Məhkəmə qərarları › İş №2-1(103)-2337/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2337/2024

06.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2337/2024 06.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Səlimova Səadət Rəşid qızı və Tağızadə Mirzə Nəsib oğlundan ibarət tərkibdə, Əhmədova Könül Seyidələkbər qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi Nəsibov Seymur vasif oğlunun iştirakları ilə, İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı «iddiaçıya əlillik dərəcəsinin təyin olunması» tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2- N(NN2)-N688/2024 saylı xx.xx.2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı «iddiaçıya əlillik dərəcəsinin təyin olunması» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, İddiaçı 8 mart N974-cü il tarixdə Saatlı rayonunda doğulmuşdur. Saatlı Rayon Çağırış Komissiyası tərəfindən hərbi xidmətə yararlı sayılaraq həqiqi hərbi xidmətə çağırılmış və 2N iyun N992-ci il tarixdəmüvafiq hərbi hissəyə göndərilərək N mart N993-cü il tarixdə xidmətə daxil olmuşdur. Həmin dövrdə döyüş bölgəsində aktiv əməliyyatlarda iştirak edən 67987 saylı Hərbi hissənin tərkibində Ağdərə və Ağdam rayonları uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Hərbi xidmət vəzifələrini yerinə yetirərkən Ağdərə rayonu uğrunda gedən döyüşlərdə ağır yaralanmış və döyüşçü yoldaşları tərəfindən Ağdam Rayon Mərkəzi Xəstəxanasına gətirilmişdir. Həmin Xəstəxanada N5 günə qədər stasionar şəraitdə müalicədə olduqdan sonra, qeydiyyatda olduğu hərbi komissarlığa gələrək yenidən hərbi qeydiyyata götürülmüşdür. Daha sonra hərbi komissarlıq İddiaçı Qubadlı rayonu ərazisində yerləşən 706 saylı Hərbi hissəyə səfərbər etmişdir. O, həmin hərbihissədə N3 aprel N993-cü il tarixdən N9 iyul N996-cı il tarixədək hərbi xidmətdə olmuşdur. N994-cü ilin yanvar ayında Ağdam ətrafında gedən şiddətli döyüşlərdə yaralanmış və yaralandıqdan sonra birbaşa Saatlı Rayon Mərkəzi Xəstəxanasına gətirilərək orada N aya yaxın stasionar şəraitdə müalicə almışdır. Müalicəsi bitdikdən sonra həmin hərbi hissəyə qayıtmış, hərbi hissənin tərkibində Qubadlı, Laçın, Ağdam, Füzuli, Cəbrayıl rayonları ətrafında gedən taktiki döyüşlərdə iştirak etmişdir. 706 saylı Hərbi hissə komandirinin N9 iyul N996-cı il tarixli əmrinə əsasən həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Daha sonra Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “hüquqi faktın müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, N5 aprel N993-cü il tarixdən N9 iyul N996-cı il tarixədək 706 saylı Hərbi hissədə atıcı vəzifəsində hərbi xidmət keçməyi və yanvar N994-cü ildə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə yaralanmağı faktının müəyyən olunmasını məhkəmədən xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsi işin hallarını araşdıraraq ekspertiza təyin etmiş, N2 mart 20N8-ci il tarixli K/235-20N8 saylı ekspertiza rəyində məhkəmənin qoyduğu suallara N2 mart 20N8-ci il tarixdə aparılmış məhkəmə-tibbi müayinəsi vasitəsi ilə aydınlıq gətirilmişdir. Belə ki, həmin ekspertiza rəyinin yekununda qeyd olunur ki, şəxsin bədənində müəyyənləşdirilmiş çapıqların N994-cü ilin yanvar ayında odlu silah mərmi partlaması zamanı əmələ gəlmələri istisna olunmur. Məsələ ilə əlaqədar olaraq, Sumqayıt Şəhər Məhkəməsi N3 aprel 20N8-ci il tarixli qətnamə qəbul etmiş, həmin qətnamə ilə döyüşən ordunun sıralarında N5 aprel N993-cü il tarixdən N9 iyul N996-cı il tarixədək 706 saylı Hərbi hissədə atıcı vəzifəsində hərbi xidmət keçməyi faktı və N994-cü ilin yanvar ayında Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə yaralanmağı faktını müəyyən etmişdir. Həmçinin N5 noyabr 20N8-ci il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası məsələni araşdırmış və həmin tarixdə məsələ ilə bağlı qərar qəbul etmişdir. Həmin qərarda da bildirilir ki, şəxsin aldığı xəsarətlər məhz Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə alınmışdır və hərbi travmadır. Lakin bütün əsaslı faktlara baxmayaraq, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi müraciətə imtina məktubu ilə cavab vermişdir. Göstərilənlərə və Azərbaycan Respublikası Konstitusiyasının N2, 38-ci maddələrinə, «Əlilliyin qiymətləndirilməsi Qaydası»nın və «Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə»nin müddıalarına əsaslanaraq, Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyasının N5 noyabr 20N8-ci il tarixli N625 reyestr nömrəli qərarı əsasında İddiaçı “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” əlilliyin təyin edilməsi öhdəliyinin cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. İşin birinci instansiya icraatı zamanı cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Etirazda qeyd edilmişdir ki, İddiaçı əlillik vəziyyətinə sonuncu dəfə əlavə əyani müayinəsi həyata keçirilərək Bakı 2 nömrəli X2 N mart 2023-cü il tarixli göndərişi əsasında baxılmış, “Diaqnoz əlillik əlaməti təyin etməməsi” barədə imtina qərarı verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin N6 yanvar 2020-ci il tarixli NN nömrəli qərarı ilə təsdiq edilmiş «Əlilliyin qiymətləndirilməsi Qaydası»nın və 2020-ci il N6 yanvar tarixli N2 nömrəli qərarı ilə təsdiq edilmiş «Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası»nın N.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi «Əlilliyi olan şəxslərin hüquqları haqqında» Qanunun 3.4-cü maddəsinə uyğun olaraq «Əlilliyin müəyyən olunması meyarları»na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında Əsasnamə» ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 ay müddətində fasiləsiz və ya son N2 ay müddətində fasilələrlə ümumilikdə 6 aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın N.5.N -ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı- ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEKin sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Göstərilənlərə əsaslanaraq, iddianın təmin edilməməsi məhkəmədən xahiş olunur. Bakı İnzibati Məhkəməsinin 2-N(NN2)-N688/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş və İddiaçı “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” səbəbiilə əlilliyin təyin edilməsi öhdəliyi Dövlət Tibbi-Sosial Ekspertiza və ReabilitasiyaAgentliyinin üzərinə qoyulması qərara alınmışdır. Cavabdeh qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddiaya dair yazılı etiraza uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək onun rədd edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2- N(NN2)-N688/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Belə ki, işin birinci instansiya icraatı zamanı Məhkəmənin 2N sentyabr 2023-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə tibbi ekspertizası təyin edilmiş, AzərbaycanRespublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X4- Təcrübi və Tədris Birliyinin N7 noyabr 2023-cü il tarixli məktubu ilə T 787/2023 nömrəli ekspert rəyi məhkəməyə təqdim olunmuşdur. Ekspert rəyində qeyd edilmişdir ki, N974-cü il təvəllüdlü İddiaçı adına tərtib edilmiş sənədlərə, özünün məhkəmə-tibbi müayinəsinə və qərardadda göstərilmiş suallara uyğun komissiya nəticəyə gəlir: (N, 2) Vətəndaş İddiaçı tibbi sənədlərinin təhlilinə əsasən onun əlillik vəziyyətinin Tibbi- Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi ilə bağlı müvafiq tibb müəssisəsində tərtib olunmuş 88 saylı Formada qeyd olunmuş “F07.0-üzvi mənşəli şəxsiyyət pozuntusu, baş beyinin üzvi xəstəliyi (travma mənşəli) nəticəsində şəxsiyyət dəyişikliyi, psixopatabənzər davranış pozuntuları ilə. Ağırlaşma: F07.8-baş beyinin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozuntuları, baş beyinin üzvi xəstəliyi (travma mənşəli) nəticəsində şəxsiyyət dəyişikliyi, psixopatabənzər davranış pozuntuları ilə” diaqnoz ona 2 saylı XN stasionar müalicəsi zamanı müəyyən edilmiş və 9 mart 2023- cü il tarixli baş beyinin MRT müayinəsi ilə təsdiq olunmuşdur. Xəstəliklərlə əlaqədar müalicələrin qısa müddətli olması, ətraflı müalicə olunmaması, ixtisaslaşmış müayinə və müalicənin davam etdirilməməsi halları müəyyən edilmir. Göründüyü kimi, məhkəmə icraatında tibbi-ekspertizasının keçirilməsi barədə məhkəmə qərardadının icrası ilə əlaqədar verilmiş aidiyyəti səlahiyyətli qurum tərəfindən verilmiş N7 noyabr 2023-cü il tarixli məktubu ilə T 787/2023 nömrəli ekspert rəyindən aydın olur ki, İddiaçı müvafiq tibb müəssisəsi tərəfindən müayinənin nəticələri üzrə tibbi göndərişdə (forma 088 arayışında) qoyulmuş diaqnoz düzgün müəyyən edilmişdir. İş materiallarında olan müvafiq tibb müəssisəsi tərəfindən İddiaçı barəsində tərtib edilmiş tibbi göndərişdə (forma-88) onda əsas olan üzvi mənşəli şəxsiyyət pozğunluğu göstərilmişdir ki, hansı ki, «Əlilliyin müəyyən olunması meyarları»nın 7-ci bölməsində F-07.0 kodu altında əlilliyə əsas verir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin N iyul 2022-ci il tarixədək qüvvədə olmuş 30 dekabr 20N5-ci il tarixli 4N3 nömrəli qərarının N-ci hissəsi ilə «Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə» təsdiq edilmişdir. Həmin Əsasnamənin N-ci bəndinə görə: - (N.N) Əlillərə münasibət sahəsində sosial siyasət həyatda və cəmiyyətin inkişafında onların fəal iştirak etməsi imkanlarının genişləndirilməsinə, sosial rifah halının, maddi vəziyyətlərinin yaxşılaşdırılmasına yönəldilmişdir; - (N.2) Əlillik və ya N8 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, «Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur; - (N.5) Tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və N8 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin N3 may 2022-ci il tarixli N87 nömrəli qərarı ilə «Əlilliyin müəyyən olunması meyarları» təsdiq edilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20N5-ci il 30 dekabr tarixli 4N3 nömrəli qərarının N-ci hissəsi ləğv edilmişdir. Qərarla təsdiq edilmiş həmin Meyarların N.2-ci bəndinə görə bu Meyarların məqsədləri üçün köməkçi texniki vasitələr dedikdə funksionallığın təkmilləşdirilməsinə, fərdin asılılığının aradan qaldırılmasına, sağlamlıq vəziyyətinin ağırlaşmasının və ya xəstəliyin yaratdığı funksiya pozuntusunun azaldılmasına və ya qarşısının alınmasına xidmət edən xüsusi vasitələr (cihazlar, avadanlıqlar, alətlər və ya proqram təminatları) nəzərdə tutulur. Həmin Meyarların 7-ci “Psixi və davranış pozuntuları” bölməsinin F07.0 kodu altında üzvi mənşəli şəxsiyyət pozuntusu xəstəliyi əlilliyin dərəcəsinin təyininə əsas verir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin N6 yanvar 2020-ci il tarixli NN nömrəli qərarı ilə təsdiq edilmiş «Əlilliyin qiymətləndirilməsi Qaydası»nın N.N-ci bəndinə görə bu Qayda «Əlilliyi olan şəxslərin hüquqları haqqında» Qanunun 3.N-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. Qaydanın N.2-ci bəndnə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza AR ƏƏSM Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. Qaydanın N.5-ci bəndinə görə şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: (N.5.N) ümumi səbəblərdən, (N.5.N.N) ümumi xəstəlik, (N.5.N.2) istehsalat zədəsi, (N.5.N.3) peşə xəstəliyi, (N.5.N.4) Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar, (N.5.N.5) hərbi xidmət dövrü ilə əlaqədar, (N.5.N.6) hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar, (N.5.N.7) terror hadisəsi ilə əlaqədar, (N.5.2) xüsusi səbəblərdən, (N.5.2.N) Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar, (N.5.2.2) N990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar, (N.5.2.3) hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar, (N.5.2.4) Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar. Qaydanın 2.4-cü bəndinə əsasən tibbi-sosial ekspert komissiyaları N0 iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, tibbi-sosial ekspert komissiyalarının müraciəti əsasında bu müddət Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən N5 iş gününədək uzadıla bilər. Qaydanın 3.4-cü bəndinə görə əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət «İnzibati icraat haqqında» Qanuna və İPM-ə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. Qaydanın 3.5-ci bəndinə görə əlilliyin qiymətləndirilməsini barədə qərarlardan bu Qaydanın 3.4-cü bəndinə uyğun olaraq verilmiş şikayətlərə AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən bu Qaydanın tələblərinə riayət edilməklə «İnzibati icraat haqqında» Qanuna uyğun olaraq baxılır. Qaydanın 3.7-ci bəndinə əsasən əlilliyin qiymətləndirilməsi barədə tibbi-sosial ekspert komissiyasının qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən tibbi-sosial ekspert komissiyasının qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi əsassız olaraq iddiaçı X3 müvafiq əlillik təyinatından imtina etmişdir. Halbuki, iddiaçıda olan xəstəlik qüvvədə olan normativ hüquqi aktların tələblərinə görə «Əlilliyin müəyyən olunması meyarları»nın 7-ci bölməsində F-07.0 kodu altında nəzərdə tutulmuşdur, ən əsası isə həmin xəstəliyin müalicələrinin qısa müddətli olması, ətraflı müalicə olunmaması, ixtisaslaşmış müayinə və müalicənin davam etdirilməməsi də müəyyən edilməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə cavabdeh tərəfindən iddiaçının əlillik dərəcəsi müəyyən edilməlidir. Əlavə olaraq qeyd edilməlidir ki, “Əlilliyin müəyyən olunması meyarları”na görə həmin xəstəliyi olan şəxslərə orqanizmin funksiyalarının pozulma faizindən (35 – 60% və ya 65 – 80%) asılı olmayaraq əlilliyin müddəti 2 il müddətinə təyin edilir. Odur ki məhkəmə hesab edir ki, iddiaçıda orqanizimin funksiyalarının pozulma faizi ilə bağlı əlavə məhkəmə tibbi ekspertizanın təyin edilməsinə zərurət olmamışdır. Əlilliyin səbəbinin müəyyən edilməsinə gəldikdə isə, İddiaçı barəsində Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən “Travmadır. Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” qərarının qəbul olunması, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3448/20N8 saylı iş üzrə N3 aprel 20N8-ci il tarixli qanuni qüvvəyə minmiş qətnaməsi ilə N994-cü ilin yanvar ayında Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə yaralanması faktının müəyyən olunması, habelə ona münasibətdə əlilliyin ümumi səbəblərinin və ya digər xüsusi səbəblərinin müəyyən edilməsi ilə bağlı cavabdeh inzibati orqanın dəlili və ya əsası olmadığından məhkəmə bu qənaətə gəlir ki, onun əlilliyi “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” səbəbi ilə müəyyən olunmalıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; 58.N. İnzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. 58.2. İnzibati akt məzmun baxımından kifayət qədər aydın və anlaşılan olmalıdır. 58.3. İnzibati aktda onun ünvanlandığı hüquqi və ya fiziki şəxslər, nizama saldığı və ya həll etdiyi məsələlər dəqiq göstərilməlidir. 6N.N. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. 6N.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. 6N.4. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Azərbaycan Respublikası İPM-in 73.N-ci maddəsinin tələbindən də görünür ki, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanunazidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-N(NN2)-N688/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D I : Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-N(NN2)-N688/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən N (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi N4, NN93-cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar