Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2339/2022 12.08.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Hüseynov Azər Soltanhəmid oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “xx.xx.1979-cu ildən xx.xx.1981-ci ilədək keçdiyi 1 ay 2 ay hesabı ilə 3 il 9 ay 10 gün təşkil edən hərbi xidmət müddəti sığorta stajına daxil edilməklə, yaşa görə təyin edilmiş əmək pensiyanın əmək pensiyası hüququ yarandığı vaxtdan yenidən hesablanması öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 03 mart 2022-ci il tarixli, 2-1(112)-2348/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə 09-12 avqust 2022-ci il tarixlərdə Bakı Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cаvаbdеh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.1979-cu ildən xx.xx.1981-ci ilədək keçdiyi 1 ay 2 ay hesabı ilə 3 il 9 ay 10 gün təşkil edən hərbi xidmət müddəti sığorta stajına daxil edilməklə, yaşa görə təyin edilmiş əmək pensiyanın əmək pensiyası hüququ yarandığı vaxtdan yenidən hesablanması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul еdilməsini хаhiş еtmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, yaşa görə əmək pensiyasına çıxmışdır. İddiaçının xx.xx.1979-cu ildən xx.xx.1981-ci ilədək olan keçmiş SSRİ ordusunda xidməti, pensiya təyin edilərkən sığorta stajı olaraq düzgün hesablanmamışdır. Belə ki, xx.xx.1979cu ildən xx.xx.1981-ci ilədək olan dövrü əhatə edən 1 il 10 ay 20 günlük xidmətini hər 1 ili 2 il sayılmalı və sığorta stajı 3 il 9 ay 10 gün hesablanmalı olduğu halda 1 il 10 ay 19 gün hesablanmışdır. Göstərilən halların aradan qaldırılmasından ötrü müraciət etdiyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı **********1 saylı, xx.xx.2021-ci il tarixli məktub ilə ərizənin təmin etməkdən imtina etmişdir. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xəzər rayon İdarəsinin xx.xx.2021-ci il tarixli 13 saylı arayışından görünür ki, xx.xx.1979-cu ildən xx.xx.1981-ci ilədək hərbi xidmət müddətin iş stajına, xidmətin 1 ili 2 il hesab edilməklə, 3 il 9 ay 10 gün olaraq daxil edilməlidir. İddiaçı cavabdehin imtina məktubunu əsassız və qanunsuz hesab edərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 03 mart 2022-ci il tarixli, 2-1(112)-2348/2022 nömrəli qərarı ilə iddia qismən təmin edilərək, İddiaçı xx.xx.1979-cu ildən xx.xx.1981-ci ilədək keçdiyi hərbi xidmət müddəti 1 ay 2 ay hesabı ilə sığorta stajına daxil edilməklə, yaşa görə təyin edilmiş əmək pensiyası pensiya hüququ yarandığı vaxtdan yenidən hesablanması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır. (hakim: M.Hacıbəyova) Həmin qərardan cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apelyasiya şikayətində qeyd etmişdir ki, İddiaçı xx.xx.2017-ci il tarixdə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı hərbi xidmət müddətinin sosial sığorta stajına daxil edilməklə yaşa görə əmək pensiyasının yenidən hesablanması üçün Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına müraciət etmiş, lakin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən müraciətin müsbət həlli mümkün olmamışdır. İddiaçı Kamçatka vilayətində xidmət etdiyi xx.xx.1979-xx.xx.1981-ci illər üzrə hərbi xidmət dövrünün 1 ayı 2 ay hesab edilməklə, 3 il 9 ay 10 gün müddətin sosial sığorta stajına daxil edilməsi tələbi ilə məhkəməyə müraciət etmiş və iddiasını onunla əsaslandırmışdır ki, SSRİ Nazirlər Sovetinin xx.xx.1990-cı il tarixli 1290 saylı qərarına 1 saylı əlavənin İ hissəsinin 11-ci abzasına əsasən Kamçatka vilayətində xidmət edən zabit, gizir, miçman, həqiqi hərbi xidmətdən artıq xidmət edən hərbi qulluqçuların xidmətinin 1 ayı xx.xx.1945-ci ildən 2 ay hesab edilir. Belə ki, İddiaçı təqdim etdiyi diplomun surətinə əsasən xx.xx.1971-xx.xx.1976-cı illər təhsil illəri üzrə 4 il 9 ay 20 gün; hərbi biletin surətinə əsasən xx.xx.1979-xx.xx.1981-ci illər hərbi xidmət dövrü üzrə 1 il 11 ay 19 gün; əmək kitabçasının surətinə əsasən xx.xx.1976-xx.xx.1979-cu illər, xx.xx.1981-xx.xx.1986-cı illər, xx.xx.1986xx.xx.1988-ci illər, xx.xx.1988-xx.xx.1992-ci illər, xx.xx.1993-xx.xx.2004-cü illər, xx.xx.2004- 01.01,2006-cı illər olmaqla işlədiyi dövr üzrə 25 il 8 ay 23 gün; xx.xx.1992-xx.xx.1993-cü illər müharibədə iştirak etdiyi dövr Əmək pensiyaları haqqında Azərbaycan Respublikası Qanununun 24.0.1-ci maddəsinə əsasən ikiqat ölçüdə hesablanaraq 2 il 4 ay 24 gün olmaqla 01.01,2006-cı il tarixinədək ümumilikdə vətəndaşın mübahisələndirilməyən sığorta stajı 34 il 10 ay 26 gün təşkil edir. Əlavə olaraq bildirilir ki, xx.xx.2006-cı il tarixdən yaşa görə pensiya hüququ yaranan 01,04.2017-ci il tarixədək fərdi hesabının sığorta hissəsində 3545,97 manat, xx.xx.2017-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 4868,46 manat pensiya kapitalı qeydə alınmışdır. “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 21.2.11-ci maddəsinə əsasən sosial sığorta stajına hərbi xidmət müddəti (1992ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla) daxil edilir. Həmin Qanunun 22.1-ci maddəsinə uyğun olaraq əmək pensiyası hüququ verən sığorta stajının hesablanması təqvim (illər, aylar, günlər) əsasında həyata keçirilir. İddiaçının SSRİ ərazisində müddətli həqiqi hərbi xidmət dövrü 1 il 11 ay 19 gün olmaqla sığorta stajına daxil edilmişdir. Belə ki, iddiaçıya yaşa görə əmək pensiyası təyin olunan zaman qüvvədə olan qanunvericilik norması tətbiq olunmuşdur. Eyni zamanda, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyası təyin olunmuş şəxsə onu almaq hüququ yarandığı gündən, lakin həmin Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün hesablanmaqla aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının ““Əmək pensiyaları haqqında’’ Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair xx.xx.2020-ci il tarixli, 03/2020 saylı qərardadına əsasən, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. Yuxarıda qeyd olunan Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının qərardadından da göründüyü kimi, iddiaçıya yalnız müraciət etdiyi tarixdən əvvəlki 3 (üç) il ödənilməsi qanuna müvafiqdir. Apelyasiya baxışı zamanı cavabdehin nümayəndəsi X3 apelyasiya şikayətini müdafiə edərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi haqqında qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Apelyasiya baxışı zamanı İddiaçı apelyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası iş üzrə tərəflərin izahatını dinləyərək, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan iddiaçıya məxsus AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən İddiaçı xx.xx.1954-cü il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşıdır. İş materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Xəzər rayon İdarəsinin 13 nömrəli, xx.xx.2021-ci il tarixli arayışına əsasən 1954-cü il təvəllüdlü istefada olan kapitan İddiaçı, həqiqətən xx.xx.1979cu il tarixindən xx.xx.1981-ci il tarixinədək SSR ordusunda Kamçatkada hərbi xidmət keçmişdir, xx.xx.1945-ci il tarixli 2358 nömrəli əmrinə əsasən 1 (bir) ili 2 (iki) il sayılır. Arayış istefada olan kapitan İddiaçı “Zabitin şəxsi işi” əsasında verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının iddiaçıya ünvanladığı 12 avqust 2021-ci il tarixli, **********1 nömrəli məktubuna əsasən bildirilmişdir ki, təqdim edilən xx.xx.1976-cı il tarixində tərtib edilmiş AT-V ******* saylı və xx.xx.2009-cu il tarixində tərtib edilmiş İT-İ ******* saylı əmək kitabçaları, diplomu və hərbi biletin surətinə əsasən xx.xx.2006-cı il tarixinədək 34 il 10 ay sığorta stajı və xx.xx.2006-cı il tarixindən pensiya hüququnun yaranan tarixədək fərdi hesabın sığorta hissəsində qeydə alınmış 4868,46 manat pensiya kapitalı əsasında əmək pensiyası yenidən hesablanmışdır. SSRİ ərazisində müddətli həqiqi hərbi xidmət keçdiyi xx.xx.1979-cu il tarixindən xx.xx.1981-ci il tarixinədək olan dövrlər (1 il 10 ay 19 gün) sığorta stajına əlavə edilmişdir. Qeyd olunanlara əsasən xx.xx.1992-ci il tarixindən xx.xx.1993-cü il tarixinədək olan dövrlər (1 il 2 ay 8 gün) Füzuli, Qubadlı və Zəngilan döyüş bölgələrində döyüş əməliyyatlarında iştirak etdiyinə görə ikiqat ölçüdə güzəştli şərtlərlə sığorta stajına əlavə edilmişdir. İddiaçının xx.xx.2021-ci il tarixindən işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi üçün xx.xx.2017-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış 4868,46 manat pensiya kapitalına əsasən əmək pensiyası xx.xx.2021-ci il tarixindən 363,75 manat məbləğində çatdırılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Xəzər rayon İdarəsinin xx.xx.2022-ci il tarixli 237 nömrəli məktubuna əsasən bildirilmişdir ki, 1954-cü il təvəllüdlü istefada olan kapitan İddiaçı xx.xx.1979-cu il tarixdə Krasnodar vilayəti Beloreçinsk hərbi komissarlığı tərəfindən zabitlərin həqiqi hərbi xidmətinə çağırılmışdır. xx.xx.1979-cu il tarixdən xx.xx.1981-ci il tarixədək SSRİ Ordu sıralarında həqiqi hərbi xidmət keçmişdir. Həqiqi hərbi xidmətini Petropavlovsk-Kamçatsk şəhərində keçirdiyi üçün SSRİ X1 xx.xx.1945-ci il tarixli 2358 nömrəli Fərmanına əsasən xidmətinin 1 (bir) ili 2(iki) il hesablanmışdır. Petropavlovs- Kamçatsk şəhəri 53167 nömrəli h/hissə komandirinin xx.xx.1981-ci il tarixli 165 nömrəli əmrindən çıxarış. İşdən görünür ki, iddiaçı xx.xx.1979-cu ildən xx.xx.1981-ci ilədək keçdiyi 1 ay 2 ay hesabı ilə 3 il 9 ay 10 gün təşkil edən hərbi xidmət müddəti sığorta stajına daxil edilməklə, yaşa görə təyin edilmiş əmək pensiyanın əmək pensiyası hüququ yarandığı vaxtdan yenidən hesablanması öhdəliyinin cavabdehə həvalə edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin etmiş və mövqeyini onunla əsaslandırmışdır ki, işin faktiki hallarına əsasən iddiaçıya pensiya xx.xx.2017-ci il tarixdə təyin edilmişdir, xx.xx.2021-ci il tarixdə yenidən hesablanmışdır. İş materiallarında olan pensiya işindən görünür ki, iddiaçının pensiya məbləğinin yenidən hesablanması zamanı onun hərbi xidmətdə olduğu dövr (xx.xx.1979-xx.xx.1981) 1 ay – 2 ay kimi nəzərə alınmadan hesablanmışdır. Halbuki qanunvericiliyin tələblərinə əsasən iddiaçının SSR ordusunda Kamçatkada hərbi xidməti zamanı xx.xx.1979-cu il tarixdən xx.xx.1981-ci il tarixinədək hərbi xidmətdə olduğu dövr 1 ay -1ay kimi deyil, 1 ay-2 ay kimi nəzərə alınaraq ikiqat ölçüdə hesablanmalı idi. SSRİ Nazirlər Sovetinin 1990-cı il 15 dekabr tarixli, 1290 nömrəli qərarına əsasən göstərilmişdir ki, SSRİ-nin ucqar rayonları, burada xidmət iki ay ərzində bir aylıq güzəştli şərtlərlə xidmət stajına hesablanır. Məhkəmənin gəldiyi qənaətə görə iddiaçının həqiqi hərbi xidməti dövrü (xx.xx.1979- xx.xx.1981) 1 ay – 2 ay kimi nəzərə alınmaqla onun pensiya hüququnun yarandığı tarixdən yenidən hesablanması vəzifəsi cavabdehə həvalə edilməlidir. Lakin məhkəmə iddianı qalan hissədə (1 il 11 ay 9 gün) müddətinin hesablanması) əsaslı hesab etməmişdir. Belə ki, iş materiallarından müəyyən olunur ki, həmin dövr, iddiaçının əmək pensiyası hesablanan zaman nəzərə alınmışdır, yəni iddiaçının ikiqat hesablanmasını tələb etdiyi müddətin birqat ölçüdə əmək pensiyası hüququ verən sığorta stajına daxil edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra-Konstitusiyanın) 12-ci maddəsinin İ hissəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Konstitusiyanın 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə əsasən hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər bir vətəndaşın sosial təminat konstitusiya hüququ onun qanunla müəyyən edilmiş hallarda və məbləğdə pensiya almaq hüququnu da nəzərdə tutur. Bu mənada, pensiya təminatı sosial təminat hüququnun mühüm tərkib hissəsi kimi çıxış edir və Azərbaycan Respublikasının qoşulduğu bir sıra beynəlxalq-hüquqi aktlarda da öz əksini tapmışdır. Qeyd edilən konstitusion müddəadan çıxış etməklə Azərbaycan Respublikasının qanunvericiliyi sosial təminat hüququnun əldə edilməsi və həyata keçirilməsi qaydalarını müəyyənləşdirmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun - 1.0.1-ci mаddəsinə əsаsən, əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir - 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı – əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; - 1.0.8-ci maddəsinə əsasən fərdi hesabın sığorta hissəsi – əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır; - 1.0.10-cu maddəsinə əsasən pensiya kapitalı – müvafiq olaraq fərdi hesabına sığorta hissəsində qeydə alınan və fərdi hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləğidir; - 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. - 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. - 21.2.3-ci maddəsinə əsasən, sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti daxil edilir. - 23.1-ci maddəsinə əsasən, vətəndaşların başqa dövlətlərin ərazisində iş dövrü, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə və ya həmin dövlətlərlə bağlanmış dövlətlərarası müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənildikdə, sığorta stajına daxil edilir. - 23.2-ci maddəsinə əsasən, 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. - 26.1-ci maddəsinə əsasən, 2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyasının baza və sığorta hissəsinin cəmi məbləği dəyişdirilmədən əmək pensiyasının sığorta hissəsinə şərti çevrilməsi aparılır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçı pensiya yaşı çatdığına görə ona xx.xx.2017-ci ildə yaşa görə əmək pensiyası təyin edilmiş, xx.xx.2021-ci il tarixdə iddiaçının əmək pensiyası yenidən hesablanmış və 363,75 manat məbləğ təyin edilmişdir. İddiaçı cavabdehə müraciət edərək xx.xx.1979-cu ildən xx.xx.1981-ci ilədək keçdiyi 1 ay 2 ay hesabı ilə 3 il 9 ay 10 gün təşkil edən hərbi xidmət müddəti sığorta stajına daxil edilməklə, yaşa görə təyin edilmiş əmək pensiyanın əmək pensiyası hüququ yarandığı vaxtdan yenidən hesablanması xahiş etmiş, lakin cavabdeh tərəfindən onun müraciəti təmin edilməmişdir. İmtinanın əsası kimi iddiaçının SSRİ ərazisində müddətli həqiqi hərbi xidmət keçdiyi xx.xx.1979-cu il tarixindən xx.xx.1981-ci il tarixinədək olan dövrlər 1 il 10 ay 19 gün sığorta stajına əlavə edildiyi göstərilmişdir. Halbuki, SSRİ Nazirlər Sovetinin 1990-cı il 15 dekabr tarixli, 1290 nömrəli qərarına əsasən SSRİ-nin ucqar rayonları, burada xidmət iki ay ərzində bir aylıq güzəştli şərtlərlə xidmət stajına hesablanır. Həmçinin İş materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Xəzər rayon İdarəsinin 13 nömrəli, xx.xx.2021-ci il tarixli arayışına əsasən 1954-cü il təvəllüdlü istefada olan kapitan İddiaçı, həqiqətən xx.xx.1979-cu il tarixindən xx.xx.1981-ci il tarixinədək SSR ordusunda Kamçatkada hərbi xidmət keçmişdir, xx.xx.1945-ci il tarixli 2358 nömrəli əmrinə əsasən 1 (bir) ili 2 (iki) il sayılır. Göründüyü kimi qanunvericiliyin tələblərinə əsasən iddiaçının SSR ordusunda Kamçatkada hərbi xidməti zamanı 25.091979-cu il tarixdən xx.xx.1981-ci il tarixinədək hərbi xidmətdə olduğu dövr 1 ay 2 ay kimi nəzərə alınaraq ikiqat ölçüdə hesablanmalıdır. Lakin cavabdeh göstərilənləri nəzərə almayaraq qanunvericiliyin tələblərini pozmuş, iddiaçının tələbini təmin etməkdən əsassız olaraq imtina etmişdir “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh inzibati orqan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması müddəasını nəzərə almayaraq iddiaçının Azərbaycan Respublikasının Konstitusiyasında nəzərdə tutulmuş sosial təminat hüququnu pozmuşdur. Buna görə də iddiaçıya xx.xx.1979-cu ildən xx.xx.1981-ci ilədək keçdiyi hərbi xidmət müddəti 1 ay 2 ay hesabı ilə sığorta stajına daxil edilməklə, yaşa görə təyin edilmiş əmək pensiyası pensiya hüququ yarandığı vaxtdan yenidən hesablanması öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmuşdur. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, iş materialları ilə müəyyən edilir ki, iddiaçı xx.xx.2021-ci il tarixdə cavabdeh inzibati orqana ərizə ilə müraciət edərək ona təyin edilmiş yaşa görə əmək pensiyasının yenidən hesablanmasını xahiş etmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. Həmin Qanununun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 03/2020 №-li, xx.xx.2020-ci il tarixli qərardadına əsasən «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan "müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə" müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. Qanunvericiliyin tələblərindən göründüyü kimi əmək pensiyası təyin edildikdən sonra onun yenidən hesablanması zaman yaranmış fərq məbləği müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməlidir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya yaşa görə təyin edilmiş əmək pensiyası xx.xx.1979-cu ildən xx.xx.1981-ci ilədək keçdiyi hərbi xidmət müddəti 1 ay 2 ay hesabı ilə sığorta stajına daxil edilməklə yenidən hesablanaraq, müraciət edildiyi tarixdən 3 il əvvəlki dövr üzrə, yəni xx.xx.2018-ci il tarixdən ödənilməsi öhdəliyi cavabdehə həvalə edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Sadalanan xüsusatlara, istinad olunan hüquq normalarına əsaslanaraq və iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini qismən təmin etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir, cavabdehin apelyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar olmadığından apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 03 mart 2022-ci il tarixli, 2-1(112)-2348/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. İddiaçı yaşa görə təyin edilmiş əmək pensiyası xx.xx.1979-cu ildən xx.xx.1981-ci ilədək keçdiyi hərbi xidmət müddəti 1 ay 2 ay hesabı ilə sığorta stajına daxil edilməklə yenidən hesablanaraq, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tələblərinə uyğun olaraq müraciət edildiyi tarixdən 3 il əvvəlki dövr üzrə, yəni xx.xx.2018-ci il tarixdən ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilsin. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Səadət Bəktaşi Hakimlər: Azər Hüseynov Aida Hüseyn
Məhkəmə qərarları › İş №2-1(103)-2339/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2339/2022
12.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver