş tapşırığı və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmağı nizami hissə üzrə əmrlərlə təsdiq olunmaması;
2. N saylı hərbi hissədə 30.06 N993-cü il tarixdən sonrakı dövrdə xidməti barədə məlumatın olmaması; Birinci dəlili ilə bağlı məhkəmə kollegiyasının qənaəti ondan ibarətdir ki, iddiacının xidmət etdiyi dövrdə N saylı hərbi hissə döyüşən hərbi hissə olmuşdur. Belə ki, Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyanın katibi polkovnik leytenant Elbrus Mehdixanov tərəfindən imzalanmış və həmin Hazirliyin Hüquq İdarəsinə ünvanlanmış məktubdan aydın olur ki, N saylı hərbi hissə xx.xx.N992-xx.xx.N992-ci və xx.xx.N993-xx.xx.N994-cü ilədək döyüş əməliyyatlarında iştirak etmişdir. İddiacının ezam olunduğu Ağcabədi rayonu da (Ağcabədi şəhəri) döyüş əməliyyatları aparılan və adları Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.20N5-ci il tarixli 2N6 saylı Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin qeyd edilən Ağdam və Tərtər rayonlarınının qonşuluğunda yerləşir və N saylı hərbi hissənin Ağcabədi şəhərində yerləşməklə döyüşdə iştirak etməsi inkar olunmur. Bundan əlavə, iş materiallarından və tərəflərin izahatlarından müəyyən olunur ki, döyüşdə iştirak etmiş hərbicilərə döyüş pulu da verilmişdir. Cavabdehin tabeliyində olan N saylı hərbi hiisənin 67 saylı N iyun N993-cü il tarixli əmrinin məzmunundan görünür ki, iddiacıya da, xx.xx.N993-cü il tarxdən N iyun N993-cü ilə kimi döyüşdə iştirak etdiyinə görə döyüş pulu verilmişdir. Bu hal da, idiacının N saylı hərbi hissənin tərkibində döyüşlərdə iştirak etməsini təsdiq edir. İkinci dəlillə də iş materialları ilə təkzib olunur. Belə ki, iş materiallarına əlavə edilmiş, N saylı hərbi hissənin N sentyabr N993-cü il tarixli N28 saylı əmrin məzmunundan aydın olur ki, iddiacı hərbi xidmətinin davam etdirmək ücün N saylı hərbi hissənin sərəncsmına göndərilmiş və həmin tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından silinmişdir. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının N saylı hərbi hissədə xidmət keçməsi hərbi bileti və hərbi hissənin nizami hissə üzrə əmrləri ilə təsdiq olunduğundan və iddiaçının N saylı hərbi hissədə xidmət etdiyi dövrdə hərbi hissə döyüş əməliyyatlarında iştirak etdiyindən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda iştirak etmiş şəxslərə müharibə veteranı adı və vəsiqəsinin verilməsi qaydasını tənzimləyən Azərbaycan Respublikası Nazirlər Kabinetinin N995-ci il N sentyabr tarixli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməyə görə iddiaçı tələbində haqlı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apelyasiya şikayəti əsaslı olmadığından təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin mübahisələndirilən qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq,
qərara aldı:
Apelyasiya şikayəti təmin edilməsin . Bakı İnzibati Məhkəməsinin 2-N(NN2)-498/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən N (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi N4, NN93-cü məhəllə) kassasiya şikayəti verilə bilər.