Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2346/2023 01.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X5 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Aytən Pənah qızı Oruczadədən və X2 ibarət tərkibdə, X4-Yusiflinin katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəşli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2621/2023 saylı 08 fevral 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 01 noyabr 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı xx.xx.1962-ci il təvəllüdlüdür. İddiaçıya aid H3 №4608230 nömrəli hərbi biletdən görünür ki, o, xx.xx.1980-ci ildən xx.xx.1982-ci ilə qədər hərbi xidmətdə olmuşdur. İddiaçıya aid BT №022281 nömrəli diplomun surətindən görünür ki, o, 1979-cu il tarixdə Ə.Naxçıvani adına Naxçıvan Politexnik texnikumuna daxil olmuş və 1984-cü il tarixdə həmin texnikumun “Sənaye və mülki tikinti ixtisası” üzrə tam kursu bitirmiş, Dövlət ixtisas komissiyasının xx.xx.1984-cü il tarixli qərarı ilə ona texnik-iqtisadçı ixtisası verilmişdir. İddiaçıya məxsus ИТ-İ № ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, o, xx.xx.1984-cü il tarixdə “Naxçıvansutikinti” İdarəsinə keyfiyyətə nəzarət üzrə mühəndis vəzifəsinə qəbul edilmiş, xx.xx.1985-ci ildə öz arzusu ilə işdən azad edilmişdir. İddiaçı xx.xx.1985-xx.xx.1986-cı illərdə “Poliv” idarəsində çilingər, mexanik vəzifəsində, xx.xx.1986-xx.xx.1988-ci illərdə “Başmeliorasiyasutikinti” İdarəsində mühəndis, xx.xx.1988-xx.xx.1990-cı illərdə briqadir vəzifəsində, xx.xx.1992- xx.xx.1996-cı il tarixlərdə “Naxçıvanbank” SKB-də xəzinədar-təsərrüfat müdiri vəzifəsində işləmişdir. İddiaçı xx.xx.2004-cü il tarixdə “Azərneftyanacaq” neft email zavodunda Təsərrüfat və Kommunal məişət xidməti üzrə 17 nömrəli sexin təmir qrupuna 5-ci dərəcəli çilingər (santexnik) peşəsinə qəbul edilmişdir. xx.xx.2004-cü il tarixdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin xx.xx.2004-cü il tarixli, 42 nömrəli əmrinə əsasən “Azərneftyanacaq” Neft Emalı X8 adına Bakı X10 adlandırılmışdır. İddiaçı xx.xx.2008-ci il tarixdə çirkab suların təmizlənməsi, sənaye kanalizasiyası və su təchizatı üzrə 9 nömrəli sexin magistral sənaye və təsərrüfat fekal kanalizasiyasının xidməti qrupuna 11-ci dərəcəli usta vəzifəsinə keçirilmiş, xx.xx.2014-cü il tarixdə təzə ştat cədvəlinə əsasən çirkab suların bioloji təmizlənməsi, sənaye kanalizasiyası və su təchizatı üzrə 9 nömrəli sahəsinin magistral sənaye və təsərrüfat fekal kanalizasiyası üzrə xidmət sahəsinin 11-ci dərəcəli usta vəzifəsində sayılmışdır. xx.xx.2015-ci il tarixdə Heydər Əliyevadına Bakı X9 xx.xx.2015-ci il tarixli əmrinə əsasən Heydər Əliyev adına Bakı Neft Emalı X8 adına X10 adlandırılmışdır. xx.xx.2020-ci il tarixdə Ümumzavod təsərrüfatı üzrə 10 nömrəli istehsalatının sahə rəhbərliyinə 12-ci dərəcəli böyük usta vəzifəsinə keçirilmişdir, hazırda da həmin vəzifədə işləyir. Heydər Əliyev adına X10 tərəfindən iddiaçıya verilmiş xx.xx.2022-ci il tarixli güzəştli arayışda göstərilmişdir ki, İddiaçı xx.xx.2008-ci il tarixdən xx.xx.2020-ci il tarixədək zavodda çirkab suların təmizlənməsi, sənaye kanalizasiyası və su təchizatı üzrə 9 nömrəli sexin magistral sənaye və təsərrüfat fekal kanalizasiyasının xidməti qrupunda 11-ci dərəcəli usta, xx.xx.2020-ci il tarixdən hazıradək isə Ümumzavod təsərrüfatı üzrə 10 nömrəli istehsalatının sahə rəhbərliyində 12-ci dərəcəli böyük usta kimi zərərli vəzifələrdə işləmişdir. Heydər Əliyev adına X10 tərəfindən məhkəməyə təqdim olunmuş xx.xx.2022-ci il tarixli məktubda isə göstərilmişdir ki, İddiaçı xx.xx.2008-ci ildən magistral sənaye və təsərrüfat fekal kanalizasiyasının xidməti qrupunda və ümumzavod təsərrüfatı üzrə 10 nömrəli istehsalatın sahə rəhbərliyində işlədiyi usta vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli Qərarının 10.5. (Neftin, qazın, qaz kondensatının emalı (dəniz neftçilərindən başqa) kömürün və şistin emalı) bölməsi ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşələr siyahısındadır. Sahə ustasının əsas vəzifəsi təlimatlara əsaslanaraq rəhbərlik etdiyi işin vaxtında yüksək keyfiyyətlə xidmətlərin yerinə yetirilməsini, avadanlıqların tam gücü ilə işləməsini, materialların enerjinin səmərəli istifadəsini təmin etmək. İddiaçı onun zərərli işlərdə çalışmasına görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına çıxmaq hüququnun olduğuna istinad edərək bu barədə cavabdeh orqana müraciət etmişdir. Lakin cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialnın iddiaçıya ünvanlanmış **********1 nömrəli, xx.xx.2021-ci il tarixli cavab məktubunda göstərilmişdi ki, Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə iddiaçının xx.xx.2008-ci il tarixindən bugünədək çirkab suların təmizlənməsi, sənaye kanalizasiyası və su təchizatı sahəsində işlədiyi qeyd olunmuşdur. İşlədiyi sahə sözügedən arayışda istinad edilən Neftin, qazın, qaz kondensatının emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı sahəsinə aid deyil. Bu səbəbdən iddiaçının güzəştli iş stajı yoxdur. Bu imtina məktubundan narazı qalan iddiaçı cavabdehə qarşı hazırki iddia ilə məhkəməyə müraciət edərək, ona 60 yaşının tamam olduğu, xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2008-ci il tarixindən xx.xx.2014- cü il tarixədək Heydər Əliyev adına Bakı X9 (sonradan Heydər Əliyev adına X10 adlandırılmışdır) çirkab suların təmizlənməsi, sənaye kanalizasiyası və su təchizatı üzrə 9 nömrəli sexinin, xx.xx.2014-cü il tarixdən xx.xx.2020-ci il tarixədək çirkab suların təmizlənməsi, sənaye kanalizasiyası və su təchizatı üzrə 9 nömrəli sahəsinin magistral sənaye və təsərrüfat fekal kanalizasiyasının xidməti qrupunda usta vəzifəsində çalışmışdır. xx.xx.2020-ci il tarixindən hal-hazıradək Heydər Əliyev adına X9 ümumzavod təsərrüfatı üzrə 10 nömrəli istehsalatının sahə rəhbərliyində böyük usta vəzifəsində çalışır. xx.xx.2022-ci il tarixində güzəştli şərtlərlə pensiya təminatı ilə bağlı Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etsə də, həmin orqanın xx.xx.2022-ci il tarixli **********1 nömrəli məktubu ilə ona pensiya təyin edilməsindən imtina edilmişdir. İmtina məktubu tamamilə əsassızdır. Belə ki, Heydər Əliyev adına X10 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli “zərərli iş şəraiti haqqında” arayışda çalışdığı peşənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli qərarının 10.5-ci (Neftin, qazın, qaz kondensatının emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı) bölməsinə əsasən zərərli hesab edildiyi qeyd edilmişdir. Yuxarıda qeyd edilən qərarın 10.5.2-ci bölməsində “ustalar və böyük ustalar” (“b” bəndi) vəzifələri qeyd edilmişdir. Cavabdehin etirazları: Cavabdeh inzibati orqan tərəfindən iddia ərizəsinə qarşı yazılı etiraz iddiaçıya ünvanlanmış imtina məktublarının məzmunu ilə eynilik təşkil edir. Məhkəmələrin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2621/2023 saylı 08 fevral 2023-cü il tarixli qərarı ilə iddia təmin edilərək, İddiaçı 60 yaşının tamam olduğu xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddiaçıya ünvanlanmış imtina məktubunun və iddiaya dair yazılı etirazın məzmunu ilə eynilik təşkil edir. Tərəflərin izahatları: Cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın sonuncu imtina məktubunun tarixi xx.xx.2022-ci il tarixdir. İddiaçı hazırki iddia ilə məhkəməyə xx.xx.2022-ci il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verildiyi üçün mümkündür. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı tələbi, “ona 60 yaşının tamam olduğu xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması” barədədir. Bununla bağlı o, cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən “onun güzəştli iş stajının olmaması” əsası ilə tələbinin təmin edilməsindən imtina edilmişdir. Bundan sonra o, hazırki tələblə məhkəməyə müraciət etmiş və onun tələbi təmin edilmişdir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə iddiaçının 25 ildən artıq ümumi iş stajının, 12 il 6 aydan artıq isə güzəştli iş stajına malik olmasına istinad edərək iddianın təmin edilməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası iddianın təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Qanunun xx.xx.2022-ci il tarixədək qüvvədə olmuş 9.1-ci maddəsində deyilirdi: Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun tələblərinə görə əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan qadınların güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yaranmasını üç xüsusatla şərtləndirir: 1) iddiaçının müvafiq (qanunla müəyyən edilmiş) yaş həddinə, yəni 60 yaşa çatması; 2) həmin vaxtadək 25 ildən artıq ümumi iş stajının toplanması, 3) həmin vaxtadək toplanmış ümumi iş stajının 12 il 6 ayının əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (AR NK-nın 12 nömrəli 23 yanvar 2007-ci il tarixli qərarı ilə təsdiqlənmiş Siyahıda göstərilən) çalışması. Göründüyü kimi, iddiaçıya 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün onun 60 yaşının tamam olması, həmin tarixə, yəni xx.xx.2022-ci il tarixə qədər 25 ildən artıq ümumi, 12 il 6 aydan artıq xüsusi stajının tamam olması gərəkdir. Hazırki işdə iddiaçı iddiasının əsası kimi istinad etdiyi hallarla bağlı məhkəməyə hərbi biletini, təhsil barədə sənədi (diplomu), əmək kitabçasını və müvafiq güzəştli arayışları təqdim etmişdir. İddiaçıya məxsus təhsil haqqında sənədin və hərbi biletin surətlərindən görünür ki, o, 1979-cu il tarixdə Ə.Naxçıvani adına Naxçıvan Politexnik texnikumuna daxil olaraq 1984-cü il tarixdə həmin texnikumun “Sənaye və mülki tikinti ixtisası” üzrə tam kursu bitirmişdir və xx.xx.1980-ci ildən xx.xx.1982-ci ilə qədər hərbi xidmətdə olmuşdur. Həmin dövrdə qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin “ğ” bəndinə əsasən ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti işçinin iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin “v” bəndinə əsasən isə hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti iş stajına daxil edilən əmək fəaliyyətinin növlərinə daxildir. Hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun Qanunun 21.2.3-cü maddəsinə əsasən müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti sığortaolunanın sığorta stajına daxil edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. SSRİ Nazirlər Sovetinin 04 avqust 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 117 “q” bəndinə görə arxiv idarələrinin arayışları iş stajını təsdiq edən sübut kimi qəbul edilə bilər. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. Nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalar “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının yalnız əmək kitabçasına əsasən müəyyən ediləcəyinə dair imperativ norma nəzərdə tutmur. Adı çəkilən Qaydalarda “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının əmək kitabçası ilə yanaşı iş yerinin xüsusiyyətlərindən asılı olaraq digər başqa sənədlər (arayışlar, məlumat vərəqi, aktlar) əsasında müəyyən edilməsinin mümkünlüyü də təsbit edilmişdir. İddiaçının 60 yaşının tamam olduğu xx.xx.2022-ci il tarixə ümumi iş stajının iş materiallarında olan təhsil barədə sənədə, hərbi biletə və əmək kitabçasına əsasən 25 ildən artıq, yəni 33 il 5 ay 16 gün olduğu müəyyən olunur. Bu hal cavabdeh qurum tərəfindən mübahisələndirilmir. Buna görə də iddiaçının 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün iki şərtdən birincisi - 25 ildən az olmayan ümumi stajı tam olaraq tamamlanmışdır. Lakin hazırki işdən görünür ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının güzəşrli iş stajının olması halı mübahisələndirilir. Belə ki, iddiaçıya ünvanlanmış imtina məktublarında, iddiaya dair etirazda həmçinin apellyasiya şikayətində ona istinad edilmişdir ki, iddiaçının müraciətində onun xx.xx.2008-ci il tarixdən bugünədək “çirkab suların təmizlənməsi, sənaye kanalizasiyası və su təchizatı” sahəsində işlədiyi qeyd olunmuşdur ki, işlədiyi sahə sözügedən arayışda istinad edilən “Neftin, qazın, qaz kondensatının emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı” sahəsinə aid deyil və bu səbəbdən iddiaçının güzəştli iş stajı yoxdur. Beləliklə, iddiaçının güzəştli iş stajının yetərli olması məsələsi cavabdeh tərəfindən mübahisələndirildiyi üçün birinci instansiya məhkəməsi tərəfindən bu məsələ kifayət qədər araşdırılmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavə olan “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4-cü bəndinə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı tələb olunur. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericilikdə işçinin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerindən arayışın tələb olunması məhz ona dəlalət edir ki, işçinin əmək funksiyasını, yəni işçinin yetirməli olduğu müvafiq işi və ya göstərməli olduğu xidməti (güzəştli olub-olmamasını) işəgötürən müəyyən edir. Yəni, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. Heydər Əliyev adına X10 tərəfindən iddiaçıya verilmiş xx.xx.2022-ci il tarixli güzəştli arayışda göstərilmişdir ki, İddiaçı xx.xx.2008-ci il tarixdən xx.xx.2020-ci il tarixədək zavodda “çirkab suların təmizlənməsi, sənaye kanalizasiyası və su təchizatı” üzrə 9 nömrəli sexin magistral sənaye və təsərrüfat fekal kanalizasiyasının xidməti qrupunda 11ci dərəcəli “usta”, xx.xx.2020-ci il tarixdən hazıradək isə Ümumzavod təsərrüfatı üzrə 10 nömrəli istehsalatının sahə rəhbərliyində 12-ci dərəcəli “böyük usta” kimi zərərli vəzifələrdə işləmişdir. Heydər Əliyev adına X10 tərəfindən birinci instansiya məhkəməsinə təqdim olunmuş xx.xx.2022-ci il tarixli məktubda isə göstərilmişdir ki, İddiaçı xx.xx.2008-ci ildən magistral sənaye və təsərrüfat fekal kanalizasiyasının xidməti qrupunda və ümumzavod təsərrüfatı üzrə 10 nömrəli istehsalatın sahə rəhbərliyində işlədiyi “usta” vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli Qərarının 10.5. (Neftin, qazın, qaz kondensatının emalı (dəniz neftçilərindən başqa) kömürün və şistin emalı) bölməsi ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşələr siyahısındadır. Sahə ustasının əsas vəzifəsi təlimatlara əsaslanaraq rəhbərlik etdiyi işin vaxtında yüksək keyfiyyətlə xidmətlərin yerinə yetirilməsini, avadanlıqların tam gücü ilə işləməsini, materialların enerjinin səmərəli istifadəsini təmin etmək. Əsas vəzifələrinə müvafiq olaraq ustaya aşağıdakı funksiyaların yerinə yetirilməsi həvalə olunur: •Sahənin istehsal fəaliyyətinin nəticələrini vaxtaşırı təhlil edir və müvafiq tədbirlərin hazırlanması, həyata keçirilməsi işini təşkil edir; •İstehsal sahələrinin lazımi miqdarda texniki, içməli və dövrü su ilə təmin olunmasını və onların düzgün, qənaətli istifadəsinin təşkili, reagent, istilik, elektrik enerjisi, işçilərin xüsusi geyimlərlə və fərdi mühafizə vasitələri ilə təmin edir; •Sahənin bütün avadanlıqlarının düzgün texniki istismarını, müasirləşdirilməsini, cari və əsaslı təmirlərinin keyfiyyətli aparılmasını, onların etibarlı, səmərəli və fasiləsiz işləməsini təmin edir; •Sahələrdən kanalizasiya sxeminə atılan çirkab suların keyfiyyət və kəmiyyət göstəricilərinə, bioloji təmizləmə qurğusunda prosesin normal aparılmasına, kanalizasiya şəbəkəsinin normal işinə gündəlik nəzarət edir; •Sahənin bütün avadanlıqlarının düzgün texniki istismarını, vaxtaşırı keyfiyyətli təmirini və müasirləşdirilməsini, əsaslı və cari təmirin təmin edilməsinə nəzarət edir; •Avadanlığın arası kəsilmədən tam gücü ilə işləməsinə,istehsalın vaxtlı-vaxtında material və enerji ehtiyatları ilə təmin edilməsinə, avadanlıqların və başqa əsas vasitələrin düzgün texniki istismarına operativ nəzarəti həyata keçirir; •İstehsalın gedişində qarşıya çıxan xətaları ardan qaldırır, qəbul hovuzlarının səviyyəsinin artmasına yol verilməməsinə nəzarəti həyata keçirir; •İstehsalın planlaşdırılması, normalaşdırmanın yaxşılaşdırılması, iş yerlərinin təkmilləşdirilməsi, qabaqcıl üsul və metodların yayılması işində iştirak edir; •Sahənin istehsalat fəaliyyətinin nəticələrini, avadanlığın boş dayanma və xidmətin keyfiyyətinin aşağı düşməsi səbəblərini aşkarlayır, üzə çıxan qüsurları aradan qaldırılması üçün tədbirlərin işləməsində və tətbiqində iştirak edir. İşçi əmək funksiyasını zərərli şəraitli iş yerində icra etdiyi üçün əmək haqqına 8 faiz məbləğdə əlavə müəyyən edilir. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007- ci il tarixli, 12 nömrəli Qərarının 10.5. (Neftin, qazın, qaz kondensatının emalı (dəniz neftçilərindən başqa) kömürün və şistin emalı) bölməsi ilə təsdiq olunmuş magistral sənaye və təsərrüfat fekal kanalizasiyasının xidməti qrupunda usta vəzifəsi ilə ümumzavod təsərrüfatı üzrə 10 nömrəli istehsalatının sahə rəhbərliyində usta vəzifəsi eynilik təşkil edir. Göründüyü kimi, işəgötürən tərəfindən təqdim olunan məktuba əsasən iddiaçının işlədiyi vəzifə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən vəzifələrə aid edilmiş, həmin arayışa əsasən iddiaçının 60 yaşının tamam olduğu xx.xx.2022-ci il tarixə 18 il 2 ay 27 gün güzəştli iş stajının mövcud olduğu müəyyən olunur. Hazırki işdə cavabdehin imtinasının əsasını “iddiaçının işlədiyi sahənin arayışda istinad olunan “neftin, qazın, qaz kondensatının emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı” sahəsinə aid olmaması təşkil etdiyi üçün bu barədə birinci instansiya məhkəməsi tərəfindən yetəri qədər araşdırma aparılmış və bu dəlilə münasibətdə məhkəmə qeyd etmişdir ki, işdə olan X9 nizamnaməsindən görünür ki, zavodun əsas məqsədi SOCAR-a məxsus olan xam nefti qəbul etmək, qüvvədə olan normalara və standartlara müvafiq olaraq emal etmək və alınan neft və qaz məhsullarını müvafiq qaydada təhvil vermək və SOCAR-ın (Təsisçinin) tapşırığına əsasən verilmiş etibarnamə əsasında satışının həyata keçirilməsindən ibarətdir. Zavod eyni zamanda SOCAR ilə razılaşdırmaqla kənar təşkilatlara xam neftin emalı ilə bağlı xidmətlər göstərir və gəlir əldə edir. Göründüyü kimi, iddiaçı neftin emalı ilə məşğul olan müəssisədə işləmişdir. İddiaçının işlədiyi vəzifə isə işdə olan SOCAR-ın Heydər Əliyev adına X9 çrkab suların bioloji təmizlənməsi, sənaye kanalizasiyası və su təchizatı üzrə 9 No-li sahənin magistarl sənaye, təsərrüfat-fekal kanalizasiyasının xidməti sahənin 11-ci dərəcəli ustasının vəzifə təlimatına görə ustaya aşağıdakı funksiyaların yerinə yetirilməsi həvalə olunur: 1.Zavodun sənaye-fekal kanalizasiya şəbəkəsi və kollektorlarına xidmət və təmir işlərini həyata keçirir;
2. Rəhbərlik etdiyi çilingərlərin lazımi alətlər, pnevmatik avadanlıq, əl hidravlik press və s. alət cihazlarla təmin olunmasına nəzarət edir;
3. Kanalizasiyanın təmizlənməsi zamanı istifadə olunan alətlərin vaxtında yoxlanması və profilaktik təmirlərinin aparılmasını təşkil edir;
4. Rəhbərlik etdiyi çilingərlərin zavodun kanalizasiya sxeminin, kollektorların yerləşmə sahələrinin dəqiq öyrədilməsi üzrə iş aparır, tapşırıqların keyfiyyətlə yerinə yetirilməsinə nəzarət edir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı çirkab suların təmizlənməsi, sənaye kanalizasiyası və su təchizatı üzrə 9 nömrəli sexin magistral sənaye və təsərrüfat fekal kanalizasiyasının xidməti qrupunda usta işləsə də, həmin çirkab sular neftin emalı zamanı yaranan çirkab sular, kanalizasiya isə sənaye-fekal kanalizasiya (istehsalat kanalizasiyası) şəbəkəsi olmuşdur. Siyahının 10.5.1-ci yarımbəndindən də görünür ki, orada neft məhsullarının və neftin katalitik riforminqinin distillə edilməsi, krekinqləşdirilməsi, neft məhsullarının pirolizi, neft xammalının hazırlanması, qaz benzininin istehsalı, sıxışdırılmış qazlar, qaz benzininin kondensasiyası, təbii sulu qazın konversiyası ilə yanaşı istehsalat kanalizasiyasının xidməti və təmiri üzrə ustalar da güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən peşələrə aid edilmişdir. Beləliklə, istinad olunanlardan görünür ki, iddiaçının 2004-2022-ci illərdə işlədiyi usta vəzifəsi güzəştli şərtlərlə pensiya hüququ verən vəzifəyə aid olduğundan, o, qanunla tələb olunan üçüncü şərti də ödəmişdir. Odur ki, hazırda iddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericiliklə müəyyən edilən bütün tələbləri ödədiyindən onun iddia tələbi əsaslı olmuş və birinci instansiya məhkəməsi tərəfindən düzgün olaraq iddiası təmin olunmuşdur. Bununla da cavabdeh orqan iddiaçının yuxarıda qeyd olunan ona güzəştli şərtlərlə yaşa görə pensiyaya çıxmaq hüququ verən vəzifələrdə işlədiyi dövrün güzəştli iş stajına hesablanmasını istisna edəcək şərtin mövcudluğunu sübuta yetirə bilməmişdir. Halbuki Azərbaycan Respublikası İPM-nin 14.3-cü maddəsinə əsasən inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Hazırki işdə iddiaçının tələbinin təmin olunmasını istisna edən faktiki şərtlərin mövcudluğu cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilmədiyi üçün cavabdehin tələbin təmin olunmasından imtina etməsi əsassız olmuşdur. Apellyasiya şikayətinin dəlillərinə gəldikdə isə, həmin dəlillər iddiaçıya ünvanlanmış imtina məktubunun məzmunu ilə eynilik təşkil etməklə, bu qərarın əsaslandırıcı hissəsində göstərilənlərlə bağlı əsassız olduğu üçün qəbul edilmir və birinci instansiya məhkəməsinin qərarının ləğv edilib iddianın rədd edilməsi üçün əsas yaratmır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli və məhkəmənin 2-1(112)-2621/2023 saylı 08 fevral 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər.
NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin Məhkəməsinin 2-1(112)-2621/2023 saylı 08 fevral 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Aytən Oruczadə Rəşid Səmədov