Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2340/2023 21.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və X1 ibarət tərkibdə, Məmmədova Leyla Asəf qızının katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Vəkil, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyanın təyin edilməsi barədə” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1386/2022 saylı, 21 aprel 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hüququn yarandığı andan əmək şəraitinə görə güzəşti şərtlərlə yaşa görə əmək pensiyası təyin edilərək hesablanmaqla ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1963-cü ildə anadan olmuş, 1983-cü ildən əmək fəaliyyəti ilə məşğul olaraq xx.xx.1986-xx.xx.1987-ci illərdə (1 il 5 ay) Bakı stasionar dərin özüllərin dayaq hissələrinin istehsalı zavodunda 3 nömrəli sexində yarımavtomat maşınlarda 3-cü dərəcəli elektrik qaynaqçısı vəzifəsində, xx.xx.1987- xx.xx.1991-ci illərdə (3 il 6 ay 15 gün) Qaz Sənayesi Nazirliyi Bakı stasionar dərin özüllərin dayaq hissələrinin istehsalı zavodununun Tikinti-əl ilə qaynaq idarəsi (22.04.88-ci il tarixli 1/PO nömrəli əmrinə uyğun olaraq BDÖZ-nin TKİ-nin adı dəyişdirilərək "Şelflayihətikinti” LSTB adı verilib), xx.xx.1991-xx.xx.1996-cı illərdə (4 il 9 ay 15 gün) “Azərborukəmərtikinti” tresti TQİ-3 də 5-ci dərəcəli elektrik qaynaqçısı vəzifəsində, xx.xx.1997-xx.xx.2003-cü illərdə (5 il 8 ay) Ayxalsk tikinti-quraşdırma tresti “Almazı Rossii-Saxa” Səhmdar Cəmiyyəti Uzaq Şimal rayonu (Rusiya) Tİ-4-ə müvəqqəti əl ilə qaynaq üzrə 5-ci dərəcəli elektrik qaynaqçısı vəzifəsində, xx.xx.2003-xx.xx.2007-ci illərdə (4 il iki ay) "xxxx" LTD-də əmək müqaviləsinə əsasən qaynaqçı vəzifəsində, xx.xx.2011- xx.xx.2012-ci il illərdə (1 il 5 ay) H.Əliyev adına Bakı dərin özüllər zavodu özüllərin yığılması və quraşdırılması sexinin 1 saylı sahəsində 5-ci dərəcəli əl ilə qaynaqda elektrik qaynaqçısı, xx.xx.2012-xx.xx.2017-ci illərdə (4 il 4 ay 15 gün ) "xxxx" MMCdə bağlanmış əmək müqaviləsinə əsasən əl ilə qaynaq aparan elektrik qaynaqçısı, xx.xx.2018-ci il tarixdən bu günədək (3 il 2 ay) Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Neftqaztikinti” tresti 3 saylı Tikinti-Quraşdırma bölümündə bağlanmış əmək müqaviləsində nəzərdə tutulmuş şərtlərə uyğun olaraq 4 saylı tikinti-quraşdırma sahəsində ƏÖD-5 (beş) olmaqla müvəqqəti əl ilə qaynaqda elektrik qaynaqçısı vəzifələrində işləmişdir. İş məlumatlarından və arxiv arayışından da göründüyü kimi Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə 22 il 10 ay güzəştli şərtərə malik iş stajı var. Bununla əlaqədar cavabdehə edilmiş xx/xx.2021-ci ildə edilmiş müraciətinə xx.xx.2021-ci ildə verilmiş cavabda iddiaçının güzəştli şərtlərlə cəmi 7 il 2 ay stajının olması əsası ilə imtina edilməsinin hec bir hüquqi əsası yoxdur Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, iddiaçıya 57 yaşının tamam olduğu xx.xx.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini məhkəmədən xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İşin birinci instansiya icraatı zamanı cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1386/2022 saylı, 21 aprel 2022-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı 57 yaşının tamam olduğu xx.xx.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilmişdir. Qərardan narazı qalan cavabdeh inzibati orqan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının Mərkəzi Filiala təqdim etidiyi sənədlərdə qeyd olunan məlumatlardan göründüyü kimi, 1 yanvar 2006-cı il tarixinədək onun güzəştli iş stajı 12 il 6 aydan az () 7 il 2 ay 9 gün (xx.xx.1987- xx.xx.1990-cı il,xx.xx.1990xx.xx.1991-ci il, xx.xx.1992-xx.xx.1996-cı il tarixləri arasındakı dövrlər)) təşkil edir. Eyni zamanda iddiaçının təqdim etdiyi əmək kitabçasından görünür ki, xx.xx.1997-xx.xx.2003-cü illərdə (5 il 8 ay) Ayxalsk tikinti-quraşdırma tresti “Almazı Rosii-Saxa” səhmdar cəmiyyəti Uzaq Şimal rayonu (Rusiya Federasiyası) Tİ-4-ə müvəqqəti əl ilə qaynaq üzrə 5-ci dərəcəli elektrik qaynaqçısı vəzifəsində çalışmışdır. Qanunvericilikdə vətəndaşların başqa dövlətin ərazisində fəaliyyət dövrünün sığorta stajına daxil edilməsi şərtlərinə uyğun olaraq Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında sosial təminat sahəsində saziş qüvvəyə minmədiyindən iddiaçının Rusiya Federasiyasının ərazisində işlədiyi illərin iş stajına daxil edilməsi mümkün deyil. Bu səbəbdən də iddiaçının xx.xx.2006-cı il tarixinədək ümumi iş stajı da 25 ildən az təşkil edir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2546/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə apelyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-1386/2022 saylı iş üzrə qəbul etdiyi 21 aprel 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Qərardan cavabdeh tərəfindən kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-423/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə Kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 oktyabr 2022-ci il tarixli, 2-1(103)-2546/2022 nömrəli qərarı ləğv edilmiş və işin təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır. Ali Məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, ““Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında” Müqavilənin təsdiq edilməsi və “Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında pensiya təminatı sahəsində vətəndaşların hüquqlarının zəmanətləri haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Qanununun ləğv edilməsi haqqında 8 iyul 2022-ci il tarixdə yeni Qanun qəbul edilmiş və həmin Qanun 31 iyul 2022- ci il tarixdən qüvvəyə minmişdir. Həmin Qanunla 26 aprel 2022-ci il tarixdə imzalanmış “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında” Müqavilə təsdiq edilmişdir. Həmin müqavilənin 20-ci maddəsinin 1- 2-ci bəndlərinə əsasən müqavilənin qüvvəyə minməsi üçün bu Müqavilə ratifikasiya edilməlidir və bu Müqavilə ratifikasiya sənədlərinin mübadiləsi aparıldığı ay başa çatdıqdan sonrakı ikinci ayın birinci günü qüvvəyə minir. Lakin apellyasiya instansiya məhkəməsi iddiaçıya münasibətdə tətbiq olunduğu halda həmin Müqavilənin də Rusiya Federasiyasında ratifikasiya edilib-edilməməsini araşdırmamışdır.” Azərbaycan Respublikası İPM-nin 96.11-ci maddəsinə əsasən Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. İşin hazırkı apellyasiya icraatı zamanı məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçının vəkili apellyasiya şikayətinə etiraz edərək onun rədd edilməsini xahiş etdi. İşin hazırkı apellyasiya icraatı zamanı məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-1386/2022 saylı, 21 aprel 2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan: - İddiaçıya məxsus AZE ******** saylı şəxsiyyət vəsiqəsindən müəyyən edilir ki, İddiaçı xx.xx.1963-cü il tarixdə Azərbaycan Respublikasının Lerik rayonu Nüvədi kəndində doğulmuşdur. - İddiaçıya məxsus ИТ-İ № ******* saylı 20 iyul 1980-ci il tarixli əmək kitabçasının notarial qaydada təsdiqlənərək tərcümə edilmiş surətindən görünür ki, iddiaçı xx.xx.1981- ci il tarixdən xx.xx.1983-cü il tarixədək Sovet Ordusu sıralarında xidmət etmiş, xx.xx.1984-cü il tarixdən Bakı stasionar dərin özüllərin dayaq hissələrinin istehsalı zavodunda qaynaqçı şagirdi (Əmr 102/k 12.10.84), xx.xx.1984-cü il tarixdən Çerepovetsk metal konstruksiyalar zavodunda Köçürmə qaydasında 1 nömrəli yığım-qaynaq sexinə elektrik qaynaqçısının şagirdi (Əmr №243-k 23.10.84), xx.xx.1985-ci il tarixdən Yarımavtomat maşınlarda 2-ci dərəcəli elektrik qaynaqçısı (Əmr №107 xx.xx.1985), xx.xx.1985-ci il tarixdən Avtoqaynaq sexinə y/a maşınlarda 2-ci dərəcəli elektrik qaynaqçısı (Əmr №218-k 26.07.85), xx.xx.1985-ci il tarixdən avtoqaynaq sexində yarımavtomat maşınlarda 3-cü dərəcəli elektrik qaynaqçısı (Əmr №578 xx.xx.1985), xx.xx.1986-cı il tarixdən xx.xx.1986-cı il tarixədək Bakı stasionar dərin özüllərin zavodunda 3 nömrəli sexə yarımavtomat maşınlarda 3-cü dərəcəli elektrik qaynaqçısı (Əmr №115/k 1.04.86), xx.xx.1986-cı il tarixdən xx.xx.1987-ci il tarixədək Çerepovetsk metal konstruksiyalar zavodunda 3 nömrəli yığım-qaynaq sexinə yarımavtomat maşınlarda 4-cü dərəcəli elektrik qaynaqçısı (Əmr №187k xx.xx.1986), xx.xx.1987-ci il tarixdən xx.xx.1990-cı il tarixə qədər Qaz Sənayesi Nazirliyi Bakı stasionar dərin özüllərin dayaq hissələrinin istehsalı zavodununun Tikinti-əl ilə qaynaq idarəsində elektrik qaynaqçısı (Əmr №123k 29.09.87), xx.xx.1990-cı il tarixdən xx.xx.1991-ci il tarixə qədər “Şelflayihətikinti” LSTB elektrik qaynaqçısı (Əmr № 2/k 06.02.90), xx.xx.1991-ci ildən xx.xx.1992-ci il tarixə qədər “Azərborukəmərtikinti” tresti TQİ-3 də elektrik qaynaqçısı (Əmr №35/k 15.04.91), xx.xx.1992-ci il tarixdən xx.xx.1996-cı il tarixə “Azərborukəmərtikinti” tresti TQİ-1 də 5-ci dərəcəli elektrik qaynaqçısı (Əmr №42/k 7.05.92), xx.xx.1996-cı il tarixdən xx.xx.1996-cı il tarixədək (Əmr №42/k 7.05.92), xx.xx.1997-ci tarixdən xx.xx.1998-ci il tarixədək Ayxalsk tikinti-quraşdırma tresti “Almazı Rossii-Saxa” Səhmdar Cəmiyyəti Uzaq Şimal rayonu (Rusiya) Tİ-4-ə müvəqqəti əl ilə qaynaq üzrə 5-ci dərəcəli elektrik qaynaqçısı (Əmr №4 13.01.97), xx.xx.1998-ci il tarixdən xx.xx.2003-cü il tarixədək Ayxalsk tikinti-quraşdırma tresti “Almazı Rossii-Saxa” Səhmdar Cəmiyyəti Uzaq Şimal rayonunda elektrik qaynaqçısı (Əmr №568 29.09.98), xx.xx.2003-cü ildən xx.xx.2007-ci ilədək "xxxx" LTD-də əmək müqaviləsinə əsasən qaynaqçı (Ə/m 127122 xx.xx.2003), xx.xx.2007-ci il tarixdən xx.xx.2007-ci il tarixə qədər "xxxx" MMC-də Sumqayıt tikinti quraşdırma sahəsində 6-cı dərəcəli elektrik qaynaqçısı (Əmr №67/k xx.xx.2007), xx.xx.2010-cu il tarixdən xx.xx.2011-ci il tarixə qədər "xxxx" ASC-də “STP-nin Tikinti layihəsinin” 2 saylı Quraşdırma sahəsində 6-cı dərəcəli elektrik qaynaqçısı (Əmr №06/21ki 02.04.10), xx.xx.2011-ci ildən xx.xx.2012-ci il tarixədək H.Əliyev adına Bakı dərin özüllər zavodu özüllərin yığılması və quraşdırılması sexinin 1 saylı sahəsində 5-ci dərəcəli əl ilə qaynaqda elektrik qaynaqçısı (Əmr №467/k xx.xx.2011), xx.xx.2012-ci il tarixdən xx.xx.2017-ci il tarixədək "xxxx" MMC-də əl ilə qaynaq aparan elektrik qaynaqçısı (Ə/m xx.xx.2012 167174), xx.xx.2018-ci il tarixdən bu günədək Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Neftqaztikinti” tresti 3 saylı Tikinti-Quraşdırma bölümündə 4 saylı tikinti-quraşdırma sahəsində ƏÖD-5 (beş) olmaqla müvəqqəti əl ilə qaynaqda elektrik qaynaqçısı peşələrində işləmişdir. - "xxxx" tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli arayışından görünür ki, iddiaçı "xxxx" MMC-də xx/xx/2003-ci il tarixindən xx/xx/2007-ci il tarixinədək Qaynaqçı peşəsində işləmiş, Onunla bağlanmış əmək müqaviləsinə xx/xx/2007-ci il tarixində xitam verilmişdir (xx/xx/2007-ci il tarixli, 757/07 saylı Əmr). O, yenidən xx/xx/2012-ci il tarixindən xx/xx/2017-ci il tarixinədək Əl ilə qaynaq aparan elektrik qaynaqçısı peşəsində işləmiş, onunla bağlanmış əmək müqaviləsinə xx/xx/2017-ci il tarixində xitam verilmişdir (xx/xx/2017-ci il tarixli, 160/17 ir saylı Əmr). "xxxx" MMC xx/xx/2001-ci il tarixindən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən hüquqi qeydiyyata alınmış və əsas fəaliyyət növünü “stasionar dərin dəniz özüllərinin və özüllərin yuxan hissələrinin blok modullannın metalkonstruksiyalannın quraşdırılması” işlərinin icrası təşkil edir. Burada metalkonstruksiya işlərinin əsası polad vərəqələrdən metal boruların düzəldilməsi və quraşdınlması, qaynağı və dəmir-beton bloklarının hazırlanmasıdır. Beləliklə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli qəran ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatlann, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”, 35-ci hissədə (Ümumi peşələr), öz əksini tapmış “əl ilə qaynaq aparan elektrik qaynaqçılan” bəndinə əsasən İddiaçı güzəştli şərtlərlə xidmət illərinə görə təqaüd hüququ verən iş stajı yaranmışdır. Onun BOS Şelf MMC-də güzəştli əmək şəraitində iş müddəti 8 il 5 ay 15 gün təşkil edir. - SOCAR-ın xx.xx.2019-cu il tarixli SOCAR**********80020123X00058 saylı güzəştli arayışından görünür ki, iddiaçı “Şelflayihətikinti” LSTB-nin 1 saylı Tikinti Quraşdırma idarəsinin 1 №-li sahəsində xx.xx.1987-ci il tarixindən (xx.xx.1987-ci il tarixli 122/k nömrəli əmr) xx.xx.1990-cı il tarixinədək (xx.xx.1990-cı il tarixli 12/k nömrəli əmr) elektrik qaynaqçısı peşəsində işləmişdir. İş stajı - 2 il 4 ay. “Şelflayihətikinti” LSTB-nin İxtisaslaşdırılmış Tikinti Quraşdırma idarəsində xx.xx.1990-cı il tarixindən (xx.xx.1990-cı il tarixli 2/k nömrəli əmr) xx.xx.1991-ci il tarixinədək (xx.xx.1991-ci il tarixli 25/k nömrəli əmr) elektrik qaynaqçısı peşəsində işləmişdir. İş stajı - 1 il 2 ay 14 gün. “Şelflayihətikinti” LSTBnin 1 saylı Tikinti Quraşdırma idarəsinin 2 №-li sahəsində xx.xx.1992-ci il tarixindən (xx.xx.1992-ci il tarixli 42/k nömrəli əmr) xx.xx.1996-cı il tarixinədək (xx.xx.1996-cı il tarixli 1/k nömrəli əmr) elektrik qaynaqçısı peşəsində işləmişdir. İş stajı - 3 il 7 ay 26 gün. Heydər Əliyev adına Bakı dərin özüllər zavodu özüllərin yığılması və quraşdırılması sexində xx.xx.2011-ci il tarixindən (xx.xx.2011-ci il tarixli 467/k nömrəli əmr) xx.xx.2012-ci il tarixinədək (xx.xx.2012-ci il tarixli 1224/k nömrəli əmr) əl ilə qaynaqda elektrik qaynaqçısı peşəsində işləmişdir. İş stajı - 1 il 5 ay 7 gün. Texnoloji prosesə əsasən İddiaçı işlədiyi elektrik qaynaqçısı peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-cü il tarixli 12 saylı qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısfnm 35-ci bölməsində göstərilən əl ilə qaynaq aparan elektrik qaynaqçısı peşəsinə uyğundur və onun güzəştli şərtlərlə xidmət illərinə görə təqaüd hüququ verən iş stajı - 8 il 7 ay 17 gün təşkil edir. - SOCAR-ın xx.xx.2021-ci il tarixli SOCAR**********80020123X00098 saylı güzəştli arayışından görünür ki, iddiaçı xx.xx.2018-ci il tarixində (əmr № SOCAR/15- 2500/xx-xx-000132, xx.xx.2018-ci il) “Neftqaztikinti” trestinin 3 saylı Tikinti Quraşdırma bölümünə əl ilə qaynaqda elektrik qaynaqçısı peşəsinə işə qəbul edilmiş və hal-hazıradək həmin peşədə çalışır. İddiaçı əl ilə qaynaqda elektrik qaynaqçısı peşəsi üzrə iş stajı 2 il 11 ay 18 gün (iki il on bir ay on səkkiz gün) təşkil edir. - X6 tərəfindən verilmiş 59 saylı xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, iddiaçı 01 sentyabr 1978-ci il tarixində Lənkəran 113 №-li Texniki Peşə Məktəbinə təhsil müddəti 3-illik olan “geniş profilli traktorçu-maşınçı, kənd təsərrüfatı texnikasının təmiri üzrə çilingər ixtisası üzrə (əyani) qrupa qəbul edilmiş, xx.xx.1981-ci il tarixində məktəbi bitirimiş, bu barədə B-137072 nömrəli diplomu almışdır. - "xxxx" SC PSC Ayxalsk dağ-zənginləşdirmə kombinatı tərəfindən verilmiş “Sığorta pensiyaları haqqında” xx.xx.2013-cü il tarixli 400-FZ nömrəli Federal qanunun 30,32-ci maddələrinə uyğun olaraq əmək pensiyasının vaxtından əvvəl təyin olunması hüququnu verən staja hesab olunan iş dövrləri üzrə işin xüsusi xarakterini və ya əmək şəraitini dəqiqləşdirən arayışdan görünür ki, iddiaçı xx.xx.1998-ci il tarixdən (Əmr №568, xx.xx.1998-ci il) xx.xx.2003-cü il tarixədək (Əmr №3, xx.xx.2003-cü il) Uzaq Şimal Rayonunda "xxxx" SC (QSC) Ayxal dağ-zənginləşdirmə kombinatında İstilik elektrik şəbəkələri və mənzil təsərrüfatı müəssisəsinin TVK sahəsində kəsim və əl üsulu ilə qaynaq isləri üzrə elektrik-qaz qaynaqçısı vəzifəsində işləmişdir. “Sığorta pensiyaları haqqında” xx.xx.2013-cü il tarixli 400-FZ nömrəli Federal qanunun 30-cü maddəsinin 1-ci bəndi 1.1 yarımbəndinə uyğun olaraq, yaşa görə əmək pensiyasının vaxtından əvvəl təyin olunması hüququ verən iş stajı: 4 il 3 ay 4 gün təşkil edir. - SOCAR-ın xx.xx.2022-ci il tarixli SOCAR**********80020123X0026 saylı məktubundan görünür ki, iddiaçı Azərbaycan Respublikasının əmək pensiyası haqqında qanunvericiliyə uyğun olaraq, güzəştli şərtlə yaşa görə pensiya hüququ verən elektrik qaynaqçısı peşəsində: “Selflayihətikinti” LSTB-nin 1 saylı Tikinti Quraşdırma idarəsinin 1 №-li sahəsində xx.xx.1987-ci il tarixindən (xx.xx.1987-ci il tarixli 122/k nömrəli əmr) xx.xx.1990-cı il tarixinədək (xx.xx.1990-cı il tarixli 12/k nömrəli əmr), “Selflayihətikinti” LSTB-nin İxtisaslaşdırılmış Tikinti Quraşdırma idarəsində xx.xx.1990-cı il tarixindən (xx.xx.1990-cı il tarixli 2/k nömrəli əmr) xx.xx.1991-ci il tarixinədək (xx.xx.1991-ci il tarixli 25/k nömrəli əmr); “Selflayihətikinti” LSTB-nin 1 saylı Tikinti Quraşdırma idarəsinin 2 №-li sahəsində xx.xx.1992-ci il tarixindən (xx.xx.1992-ci il tarixli 42/k nömrəli əmr) xx.xx.1996- cı il tarixinədək (xx.xx.1996-cı il tarixli 1/k nömrəli əmr) işləmişdir. İşlədiyi peşə üzrə iş stajı 7 il 2 ay 10 gündür. İşlədiyi peşənin güzəştli pensiya hüququna əsas olan xüsusiyyətləri: polad metalkonstruksiyalarda, müxtəlif diametrli borularda, xüsusi hissələrdə, ayrı-ayrı birləşmələrdə, elementlərdə və dirsəklərdə şaquli “yuxarı” və şaquli “aşağı” qövs qaynağı işlərindən ibarət olmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 saylı qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının 2 №li əlavəsindəki XXXİİİ-ümumi peşələr bölməsində 23200000-19906 “əl ilə qaynaq aparan elektrik qaynaqçıları” vəzifə kodunda müəyyən edilmiş sahənin və peşənin xüsusiyyətləri ilə eynidir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2021-ci il tarixli **********6 saylı məktubu ilə iddiaçının müraciətinə və ona əlavə olunmuş sənədlərə aidiyyəti üzrə baxılaraq bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, 25 il ümumi iş stajı olan və bu stajın azı 12 il 6 ayını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş zərərli və ağır işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlardan göründüyü kimi 1 yanvar 2006-cı il tarixinədək onun güzəştli iş stajı 12 il 6 aydan az (7 il 2 ay 9 gün (xx.xx.1987-xx.xx.1990-cı il, xx.xx.1990-xx.xx.1991-ci il, xx.xx.1992-xx.xx.1996-cı il tarixləri arasındakı dövrlər)) təşkil etdiyindən iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatından imtina edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Belə ki, 01 yanvar 2006-cı il tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 13-cü maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər-55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa... Azərbaycan Respublikasının xx xxxx 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının 3.1-ci bəndinə görə sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. Qaydaların 3.2.1-ci bəndinə görə 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə müəyyən edilir. Qaydaların 3.6-cı bəndinə görə qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur. “Qaydalar”ın 4.1.10-cu bəndinə görə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq pensiya o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanuna əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi 2006-cı il yanvarın 1-dək qazanmış olsunlar. Sadalanan normaların tələbləri nəzərə alındıqda, yuxarıda qeyd edilən 2 nömrəli Siyahıya (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 №-li Qərarı ilə təsdiq edilmişdir) uyğun olaraq (kişilərə): - 55 yaşdan pensiya təyin edilməsi üçün, şəxs “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndində nəzərdə tutulmuş 25 illik ümumi və 12,5 illik xüsusi iş stajını 1997-ci il avqustun 1-dək qazanmış olmalıdır; - həmin stajların tam qazanılması 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək olan dövrə təsadüf etdikdə, yaş həddinin həmin dövrdə hər il 6 ay artırıldığı nəzərə alınır; - həmin stajlar 2000-ci ilin avqustun 1-dən 2006-cı il yanvarın 1-dək (“Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi tarixədək) olan dövrdə qazanıldıqda, güzəştli şərtlərlə yaşa görə pensiya 57 yaşdan təyin edilir. Beləliklə, iddiaçıya güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün 2 əsas şərt: 1) 57 yaşının tamam olması; 2) xx.xx.2006-cı il tarixə 25 illik ümumi və 12,6 illik xüsusi iş stajının toplanması. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya məxsus AZE ******** saylı şəxsiyyət vəsiqəsindən müəyyən edilir ki, İddiaçı xx.xx.1963-cü il tarixdə doğulmuşdur. İddiaçının 57 yaşı xx.xx.2020-ci il tarixdə tamam olmuşdur. Əmək kitabçasına əsasən, (hərbi xidmət və təhsil illəridə daxil olmaqla), iddiaçının ümumi stajı 25 ildən çoxdur ( (1981.xx.xx-1978.09.01 = 2 il 7 ay 23 gün ) + (1983.06.20- 1981.05.22 = 2 il 28 gün) + (1986.xx.xx-1984.10.24 = 1 il 8 ay 4 gün ) + (1987.09.07- 1986.07.22 = 1 il 1 ay 15 gün ) + (1990.xx.xx-1987.10.01 = 2 il 4 gün ) + (1991.04.15- 1990.02.01 = 1 il 2 ay 14 gün ) + (1992.xx.xx-1991.04.15 = 1 il 1 gün ) + (1996.01.02- 1992.05.07 = 3 il 7 ay 25 gün ) + ( 1996.xx.xx-1996.01.26 = 7 ay ) + ( 1998.06.18- 1997.01.04 = 1 il 5 ay 14 gün ) + (1998.xx.xx-1998.06.24 = 2 ay 20 gün ) + ( 2003.01.05- 1998.10.01= 4 il 3 ay 4 gün ) + ( 2006.01.01.-2003.02.18 = 2 il 10 ay 13 gün ) = 25 il 1 ay 10 gün ) Göründüyü kimi iddiaçının xx.xx.2006-cı ilə qədər toplanmış 25 ildən çox ümumi əmək stajı mövcuddur. Məhkəmə kollegiyası iddiaçının güzəştli iş stajı ilə bağlı qeyd edir ki, iddiaçının xüsusi iş stajı 12 il 6 aydan artıq olmaqla, ümumilikdə 16 il 04 ay 10 gündür. (xx.xx.1987-xx.xx.1990-cı (3 il 1 ay), xx.xx.1990- xx.xx.1991-ci (1 il 02 ay 14 gün), xx.xx.1992-xx.xx.1996-cı (3 il 7 ay 25 gün), xx.xx.1996- xx.xx.1996-cı (7 ay) illərdə “Şelflayihətikinti” LSTB-nin Tikinti Quraşdırma idarələrində, xx.xx.1997-xx.xx.1998-ci (01 il 05 ay 14 gün), xx.xx.1998-xx.xx.2003-cü illərdə (4 il 3 ay 5 gün) Ayxalsk tikintiquraşdırma tresti “Almazı Rossii-Saxa” Səhmdar Cəmiyyəti Uzaq Şimal rayonunda, xx.xx.2003-xx.xx.2006-ci illərdə ( 2 il 10 ay 13 gün) "xxxx" LTDdə əl ilə qaynaq aparan elektrik qaynaqçı peşələrində xx.xx.2006-cı il tarixədək) Hazırkı iş üzrə mübahisələndirilən hal ondan ibarətdir ki, cavabdeh iddiaçının xx.xx.2006-cı ilə qədər xüsusi iş stajının 12 il 6 aydan az olduğunu bildirir. İmtina məktubundan, etirazdan və apelyasiya şikayətindən görünür ki, cavabdeh iddiaçının 5 il 8 ay Ayxalsk tikintiquraşdırma tresti “Almazı Rosii-Saxa” səhmdar cəmiyyəti Uzaq Şimal rayonu (Rusiya Federasiyası) Tİ-4-ə müvəqqəti əl ilə qaynaq üzrə 5-ci dərəcəli elektrik qaynaqçısı vəzifəsində çalışdığı illərin xüsusi və ümumi iş stajına əlavə edilməli olmadığı qənaətindədir. Buna əsas olaraq da vətəndaşların başqa dövlətin ərazisində fəaliyyət dövrünün sığorta stajına daxil edilməsi şərtlərinə uyğun olaraq Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında sosial təminat sahəsində sazişin qüvvəyə minməməsini əsas göstərir. Məhkəmə kollegiyası qeyd edir ki, 08 iyul 2022-ci il tarixli “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında” Müqavilənin təsdiq edilməsi və “Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında pensiya təminatı sahəsində vətəndaşların hüquqlarının zəmanətləri haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Qanununun ləğv edilməsi haqqında” Qanunun: Maddə 1. Bu Müqavilənin məqsədləri üçün aşağıdakı anlayışlar bildirirlər: 1) “qanunvericilik” - Razılığa gələn Tərəflərin bu Müqavilənin 2-ci maddəsində nəzərdə tutulan münasibətləri tənzimləyən qanun və digər normativ hüquqi aktları; 2) “səlahiyyətli orqanlar” - bu Müqavilənin müvafiq Razılığa gələn Tərəfin ərazisində tətbiqi qaydasını müəyyən etməyə səlahiyyətli kimi tanınan orqanlar: Azərbaycan Respublikasında - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi; Rusiya Federasiyasında - Rusiya Federasiyasının Əmək və Sosial Müdafiə Nazirliyi; 3) “kompetent təşkilatlar” - Razılığa gələn Tərəflərin bu Müqavilənin 2-ci maddəsində nəzərdə tutulanlarla bağlı qanunvericiliyin tətbiqi həvalə edilmiş orqan və təşkilatları; 4) “sığortaolunan şəxs” - Razılığa gələn Tərəflərin qanunvericiliyinə əsasən sığortaolunan kimi tanınan şəxs; 5) “ailə üzvü” - Razılığa gələn Tərəflərin qanunvericiliyinə əsasən ailə üzvü kimi müəyyən edilən və ya hesab olunan şəxs; 6) “yaşayış (yaşama) yeri” - Razılığa gələn Tərəflərin ərazilərində Razılığa gələn Tərəflərin qanunvericiliyi ilə qanuni əsaslarla daimi və ya müvəqqəti yaşayış yeri kimi müəyyən edilən və ya hesab olunan yer; 7) “sığorta stajı” sığorta haqlarının hesablandığı və ödəndiyi əmək və (və ya) digər fəaliyyət dövrləri, habelə Razılığa gələn Tərəflərin qanunvericiliyinə əsasən pensiya hüququnun müəyyən edilməsi və pensiya məbləğinin hesablanması zamanı nəzərə alman digər dövrlər; 8) “pensiyalar” - bu Müqavilənin 2-ci maddəsində göstərilən, Razılığa gələn Tərəflərin qanunvericiliyi ilə nəzərdə tutulan pul ödənişləri; 9) “pensiya kapitalı” - Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq pensiya kapitalı kimi müəyyən edilən məbləğ; 10) “fərdi məlumatlar” - bilavasitə və ya dolayı olaraq müəyyən edilmiş və ya müəyyən edilən şəxsə (fərdi məlumatların subyekti) aid istənilən məlumat; 11) “fərdi məlumatların email” - avtomatlaşdırma vasitələrindən istifadə etməklə və ya belə vasitələrdən istifadə etmədən toplanması, qeydə alınması (yazılması), sistemləşdirilməsi, yığılması, saxlanması, dəqiqləşdirilməsi (yenilənməsi, dəyişdirilməsi), çıxarılması, istifadə edilməsi, ötürülməsi (yayılması, təqdim olunması, giriş hüququnun verilməsi), adsızlaşdırılması, bloklanması, silinməsi, məhv edilməsi də daxil olmaqla fərdi məlumatlarla həyata keçirilən hər hansı hərəkət (əməliyyat) və ya hərəkətlər (əməliyyatlar) məcmusu; Maddə 2. Bu Müqavilə aşağıdakılara dair hər iki Razılığa gələn Tərəfin pensiya təminatı haqqında qanunvericiliyi ilə tənzimlənən münasibətlərə şamil edilir: 1) Azərbaycan Respublikasında- yaşa görə əmək pensiyasına, əlilliyə görə əmək pensiyasına, ailə başçısını itirməyə görə əmək pensiyasına, habelə bu pensiyalara əlavələrə; 2) Rusiya Federasiyasında - bu Müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, qocalığa görə sığorta pensiyasına, əlilliyə görə sığorta pensiyasına, ailə başçısını itirməyə görə sığorta pensiyasına, həmçinin sığorta pensiyasına sabit ödənişə, sığorta pensiyasına sabit ödənişin qaldırılması və (və ya) artırılmasına və sığorta pensiyasına əlavəyə; yığım pensiyası və pensiya yığımının hesabına digər ödənişlərə; sosial pensiyalara; pensiyaya sosial (federal və ya regional) əlavəyə.
2. Bu Müqavilə bu maddənin 1-ci bəndində göstərilən pul ödənişlərinin təmin edilməsi üçün sığorta haqlarının ödənilməsi ilə bağlı Razılığa gələn Tərəflərin qanunvericiliyi ilə tənzimlənən münasibətlərə şamil olunur.
3. Bu Müqavilə bu maddənin 4-cü bəndində nəzərdə tutulan hallar istisna olmaqla, bu maddənin 1-ci bəndində qeyd edilən müddəaları dəyişdirən və ya tamamlayan pensiya təminatı haqqında qanunvericiliklə tənzimlənən münasibətlərə də şamil olunur.
4. Razılığa gələn Tərəflər başqa hal barədə razılığa gəlməmişdirlərsə, bu Müqavilə əhatə olunan şəxslərin dairəsinin genişləndirilməsi, habelə yeni pensiya təminatı növlərinin müəyyənləşdirilməsi baxımından bu maddənin 1-ci bəndində göstərilən halları dəyişdirən və ya tamamlayan qanunvericiliklə tənzimlənən münasibətlərə şamil olunmur.
5. Bu Müqavilə Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən hərbi qulluqçular və pensiya təminatında onlara bərabər tutulan şəxslərə, onların ailə üzvlərinə, həmçinin Azərbaycan Respublikasının qanunvericiliyi ilə xüsusi pensiya təminatı normaları müəyyən edilmiş digər kateqoriya işçiləri və onların ailə üzvlərinə şamil olunmur. Maddə 3. Bu Müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, bu Müqavilə onun 2-ci maddəsində nəzərdə tutulan pensiyalara münasibətdə Razılığa gələn Tərəflərin qanunvericiliyinin təsir dairəsinə düşmüş və ya düşən Razılığa gələn Tərəflərin vətəndaşlarına, həmçinin onların ailə üzvlərinə şamil olunur. Maddə 4. Bu Müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, Razılığa gələn Tərəflərdən birinin pensiya təminatı sahəsində qanunvericiliyinin tətbiqi zamanı digər Razılığa gələn Tərəfin vətəndaşları birinci Razılığa gələn Tərəfin vətəndaşları ilə bərabər hüquqlara malikdir və bərabər öhdəliklər daşıyırlar. Maddə 5. 1. Sığortaolunan şəxsin ərizəsinə əsasən təyin edilmiş pensiyalar ona bu pensiyaları təyin edən Razılığa gələn Tərəfin ərazisində ödənilə, yaxud digər Razılığa gələn Tərəfin ərazisinə köçürülə bilər.
2. Bu Müqavilədə başqa hal müəyyən edilməyibsə, Razılığa gələn Tərəflərin təyin etdiyi və ödədiyi pensiyalar sığortaolunan şəxsin digər Razılığa gələn Tərəfin ərazisində yaşaması ilə əlaqədar olaraq azaldıla, dayandırıla və ya ləğv edilə bilməz.
3. Bu Müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, sığortaolunan şəxsin bir Razılığa gələn Tərəfin ərazisindən digər Razılığa gələn Tərəfin ərazisində yaşamaq üçün köçdüyü zaman ona təyin olunmuş pensiyanı, o cümlədən pensiyaya ödəmələrin və artımların ödənişini onu təyin edən Razılığa gələn Tərəf davam etdirir.
4. Sığortaolunan şəxs daimi yaşayış üçün üçüncü dövlətə köçdüyü zaman pensiyanı təyin edən Razılığa gələn Tərəf sığortaolunan şəxsin seçiminə əsasən ona təyin olunmuş pensiyaları ya öz ərazisində ödəməyə davam edir, ya da digər Razılığa gələn Tərəfin ərazisinə köçürür.
5. Bu maddənin 1-4-cü bəndlərinin müddəaları aşağıdakılara şamil olunmur: Azərbaycan Respublikası üçün - əmək pensiyasının sığorta hissəsinə əlavələrə, Azərbaycan Sovet Sosialist Respublikasının ərazisində əmək fəaliyyəti dövrü üçün pensiya məbləğinə, habelə pensiya təminatı öhdəliyinin sığortaolunan şəxsin ərazisində yaşadığı dövlətə məxsus olmasını müəyyən edən beynəlxalq sazişin normalarının tətbiq edilməsi ilə nəzərə alınmış sığorta stajına görə hesablanmış pensiya məbləğinə; Rusiya Federasiyası üçün - sığorta pensiyasına müəyyən olunmuş sabit ödənişinə, pensiya hüquqlarının pul formasında valorizasiyasına, Rusiya Federasiyasının qanunvericiliyinə əsasən sığortaolunan şəxsin və (və ya) onun ailə üzvünün yaşayış yerinin nəzərə alınması ilə müəyyən edilən sığorta pensiyasına əlavələrə, habelə pensiya təminatı öhdəliyinin sığortaolunan şəxsin ərazisində yaşadığı dövlətə məxsus olmasını müəyyən edən beynəlxalq sazişin normalarının tətbiq edilməsi ilə nəzərə alınmış sığorta stajına əsasən hesablanmış pensiya məbləğinə.
6. Sığortaolunan şəxsin (onun ailə üzvünün) ölümü ilə əlaqədar olaraq almadığı pensiya məbləğlərini almaq hüququna malik olan şəxslər bu məbləğlərin alınması üçün müvafiq ərizə və lazımi sənədlərlə Razılığa gələn Tərəflərdən birinin kompetent təşkilatına müraciət edirlər.
7. Razılığa gələn Tərəflərdən birinin kompetent təşkilatı digər Razılığa gələn Tərəfin ərazisində pensiyanın ödənilməsini həyata keçirdiyi halda, köçürmə ilə bağlı xərcləri ödəyir. Maddə 6. 1. Bir Razılığa gələn Tərəfin qanunvericiliyinə görə pensiyaların təyin olunmasına və ya ödənilməsinə təsir edə biləcək hallar digər Razılığa gələn Tərəfin ərazisində baş verirsə, o zaman birinci Razılığa gələn Tərəf bu halları öz ərazisində baş vermiş kimi nəzərdən keçirir.
2. Bu Müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, Razılığa gələn Tərəflərdən birinin qanunvericiliyinə uyğun pensiyanın təyin olunması və ödənilməsi sığortaolunan şəxsin eyni vaxtda bu Müqavilənin 2-ci maddəsində nəzərdə tutulan həmin və (və ya) digər növ pensiyanın digər Razılığa gələn Tərəfin qanunvericiliyinə uyğun təyin olunması və ödənilməsi hüququna təsir etmir.
3. Rusiya Federasiyasında pensiyaya federal və ya regional sosial əlavənin tətbiq edilməsi zamanı Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən təyin edilmiş pensiyalar nəzərə almır.
4. Rusiya Federasiyasında sosial pensiya sığortaolunan şəxsin Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun təyin olunmuş pensiyaları almaması şərtilə Rusiya Federasiyasının qanunvericiliyinə uyğun təyin olunur və ödənilir. Rusiya Federasiyasında Azərbaycan Respublikasının vətəndaşlarına pensiya təyin olunarkən, onların Rusiya Federasiyasının ərazisində ən az bir il yaşaması şərtilə, hər iki Razılığa gələn Tərəfin ərazilərində yaşadığı dövrlər nəzərə alınır. Maddə 7. Bu Müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, bu Müqavilənin tətbiq edildiyi sığortaolunan şəxslərə münasibətdə yalnız ərazisində əmək (muzdlu iş) və (və ya) digər (qeyrimuzdlu iş) fəaliyyətlə məşğul olduqları Razılığa gələn Tərəfin qanunvericiliyi tətbiq edilir. Maddə 8. Bu Müqavilənin 7-ci maddəsinə aşağıdakı istisnalar müəyyən olunur: 1) hər iki Razılığa gələn Tərəfin ərazilərində əmək fəaliyyəti (muzdlu iş) ilə məşğul olan sığortaolunan şəxslərə ərazisində daimi yaşadıqları Razılığa gələn Tərəfin qanunvericiliyi şamil olunur; 2) Razılığa gələn Tərəflərdən birinin ərazisində, adətən işlədikləri təşkilatda əmək fəaliyyəti (muzdlu iş) ilə məşğul olan və bu təşkilat tərəfindən digər Razılığa gələn Tərəfin ərazisinə müəyyən dövr ərzində işləmək üçün göndərilən sığortaolunan şəxslərə ezamiyyət müddətində, lakin 24 aydan çox olmamaq şərti ilə, birinci Razılığa gələn Tərəfin qanunvericiliyi şamil olunur. Səlahiyyətli orqanlar arasında fərdi qaydada əldə edilmiş razılığa əsasən, sığortaolunan şəxsi göndərən Razılığa gələn Tərəfin qanunvericiliyinin qeyd olunan tətbiqi müddəti 24 aydan çox olmamaqla uzadıla bilər; 3) bu maddənin 2-ci bəndinin müddəaları digər fəaliyyət növləri (qeyri- muzdlu iş) ilə məşğul olan sığortaolunan şəxslərə də şamil olunur ….. Maddə 9. 1. Bu Müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, hər bir Razılığa gələn Tərəf öz qanunvericiliyinə uyğun olaraq onun ərazisində əldə edilmiş sığorta stajına (və ya Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq toplanmış pensiya kapitalına - Azərbaycan Respublikası üçün) görə pensiya təyin edir.
2. Razılığa gələn Tərəflər pensiya hüququnun müəyyən edilməsi zamanı onların ərazisində, habelə keçmiş Azərbaycan Sovet Sosialist Respublikasının və X4 Sosialist Respublikasının ərazisində əldə edilən sığorta stajını (və ya Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq toplanmış pensiya kapitalını - Azərbaycan Respublikası üçün) nəzərə alırlar. Bu Müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, Sovet Sosialist Respublikaları İttifaqının tərkibinə daxil olan digər respublikaların, habelə digər dövlətlərin ərazilərində əldə edilmiş sığorta stajı nəzərə alınmır.
3. Razılığa gələn Tərəflərdən birinin qanunvericiliyinə əsasən pensiya hüququ digər Razılığa gələn Tərəfin ərazisində əldə edilmiş sığorta stajı nəzərə alınmadan yaranırsa, birinci Razılığa gələn Tərəf pensiyanı onun ərazisində əldə edilmiş sığorta stajının əsasında təyin edir. Bu zaman sığorta stajının hesablanması və təsdiq edilməsi pensiyanı təyin edən Razılığa gələn Tərəfin qanunvericiliyinə əsasən həyata keçirilir.
4. Pensiyanı təyin edən Razılığa gələn Tərəfin qanunvericiliyinə əsasən əldə edilmiş sığorta stajı pensiya hüququnun müəyyən edilməsi üçün kifayət etmirsə, bu zaman digər Razılığa gələn Tərəfin, habelə pensiyanı təyin edən Razılığa gələn Tərəfin sosial təminat (pensiya sığortası) haqqında beynəlxalq saziş bağladığı üçüncü dövlətin qanunvericiliyinə əsasən əldə edilmiş sığorta stajı da nəzərə almır. Bu halda müvafiq sığorta stajı üçüncü dövlət tərəfindən təsdiq edilməlidir.
5. Pensiya hüququ bu maddənin 4-cü bəndinə uyğun müəyyən edilərkən əldə edilməsi dövrünə görə üst-üstə düşən sığorta stajı cəmlənmir.
6. Rusiya Federasiyasında pensiya hüququ bu maddənin 4-cü və 5-ci bəndlərinə uyğun müəyyən edilərkən fərdi pensiya əmsalının miqdarı Rusiya Federasiyasının, habelə keçmiş X4 Sosialist Respublikasının ərazisində əldə edilmiş staj müddətlərinə görə müəyyən edilir. Rusiya Federasiyasının qanunvericiliyinə əsasən fərdi pensiya əmsalının tələb olunan miqdarının təmin edilməməsi ilə əlaqədar pensiya hüququ yaranmadığı halda, Azərbaycan Respublikasının, Azərbaycan Sovet Sosialist Respublikasının ərazisində, habelə Rusiya Federasiyasının sosial təminat (pensiya sığortası) haqqında beynəlxalq müqavilə imzaladığı üçüncü dövlətin erazisində əldə edilən iş stajının hər ili üçün birə bərabər fərdi pensiya əmsalı tətbiq edilir. Bu zaman sığorta stajının bir ayı tam təqvim ili üçün əmsalın 1/12 hissəsini, bir günü isə tam təqvim ili üçün əmsalın 1/360 hissəsini təşkil edir.
7. Razılığa gələn Tərəflərdən birinin qanunvericiliyinə əsasən müəyyən ixtisas üzrə, müəyyən vəzifədə və ya müəyyən əmək şərtlərində və təşkilatlarda işlə əlaqədar olaraq pensiya hüququnun müəyyən edilməsi zamanı 1 yanvar 1991 -ci il tarixinədək keçmiş Azərbaycan Sovet Sosialist Respublikasının və X4 Sosialist Respublikasının ərazilərindəki iş dövrləri istisna olmaqla, digər Razılığa gələn Tərəfin ərazisində analoji iş dövrləri birinci Razılığa gələn Tərəfin ərazisindəki iş dövrləri ilə cəmlənmir, lakin ümumi əsaslarla sığorta stajı dövrü kimi nəzərə alınır. Maddə 11. 1. Bu Müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, hər bir Razılığa gələn Tərəf öz ərazisində əldə edilmiş sığorta stajına (və ya Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq toplanmış pensiya kapitalına - Azərbaycan Respublikası üçün) uyğun pensiya məbləğini öz qanunvericiliyinin müddəalarına əsasən hesablayır.
2. Pensiya məbləğinin Rusiya Federasiyasının qanunvericiliyinə görə hesablanması zamanı onun ərazisində və onun qanunvericiliyinə müvafiq olaraq, habelə keçmiş X4 Sosialist Respublikasının ərazisində əldə edilmiş sığorta stajı nəzərə alınır. Sovet Sosialist Respublikaları ittifaqının tərkibinə daxil olan digər respublikaların, habelə üçüncü dövlətlərin ərazisində əldə edilmiş staj nəzərə alınmır.
3. Pensiya məbləğinin Azərbaycan Respublikasının qanunvericiliyinə görə hesablanması zamanı onun ərazisində və onun qanunvericiliyinə müvafiq olaraq əldə edilmiş sığorta stajı və ya onun qanunvericiliyinə uyğun olaraq toplanmış pensiya kapitalı nəzərə almır. Keçmiş Azərbaycan Sovet Sosialist Respublikasının ərazisində əldə edilmiş staj yalnız sığortaolunan şəxs və ya onun ailə üzvləri pensiya təyin olunarkən Azərbaycan Respublikasının ərazisində yaşadığı halda nəzərə almır. Sovet Sosialist Respublikaları İttifaqının tərkibinə daxil olan digər respublikaların, habelə üçüncü dövlətlərin ərazisində əldə edilmiş staj nəzərə alınmır.
4. Rusiya Federasiyasının ərazisində və keçmiş X4 Sosialist Respublikasının ərazisində əldə edilmiş sığorta stajının müddəti sığorta pensiyası üzrə hüquqların müəyyən edilməsi üçün tələb olunan sığorta stajı müddətindən azdırsa, bu zaman sığorta pensiyasına sabit ödənişin məbləği, həmçinin sığorta pensiyasına sabit ödənişin artım məbləği və sığorta pensiyasına sabit ödənişin artımının artırılan məbləği Rusiya Federasiyasının ərazisində, habelə keçmiş X4 Sosialist Respublikasının ərazisində əldə edilən sığorta stajının faktiki müddətinin Rusiya Federasiyasının qanunvericiliyinə müvafiq olaraq sığorta pensiyası üzrə hüququn müəyyən edilməsi üçün tələb olunan sığorta stajı müddətinə olan nisbəti ilə müəyyən edilir.
5. Azərbaycan Respublikasının, habelə üçüncü dövlətin ərazisində yaşayan şəxslərə Rusiya Federasiyasının qanunvericiliyinə əsasən pensiyanın təyin olunması zamanı sığorta pensiyasına sabit ödəniş təyin edilmir, habelə pensiya hüquqlarının pul formasında valorizasiyası həyata keçirilmir. Maddə 20. 1. Bu Müqavilə ratifikasiya edilməlidir.
2. Bu Müqavilə ratifikasiya sənədlərinin mübadiləsi aparıldığı ay başa çatdıqdan sonrakı ikinci ayın birinci günü qüvvəyə minir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh apelyasiya şikayətində qeyd edilən sazişin qüvvəyə minməməsini əsas gətirərək iddiaçının müraciətinin təmin edilməsindən imtina edildiyini bildirmişdir. Eyni zamanda Ali Məhkəmənin hazırkı iş üzrə hüquqi göstərişlərində də göstərilən müqavilənin Rusiya Federasiyasında ratifikasiya edilib-edilməməsini araşdırılmalı hal olduğunu qeyd etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, işin hazırkı apellyasiya icraatı zamanı təqdim edilmiş “Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında Pensiya təminatı sahəsində əməkdaşlıq haqqında müqavilənin təsdiqi haqqında” X3 əsasən Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında 26 aprel 2022-ci il tarixdə imzalanmış Pensiya təminatı sahəsində əməkdaşlıq haqqında müqavilə təsdiq edilmişdir. (xx.xx.2023-cü il, № 59-FZ Moskva,Kreml) Həmçinin işin hazırkı apellyasiya icraatı zamanı təqdim edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Beynəlxalq əlaqələr departamentinin xx.xx.2023-cü il tarixli xidməti məktubunda Müqavilə xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikasında, xx.xx.2023-cü il tarixdə isə Rusiya Federasiyasında ratifikasiya edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda qeyd edilənlərə əsasən müəyyən edilir ki, göstərilən müqavilə hər iki dövlət ərazisində ratifikasiya edilmişdir Bu səbəbdən həmin Müqavilə hazırkı işə tətbiq edilməli və qeyd edilən dövlər də iddiaçının xüsusi və ümumi stajına hesablanmalıdır. Beləliklə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş və kollegiyanın iclasında öz təsdiqini tapmış işin həqiqi hallarından görünür ki, iddiaçının xx.xx.2006-cı il tarixədək 25 ildən çox ümumi stajı və 12,6 ildən çox güzəştli şərtlərlə iş stajı olduğundan güzəştli şərtlərlə pensiya təyin edilməsi hüququna malikdir. Beləliklə, iddiaçının tam əmək stajı xx.xx.2006-cı il tarixədək mövcuddur. Odur ki, iddiaçıya güzəştli şərtlərlə pensiya təyinatı zamanı “Əmək pensiyaları haqqında” qanunun 9.1-ci maddəsi deyil, “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının qanununun 13-cü maddəsinin birinci hissəsinin “b” bəndinin müddəaları tətbiq edilməli və güzəştli şərtlərlə pensiya təyinatı zamanı pensiya təyin edilən tarixə yalnız iki meyarın mövcudluğu nəzərə alınmalıdır: staj (25 il iş stajı, bu müddətin azı 12 il 06 ayını ilini əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə işləmişdir) və yaş (57 yaş). Çünki həmin maddənin pensiya kapitalının tələbi ilə bağlı tətbiqini Qanunun 9.8-ci maddəsi istisna edir. “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsində bu Qanun qüvvəyə mindiyi günədək güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərdən bəhs edilir. Sözügedən maddədə əvvəllər qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun yaş və stajla bağlı müddəalarının tətbiqi nəzərdə tutulmuşdur. Bəhs edilən normanın iddiaçıya münasibətdə tətbiq edilməsi onu ehtiva edir ki, iddiaçıya yaşı və (ümumi və xüsusi) stajı olduğu halda pensiya təyin edilməsi “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun müddəaları əsasında müəyyən edilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci və “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13cü maddələrinin müddəalarına uyğun hüquqi qiymətləndirmə aparmış və iddiaçıya 57 yaşının tamam olduğu xx.xx.2020- ci il tarixdən güzəştli şərtlərlə pensiya təyin edilməli olması nəticəsinə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1386/2022 saylı, 21 aprel 2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D I : Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1386/2022 saylı, 21 aprel 2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.