Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2347/2023 12.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X1 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı (üçüncü şəxs Azərbaycan Respublikasının Müdafiə Nazirliyi) “sərəncamın ləğv edilməsi” barədə iddia tələbinə iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1951/2023 saylı, 20 fevral 2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı (Azərbaycan Respublikasının Müdafiə Nazirliyi üçüncü şəxs qismində göstərilməklə) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Bakı şəhəri Cavabdeh başçısının 121 saylı 17 may 2019-cu il tarixli sərəncamının ləğv edilməsinə dair 224 saylı xx.xx.2020-ci il tarixli sərəncamının ləğv edilməsi” barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, yaşayış sahəsi almaq üçün təminata qoyulmuş, mənzilsiz, kirayədə yaşayan və yaşayış sahələrinin yaxşılaşdırılmasına ehtiyacı olan hərbi qulluqçuların yaşayış sahələri ilə təmin edilməsi iddiası üzrə üçüncü şəxs Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Bakı qarnizonu rəisinin 01 may 2017-ci il tarixli qərarı ilə “Bakı-52” hərbi şəhərciyində 14 nömrəli 3 mərtəbəli kazarma binasının yaşayış binası kimi yenidən qurulmasına və binanın yaşayış fondu kimi istifadə olunmasına razılıq verilmişdir. Bundan sonra, Bakı qarnizonu mənzil komissiyasının 18 saylı 09 aprel 2019-cu il tarixli protokolu əsasında qeyd edilən binada yaşayış sahəsinə ehtiyacı olan 20 (iyirmi) nəfər hərbi qulluqçuya (özü də daxil olmaqla) mənzil ayrılmış və göstərilən protokol Bakı qarnizonu rəisi tərəfindən 16 aprel 2019-cu il tarixdə təsdiq edilərək mənzillərin göstərilən hərbi qulluqçulara yaşayış sahəsi kimi paylanması qərara alınmışdır. Odur ki, Bakı şəhəri Cavabdeh başçısının 17 may 2019-cu il tarixli sərəncamları ilə ünvan 1 ünvanında yerləşən binadakı mənzillər xidməti mənzillər fondundan çıxarılmış və nəticə etibarı ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən onların hər birinə ayrı-ayrılıqda müvafiq çıxarışlar verilmişdir ki, həmin çıxarışlara əsasən verilmiş mənzillər üzərində daimi istifadə hüququ qeydə alınmışdır. O cümlədən, ona verilmiş xx.xx.2019-cu il tarixli çıxarışdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Seyfəddin Dağlı küçəsində yerləşən 14 nömrəli evin sahəsi 104.8 kv.m olan 3 nömrəli mənzili üzərində onun daimi istifadə hüququ qeydə alınmışdır. Göstərilən binada onlara mənzil kimi verilmiş sahələr kazarma tipində olduğuna və yaşayış üçün tam yararsız olduğuna görə onlar həm birlikdə, həm də ayrı-ayrılıqda xeyli miqdar pul xərcləyərək həm binanın ümumi istifadədə olan yerlərini, həm də mənzillərini əsaslı surətdə yenidən qurmaqla təmir etdirmiş və artıq 3 (üç) ildir ki, ailə üzvlərilə birlikdə öz mənzillərində yaşayırlar. Lakin bütün bunlara baxmayaraq, o, 2022-ci ilin təxminən 2-ci rübündə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Hüquq İdarəsindən dəvət alaraq ora getdikdə, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsi ilə onun arasında bağlanmış daimi icarə müqaviləsinin müvəqqəti icarə müqaviləsinə çevrilməsi və ya Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət edərək ona verilmiş çıxarışın ləğv edilməsi təklif olunmuşdur. Lakin bu təklifin səbəb və əsasları barədə ona heç bir tutarlı cavab verilmədiyinə görə o, həmin təklifi qəbul etməmişdir. Bu hadisədən sonra ona məlum olmuşdur ki, onlara mənzillərin verilməsi barədə Bakı şəhəri Cavabdeh başçısının 17 may 2019-cu il tarixli sərəncamı ilə Bakı şəhəri Cavabdeh başçısının 224 saylı 04 sentyabr 2020-ci il tarixli sərəncamı heç bir səbəb və əsas olmadan ləğv edilmişdir (yəni, cavabdeh olan inzibati orqan öz sərəncamı ilə özünün tarix etibarı ilə 16 ay əvvəl verilmiş sərəncamını ləğv etmişdir). Digər tərəfdən, iddiası üzrə üçüncü şəxs olan Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə qarşı Bakı İnzibati Məhkəməsində iddia qaldıraraq onlara verilmiş çıxarışların ləğv edilməsi, yaşayış sahəsinin təyinatının dəyişdirilməklə xüsusi mülkiyyətdən çıxarılıb Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin xidməti mənzil fonduna verilməsi barədə müvafiq qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Qeyd edilən ünvanda yerləşən mənzil onun yaşayış sahəsinə ehtiyacı olan hərbi qulluqçu kimi qanunvericiliyin tələblərinə uyğun olaraq verilmişdir. Bakı şəhəri Cavabdeh başçısının 04 sentyabr 2020-ci il tarixli sərəncamları ilə ləğv edilməsi tam qanunsuz və ədalətsizdir. Belə ki, həmin sərəncamların ləğv edilməsi üçün hər hansı bir əsas və səbəb olmamış, digər tərəfdən isə Bakı şəhəri Cavabdeh başçısı öz verdiyi sərəncamlarını özü ləğv etmək səlahiyyətində deyildir. Göründüyü kimi, Bakı şəhəri Cavabdeh qanunsuzluğa yol vermişdir və bu barədə də onlara hər hansı bir məlumat verilməmişdir. Eyni zamanda, o, hərbi qulluqçu olmaqla, vətən yolunda müvafiq xüsusi xidmətləri olmuş, vətənin ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etmiş hərbi qulluqçudur. Göstərilənlərə əsasən Bakı şəhəri Cavabdeh başçısının 224 saylı xx.xx.2020ci il tarixli sərəncamının ləğv edilməsi barədə qərar qəbul edilməlidir. Birinci instansiya məhkəməsinin 18 avqust 2022-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi iş üzrə inzibati məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1951/2023 saylı, 20 fevral 2023-cü il tarixli qərarı ilə (hakim A.Almazova) iddia təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinə uyğun yazılmış və əlavə olaraq onunla əsaslandırılmışdır ki, Cavabdeh Başçısının “Mənzilin xidməti mənzillər siyahısından çıxarılması haqqında” 121 nömrəli, xx.xx.2019-cu il tarixli sərəncamına əsasən, ünvan 2 ünvanında yerləşən mənzilin xidməti mənzillər siyahısından çıxarılması, ünvan 2 ünvanında yerləşən mənzilə dair İddiaçı ilə daimi icarə müqaviləsi bağlanılması, Daşınmaz Əmlakın Dövlət reyestri xidmətinin 1 saylı Bakı Ərazi İdarəsindən ünvan 3 ünvanında gələcəkdə vətəndaş İddiaçı adına dövlət qeydiyyatına alınması xahiş edilməsi qərara alınmışdır. Həmin sərəncamda göstərilmişdir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin müvafiq qərarı ilə "Bakı-52" hərbi şəhərciyində yerləşən, təyinatı dəyişdirilərək xüsusi təyinatlı yaşayış binası kimi istifadə edilən binaya Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin xx.xx.2019-cu ıl tarixli, **********11 nömrəli məktubuna əsasən “ünvan 4 ünvan nömrələri təyin olunmuşdur. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Bakı qarnizonu üzrə mənzil komissiyasının xx.xx.2019-cu il tarixli, 18 nömrəli Protokolu ilə yaşayış sahəsi almaq üçün təminata qoyulmuş, mənzilsiz, kirayədə yaşayan və yaşayış sahələrinin yaxşılaşdırılmasına ehtiyacı olan hərbi qulluqçuların siyahısının təsdiq edilməsi həmin hərbi qulluqçulara yaşayış sahələrinin verilməsi və əvvəlki kirayə müqavilələrinin ləğv edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hüquq İdarəsinin xx.xx.2019-cu il tarixli, 11/1877 nömrəli məktubuna əsasən Müdafiə Nazirliyinin mənzil fonduna aid olan “ünvan 5 ünvanında yerləşən 20 mənzilin gələcəkdə özəlləşdirilməsinin həyata keçirilməsi məqsədi ilə xüsusi təyinatlı (xidməti) mənzil fondundan çıxarılması qanunazidd hesab edilməmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirinin 26 04.2019-cu ıl tarixli, 161 saylı əmrinə əsasən qeyd olunan ünvanda yerləşən mənzillər yaşayış binasının sosial təyinatlı yaşayış fondu kimi istifadə olunması üçün həmin binanın Abşeron rayon Mənzil-İstismar hissəsinin 6 nömrəli Mənzil-istismar sahəsinə təhvil verilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsinin xx.xx.2019-cu il tarixli, 1786 saylı məktubuna əsasən İddiaçı ünvan 6 ünvanında yerləşən yaşayış sahəsinin gələcəkdə özəlləşdırilməsının həyata keçirilməsi məqsədi ilə xüsusi təyinatlı mənzil fondundan çıxarılması və daimi icarə müqaviləsi bağlanmasına icazənin verilməsi xahiş olunmuşdur. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən İddiaçı adına daimi istifadə hüququna əsasən qeydiyyatdan keçmiş Bakı şəhəri, Yasamal rayonu, S.Dağlı küçəsi, ev 14, 3 saylı (ü/s 104.8 kv.m) mənzilə dair onun daimi istifadə hüququ qeydə alınmışdır. Mənzil MN Mİİ məxsusdur. Cavabdeh Başçısının 224 nömrəli, xx.xx.2020-ci il tarixli sərəncamına əsasən, Cavabdeh Başçısının 121, 122, 123, 124, 125, 126, 127, 128, 129, 130, 131, 132, 133, 134, 135, 136, 137, 138, 139, 140 nömrəli, xx.xx.2019-cu il tarixli Sərəncamlarının ləğv olunması, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi idarəsindən Bakı şəhəri,Yasamal rayonu, Seyfəddin Dağlı küçəsi, ev 14, mənzil 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19, 20 ünvanında yerləşən yaşayış sahələrinə dair vətəndaşların adına verilmiş istifadə hüququna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların ləğv edilməsi və bu mənzillərin xüsusi təyinatlı yaşayış sahələri siyahısına daxil edilməsinin xahiş edilməsi, sərəncamın surətinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil-istismar İdarəsinə və İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə göndərilməsi qərara alınmışdır. Sözügedən sərəncamda göstərilmişdir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil-istismar idarəsinin xx.xx.2020-ci il tarixli, 3055 saylı məktubuna əsasən Bakı şəhəri, Yasamal rayonu, Seyfəddin Dağlı küçəsi, ev 14, mənzil 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19, 20 ünvanında yerləşən yaşayış sahələrinə dair Cavabdeh Başçısının 121, 122, 123, 124, 125, 126, 127, 128, 129, 130, 131, 132, 133, 134, 135, 136, 137, 138, 139, 140 nömrəli, xx.xx.2019-cu il tarixli sərəncamlarının ləğv edilməsi, eyni zamanda onların əsasında verilmiş reyestrdən çıxarışların ləğv edilməsi və bu mənzillərin xüsusi təyinatlı yaşayış sahələri siyahısına daxil edilməsi məqsədilə Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət etməyi xahiş olunmuşdur. “İnzibati icraat haqqında” Qanunun tələbləri nəzərə alınmamış, iddiaçıya qanuni əsaslarla daimi istifadəsinə verilmiş mənzilin Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Mənzil Fonduna qaytarılması məqsədi ilə iddiaçının adına verilmiş əlverişli inzibati aktının ləğv edilməsi ilə bağlı icraat barədə, eləcə də dinlənilmə hüququnu təmin edilmədən, icraat bilavasitə iddiaçının iştirakı olmadan aparılaraq barəsində əlverişsiz inzibati akt qəbul edilmişdir. Faktiki olaraq cavabdeh digər səlahiyyətli orqanları tərəfindən verilmiş razılıq məktubları əsasında qəbul etdiyi inzibati aktı ilə iddiaçının daimi istifadəsinə verilmiş mənzilin sonradan, iddiaçının razılığı və məlumatı olmadan, xüsusi təyinatlı (xidməti) yaşayış sahələri siyahısına daxil edilməklə “İnzibati icraat haqqında” Qanununun və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin və Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin tələblərini pozmuşdur. Nəzərə alınmalıdır ki, iddiaçının daimi istifadəsinə verilmiş mənzil üzrə hüquqları Daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmışdır, yəni iddiaçının qanuni istifadəsində olan mənzilin hal-hazırkı statusu – dövlət mənzil fonduna aid olan yaşayış sahəsidir. Belə olan halda mənzilin xüsusi təyinatlı mənzil fonduna daxil edilməsi iddiaçının əmlak hüquqlarına müdaxilə kimi qiymətləndirilir. Bundan başqa, qanunvericiliyə əsasən yaşayış sahəsinin xüsusi təyinatlı yaşayış sahəsi qismində istifadəsinə yalnız həmin sahə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qayda və tələblərə riayət etməklə xüsusi təyinatlı mənzil fonduna aid edildikdən sonra yol verilir. Yaşayış sahəsinin xüsusi təyinatlı yaşayış sahələrinin növlərindən birinə aid edilməklə xüsusi təyinatlı mənzil fonduna daxil edilməsi və ondan çıxarılması dövlət və ya bələdiyyə mənzil fondunun idarəetməsini həyata keçirən orqanın qərarı əsasında həyata keçirilir. Beləliklə, məhkəmənin gəldiyi nəticəyə görə iddiaçı üçün əlverişli qanuni inzibati akt olan xx.xx.2019-cu il tarixli, 135 nömrəli sərəncamın ləğvi barədə Cavabdeh 224 nömrəli xx.xx.2020-ci il tarixli sərəncamın qəbul edilməsi qanunauyğun olmamışdır. Cavabdeh Başçısının “Mənzilin xidməti mənzillər siyahısından çıxarılması haqqında” 121 nömrəli, xx.xx.2019-cu il tarixli sərəncamına əsasən, ünvan 8 ünvanında yerləşən mənzil xidməti mənzillər siyahısından çıxarılması, ünvan 2 ünvanında yerləşən mənzilə dair İddiaçı ilə daimi icarə müqaviləsinin bağlanılması, Daşınmaz Əmlakın Dövlət reyestri xidmətinin 1 saylı Bakı Ərazi İdarəsindən ünvan 2 ünvanında gələcəkdə vətəndaş İddiaçı adına dövlət qeydiyyatına alınması xahiş edilməsi qərara alınmışdır. Həmin sərəncamda göstərilmişdir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin müvafiq qərarı ilə "Bakı-52" hərbi şəhərciyində yerləşən, təyinatı dəyişdirilərək xüsusi təyinatlı yaşayış binası kimi istifadə edilən binaya Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin xx.xx.2019-cu il tarixli, **********11 nömrəli məktubuna əsasən “ünvan 9 ünvan nömrələri təyin olunmuşdur. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Bakı qarnizonu üzrə mənzil komissiyasının xx.xx.2019-cu il tarixli, 18 nömrəli Protokolu ilə yaşayış sahəsi almaq üçün təminata qoyulmuş, mənzılsız, kirayədə yaşayan və yaşayış sahələrinin yaxşılaşdırılmasına ehtiyacı olan hərbi qulluqçuların siyahısının təsdiq edilməsi həmin hərbi qulluqçulara yaşayış sahələrinin verilməsi və əvvəlki kirayə müqavilələrinin ləğv edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hüquq İdarəsinin xx.xx.2019-cu il tarixli, 11/1877 nömrəli məktubuna əsasən Müdafiə Nazirliyinin mənzil fonduna aid olan “ünvan 5 ünvanında yerləşən 20 mənzilin gələcəkdə özəlləşdirilməsinin həyata keçirilməsi məqsədi ilə xüsusi təyinatlı (xidməti) mənzil fondundan çıxarılması qanunazidd hesab edilməmişdir. Cavabdeh Başçısının qeyd edilən xx.xx.2019-cu il tarixli 121 nömrəli Sərəncamın qəbul edilməsi zamanı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə aparılmış razılaşma, balanssaxlayıcı kimi Müdafiə Nazirliyinin qərarı olmamışdır. Odur ki, həmin sərəncamın qəbul edilməsi üçün hüquqi bir əsas olmamaqla yanaşı qanuni məqsəd daşımamış, yəni ictimai mənafenin təmin edilməsinə yönəlməmişdir. Məhkəmə icraatında tərəflərin iştirakı: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçı və cavabdehin, o cümlədən üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbi barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçıya münasibətdə qəbul olunmuş Cavabdeh Başçısının xx.xx.2019-cu il tarixli 121 nömrəli Sərəncamı qanunsuz əlverişli inzibati aktdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 25 iyun tarixli, 118 nömrəli qərarı ilə təsdiq edilmiş “Yaşayış sahəsinin xüsusi təyinatlı mənzil fonduna aid edilməsi” Qaydalarının 1.8-ci bəndinə əsasən, yaşayış sahəsinin xüsusi təyinatlı yaşayış sahələrinin növlərindən birinə aid edilməklə, xüsusi təyinatlı mənzil fonduna daxil edilməsi və ondan çıxarılması dövlət mənzil fonduna münasibətdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə razılaşdırılmaqla, sərəncamında və istifadəsində (balansında) yaşayış sahəsi olan mərkəzi icra hakimiyyəti orqanı, dövlət təşkilatı və müvafiq ərazi üzrə yerli icra hakimiyyəti orqanının qərarı, bələdiyyə mənzil fonduna münasibətdə isə müvafiq ərazi üzrə bələdiyyənin qərarı əsasında həyata keçirilir. Cavabdeh Başçısının qeyd edilən xx.xx.2019-cu il tarixli 121 nömrəli Sərəncamın qəbul edilməsi zamanı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə aparılmış razılaşma, balanssaxlayıcı kimi Müdafiə Nazirliyinin qərarı olmamışdır. Odur ki, həmin sərəncamın qəbul edilməsi üçün hüquqi bir əsas olmamaqla yanaşı qanuni məqsəd daşımamış, yəni ictimai mənafenin təmin edilməsinə yönəlməmişdir. İddiaçı həmin sərəncam qəbul edilən zaman hərbçi olmuşdur və odur ki, müvafiq proseduru bilməli olduğu və ya kobud ehtiyyatsızlıqla bilmədiyi üçün “İnzibati icraat haqqında” Qanunun 67.6.3-cü maddəsinə əsasən etimadın qorunması hüququna istinad edə bilməz. Belə ki, Bakı şəhəri Cavabdeh başçısının 121 saylı 17 may 2019-cu il tarixli sərəncamına əsasən: 1. ünvan 2 ünvanında yerləşən mənzilin xidməti mənzillər siyahısından çıxarılmışdır; 2. ünvan 2 ünvanında yerləşən mənzilə dair İddiaçı ilə daimi icarə müqaviləsi bağlanılmışdır; 3. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsindən ünvan 2 ünvanında yerləşən mənzili istifadə hüququ ilə İddiaçı adına dövlət qeydiyyatına alınmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən (qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2019-cu il) çıxarışa əsasən ünvan 2 İddiaçı istifadəsindədir. Bakı şəhəri Cavabdeh başçısının 224 saylı 04 sentyabr 2020-ci il tarixli sərəncamına əsasən: 1. Bakı şəhəri Cavabdeh başçısının 121, 122, 123, 124, 125, 126, 127, 128, 129, 130, 131, 152, 133, 134, 135, 136, 137, 138, 139, 140 saylı, 17 05 2019-cu il tarixli sərəncamları ləğv olunmuşdur; 2. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsindən Bakı şəhəri, Yasamal rayonu, Seyfəddin Dağlı küçəsi, ev 14, mənzil 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19, 20 ünvanında yerləşən yaşayış sahələrinə dair vətəndaşların adına verilmiş istifadə hüququna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların ləğv edilməsi və bu mənzillərin xüsusi təyinatlı yaşayış sahələri siyahısına daxil edilməsi xahiş edilmişdir. Bakı şəhəri Cavabdeh tərəfindən məhkəmənin sorğusuna cavab olaraq təqdim olunmuş sənədlərdən görünür ki, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Yaşayış sahəsi üzrə hərbi qulluqçunun (mülki işçinin) YS seriyalı 046765 saylı attestata əsasən İddiaçı BABRM hərbi hissə komandirinin N saylı 18 mart 1992-ci il tarixli əmrinə əsasən yaşayış sahəsi almaq üçün 18 mart 1992-ci il tarixdən təminata qoyulmuşdur. Bakı şəhəri Cavabdeh tərəfindən məhkəmənin sorğusuna cavab olaraq təqdim olunmuş sənədlərdən görünür ki, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Mənzil- İstismar İdarəsi tərəfindən İddiaçı təqdim olunmuş 4305 saylı 24 oktyabr 2018-ci il tarixli arayışa əsasən o, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində qulluq etdiyi müddət ərzində Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən yaşayış sahəsi ilə təmin olunmamışdır. Bakı şəhəri Cavabdeh tərəfindən məhkəmənin sorğusuna cavab olaraq təqdim olunmuş sənədlərdən görünür ki, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi H.Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin mənzil komissiyasının 01 saylı 23 oktyabr 2018-ci il tarixli protokoluna əsasən mənzilsiz hərbi qulluqçuların (mülki işçilərin) siyahısına baxıldı, yaşayış sahəsinin alınması üçün təqdim olunan sənədlər öyrənildi, komissiyaya dəvət olunan ərizəçi dinlənildi, fikir mübadiləsi aparılaraq komissiya general-mayor İddiaçı, ailə tərkibi - 6 (altı) nəfər, mənzilin verilməsi qərara alındı. General-mayor İddiaçı ailəsi ilə halhazırda ünvan 10 ünvanında yaşayır. Ailə tərkibi özü, həyat yoldaşı, iki qızı və iki oğlundan ibarətdir. Bakı şəhəri Cavabdeh tərəfindən məhkəmənin sorğusuna cavab olaraq təqdim olunmuş sənədlərdən görünür ki, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi H.Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi tərəfindən İddiaçı təqdim olunmuş 1604 saylı 24 oktyabr 2018-ci il tarixli arayışa əsasən o, həqiqətən xx.xx.1982-xx.xx.1986-cı il tarixlərdə Bakı Ali Ümumqoşun Komandanlıq Məktəbində kursant qismində, xx.xx.1986-xx.xx.1992ci il tarixlərdə SSRİ Silahlı Qüvvələrində, xx.xx.1992-xx.xx.1993-cü il tarixlərdə Azərbaycan Respublikası Dövlət Sərhədinin Mühafizəsi Komitəsində, xx.xx.1993xx.xx.2002-ci il tarixlərdə Milli Təhlükəsizlik Nazirliyinin Sərhəd Qoşunlarında, 30 08.2002- 20 04 2003-cü il tarixlərdə Milli Təhlükəsizlik Nazirliyinin Akademiyasında, 20 04 2003xx.xx.2009-cu il tarixlərdə Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında, xx.xx.2013-cü il tarixdən bu günə qədər Azərbaycan Ordusunda zabit qismində xidmət edir. Bakı şəhəri Cavabdeh tərəfindən məhkəmənin sorğusuna cavab olaraq təqdim olunmuş sənədlərdən görünür ki, Bakı şəhəri Suraxanı rayonu 63 saylı Mənzil Kommunal İstismart Sahəsi tərəfindən təqdim olunmuş 576 saylı 24 oktyabr 2018-ci il tarixli arayışa əsasən İddiaçı həqiqətən Bakı şəhəri, Qaraçuxur qəsəbəsi, məhəllə 4048, ev 2, mənzil 46-da qeydiyyatdadır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq qeyd edir ki, iddia mahiyyəti üzrə əsassızdır. Məhkəmə kollegiyası iddianın mahiyyəti ilə bağlı aşağıdakı qanunvericilik normalarını diqqətə çəkir: “İnzibati icraat haqqında” Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.8-ci maddəsinə əsasən başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vuran qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. Odur ki, Cavabdeh Başçısının qeyd edilən xx.xx.2019-cu il tarixli 121 nömrəli Sərəncamı qanunsuz inzibati akt olduğundan Bakı şəhəri Cavabdeh Başçısının xx.xx.2020-ci il tarixli 224 nömrəli Sərəncamı ilə ləğv edilmişdir. Bununla belə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı həmin mənzildə yaşayır, həmin mənzildən çıxarılmamışdır. Odur ki, həmin sərəncamın ləğvi nəticəsində onun mənzil hüququ pozulmamışdır. Bu səbəbdən də mübahisələndirilən inzibati aktın qəbulu əsasında iddiaçının qanunla qorunan hüquqları pozulmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Yekunda, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsi barədə gəldiyi nəticə düzgündür, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62, 81, 75 və 85-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1951/2023 saylı, 20 fevral 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(103)-2347/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2347/2023
12.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver