Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2346/2025 03.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X7 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair işi üzrə Açar sözlər: (güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi) Hakimlər İsmayılov Orxan Nadir oğlunun (sədrlik edən və məruzəçi), Cəmilova Xəyalə Adil qızı və X2 ibarət tərkibdə, Dəmirova Nəcimə Arif qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X7 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 28 yanvar 2025-ci il tarixli, 2-1(112)-2440/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçıya məxsus ИТ-İ № ******* saylı əmək kitabçasına əsasən İddiaçı Bakı Dəniz Limanında (indiki “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı QSC) 1 saylı yük rayonuna vaqon bağlayıcısının şagirdi vəzifəsinə işə qəbul edilmişdir. Sonradan yəni 1297/L saylı, xx.xx.1985-ci il tarixli əmrə əsasən 1 saylı yük rayonuna 1-ci dərəcəli vaqon bağlayıcısı vəzifəsinə keçirilmişdir. xx.xx.1986-cı il tarixli əmrə əsasən 1 saylı yükaşırma komplenksinə 1-ci dərəcəli qatar tərtibtçısının köməkçisi vəzifəsinə keçirilmişdir. xx.xx.1986-cı il tarixli əmrə əsasən 1 saylı yükaşırma kompleksinə 3-cü dərəcəli qatar tərtibatçısı vəzifəsinə keçirilmişdir. xx.xx.1987-ci il tarixli əmrlə yükaşırma kompleksinə 3cü dərəcəli qatar tərtibatçısı vəzifəsinə keçirilmişdir. xx.xx.1988-ci il tarixli əmrə əsasən yükdaşıma kompleksinə 4-cü dərəcəli qatar tərtibatçısı vəzifəsinə keçirilmişdir. xx.xx.1991ci il tarixli əmrə əsasən 1 saylı yük rayonuna 4-cü dərəcəli qatar tərtibatçısı vəzifəsinə keçirilmişdir. xx.xx.1993-cü il tarixli əmrlə 1 saylı yük rayonuna 5-ci dərəcəli qatar tərtibatçısı vəzifəsinə keçirilmişdir. xx.xx.2005-ci il tarixli əmrə əsasən X1 sahəsinin 5-ci dərəcəli qatar tərtibatçısı vəzifəsinə keçirilmişdir. xx.xx.2016-cı il tarixli ştat cədvəlinə əsasən Əsas X1 sahəsinin 5-ci dərəcəli qatar tərtibatçısı vəzifəsinə keçirilmişdir. xx.xx.2017-ci il tarixli əmrlə İnzibati xidmət, TəmirTikinti və texniki xidmət departamenti, Mühəndislik və mexanizasiya sahəsinin qatar tərtibatçısı vəzifəsinə keçirilmişdir.xx.xx.2019-cu il tarixli əmrə əsasən Liman əməliyyatları departamenti Əməliyyata dəstək sahəsinin Dəmiryo qrupuna qatar tərtibatçısı vəzifəsinə keçirilmişdir. xx.xx.2021-ci il tarixli əmrə əsasən Liman əməliyyatları departamenti Ümumi yüklər terminalının qatar tərtibatçısı vəzifəsinə keçirilmişdir. xx.xx.2023-cü il tarixli əmrlə Ümumi yüklər terminalının qatar tərtibatçısı vəzifəsinə keçirilmiş və hal-hazıradək həmin vəzifədə əmək fəaliyyəti ilə məşğul olur. İddiaçı xx.xx.1982-ci il tarixdən xx.xx.1984-cü il tarixinədək həqiqi hərbi xidmətdə olmuşdur. "xxxx" QSC tərəfindən verilən xx.xx.2024-cü il tarixli, İRD076 №-li arayışdan görünür ki, iddiaçı Bakı Dəniz Limanında (indiki “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı QSC) 1 saylı yük rayonuna vaqobn bağlayıcısının şagirdi vəzifəsinə işə qəbul edilmişdir. Sonradan yəni 1297/L saylı, xx.xx.1985-ci il tarixli əmrə əsasən 1 saylı yük rayonuna 1-ci dərəcəli vaqon bağlayıcısı vəzifəsinə keçirilmişdir. xx.xx.1986-cı il tarixli əmrə əsasən 1 saylı yükaşırma komplenksinə 1-ci dərəcəli qatar tərtibtçısının köməkçisi vəzifəsinə keçirilmişdir. xx.xx.1986-cı il tarixli əmrə əsasən 1 saylı yükaşırma kompleksinə 3-cü dərəcəli qatar tərtibatçısı vəzifəsinə keçirilmişdir. xx.xx.1987- ci il tarixli əmrlə yükaşırma kompleksinə 3cü dərəcəli qatar tərtibatçısı vəzifəsinə keçirilmişdir. xx.xx.1988-ci il tarixli əmrə əsasən yükdaşıma kompleksinə 4-cü dərəcəli qatar tərtibatçısı vəzifəsinə keçirilmişdir. xx.xx.1991ci il tarixli əmrə əsasən 1 saylı yük rayonuna 4-cü dərəcəli qatar tərtibatçısı vəzifəsinə keçirilmişdir. xx.xx.1993-cü il tarixli əmrlə 1 saylı yük rayonuna 5-ci dərəcəli qatar tərtibatçısı vəzifəsinə keçirilmişdir. xx.xx.2005-ci il tarixli əmrə əsasən X1 sahəsinin 5-ci dərəcəli qatar tərtibatçısı vəzifəsinə keçirilmişdir. xx.xx.2016-cı il tarixli ştat cədvəlinə əsasən Əsas X1 sahəsinin 5-ci dərəcəli qatar tərtibatçısı vəzifəsinə keçirilmişdir. xx.xx.2017-ci il tarixli əmrlə İnzibati xidmət, Təmir-Tikinti və texniki xidmət departamenti, Mühəndislik və mexanizasiya sahəsinin qatar tərtibatçısı vəzifəsinə keçirilmişdir.xx.xx.2019-cu il tarixli əmrə əsasən Liman əməliyyatları departamenti Əməliyyata dəstək sahəsinin Dəmiryo qrupuna qatar tərtibatçısı vəzifəsinə keçirilmişdir. xx.xx.2021-ci il tarixli əmrə əsasən Liman əməliyyatları departamenti Ümumi yüklər terminalının qatar tərtibatçısı vəzifəsinə keçirilmişdir. xx.xx.2023-cü il tarixli əmrlə Ümumi yüklər terminalının qatar tərtibatçısı vəzifəsinə keçirilmiş və hal-hazıradək həmin vəzifədə əmək fəaliyyəti ilə məşğul olur. İddiaçı Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 saylı Qərarının 21-ci bölməsinin 4-cü bəndinə əsasən güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş stajı 38 il 03 ay 17 gün təşkil edir. Liman üzrə iş stajı 39 il 03 ay 13 gün təşkil edir. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını xahiş etmişdir. Cavabdeh inzibati orqan xx.xx.2024-cü il tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. İmtinanın əsası kimi qeyd olunmuşdur ki, iddiaçının çalışdığı müəssisə dəmiryolu nəqliyyatı sahəsinə aid deyildir və bu baxımdan iddiaçı həmin müəssisədə işlədiyi peşələrlə bağlı Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda nəzərdə tutulmuş müvafiq peşələrə istinad edə bilməz. Birinci instansiya məhkəməsində icraat İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X7 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək iddiaçıya 60 yaşının tamam olduğu tarixdən, yəni xx.xx.2024-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və hazırki dövrə qədər yaranmış fərqin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı (bundan sonra iddiaçı) xx.xx.1964-cü ildə Kürdəmir rayonunda doğulmuşdur. O, xx.xx.1982-ci ildən xx.xx.1984-cü ilə qədər hərbi xidmətdə olmuşdur. İddiaçı xx.xx.1985- ci ildə Bakı Dəniz Limanında (indiki “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı QSC) 1 saylı yük rayonuna vaqobn bağlayıcısının şagirdi vəzifəsinə işə qəbul edilmişdir. Sonradan yəni 1297/L saylı, xx.xx.1985-ci il tarixli əmrə əsasən 1 saylı yük rayonuna 1-ci dərəcəli vaqon bağlayıcısı vəzifəsinə keçirilmişdir. xx.xx.1986-cı il tarixli əmrə əsasən 1 saylı yükaşırma komplenksinə 1-ci dərəcəli qatar tərtibtçısının köməkçisi vəzifəsinə keçirilmişdir. xx.xx.1986-cı il tarixli əmrə əsasən 1 saylı yükaşırma kompleksinə 3-cü dərəcəli qatar tərtibatçısı vəzifəsinə keçirilmişdir. xx.xx.1987ci il tarixli əmrlə yükaşırma kompleksinə 3- cü dərəcəli qatar tərtibatçısı vəzifəsinə keçirilmişdir. xx.xx.1988-ci il tarixli əmrə əsasən yükdaşıma kompleksinə 4-cü dərəcəli qatar tərtibatçısı vəzifəsinə keçirilmişdir. xx.xx.1991-ci il tarixli əmrə əsasən 1 saylı yük rayonuna 4-cü dərəcəli qatar tərtibatçısı vəzifəsinə keçirilmişdir. xx.xx.1993-cü il tarixli əmrlə 1 saylı yük rayonuna 5-ci dərəcəli qatar tərtibatçısı vəzifəsinə keçirilmişdir. xx.xx.2005-ci il tarixli əmrə əsasən X1 sahəsinin 5-ci dərəcəli qatar tərtibatçısı vəzifəsinə keçirilmişdir. xx.xx.2016-cı il tarixli ştat cədvəlinə əsasən Əsas X1 sahəsinin 5-ci dərəcəli qatar tərtibatçısı vəzifəsinə keçirilmişdir. xx.xx.2017-ci il tarixli əmrlə İnzibati xidmət, Təmir- Tikinti və texniki xidmət departamenti, Mühəndislik və mexanizasiya sahəsinin qatar tərtibatçısı vəzifəsinə keçirilmişdir.xx.xx.2019-cu il tarixli əmrə əsasən Liman əməliyyatları departamenti Əməliyyata dəstək sahəsinin Dəmiryo qrupuna qatar tərtibatçısı vəzifəsinə keçirilmişdir. xx.xx.2021-ci il tarixli əmrə əsasən Liman əməliyyatları departamenti Ümumi yüklər terminalının qatar tərtibatçısı vəzifəsinə keçirilmişdir. xx.xx.2023-cü il tarixli əmrlə Ümumi yüklər terminalının qatar tərtibatçısı vəzifəsinə keçirilmiş və hal-hazıradək həmin vəzifədə əmək fəaliyyəti ilə məşğul olur. Şəxsin yuxarıda sadalanan əmək fəaliyyətləri ona məxsus əmək kitbçası ilə yanaşı iş yerindən verilmiş Arayışla da öz təsdiqini tapmışdır. Qeyd edilən Arayışda iddiaçının işlədiyi sahələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə 23 yanvar 2007ci il tarixli, 12 saylı Qərarının 21.4 yarımbölməsinə uyğun olaraq iddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına çıxmaq hüququna malikdir və onun xüsusilə zərərli və ağır olan işlərdə iş stajı 38 il 3 ay 17 gün, liman üzrə isə iş stajı 39 il 3 ay 13 gün təşkil edir. Bundan sonra iddiaçı cavabdeh inzibati orqana ərizə ilə müraciət edərək ona güzəştli şərtlərlə pensiya təyin edilməsini xahiş etmişdir. Cavabdeh inzibati orqan xx.xx.2024-cü il tarixli, 3-17-1/2-N-192265/2024 saylı cavab məktubu ilə iddiaçının ərizəsində qeyd etdiklərinin icrasından imtina etmişdir. İmtinanın əsası kimi 1 hal əsas göstərilmişdir. İddiaçının işlədiyi sahə işəgötürən müəssisə tərəfindənn verilmiş arayışda istinad edilən və Nazirlər Kabineitinin qərarında göstərilən bəndə uyğun deyil. Hesab edir ki, cavabdeh orqanın imtinası əsassızdır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 2 nömrəli Siyahısı - XXVİİİ. Nəqliyyat. - Dəmiryol nəqliyyatı. Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər bölməsi – (23001000—18726) - qatar tərtibçiləri. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” Siyahısının 21.4-cü bəndinə əsasən Dəmiryol nəqliyyatı. Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər: qatar tərtibçiləri 20.“Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqinə dair bəzi məsələlər haqqında” izahat (16 iyul 2019-cu ilə qədər qüvvədə olmuşdur). Hesab edir ki, güzəştli şərtlərlə pensiya təyin olunarkən nəzərə almaq lazımdır ki, Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nın müvafiq bəndi yalnız "xxxx" QSCnin idarəçiliyində olan magistral dəmiryollarında çalışan qatar maşinistlərinə, maşinist köməkçilərinə, qatar tərtibçilərinə deyil, həm də təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq istənilən müəssisəyə aid dəmiryollarında və dəmiryolu nəqliyyat vasitələrində çalışan maşinistlərə, maşinist köməkçilərinə, qatar tərtibçilərinə də şamil olunmalıdır. Hazırkı mübahisəyə münasibətdə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda qatar tərtibçiləri peşələrinin dəmiryolu nəqliyyatı bölməsində nəzərdə tutulması həmin bölmənin müəssisələrə aid dəmiryollarında və bilavasitə daşımalarla məşğul olan dəmiryol nəqliyyatı vasitələrinə münasibətdə iqtisadi fəaliyyət sahəsi baxımından tətbiq olunmasını istisna edən hal kimi təfsir oluna bilməz. Odur ki, iddiaçının "xxxx" QSC-də işlədiyi qatar tərtibçisi vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda “23000000 XXVİİİ. Nəqliyyat 1. Dəmiryol nəqliyyatı. Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər. Kod 23001000—18726-“ qatar tərtibçiləri” peşələrinə uyğundur. Qeyd olunanlara əsasən iddiaçı iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh orqanın iddiaya xx.xx.2025-ci il tarixli yazılı etirazı məhkəməyə təqdim edilmişdir. Etirazda bildirilmişdir ki, İddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı Fondun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına müraciət etmişdir. Cavabdeh tərəfindən aparılan araşdırma nəticəsində iddiaçıya ünvanlanmış imtina məktubunda onun təqdim etdiyi sənədlərə əsasən güzəştli iş stajının olmadığı bildirilmişdir. Bundan sonra İddiaçı məhkəməyə müraciət etmişdir. Cavabdeh hesab edir ki, cavabdehin imtinası qanunidir və iddiaçının iddia tələbi aşağıda qeyd olunan əsaslara görə təmin edilməməlidir. İş materiallarından aydın olur ki, İddiaçı "xxxx"nda qatar tərtibatçısının köməkçisi və qatar tərtibatçısı vəzifələrində işləmişdir. Göründüyü kimi iddiaçının işlədiyi sahə ona verilmiş arayışda istinad edilən dəmiryol nəqliyyatı, dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər bəndiənə aid deyil Bu səbəbdən də onun güzəştli iş stajı yoxdur. Buna görə də həmin dövrlər onun güzəştli iş stajına daxil edilməmişdir. Qeyd olunanları nəzərə alaraq İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Bakı İnzibati Məhkəməsinin 28 yanvar 2025-ci il tarixli, 2-1(112)-2440/2025 nömrəli qərarı ilə (hakim T.R.Məlikov) iddia tələbi təmin edilərək, İddiaçı, 60 yaşının tamam olduğu tarixdən, yəni xx.xx.2024-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və hazırki dövrə qədər yaranmış fərqin ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X7 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır. Cavabdeh inzibati orqan birinci instansiya məhkəməsinin qeyd edilən qərarından apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 28 yanvar 2025-ci il tarixli, 2- 1(112)-2440/2025 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdehin nümayəndəsi apellyasiya şikayətində qeyd etmişdir ki, "xxxx"nın İddiaçı dair 19 iyul 2024-cü il tarixli İRD 076 nömrəli arayışında xx.xx.1985-xx.xx.1986-cı il tarixləri arasındakı dövr ərzində sözügedən idarənin 1 saylı yük rayonuna vaqon bağlayıcısı, xx.xx.1986-xx.xx.1991-ci il tarixləri arasındakı dövr ərzində yükaşırma kompleksində, xx.xx.1991-xx.xx.2005-ci il tarixləri arasındakı dövr ərzində 1 saylı yük rayonunda, xx.xx.2005-xx.xx.2017-ci il tarixləri arasındakı dövr ərzində Əsas X1 sahəsində, xx.xx.2017-xx.xx.2019-cu il tarixləri arasındakı dövr ərzində İnzibati xidmət, Təmir-Tikinti və texniki xidmət departamenti, mühəndislik və mexanizasiya sahəsində, xx.xx.2019xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində Liman əməliyyatları departamenti, əməliyyata dəstək sahəsinin Dəmiryol qrupunda, xx.xx.2021-xx.xx.2023-cü il tarixdən bugünədək Liman əməliyyatları departamentinin Ümumi yüklər terminalında qatar tərtibatçısının köməkçisi və qatar tərtibatçısı vəzifələrində işlədiyi qeyd olunub. Göründüyü kimi, işlədiyi sahə sözügedən arayışda istinad edilən, yuxarıda qeyd olunan dəmiryol nəqliyyatı, dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər bəndinə aid deyil. Bu səbəbdən də onun güzəştli iş stajı yoxdur. Məhkəmə sadəcə "xxxx" tərəfindən verilən arayışa əsaslanaraq uyğun hesab etmiş, özü hər hansı araşdırma aparmamışdır. Tərəflərin izahatları, prosessual məsələlər Apellyasiya məhkəməsində cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, Bakı İnzibati Məhkəməsinin 28 yanvar 2025-ci il tarixli, 2-1(112)- 2440/2025 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya məhkəməsində iddiaçı apellyasiya şikayətinə etiraz edib şikayətin təmin edilməməsini və Bakı İnzibati Məhkəməsinin 28 yanvar 2025-ci il tarixli, 2-1(112)- 2440/2025 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 2 nömrəli Siyahısı XXVİİİ. Nəqliyyat. - Dəmiryol nəqliyyatı. Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər bölməsi – (23001000—18726) - qatar tərtibçiləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” Siyahısı 21.4. Dəmiryol nəqliyyatı. Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər: qatar tərtibçiləri İnzibati Prosessual Məcəllə: Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Bu səbəbdən şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İlk növbədə qeyd etmək lazımdır ki, iddiaçının hüquqi marağı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə yönəlmişdir. İddiaçıya hüququnun yarandığı vaxtdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün aşağıdakı dispozisiya şərtlərinin ödənilməsi tələb olunur: - 60 yaşının tamam olması; ən azı 25 il ümumi sığorta stajına malik olması; həmin stajın ən azı 12 il 6 ayının güzəştli iş stajı olması. Cavabdeh apellyasiya şikayətində azı 25 il ümumi sığorta stajına malik olmasını mübahisələndirmir. Cavabdeh tərəfindən mübahisləndirilən hal iddiaçının güzəştli iş stajı ilə bağlıdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda qatar tərtibçiləri peşələrinin dəmiryolu nəqliyyatı bölməsində nəzərdə tutulması həmin bölmənin müəssisələrə aid dəmiryollarında və bilavasitə daşımalarla məşğul olan dəmiryol nəqliyyatı vasitələrinə münasibətdə iqtisadi fəaliyyət sahəsi baxımından tətbiq olunmasını istisna edən hal kimi təfsir oluna bilməz. Odur ki, iddiaçının "xxxx" QSC-də işlədiyi qatar tərtibçisi vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda “23000000 XXVİİİ. Nəqliyyat 1. Dəmiryol nəqliyyatı. Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər. Kod 23001000—18726-“ qatar tərtibçiləri” peşələrinə uyğundur. Cavabdeh tərəfindən verilən apellyasiya şikayətinin əsas dəlili ondan ibarərdir ki, “..."xxxx"nın İddiaçı dair 19 iyul 2024-cü il tarixli İRD 076 nömrəli arayışında xx.xx.1985xx.xx.1986-cı il tarixləri arasındakı dövr ərzində sözügedən idarənin 1 saylı yük rayonuna vaqon bağlayıcısı, xx.xx.1986-xx.xx.1991-ci il tarixləri arasındakı dövr ərzində yükaşırma kompleksində, xx.xx.1991-xx.xx.2005-ci il tarixləri arasındakı dövr ərzində 1 saylı yük rayonunda, xx.xx.2005-xx.xx.2017-ci il tarixləri arasındakı dövr ərzində Əsas X1 sahəsində, xx.xx.2017-xx.xx.2019-cu il tarixləri arasındakı dövr ərzində İnzibati xidmət, Təmir-Tikinti və texniki xidmət departamenti, mühəndislik və mexanizasiya sahəsində, xx.xx.2019-xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində Liman əməliyyatları departamenti, əməliyyata dəstək sahəsinin Dəmiryol qrupunda, xx.xx.2021-xx.xx.2023-cü il tarixdən bugünədək Liman əməliyyatları departamentinin Ümumi yüklər terminalında qatar tərtibatçısının köməkçisi və qatar tərtibatçısı vəzifələrində işlədiyi qeyd olunub. Göründüyü kimi, işlədiyi sahə sözügedən arayışda istinad edilən, yuxarıda qeyd olunan dəmiryol nəqliyyatı, dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər bəndinə aid deyil. Bu səbəbdən də onun güzəştli iş stajı yoxdur. Məhkəmə sadəcə "xxxx" tərəfindən verilən arayışa əsaslanaraq uyğun hesab etmiş, özü hər hansı araşdırma aparmamışdır.”. Qeyd etmək lazımdır ki, apellyasiya şikayətinin qeyd olunan dəlili iddiaya etirazın dəlilləri ilə eynilik təşkil edir. Bu hissədə məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq onları yenidən təkrarlamağa lüzum görmür. Bununla belə, məhkəmə tərkibi bir daha qeyd etməyi zəruri hesab edir ki, dəmiryolları iqtisadi fəaliyyət sahəsi olaraq təyinatına görə (yüklərin və sərnişinlərin) daşıma xidmətlərinin həyata keçirilməsi məqsədlərinə xidmət edir. Bu mənada, dəmiryolları fəaliyyət sahəsi kimi digər iqtisadi fəaliyyət sahələrindən özünün spesifik və müəyyən mənada universal xarakteri ilə fərqlənir. Daha dəqiq deyilsə, dəmiryolları konkret istehsalat sahəsinə və ya müəssisəyə (idarəyə) bağlı fəaliyyət sahəsi kimi deyil, idarə və müəssisə mənsubiyyətindən və tabeçiliyindən asılı olmayaraq funksional təyinatına uyğun ümumi anlamda qəbul edilməlidir. Dəmiryollarının və dəmiryolu nəqliyyat vasitələrinin yalnız "xxxx" QSC-nin istifadəsində olan magistral dəmiryol xətləri ilə məhdudlaşdırılması ölkənin vahid dəmiryolları sisteminin vahidliyi baxımından yolverilməzdir. Bu yanaşma ona əsaslanır ki, Azərbaycan Respublikasının dəmiryolları sistemi yalnız "xxxx" QSC-nin idarəçiliyində olan magistral dəmiryolları şəbəkəsini deyil, həm də təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq ayrı-ayrı müəssisələrin həmin magistral yollara çıxışı olan və daşımaların həyata keçirildiyi dəmiryolları şəbəkələrini də ehtiva edir. Bu zaman nəzərə alınmalıdır ki, "xxxx" QSC-nin istifadəsində olan magistral dəmiryolları da Azərbaycan Respublikasının vahid dəmiryolları sisteminə tərkibinə daxildir və ümumi istifadədə olmaqla sərnişinlərin və yüklərin daşınması funksiyasını yerinə yetirir. Həmçinin nəzərə almaq lazımdır ki, dəmiryolu şəbəkəsinin, eləcə də həmin şəbəkədə təyinatı üzrə istismar edilən və daşımaları həyata keçirən teplovozların fərqli iqtisadi fəaliyyət sahəsinə aid müəssisəyə mənsubiyyəti prinsip olaraq həmin dəmiryolu şəbəkəsinin və teplovozların funksional təyinatını və istismar xarakterini dəyişdirmir və dəyişdirmək imkanına da malik deyildir. Apellyasiya məhkəməsi tərəfindən qatar tərtibiçisi vəzifəsinin (peşəsinin) xüsusiyyətlərinin (vəzifə təlimatı nəzərə alınmaqla) nədən ibarət olması barədə "xxxx" QSC-yə və "xxxx" QSC-yə sorğu ünvanlanmışdır. Sorğulara alınmış cavablara əsasən hər iki qurumda olan qatar tərtibçisi vəzifəsinin vəzifə funksiyaları müqayisəli şəkildə təhlil edimiş və müəyyən edilmişdir ki, həmin vəzifə funksiyaları mahiyyətcə eynilik təşkil edir. Qeyd etmək lazımdır ki, bu kateqoriyadan olan işçilərin güzəştli şərtlərlə pensiya hüququ çalışdıqları müəssisələrin iqtisadi profilinə və ya müəssisənin tabeçiliyinə deyil, həmin şəxslərin funksional fəaliyyət sahəsinə və peşə mənsubiyyətinə bağlıdır. Bu baxımdan ayrı-ayrı müəssisələrin dəmiryol nəqliyyatı struktur vahidində işləyən və daşımalarla məşğul olan qatar tərtibçiləri də magistral dəmiryollarının nəqliyyat vasitələrinin, o cümlədən qatar tərtibçiləri anlamında qəbul edilməlidir. Həmçinin, nəzərə almaq lazımdır ki, həm magistral dəmir yollarında, həm də müəssisələrin dəmiryol nəqliyyatı struktur vahidlərində işləyən və daşımalarla məşğul olan qatar tərtibçiləri eyni peşənin daşıyıcılarıdırlar və məzmun baxımından eyni funksiya və vəzifələri yerinə yetirirlər. Bu baxımdan, həmin şəxslər hansı müəssisəyə aid dəmiryolunda və dəmiryolu nəqliyyatında qatar tərtibçisi işləməsindən asılı olmayaraq, peşə ümumiliyinə görə güzəştli şərtlərlə pensiya hüququna malikdirlər. Başqa sözlə, qeyd olunan şəxslərin güzəştli şərtlərlə pensiya hüququ çalışdıqları müəssisənin iqtisadi fəaliyyət sahəsinə və müəssisəyə deyil, həmin müəssisənin struktur vahidində onların həyata keçirdikləri fəaliyyətin funksional təyinatına və məzmununa bağlıdır. Burada həlledici məqam onların icra etdikləri funksiyaların güzəştli pensiya hüququ verən və siyahıda nəzərdə tutulan peşəyə bağlı olmasıdır. Yuxarıda ifadə olunan mövqeyə əsaslanaraq məhkəmə kollegiyası hesab edir ki, təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq fərqli müəssisələrə aid dəmiryollarında və bilavasitə daşımalarla məşğul olan dəmiryol nəqliyyatı vasitələrində çalışan maşinistlərin, maşinist köməkçilərinin, qatar tərtibçilərinin qanunla nəzərdə tutulmuş digər şərtlər daxilində imtiyazlı pensiya hüququ tanınmalıdır. Odur ki, iddiaçının "xxxx" QSC-də işlədiyi qatar tərtibçisi vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nın XXVİİİ bölməsində (Nəqliyyat) “qatar tərtibçiləri” (23001000-18726) peşəsinə, eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” Siyahısının XXİ bölməsinin 4-cü hissəsində (Dəmiryol Nəqliyyatı) öz əksini tapan “Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrıayrı kateqoriyalı işçilər - qatar tərtibçiləri” peşəsinə uyğundur. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə tərkibi hesab edir ki, iddiaçı qanunla müəyyən edilmiş yaş həddinə çatdığından və 25 ildən çox ümumi iş stajına, o cümlədən 12 il 6 aydan çox əmək şəraiti zərərli və ağır olan iş stajına malik olduğundan onun 60 yaşının tamam olduğu vaxtdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olduğu üçün qərar dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və İPM-in 4.1, 68, 69, 81-82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. İş üzrə Bakı İnzibati Məhkəməsinin 28 yanvar 2025-ci il tarixli 2-1(112)-2440/2025 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(103)-2346/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2346/2025
03.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver