Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2346/2024 29.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi» tələbinə dair iş üzrə QƏRARİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X1 (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və X2 ibarət tərkibdə, Əsədova Leyla Kamran qızının katibliyi ilə, İddiaçı, İddiçının nümayəndəsi (vəkili) Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi» tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1693/2024 nömrəli, 18 yanvar 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə açıq məhkəmə iclasında məhkəmənin binasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx.xx.1950-cü ildə anadan olmuşdur.
2. İddiaçıya məxsus əmək kitabçasına əsasən: - xx.xx.1967-ci il tarixdən (451 nömrəli əmr) SSRİ Elektrotexnika Sənayesi Nazirliyinin Bakelektroavtomat zavodunun 3 nömrəli sexinə çilingər şagird təyin edilmiş, xx.xx.1967-ci il tarixdən (599 nömrəli əmr) 1-ci dərəcəli çilingər-montajçı; xx.xx.1969-cu il tarixdən (102 nömrəli əmr) TNŞ-nə ikinci dərəcəli nəzarətçi; xx.xx.1968-ci il tarixdə (309 nömrəli əmr) öz arzusu ilə işdən çıxarılaraq xx.xx.1968-ci il tarixdən (510 nömrəli əmr) SSRİ Elektrotexnika Sənayesi Nazirliyinin Qlavelektroapparat Bakelektroavtomat zavodunun 3 nömrəli sexinə elektromontajçı, xx.xx.1968-ci il tarixdən (643 nömrəi əmr) ikinci dərəcəli elektromontajçı, xx.xx.1969-cu il tarixdən (23 nömrəli əmr) 3 nömrəli sexinə mühəndis-texnoloq, xx.xx.1971-ci il tarixdən öz arzusu ilə tutduğu vəzifədən azad edilərək xx.xx.1971-ci il tarixli əmrlə xx.xx.1971-ci il tarixli 181 nömrəli əmrə qismən dəyişiklik edərək xx.xx.1971-ci il tarixindən eyni sexdə üçüncü dərəcəli çilingər elektromontajçı, xx.xx.1972-ci il tarixdən (389 nömrəli əmr) öz arzusu ilə işdən çıxarılaraq xx.xx.1972-ci il tarixdən (115 nömrəli əmr) üçüncü dərəcəli çilingər, 30/Vİİ-73-cü il tarixli 93 nömrəli əmrlə RSFSR-nın Əmək Qanunları Məcəlləsinin 29-cu maddəsinin 7-ci bəndinə əsasən işdən çıxarılaraq xx.xx.1974-cü il tarixdən (260k nömrəli əmr) TNŞ-də 3-cü dərəcəli nəzarətçi, xx.xx.1975-ci il tarixdən (20k nömrəli əmr) Bakı şəhərindən getməsilə əlaqədar işdən çıxarılaraq xx.xx.1975-ci il tarixdən (102/k nömrəli əmr) 8 nömrəli elektrik aqreqat-reduktor sexində mühəndis-texnoloq, xx.xx.1975-ci il tarixdən (278 nömrəli əmr) eyni yerdən TSBsa baş mühəndis, xx.xx.1975-ci il tarixdən (1554 nömrəli əmr) 29/Xİİ-72-ci il tarixli 215 nömrəli AİSN-nin əmrinə əsasən əməyin ödənilməsinə dair yeni şərtlərə keçməsi ilə əlaqədar eyni yerdə İİİ kateqoriya mühəndis-texnoloq, xx.xx.1976-ci il tarixdən (469 nömrəli əmr) 20 nömrəli sexinə 3 dərəcəli usta, xx.xx.1979-cu il tarixdən (26 nömrəli əmr) 37 nömrəli sexinə baş usta, xx.xx.1981-ci il tarixdən (39 nömrəli əmr) eyni yerdə baş dispetçer, xx.xx.1982-ci il tarixdən (5s nömrəli əmr) yol verilmiş obyektdaxili rejim qaydalarının və əmək nizamının pozuntulara görə işdən çıxarılaraq (AzSSR Əmək Qanunları Məcəlləsinin 4-cü hissəsinin 38-ci m.) xx.xx.1982-ci il tarixdən (9/k nömrəli əmr) təmir-mexaniki sahəsinə 5 dərəcəli çilingər, xx.xx.1982-ci il tarixdən (66 nömrəli əmr) Az SSR ƏMQ-nin 37-ci maddəsinə əsasən öz arzusu ilə işdən çıxarılaraq xx.xx.1983-cü il tarixdən (43k nömrəli əmr) “Aztsvetmet” İdarəsinin Təcrübə Toz Metallurgiya zavodunda usta, xx.xx.1983-cü il tarixdən (81 nömrəli əmr) “Tuqoplavkie soyedineniya” sexinin rəisi, xx.xx.1983-cü il tarixdən (78 nömrəli əmr) Tuqoplavkie soyedineniya” sexinə usta, xx.xx.1986-cı il tarixdən (01 nömrəli əmr) baş usta, xx.xx.1986-cı il tarixdən (46 nömrəli əmr) çətin əriyən sexinin rəisi, xx.xx.1987-ci il tarixdən (54 nömrəli əmr) istehsalat şöbəsinin baş mühəndisi vəzifələrində işləmiş, xx.xx.2022-ci ildə onunla əmək müqaviləsinə xitam verilmişdir (məhkəmə qərarı əsasında).
3. İş materiallarına əlavə edilmiş "xxxx" ASC-nin Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli xx.xx.2023-cü il tarixli, 4 nömrəli sorğuya cavab məktubundan görünür ki, İddiaçı aid Bakı Ovuntu Metallurgiya ASC-də kadrlar şöbəsində şəxsi hesab vərəqəsi və əmək haqqı cədvəli mövcud deyil. Həmçinin əmək kitabçasında qeyd edilən xx.xx.2022-ci il tarixli qeydiyyatı Bakı Apellyasiya Məhkəməsinin qətnaməsinin təqdim etdiyi mətnə əsasən qeyd edilmişdir.
4. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli, 3-21-3/2-9256/2024 nömrəli məktubdan (məlumatların təqdim edilməsi barədə) görünür ki, Bakı Ovuntu Metallurgiya ASC-nin emissiya prospektində İddiaçı Xidmətin Arxivində olan Bakı Ovuntu Metallurgiya ASC yaradılarkən müəssisədə fəaliyyət göstərmiş özəlləşdirmə komissiyası tərəfindən tərtib olunmuş özəlləşdirmə planına (emissiya prospektinə) əlavə edilmiş işçilərin siyahısında İddiaçı adı aşkar edilməmişdir.
İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ
Birinci instansiya məhkəməsində icraat:
5. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı «güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
6. İddia ərizəsində tələb onunla əsaslandırılır ki, iddiaçı 9 avqust 1950-ci il tarixdə doğulmuşdur. 14 oktyabr 1967-ci il tarixdə adına açılmış əmək kitabçasına əsasən o, 10 oktyabr 1967-ci il tarixdən əmək fəaliyyətinə başlamışdır. 1983- cü ildən Bakı Ovuntu Metallurgiya Təcrübə Zavodunda işləmiş, 21 mart 1983-cü il tarixli 43 saylı əmrlə Zavoda usta vəzfəsinə qəbul edilmiş, 1 iyun 1983-cü il tarixli 81 saylı əmrlə Odadavamlı birləşmələr sexinə rəis vəzifəsinə keçirilmişdir. 6 iyul 1983-cü il tarixli 78 saylı əmrlə Odadavamlı birləşmələr sexinə usta vəzifəsinə, 2 yanvar 1986-cı il tarixli 1 saylı əmrlə böyük usta vəzifəsinə, 21 may 1986-cı il tarixli 46 saylı əmrlə Odadavamlı birləşmələr sexinə rəis vəzifəsinə, 24 dekabr 1987-ci il tarixli 54 saylı əmrlə İstehsalat şöbəsinə böyük mühəndis vəzifəsinə keçirilmişdir. 26 fevral 2002-ci il tarixədək həmin vəzifədə işləmişdir. Onun 1 yanvar 2006-cı il tarixədək 32 il 15 gün ümumi iş stajı, 18 il 11 ay 9 gün zərərli iş şəraitində xüsusi stajı vardır. Bakı Ovuntu Metallurgiya Təcrübə Zavodunda işlədiyi vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»nın 7-ci bəndində nəzərdə tutulmuş vəzifəyə uyğundur (Metallurgiya istehsalatı (əlvan metallar) 7.13. Əlvan metal ovuntularının istehsalı 7.33. Əlvan metal ovuntusunun istehsalı b) rəhbərlər və mütəxəssislər). Qeyd edilənlərə əsasən 57 yaşı tamam olduğu 9 avqust 2007-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməlidir.
7. Cavabdehin iddia ilə bağlı məhkəməyə təqdim edilmiş yazılı münasibətində bildirilmişdir ki, İddiaçı iddiası mümkün hesab edilməməlidir. İş materiallarından da aydın olduğu kimi, iddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yenidən hesablanması üçün 27 fevral 2023-cü il tarixdə DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmiş, lakin ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yenidən hesablanması üçün Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli qərarı ilə təsdiq edilmiş) «Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası»nın 2.2.1-ci yarımbəndinə və 4.1-ci bəndinə əsasən DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qeyd edilən sənədlərin təqdim edilməsinin zəruri olduğu bildirilmişdir: şəxsiyyət vəsiqəsinin surəti, ümumi iş stajı təsdiq edən sənədlərin əsilləri (əmək kitabçasının, həqiqi hərbi xidmətdə olduğu dövrü təsdiq edən sənəd və s.), yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işə götürənin bu məktuba əlavə olunmuş formada hazırlanmış arayış, pensiya təyin edilməsi ilə bağlı ərizə. Bundan sonra iddiaçı məhkəməyə müraciət etmişdir. Göstərilənlərə və İPM-in 33, 35-ci maddələrinə əsaslanaraq, iddianın mümkün sayılmaması məhkəmədən xahiş edilmişdir.
8. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1693/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə (sədrlik edən hakim R.Kərimli) iddia tələbi təmin edilmiş, İddiaçı 57 yaşdan (9 avqust 2007-ci il tarixdən) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə həvalə edilməsi qərara alınmışdır.
9. Məhkəmə qeyd etmişdir ki, hazırkı iş üzrə cavabdeh inzibati orqanın inzibati icraat üzrə müraciət etmiş şəxs kimi İddiaçı əmək kitabçasında müvafiq vəzifələrdə çalışması barədə yetərli (onların qeyri-mötəbərliyi təsdiqini tapmamışdır) dərəcədə mübahisəsiz qeydlər mövcud olduğu halda, qanunda birbaşa nəzərdə tutulmayan əlavə sənəd – güzəştli arayış tələb etməsi qanunun tələbinə adekvat qiymətləndirilə bilməz.
10. Cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 1693/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ:
a. Apellyasiya şikayətinin dəlilləri
11. Apellyasiya şikayətinin dəlillərinə görə birinci instansiya məhkəməsinin mövqeyinə əsasən Əmək Məcəlləsinin 87-ci maddəsinə görə işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. İşəgötürən 5 gündən artıq işləyən bütün işçilərin əmək kitabçasında onların işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq qeydləri yazmalıdır. İddiaçının əmək kitabçasında müvafiq vəzifələrdə çalışması barədə yetərli (onların qeyrimötəbərliyi təsdiqini tapmamışdır) dərəcədə mübahisəsiz qeydlər mövcud olduğu halda, qanunda birbaşa nəzərdə tutulmayan əlavə sənəd - güzəştli arayış tələb etməsi qanunun tələbinə adekvat qiymətləndirilməməlidir. Bakı İnzibati Məhkəməsinin qərarı ilə iddia təmin edilmiş, güzəştli arayış olmadan yalnız iddiaçıya məxsus əmək kitabçasının surətində yazılanlara əsasən iddiaçının kifayət qədər güzəştli stajı olduğunun qənaətinə gəlinmişdir.
12. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 2.2.1-ci yarımbəndinə və 4.1-ci bəndinə görə şəxsə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı pensiya təyin edən müvafiq quruma təqdim olunmalıdır. Bununla əlaqədar olaraq, zərərli əmək şəraitində işlədiyi dövrün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması, gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi), işin konkret halları (tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) iş yerinin arayışında dəqiq göstərilməlidir.
13. Bundan əlavə Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli icmal məktubuna əsasən məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir. Bu halda məhkəmə iddaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edilə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilməlidir.
14. Qanunvericiliyin tələblərindən də aydın olur ki, güzəştli şərtlərə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün əsas sənəd güzəştli arayışdır. Belə ki şəxsin güzəştli şəraitdə işləyib işləmədiyini əmək kitabçasının surətinə baxaraq müəyyən etmək qeyrimümkündür. Bu səbəbdəndir ki, həm Nazirlər Kabinetinin müvafiq Qərarında, həm də Ali Məhkəmənin icmal məktubunda qeyd edilmişdir ki, nəinki güzəştli arayışın mövcudluğu həmçinin vəzifələrin uyğunluğu da gözlənilməldiir. Vəzifələrin Nazirlər Kabinetinin qərarıyla təsdiqlənmiş siyahıya uyğun olub olmadığını müəyyən etmək üçün isə güzəştli arayışın əldə edilməsi icbaridir. İddiaçının usta vəzifəsində çalışdığını və həmin iş şəraitinin güzəştli iş şəraitinə uyğun olub-olmadığını müəyyən etmək qeyri-mümkündür. Məhkəmə həm Ali Məhkəmənin icmal məktubunu həm də Nazirlər Kabinetinin müvafiq Qərarının tələblərini nəzərə almayaraq, sadəcə əmək kitabçasındakı qeydlərə əsaslanaraq iddiaçının yetərli güzəştli iş stajının olduğu qənaətinə gəlmişdir.
b. apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
Tərəflərin iştirakı:
16. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək onun dəlillərinə uyğun izahat verərək bildirmişdir ki, qanunvericiliyin tələbləri məhkəmə tərəfindən qanunsuz olaraq nəzərə alınmamışdir. İşin faktiki hallarını tam hərtərəfli araşdırmamış, bununla da prosessual normaların tələblərini pozmuşdur və nəticədə qanunsuz və ədalətsiz qərar qəbul edilmişdir. Odur ki, Bakı İnzibati Məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir.
17. Məhkəmə iclasında iştirak edən iddiaçı və vəkili Bakı İnzibati Məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər.
TƏTBİQ EDİLƏN HÜQUQ
18. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər (https://e-qanun.az/framework/49851xx.xx.2022-ci il tarixədək qüvvədə olan redaksiya) Maddə 9.1 Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir.
19. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu (6 mart 2007-ci il tarixədək qüvvədə olan): Maddə 13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: ... b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər-55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa... 13 iyun 1997-ci il tarixli Qanunla bu Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmışdır. Maddə 67. İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: ... v) hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti; ... ğ) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti; Maddə 69. İş stajı, müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir, iş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır, əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda, mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikası Nazirlər Kabineti müəyyənləşdirir.
20. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları» (13 may 2022-ci il tarixədək qüvvədə olan): Bənd 3.1. Sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. Bənd 3.2. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; ... Bənd 4.1.9 Qanunun 9.8-ci maddəsinə əsasən, Qanunun qüvvəyə mindiyi günədək (xx.xx.2006-cı il) 9-cu maddədə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar əvvəllər qüvvədə olmuş qanunla yaşa və staja görə müəyyən edilmiş tələblərə müvafiq təyin edilir. Qanunun 9.8-ci maddəsinə əsasən pensiya təyin olunması üçün müraciət edən şəxslərin pensiya hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş və xx.xx.2006-cı ilədək qüvvədə olan “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” əsasında müəyyən edilir. Bənd 4.1.10 Qanunun 9.8-ci maddəsinə uyğun olaraq pensiya o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanuna əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi 2006-cı il yanvarın 1-dək qazanmış olsunlar; Bənd 4.1.11 2017-ci ilin iyulun 1-dək Qanunun 7-9-cu maddələrinə əsasən yaşa görə pensiya hüququ qazanmış, lakin pensiya təyinatı üçün 2017-ci ilin 1 iyulundan sonra müraciət etmiş şəxslərə pensiya həmin tarixədək qüvvədə olmuş normalar əsasında təyin edilir.
21. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavə Bənd 2. Pensiyanın təyin edilməsi üçün növlər üzrə aşağıdakı sənədlər də təqdim edilməlidir: ... 2.4. Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün: 2.4.1. şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı;
22. “İnzibati İcraat haqqında” Qanun: Maddə 1. Qanunun müəyyən etdiyi qaydalar 1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Maddə 2 . Qanunda istifadə olunmuş əsas anlayışlar 2.0. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir: ... 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; ... Maddə 13. Etimad hüququnun qorunması prinsipi 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. ... Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir.
23. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; Maddə. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirilmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ
24. Apellyasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırki icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
MƏHKƏMƏNİN MÖVQEYİ
25. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia rədd edilməlidir.
26. Aşağıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsaslıdır.
27. İş materiallarından məlum olur ki, iddiaçı ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün ərizə ilə cavabdeh pensiya təyinatı orqanına 27 fevral 2023-cü il tarixdə müraciət etmiş, lakin iş yerindən güzəştli arayışın olmamasına görə ona pensiya təyin edilməsindən imtina edilmişdir.
28. İddiaçı hazırda cavabdehin imtinasını mübahisələndirir və ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını tələb edir.
29. Məhkəmə qeyd edir ki, İnzibati Prosessual Məcəllənin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Mülki Prosessual Məcəllənin müddəaları tətbiq oluna bilər.
30. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
31. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. -Həmin Qanunun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir.
32. 1992-ci ildə qəbul edilmiş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür) 13-cü maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər— istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 №-li Qərarı ilə təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa, qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa...; - Həmin Qanunun 13-cü maddəsinə 1997-ci il 13 iyun tarixdə edilmiş dəyişikliyə görə, həmin maddədə nəzərdə tutulan yaş həddi 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır. - Həmin normaların tələbləri nəzərə alındıqda, yuxarıda qeyd edilən 2 nömrəli Siyahıya (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 №-li Qərarı ilə təsdiq edilmişdir) uyğun olaraq (kişilərə): - 55 yaşdan pensiya təyin edilməsi üçün, şəxs “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndində nəzərdə tutulmuş 25 illik ümumi və 12,5 illik xüsusi iş stajını 1997-ci il avqustun 1-dək qazanmış olmalıdır; - həmin stajların tam qazanılması 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək olan dövrə təsadüf etdikdə, yaş həddinin həmin dövrdə hər il 6 ay artırıldığı nəzərə alınır; - həmin stajlar 2000-ci ilin avqustun 1-dən 2006-cı il yanvarın 1-dək (“Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi tarixədək) olan dövrdə qazanıldıqda, güzəştli şərtlərlə yaşa görə pensiya 57 yaşdan təyin edilir.
33. Beləliklə, iddiaçının tələbinin təmin edilməsi və ona 57 yaşının tamam olduğu tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün onun həmin tarixədək azı 25 il ümumi iş stajı olmalı, bunun 12 il 6 ayını müvafiq olaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 №-li Qərarı ilə təsdiq edilmiş 2 nömrəli Siyahısında və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulmuş güzəştli işlərdə çalışmış olmalıdır.
34. İddiaçının dəlillərinə görə Bakı Ovuntu Metallurgiya Təcrübə Zavodunda işlədiyi vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»nın 7-ci bəndində “Metallurgiya istehsalatı (əlvan metallar) 7.13. Əlvan metal ovuntularının istehsalı 7.33. Əlvan metal ovuntusunun istehsalı b) rəhbərlər və mütəxəssislər” nəzərdə tutulduğundan tələb olunan 12 il 6 ay güzəştli iş stajını xx.xx.2006-cı ilədək toplamışdır.
35. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, iddiaçının xx.xx.1987-xx.xx.2022ci illərdə istehsalat şöbəsinin baş mühəndisi vəzifəsində işlədiyi dövrün güzəştli iş stajına toplanması barədə dəlili əsassızdır.
36. Belə ki, analoji işlər üzrə məhkəmə təcrübəsinin formalaşdırılması üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli icmal məktubunda qeyd edildiyi kimi məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir. Bu halda məhkəmə iddaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edilə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilməlidir.
37. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda qeyd olunan 7.33. Əlvan metal ovuntusunun istehsalı b) rəhbərlər və mütəxəssislər bəndində konkret olaraq sadalanmış vəzifələr: sahə (bölmə) rəisləri sex rəisləri, onların istehsalat üzrə müavinləri avadanlığın təmiri üzrə ustalar avadanlığın təmiri üzrə böyük ustalar sahə mexanikləri sex mexanikləri sahə energetikləri (elektrikləri) sex energetikləri (elektrikləri) sırasında baş mühəndis vəzifəsi mövcud olmadığından, habelə funksional vəzifənin eyniliyi də müəyyən edilmədiyindən bu vəzifələrdə iddiaçının iş dövrü güzəştli iş stajına hesablana bilməz.
38. Bundan əlavə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı “Aztsvetmet” İdarəsinin Təcrübə Toz Metallurgiya zavodunda: xx.xx.1983-xx.xx.1983-cü illərdə sexdə usta, xx.xx.1983-xx.xx.1983-cü illərdə sex rəisi, xx.xx.1983-xx.xx.1986-cü illərdə sexdə usta, xx.xx.1986-xx.xx.1986-cı illərdə sexdə baş usta, xx.xx.1986-xx.xx.1987-cı illərdə sex rəisi vəzifələrində cəmi 4 il 9 ay 10 gün işləməklə tələb olunan güzəştli iş stajını da toplamamışdır.
39. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının 1 yanvar 2006-cı il tarixədək 32 ildən artıq ümumi sığorta stajı var, o cümlədən 18 il 11 aydan artıq Bakı Ovuntu Metallurgiya X3 birləşmələr sexində usta, mühəndis və sex rəisi vəzifələrində işləmişdir. Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı»nın “Vİİİ. Metallurgiya istehsalatı (əlvan metallar)” bəndinin 13-cü (Əlvan metal ovuntularının istehsalı) yarımbəndində sex rəisləri, onların istehsalat üzrə müavinləri 2091500b - 24125 kodunda əks olunmuşdur. Həmçinin Nazirlər Kabinetinin sözügedən 21 iyun 1993-cü il tarixli qərarı ilə «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 1 nömrəli Siyahısının Vİİİ. Metallurgiya istehsalatı (əlvan metallar)” bəndinin 13-cü (Əlvan metal ovuntularının istehsalı) yarımbəndində ustalar, böyük ustalar 1071500b - 12187 kodu nəzərdə tutulmuşdir.
40. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq iddiaçının dəlillərini əsassız hesab edən məhkəmə kollegiyası qeyd edir ki, «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 1 nömrəli Siyahısının Vİİİ. Metallurgiya istehsalatı (əlvan metallar)” bəndinin 13-cü (Əlvan metal ovuntularının istehsalı) yarımbəndində ustalar, böyük ustalar 1071500b - 12187 kodu ümumiyyətlə yoxdur.
41. Məhkəmə kollegiyası qeyd edir ki, istər iddiaçının təklif etdiyi Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»nın 7-ci bəndində nəzərdə tutulmuş “Metallurgiya istehsalatı (əlvan metallar) 7.13. Əlvan metal ovuntularının istehsalı 7.33. Əlvan metal ovuntusunun istehsalı b) rəhbərlər və mütəxəssislər”, istərsə də qüvvədən düşmüş 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı»nın “Vİİİ. Metallurgiya istehsalatı (əlvan metallar)” bəndinin 13-cü (Əlvan metal ovuntularının istehsalı) yarımbəndində sex rəisləri, onların istehsalat üzrə müavinləri 2091500b - 24125 kodu, habelə mövcud olan 1 nömrəli Siyahısı»nın Vİİ. Metallurgiya istehsalatı (əlvan metallar)” bəndinin 13-cü (Əlvan metal ovuntularının istehsalı) yarımbəndində ustalar, böyük ustalar 1071500b—23187 kodu altında olan ustalar və böyük ustalar vəzifələri əsas götürülsə belə, bu vəzifələrdə də iddiaçı cəmi 4 il 9 ay 10 gün işləməklə tələb olunan 12 il 6 ay güzəştli iş stajını toplamamışdır.
42. Göründüyü kimi, iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan güzəştli stajla bağlı şərt ödənilmədiyindən, digər şərtlə bağlı ətraflı araşdırmanın aparılmasına lüzum yoxdur.
43. Beləliklə, məhkəmə araşdırması zamanı ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona pensiya təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilmir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə iş materialları ilə təsdiq olunur (İPM-14.3). Bu səbəbdən cavabdehin imtinası qanuni olmuş və iddiaçının hüquqlarını pozmamışdır (İPM- 73.1).
44. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunması ilə əlaqədar gəldiyi nəticə səhv, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsaslı olduğundan təmin edilməli, mübahisələndirilən məhkəmə qərarı ləğv edilməli, iddia rədd edilməlidir.
45. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya
QƏRARA ALDİ:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1693/2024 nömrəli, 18 yanvar 2024-cü il tarixli qərarı ləğv edilsin. İddia rədd edilsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Mehriban Qarayeva Hakimlər: Şərafət Məmmədova Pərviz Hüseynov