Məhkəmə qərarları › İş №2-1(103)-2342/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2342/2024

20.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2342/2024 20.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Oruczadə Aytən Pənah qızı və Abbasova Günel Məhərrəm qızından ibarət tərkibdə, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “hasarlanma işlərinin aparılmasına maneə yaradılmasının aradan qaldırılması tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-18/2024 saylı xx.xx.2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “öhdəliyin icrası haqqında” iddia ərizəsi, sonradan isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Əzizbəyov (indiki Xəzər) RİH-nin 552 saylı, xx.xx.2011-ci il tarixli “Zirə qəsəbəsində vətəndaş İddiaçı torpaq sahəsinin icarəyə verilməsi və orada müvafiq tikililərin aparılmasına icazə verilməsi barədə” Sərəncamına əsasən İddiaçı istifadəsinə verilmiş Bakı şəhəri Zirə qəsəbəsi ərazisində yerləşən 1,5 ha torpaq sahəsinin digər torpaq sahələrindən təcrid edilməsi və gələcəkdə sənədləşdirilməsi məqsədi ilə hasarlanma işlərinin aparılmasına maneə yaradılmasının Xəzər RİH-yə qadağan edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini aşağıdakılarla əsaslandırmışdır: « Əzizbəyov RİH-nin 552 saylı, xx.xx.2011-ci il tarixli “Zirə qəsəbəsində vətəndaş Nuru Həsən oğluna torpaq sahəsinin icarəyə verilməsi və orada müvafiq tikililərin aparılmasına icazə verilməsi barədə” Sərəncamına əsasən, Bakı şəhəri, Zirə qəsəbəsi ərazisində yerləşən istifadəsiz, antisanitariya vəziyyətində olmuş 1,5 ha torpaq sahəsini təmiz sahəyə çevirərək sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq, orada müvafiq tikililərin aparılması məqsədi ilə istifadə etmək üçün İddiaçı icarəyə verilmişdir. Sonradan həmin torpaq sahəsi ilə bağlı tərəflər arasında 11 noyabr 2011-ci il tarixli icarə müqaviləsi imzalanmış və hal-hazırda həmin torpaq sahəsi onun icarəsində və istifadəsindədir. İstifadəsiz və antisanitariya vəziyyətdə olan həmin torpaq sahəsində, , külli miqdarda vəsait sərf dərək, təmizlik işlərinin görülməsi, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün hasara almaq istədikdə, Xəzər RİH-nin əməkdaşları heç bir rəsmi sənəd təqdim etmədən, qanunsuz və əsassız olaraq işlərin görülməsinin qarşısını almış, tikinti işlərinin aparılmasının qarşısını almışdır.. Müvafiq ərizə ilə cavabdehə müraciət etdikdə isə sonuncu tərəfindən xx.xx.2019-cu il tarixli, №1498 95M saylı məktubu ilə cavab verilmişdir ki, tikinti işlərinin aparılmasının qarşısının alınnaraq bu torpaq sahəsinə icarə hüququnun qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alındıqdan və həmin ərazidə inşa ediləcək tikilinin Azərbaycan Respublikası Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma İdarəsi ilə razılaşdırıldıqdan sonra müqavilədə qeyd olunmuş təyinatı üzrə tikinti işlərinin aparılmasının məqsədəmüvafiqdir…» Cavabdeh iddia ərizəsinə yazılı etirazında və ona verdiyi əlavədə iddianı əsassız hesab edərək rədd olunmasını məhkəmədən xahiş etmişdir. Etiraz aşağıdakılarla əsaslandırılmışdır: “…İddiaçının iddia tələbində irəli sürdüyü tələblər - 1.5 ha torpaq sahəsinin digər torpaq sahələrindən təcrid edilməsi və gələcəkdə sənədləşdirməsi məqsədi ilə hasarlanma işlərinin aparılması Xəzər RİHB-nın xx.xx.2011-ci il tarixli 552 saylı Sərəncamında və iddiaçı ilə bağlanmış 11 noyabr 2011-ci il tarixli icarə müqaviləsində nəzərdə tutulmamışdır. Bununla bağlı tərəflər arasında heç bir razılşama olmamışdır. Zirə qəsəbəsində yerləşən 1,5 ha torpaq sahəsinə dair icarə hüququnu qanunvericilikdə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına aldıqdan və həmin ərazidə inşa ediləcək tikilinin Azərbaycan Respublikası Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma İdarəsi ilə razılaşdırıldıqdan sonra müqavilədə qeyd olunmuş təyinatı üzrə tikinti işləri aparıla bilər...” Bakı İnzibati Məhkəməsinin 2-1(112)-18/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, Bakı şəhəri Cavabdeh 552 saylı, xx.xx.2011-ci il tarixli “Zirə qəsəbəsində vətəndaş İddiaçı torpaq sahəsinin icarəyə verilməsi və orada müvafiq tikililərin aparılmasına icazə verilməsi barədə” Sərəncamına əsasən İddiaçı istifadəsinə verilmiş Bakı şəhəri Zirə qəsəbəsi ərazisində yerləşən 1,5 ha torpaq sahəsinin digər torpaq sahələrindən təcrid edilməsi və gələcəkdə sənədləşdirilməsi məqsədi ilə hasarlanma işlərinin aparılmasına maneələrin yaradılması cavabdeh Bakı şəhəri Cavabdehnə qadağan edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın rədd olunması barədə yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayətləri İPM-in 85-ci maddəsinin tələbələrinə uyğun venilmişdir, apellyasiya icraatı mümkündür. Cavabdeh apellyasiya şikayətini aşağıdakılarla əsaslandırılmışdır: “…Xəzər RİH ilə İddiaçı arasında bağlanmış icarə müqaviləsi iddiaçıya torpaq sahəsinə mülkiyyət hüququnu vermir. Buna baxmayaraq Bakı İn/.ibati Məhkəməsi 2-1(112)-18/2024 saylı. xx.xx.2024-cü il tarixli qərarı iddiaçını mülkiyyətçi kimi qəbul edir və onun mübahisəli torpaq sahəsində hasarlanma işlərinin aparılması hüququnu tanıyır. Fikrimizcə, Bakı İnzibati Məhkəməsinin bu mövqeyi əsassızdır, çünki tərəflərin arasında bağlanmış olan icarə müqaviləsi icarəçiyə heç bir halda mülkiyyət hüququ vermir. İddiaçı torpaq sahəsinin mülkiyyətçisi olmadığından torpağın mülkiyyətçisinə aid olan torpaq sahələrinin hasarlanması hüququ üzrə iddiası yarana bilməz. İddiaçı Zirə qəsəbəsində yerləşən 1.5 ha torpaq sahəsinə dair torpaq sahəsinin hasarlanması hüququnu daşınmaz əmlakın dövlət reyestində dövlət qeydiyyatına aldıqdan və həmin ərazidə inşa ediləcək tikilinin Azərbaycan Respublikası Şəhərsalma və Arxitektura Komotəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma idarəsi ilə razılaşdırıldıqdan sonra tikinti işlərini apara bilər. Bununla yanaşı, yerli icra hakimiyyətlərinin bu hərəkətləri iddiaçının hüquqlarına müdaxilə kimi qiymətləndirilməməlidir, cavabdeh torpaq sahəsinin hasarlanmasının qarşısını almaqla onlara verilmiş dövlər şəhərsalma nəzarətini həyata keçirir, belə ki, bu nəzarətin məqsədlərindən biri də özbaşına tikililərin qarşısına almaqdır (648/375 saylı fərmanlar). Həmçinin, iddiaçıya torpaq sahəsinin digər torpaq sahələrindən təcrid edilməsi və gələcəkdə sənədləşdirilməsi məqsədilə hasarlaması ilə bağlı xx.xx.2011 -ci il tarixli. 502 saylı Sərəncamda müvafiq bənd və xx.xx.2011 -ci il tarixli icraə müqaviləsində hər hansı bir razılaşma yoxdur...” Məhkəmə kollegiyasının hazırkı iclasında iştirak edən cavabdehin nümayəndəsi Z.Əliyev apellyasiya şikayətinə uyğun izahat verərək şikayətin təmin olunmasını, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın rədd olunması barədə yeni qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının xx.xx.2024-cü il tarixli iclasrında iştirak edən iddiaçının nümayəndəsi vəkil K.R.Kamandarov elektron kabinet vasitəsilə cavabdehin apellyasiya şikayətinə etirazını məhkəməyə təqdim edildiyini qeyd edərək, şikayətin əsassız olduğunu və mübahisəli torpaq sahəsinə dair iddiaçının icarə hüququnun qeydiyyata alınmasının və plan ölçünün verilməsinin qeydiyyat orqanına həvalə olunması barədə qanuni qüvvəsini almış məhkəmə qərarının mövcud olduğunu bildirmiş və birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsi dinləyib, iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin olunmadan, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Konkret halda işin mübahisələndirilən halı ondan ibarətdir ki, cavabdeh orqan öz sərəncamına əsasən iddiaçıya ayrılmış 1,5 ha torpaq sahəsində sonuncuya hasarlanma tişinin aparılmasına maneçilik törədir, qarşısını alır. Belə ki, iddiaçıya ünvanladığı xx.xx.2019-cu il tarixli məktubunda birbaşa bildirir ki, icarəyə verilən torpaq sahəsi dövlət qeydiyyatına alınmadan orada hər hansı tikinti işləri aparalı bilməz. Məhkəmə kollegiyası aşağıdakılara görə hesab edir ki, cavabdehin hərəkətləri əsassızdır. Belə ki, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 55-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. İş materiallarından görünür ki qanunvericiliyin qeyd olunan tələblərinə müvafiq olaraq Xəzər RİH-nin “Zirə qəsəbəsində vətəndaş İddiaçı torpaq sahəsinin icarəyə verilməsi və orada müvafiq tikililərin aparılmasına icazə verilməsi barədə” 552 №li 11 noyabr 2011-ci il tarixli sərəncamı ilə iddiaçıya - Zirə qəsəbəsində istifadəsiz qalmış və antisanitariya vəziyyətində olan 1,5 ha torpaq sahəsinin abadlaşdırılaraq sahibkarlıqla məşğul olmaq məqsədilə istifadə etmək üçün icarəyə verilmiş, həmçinin orada müvafiq tikililərin aparılmasına icazə verilmiş və rayon RİH Başçısı Aparatının “Rayon Təsərrüfatı” şöbəsinə tapşırılmışdır ki, iddiaçı ilə qanunvericilikdə nəzərdə tutulmuş qaydada icarə müqaviləsinin bağlanmasını, iddiaçıya isə tapşırılmışdır ki, qeyd olunan sahəni və onun ətrafını abadlaşdıraraq aidiyyatı üzrə istifadəsini təmin etsin. Həmin sərəncam əsasında tərəflər arasında 11 noyabr 2011-ci il tarixdə icarə müqaviləsi bağlanmışdır ki, həmin müqavilənin də 2.1-ci bəndinə əsasən “İcarəyəverən” müqavilə imzalandıqdan sonra icarəyə verilən torpaq sahəsini “İcarəçi”yə verir; 2.2-ci bəndinə əsasən “İcarəçi” icarəyə götürdüyü torpaq sahəsindəki istirahət obyektini genişləndirmək məqsədilə köməkçi tikililər apara bilər. 2.3-cü bəndinə əsasən “İcarəçi” verilən torpaq sahəsində bu müqavilədə göstərilən məqsədlər üçün istifadə edir. 5.1-ci bəndinə əsasən “İcarəçi” fəaliyyət göstərməsi məqsədilə icarəyə götürdüyü torpaq sahəsində müvafiq tikinti işləri apara bilər. 5.1-ci bəndinə əsasən müqavilə 11 noyabr 2011-ci il tarixdən 11 noyabr 2110-cu il tarixinə qədər olan müddətə bağlanmışdır. Torpaq Məcəlləsinin 58-ci maddəsinin 1-ci hissəsinə əsasən torpaq mülkiyyətçisinin, istifadəçisinin və ya icarəçisinin şəhərsalma, mənzil, ətraf mühitin və mədəni irsin mühafizəsi haqqında və digər müvafiq normativ-hüquqi aktlara uyğun olaraq, torpaq sahəsinə dair müəyyən edilmiş öhdəlikləri və məhdudiyyətləri yerinə yetirməklə, həmin sahədə tikinti aparmaq, müvəqqəti tikililər ucaltmaq, əldə etdiyi tikili və qurğuları sökmək və ya yenidən qurmaq hüquqları vardır. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Torpaq qanunvericiliyinin qeyd olunan tələblərindən göründüyü kimi, torpaq sahəsi üzərində hüququ yaranmasının birinci şərti torpağın yerdə sərəhədlərinin müəyyən edilməsidir. Bu baxımdan, iddiaçı cavabdehin sərəncamı və həmin sərəncam əsasında onunla bağlanmış müqavilə əsasında uzunmuddətli icarəsinə verilmiş torpaq sahəsini hasarlamaqda məqsədi bir növ ətraf torpaqlara münasibətdə sərhəddinin təsbit edilməsidir. Məhz bu mənada, həm sərəncamda, həm də icarə müqaviləsində tikinti işlərinə icazə” təfsir oluna bilər. Digər tərəfdən ən azından, Azərbaycan Respublikasının “Şəhərsalma və Tikinti Məcəlləsinin 79.1.3-cü maddəsinə əsasən hündürlüyü ən çoxu 2 metr 20 santimetr olan və qonşu torpaq sahəsi ilə sərhəddə və ya küçə boyunca hasarların (təbii və süni daşdan olan hasarlar da daxil olmaqla) tikintisinə icazə tələb olunmur. Üçüncü bir tərəfdən, iş materiallarından görünür ki, Bakı İnzibati Məhkəməsinin 27 oktyabr 2022-ci il tarixli 2-1(112)-158/2022 nömrəli qərarı ilə iddia təmin edilmiş, Xəzər RİHB-nın 552 saylı, 11 noyabr 2011-ci il tarixli sərəncamı və 11 noyabr 2011-ci il tarixli icarə müqaviləsinə əsasən iddiaçının icarəsinə verilmiş Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində yerləşən 1,5 ha torpaq sahəsi üzərində icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, reyestrdən çıxarışın və torpaq sahəsinin plan və ölçüsünün verilməsi vəzifəsi cavabdehə həvalə olunmuş və həmin qərəar Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28 aprel 2023-cü il tarixli, 2-1(103)-1556/2023 nömrəli qərarı ilə, həmin qərar da öz növbəsində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 1980/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. "xxxx" Şirkəti İrlandiyaya qarşıişdə Avropa İnsan hüquqları Məhkəməsi qrarı almışdır ki, “...müəyyən halların baş verəcəyini hüquqa uyğun olaraq gözləmə 1 saylı Protokolun 1ci maddəsinin müdafiə etdiyi hüquq sayıla bilər.. Ərizəçi 1978-ci ildə torpaq sahəsi almışdı və ümid edirdi ki, aldığı icazə əsasında ordada sənaye tikintisini həyata keçirəcəkdir. ...Ərizəçi nəzərədə tutulan tikinti işlərini həyata keçirəcəyinə hüquqa uyğun olaraq ümuid edə bilərdi və bu işd mübahisə predmeti torpaq sahəsi olduğuna görə onun ümidi 1 saylı Prtokolun 1-ci maddəsində nəzərədə tutulan mülkiyyət hüququnun bir komponenti hesab edilə bilərdi.” Beləliklə də qeyd olunanlar onu demyə əsas verir ki, iddiaçıya mübahisəli torpaq sahəsində hasarlama işlərinin həyata keçirilməsinə maneələr yaradılması onun qanunla qorunan mülkiyyət hüquqlarına müdaxilədir. İPM-in 73.1-ci maddəsinin qeyd olunan tələbinən isə görünür ki, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Odur ki, qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası, birinci instansiya məhkəməsi tərəfindən iddianın təmin olunaraq Bakı şəhəri Zirə qəsəbəsi ərazisində yerləşən 1,5 ha torpaq sahəsinin digər torpaq sahələrindən təcrid edilməsi və gələcəkdə sənədləşdirilməsi məqsədi ilə hasarlanma işlərinin aparılmasına maneələr yaradılması cavabdeh Bakı şəhəri Cavabdehnə qadağan edilməsi mahiyyəti üzrə düzgün nəticə kimi qiymətləndirir. Bu baxımdan, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin qərarının əsassız olduğunu, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarldığını mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 18/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və İPM-nin 68, 69, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-18/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar