Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-234/2022 25.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Hüseynov Azər Soltanhəmid oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, iddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Müdafiə Nazirliyinə qarşı iddiaçıya “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin N0.N2.2020-ci il tarixli 2-N(NN2)-3N90/2020 saylı qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə 22-25 fevral 2022-ci il tarixlərdə Bakı Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun dörd ildən artıq hərbi xidmətini, ağır döyüşlərdə iştirakını və evə getmək barədə bəraət verici hospital epikrisini və verilmiş bütün əmr və çıxarışları nəzərdən keçirib, ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, o, 20.06.N992-ci il tarixində Ağdam Hərbi komisarlığından həqiqi hərbi xidmətə cagrılmışdır. N saylı batalyonda təlim keçdikdən sonra N saylı Hərbi hissəyə təhvil verilmişdir. N992-ci il sentyabr ayından N994-cü ilin may ayına qədər Ağdam uğrunda gedən döyüşlərdə iştirak etmişdir. N994-cu ildə Hərbi hissə döyüş bölgəsindən çıxarılaraq Sanqaçal qəsəbəsinə köçürüldü. N994-cu il N3 iyulda əməliyyat olunmaq üçün hərbi hissənin hospitalına yerləşdirilmişdir. 26 iyulda N994-cü ildə hospitalda çıxıb hərbi hissəyə qayıtmışdır. N iyul N994-cü ildə əməliyyat olunduğuna görə epiqrisi əsasında N5 günlük evə məzuniyyətə buraxılmışdır. Məzuniyyətdə olarkən 8 avqust N994 tarixində Ağdam Dördyol postunda saxlanaraq reyd şəraitində N saylı hərbi hissənin intizam batalyonuna gətirilmişdir. Orda hərbi xidmətini davam edib, N996-cı il noyabrın N5-də ordu sıralarından təxris olunmuşdur. N999-cu ilin may ayında hərbi prokurorluğa çağırılmışdır. Ona bildirildi ki, N994-cü ildə hərbi hissəni özbaşına tərk etdiyinə görə haqqında cinayət işi açılıb. Hərbi Prokurorluğun onun epikriz əsasında məzuniyyətə getməsindən və N saylı hərbi hissədə reyd zamanı saxlanılaraq hərbi xidmət keçməsindən xəbərsiz idi. İddiaçını bir neçə gün nəzarətxanada saxladılar və qardaşı XN verərək hərbi hospitalda olması barədə və N saylı hərbi hissədə xidmət keçməsi barədə sorğuya cavab gətirməsini tapşırdılar. Prokurorluqdan bildirdilər ki, həqiqətən də hospitalda əməliyyat olunması haqqında sorğuya cavab və N saylı hərbi hissədə xidmət keçməsi öz əksini taparsa, haqqında açılmış cinayət işi ləğv ediləcək. XN0 N saylı hərbi hissədən əmr və çıxarışları Prokurorluğa təqdim etdi. Həmin dövrdə hərbi hospital sorğuya cavab vermədiyi üçün ona amnistiya tətbiq etdilər evə buraxıldı. Bu yaxınlarda əməliyyat olduğu 25N saylı hərbi hospitalda oldu və evə getmək haqqında bəraətverici olan epikrizi ona təqdim etdilər. O vaxt həmin epikrizi təqdim edə bilmədiyi üçün haqqında cinayət işi açılıb və amnistiya qərarı tətbiq olunmuşdur. Müharibə veteranı adı və vəsiqəsi almaq üçün bu günədək dəfələrlə cavabdeh Müdafiə Nazirliyinə müraciət etsə də haqqında amnistiya qərarı tətbiq edildiyindən ona imtina etmişlər. Bakı İnzibati Məhkəməsinin N0.N2.2020-ci il tarixli 2-N(NN2)-3N90/2020 saylı qərarı ilə iddia tələbi qismən təmin edilərək, iddiaçının “Müharibə veteranı adı və vəsiqəsinin verilməsi” ilə bağlı müraciəti üzrə inzibati icraatın yenidən aparılması öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır. (hakim E.Əliyev) Həmin qərardan cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdir. Cavabdeh apelyasiya şikayətinin əsaslandırma hissəsində qeyd etmişdir ki, məhkəmə iddia tələbini qismən təmin etsə də, tələbdə olmayan vəzifəni cavabdehin üzərinə qoymuşdur. Çünki məhkəmə inzibati iş materiallarından görmək olar ki, iddiaçı artıq Komissiyaya müraciət etmiş ona imtina olunmuşdur (yəni "Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi" ilə bağlı artıq inzibati akt qəbul olunmuşdur) və İddiaçı artıq həmin imtinanı mübahisələndirmişdir. Qarar qəbul etmək əvəzində məhkəmə qərardad qəbul edə bilərdi. Çünki, AR İPM-nin 67.2-ci maddəsinə əsasən: “Sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər.” İddiaçı hərbi hissəni özbaşına tərk etdiyi üçün ona "Müharibə veteranı” adının və vəsiqəsinin verilməsinə dair iddia ərizəsi təmin oluna bilməzdi. Məhkəmə qərarda (səh. 5) qeyd etmişdir ki, “iddiaçı barəsində cinayət işinin başlanılması iş materialları ilə öz təsdiqini tapsa da (DİN BƏSİİ CM-nin 243-cü mad. N9.03.N999-cu il tarixdə həbs edilmişdir), cinayət işi ilə bağlı hər hansı qərarın qəbul edilməsi iş materialları ilə öz təsdiqini tapmamışdır.” "Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 25.04.2006-cı il tarixli 396 nömrəli l Fərmanının N.3-cü bəndində Azərbaycan Respublikası Nazirlər Kabinetinə tapşırılmışdır ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakçılara aid edilən şəxslərin kateqoriyalarının siyahısını təsdiq etsin və bu siyahılara uyğun olaraq, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak edən şəxslər sırasından müharibə veteranı olanların yenidən qeydiyyata alınmasını təmin etsin. Yuxarıda qeyd olunan qanunvericiliyin tələblərindən göründüyü kimi, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak edən şəxslərin hamısı müharibə veteranı sayılmır. Əgər sayılsaydı onların sırasından müharibə veteranı olanların yenidən qeydiyyata alınmasına ehtiyac qalmazdı. “Müharibə veteranı” adının verilməsi üçün şəxsin hərbi hissədə xidmət etməsi kifayət etmir, xidmətdə olduğu dövr ərzində özbaşına tərk etmə hadisəsinin olmaması da şərtdir. Çünki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22.09.N995-ci il tarixli 2N6 №-li qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında" Əsasnaməyə "Qeyd” hissəsi əlavə olunmuşdur. Həmin qeydə əsasən, Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə “Müharibə veteranı” adı verilə bilməz. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 05.05.202N-ci il tarixli 2- N(N03)-89N/202N saylı qərarı ilə Bakı İnzibati Məhkəməsinin N0.N2.2020-ci il tarixli 2- N(NN2)-3N90/2020 saylı qərarı ləğv edilərək, iş üzrə yeni qərar qəbul edilmiş, iddia tələbi rədd edilmişdir. Həmin qərardan narazı qalan iddiaçı kassasiya şikayəti verərək Bakı Apelyasiya Məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəmənin İnzibati Kollegiyasının N4.07.202N-ci il tarixli, 2-N(N02)-N3N8/202N nömrəli qərarı ilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 05.05.202N-ci il tarixli, 2-N(N03)-89N/202N nömrəli qərarı ləğv edilmiş, iş baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Təkrar apelyasiya baxışı zamanı iddiaçının nümayəndəsi X6 apelyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. İşə təkrar apelyasiya qaydasında baxılarkən iş üzrə cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmaqla çağırılmasına baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir, bu səbəbdən məhkəmə kollegiyası İPM-nin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş üzrə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apelyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşdən görünür ki, iddiaçı onun dörd ildən artıq hərbi xidmətini, ağır döyüşlərdə iştirakını və evə getmək barədə bəraət verici hospital epikrizini və verilmiş bütün əmr və çıxarışları nəzərdən keçirib, ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etmiş və mövqeyini onunla əsaslandırmışdır ki, cavabdeh orqan öz imtinasını iddiaçının hərbi xidmət zamanı hərbi hissəni özbaşına tərk etməsi ilə əsaslandırsa da, iddiaçı barəsində Hərbi Prokurorluqda hər hansı bir cinayət işi və yaxud təqsirləndirici materialın olmaması və Hərbi Məhkəmənin icraatında hər hansı bir materialın daxil olmaması və məhkum olunmasına dair məhkəmənin arxivində məlumatın qeydə alınmaması, həmçinin iddiaçının N3.07.N994-cü il tarixindən 26.07.N994-cü il tarixinədək əməliyyat olunması və müalicə alması iş materialları ilə öz təsdiqini tapmamışdır. Həmçinin, iddiaçı barəsində cinayət işinin başlanılması iş materialları ilə öz təsdiqini tapsa da, cinayət işi ilə bağlı hər hansı qərarın qəbul edilməsi iş materialları ilə öz təsdiqini tapmamışdır. Beləliklə, məhkəmə qeyd etmişdir ki, yuxarıda qeyd edilən ziddiyyətli məqamlar cavabdeh inzibati orqan tərəfindən inzibati icraat zamanı tam və hərtərəfli araşdırılmadan, iddiaçının müraciəti təmin edilməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd edir. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivinin N3.N2.20N8-ci il tarixli məktubunda göstərilmişdir: “Sizin Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə ünvanladığınız 05.NN.20N8-ci il tarixli N/Ə-N04N6 N-li sorğunuza cavab olaraq bildiririk ki, N N-li hərbi hissə komandirinin N sentyabr N992-ci il tarixli N28 N-li əmrilə X4 (əsas: § 5, sıra 6. səh 4, əmrdə soyadı Əskərov və atasının adı Fəhrad yazılmışdır, hərbi rütbəsi və vəzifəsi göstərilməyib) 3N.08.N992-ci il tarixdən tədris batalyonunun tərkibinə daxil edilmişdir. N N-li hərbi hissə komandirinin 3N avqust N992-ci il tarixli N02 N-li əmrilə X4 (əsas: § 2, bənd b, sıra 40, səh N3, əmrdə soyadı Əskərov və atasının adı Fəhrad yazılmışdır, hərbi rütbəsi və vəzifəsi göstərilməyib) N5.08.N992-ci il tarixdən tədris batalyonunun siyahısından çıxarılaraq N N-li hərbi hissəyə göndərilmişdir. Ş.Mirzəyev adına Ağdam tədris batalyonundan həqiqi hərbi xidmətini başa çatdırmaq üçün göndərilmiş X5 N N-li hərbi hissə komandirinin N6 avqust N992-ci il tarixli N60 N-li əmrilə (əsas: § N, sıra 40, səh 8N, əmrdə soyadı Əskərov yazılmışdır, hərbi rütbəsi göstərilməyib) hərbi hissənin ştatdan kənar siyahısına daxil edilərək sürücü elektrik vəzifəsinə təyin olunmuşdur. Hərbi hissəni özbaşına tərk etdiyi üçün mühəndis-yol bölüyünün hərbi qulluqçusu, sıravi X5 N N-li hərbi hissə komandirinin N avqust N994-cü il tarixli 238 №-li əmrilə (əsas: § 8, sıra 3, səh 96, əmrdə soyadı Əskərov yazılmışdır, vəzifəsi göstərilməyib) hərbi hissənin ştat cədvəlindən kənar saxlanılmışdır. N N-li hərbi hissə komandirinin N sentyabr N994-cü il tarixli 248 N-li əmrilə X5 (əsas: § N7, sıra N, əmrdə soyadı Əskərov yazılmışdır, hərbi rütbəsi və vəzifəsi göstərilməyib) N-ci MAT-un şəxsi heyətinin siyahısına daxil edilərək bütün növ təchizatla təmin olunmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirinin 30.09.N996-cı il tarixli müvafiq əmrinə əsasən N-ci MAT-un nömrə hesablayıcısı, sıravi X5 N N-li hərbi hissə komandirinin N5 noyabr N996-cı il tarixli 320 N-li əmrilə (əsas: § NN, sıra N2, səh 29, əmrdə soyadı Əskərov yazılmışdır) şəxsi heyətin siyahısından, bütün növ təminatlardan çıxarılaraq qeydiyyata düşmək üçün Ağdam RHK-nın sərəncamına göndərilmədir. Qeyd edirik ki, N N-li hərbi hissənin avqust-sentyabr N994-cü il və noyabr N996-cı il tarixli əsgər heyətinə pul təminatının ödənilməsi cədvəllərində İddiaçı pul təminatı ilə təmin olunması barədə məlumat aşkar olunmamışdır. Bildiririk ki, N N-li hərbi hissənin N992-N994-cü il tarixli əsgər heyətinə pul təminatının ödənilməsi cədvəlləri Mərkəzi Arxivə daxil olmamışdır.” İş materiallarında olan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdam Rayon Şöbəsinin N2.07.20N8-ci il tarixli 758 nömrəli arayışında göstərilmişdir: “Verilir N974-cü il təvəllüdlü İddiaçı ondan ötəri ki, o həqiqətən 20.06.N992-ci ildən N992-ci ilin avqust ayına qədər N saylı hərbi hissədə həqiqi hərbi xidmət keçmişdir. N992-ci ilin avqust ayından N5.NN.N996-cı ilə qədər N saylı hərbi hissədə həqiqi hərbi xidmət keçmişdir. Azərbaycan Respublikası MN-nin N94 nömrəli 30.09.N996-cı il tarixli əmrinə əsasən ehtiyata buraxılıb.” İş materiallarında olan Müdafiə Nazirliyi məhkəmənin sorğusuna cavab olaraq N9.N0.2020-ci il tarixli məktubla bildirmişdir: “N () №-li hərbi hissə komandirinin 3N 08.N992-ci il tarixli N02 N-li əmrilə (əsas: N3, sıra 40, əmrdə atasının adı Fəhrad yazılmışdır) tədris batalyonunda təlim almış İddiaçı Fəhrad oğlu N5.08.N992-ci il tarixdən N N-İi hərbi hissəyə verildiyi üçün tədris batalyonun tərkibindən çıxarılmışdır. N () №-İi hərbi hissə komandirinin 28.09.N992-ci il tarixli N28 №-İi əmrilə (əsas: səh 4. § 5, əmrdə atasının adı Fəhrad yazılmışdır) İddiaçı Fəhrad oğlu 3N.08.N992-ci il tarixdən tədris batalyonunun şəxsi heyətinin siyahısına daxil edilmişdir. N №-İi hərbi hissə komandirinin 07.09.N994-cü il tarixli 248 №-İi əmrilə (əsas: §N7, sıra N) İddiaçı N MAT-ın şəxsi heyətinin siyahısına və bütün növ təminatlara daxil edilmişdir. Müdafiə nazirinin 30.09.N996-cı il tarixli müvafiq əmrinə əsasən N974-cü il təvəllüdlü nömrə hesablayıcısı sıravi X5 N N-li hərbi hisə komandirinin N5.NN.N996-cı il tarixli 320 №-İi əmrilə (əsas: səh 24, § NN, əmrdə soyadı Əskərov yazılmışdır) şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılaraq qeydiyyata düşmək üçün Ağdam RHK-nın sərəncamına göndərilmiş və N5.NN. N996-cı il tarixə kimi döyüş bölgəsində xidmət etdiyi üçün həmin tarixə kimi məvacibi üç qat ödənilmişdir. NN0 №-li hərbi hissədən Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmuş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yarandığı gündən döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrin siyahısı qovluğunda N №-İi hərbi hissənin 04.03.N992-ci ildən N0.05.N994-cü ilədək döyüş əməliyyatlarında iştirak etməsi barədə qeydiyyat aparılmışdır.” İş materiallarında olan Hərbi Prokurorluğun 04.02.20N9-cu il tarixli məktubuna əsasən İddiaçı barəsində Respublika Hərbi Prokurorluğunda hər hansı bir cinayət işi və yaxud təqsirləndirici material yoxdur. İş materiallarında olan Bakı Hərbi Məhkəməsinin 22.N0.20N8-ci il tarixli Arayışına əsasən İddiaçı təqsirləndirilməsinə dair Bakı hərbi məhkəməsinin icraatına hər hansı bir material daxil olmamış və məhkum olunmasına dair məhkəmənin arxivində məlumat qeydə alınmamışdır. İş materiallarında olan 26.07.N994-cü il tarixli Çıxış epikrizinə əsasən İddiaçı, hərbi hissə N, N3.07.N994-cü il tarixindən 26.07.N994-cü il tarixinədək sıxılmış sağtərəfləri çəpinə qasıq yırtığı diaqnozu ilə cərrahiyə şöbəsində olmuşdur. Kafi vəziyyətə hərbi hissəyə buraxılır. 26.07.N994-cü ildə hissəyə gəlməli. N5 gün müddətinə hərbi vəzifələrini icra etməkdən azad olunur. İş materiallarında olan Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin məlumatına əsasən İddiaçı Cinayət Məcəlləsinin 243-cü maddəsi ilə (Hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etmə səbəbi ilə) N9.03.N999-cu il tarixdə həbs edilmişdir. Hökm barədə məlumat qeyd edilməmişdir. İş materiallarından görünür ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdam Rayon Şöbəsi məhkəmənin sorğusuna cavab olaraq iddiaçının qeydiyyat kartasının təsdiq olunmuş surəti (hərbi xidmətə münasibətə dair məlumatlar qeyd olunmaqla) məhkəməyə təqdim edilmişdir. İş materiallarından görünür ki, Müdafiə Nazirliyi iddiaçının müraciətini təmin etməkdən imtina edərək bildirmişdir: “Hərbi xidmət zamanı hərbi hissəni özbaşına tərk etdiyiniz üçün, Bakı Qarnizonu Hərbi Prokurorluğu tərəfindən barənizdə cinayət işi qaldırıldığından və sonradan Amnistiya qərarı tətbiq edilərək cinayət işinə xitam verildiyinə görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 09.N995-ci il tarixli 2N6 N-li Qərarı ilə təsdiq edilmiş Əsasnaməyə əsasən Sizə “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi mümkün deyildir.” “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Bu müddəa Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Həmin Qanunun 7-ci maddəsinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 3-cu maddəsinə görə vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr N995-ci il tarixli 2N6 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin N-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinə əsasən müharibə veteranı adı və vəsiqəsi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N988-ci il fevralın N-dən N994-cü il mayın N2-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində - Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünü dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N994-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar planları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Həmin Əsasnamənin qeyd hissəsində göstərilmişdir ki, bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasında göstərilmiş şəxslərə şamil olunmur. İş materiallarında olan Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin məlumatından görünür ki, İddiaçı Cinayət Məcəlləsinin 243-cü maddəsi ilə (hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməsi səbəbi ilə) N9.03.N999-cu il tarixdə həbs edilmişdir və Bakı Qarnizonun 30.05.N999-cu il tarixli Qərarı ilə Milli Məclisin N7.N0.N997-ci il tarixli “amnistiya” Qərarının N.6-cı bəndinə əsasən cinayət işinin icraatına xitam verilmişdi. Ali Məhkəmənin işin yeni apelyasiya baxışına qaytarılması haqqında qərarındakı hüquqi mövqe ondan ibarət olmuşdur ki, apelyasiya məhkəməsi iddiaçının iddiasının rədd edilməsi nəticəsinə gələrkən, iddiaçı barəsində cinayət işinin olmasını və onun amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad olunmasını əsas götürmüşdür (“Veteranlar haqqında “ Qanunun 3-cü maddəsinin “qeyd” hissəsi). Lakin iş materiallarından göründüyü kimi, işdə cinayət işi ilə bağlı hər hansı qərarın qəbul edilməsi mövcud deyil, eyni zamanda amnistiya aktı da yoxdur, yəni apelyasiya məhkəməsinin hüquqi mövqeyini təsdiq edən sözügedən sənədlər İPM-nin N2.N-ci maddəsinə müvafiq olaraq tələb edilməmiş, nəticə etibarı ilə də araşdırılmamışdır. İşə apelyasiya qaydasında baxılarkən məhkəmə kollegiyası tərəfindən Ali Məhkəmənin göstərişləri və apelyasiya şikayətinin dəlilləri nəzərə alınaraq İddiaçı barəsində açılmış NN/N5392 saylı cinayət işinin materiallarını və cinayət işinin icraatına xitam verilməsi barədə qərarın təsdiq olunmuş surətinin tələb olunması barədə Bakı Hərbi Prokurorluğuna sorğu göndərilmişdir. Bakı Hərbi Prokurorluğu tərəfindən məhkəmənin sorğusuna cavab olaraq daxil olmuş İddiaçı barəsində Azərbaycan Respublikası CM-nin 243-cü maddəsi ilə başlanmış cinayət işinin materiallarından görünür ki, cinayət işinə Bakı Qarnizonun 30.05.N99-cu il tarixli qərarı ilə Milli Məclisin N7.N0.N997-ci il tarixli “AMNİS” Qərarlarının N.6-cı bəndinə əsasən cinayət işinin icraatına xitam verilmişdir. Qərarla müəyyən edilmişdir ki, İddiaçı 20.06.N992-ci il tarixdə Ağdam RHK-ğı tərəfindən həqiqi hərbi xidmətə çağırılmış, xidmətini keçirmək üçün N saylı hərbi hissəyə təyin edilmişdir. N saylı hərbi hissədə müddətli hərbi qulluqda olarkən İ.F.Əskərov 30.07.N994-cü il tarixdə döyüş şəraitində olan hərbi hissəni müddətindən asılı olmayaraq özbaşına buraxıb getmiş və bir daha qulluq yerinə qayıtmamışdır. Bu faktla əlaqədar N saylı hərbi hissə komandiri tərəfindən İ.F.Əskərov barəsində Azərbaycan Respublikası CM-nin 243-cü maddəsinin əlamətləri ilə cinayət işinin başlanması və istintaq aparılması üçün Bakı qarnizonu hərbi prokurorluğuna göndərilmişdir. İddiaçı Azərbaycan Respublikası CM-nin 243-cü maddəsi ilə ittiham edilməsinə dair NN/N5392-97 saylı cinayət işinə “hərbi cinayətlər törətmiş şəxslər barəsində dövlət müstəqilliyi günü münasibəti ilə Amnistiya haqqında” Azərbaycan Respublikası Milli Məclisinin N7.N0.N997-ci il tarixli Qərarlarının N.6-cı bəndinə əsasən cinayət işinin icraatına xitam verilmişdir. Göründüyü kimi iddiaçı hərbi hissədən qanuni əsaslarla tərxis olunmamışdır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbi üzrə cavabdeh inzibati orqanın imtinası qanunun tələblərinə uyğun olmuş, iddiaçının hüquqlarının pozulmasına səbəb olmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya baxışı zamanı aparılan araşdırmalar onu deməyə əsas verir ki, birinci instansiya məhkəməsi iş materialları ilə kifayətlənərək natamam araşdırma aparmış, xidməti vəzifəsinə görə əlavə zəruri olan araşdırmanı aparmamış, qərar qəbul edərkən isə maddi hüquq normalarını işin hallarına düzgün tətbiq etmədiyi üçün cavabdeh apellyasiya instansiyası qaydasında həmin qərarı mübahisələndirməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin N2.N-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməklə, iş üzrə yeni qərar qəbul edilməli və iddia təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 87.6, 89 və 94.N-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Müdafiə Nazirliyinin apelyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin N0.N2.2020-ci il tarixli 2-N(NN2)-3N90/2020 saylı qərarı ləğv edilsin, iş üzrə yeni qərar çıxarılsın. İddiaçı cavabdeh Müdafiə Nazirliyinə qarşı iddiaçıya “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən N (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-234/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-234/2022
25.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver