Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2345/2024 23.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: “iş üzrə icraata xitam, mübahisənin artıq mövcud olmaması.”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər X3 (sədrlik edən və məruzəçi), X2 və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, Nizamli Aygün Ülviyyət qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “Prezident təqaüdünün əvvəlki illərə görə ödənilməsi” tələbinə dair inzibati iş üzrə cavabdeh tərəfindən verilmiş ərizəyə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı (bundan sonra – iddiaçı) xx.xx.2023-cü il tarixdə cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına (bundan sonra – cavabdeh) ərizə ilə müraciət edərək, xx.xx.2008-ci il tarixdən xx.xx.2014cü il tarixədək olan müddət üçün Azərbaycan Respublikası Prezidentinin xx.xx.2008-ci il tarixli 823 nömrəli Fərmanı ilə nəzərdə tutulan Azərbaycan Respublikası Prezidenti təqaüdünün hesablanaraq ona ödənilməsini xahiş etmişdir.
2. Cavabdehin 09 iyun 2023-cü il tarixli, 3-17-1/2-Ş-132205/2023 nömrəli imtina məktubunda iddiaçıya bildirilmişdir ki, Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsistemində olan məlumatlara əsasən xx.xx.2014-cü il tarixindən əvvəlki dövrlər üzrə əlilliyi haqqında məlumat olmadığı üçün iddiaçıya Prezident təqaüdünün ərizənizdə qeyd etdiyiniz dövrlər üzrə təyin edilərək ödənilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.
3. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi 2 saylı Bakı DOST Mərkəzinin xx.xx.2023-cü il tarixli, 3-17-7/2-Ş-13616/2023 nömrəli arayışında göstərilmişdir ki, İddiaçı (FİN xxxxxxx) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sosial ödənişlər” altsisteminə əsasən Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondundan Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar xx.xx.2014-cü il tarixdən 2-ci dərəcə əlilliyə görə 350 (üç yüz əlli) manat məbləğində Prezident təqaüdü almışdır. Dayandırılma tarixi: xx.xx.2021-ci il qeyd olunmuşdur.
4. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli, 3-17-112-Ş-7763/2023 nömrəli arayışından və pensiya işindən görünür ki, iddiaçıya 22 iyul 2008-ci il tarixindən Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən “hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar” İİ dərəcə əlilliyə görə əmək pensiyası təyin edilib və xx.xx.2008xx.xx.2009-cu il, xx.xx.2010-xx.xx.2015-ci il və xx.xx.2015-xx.xx.2021-ci il tarixləri arasındakı dövr üçün İİ dərəcə əlilliyə görə əmək pensiyası ödənilib. Əlillik dərəcəsinin etibarlılıq müddətinin 15 may 2021-ci il tarixindən bitməsi ilə əlaqədar ona pensiya ödənişi 1 iyun 2021-ci il tarixindən dayandırılıb.
5. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində 3 saylı Zona Tibbi-Sosial Ekspert Komissiyasının müayinə aktlarından çıxarışların surətlərindən görünür ki, iddiaçıya xx.xx.2008-ci il tarixdən hərbi xidmət vəzifəsini yerinə yetiməklə əlaqədar bir il müddətinə ikinci dərəcəli əlillik təyin edilmiş, sonrakı illər ərzində eyni müddətə uzadılmışdır. Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, iddiaçıya xx.xx.2017-ci il tarixdə keçirilmiş qapalı kəllə-beyin travmasının davamlı qalıq əlamətləri. Posttravmatik ensefalopatiya diaqnozu ilə hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar ikinci dərəcəli əlillik təyin edilmiş, əlillik və ya sağlamlıq imkanlarının məhdudluq müddəti xx.xx.2021-ci il tarixədək müəyyən edilmişdir.
İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTİ
a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2008-ci il tarixdən xx.xx.2014-cü il tarixədək olan müddət üçün Azərbaycan Respublikası Prezidentinin xx.xx.2008-ci il tarixli 823 nömrəli Fərmanı ilə nəzərdə tutulan Azərbaycan Respublikası Prezidenti təqaüdünün hesablanaraq ona ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi və hüquqi yardım üçün ödədiyi 100 manat pul məbləğinin cavabdehdən onun xeyrinə tutulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
7. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək xx.xx.2008-ci il tarixdən xx.xx.2014-cü il tarixədək olan müddət üçün Azərbaycan Respublikası Prezidentinin xx.xx.2008-ci il tarixli 823 nömrəli Fərmanı ilə nəzərdə tutulan Azərbaycan Respublikası Prezidenti təqaüdünün hesablanaraq ona ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir.
8. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-1591/2024 nömrəli qərarı ilə iddianın təmin edilməməsi qərara alınmışdır.
9. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-1591/2024 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir.
APELLYASİYA İNSTANSİYASİNDA İCRAAT
10. Cavabdeh ərizə ilə məhkəməyə müraciət etmişdir.
11. Ərizə onunla əsaslandırılmışdır ki, hazırki mübahisə cavabdeh inzibati orqan tərəfindən məhkəmədənkənar qaydada həll edilmiş, iddiaçının Prezident təqaüdünün keçmiş dövrlər üzrə ödənilməsinə dair xx.xx.2024-cü il tarixli, 6779 nömrəli qərar qəbul edilmişdir.
12. İnzibati Prosessual Məcəllənin 67.3-cü maddəsinə əsasən, bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Odur ki, məhkəmə mübahisəsi olmadığı üçün inzibati iş üzrə icraata xitam verilməsi xahiş edilmişdir.
PROSSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
13. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh iddiaçının iddiasının məhkəmədən kənar qaydada təmin edildiyini və bu barədə qərar qəbul edildiyini bildirmişdir.
14. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı cavabdeh inzibati orqan tərəfindən qəbul edilmiş qərarla razı olduğunu bildirmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
15. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi:
Maddə 67.1. Mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. Maddə 67.2. Sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. Maddə 67.3. Bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Maddə 81.3. Bu fəsildə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə inzibati məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
16. Məhkəmə kollegiyası mübahisəyə dair iş üzrə materialları, cavabdehin vəsatətini və iddiaçının təqdim etdiyi ərizəni nəzərdən keçirərək hesab edir ki, iş üzrə icraata xitam verilməlidir.
17. İş materiallarından görünür ki, hazırki iş üzrə iddiaçının hüquqi marağı xx.xx.2008ci il tarixdən xx.xx.2014-cü il tarixədək olan dövr ərzində Prezident təqaüdünün hesablanaraq ona ödənilməsinə yönəlmişdir.
18. Cavabdeh məhkəməyə ərizə təqdim edərək, hazırki mübahisə cavabdeh inzibati orqan tərəfindən məhkəmədənkənar qaydada həll edilmiş, iddiaçının Prezident təqaüdünün keçmiş dövrlər üzrə ödənilməsinə dair xx.xx.2024-cü il tarixli, 6779 nömrəli qərar qəbul edilmişdir. Ona görə də, cavabdeh inzibati orqan 2-1(103)-2345/2024 nömrəli inzibati iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul olunmasını xahiş etmişdir.
19. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı qərardadın 15-ci bəndində istinad olunan normanın məzmununa görə, iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir.
20. Cavabdehin təqdim etdiyi və mübahisəyə dair iş üzrə materiallara əlavə olunmuş sənədlərdən (“Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının Azərbaycan Respublikasının Prezident təqaüdü üzrə” xx.xx.2024-cü il tarixli 6779 nömrəli qərarın surətindən) iddiaçının Prezident təqaüdünün keçmiş dövrlər üzrə ödənilməsinə dair qərar qəbul edildiyi öz təsdiqini tapır. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı cavabdeh inzibati orqan tərəfindən qəbul edilmiş qərarla razı olduğunu bildirir.
21. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən iddiaçının tələbinin tam təmin olunduğu, işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı və bunun üzərindən iddiaçının hüquqi marağına və məqsədinə çatdığı nəzərə alınmalı və yuxarıda istinad olunan normalara əsasən iş üzrə məhkəmə icraatına xitam verilməlidir.
22. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası
qərara aldı:
Ərizə təmin edilsin. İş üzrə icraata xitam verilsin. Qərardaddan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 10 gün müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.