Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-234/2025 19.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının dayandırılması barədə qərarın ləğv edilməsi və pensiya ödənişinin bərpa edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X5 Cəmilovanın sədrliyi və məruzəsi ilə, X2 və X4 ibarət tərkibdə, Alıcanlı-Yusifli Sevinc Mahir qızının katibliyi ilə, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə qərarın ləğv edilməsi ilə bağlı qəbul edilmiş qərarın və əmək pensiyasının dayandırılması barədə qərarın ləğv edilməsi, pensiya ödənişinin bərpa edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3661/2024 saylı 16 aprel 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 19 fevral 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı xx.xx.1960-cı il təvəllüdlüdür. DSMF Sabunçu rayon Şöbəsi tərəfindən iddiaçıya xx.xx.2012-ci il tarixdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialının xx.xx.2021-ci il tarixli **********6 nömrəli qərarı ilə iddiaçının əmək pensiyası dayandırılmış və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1469/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə həmin qərar ləğv edilərək iddiaçının əmək pensiyası bərpa olunmuşdur. Bundan sonra cavabdeh tərəfindən iddiaçıya xx.xx.2023-cü il tarixli 3-17-1/2-Ə- 128871/2023 nömrəli “Əmək pensiyası hüququna baxılmasında mülahizənin dinlənilməsi üçün Mərkəzi Filiala dəvət haqqında” məktub ünvanlanmışdır. Cavabdeh “Dövlət Sosial Müdafiə Fondunun Sabunçu rayon Şöbəsinin əmək pensiyası təyin edən komissiyasının İddiaçı əmək pensiyası təyin edilməsi haqqında qərarının ləğv olunması haqqında” xx.xx.2023-cü il tarixli 3-17- 1/3-3-14771/2023 nömrəli qərarına əsasən İddiaçı əmək pensiyası təyin edilməsi haqqında qərar “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 21.2-ci, 67,1-ci və 67.8-ci maddələrinin tələblərinə uyğun qaydada ləğv edilməsi adıçəkilən şəxsə əmək pensiyasının ödənişinin dayandırılması və ona artıq ödənilmiş pensiyanın məbləğinin müəyyən edilməsi, “İnzibati icraat haqqında” Qanununun 67.13-cü maddəsinin tələblərinə uyğun qaydada şəxsə məlumat verilməsi barədə qərar qəbul edilmişdir. Cavabdeh tərəfindən iddiaçının nümayəndəsinə 17 avqust 2023-cü il tarixli 3- 17- 1/2-H-188052/2023 nömrəli məktub ünvanlanaraq bildirilmişdir ki, araşdırma zamanı, İddiaçı vaxtilə pensiya təyin edilərkən təqdim olunmuş 10 may 1984-cü il tarixli İT-İ ******* nömrəli əmək kitabçasında "xxxx" ASC-də xx.xx.1985- xx.xx.1990-cı il tarixləri arasındakı dövr ərzində əyrici, xx.xx.1990-xx.xx.1990-cı il tarixləri arasındakı dövr ərzində tikişçi, xx.xx.1990-xx.xx.1999-cu il tarixləri arasındakı dövr ərzində boyaq-bəzək istehsalatında qəbuledici çəkici vəzifələrində işlədiyinin qeyd olunduğu müəyyən edilib. İddiaçı işlədiyi vəzifələr Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərar ilə təsdiq olunmuş Siyahıda nəzərdə tutulmayıb. Bu səbəbdən də, İddiaçı tələb olunan güzəştli iş stajı yoxdur. Göstərilən uyğunsuzluğa baxmayaraq, İddiaçı 52 yaşının tamamlandığı xx.xx.2012-ci il tarixindən Fondun Sabunçu rayon Şöbəsi tərəfindən qanunvericiliyə zidd olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilib. “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsinin 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan redaksiyasına əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Qeyd olunanlara əsasən sözügedən maddənin tələbləri nəzərə alınmaqla İddiaçı ümumilikdə 10190,04 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmiş və həmin artıq ödənilmiş pul vəsaitinin könüllü şəkildə büdcəyə (bank rekvizitləri əlaəv olunur) qaytarmağını xahiş edirlər. Əlavə olaraq bildirilmişdir ki, qeyd edilənlərlə bağlı İddiaçı tərəflərindən 7 iyun 2023-cü il tarixli 3-17-1/2-Ə-128871/2023 nömrəli məktub ünvanlanıb. Bundan sonra İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı cavabdehin xx.xx.2023-cü il tarixli 3-17-1/3-3-14846/2023 saylı əmək pensiyasının dayandırılması haqqında qərarının ləğv edilməsi, pensiya ödənişinin bərpa edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının əsaslandırması: İddia onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialının xx.xx.2021-ci il tarixli **********6 nömrəli qərarın ləğv edilməsi, hərəkətlərin qanunsuz hesab edilməsi, pensiyanın dayandırıldığı xx.xx.2021-ci il tarixindən bərpa edilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialına həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1469/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə iddiası təmin edilmişdir. ƏƏSMNnin DSMF -nun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialı (bundan sonra cavabdeh) apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2299/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya mıhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Cavabdeh bu qərarla da razılaşmamış və kassasiya şikayəti verərək Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)- 2299/2022 saylı qərarının ləğv edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli 2-1(102)-2390/2022 saylı qərarı ilə ƏƏSMN-nin DSMF-nun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialının kassasiya şikayəti təmin edilməmişdir. Bundan sonra 2023-cü ilin mart ayından pensiya təyin edilmiş 327,21 manatdan ödənişlər edilmişdir, xx.xx.2023-cü il tarixində qanunsuz olaraq pensiya məbləği dayandırılmışdır. Dayandırmanı o, 2023-cü ilin avqust ayında bildikdə dərhal cavabdehə və məhkəməyə ərizə ilə müraciət etmişdir ki, cavabdeh cərimə edilsin, cərimə edilmə barədə ərizə ilə məhkəməyə müraciət etdikdən 2 ay sonra 2023-cü ilin oktyabr ayında 3 ayın ödənişi bir dəfəyə ona ödənilmişdir. Hazırda da, xx.xx.2023-cü il tarixli 3-17- 1/3-3-14846/2023 saylı əmək pensiyasının dayandırılması haqqında qərarın olması məlum olmuşdur, buna görə də, əmək pensiyasının verilməsində problemlər yaranmışdır. 142 qaynar xətti ilə noyabr ayında əlaqə saxlanılmış və bildirilmişdir ki, pensiyası noyabr ayı üçün hesablanmamışdır və dayandırılmışdır. Əlavə olaraq qeyd edir ki, çalışdığı sahə zərərli olmuşdur, uzun illər bu sahədə çalışmışdır. Zərif -Mahud Kombinatda əyirici işləyərkən yun kələflərdən, sintetik və süni liflərin qarışığından iplərin əyrilməsi, tikişçi işlədiyi vaxtlarda isə yun parçalardan istifadə etmiş, qəbuledici işlədiyi vaxtlarda isə boyalı yun parçaları əl ilə yığıb qəbul etmək işlərində çalışmış, işi əsasən kombinatda əyirici, qəbuledici olmuşdur. İddiaçı zərərli işlərdə çalışdığı üçün məzuniyyət günləri almış, əmək haqqına əlavələr edilmişdir. Bütün bu kimi hallar əmək kitabçasında olan qeydlər və hazırki kombinatın hüquqi varisi tərəfindən təsdiq edilmişdir. Cavabdehin 50000 manat cərimə edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə cərimə edilmə barədə vəsatət təmin edilməmişdir. Məhkəmə qeyd etmişdir ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 1469/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı icra edilmişdir, ona görə də, cavabdehə cərimə tətbiq edilməsi mümkün deyildir, çünki cavabdeh yeni qərarla pensiya ödənişini dayandırmışdır. Məhkəmə iclasında qərardad qəbul etdikdən sonra məlum olmuşdur ki, cavabdehin belə bir qərarı vardır, onun nümayəndəsi cavabdehə müraciət edəndə belə bir qərarın olması barədə məlumat verilməmişdir, sadəcə xx.xx.2023-cü il tarixli cavabdehin məktubunda dayandırılmadan yazılmışdır. Cərimə edilmə barədə ərizəyə baxışda məlum olmuşdur ki, xx.xx.2023-cü il tarixli qərar vardır və həmin qərarı cavabdeh məhkəməyə təqdim etmişdir. Cavabdehin etirazları: Cavabdeh tərəfindən iddiaya dair yazılı etiraz onunla əsaslandırılmışdır ki, iddiaçıya vaxtilə əmək pensiyası təyinatı aparılarkən əsas götürülmüş halların pensiya qanunvericiliyinin tələblərinə uyğunluğu tərəflərindən araşdırılmışdır. Sözügedən araşdırma zamanı, vaxtilə iddiaçıya pensiya təyin edilərkən təqdim olunmuş 10 may 1984cü il tarixli MT-İ ******* nömrəli əmək kitabçasında "xxxx" ASC-də xx.xx.1985-xx.xx.1990-cı il tarixləri arasındakı dövr ərzində əyirici, xx.xx.1990-xx.xx.1990-cı il tarixləri arasındakı dövr ərzində tikişçi, xx.xx.1990-xx.xx.1999-cu il tarixləri arasındakı dövr ərzində boyaqbəzək istehsalatında qəbuledici çəkiçi vəzifələrində işlədiyinin qeyd olunduğu müəyyən edilib, iddiaçının işlədiyi vəzifələr Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərar ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulmayıb. Bu səbəbdən də, onun güzəştli iş stajı yoxdur. Göstərilən uyğunsuzluğa baxmayaraq, iddiaçıya Fondun Sabunçu rayon şöbəsi tərəfindən qanunvericiliyə zidd olaraq 52 yaşının tamamlandığı xx.xx.2012-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilib. Əlavə olaraq bildirilmişdir ki, məhkəmənin 9 mart 2022-ci il tarixli 2-1(112)-1469/2022 nömrəli qərarına əsasən 52 yaşının tamam olduğu 24 sentyabr 2012-ci il tarixindən 327,21 manat məbləğində güzəştli şərtlərlə yaşa görə əmək pensiyası bərpa edilib. Daha sonra “inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 28.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq, onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna yenidən baxılması üzrə inzibati icraata başlanılıb. Bununla əlaqədar, müvafiq inzibati icraatla bağlı mülahizələrinin dinlənilməsi üçün ona qanunvericiliyin tələbləri izahlı şəkildə göstərilməklə xx.xx.2023-cü il tarixli məktub göndərilməklə 16 iyun 2023-cü il tarixinədək Mərkəzi Filiala gəlməsi xahiş edilmişdir. Lakin mülahizənin dinlənilməsi üçün Mərkəzi Filiala gəlməmişdir. Sonra isə, ona vaxtilə pensiya təyin edilməsinə dair qəbul olunmuş qərar tərəflərindən ləğv olunub və güzəştli şərtlərlə yaşa görə əmək pensiyası ödənişinin 2023-cü ilin iyul ayından dayandırılması haqqında inzibati akt qəbul edilib. Əlavə olaraq bildirilmişdir ki, Fondun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən iddiaçıya Qanunun 11-ci maddəsinə əsasən xx.xx.2021-ci il tarixindən əlilliyə görə əmək pensiyası təyin edilib. Qanunun 39.1-ci maddəsinin 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan redaksiyasına əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyasından son üç il üçün tutulur. Qeyd olunanlara əsasən, iddiaçıya son üç il üzrə 11014,55 manat artıq pul vəsaiti ödənildiyi müəyyən edilib. Həmin 11014,55 manat pul vəsaitinin büdcəyə bərpa edilməsi məqsədilə əmək pensiyasından tutulmanın aparılması üçün yazılı razılığını qısa müddətdə təqdim etməsi xahiş olunmuşdur. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3661/2024 saylı 16 aprel 2024-cü il tarixli qərarı ilə iddia təmin edilərək, İddiaçı barəsində cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Dövlət Sosial Müdafiə Fondunun Sabunçu rayon Şöbəsinin əmək pensiyası təyin edən komissiyasının İddiaçı əmək pensiyası təyin edilməsi haqqında qərarının ləğv olunması haqqında” xx.xx.2023-cü il tarixli 3-17-1/3-3- 14771/2023 nömrəli qərarının ləğv edilməsi və iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası ödənişinin bərpa edilməsi qərara almışdır. Həmin qərardan narazı qalan cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətlərinin dəlilləri: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra- Qanun) 9.1-ci maddəsinin 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) qadınlar 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda, bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin 29 iyun 2022-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin hazırda qüvvədə olan redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 10 ilini çalışmış qadınların həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsinə əsasən 63 yaş 6 ayına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə həmin Qanuna uyğun olaraq təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında" Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, 20 il ümumi iş stajı olan və bu stajın azı 10 ilini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş zərərli və ağır işlərdə çalışan 52 yaşı tamam olmuş qadınların güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Eyni zamanda bildiririk ki, iddiaçıya vaxtilə əmək pensiyası təyinatı aparılarkən əsas götürülmüş halların pensiya qanunvericiliyinin tələblərinə uyğunluğu tərəfimizdən araşdırılmışdır. Sözügedən araşdırma zamanı, vaxtilə iddiaçıya pensiya təyin edilərkən təqdim olunmuş 10 may 1984-cü il tarixli ИТ-İ ******* nömrəli əmək kitabçasında "xxxx" ASC-də xx.xx.1985- xx.xx.1990-cı il tarixləri arasındakı dövr ərzində əyirici, xx.xx.1990-xx.xx.1990-cı il tarixləri arasındakı dövr ərzində tikişçi, xx.xx.1990-xx.xx.1999-cu il tarixləri arasındakı dövr ərzində boyaq-bəzək istehsalatında qəbuledici çəkiçi vəzifələrində işlədiyinin qeyd olunduğu müəyyən edilib. İddiaçının işlədiyi vəzifələr Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərar ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulmayıb. Bu səbəbdən də onun güzəştli iş stajı yoxdur. Göstərilən uyğunsuzluğa baxmayaraq, iddiaçıya Fondun Sabunçu rayon şöbəsi tərəfindən qanunvericiliyə zidd olaraq 52 yaşının tamamlandığı xx.xx.2012-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilib. Bakı İnzibati Məhkəməsinin 9 mart 2022-ci il tarixli 2-1(112)- 1469/2022 nömrəli qərarına əsasən 52 yaşının tamam olduğu 24 sentyabr 2012-ci il tarixindən 327,21 manat məbləğində güzəştli şərtlərlə yaşa görə əmək pensiyası bərpa edilib. Fondun Sosial ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən iddiaçıya Qanunun 11-ci maddəsinə əsasən xx.xx.2021-ci il tarixindən əlilliyə görə əmək pensiyası təyin edilib. Qanunun 39.1-ci maddəsinin 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan redaksiyasına əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyasından son üç il üçün tutulur. Qeyd olunanlara əsasən, iddiaçıya son üç il üzrə 11014,55 manat artıq pul vəsaiti ödənildiyi müəyyən edilib. Həmin 11014,55 manat pul vəsaitinin büdcəyə bərpa edilməsi məqsədilə əmək pensiyasından tutulmanın aparılması üçün yazılı razılığını qısa müddətdə təqdim etməsi xahiş olunmuşdur. Azərbaycan Respublikası Bakı inzibati Məhkəməsinin 9 mart 2022-ci il tarixli 2-1(112)- 1469/2022 nömrəli qərarının icrası məqsədilə Mərkəzi Filial tərəfindən İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası bərpa edilərək 327,21 manat məbləğində müəyyən edilmiş, həmçinin ona ötən dövr üzrə ödənilməli olan 2934,00 manat pensiya məbləği hesablanmışdır. Həmin məbləğ adıçəkilən şəxsin əmək pensiyasının üzərinə əlavə edilərək müvafiq kart hesabına köçürülməklə sözügedən məhkəmə qərarının icrası tam başa çatdırılmışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 28.1.2-ci maddəsinə əsasən inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi inzibati icraatın başlanılması üçün əsas hesab olunur. Qeyd olunanları nəzərə alaraq, iddiaçıya vaxtilə təyin edilmiş güzəştli şərtlərlə əmək pensiyasının qanuna uyğunluğuna baxılması məqsədilə inzibati icraatın keçirilməsi zərurəti yaranıb. Buna görə də “İnzibati icraat haqqında" Qanunun 21.2-ci maddəsinə əsasən, iddiaçının pensiya hüququna yenidən baxılmasına əsas olan yuxarıda müəyyən edilmiş faktiki hallarla əlaqədar nəzərdə tutulan tədbirlər haqqında mülahizələrin dinlənilməsi üçün 16 iyun 2023-cü il tarixinədək Mərkəzi Filialın ünvan 4 ünvanında yerləşən Qəbul Mərkəzinə dəvət edilmişdir. Həmçinin iddiaçı barəsində xx.xx.2023-cü ildə əmək pensiyası təyin edilməsi haqqında qərarın ləğv olunması və əmək pensiyasının dayandırılması haqqında qərar qəbul edilmişdir. Tərəflərin izahatları: xx.xx.2025-ci il tarixdə keçirilən məhkəmə iclasında iddiaçı iştirak etməmiş və bu barədə məhkəməyə məlumat verməmişdir. İnzibati məhkəmə icraatının iştirakçısı hazırki işə iddiaçının iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Bununla bağlı məhkəmə kollegiyası İPM-nə əsaslanaraq hazırki işə İddiaçı iştirakı olmadan baxılmasını mümkün saymışdır. Cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin edilməməsini xahiş etmişdir. xx.xx.2025-ci il tarixdə İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərisəsi daxil olmuşdur. Ərizədə iddiaçı cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli 3-17-1/3-3-14846/2023 saylı Əmək pensiyasının dayandılması haqqında qərar və xx.xx.2023-cü il tarixli 3-17-1/3-3-14771/2023 saylı DSMF Sabunçu rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyanın İddiaçı əmək pensiyası təyin edilməsi haqqında Qərarının ləğv edilməsi haqqında qərarın (hər iki qərarın) ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi iddiaçının dəqiqləşmə ərizəsinin məhkəmə kollegiyası tərəfindən icraata qəbul edilməsinə etiraz etməmişdir. Bununla bağlı məhkəmə kollegiyasının qərardadı ilə iddia tələbi “cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli 3-17-1/3-3-14846/2023 saylı Əmək pensiyasının dayandılması haqqında qərar və xx.xx.2023-cü il tarixli 3-17-1/3-3- 14771/2023 saylı DSMF Sabunçu rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyanın İddiaçı əmək pensiyası təyin edilməsi haqqında Qərarının ləğv edilməsi, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası ödənişinin bərpa edilməsi” kimi qəbul olunmuşdur. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçı hazırda cavabdeh inzibati orqanın xx.xx.2023-cü il tarixli 3-17-1/3-3-14846/2023 saylı “Əmək pensiyasının dayandılması haqqında” və xx.xx.2023-cü il tarixli 3-17-1/3-3-14771/2023 saylı “DSMF Sabunçu rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyanın İddiaçı əmək pensiyası təyin edilməsi haqqında Qərarının ləğv edilməsi haqqında” qərarlarını mübahisələndirir. Həmin qərarların iddiaçı tərəfindən nə vaxt alınması iş materialları ilə müəyyən olunmur. İddiaçı isə məhkəməyə xx.xx.2023-cü il tarixdə müraciət etmişdir. Azərbaycan Respublikası İPM-nin 38.1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verilmiş hesab olunur və mümkündür. İşin faktiki hallarına görə, DSMF Sabunçu rayon Şöbəsi tərəfindən iddiaçıya xx.xx.2012-ci il tarixdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Sonradan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialının xx.xx.2021-ci il tarixli **********6 nömrəli qərarı ilə iddiaçının əmək pensiyası dayandırılmış və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1469/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə həmin qərar ləğv edilərək iddiaçının əmək pensiyası bərpa olunmuşdur. Daha sonra iddiaçıya münasibətdə xx.xx.2023-cü il tarixli 3-17-1/3-3- 14846/2023 saylı “Əmək pensiyasının dayandılması haqqında” və xx.xx.2023-cü il tarixli 3- 17-1/3-3-14771/2023 saylı “DSMF Sabunçu rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyanın İddiaçı əmək pensiyası təyin edilməsi haqqında Qərarının ləğv edilməsi haqqında” qərarlar qəbul edilmişdir. Hazırda iddiaçı həmin qərarları mübahisələndirir və güzəştli şərtlərlə yaşa görə əmək pensiyası ödənişinin bərpa edilməsini tələb edir. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən iddia təmin edilərkən cavabdeh qurumun yalnız xx.xx.2023-cü il tarixli 3-17-1/3-3-14771/2023 saylı “DSMF Sabunçu rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyanın İddiaçı əmək pensiyası təyin edilməsi haqqında Qərarının ləğv edilməsi haqqında” qərarı ləğv edilmişdir. Məhkəmə kollegiyası iddianın təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. “Hüquq münasibətlərinin yarandığı dövrdə (iddiaçıya pensiya təyin edildiyi vaxt) qüvvədə olmuş (xx.xx.2017-ci il tarixədək qüvvədə olan) “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinin redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 1.3-cü bəndinə görə 2017-ci ilin iyulun 1-dək pensiya hüququ əldə etmiş, lakin pensiya təyinatı üçün 2017-ci ilin 1 iyulundan sonra müraciət etmiş şəxslərə pensiya Qanunun həmin tarixədək qüvvədə olmuş normaları əsasında təyin edilir. Beləliklə, iddiaçının vəziyyətində xx.xx.2012-ci ildən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün həmin tarixədək 20 il ümumi iş stajı toplamalı, bunun 10 ilini zərərli işlərdə işləməli, həmçinin 52 yaş həddinə çatmalıdır ki, qeyd olunan şərtlər iddiaçıya münasibətdə ödənilmişdir. Sadalanan maddi hüquq normalarının tələbinə görə “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin b) bəndinə əsasən iddiaçıya pensiya təyin olunması üçün onun işlədiyi peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusi zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda nəzərdə tutulmalıdır. İş materiallarından müəyyən olunur ki, xx.xx.2012-ci il tarixə olan vəziyyətə iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması üçün qanunla müəyyən edilmiş bütün şərtlərin ödənilməsi əsas götürülərək, Dövlət Sosial Müdafiə Fondunun Sabunçu rayon Şöbəsinin qərarı ilə “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə xx.xx.2012-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Lakin sonradan həmin qərar DSMF XŞTİ üzrə Mərtkəzi Filialı tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli 3-17-1/3-3-14771/2023 saylı qərarla ləğv edilmiş, eyni zamanda həmin tarixdə qəbul edilmiş digər 3-17-1/3-3-14846/2023 saylı qərarla adıçəkilən şəxsə əmək pensiyasının ödənişinin dayandırılması qərara alınmışdır. Cavabdeh DSMF XŞTİ üzrə Mərtkəzi Filialı iddiaçıya vaxtilə xx.xx.2012-ci il tarixdən təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasını xx.xx.2023-cü il tarixli qərarla ləğv edərkən, eyni zamanda həmin tarixdə qəbul edilmiş digər qərarla adıçəkilən şəxsə əmək pensiyasının ödənişinin dayandırılması qənaətinə gələrkən cavabdeh tərəfindən iddiaçının nümayəndəsinə ünvanlanmış 17 avqust 2023-cü il tarixli 3-17-1/2-H- 188052/2023 nömrəli məktubda aşağıdakı hallara istinad etmişdi: Araşdırma zamanı, İddiaçı vaxtilə pensiya təyin edilərkən təqdim olunmuş 10 may 1984-cü il tarixli İT-İ ******* nömrəli əmək kitabçasında "xxxx" ASC-də xx.xx.1985xx.xx.1990-cı il tarixləri arasındakı dövr ərzində əyrici, xx.xx.1990-xx.xx.1990-cı il tarixləri arasındakı dövr ərzində tikişçi, xx.xx.1990-xx.xx.1999-cu il tarixləri arasındakı dövr ərzində boyaq-bəzək istehsalatında qəbuledici çəkici vəzifələrində işlədiyinin qeyd olunduğu müəyyən edilib. İddiaçı işlədiyi vəzifələr Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərar ilə təsdiq olunmuş Siyahıda nəzərdə tutulmayıb. Bu səbəbdən də, İddiaçı tələb olunan güzəştli iş stajı yoxdur. Göstərilən uyğunsuzluğa baxmayaraq, İddiaçı 52 yaşının tamamlandığı xx.xx.2012-ci il tarixindən Fondun Sabunçu rayon Şöbəsi tərəfindən qanunvericiliyə zidd olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilib. “Əmək pensiyaları haqqında” Qanununun 39.1-ci maddəsinin 1 yanvar 2023- cü il tarixindən qüvvədə olan redaksiyasına əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Qeyd olunanlara əsasən, sözügedən maddənin tələbləri nəzərə alınmaqla İddiaçı ümumilikdə 10190,04 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmiş və həmin artıq ödənilmiş pul vəsaitinin könüllü şəkildə büdcəyə (bank rekvizitləri əlaəv olunur) qaytarmağını xahiş edirlər. Əlavə olaraq bildirilmişdir ki, qeyd edilənlərlə bağlı İddiaçı tərəflərindən 7 iyun 2023-cü il tarixli 3-17-1/2-Ə-128871/2023 nömrəli məktub ünvanlanmışdır. Birinci instansiya məhkəməsinin sorğusuna əsasən cavabdeh tərəfindən 23 fevral 2024-cü il tarixli 3-17-1/2-43982/2024 nömrəli məktubla İddiaçı pensiya işinə dair sənədlərin təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir. Həmin sənədlərdən "xxxx" ASC tərəfindən verilmiş İR-406989 nömrəli 25 yanvar 2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı həqiqətən xx.xx.1985-ci ildən (əmr № 165; xx.xx.1985) xx.xx.1999-cu ilədək (əmr №27; xx.xx.1999) Bakı "xxxx" ASC-də 5-ci dərəcəli əyirici; tikişçi və qəbulediciçəkici peşələrində işləmişdir. İddiaçı kombinatda əyirici İşləyərkən əsas xammal yun, yun kələflərdən, köməkçi vasitələr sintetik və süni liflərin qarışığından iplərin əyrilməsini; tikişçi işləyərkən yun parçalardan istifadə etməklə, qəbuledici - çəkici işləyərkən boyaq-bəzək istehsalatında boyanmış yun parçanı əl ilə yığıb qəbul etmək, dəri xəzdən olan yarımfabrikat hazır məhsulun qəbuledicisi işləri ilə məşğul olmuş, zərərli işə görə əmək haqqısına əlavə almış, o cümlədən əmək məzuniyyətinə çıxarkən əlavə məzuniyyət günləri hüququna malik olmuşdur. Odur ki, İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 saylı xx.xx.2007-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəriciləri siyahısı”nın toxuculuq istehsalatı adlanan 32-ci bölməsinin əyiricilər (səh. 199-200), Yüngül sənaye adlanan 26-cı bölməsinin 26.7 bəndi qəbuledici peşəsi. Eləcə də, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 №-li, xx.xx.1993-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəriciləri siyahısı"nın 2 saylı Əlavəsində qeyd olunan toxuculuq istehsalatı dəzgah və maşınlarında çalışanlara əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların və peşələrin 2 saylı Əlavəsinin 2 saylı Siyahısına əsasən qəbuledici - kod 2210800a-17259, əyiricilər peşəsi - kod 221G0000-XX yüngül sənaye üzrə güzəştli şərtlərlə pensiya hüququ yaranmışdır. Əlavə olaraq bildirilmişdir ki, "xxxx" ASC-nin idarə binası sökülmüş, sənədlərin bir qismi Milli Arxiv İdarəsinə verilmiş, bir qismi də köç zamanı naməlum səbəblərdən itmişdir. Tələb etdikləri sənəd də, itmiş sənədlərin içərisində olmuşdur. Bu səbəbdən də, tələbedilən sənədin əslini, yaxud surətini təqdim edə bilmirlər. Əlavə olaraq bildirilmişdir ki, “Zərif-Mahud" ASC ləğvedilmə mərhələsindədir. Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin xx.xx.1997-ci il tarixli 1108 saylı qərarına əsasən "xxxx" kombinatı "xxxx" ATSC-nə, səhmdarların ümumi iclasının xx.xx.2012-ci il tarixli 01 saylı protokoluna əsasən "xxxx" ASC-nə çevrilmişdir. Göründüyü kimi, iddiaçıya təyin edilmiş pensiya bu barədə iddiaçının xeyrinə əlverişli inzibati aktın (xx.xx.2012-ci il tarixdən pensiya təyin olunması barədə qərarın) mövcud olmasına baxmayaraq cavabdeh inzibati orqan daxili nəzarət qaydasında öz təşəbbüsü ilə araşdırma apararaq “pensiya təyinatı ilə qanun pozuntusuna yol verildiyinə” istinad etməklə “İnzibati icraat haqqında” Qanunun tələblərinə riayət etmədən, inzibati icraatı lazımi qaydada aparmamış, barəsində inzibati icraatın aparıldığı şəxsi həmin icraata cəlb edib onu dinləməmiş, şəxsin məzmununa etimad göstərdiyi əlverişli inzibati aktı ləğv etmiş, eyni zamanda həmin əlverişli inzibati aktın icrasının dayandırılması barədə də ayrıca inzibati akt qəbul etmişdir. Qeyd olunanlarla da cavabdeh qurum iddiaçının konstitusion hüququ olan sosial təminat hüququna müdaxilə etmişdir. Halbuki inzibati orqanlar öz təşəbbüsü ilə inzibati akt qəbul edərkən də inzibati icraat aparırlar. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 28-ci maddəsi inzibati icraatın başlanması üçün əsasları müəyyən edir və onlardan biri də inzibati orqanların öz təşəbbüsü ilə inzibati icraat başlamasıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən inzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: fiziki və ya hüquqi şəxsin ərizəsi; inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət (28.1). Həmin Qanunun 21-ci maddəsinin tələbinə görə qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. Həmin Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 61.1-ci maddəsinə əsasən yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Həmin Qanunun 61.2-ci maddəsinə əsasən əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. Həmin Qanunun 64.1-ci maddəsinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 64.3-cü maddəsinə əsasən inzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Həmin Qanunun 67.4-cü maddəsinə əsasən qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. Həmin Qanunun 67.5-ci maddəsinə əsasən maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Həmin Qanunun 67.6-cı maddəsinə əsasən maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. Həmin Qanunun 67.7-ci maddəsinə əsasən bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. Hazırki işdə iddiaçıya xx.xx.2012-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması barədə qəbul edilmiş inzibati aktın “İnzibati icraat haqqında” Qanunun 67.6-cı maddəsində göstərilən hallarla bağlı əldə edildiyi müəyyən olunmur. Belə olan halda şəxsin həmin inzibati aktın məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu açıq- aşkardır. Digər tərəfdən, məhkəmə kollegiyası qeyd edir ki, inzibati orqan qüvvədə olan və mübahisələndirilə bilməyən əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi hər bir halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. Bu zaman inzibati orqan tərəfindən şəxsin həmin inzibati akta etimad hüququnun mövcudluğu, şəxsin etimadının qanunla qorunub-qorunmadığı da “İnzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də 67.5-67.13-ci maddələrinin müddəaları baxımından yoxlanılmalıdır. İnzibati orqan yalnız bu halların müəyyən edilməsindən sonra inzibati aktın ləğvi və ya dəyişdirilməsi və ya inzibati aktın ləğvi və ya dəyişdirilməsindən imtina barədə qərar (inzibati akt) qəbul etməyə haqlıdır. “İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsinə əsasən qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Həmin qayda bu Qanunun 67.6.1-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. Həmin Qanunun 67.13-cü maddəsinə əsasən qanunsuz inzibati aktın ləğv edilməsi haqqında maraqlı şəxsə bu Qanunun 62-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Təzələnmiş icraat nəticəsində qəbul edilən inzibati akt qanunvericiliyin müvafiq maddələrinə istinad edilməklə inzibati orqan tərəfindən əsaslandırılmalıdır. Şəxs inzibati orqanın hansı hallar əsasında inzibati aktı ləğv etdiyini və ya dəyişdirdiyini, bunun səbəblərini və bu zaman istinad olunan hüquq normalarını qərardan aydın görmək imkanına malik olmalıdır. Bunu şəxsin həmin qərardan müdafiə olunmaq və öz müdafiəsini səmərəli şəkildə həyata keçirmək hüququ tələb edir. İnzibati orqanın öz qərarını əsaslandırma vəzifəsi eyni zamanda və həm də səmərəli məhkəmə nəzarətinin həyata keçirilməsi məqsədlərinə xidmət edir. Qeyd edilən qayda ödənilmiş əmək pensiyası məbləğinin şəxsdən geri tələb olunması ilə bağlı hallara da tam şəkildə tətbiq olunur. Nəzərə almaq lazımdır ki, şəxsə ödənilmiş vəsaitin geri tələb olunması onun iqtisadi maraqları sferasına və əmlak hüquqlarına müdaxilə ilə bağlı olduğu üçün, inzibati orqan həmin pensiyanın təyin olunması barədə qərarın qəbulu ilə nəticələnmiş inzibati icraatı təzələməyə, icraat çərçivəsində pensiyanın artıq ödənilib-ödənilməməsini və bunun səbəblərini müəyyən etməyə, etimad hüququnun qorunması prinsipinin tələbləri və “İnzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də 67.5-67.13-ci maddələrinin müddəaları baxımından həmin məbləğin tələb edilməsinin mümkünlüyünü yoxlamağa və yalnız bundan sonra şəxsin razılığı və ya məhkəmə qaydasında geri tələb edilən məbləğ barədə qərar qəbul etməyə haqlı sayılmalıdır. “Əmək pensiyları haqqında” Azərbaycan Respublikası Qanunun (bundan sonra – ƏPQ) 39-cu maddəsinə əsasən: 39.1. Əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. 39.2. Bu Qanunun 39.1-ci maddəsində göstərilmiş əsaslarla əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ, başqa əsaslara görə tutulan məbləğlər nəzərə alınmadan, hər ay əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az, 20 faizindən artıq ola bilməz (bu Qanunun 39.3-cü maddəsi nəzərə alınmaqla). Əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az olduqda (bu Qanunun 39.3-cü maddəsi nəzərə alınmaqla) tam məbləğdə tutulur. 39.3. Bütün hallarda qanunvericiliklə müəyyən edilmiş cəmi tutulan məbləğ əmək pensiyaçısına veriləcək əmək pensiyası və əmək pensiyasına əlavənin məbləğinin 50 faizindən artıq olmamalıdır. 39.4. Borc ödənilib qurtarmamış əmək pensiyasının və əmək pensiyasına əlavənin verilməsi bu Qanunla müəyyən edilmiş hallarda dayandırılarsa, borcun qalan hissəsi könüllü və ya məhkəmə qaydasında qaytarılır. Qeyd edilən maddədən görünür ki, əmək pensiyaçısına artıq məbləğ ödənilmişsə, əmək pensiyaçısının razılığı olduqda pensiyanı təyin edən orqan bu barədə qərar qəbul etməklə artıq ödənilmiş məbləği əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən 20 faizinədək miqdarda tuta bilər. Əgər əmək pensiyaçısı belə razılıq verməzsə, onda bu məbləğ məhkəmə qaydasında tutulmalıdır. Lakin işdən müəyyən edilir ki, cavabdeh iddiaçıya artıq vəsait ödənildiyini müəyyən etmiş, həmin məbləğin ona ödənilməli olan əmək pensiyasından tutulması ilə bağlı onun razılığının olub- olmamasını araşdırmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İşin apellyasiya baxışı zamanı müəyyən olundu ki, birinci instansiya məhkəməsi cavabdeh inzibati orqanın “Dövlət Sosial Müdafiə Fondunun Sabunçu rayon Şöbəsinin əmək pensiyası təyin edən komissiyasının İddiaçı əmək pensiyası təyin edilməsi haqqında qərarının ləğv olunması haqqında” xx.xx.2023-cü il tarixli 3-17-1/3-3-14771/2023 nömrəli qərarını ləğv etsə də, həmin tarixdə qəbul edilmiş xx.xx.2023-cü il tarixli 3-17-1/3-3- 14846/2023 saylı “Əmək pensiyasının dayandılması haqqında” qərarına münasibət bildirilməmişdir. Məhkəmə kollegiyası tərəfindən iddiaçının hüquqi marağının həm də xx.xx.2023-cü il tarixli 3-17-1/3-3-14846/2023 saylı “Əmək pensiyasının dayandılması haqqında” qərarın ləğv edilməsinə yönəldiyini nəzərə alaraq iddiaçıya hüquqi yardım edilmiş və tələbini dəqiqləşdirməyi təklif olunmuşdur. xx.xx.2025-ci il tarixdə İddiaçı məhkəməyə “iddia tələbinin dəqiqləşdirilməsinə dair” ərizəsi daxil olmuşdur. Ərizədə iddiaçı cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli 3-17-1/3-3-14846/2023 saylı Əmək pensiyasının dayandılması haqqında qərarın və xx.xx.2023-cü il tarixli 3-17-1/3-3- 14771/2023 saylı DSMF Sabunçu rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyanın İddiaçı əmək pensiyası təyin edilməsi haqqında Qərarının ləğv edilməsi haqqında qərarın (hər iki qərarın) ləğv edilməsini xahiş etmişdir. Həmin dəqiqləşdirmə ərizəsi məhkəmə kollegiyasının müvafiq qərardadı ilə icraata qəbul olunmuşdur. Hazırki vəziyyətdə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi yuxarıda göstərilən əsaslandırmaya görə cavabdeh qurumun xx.xx.2023-cü il tarixli 3-17- 1/3-3-14771/2023 saylı “iddiaçıya əmək pensiyası təyin edilməsi haqqında Qərarının ləğv edilməsi haqqında” qərarın ləğv edilməsi ilə bağlı düzgün nəticəyə gəlsə də, həmin qərarla yanaşı cavabdeh qurumun qəbul etdiyi xx.xx.2023-cü il tarixli 3-17-1/3-3-14846/2023 saylı Əmək pensiyasının dayandılması haqqında qərara münasibət bildirməməsi kobud prosessual pozuntu kimi qəbul edilmir. Məhkəmə kollegiyası xx.xx.2023-cü il tarixli 3-17- 1/3-3-14846/2023 saylı Əmək pensiyasının dayandılması haqqında qərar ləğv edilmədən birinci instansiya məhkəməsinin ləğv etdiyi, yəni iddiaçının mübahisələndirdiyi digərxx.xx.2023-cü il tarixli 3-17-1/3-3-14771/2023 saylı “iddiaçıya əmək pensiyası təyin edilməsi haqqında Qərarının ləğv edilməsi haqqında” qərarın ləğv edilməsinin iddiaçının xeyrinə hüquqi nəticə verməyəcəyi qənaətindədir. Belə ki, xx.xx.2023-cü il tarixli 3-17-1/3- 3-14771/2023 saylı qərar ləğv edilmiş olsa belə, əmək pensiyasının dayandırılması ilə bağlı qəbul edilmiş xx.xx.2023-cü il tarixli 3-17-1/3-3-14846/2023 saylı qərar qüvvədə olduğu müddətdə iddiaçının güzəştlə şərtlərlə yaşa görə təyin edilmiş əmək pensiyasının bərpasından söhbət gedə bilməz. Bu səbəbdən iddiaçı apellyasiya baxışı zamanı əmək pensiyasının dayandırılması ilə bağlı qəbul edilmiş xx.xx.2023-cü il tarixli 3-17-1/3-3- 14846/2023 saylı qərarın ləğvi tələbini də irəli sürməkdə haqlı olmuşdur. Sözügedən qərarın da ləğv edilməsi üçün bu məhkəmə qərarının əsaslandırıcı hissəsində göstərilənlər əsas verir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh qurumun apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı “əmək pensiyasının dayandırılması ilə bağlı qəbul edilmiş xx.xx.2023-cü il tarixli 3-17-1/3-3- 14846/2023 saylı qərarın ləğv edilməsi“ göstərilməklə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3661/2024 saylı 16 aprel 2024-cü il tarixli qərarı “əmək pensiyasının dayandırılması ilə bağlı qəbul edilmiş xx.xx.2023-cü il tarixli 3- 17-1/3-3-14846/2023 saylı qərar ləğv edilsin” göstərilməklə dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova X7 Elvin Əliyev
Məhkəmə qərarları › İş №2-1(103)-234/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-234/2025
19.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver