Məhkəmə qərarları › İş №2-1(103)-2339/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2339/2021

16.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2339/2021 16.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızının sədrliyi ilə (məruzəçi); Həmidov Həmid Üzeyir oğlundan və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə; Əliyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı (xx.xx.1972-ci il tarixdə Xaçmaz rayonunun Xaçmaz şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatdadır) cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı (üçüncü şəxs İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin TƏBİB Bakı şəhər Baş Səhiyyə İdarəsinin 12 saylı uşaq poliklinikası) “əlillik dərəcəsinin təyin olunma vaxtının müəyyən edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 24 iyun 2021-ci il tarixli, 2-1(112)-2388/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı 29.10.2020-ci il tarixində cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə “pensiyanın hesablanaraq ödənilməsi və.s” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, pensiya hüququ yaranan vaxtdan pensiya təyinatı əldə edə bilmədiyindən 07.07.2017-ci ildən yaranan hər ay 150 manat sağlamlığı məhdud uşaqlar üçün nəzərdə tutulan və sağlamlığı məhdud uşaqlara baxmaq üçün 50 manat nəzərdə tutulan pensiya pullarının və 09.10.2020-ci ildə təsdiqini 4 il gec tapan TSEK-in № 2714003AABJV Forma 88 qərarına istinad edərək, 39 ay ərzində yaranmış pensiya pullarının 7.800 manat hesablanaraq, ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, sağlamlıq imkanları məhdud oğlu vardır. Autizim Diaqnozu ilə “F-84.0” Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzi tərəfindən 2137 №li, 07 iyul 2017-ci il tarixdə verilmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə bu haqda, Səhiyyə Nazirliyinin tabeçiliyində olan “Psixi Sağlamlıq Mərkəzi” tərəfindən və 12 №li Uşaq poliklinikası tərəfindən məlumat verilməli idi, lakin verilməmişdir. O, ana kimi məlumatları yuxarıda qeyd etdiyi qurumlara rəsmi çatdırmağına baxmayaraq icra olunmamışdır. Sonradan 04.11.2020-ci il tarixində iddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 54-cü maddəsinin tələblərinə əsasən məhkəməyə iddia tələbinin dəyişdirilməsi (dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi cavabdeh qismində, 12 saylı uşaq poliklinikası isə üçüncü şəxs qismində göstərməklə Azərbaycan Respublikasının Əmək və Əhalinin Müdafiə Nazirliyin Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 12 saylı uşaq poliklinikasının səhlənkarlığı nəticəsində pensiya hüququ yaranan vaxtdan pensiya təyinatı əldə edə bilmədiyindən 07.07.2017-ci ildən yaranan hər ay 150 manat sağlamlığı məhdud uşaqlar üçün nəzərdə tutulan və sağlamlığı məhdud uşaqlara baxmaq üçün 50 manat nəzərdə tutulan pensiya pulların və 09.10.2020-ci ildə təsdiqini 4 il gec tapan TSEK-in № 2714003AABJV Forma 88 qərarına istinad edərək 39 ay ərzində yaranmış pensiya pullarının 7.800 manat hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı 30.03.2021-ci il tarixdə İPM-nin 54-cü maddəsinin tələblərinə əsasən yenidən məhkəməyə iddia tələbinin dəyişdirilməsi (dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, oğlu 27.02.2014-cu ildə Bakı şəhərində doğulmuş X2 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən 09.10.2020-ci il tarixdə təyin edilmiş “sağlamlıq imkanları məhdud uşaq” dərəcəsinin 07 iyul 2017-ci il tarixdən müəyyən edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə olunmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 24 iyun 2021-ci il tarixli, 2-1(112)-2388/2021 nömrəli qərarı ilə (hakim N.Abıyev) iddia təmin edilmiş, İddiaçı övladı 27.02.2014-cü ildə Bakı şəhərində doğulmuş X2 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən 09.10.2020-ci il tarixdən təyin edilmiş “sağlamlıq imkanları məhdud uşaq” dərəcəsinin 07 iyul 2017-ci il tarixdən müəyyən edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə olunması qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh 02.08.2020-ci il tarixdə apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 24 iyun 2021-ci il tarixli, 2-1(112)-2388/2021 nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının aidiyyəti tibb müəssisəsində müraciət etdiyi dövr üçün övladının sağlamlıq imkanının məhdudluğu müəyyən edilmişdir və 07.07.2017-ci il tarixi üçün hər hansı aidiyyəti sənəd və ya alt sistemdə göndəriş aşkar edilmədiyi üçün ona həmin məhdudluq müəyyən edilməmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Üçüncü şəxs məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onun nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddia rədd edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Hazırkı iş üzrə cavabdehin apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. İş materiallarında olan: - AA seriyalı, ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.1972-ci ildə doğulmuşdur. - 23.02.2021-ci il tarixdə Bakı şəhəri Nəsimi rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-T seriyalı 104385 №li doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, şəhadətnamədə X1 anası kimi İddiaçı qeyd olunmuşdur. - 25.09.2017-ci il tarixdə “ASAN 1” tərəfindən verilmiş AZE 18701553 №li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, 27.02.2014-cü ildə Bakı şəhərində doğulmuş X4 ünvan 2 ünvanında qeydiyyatdadır. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzi tərəfindən 12 №li uşaq poliklinikasına ünvanlanmış 2137 №li 07.07.2017-ci il tarixli məktubda sonuncu tərəfindən göndərilmiş 07.07.2017-ci il tarixli göndərişə cavab olaraq bildirilmişdir ki, 27.02.2014-cü il təvəllüdlü X3 07.07.2017-ci il tarixdə müayinə olunmuş və ona “Uşaq autizmi F84.0” diaqnozu qoyulmuşdur. - 12 №li uşaq poliklinikası tərəfindən X4 barəsində 05 avqust 2020-ci il tarixli 2704003AAA8M saylı göndərişlə göndərilmiş № 088 saylı göndəriş əsasında aparılmış qiymətləndirilmənin nəticəsi olaraq, cavabdeh inzibati orqan tərəfindən göndərişin natamam doldurulması-Xəstənin stasionar müalicələrinin tibbi rəyinin mütəxəssis rəyləri ilə dəqiqləşdirilməli olması əsası ilə saqlamlıq imkanları məhdud uşaq kimi qiymətləndirilməsindən imtina olunmuşdr. - 12 №li uşaq poliklinikası tərəfindən 27.02.2014-cü ildə doğulmuş X4 barəsində 30 sentyabr 2020-ci il tarixli 2714003AABJV saylı göndərişlə göndərilmiş № 088 saylı arayışda göstərilmişdir ki, xəstəlik 27.02.2014-cü il tarixdə başlamaqla, xəstəliyin gedişi xronikidir. Əsas xəstəlik kimi “F84.0 Uçaq autizmi, Kanner Sindromu” diaqnozu göstərilmişdir. Ağırlaşma kimi isə F80.0 “Nitq artikulyasiyasının spesfik pozğunluğu. Ağırlaşma F70ş0 “Davranış pozuntusunun olmasını və ya zəif dərəcədə təzahür etməsini göstərməklə, “Yüngül dərəcəli əqli gerilik”. Davranış pozuntusunun olmamasını və ya zəif dərəcədə təzahür etməsini göstərməklə göstərilmişdir. - Həmin arayış əsasında 09.10.2020-ci il tarixdə X4 09.10.2023-cü ilədək saqlamlıq imkanları məhdud uşaq kimi qiymətləndirilmişdir (Diaqnoz: F84.0 Uşaq autizmi, Kanner sindromu Ağırlaşma F80.0 Nitq artikulyasiyasının spesifik pozğunluğu, Ağırlaşma F70,0 Davranış pozuntusunun olmamasını və ya zəif dərəcədə təzahür etməsini göstərməklə. Əlillik səbəbi: Ümumi xəstəlik. TSEK məlumatlarında xəstəliyin başlanma tarixi kimi 07.07.2017-ci il kimi qeyd olunmuşdur. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X7 Publik Hüquqi şəxsi tərəfindən verilmiş T 87/2021 saylı (ekspertizanın başlanma tarixi 16 aprel 2021-ci il, başa çatma tarixi 27 aprel 2021-ci il) rəydən görünür ki, komissiya belə nəticəyə gəlmişdir ki, azyaşlı A.F.Abbasov ilk dəfə 07.07.2017-ci il tarixində 12 saylı Uşaq Poliklinikasında sahə psixiatrı tərəfindən müayinə olunarkən ona “uşaq autizmi-F84.0” diaqnozu qoyulub qeydiyyata götürülmüşdür. A.F.Abbasova “uşaq autizimi-F84.0” diaqnozu qoyulsa da uşağın psixi inkişafı və davranışı 07.07.2017-ci il tarixdə hələ tam formalaşmadığından (Kanner sindromu, yüngül dərəcəli əqli gerilik, nitqi inkişafının ləngiməsi) xəstəliyin yaranma müddəti haqqında hazırda dəqiq fikir söyləmək mümkün olmadı. Belə ki, bu əlamətlər 5-6 yaşda tam formalaşır. Bununla yanaşı qeyd etmək lazımdır ki, sözü gedən xəstəlik qazanılma deyil, ana bətnində yaranan xəstəliklərə aiddir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq, aşağıdakıları qeyd edir: “Sosial müavinətlər haqqında” AR Qanununun 1.0.1-ci maddəsinə əsasən sosial müavinətlər (bundan sonra-müavinətlər) - bu Qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaitidir. Həmin Qanunun 4.0.1.4-cü maddəsinə əsasən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara aylıq müavinət təyin edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.1-ci bəndinə əsasən Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. Həmin Qaydaların 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. Həmin Qaydaların 4.1-cü bəndinə əsasən, şəxslərin TSEK-də əlilliyin qiymətləndirilməsi dövlət səhiyyə müəssisələrinin göndərişləri əsasında aparılır. Həmin Qaydaların 4.3-cü bəndinə əsasən, göndərişlər “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə rəsmiləşdirilən tarixdə həkim-məsləhət və ya hərbihəkim ekspertizasının sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək, elektron sənəd formasında daxil edilir və həmin gün şəxsə bu barədə məlumat verilir. Həmin Qaydaların 4.4-cü bəndinə əsasən, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə və “Vətəndaşın Elektron Sağlamlıq Kartı Sistemi”nə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin çıxışı təmin edilir. Həmin Qaydaların 4.26-cı bəndinə əsasən əlilliyin təyin olunma tarixi TSEK-in qərarının qəbul edildiyi tarixdən hesablanır. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3cü maddəsinə əsasən Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Yuxarıda qeyd edilən qanunvericilik normalarından göründüyü kimi əlilliyin qiymətləndirilməsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları tərəfindən aparılır və əlillik qiymətləndirilmə keçirildikdən sonra verilmiş qərar (rəy) əsasında müəyyən edilir. Məhkəmə kollegiyası qeyd edir ki, iş materialları ilə müəyyən edilir ki, iddiaçının oğlu X2 09.10.2020-ci il tarixdə sağlamlıq imkanlarının məhdudluğu ilə bağlı rəy verilmiş və ona həmin tarixdən sosial müavinət ödənilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, X2 09.10.2020-ci il tarixdən əlilliyin müəyyən edilməsi ilə bağlı rəy verildiyindən və həmin tarixdən ona sosial müavinət təyin edilərək ödənildiyindən, birinci instansiya məhkəməsinin X1 anadan gəlmə xəstəliyinə görə müavinətin 07.07.2017-ci il tarixdən hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə gəldiyi nəticə düzgün olmamışdır. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlili ilə razılaşaraq qeyd edir ki, iddiaçının oğluna Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzi tərəfindən 07.07.2017-ci il tarixli 2137 nömrəli autizm diaqnozu “F-84.0” qoyulsa da , bu barədə cavabdeh inzibati orqana hər hansı məlumat verilməmiş, altsistemdə hər hansı göndəriş mövcud olmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin imtinası əsaslı olduğu halda, birinci instansiya məhkəməsi tərəfindən həmin hal araşdırılmadan, əsassız və qanunsuz olaraq, iddia tələbi təmin edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Ona görə də qeyd edilənlərə əsasən məhkəmə kollegiyası yekunda belə qənaətə gəlir ki, cavabdehin apellyasiya şikayətinin dəlili əsaslı olduğundan təmin olunmalı, Bakı İnzibati Məhkəməsinin 24 iyun 2021-ci il tarixli, 2-1(112)-2388/2021 nömrəli qərarı ləğv edilməli, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 24 iyun 2021-ci il tarixli, 2-1(112)-2388/2021 nömrəli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “oğlu 27.02.2014-cü ildə Bakı şəhərində doğulmuş X2 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən 09.10.2020-ci il tarixdə təyin edilmiş “sağlamlıq imkanları məhdud uşaq” dərəcəsinin 07 iyul 2017-ci il tarixdən müəyyən edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə olunması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar