Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2338/2023 03.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X4 Məmmədova (sədrlik edən və məruzəçi), Cahangir Afər oğlu Yusifovdan və X3 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə İddiaçının vəkili və nümayəndəsi X1, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin 06 may 2021-ci il tarixli, 2-1(81)-4404/2017 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 03 oktyabr 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasının və həmin binanın yerləşdiyi 705,7 kv.m. torpaq sahəsinin onun adına vahid əmlak kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən müvafiq vahid çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4404/2017 saylı, xx.xx.2017-cı il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış binasının və həmin binanın yerləşdiyi 705,7 kvm. torpaq sahəsinin İddiaçı adına vahid əmlak kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən müvafiq vahid çıxarışın verilməsi vəzifəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsinə həvalə edilmişdir. "xxxx" Mənzil Tikinti Kooperativi xx.xx.2021-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4404/2017 saylı, xx.xx.2017-ci il tarixli qərarının ləğv edərək onun üçüncü şəxs kimi məhkəmə iclasına cəlb edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(81)-4404/2017 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə "xxxx" Mənzil Tikinti Kooperativinin ərizəsi təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4404/2017 nömrəli, xx.xx.2017-ci il tarixli qərarı ləğv edilmiş, iş üzrə icraat təzələnmiş və "xxxx" Mənzil Tikinti Kooperativi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. Həmçinin, Bakı İnzibati Məhkəməsinin 2-1(81)-1416/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir. İddiaçı hər iki məhkəmə aktından, yəni Bakı İnzibati Məhkəməsinin 2-1(81)- 4404/2017 saylı, xx.xx.2021-ci il tarixli qərardadından və Bakı İnzibati Məhkəməsinin 2- 1(81)-1416/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından ayrılıqda apellyasiya şikayəti vermişdir. Hazırda Bakı İnzibati Məhkəməsinin 06 may 2021-ci il tarixli, 2-1(81)-4404/2017 saylı qərardadından apellyasiya şikayətinə münasibətdə məhkəmə Kollegiyası aşağıdakıları qeyd edir: İddiaçının apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, Bakı İnzibati Məhkəməsinin 2-1(81)-4404/2017 saylı, xx.xx.2021-si il tarixli qərardadından və 2-1(112)- 1416/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından şikayətçidir. Hesab edir hər iki məhkəmə aktı qanunsuz və əsassız olduğundan ləğv edilməli və nəticə etibarı ilə Azərbaycan Respublikası 1 saylıBakı İnzibati Məhkəməsinin 2-1(81)-4404/2017 saylı, xx.xx.20217-ci qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, Bakı İnzibati Məhkəməsinin 2-1(81)-4404\2017 saylı, xx.xx.2021-si il tarixli qərardadı qəbul edərkən istinad olunmuş Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin Plenumun Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərhi ilə bağlı xx.xx.2017-ci il tarixli qərarı məhkəmə tərəfindən düzgün təfsir edilməmiş, məhkəmə "xxxx" MTK-nın əsasız mülahizələri ilə kifayətlənərək inzibati mübahisənin həqiqi hallarına və "xxxx" MTK ilə aralarında mövcud olmuş Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin və hazırda Nəsimi rayon Məhkəməsinin icraatında davam edən mülki işlər üzrə mövcud olan və hazırkı inzibati mübahisə üçün əhmiyyət kəsb edən halların heç birinə hüquqi qiymət verilməyərək və nəticə etibarı ilə əsassız olaraq qanuni qüvvəyə minmiş məhkəmə qərarını ləğv etmiş, habelə inzibati mübahisəyə dair icraat təzələnərək "xxxx" MTK maraqlarına toxunan üçüncü şəxs kimi işə cəlb edilmişdir.Bakı İnzibati Məhkəməsinin 2- 1(81)-4404/2017 saylı, xx.xx.2021-si il tarixli qərardadı qəbul edərkən əsasən istinad olunmuş Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin Plenumun Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərhi ilə bağlı xx.xx.2017ci il tarixli qərarında açıq aydın qeyd olunur ki, “Qanunvericilik qaydasında müvafiq tənzimlənmə həyata keçirilənədəkKonstitusiyanın 60-cı maddəsinin İ hissəsində və Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulan məhkəməyə müraciət etmək hüququnun təmin edilməsi məqsədilə inzibati məhkəmə icraatına cəlb olunmamış, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə maraqlarına toxunan. şəxs, hüquqları və qanunla qorunan maraqları əhəmiyyətli dərəcədə pozulduğu hallarda inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilə bilər. Belə cəlbetmə bu Qərarda əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla, İnzibati Prosessual Məcəllənin 28.1-ci maddəsinə uyğun həll edilməlidir. Lakin məhkəmə qanuni qüvvəyə minmiş qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edərkən hüquqi müəyyənliyin mühüm tərkib hissəsi olan məhkəmə qərarlarının stabilliyi prinsipinin qorunması məqsədilə maraqlı şəxsin üçüncü şəxs qismində işə cəlb edilməsi üçün aşağıdakılara xüsusi diqqət yetirməlidir: - qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə inzibati məhkəmə icraatına cəlb olunmamış şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının əhəmiyyətli dərəcədə pozulub-pozulmamasına; - inzibati məhkəmə icraatına cəlb olunmamış şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu vaxtın müəyyən edilməsinə. Beləliklə, həmin şəxs məhkəməyə müraciətində öz hüquqlarının və qanunla qorunan maraqlarının pozulmasını və bu pozuntunun ona hansı vaxtdan məlum olduğunu əsaslandırmalıdır. Əgər nəzər yetirasək Bakı İnzibati Məhkəməsinin 2-1(81)-4404\2017 saylı, xx.xx.2021-si il tarixli qərardadının qəbul edilməsinə əsas olmuş "xxxx" MTK-nın Bakı İnzibati Məhkəməsinin 2-1(81)-4404/2017 saylı, xx.xx.2017-ci il tarixli qərarından vermiş olduğu xx.xx.2021-ci il tarixli şikayətnə görər ki, "xxxx" MTK şikayətində məhkəməyə müraciətində öz hüquqlarının və qanunla qorunan maraqlarının pozulmasını və bu pozuntunun ona hansı vaxtdan məlum olduğunu əsaslandırmamışdır. Həmçinin, Bakı İnzibati Məhkəməsi öz növbəsində inzibati məhkəmə icraatına cəlb olunmamış şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu vaxtı müəyyən etməyərək qanunsuz qərardad qəbul etmişdir.İddiaçı tərəf olaraq bildirir ki, "xxxx" MTK Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati Məhkəməsinin 2-1(81)-4404/2017 saylı, xx.xx.20217-ci qərarı haqqında xx.xx.2018-ci il tarixindən məlumatlıdır. Belə ki, "xxxx" MTK Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati Məhkəməsinin 2-1(81)-4404/2017 saylı, xx.xx.20217-ci qərarından xx.xx.2021-ci il tarixində deyil (3 ilə yaxın vaxt keçdikdən sonra) xx.xx.2018-ci il tarixində məlumatlı olduğundan qeyd olunan qərardan xx.xx.2018-ci il tarixdə şikayət verə bilərdi. Məhz işin faktiki hallarında görünür ki, o, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi idarəsinə qarşı iddia ərizəsi ilə müraciət edərək ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış binasının və həmin binanın yerləşdiyi 705,7 kv.metr torpaq sahəsinin vahid əmlka kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərin qoyulması haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Həmçinin, məhkəmə baxışı zamanı iddia tələbini müdafiə edərək bildirmişdir ki, ünvan 3 ünvanında yerləşənm qeyri-yaşayış binası xx.xx.2017-ci il tarixli çıxarış əsasında onun xüsusi mülkiyyətindir və həmin qeyri yaşayış sahəsinin yerləşdiyi 705,7 kv.metr torpaq sahəsi faktiki olaraq iddiaçının sahibliyindədir və bu barədə cavabdeh inzibati orqan tərəfindən ona xx.xx.2017-ci il tarixdə texniki paport verilmişdir. İddia tələbi əsaslı olduğundan Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati Məhkəməsinin 2-1(81)- 4404/2017 saylı, xx.xx.2017-ci il tarixli qərarı ilə təmin edilmişdir. "xxxx" MTK tərəfindən xəbərsiz ünvan 3 ünvanında yerləşə ona mülkiyyət hüququ əsasında məxsus qeyriyaşayış binası və həmin binanın yerləşdiyi 705,7 kv.metr torpaq sahəsi qanunsuz olaraq zəbt edilmiş, habelə qeyri yaşayış sahəsi vəhşicəsinə sökülərək yerində hündür mərtəbəli yaşayış binası tikilməyə başlanmışdır. Buna görə də tərəfindən xx.xx.2018-ci il tarixdə cavabdeh "xxxx" MTK -ya qarşı “Xüsusi mülkiyyətində olan torpaq sahəsinin zəbti, həmin torpaq sahəsində olan tikililərin dağıdılması və ərazidə qanunsuz qazıntı işlərinin aparılması nəticəsində dəyən zərərin ödənilməsi və qanunsuz tikinti işlərinin dayandırılması”na dair iddia ərizəsi ilə Nəsimi rayon məhkəməsinə müraciət edilmişdir. Eyni zamanda iddianın təmin tədiri qismində ərizə ilə müraciə edərək ünvan 3 ünvanında yerləşən 705,7 kv.metr torpaq sahəsində aparılan tikiti işlərinin dayandırılması vəzifəsinin cavabdehin üzərinə qiyulması və həmin ərazidə hər hansı qanunsuz hərəkətlərin aparılması cavabeh ilə yanaşı digər üçüncü şəxslərə qadağan edilməsini xahiş etmişdir. Bakı şəhər Nəsimi rayon Məhkəməsinin 2(006)-8453/2018 sayl, xx.xx.2019-cu il tarixli qərardadı ilə iddianın təmin tədiri haqqında ərizə təmin edilmişdir. Bundan narazı qalan cavabdeh "xxxx" MTK tərəfindən Bakı şəhər Nəsimi rayon Məhkəməsinin 2(006)- 8453/2018 sayl, xx.xx.2019-cu il tarixli qərardadından şikayət verilmiş və həmin rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli qətrardadı ilə cavabdehin şikayəti təyin edilərək Bakı şəhər Nəsimi rayon Məhkəməsinin 2(006)-8453/2018 sayl, xx.xx.2019-cu il tarixli qərardadı ləğv edilmişdir. Onun tərəfindən Bakı şəhər Nəsimi rayon Məhkəməsinin 2(006)- 8453/2018 sayl, xx.xx.2019-cu il tarixli qətrardadından şikayət verilmiş, lakin həmin məhkəmənin xx.xx.2019-cu il tarixli qərardadı ilə təmin edilməyərək şikayəti Bakı Apellyasiya Məhkəməsinə göndərilmişfdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı ilə şikayəti təmin edilməmişdir. Bundan sonra "xxxx" MTK tərəfindən Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati Məhkəməsinin 2-1(81)-4404/2017 saylı, xx.xx.20217-ci il tarixli qərarından xx.xx.2019-cu il tarixində apellyasiya şikayəti verilmişdir. Lakin, BakıApellyasiya Məhkəməsinin 2-1(103)-2185/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadı ilə "xxxx" MTK tərəfindən verilmiş apellyasiya şikayəti qeyri mümkün hesab edilərək həmin apellyasiya şikayətinin qəbul edilməsindən imtina edilmişdir.Həmçinin, "xxxx" MTK ona və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi idarəsinə qarşı “Çıxarışın ləğv edilməsi tələbi”nə dair iddia ərizəsi ilə Bakı şəhər Nərimanov rayon Məhkəməsinə müraciət etmiş və həmin rayon məhkəməsinin 2(005)-1146/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə onun iddia ərizəsi üzrə mülki işin icraatına xitam verilmişdir. "xxxx" MTK tərəfindən Bakı şəhər Nərimanov rayon Məhkəməsinin 2(005)-1146/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadından verilmiş apellyasiya və kassasiya şikayətləri Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5817/2020, saylı, xx.xx.2020-ci il tarixli və Azərbaycan Respublikası Ali məhkəməsinin 1(102)-776/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadları ilə təmin edilməmişdir. Məhkəmə Kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin olunmasını xahiş etmişdir. Məhkəmə Kollegiyasının iclasında iştirak edən cavadehin nümayəndəsi apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin Bakı İnzibati Məhkəməsinin 2-1(81)- 4404/2017 saylı, xx.xx.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinə əsasən, iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatına olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maralarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. Mübahisə edilən hüquq münasibətində üçüncü şəxsin iştirakının xarakteri inzibati məhkəmə icraatının tərəfləri və həmin üçüncü şəxs barəsində vahid qərarın qəbul olunmasını şərtləndirdiyi hallarda, həmin şəxs iştirakçı kimi inzibati məhkəmə icraatına mütləq cəlb edilməlidir. Üçüncü şəxslərin inzibati məhkəmə icraatına cəlb edilməsi barədə məhkəmə qərardadı inzibati prosesin bütün iştirakçılarına təqdim olunmalıdır. İnzibati məhkəmə icraatına cəlbetmə barədə məhkəmə qərardadından şikayət verilə bilməz. «Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2017-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, inzibati məhkəmə icraatına cəlb olunmamış, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə maraqlarına toxunan şəxs, hüquqları və qanunla qorunan maraqları əhəmiyyətli dərəcədə pozulduğu hallarda inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilə bilər. Həmçinin, adıçəkilən qərarla müəyyən edilmişdir ki, işdə iştirak etməyə cəlb olunmayan, məhkəmə aktı ilə maraqlarına toxunan şəxslərin şikayəti üzrə işə yenidən baxılması məhkəmə səhvlərinin, məhkəmə qərarlarının əsaslı olmamasının, maddi hüquq normalarının məhkəmə tərəfindən düzgün tətbiq edilməməsinin və ya prosessual qanunvericilik normalarının pozulmasının və ya digər məsələlərin yoxlanılması məqsədini daşımamalıdır. Bu zaman məhkəmənin üzərinə düşən əsas vəzifə həmin məhkəmə aktı ilə maraqlarına toxunan şəxslərin pozulmuş hüquqlarının bərpa edilməsidir. Həmçinin Plenum qeyd etmişdir ki, məhkəmə qanuni qüvvəyə minmiş qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edərkən hüquqi müəyyənliyin mühüm tərkib hissəsi olan məhkəmə qərarlarının stabilliyi prinsipinin qorunması məqsədilə maraqlı şəxsin üçüncü şəxs qismində işə cəlb edilməsi üçün aşağıdakılara xüsusi diqqət yetirməlidir: - qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə inzibati məhkəmə icraatına cəlb olunmamış şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının əhəmiyyətli dərəcədə pozulubpozulmamasına; - inzibati məhkəmə icraatına cəlb olunmamış şəxsin öz hüquqlarının və qanunla maraqlarının pozulmasını və bu pozuntunun ona hansı vaxtdan məlum olduğunu əsaslandırmalıdır. Bakı İnzibati Məhkəməsinin 2-1(81)-4404/2017 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə "xxxx" Mənzil Tikinti Kooperativinin ərizəsi təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4404/2017 nömrəli, xx.xx.2017-ci il tarixli qərarı ləğv edilmiş, iş üzrə icraat təzələnərək "xxxx" Mənzil Tikinti Kooperativi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir və işə mahiyyəti üzrə baxaraq Bakı İnzibati Məhkəməsinin 2-1(81)-1416/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir. İddiaçı hər iki məhkəmə aktından, yəni Bakı İnzibati Məhkəməsinin 2-1(81)- 4404/2017 saylı, xx.xx.2021-ci il tarixli qərardadından və Bakı İnzibati Məhkəməsinin 2- 1(81)-1416/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından ayrılıqda apellyasiya şikayəti vermişdir. Odur ki, məhkəmə Kollegiyası qeyd edir ki, hazırda mübahisələndirilən Bakı İnzibati Məhkəməsinin 2-1(81)-4404/2017 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə "xxxx" Mənzil Tikinti Kooperativinin ərizəsi təmin edilərək, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2- 1(81)-4404/2017 nömrəli, xx.xx.2017-ci il tarixli qərarı ləğv edilməklə, iş üzrə icraat təzələnərək ("xxxx" Mənzil Tikinti Kooperativi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir) işə mahiyyəti üzrə baxaraq Bakı İnzibati Məhkəməsinin 2-1(81)- 1416/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə iddia rədd edildiyindən Bakı İnzibati Məhkəməsinin 2-1(81)-4404/2017 saylı, xx.xx.2021-ci il tarixli qərardadından verilmiş şikayətin dəlilləri qanun qüvvəsi almış və 3-cü şəxsin cəlb edilməsi səbəbi ilə ləğv edilmiş sözügedən qərara münasibətdə əsaslı sayıla bilməz . Belə ki, Bakı İnzibati Məhkəməsinin 2-1(81)-4404/2017 saylı, xx.xx.2021-ci il tarixli qərardadından apellyasiya şikayətinin dəlillərinin əsaslı olub-olmamasına hüquqi qiymətin verilməsi üçün prosessual-hüquqi imkan Bakı İnzibati Məhkəməsinin 2-1(81)-1416/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından iddiaçının apellyasiya şikayətinə baxılarkən yaranır. Qeyd edildiyi kimi, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4404/2017 nömrəli, xx.xx.2017-ci il tarixli qərarı ləğv edilməklə iş üzrə icraat təzələnərək "xxxx" Mənzil Tikinti Kooperativi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edildikdən sonra işə mahiyyəti üzrə baxaraq Bakı İnzibati Məhkəməsinin 2-1(81)-1416/2022 saylı, xx.xx.2022ci il tarixli qərarı ilə iddia rədd edilmişdir.İddiaçı Bakı İnzibati Məhkəməsinin 2-1(81)- 1416/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından da apellyasiya şikayəti vermişdir. Göstərilənlərə əsasən məhkəmə Kollegiyası nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 06 may 2021-ci il tarixli, 2-1(81)-4404/2017 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsininə əsasən: Maddə 81.1. İnzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları (bundan sonra - apellyasiya instansiyası məhkəmələri) tərəfindən baxılır. Maddə 81.2. İnzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Maddə 81.3. Bu fəsildə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə inzibati məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Maddə 83.1. Şikayət inzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və müstəqil mübahisələndirilməsi bu Məcəllə ilə nəzərdə tutulmuş qərardadlardan verilə bilər. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 06 may 2021-ci il tarixli, 2-1(81)-4404/2017 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-2338/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2338/2023
03.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver