Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-234/2023 02.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X2 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, iddiaçının nümayəndəsi Vəkil2, cavabdehin nümayəndəsi X3 iştirakı ilə İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi tələbinə dair» inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1184/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi və iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehin 5 may 2021-ci il tarixli **********374000 nömrəli və 6 may **********03100 nömrəli qərarlarının ləğv edilməsi barədə” qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırmışlar ki, cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 5 may 2021-ci il tarixli **********374000 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarına əsasən kameral vergi yoxlaması nəticəsində İddiaçı MMC-yə 2020-ci il hesabat dövrü üzrə 10.441.228,39 manat əlavə vergi hesablanmışdır. Həmin qərar qanunsuz olaraq çıxarılmış və vergi qanunvericiliyinin tələblərinin pozulması ilə qəbul edilmişdir. Bu səbəbdən də iddiaçı həmin qərarla razılaşmır və hesab edir ki, sözügedən qərar ləğv edilməlidir. Cavabdeh inzibati orqan tərəfindən qəbul edilmiş həmin qərarın bəyannamədə və hesabatda göstərilən məbləğə düzəliş edilməsinin səbəbi və müvafiq təsdiqedici sənədlər barədə məlumat hissəsində 2020-ci il ərzində alınmış alış aktlarının 52.206.141,94 manat hissəsi vergi orqanında uçotda olan şəxslərdən, hüquqi şəxs vergi ödəyicisinin rəhbər və ya təsisçi fiziki şəxs vergi ödəyicisi kimi öz adından və vergi ödəyicisinin muzdlu işçisindən alınmışdır ki, bu da kənarlaşmanın səbəbi olmuşdur. Belə ki, 2020-ci ildə alınmış 151.339.879,41 manat məbləğində mallar Azərbaycan Respublikası Vergi Məcəlləsinin 71-2-ci maddəsinə əsasən Məcəllənin 130.1-1-ci maddəsinin müddəaları nəzərə alınmaqla sənədləşdirilmişdir. Mallar alınan zaman satıcının təqdim etdiyi sənədlər əsasında alış aktı ilə tərtib olunmuş, imzalanmış və “etaxes” portalının “aktlar” alt bölməsindən sistemə əlavə olunmuşdur. Lakin həmin sənədlər nəzərə alınmamış, 5 may 2021-ci il tarixli **********374000 nömrəli qərarla 10.441.228,39 mant məbləğində əlavə kameral hesablama aparılmışdır. Göstərilənlərə və Vergi Məcəlləsinin 3.8, 15.1.9, 37, 53.3, 62, 71.1, 71.2, 94-cü maddələrinə, İPM-in 2, 8, 45, 46-cı maddələrinə əsaslanaraq, cavabdehin 5 may 2021-ci il tarixli **********374000 nömrəli qərarının ləğv edilməsi məhkəmədən xahiş olunur. Cavabdeh iddia ərizəsinə etirazında iddianın rədd olunmasını xahiş etmiş və bunu aşağıdakılarla əsaslandırmışdır: “Aparılmış araşdırma nəticəsində vergi ödəyicisinin baza məlumatlarına əsasən 2020-ci il ərzində tərtib edilmiş elektron alış aktlarının tərkibində aşağıda qeyd olunan bir sıra uyğunsuzluqlar müəyyən edilmişdir: 1) vergi orqanında uçotda olan şəxslərdən (vergi ödəyicilərindən) alınan mallar üzrə elekton qaimə-faktura tərtib edilməli olduğu halda malların alış aktları ilə əldə olunması hüquqi şəxs vergi ödəyicisinin rəhbər və ya təsisçisinin adından alış aktlarının əldə olunması; 2) fiziki şəxs vergi ödəyicisi kimi öz adından alış aktlarının əldə olunması; 3) vergi ödəyicisinin muzdlu işçisinin adından alış aktlarının əldə olunması; 4) eyni şəxsdən spesifikliyi uyğun olmayan müxtəlif növ mallar üzrə alış aktlarının əldə olunması. Eyni zamanda, vergi ödəyicisi tərəfindən təqdim edilmiş mənfəət vergisi bəyannaməsinin “Hesabat dövründə gəlirlərin əldə edilməsi ilə bağlı xərclər” hissəsinin 221.2-ci (Sığorta haqları) sətrindəki 28.194,75 manat məbləğ, həmin hesabat il üzrə təqdim edilmiş Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannamələrinin (hesabatları) cəmi üzrə hesablanmış 23.596,29 manat sığorta haqqlarının məbləğindən 4.598,46 manat artıq olması nəticəsində kənarlaşma yaranması ilə əlaqədar vergi ödəyicisinə 23 aprel 2021-ci il tarixli uyğunsuzluqlar barədə” bildiriş, 2 aprel 2021-ci il tarixli "Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) təqdim edilməsi haqqında" uyğunsuzluq məktubu göndərilmiş və 2020-ci il ərzində tərtib edilmiş elektron alış aktlarının dürüstləşdirilməsi, bu barədə ətraflı izahat məktubunun və dəqiqləşdirilmiş bəyannamənin təqdim edilməsi tələb edilmişdir. Eyni zamanda, İddiaçı MMC tərəfindən 2020-ci il ərzində vergi orqanında uçotda olduğu müəyyən edilən fiziki şəxslərdən 52.206.141,94 manat dəyərində 39.926.664,69 kq kənd təsərrüfatı malları alınmış və alınan mallar 2020-ci il üzrə təqdim edilmiş mənfəət vergisi bəyannaməsində gəlirin əldə edilməsi ilə bağlı xərclərə daxil edilmişdir. Yaranmış kənarlaşma ilə əlaqədar olaraq, da vergi ödəyicisinə 13 mart 2021-ci il, 17 mart 2021-ci il tarixli və 8 aprel 2021-ci il tarixli məktublarla müraciət edilərək vergi orqanında uçotda olduğu müəyyən edilən fiziki şəxslərlə bağlanmış elektron alış aktı barədə zəruri sənədlərin (fiziki şəxs tərəfindən imzalanmış alış aktları) təsdiq edilmiş surətlərinin vergi orqanına təqdim edilməsi bildirilməsinə baxmayaraq, İddiaçı MMC tərəfindən kənarlaşmaya səbəb olan alış aktları vergi orqanına təqdim edilməmişdir. Eyni zamanda, fərdi sahibkarlar müraciətlərində MMC-yə hər hansı malın təqdim edilmədiyini bildirmiş, qeyd olunan kənarlaşmalar ilə əlaqədar olaraq, vergi ödəyicisi məktubda qeyd olunan müddət ərzində dəqiqləşdirilmiş bəyannamə, yaranmış uyğunsuzluğun səbəbi ilə bağlı əsaslandırılmış izahat, cəmiyyətin hesablaşma hesabında apardığı əməliyyatlar, mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş sənədləri təqdim etmədiyinə, eyni zamanda 2020-ci ii ərzində tərtib edilmiş elektron alış aktları dürüstləşdirilmədiyinə görə Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83-cü maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2020-ci ilin mənfəət vergisi bəyannaməsi üzrə ümumilikdə 10.442.148,08 manat ((52.206.141,94 + 4598,46) x 20%) əlavə vergi məbləği hesablanmış və bu barədə vergi ödəyicisinə 5 may 2021-ci il tarixli **********374000 nömrəli və 6 may 2021-ci il tarixli **********031000 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının "esablanması barədə” qərarlar göndərilmişdir. İiddiaçı iddia ərizəsində qeyd etmişdir ki, 2020-ci ildə alınmış 151.339.879,41 manat məbləğində mallar Vergi Məcəlləsinin 71-2-ci maddəsinə əsasən Məcəllənin 130.1-1-ci maddəsinin müddəaları nəzərə alınmaqla sənədləşdirilmişdir. Belə kı, mallar alınan zaman satıcının təqdim etdiyi sənədlər əsasında alış aktı ilə tərtib olunmuş, imzalanmış və “etaxes" portalının “aktlar" alt bölməsindən sistemə əlavə olunmuşdur. Lakın həmin sənədlər nəzərə alınmamış, 5 may 2021-ci il tarixli **********374000 saylı qərarla 10.441.228.39 manat məbləğində əlavə kameral hesablama aparılmışdır.” Bakı İnzibati Məhkəməsinin Məhkəməsinin 2-1(112)-1184/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 5 may 2021-ci il tarixli **********374000 nömrəli və 6 may **********03100 nömrəli qərarları ləğv edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəllənin («İPM») tələblərinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti iddia ərizəsinə etraza uyğun əsaslandırılmış eyni zamanda qeyd olunmuşdur ki, məhkəmə tərəfindən absurd dəlillər gətirilərək vergi orqanının haqlı mövqeyi təkzib edilmişdir. Həmçinin məhkəmə “satış dövriyyəsini müvafiq qaydada bəyan etmək mal satan kimi həmin fiziki şəxslərin vəzifəsidir və dövriyyəsini gizlətdiyi halda, müvafiq məsuliyyəti onlar daşıyır” ifadəsi ilə vergi məcəlləsinin səhv normasını mövcud hala tətbiq etmişdir. Məhkəmə pozuntuya yol verərək hər iki qərarın alış aktlarına münasibətdə vergilərin hesablandığını qeyd etmişdir. Vergi Məcəlləsinin 37-ci maddəsində eyni dövr üzrə 2 qərarın qəbul edilməsini qadağan edən hal yoxdur. Məhkəmə qərar qəbul edərkən maddi və prosessual pozuntulara yol vermişdir. Məhkəmə məsuliyyət qərarına nəzər yetirmədən əsassız olaraq inzibati aktın yazılı şəkildə tam olaraq əsaslandırmadığını qeyd etmişdir. Məsuliyyət qərarına nəzər yetirsək əlavə vergi məbləğlərinin hesablanması qaydası (düsturu), inzibati orqanın inzibatı aktın qəbulunu şərtləndirən hallardan doğan qənaəti aydın şəkildə öz əksini tapmışdır. birinci instansiya məhkəməsi tərəfindən işin hallarının hərtərəfli araşdırılması təmin edilmədiyindən, maddi və prosessual hüquq normaları pozulduğundan, həmçinin məhkəmə qərarının əsası kimi istinad olunanlar və gətirilən dəlillər həm işin faktiki hallarına, həm də qanunvericiliyin tələblərinə uyğun olmadığından qərar tamamilə əsassızdır və ləğv olunmalıdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi N.Xəlilov iddiaçının vergi qanunvericiliyi vergi orqanında uçotda olan fiziki şəxslərdən malların elektron qaimə faktura olmadan, alış aktları ilə malların alınmasının vergi qanunuvericiliynə zidd olllduğundan iddiaçıya kameral qaydada əlavə vergilər hesablandığını, eyni zamanda, xx.xx.2021-ci il tarixli qərarda əvvəlki xx.xx.2021-ci il tarixli qərarın ləğv edildiyi məlumat kimi qeyd olunsa da, həmin qərarın qüvvədə olduğunu bildirərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil2 cavabdehin qərarları ilə iddiaçıya hesablanmış vergilərin əsassız olduğunu bildirərək qeyd etmişdir ki, iddiaçı fiziki şəxslərdən alış aktları ilə mallar alarkən, özlərini vergi ödəyicsi qismində təqdim etmədikləri halda və həmin vaxt vergi orqanın elektron sisteminə (AVİS) elektron alış aktları haqları yerləşdirilərəkən, eyniləşdirmə nömrələri (VÖEN) çıxmadığı təqdirdə, iddiaçı tərəfindən elektron qaimə faktura olmadan malların alındığını əsas tutaraq cavabdehin iddiaçıya əlavə vergilər hesablaması qanunsuzdur. Ona görə də birinci instansiya məhkəməsinin qərarını qüvvəsində saxlanılmasını məhkəmədən xahiş edir. İİ.Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerinə getmədən vergi orqanında olan , vergi ödəyicisi tərəfindən təqdim edilən vergi hesabatları, habelə vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. İşin mübahisələndirilən hallarından göründüyü kimi, cavabdeh kameral yoxlamanın nəticələrinə dair 5 may 2021-ci il tarixli **********374000 nömrəli və 6 may **********03100 nömrəli qərarları ilə əlavə vergilər hesablanmışdır. Belə ki, işə əlavə olunmuş 5 may 2021-ci il tarixli **********374000 nömrəli qərarından görünür ki, həmin qərarla əlaqəli məlumata əsasən iddiaçıya 2020-ci ilin vergi dövrü üçün, onun bəyan etdiyi 15.298,45 manat məbləği çıxılmaqla, 10.44.1.228,39 manat məbləğində əlavə mənfəət vergi hesablamışdır. Eyni zamanda, işdən görünür ki, kameral yoxlamanın nəticələrinə dair qəbul etdiyi 6 may **********03100 nömrəli ikinci bir qərarı bir daha iddiaçıya əlaqəli məlumata əsasən 919,0 manat məbləğində əlavə mənfəət vergisi hesablanmışdır ki, həmin qərarın da 6-cı bəndində təsbit onunur ki, bu qərara əsasən əvvəlki **********374000 nömrəli xx.xx.2021-ci il tarixli qərar barədə məlumat qeyd olunmuşdur. Lakin qeyd olunan uyğunsuzluğa baxmayaraq, tərəflərin nümayəndələrinin izahatlarına habelə, iddiaçının işə əlavə olunmuş şəxsi hesab vərəqəsinə əsasən müəyyən olunur ki, xx.xx.2021-ci il tarixli birinci qərarla hesablanmış vergi məbləği qüvvədədir, iddiaçının şəxsi hesabına borcu kimi qeydə alınmışdır. Halbuki, Vergi Məcəlləsinin 1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunan anlayışlar və qaydalar vergitutma məqsədi ilə müəyyən edilir və müstəsna olaraq bu Məcəllə və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktlar ilə tənzimlənən vergitutma və vergi nəzarəti ilə bağlı münasibətlər hüdudlarında tətbiq olunur. Həmin Məcəllənin 37.4-cü maddəsi isə nəzərədə tutur ki, kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Məcəllənin qeyd olunan normasının mənasından göründüyü kimi, kameral yoxlamanın nəticələri üzrə yalnız bir qərarın qəbul edillərək vergi ödəyicisinə göndərilməsini nəzərdə tutur. Hər bir halda, iki qərar qəbul edilməsinin nəzərdə tutulduğu müəyyən olunmur. Ən azından, məhkəmə praktikasında belə hallara rast gəlinməmişdir. Rast gəlinən hal ondan ibarət olumuşdur ki, vergi orqanına qarşı qaldırılan mübahisələndirmə haqqında iddialara baxılarkən, sonradan, vergi orqanı vergilərin hesablanması barədə mübahisələndirilən qərarını ləğv edərək məhkəməyə yeni qərar təqdim edərək, əvvəlki qərarla bağlı iş üzrə icraata xitam verilməsi barədə vəsatətlə məhkəməyə müraciət etmiş və onun həmin vəsatətlər təmin olunaraq iş üzrə icraatlara xitam verilmişdir. Göründüyü kimi, cavabdeh ergi orqanının əvvəlki praktiksına zidd olan hərəkətləri tamamilə inzibati qanunvericiliyin tələblərinə ziddir. Yəni, konkret halda, inzibati orqan olaraq cavabdeh «İnzibati icraat haqqında» Qanunun 13.2-ci maddəsinin tələbinə müvafiq mövcud inzibati praktikasına uyğun hərəkət etməyə borclu olduğu halda, vergi qanunvericiliyinin müəyyən etdiyi qaydalardan fərqli olan qərarlar qəbul etmişdir. Digər bir tərəfdən, işin mahiyyətinə gəldikdə, məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin qeyd olunan mübahisələndirilən qərarları ilə iddiaçıya 2020-ci ilin vergi dövrü üçün əlavə mənfəət vergisinin hesablanması əsassızdır. İşin hallarından görünür ki, cavabdeh, sözügəedən vergi dövrü üçün iddiaçıya əlavə mənfəət vergi hesağlayarkən, iddiaçı tərəfindən malların vergi orqanında uçotda olan fiziki şəxslərdən elektron qaimə-faktura faktura olmadan, alış aktlarına əsasən malların alındığını vergi qanunvericiliyinə zidd olması ilə əsaslandırmışdır. Belə ki, Vergi Məcəlləsinin xx.xx.2019-cu il tarixdən qüvvəyə minmiş 71-1.1-ci maddəsi həqiqətən də görünür ki, bu Məcəllə ilə müəyyən edilən hallarda malları təqdim edən (göndərən), işləri görən və xidmətləri göstərən, habelə malların təsərrüfatdaxili yerdəyişməsini həyata keçirən vergi orqanında uçotda olan şəxs elektron qaimə-fakturanı təqdim etməlidir. Lakin, bu zaman cavabdeh almamışdır ki, Vergi Məcəlləsinin 24-cü maddəsinin tələbinə görə vergi orqanı aşağıdakılara da riayət etməyə borcludur: 24.1.3. vergi qanunvericiliyi və vergi qanunvericiliyində edilən dəyişikliklər barədə vergi ödəyicilərinə kütləvi informasiya vasitələri ilə və ya fərdi qaydada əvəzsiz olaraq məlumat verməyə, müəyyən edilmiş hesabat formalarının doldurulması qaydalarını izah etməyə, vergilərin hesablanması və ödənilməsi barədə izahatlar verməyə, vergi ödəyicilərinə onların hüquq və vəzifələrini izah etməyə…; 24.1.6. vergi ödəyicilərinin, onların filiallarının, nümayəndəliklərinin və ya digər bölmələrinin (obyektlərinin), habelə nəzarət-kassa aparatlarının uçotunu aparmağa…; 24.1.8. bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulmuş qaydada vergi ödəyiciləri haqqında məlumatın, o cümlədən vergi, kommersiya və bank sirrinin qorunması qaydalarına riayət etməyə və onu təmin etməyə… Cavabdeh vergi orqanı tərəfindən birinci instansiya məhkəməsinə təqdim olunmuş mübahisələndirdiyi alış aktlarınının (i.v.40-49) siyahısından görünür ki, iddiaçının fiziki şəxslərlə alqı-satqı münasibətlərinə dair tərtib olunmuş həmin alış aktları 2020-ci ildə tərtib olunmuş və iddiaçı tərəfindən vergi orqanının elektron sisteminə yerləşdirilmişdir ki, həmin zaman dövrü Azərbaycan Respublikasınını ərazisində yayılmış Pandemiyanın (COVİD-19) intensiv dövründə tətbiq olunmuş sərt karantin rejimi dövrünə təsadüf edir. Belə olan halda, malları 2020-ci il çərçivəsində iddiaçıya təqdim edən fiziki şəxslər vergi ödəyicisi olmaları barədə məlumat vermədikləri, iddiaçıda da onların vergi ödəyicisi kimi qeydiyyatda olmaları barədə məlumata malik olmadığı və belə məlumatın əldə olunması yalnız həmin vergi orqanının özündən elektron sistem (AVİS) vasitəsilə alınması mümkün ola bilərdi. Tərəflərin nümayəndələrinin izahatlarından da aydın olur ki, iddiaçı tərəfindən alış aktlarını vergi orqanının elektron sisteminə (AVİS) daxil edilərkən də həmin fiziki şəxslərin vergi ödəyicisi olub-olmadığı məlumatlar elektron bazasında mövcud olmamış, belə məlumatlar yalnız 2021-ci ildən sonrakı dövrdə həmin sistemə yerləşdirilmişdir ki, bu hal tərəflər arasında işin mübahisələndirilməyən halıını təşkil edir. Ən azından, iddiaçının 2020-ci ildə cavabdeh vergi orqanının elektron sistemində 750 yaxın alış aktlarının qeydiyyatını təmin etməsi, onun vergidən yayınmasını istisna edir. Belə olan halda, 2020ci ildə vergi orqanında uçotu olmayan fiziki şəxsələrlə alış aktlarının tərtib edilməsi zamanı iddiaçı tərəfindən vergi qanunvericiliyinin tələbləri pozulmuş hesab oluna bilməz. Vergi Məcəlləsinin 71-2-ci maddəsinə görə bu Məcəllənin 130.1-1-ci maddəsinin müddəaları nəzərə alınmaqla vergi orqanında uçotda olmayan şəxslərdən mallar alındıqda alınmış mallara görə alış aktları və malların alışı tarixindən 5 gün müddətində elektron alış aktı tərtib edilir. Elektron alış aktının forması, tətbiqi, uçotu və istifadəsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilir. Vergi ödəyicisi tərəfindən tərtib edilmiş elektron alış aktı çap edilərək vergi orqanında uçotda olmayan fiziki şəxs tərəfindən imzalandığı halda həmin sənəd malların alışını təsdiq edən sənəd hesab edilir və kağız daşıyıcıda alış aktı tərtib edilmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 iyul 2020-ci il tarixli 243 nömrəli qərarı ilə təsdiq edilmiş «Elektron alış aktının formasının, tətbiqi, uçotu və istifadəsi Qaydaları»na əsasən: 2.1.Elektron alış aktı malı alan vergi ödəyicisi tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında yaradılmış “elektron alış aktı” altsistemində Azərbaycan dilində hazırlanır. Vergi ödəyicisi İnternet Vergi İdarəsinə daxil olaraq elektron alış aktını hazırlayır və gücləndirilmiş elektron imza vasitəsilə imzalayaraq təsdiq edir; 3.1. Vergi ödəyicisi vergi orqanında uçotda olmayan fiziki şəxslərdən alınmış mallara görə alış aktlarını və malların alışı tarixindən 5 gün müddətində elektron alış aktını tərtib edir; 3.2. Vergi ödəyicisi tərəfindən tərtib edilmiş elektron alış aktı çap edilərək vergi orqanında uçotda olmayan fiziki şəxs tərəfindən imzalandığı halda həmin sənəd malların alışını təsdiq edən sənəd hesab edilir və kağız daşıyıcıda alış aktı tərtib edilmir; 3.3. Çap edilmiş elektron alış aktı vergi orqanında uçotda olmayan fiziki şəxs tərəfindən imzalandıqdan sonra vergi ödəyicisində saxlanılır... 4.1. Elektron alış aktının uçotu hər bir vergi ödəyicisi üzrə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X1 Sistemi - AVİS vasitəsilə həyata keçirilir. Birinci instansiya məhkəməsi də məhz, qanunvericiliyin qeyd olunan müddəalarına istinadən qeyd etmişdir ki, “iddiaçı müvafiq elektron alış aktını tərtib etməklə, habelə bu əməliyyatı vergi orqanına bəyan etməklə həmin əməliyyat üzrə vergi ödəyicisi kimi öz üzərinə düşən vəzifələri yerinə yetirmişdir. Satış dövriyyəsini müvafiq qaydada bəyan etmək mal satan kimi həmin fiziki şəxslərin vəzifəsidir və dövriyyəsini gizlətdiyi halda, müvafiq məsuliyyəti onlar daşıyır. Eləcə də məhkəmə vurğulamışdır ki, sözügedən alqısatqı əməliyyatları üzrə İddiaçı MMC-nin vergi hesabatı 2021-ci ilin mart ayının 31-dək bəyan edilmiş olsa da, 2020-ci ilin müvafiq dövrlərində elektron alış aktları vergi orqanına müəyyən edilmiş müddət ərzində təqdim olunmuş, lakin vergi orqanı elektron alış aktlarına münasibətdə münasibəti həmin dövrdə bildirməmişdir. Cavabdeh orqan iddiaçıya eyni dövr üzrə eyni əməliyyata görə eyni növ vergini müxtəlif məbləğlərlə olsa da, iki dəfə hesablamış və iki qərar qəbul etmişdir. Bu isə, qanunvericiliklə (Vergi Məcəlləsinin 37-ci maddəsində) nəzərdə tutulmur. Mübahisə predmeti olan qərarlardan birində – 6 may 2021-ci il tarixli qərarda vergi ödəyicisinin 10.456.526,84 manat məbləğində vergi borcunu bəyan etdiyinə istinad olunsa da, məhkəmə icraatında iddiaçı tərəf bu halı təkzib etmiş, cavabdeh inzibati orqan isə əksini təsdiqləyən sübut təqdim etməmişdir. Belə olan halda, işin məhkəmə araşdırılması ilə müəyyən edilir ki, İddiaçı MMC-nin sözügedən alqı-satqı əməliyyatları üzrə vergi ödəyicisi kimi hansı vəzifələri yerinə yetirməməsi barədə hazırkı iş üzrə sübutetmə yükü daşıyan cavabdeh inzibati orqan tərəfindən heç bir tutarlı sübut təqdim edilməmişdir. Məhkəmənin qənaətinə görə iddiaçıya mənfəət vergisinin hesablanması «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 11.1, 16, 58-ci maddələrinin, eləcə də Vergi Məcəlləsinin 37, 53.3-cü maddələrinin tələblərinin pozulması kimi qiymətləndirilməlidir. Odur ki, cavabdehin kameral vergi yoxlaması üzrə yuxarıda qeyd olunan əsaslarla əlavə vergi məbləğinin hesablanması barədə 5 may 2021ci il tarixli **********374000 nömrəli və 6 may **********03100 nömrəli qərarları – əlverişsiz inzibati aktı qanunsuz sayılmalıdır...” Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qeyd olunan mövqeyi ilə razılaşır. Çünki, iddiaçı üçün əlverişsiz olan cavabdehin tədqiq olunan hər iki qərarı “İnzibati icraat haqqında” 58.3-cü və 61.1-61.2 və 61.4-cü maddələrinin tələblərin uyğun əsaslandırılmamış və həmin qərarlarda iddiaçının vergi qanunvericiliyinin pozulmasında təqsirinin sübuta yetirildiyi müəyyən olunumur. “İnzibati icraat haqqında” Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. İPM-in 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Beləliklə də qeyd olunanlar nəzərə alan məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması ilə əsassız qərar çıxarıldığını mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun şikayəti təmin olunmadan, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1184/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 69, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1184/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Hazırkı qərardan təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-iqtisadi kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-234/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-234/2023
02.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver