Məhkəmə qərarları › İş №2-1(103)-2338/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2338/2022

03.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2338/2022 03.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Tanrıverdiyev Anar Vəzir oğlu və Şirinov ikram Sabir oğlundanibarət tərkibdə, iddiaçının nümayəndəsi X1 və cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «ailə başçısını itirməyə görə əmək pensiyasının əvvəlki vaxtdan təyin edilməsi və yaranmış fərq məbləğinin ödənilməsi tələbinə dair» inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(112)-1998/2022 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında apellyasiya qaydasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı oğlu cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı öhdəliyin icrası haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona 2006-cı ildən mərhum əri X2 təminat xərcliyinin 35 faizi miqdarında, 1 iyul 2017-ci il tarixdən isə təminat xərcliyinin 80 faizi miqdarında ailə başçısını itirməyə görə pensiya təyin edilməsi və yaranmış pensiya fərqinin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehg DSMF Xüsusi Şərtlərlə Təyinat İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsi xahiş etmişdir. İddianın əsaslarına görə iddiaçının mərhum əri X5 29 noyabr 2000-ci il tarixdə vəfat etmişdir. İddiaçıya 2006-cı ildən yaşa görə əmək pensiyası təyin edilmişdir. Halbuki ona pensiya təyin olunarkən ailə başçısını itirməyə görə əmək pensiyası alacağı bildirilsə də, ona yaşa görə əmək pensiyası təyin olunmuşdur. O, 2019-cu ilədək yaşa görə əmək pensiyası alsa da, mərhum ərinin təminat xərcliyinin 35 faizi miqdarında ailə başçısını itirməyə görə əmək pensiyası aldığını zənn edirdi. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa dəyişikliklər edilməsi barədə 10 mart 2017-ci il tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanununa əsasən 20.17.2ci maddəyə “miqdarı ilə” sözlərindən sonra “(ailəyə düşən ümumi məbləğ ailə başçısının təminat xərcliyinin 80 faizindən az olduqda həmin məbləğə çatdırılmaqla)” sözləri əlavə edilmişdir. Qanuna edilmiş dəyişiklik ona məlum olduqdan sonra pensiyasının mərhum ərinin təminat xərcliyinin 80 faizi miqdarında olmadığını görüb cavabdehə müraciət etmiş, həmin müraciət əsasında 18 sentyabr 2019-cu il tarixdə ona mərhum ərinin təminat xərcliyinin 80 faizi – 675,20 manat məbləğində əmək pensiyası təyin edilmişdir. Ona yanlış məlumat verildiyindən, ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququndan məhrum olmuşdur. Belə ki, ailə başçısını itirməyə görə əmək pensiyası 2006-cı ildə təyin edilməli olduğu halda, 18 sentyabr 2019-cu il tarixdə təyin edilmişdir. Halbuki, ona 2006-cı il tarixdə ailə başçısını itirməyə görə əmək pensiyası təyin edildiyi bildirilmişdir. O, cavabdehə müraciət edərək, ona ailə başçısını itirməyə görə 2006-cı il tarixdən mərhum ərinin təminat xərcliyinin 35 faizi miqdarında, 1 iyul 2017-ci il tarixdən isə təminat xərcliyinin 80 faizi miqdarında pensiya təyin edilməsini və yaranmış pensiya fərqinin birdəfəlik ödənilməsini xahiş etmiş, lakin sonuncu həmin müraciəti təmin etməkdən qanunsuz və əsassız olaraq imtina etmişdir. Cavabdeh iddia ərizəsinə etirazında iddinın rədd olunmasını məhkəmədən xahiş etmiş və bunu onunla əsaslandırmışdır ki, iddiaçıya Mərkəzi Filialın sorğusuna əsasən daxil olmuş DSMF-nin Yevlax şəhər şöbəsinin 17 sentyabr 2019-cu il tarixli **********4 nömrəli məktubunda iddiaçıya yaşa görə əmək pensiyası ödənildiyi qeyd edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalan”nın 6.2-ci bəndinə əsasən pensiyanın bir növündən digər növünə keçdikdə yeni növ pensiya növbəti ayın 1-dən ödənilir. İddiaçıya 1 sentyabr 2019-cu il tarixdən Mərkəzi Filial tərəfindən «Əmək pensiyaları haqqında» Qanunun 20.17.2-ci maddəsinə əsasən iddiaçıya ailə başçısını itirməyə görə mərhum ərinin təminat xərcliyinin (844 manat) 80 faizi – 675,20 manat məbləğində əmək pensiyası təyin edilmişdir. Yaşa görə əmək pensiyası ilə ailə başçısını itirməyə görə əmək pensiyası məbləğləri arasındakı fərq məbləğinin ödənilməsi qanunvericiliklə nəzərdə tutulmadığından iddiaçıya ödənilməli olan hər hansı borc məbləği yoxdur. Göstərilənlərə və «Əmək pensiyaları haqqında» Qanunun 14-cü maddəsinə əsasən Filialın imtinası əsaslıdır. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(112)-1998/2022 saylı qərarı ilə iddia təmin edilmiş, X6 pensiya təyin olunduqdan sonra onun fərdi hesabının sığorta hissəsində toplanan pensiya kapitalına əsasən qanunvericiliyin müvafiq maddələri nəzərə alınmaqla, onun əmək pensiyasının sığorta hissəsinin yenidən hesablanması öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilərək, iddianın təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti İPM-in 85-ci maddəsinin tələblərinə uyğun verilmiş, apellyasiya mümkündür. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin, iddiaçının Qanunda nəzərdə tutulan ailə başçısını itirməyə görə əmək pensiyası huququ 2006-cı ildən yaransa da, həmin hüquq onun iradəsindən asılı olaraq, 2019-cu ilin avqust ayından sonra, həyata keçirilməsi qənaətinə gəlməsi yalnışdır. Belə ki, cavabdeh Filialın məhkəməyə təqdim etdiyi iddiaçının yaşa görə pensiyaya keçirilməsi barədə müraciət ərizəsinə əsasən bu qənaətə gəlmişdir. Halbuki, həmin ərizə iddiaçı tərəfindən yazılmamışdır. Həmin ərizəyə imza etdirilmiş, lakin ona həmin vaxt ailə başçısını itirməyə görə pensiyaya keçirilməsi izah olunmuşdur. İddiaçı Azərbaycan dilində nə danışa, nə də ki yaza bilmir. Ərizə onun bilmədiyi dildə tərtib edilmiş və tarix qeyd olunmamışdır. Bundan əlavə, ərizədə hansı növ pensiyaya keçirilməsi yazının altından xətt çəkməklə qeyd olunmuşdur. Bütün bunlara baxmayaraq, birinci instansiya məhkəməsi bu ərizəyə mötəbər sübüt kimi qiymət vermişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi G.Rəhmova apellyasiya şikayətini dəlillərinə uyğun müdafiə edərək, şikayətin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayənəsi S.İsayeva onunla razılaşmamış, iddiaçının müvafiq müraciətləri daxilində ona pensiya təyin edildiyini vurğulayaraq, birinci instansiya məhkəməsinin qərarını qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, aşağıdakı əsaslara iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Əmək pensiyaları haqqında”Azərbaycan Respublikası Qanunun 4.1-ci maddəsinə əsasən əmək pensiyasının 3 növü vardır: 1. yaşa görə əmək pensiyası; 2. əlilliyə görə əmək pensiyası; 3 ailə başçısını itirməyə görə əmək pensiyası. Həmin Qanunun 5.1. Azərbaycan Respublikasının qanunları ilə müxtəlif pensiya hüququ olan şəxslərə öz arzulan ilə yalnız bir pensiya təyin edilir. İşə əlavə olunmuş, iddiaçının pensiya işindən çıxarış sənədlərə əsasən məhkəmə tərəfindən işin aşağıdakı halları müəyyən olunur: xx.xx.1956-cı il təvəllüdlü İddiaçı forma blankda (1 nömrəli Əlavə) ərizə ilə Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun (“DSMF”) Yevlax rayon şöbəsinə ərizə ilə müraciət edərək ona yaşa görə təyin edilməsini xahiş etmişdir. Ərizəçi tərəfindən həmin ərizə formasında mötərizə arasında göstərilən pensiya növlərindən “yaşa görə” pensiya növü altından xətt çəkilərək və ərizə imzalamışdır. İddiaçının hazırkı apellyasiya şikayətinin qeyd olunan dəlillərindən göründüyü kimi, hər bir halda, ərizənin özü tərəfindən imzalandığı təsdiq olunur. Ərizədə iddiaçı tərəfindən tarix qoyulmasa da, onun üzərində qeydiyyat nömrəsi və tarixi “438 /28.İİİ.07. tarixi qoyulmuş və icrası məqsədilə 27.03.07 tarixində şöbənin əməkdaşına (Qasımova) tapşırıq verilmişdir. Növbəti gün, AR DSMF-nin Yevlax rayon şöbəsinin 438 saylı xx.xx.2007-ci il tarixli qərarı ilə ona xx.xx.2007-ci il tarixindən, yəni, 51 yaşından ömürlük yaşa görə əmək pensiyası təyin edilmişdir. Həmin vaxt qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Qanunun 8.1-ci maddəsinin redaksiyası nəzərdə tuturdu ki, üç və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş və azı 5 il sığorta stajı olan qadınların aşağıdakı şərtlər əsasında yaşa görə əmək pensiyası hüququ vardır: 3 uşağı olanlar - 51 yaşına çatdıqda...” İş materiallarından görünür ki, iddiaçı tərəfindən ilkin pensiya təyinatı zamanı mərhum ərinin vəfat etdiyini təsdiq edən hər hansı sənəd təqdim etməmiş, 51 yaşından ona yaşa görə əmək pensiyası təyin olunması üçün, şəxsiyyətini təsdiq edən şəxsiyyət vəsiqəsi (surəti) və yaşıyış yeri haqqında və nikah barədə arayışlarla yanaşı, həm də 5 il sığorta stajına malik olmasını təsdiq edən əmək kitabçasını, uşaq anası olmasını təsdiq edən doğum haqqında şəhadətnamələri də pensiya təyin edən orqana təqdim etmişdir (Əmək pensiyaları haqqında” Qanunun həmin vaxt qüvvədə olmuş 7-ci maddəsi ilə qadınlara yaşa görə əmək pensiyası təyin olunmasının yaş həddi 57 yaş nəzərdə tuturdu.) Onu da qeyd etmək lazımdır ki, cavabdehin həmin qərarı iddiaçı tərəfindən mübahisələndirilməmiş, dəyişdirilməmiş qüvvəsindədir. Göründüyü kimi, iddiaçının ilkin pensiya təyinatı zamanı ərizə formasında ona imza etdirildiyini mübahisələndirən və “yaşa görə” sözü altından xətt çəkilməsi ilə bağlı olan dəlilləri, eləcə də, ərizəyə tarix qoymadığını bildirən formal dəlilləri əsasızdır. Onun, Azərbaycan dilini bilmədiyini mübahisələndirən dəlili ilə əlaqədar isə məhkəmə kollegiyası onu qeyd edir ki, “Azərbaycan Respublikasında dövlət dili hpaqqında” Qanunun (30.09. 2002-ci il,№ 365-İİQ) 1.1-ci maddəsinin tələbinə görə Azərbaycan Respublikasının dövlət dili Azərbaycan Respublikası Konstitusiyasının 21-ci maddəsinin İ hissəsinə müvafiq olaraq Azərbaycan dilidir. Dövlət dilini bilmək hər bir Azərbaycan Respublikası vatəndaşının borcudur və həmin Qanunun 1.6-cı maddəsinin tələbinə görə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən beynəlxalq təşkilatlarla (və ya onların nümayəndəlikləri ilə) və xarici dövlətlərin diplomatik nümayəndəlikləri ilə yazışmalar Azərbaycan Respublikasının dövlət dilində aparılır. Beləliklə də qeyd olunanlar onu deməyə əsas verir ki, iddiaçı tərəfindən 51 yaşından yaşa görə pensiya təyin olunması üçün ərizə ilə özü tərəfindən arzu etdiyi məqsədinə uyğun olaraq verilmişdir. İddiaçının ailə başçısını itirməyə görə pensiya növünə keçməsi ilə bağlı müraciətinə gəldikdə isə, hazırkı mərhələdə əldə olunmuş sənədlərə əsasən müəyyən olunur ki, iddiaçının əri X4 29 noyabr 2000-ci il tarixində ölmüş, iddiaçı isə ailə başçısını itirməyə görə ərizə ilə xx.xx.2019-cu il tarixində cavabdehə müraciət etmiş və sonuncunun xx.xx.2019-cu il tarixli qərarı ilə o, ailə başçısını itirməyə görə pensiya növünə keçirilərək, xx.xx.2019-cu il tarixindən ona 544,20 manat məbləğində pensiya təyin olunmuşdur. “Əmək pensiyaları haqqında” Qanunun həmin vaxt qüvvədə olmuş: -34-cü maddəsinin redaksiyasına əsasən əmək pensiyaçısının yaşa görə əmək pensiyası növündən əlilliyə görə əmək pensiyası növünə keçirilmə istisna olmaqla, əmək pensiyasının bir növündən başqa növünə keçmə hüququ vardır. Əmək pensiyasının bir növündən başqa bir növünə keçirilmə ərizəçi tərəfindən müvafiq əmək pensiyası təyin edilməsi üçün zəruri sənədlər təqdim edilməklə bu qanunun 31.2-ci maddəsinə uyğun aparılır. -5.3-cü maddəsinin redaksiyasına əsasən əmək pensiyalarının təyin edilməsi, hesablanması və yenidən hesablanması (bu Qanunun 26.3-cü maddəsi istisna olmaqla), bir növdən başqa növə keçirilməsi və ödənilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İddiaçı ailə başçısını itirməyə görə pensiya növünə keçirilməsi barədə ərizə ilə cavabdehə müraciət edərəkən qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın: 6.1-ci bəndinə əsasən əmək pensiyaçısının yaşa görə əmək pensiyası növündən əlilliyə görə əmək pensiyası növünə keçirilmə istisna olmaqla, əmək pensiyasının bir növündən başqa növünə keçmək hüququ vardır. Əmək pensiyasının bir növündən başqa bir növünə keçirilmə Qanunun 34cü maddəsinə uyğun olaraq aparılır; -6.2-ci bəndinə əsasən pensiyanın bir növündən digər növünə keçdikdə yeni növ pensiya növbəti ayın 1-dən ödənilir. 6.2-ci bəndi isə nəzərədə tuturdu ki, pensiyanın bir növündən digər növünə keçdikdə yeni növ pensiya növbəti ayın 1-dən ödənilir. Qeyd olunanlardan göründüyü kimi, xx.xx.2019-cu il tarixində yalnız iddiaçı pensiya növünü dəyişdirmək üçün cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən də onun həmin müraciətindən sonra qanunvericiliyə uyğun olaraq xx.xx.2019-cu il tarixli qərarı ilə o, yaşa görə pensiya növündən ailə başçısını itirməyə görə pensiya növünə keçilmişdir (İşdən görünür ki, həmin qərar da iddiaçı tərəfindən mübahisələndirilməmiş, iki ilə yaxın müddət keçdikdən sonra yalnız xx.xx.2021-ci il tarixində hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət olunmuşdur). Qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən iddianın rədd olunmasını işin hallarına və qanunvericilyin tələblərinə uyğun nəticə kimi qiymətləndirir. İPM-in 34.1-ci maddəsinin mənası da onu ehtiva edir ki, iddiaçı inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini o halda tələb edə bilər ki, bununla bağlı inzibati orqanın qanunla üzərinə düşən müvafiq öhdəliyi mövcud olsun. Konkret halda isə cavabdehin qanunla üzərinə düşən ailə başçısını itirməyə görə iddiaçıya əmək pensiyası təyin etmək öhdəyliyi, sonuncunun 2019-cu ildə ona müraciət edərkən yaranmışdır ki, bu öhdəliyini də inzibati orqan olaraq iddiaçı qarşısında yerinə yetirmişdir. Beləliklə də qeyd olunanları ümumiləşdirərək məhkəmə kollegiyası, iddiaçının apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən onun ərizəsinə düzgün hüquqi qiymət verilmədiyini, maddi və prosessual hüquq normalarının pozulması ilə qərar qəbul edildiyini mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(112)-1998/2022 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 14, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(112)- 1998/2022 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Anar Tanrıverdiyev İkram Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar