Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2341/2024 20.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı “sığorta haqlarının ödənilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X8 Cəmilovanın sədrliyi və məruzəsi ilə, X3 və X6 ibarət tərkibdə, X5-Yusiflinin katibliyi ilə, İddiaçı və onun nümayəndəsi X1, Üçüncü şəxsin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu üçüncü şəxs qismində göstərilməklə) “sığorta haqlarının ödənilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6230/2024 saylı 14 mart 2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 20 iyun 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu üçüncü şəxs qismində göstərilməklə Bakı şəhəri İcra Hakimiyyətinin 2014-2015-ci illər üçün Nəsimi rayon 62 saylı uşaq bağçasında aşpaz vəzifəsində işlədiyi zaman məcburi sosial sığorta ödənişlərinin ödənilməməsinin qanunsuz hesab edilməsi, 2014-2015-ci illər üçün Bakı şəhəri İcra Hakimiyyətinin tabeliyində olan Nəsimi rayon 162 saylı uşaq baxçasında aşpaz vəzifəsində işlədiyi dövr üçün ödənilməli olan məcburi sosial sığorta ödənişlərinin hesablanması və DSMF-yə köçürülməsi öhdəliyinin həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6230/2024 saylı 14 mart 2024-cü il tarixli qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır. Həmin qərardaddan narazı qalan İddiaçı tərəfindən şikayət verilərək, qərardadın ləğv edilərək işin mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Şikayətin dəlilləri Şikayət onunla əsaslandırılmışdır ki, iddiaçının iddiasının məzmunundan görünür ki, iddiaçının hazırkı iddianın qaldırılmasında məqsədi aidiyyəti üzrə ona müvafiq sosial müavinətin təyin edilməsi və buna səbəb kimi isə ona Dost mərkəzində məhz sözügedən işəgötürən tərəfindən sosial sığorta ödənişlərinin ödənilməməsi ilə bağlıdır. Əslində iddiaçının hazırda məqsədi ondan ibarətdir ki, ona müavinət yerinə müvafiq olaraq əmək pensiyası təyin edilsin. Belə vəziyyətdə məhkəmə iddiaçıya hüquqi yardım göstərib, müvafiq iddianın dəqiqləşdirilməsinə və uğurlu iddia qaldırmasına yardım etmək əvəzinə heç bir əsas və yardım göstərmədən sadəcə iddianı mümkünsüz saymışdır. Bununla da İPM-in 13-cü maddəsinin tələbini pozmuşdur. Beləliklə, yuxarıda qeyd olunanları nəzərə alıb hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən işdə olan sənədlərə düzgün hüquqi qiymət verməmiş, qanunsuz və əsassız məhkəmə aktı qəbul etmişdir. Tərəflərin izahatları İddiaçı və onun nümayəndəsi X2 iddia ərizəsini və apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək onun təmin edilməsini və qərardadın ləğv edilməsini xahiş etmişlər. Üçüncü şəxsin nümayəndəsi X9 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə iclası barədə cavabdeh lazımi qaydada məlumatlandırılsa da, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. İnzibati məhkəmə icraatının iştirakçıları hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə cavabdeh Bakı şəhər İcra Hakimiyyətinin nümayəndəsinin iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, hazırki işdə İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı tələbi “Bakı Şəhəri İcra Hakimiyyətinin 2014-2015-ci illər üçün Nəsimi rayon 62 saylı uşaq bağçasında aşpaz vəzifəsində işlədiyi zaman məcburi sosial sığorta ödənişlərinin ödənilməməsinin qanunsuz hesab edilməsi, 2014-2015-ci illər üçün Bakı şəhəri İcra Hakimiyyətinin tabeliyində olan Nəsimi rayon 162 saylı uşaq baxçasında aşpaz vəzifəsində işlədiyi dövr üçün ödənilməli olan məcburi sosial sığorta ödənişlərinin hesablanması və DSMF-yə köçürülməsi öhdəliyinin həvalə edilməsi” barədədir. Bununla bağlı o, məhkəməyə müraciət etmiş, lakin onun iddiası mümkün sayılmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın mümkün sayılmaması ilə bağlı gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Əvvəla qeyd olunmalıdır ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə səlahiyyətli məhkəməyə müraciət olunması, doğru iddia növünün və cavabdehin seçilməsi və s. bu kimi formal şərtləri araşdırdığı halda, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə əvvəlcə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr də, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 №-li qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (qərarın 1.1, 1.3, 1.4 və 2.1-ci bəndləri). İddianın mümkünlük şərtlərindən biri də iddianın qanunla müəyyən olunmuş müddətdə verilməsidir. İş materiallarından görünür ki, Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən İddiaçı ünvanlanmış 3-52/2-S-154-112/2023 saylı xx.xx.2023-cü il tarixli arxiv arayışında qeyd olunmuşdur ki, Bakı Şəhər İcra Hakimiyyətinin Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinin sənədləri arasında Nəsimi rayonu, 162 saylı uşaq bağçasında aşbaz vəzifəsində işləyən İddiaçı adına aşağıdakı maaş hesablanmışdır: 2014-ci il oktyabr ayında- 163,50 manat, noyabr ayında 171,00 manat, dekabr ayında 171,00 manat, 2015-ci il tarixdə yanvar ayında 171,00, fevral ayında 171,00 manat, mart ayında 171,00 manat, aprel ayında 171,00 manat, may ayında 171,00 manat, iyun ayında 171,00 manat, iyul ayında 171,00 manat avqust ayında 171,00 və sentyabr ayında 106,88 manat. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi uçot üzrə Mərkəzi Filialı tərəfindən Bakı şəhər İcra Hakimiyyətinə və surəti İddiaçı ünvanlanmış 3-17-1/2- 200986/2023 saylı xx.xx.2023-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin 4 saylı Bakı DOST Mərkəzinə ünvanlanmış, 24 08.2023-cu il tarixdə 3-17-1/1-S-195643/2023 nömrə ilə Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialında qeydiyyata alınmış İddiaçı müraciətinə baxılmışdır. İddiaçı müraciətində hüquqi varisi olduqları sığortaedən Bakı Şəhər İcra Hakimiyyətinin Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsi (SUN: **********5) tərəfindən xx.xx.2014-cü ildən 01 09.2015-cı ıl tarixədək xeyrinə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının öz əksini tapmadığını bildirmiş və bu məsələnin həllində köməklik göstərilməsini xahiş etmişdir. Araşdırma zamanı Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sığorta” (Hesabat) altsistemində Bakı Şəhər İcra Hakimiyyətinin Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinin 2014 və 2015-ci illər üçün təqdim etdiyi məcburi dövlət sosial sığorta haqqı uzrə sığortaolunanlar haqqında hesabatlarında İddiaçı məlumatlarının qeyd olunmadığı müəyyən olunmuşdur. İddiaçı müraciətinə əlavə etdiyi əmək kitabçasında xx.xx.2014-cü ildən xx.xx.2015-ci il tarixədək 162 nömrəli Körpələr Evi - Uşaq Bağçasında “aşpaz" vəzifəsində çalışdığı məlum olmuşdur. Əlavə araşdırma zamanı İddiaçı müraciətinə əlavə etdiyi təqdim edilmiş xx.xx.2023-cü il tarixdə 3-52/2-S-154-112/2023 nömrəli arxiv arayışında 2014-cü ilin oktyabr-dekabr, 2015-ci ilin yanvar-sentyabr ayları üzrə cəmi 1980.38 manat əmək haqqı aldığı müəyyən edilmişdir. “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanına sığortaolunanlar haqqında bu Qanunla müəyyən olunan məlumatları dürüst və müəyyən olunmuş müddətdə təqdim etmək sığortaedənin vəzifəsidir. Bakı Şəhər İcra Hakimiyyətinin Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Eviəri İdarəsi 2014 və 2015-ci illər üçün təqdim etdiyi məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında hesabatlarında İddiaçı məcburi dövlət sosial sığorta haqlarının səhv nəticəsində hansı işçi və ya işçilərin fərdi şəxsi hesablarında qeyd olunması müəyyənləşdirilərək, İddiaçı məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirlərinin, eləcə də ödənilmiş məcburi dövlət sosial sığorta haqqı üzrə məlumatlarının fərdi şəxsi hesabına işlənilməsi üçün yoxlanılmasına zərurət yaranan əlavə sənədlər (İddiaçınm və işçinin və ya işçilərin (səhvən qeyd edilən) "Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumat'larinin (06) (Forma B3), əmək kitabçalarının, əmək müqavilələrinin, əmək haqqı cədvəllərinin, əmək haqqı aldıqları bank hesabından çıxarışlarının, işə qəbul olunma, işdən azad edilmə və məzuniyyətdə olma əmrlərinin əsilləri ilə düzgünlüyünü təsdiq edən imza və möhürlə təsdiqlənmiş surətləri; sığortaedən Bakı Şəhər İcra Hakimiyyəti (SUN **********1) tərəfindən Filiala təqdim edildikdən sonra qeyd olunan məsələ ilə baglı araşdırılma aparılacaqdır. İddiaçının hazırki tələblə bağlı müraciətinə Bakı şəhər İcra Hakimiyyətinin 3-52/2- S154/2-112/2-t/1/2023 saylı xx.xx.2023-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, Nəsimi rayonu, 162 №-li uşaq bağçasında 2014-2015-ci illər üzrə aşpaz vəzifəsində işləyib aldığı maaş haqqında xx.xx.2023-cü il tarixli, 3-62/1-S-154-112/2023 nömrəli arxiv arayışı təqdim edilmişdir. Bakı Şəhər İcra Hakimiyyətinin Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinin əmr kitabları, əmək kitabçaları, əmək müqavilələri, bank hesabından çıxarışlar Bakı Şəhər İcra Hakimiyyətinin arxivində aşkar edilməmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası- bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Kollegiyasının 21 noyabr 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”na görə sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə-Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür (3.1-ci bənd); Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir (3.1.1ci bənd); Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur və “Sığortaolunanın fərdi uçot məlumatları əsasında sosial sığorta stajı və pensiya kapitalı barədə arayış” müvafiq formada təsdiq olunur (3.1.2-ci bənd). “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqandan (qurumdan) məcburi dövlət sosial sığorta haqları üzrə məlumat və hesabatlar almaq; məcburi dövlət sosial sığortanın məqsədləri üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təqdim etdiyi məlumatlar əsasında sığortaedənlərin uçotunu aparmaq sığortaçının vəzifəsidir. Həmin Qanunun 9-1.1-ci maddəsinə əsasən məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət, məcburi dövlət sosial sığorta haqları üzrə hesabatın vaxtında təqdim edilməməsinə, hesablanmış məcburi dövlət sosial sığorta haqlarının azaldılmasına və ya yayındırılmasına görə maliyyə sanksiyalarının tətbiqi, məcburi dövlət sosial sığorta haqqı üzrə yaranmış borcların alınması, məcburi dövlət sosial sığorta haqqının vaxtında ödənilməməsinə görə faizlərin hesablanması və artıq ödənilmiş məcburi dövlət sosial sığorta haqqının qaytarılması Azərbaycan Respublikasının Vergi Məcəlləsində vergilər üzrə müəyyən olunmuş qaydada həyata keçirilir. Həmin Qanunun 10-cu maddəsinə əsasən müəyyən edilmiş müddət daxilində sosial sığorta haqqını sığortaçıya ödəmək; bu Qanunun 14.5.1-1-ci maddəsində göstərilən fiziki şəxslər istisna olmaqla, sosial sığorta haqlarının uçotunu aparmaq və hər rüb üzrə rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq bu barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş formada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) hesabat vermək sığortaedənlərin vəzifələridir. Həmçinin qeyd olunmalıdır ki, iddiaçının Bakı şəhəri Nəsimi rayonu 162 №-li uşaq bağçasında 2014-2015-ci illərdə “aşpaz” vəzifəsində işlədiyi dövrdə “Sosial sığorta haqqında” Qanunun qüvvədə olmuş 18-ci maddəsinin 7, 8 və 9-ci bəndlərinə görə, məcburi dövlət sosial sığortası qaydalarını pozan sığortaedənlərə maliyyə sanksiyalarını tətbiq etmək; məcburi dövlət sosial sığorta haqqı ödənilmədikdə və ya ödənilməsi gecikdirildikdə sığortaedəni xəbərdar etmək, xəbərdarlıq müddətində bu hərəkətlər aradan qaldırılmadıqda hesablaşma və digər hesabları üzrə köçürmə əməliyyatlarının (büdcəyə və digər icbari ödənişlər istisna olmaqla) aparılmasını qanunvericilikdə müəyyən olunmuş qaydada dayandırmaq; ödəmə qabiliyyəti olmayan sığortaedənlərin fəaliyyətinin dayandırılması və əmlakının satılması yolu ilə məcburi dövlət sosial sığorta haqqı üzrə debitor borclarının ödənilməsi üçün iddia qaldırmaq məcburi dövlət sosial sığortası sahəsində idarəetməni həyata keçirən Dövlət Sosial Müdafiə Fondunun səlahiyyətinə aid edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 304.2-ci maddəsinə əsasən işəgötürən hər bir işçini onunla əmək müqaviləsi bağladığı zaman “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta olunmasını təmin etməlidir. Əmək müqaviləsində işçinin məcburi dövlət sosial sığorta olunması, o cümlədən onun əlavə sığorta olunub-olunmaması barədə müvafiq məlumatlar mütləq göstərilməlidir. Həmin Məcəllənin 307.1-ci maddəsinə əsasən işçilərin sosial sığorta olunması prinsipləri, sosial sığorta hadisələri və onların müəyyən edilməsi, sosial sığorta üzrə ödəmələrin növləri, sosial sığortanın iştirakçılarının hüquq və vəzifələri, məcburi dövlət sosial sığorta haqqı, ödəmələrin təyin edilməsinin şərtləri və qaydası, vəsaitlərin mənbələri, könüllü və əlavə sığorta üzrə ödəmələrin növləri, habelə sosial sığorta sahəsində digər münasibətlər bu Məcəllə ilə, “Sosial sığorta haqqında”, “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında" Azərbaycan Respublikasının qanunları və onların əsasında qəbul edilmiş başqa normativ hüquqi aktlarla tənzimlənir. Yuxarıda sadalanan maddi hüquq normalarının tələbinə görə, qanunla müəyyən edilmiş müddət daxilində sosial sığorta haqqını sığortaçıya ödəmək, sosial sığorta haqlarının uçotunu aparmaq və hər rüb üzrə rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq müvafiq orqana (quruma) hesabat vermək sığortaedənlərin, sığortaedənlərin və sığortaolunanların uçotunu aparmaq, məcburi dövlət sosial sığortası qaydalarını pozan sığortaedənlərə maliyyə sanksiyalarını tətbiq etmək; məcburi dövlət sosial sığorta haqqı ödənilmədikdə və ya ödənilməsi gecikdirildikdə sığortaedəni xəbərdar etmək, ödəmə qabiliyyəti olmayan sığortaedənlərin fəaliyyətinin dayandırılması və əmlakının satılması yolu ilə məcburi dövlət sosial sığorta haqqı üzrə debitor borclarının ödənilməsi üçün iddia qaldırmaq sığortaçının vəzifələrinə aid edilmişdir. Bununla yanaşı, işəgötürən hər bir işçini onunla əmək müqaviləsi bağladığı zaman “Sosial sığorta haqqında” Qanunla müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta olunmasını təmin etməlidir. Hazırki işdən müəyyən olunur ki, iddiaçı xx.xx.2014-cü ildən xx.xx.2015-ci il tarixədək 162 nömrəli Körpələr Evi - Uşaq Bağçasında “aşpaz" vəzifəsində çalışdığı dövr üzrə əmək haqqı alsa da, onun əmək haqqından məcburi dövlət sosial sığorta haqqı uzrə tutulmalar aparılsa da, Bakı Şəhər İcra Hakimiyyətinin Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinin 2014 və 2015-ci illər üçün təqdim etdiyi sığortaolunanlar haqqında hesabatlarında İddiaçı məlumatları qeyd olunmamışdır. Başqa sözlə, iddiaçının qeyd olunan dövr üzrə əmək haqqından məcburi dövlət sosial sığorta haqqı uzrə tutulmalar işəgötürən tərəfindən tutulsa da, sığortaçıya ödənilməmişdir. Halbuki yuxarıda da qeyd olunduğu kimi, həmin məcburi dövlət sosial sığorta haqqı uzrə ödəmələrin sığortaçıya ödənilməsi işəgötürən müəssisənin vəzifəsi olmuşdur. Digər tərəfdən, yuxarıda sadalanan maddi hüquq normalarının məzmunundan göründüyü kimi, işəgötürən tərəfindən işçilərin əmək haqqından məcburi dövlət sosial sığorta haqqı uzrə ödəmələrin vaxtı-vaxtında sığortaçıya ödənilməsinə və bu barədə hesabatın vaxtında təqdim edilməsinə nəzarət etmək sığortaçının vəzifəsinə aid edilmişdir. Bu vəzifənin yerinə yetirilməməsi ilə bağlı qanunvericilikdə maliyyə sanksiyalarının tətbiqi, məcburi dövlət sosial sığorta haqqı üzrə yaranmış borcların alınması, məcburi dövlət sosial sığorta haqqının vaxtında ödənilməməsinə görə faizlərin hesablanması nəzərdə tutulmuşdur. Odur ki, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, işçinin əmək haqqından məcburi dövlət sosial sığorta haqlarının tutulması və müvafiq orqana köçürülməsi işəgötürənin, belə köçürmələrin vaxtı-vaxtında edilməsinə nəzarət etmək isə qanunla sığortaçının vəzifəsinə aid edildiyindən, yəni həmin məsələlərin həlli qanunla səlahiyyət bölgüsü əsasında tənzimləndiyindən, hazırki vəziyyətdə iddiaçının keçmiş işəgötürəndən onun 2014-2015-ci illərdə işlədiyi vəzifə üzrə əmək haqqından məcburi sosial sığorta ödənişlərinin ödənilməməsinin qanunsuz hesab edilməsini, 2014-2015-ci illərdə işlədiyi dövr üzrə ödənilməli olan məcburi sosial sığorta ödənişlərinin hesablanması və DSMF-yə köçürülməsi öhdəliyinin işəgötürənə həvalə edilməsini tələb etməkdə subyektiv hüququ yoxdur. Bununla bağlı məhkəmə kollegiyası hesab edir ki, hazırkı iddianın qaldırılması üçün iddiaçının subyektiv hüququ olmadığından iddianın mümkünlük şərtləri ödənilməmiş sayılır və buna görə də iddia mümkünsüz sayılmalıdır. Qeyd olunanlarla bağlı birinci instansiya məhkəməsinin iddianın mümkün sayılmaması barədə gəldiyi nəticə düzgün olduğundan apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin 2-1(112)-6230/2024 saylı 14 mart 2024- cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. O ki qaldı apellyasiya şikayətinin dəlillərinə, həmin dəlillər əsassız olduğu üçün qəbul edilmir və məhkəmə kollegiyası hesab edir ki, həmin dəlillər qərardadın ləğv edilib, iddianın inzibati məhkəmə icraatı qaydasında mahiyyəti üzrə baxılması üçün əsas vermir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6230/2024 saylı 14 mart 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova X10 Elvin Əliyev
Məhkəmə qərarları › İş №2-1(103)-2341/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2341/2024
20.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver