Məhkəmə qərarları › İş №2-1(103)-2347/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2347/2024

04.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2347/2024 04.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinə (indiki İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri X10 və Uçotun Təşkili Baş İdarəsinə) qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X7 Cəmilovanın sədrliyi və məruzəsi ilə, X3 və X5 ibarət tərkibdə, Alıcanlı-Yusifli Sevinc Mahir qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X11 üzrə Baş İdarəsinə (indiki İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri X10 və Uçotun Təşkili Baş İdarəsinə) qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-422/2024 saylı 13 fevral 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 04 dekabr 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X11 üzrə Baş İdarəsi (indiki İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri X10 və Uçotun Təşkili Baş İdarəsi) tərəfindən qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli, **********4095 nömrəli qərarından görünür ki, İddiaçı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən Azərbaycan Respublikası Vergi Məcəlləsinə əsasən elektron qaimə faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaiməfakturasının tərtib edilmədən verilməsi əsası ilə Vergi Məcəlləsinin 58.13-cü maddəsinə görə 280303.94 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir. Bundan sonra İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X11 üzrə Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X11 Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında'’ 12 avqust 2022-ci il tarixli, **********74095 saylı qərarının ləğv edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı fiziki şəxs olmaqla, vergi ödəyicisi kimi qeydiyyatdadır və xırda sahibkarlıqla məşğul olur. Fəaliyyət göstərdiyi müddətdə, fərdi sahibkar kimi üzərinə götürdüyü bütün öhdəlikləri vaxtı-vaxtında icra etmiş, vergiləri vaxtıvaxtında ödəməklə nümunəvi sahibkar olmuşdur. X11 üzrə Baş İdarə tərəfindən iddiaçının fəaliyyət göstərdiyi ünvan 3 ünvanında keçirilmiş X10nin nəticələri haqqında xx.xx.2022-ci il tarixli, 003667 nömrəli akta əsasən “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında **********4095 nömrəli qərar qəbul edilərək Azərbaycan Respublikası VM-nin 58.13-cü maddəsi ilə iddiaçıya 280303,94 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmiş və maliyyə sanksiyası tətbiq edilmişdir. Vergi orqanı hesab etmişdir ki, elektron qaimə ilə 2678217,60 manat məbləğində mal alıb 10 faiz ticarət əlavəsi tətbiq edərək 2803039,36 manat hissədə topdan satışını həyata keçirmişdir. Halbuki, onun fəaliyyəti xırda sahibkarlıqdan ibarət olmuş, topdansatışı heç vaxt həyata keçirməmişdir. İddia ərizəsinə əlavə etdiyi bank çıxarışları da xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il dövrədək olan ticarət dövriyyəsini tam təsdiq edir. xx.xx.2022 tarixlə Vergilərin hesablanması barədə **********173500 saylı Qərarla bəyannamə dövrü 4cü rüb 2021 üçün Qərarın hazırlandığı tarixə vergi və sığorta haqqları üzrə öhdəlik 280 385.72 manat vergi məbləğinin müəyyən edildiyi əksini tapmışdır. Şəxsi hesab vərəqəsində isə yəni X10 əsasında tətbiq olunan sanksiya kimi əks olunmuşdur. X10 tədbirləri çərçivəsində vergi ödəyicisinə fəaliyyət göstərdiyi bütün dövlər ərzində (AVİS avtomatlaşdırılmış vergi informasiya sistemi) elektron kargüzarlıq sistemi üzərindən ümumilikdə 2678217.60 manatlıq elektron qaimə daxil olduğu əsas götürülərək topdan satış üzrə 10 faiz ticarət əlavəsi tətbiq etməklə 2 803 039.36 manat satış dövriyyəsi müəyyən edilərək 58.13-cü maddəsinə əsasən 10 faiz miqdarında maliyyə sanksiyası tətbiq olunmuşdur. Vergi orqanı tərəfindən maliyyə sanksiyası tətbiq edilərkən VM-nin 3.2ci maddəsinin tələbi nəzərə alınmamışdır (Vergilər iqtisadi cəhətdən əsaslandırılmalıdır.) Vergi orqanı tərəfindən yalnız və yalnız sahibkarın elektron kargüzarlıq ünvanına (kabinetinə) daxil olan elektron qaimələrin kəmiyyət göstəriciləri əsas götürülmüşdür. Belə ki, siqaretlərin topdan satışı ilə məşğul olan tütün məhsullarının istehsalçıları (inhisarçıları) və topdan satışını həyata keçirən hüquqi şəxslər bir qayda olaraq siqaret almaq üçün yalnız qarşı tərəfi “PAŞA BANK" ASC-də müvafiq hesablar (hesablaşma-hesabı və kart hesabı) üzərindən əməliyyatlar aparmaqla hesablaşmaları təmin edirlər. Tütün məmulatları və onların alqı-satqısı təbii monopoliyadadır və yalnız fabrikin (firmaların) müəyyən etdiyi qaydalar əsasında həyata keçirilə bilər. Burada digər əsas tələblərdən biri isə alıcı sahibkarların aldıqları tütün məhsullarının dəyərini yalnız əvvəlcədən və tam şəkildə ödənildikdən bir neçə gün sonra əldə edə bilmələridir. Yəni sahibkar (pərakəndə satış subyekti) siqaret almaq üçün fabrikin və ya firmanın müəyyən etdiyi dəyəri (Elektron qaimə əsasında) ödəniş sənədi əlavə edilməklə əvvəlcədən ödəməli, malı isə sonradan almalıdır. Bu prosedur bir qayda olaraq tətbiq olunur. Belə əməliyyatlarda kreditor borc qalıqlarına yol verilmir. Məsələ ondadır ki, sahibkarın belə əməliyyatlarla bağlı ümumi fəaliyyət göstərdiyi (2020-2022) dövr ərzində elektron kabenetinə 2678217.60 manat dəyərində elektron qaimə daxil olsa da, rəsmi bank çıxarışında bu əməliyyatlar üzrə mədaxil 1.259.412,76 manat, məxaric isə 1.303.311,20 manat dövriyyə məbləği olduğu təsdiqini tapır. Yəni cəmisi 1303311.20 manat dəyərində mal aldığı əksini tapır. EQ ödəniş sənədi deyil, bu yalnız öhdəlik sənədidir. Ödəniş sənədi faktiki ödənişin həyata keçirilməsi barədə bank əməliyyatının (ödəniş tapşırığı) əməliyyat nömrəsi qeyd olunmuş rəsmi təsdiqlənmiş sənəddir. Beləliklə, vergi orqanı əməkdaşı tərəfindən sahibkarın dövriyyə məbləği düzgün müəyyən edilməmiş, yalnız daxil olan EQ-in dəyəri əsas götürülərək maliyyə sanksiyası tətbiq olunmuşdur. Digər uyğunsuzluq: Vergi orqanı tərəfindən tətbiq olunan maliyyə sanksiyasının həyata keçirilməsi proseduru müvafıq hüquq normasının davranış xarakterinin xüsusiyyətlərinə görə düzgün müəyyən olunmamasıdır. Belə ki, vergi orqanı əməkdaşı tərəfindən təxmin edilən fakt guya ki, 3 il ərzində belə iri həcmli ticarət dövriyyəsi yalnız topdan satış qaydasında ola bilməsidir. VM-nin 58.13-cü maddəsin əsasən, bu Məcəlləyə əsasən elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə, topdan satış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfat daxili yerdəyişmə qaimə-fakturasının tərtib edilmədən verilməsinə görə - malları təqdim edən şəxsə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə təqdim edilmiş malların satış qiymətinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. Heç bir fakt siqaret köşkünün topdan satış fəaliyyəti ilə məşğul olmasına əsas vermir. Bunun üçün hər hansı nəzarət tədbiri nəticəsində faktlar aşkarlanmamış topdan satışın həyata keçirildiyi barədə xəbərdarlıq, mənbəyi bəlli olan məlumat və heç bir əlavə uyğun tədbirlər görülməmişdir. Sahibkarın həmin tütün məhsullarını pərakəndə qeyri-sahibkarlara satmaq hüququ məhdud deyil. İddiaçı hesab etmişdir ki, tərəfindən həmin malları topdan satışına dair EQ və ya hər hansı öhdəliklər yaradan, faktlar olmadan yalnız təxminlər üzərindən qərar qəbul edilmişdir. Yəni tətbiq olunan müddəa fərdi sahibkarın fəaliyyətində qanun pozuntusu hallarının xüsusiyyətlərinə uyğun deyil. Yuxarıdakılardan göründüyü kimi vergi orqanı tərəfindən qərar qəbul edilərkən iqtisadi hadisələr düzgün araşdırılmamış, VM-nin 3.1-ci, 24-cü maddələrinin tələblərini gözləməmişdir. Qərar üzrə göstəricilərlə İddiaçı Bank kart hesabındakı dövriyyə ilə də uyğunsuzluq təşkil etmişdir. Ümumiyyətlə 3 il müddətində 1 303 311.20 manat dəyərində mal (siqaret) almış sahibkar yalnız topdan satış obyekti kimi qiymətləndirilə bilməz. Topdan satış təsərrüfat subyektlərinin analoji dövr üçün satış dövriyyələri yüz milyonlarla manat həcmində yalnız EQ təqdim etməklə həyata keçirilə bilər. Digər məsələ isə ondan ibarətdir ki, tütün məhsulları topdan satış təsərrüfat subyekti (fabrik və ya firma) başqa şəxslərə təqdim etdiyi məhsullara görə də EQ-i İddiaçı adına göndərmiş və satışı onun adı ilə rəsmiləşdirmişdir. Yəni topdan satış təsərrüfat subyektləri tərəfindən İddiaçı göndərilən EQ üzrə malları hamısı heç də İddiaçı Təqdim edilməmişdir. Bütün yuxarıdakılardan aydın olur ki, həm topdan satış subyekti, həm də vergi orqanı tərəfindən hüquqları pozulmuş fərdi sahibkar İddiaçı tətbiq olunmuş maliyyə sanksiyası barədə qərar ləğv olunmalıdır. Cavabdehin etirazları: İş üzrə cavabdeh inzibati orqan iddiaya dair yazılı etiraz verərək bildirmişdir ki, araşdırma zamanı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X11 üzrə Baş İdarəsinin xx.xx.2022-ci il tarixli **********1539 nömrəli “X10nin həyata keçirilməsi haqqında” Qərarına əsasən kiçik vergi xidməti müşaviri X8 və kiçik vergi xidməti müşaviri X9 tərəfindən xx.xx.2022-ci il tarixdə fiziki şəxs İddiaçı (VÖEN:**********) sahibkarlıq fəaliyyətini həyata keçirdiyi ünvan 4 ünvanında yerləşən mağazasında keçirilmiş X10 tədbiri zamanı elektron qaimə əsasında aldığı 2678217,60 manat məbləğində malların elektron qaimə təqdim etmədən 10 faiz ticarət əlavəsi tətbiq edilməklə 2803038,30 manat məbləğində olan hissəsini topdan satdığı müəyyən edilmişdir. Bu barədə xx.xx.2022-ci il tarixli DVX seriyalı 003667 nömrəli "Vergi ödəyicisinə məxsus pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması və ona məxsus malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələsi üzrə keçirilmiş X10nin nəticəsi haqqında" aktın tərtib edildiyi və aktın vergi ödəyicisı tərəfindən imzalandığı və bir nüsxəsini qəbul edildiyi müəyyən edilmişdir. Tərtib edilmiş akt əsasında Baş İdarə tərəfindən xx.xx.2022-ci il tarixli **********4095 nömrəli "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" Qərar qəbul olunaraq vergi ödəyicisinə 280303,94 (iki yüz səksən min üç yüz üç, 94 qəpik) manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Qeyd olunan qərar və “Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibat cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə" Tələbnamə vergi ödəyicilərinin vergi uçotu haqqında sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvana və elektron qutusuna göndərilmiş və araşdırma zamanı elektron qutuda xx.xx.2021-ci il tarixli, **********838100 nömrəli məktubun vergi ödəyicisi tərəfindən xx.xx.2022-ci il tarixdə saat 11:05-da oxunduğu müəyyən edilmişdir. İddiaçı ərizəsində qeyd etmişdir ki, ümumi fəaliyyət göstərdiyi dövr ərzində (2020-2022) elektron kabinetinə 2678217,60 manat dəyərində elektron-qaimə faktura daxil olsa da, rəsmi Bank çıxarışında bu əməliyyatlar üzrə mədaxil 1259412,76 manat, məxaric isə 1303311,20 manat dövriyyə məbləği təsdiqini tapır. Yəni cəmi 1303311,20 manat dəyərində mal aldığı əksini tapır. Məsələ ondadır ki, elektron-qaimə faktura ödəniş sənədi deyildir. Bu yalnız öhdəlik sənədidir, ödəniş sənədi faktiki ödənişin həyata keçirilməsi barədə bank əməliyyatının (ödəniş tapşırığı) əməliyyat nömrəsi qeyd olunmuş rəsmi təsdiqlənmiş sənəddir. İddiaçının ərizəsində qeyd etdiklərinin əksinə bildirilir ki, İddiaçı xx.xx.2022-ci il tarixli etirafedici izahatında ünvan 4 ünvanında sahibkarlıq fəaliyyəti ilə məşğul olduğunu, obyektin vergi orqanında qeydiyyatda olmaması səbəbinin mülkiyyət sənədinin olmaması ilə bağlı olduğunu, qısa müddətdə obyektin qeydiyyata alınması üçün müraciət edəcəyini, həmin obyektdə tütün, su və sərinləşdirlci içkilərin satışını həyata keçirdiyini, qeyd olunan malları "xxxx" QSC, “Sarvan" QSC, "xxxx" QSC, "X16 LTD" MMC, “Azerbaijan CocaCola Bottiers" MMC, “Şah-96" MMC-dən elektron-qaimə faktura əsasında aldığını bildirmişdir. Eyni zamanda qeyd etmişdir ki, 2021-ci ildə elektron-qaimə faktura əsasında 1.335.238 manat (bir milyon üç yüz otuz beş mln iki yüz otuz səkkiz), 2022-ci ildə 1.384.981 manat (bir milyon üç yüz səksən dörd min doqquz yüz səksən bir) dəyərində mal almışdır, iki il ərzində 2.678.217,60 manat (iki milyon altı yüz yetmiş səkkiz min iki yüz on yeddi manat altmış qəpik) dəyərində olan malları 10 faiz ticarət əlavəsi tətbiq etməklə satdığını, qeyd olunan məbləğin 130000 manatını (yüz otuz min) vətəndaşlara satdığını qeyd etmişdir. Yoxlama ilə aşkar edilmiş sənədsiz malların onun tərəfindən tanımadığı müxtəlif şəxslərdən nağd qaydada aldığını qeyd etmişdir. Əlavə olaraq bildirilir ki, Vergi Məcəlləsinin 71-1-ci maddəsinə əsasən malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-faktura mallar göndərilən (verilən) vaxt verilir. Yəni, ödənişin olub-olmamasından asılı olmayaraq, elektron qaimə-faktura mallar göndərilən vaxt təqdim olunur. Beləliklə, X10 tədbiri zamanı İddiaçı xx.xx.2022-ci il tarixli izahatına əsasən 2021-2022-ci il ərzində elektron qaimə-faktura əsasında aldığı 2678217,60 manat dəyərində malın 130000,0 manat dəyərində olan hissəsini 10% ticarət əlavəsi tətbiq edilməklə pərakəndə qaydada satdığını, qalan hissəsini isə 10% ticarət əlavəsi tətbiq edilməklə 2803039,36 manat dəyərində topdan satdığı aşkar olunmuş, 42001,30 manat dəyərində malın obyektdə olduğu müəyyən edilmişdir. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, X10 tədbiri hər hansı pozuntu olmadan Azərbaycan Respublikasının Vergi Məcəlləsinin tələblərinə uyğun formada keçirilmişdir. Qeyd olunanları nəzərə alaraq iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-422/2024 saylı 13 fevral 2024-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilərək, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X11 Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında'’ 12 avqust 2022-ci il tarixli **********74095 saylı qərarının ləğv edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X11 Baş İdarəsi tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddiaya dair etirazın məzmununa uyğun əsaslandırılmaqla əlavə olaraq bildirilmişdir ki, birinci instansiya məhkəməsinin qərarında cavabdehin 2021- 2022-ci illər ərzində 2803039,36 manat dəyərində malın iddiaçı tərəfindən topdan satıldığı təsdiqedici sənədlərlə sübuta yetirilə bilmədiyi və cavabdeh iddiaçı tərəfindən malların pərakəndə satışı zamanı malların alıcılarının vergi ödəyiciləri olduğunu hesab edirsə, bununla bağlı sübutları məhkəməyə təqdim etməli olduğunu qeyd etmişdir. Qeyd olunanlarla əlaqədar bildiririk ki, iddiaçı xx.xx.2022-ci il tarixli etirafedici izahatında ünvan 4 ünvanında sahibkarlıq fəaliyyəti ilə məşğul olduğunu, obyektin vergi orqanında qeydiyyatda olmaması səbəbinin mülkiyyət sənədinin olmaması ilə bağlı olduğunu, qısa müddətdə obyektin qeydiyyata alınması üçün müraciət edəcəyini, həmin obyektdə tütün, su və sərinləşdirici içkilərin satışını həyata keçirdiyini, qeyd olunan malları "xxxx" QSC, "xxxx" QSC, "Sadaf Trade” QSC, "X16 LTD" MMC, “Azerbaijan Coca-Cola Bottlers" MMC, "xxxx" MMC-dən elektron-qaimə faktura əsasında aldığını bildirmişdir. Eyni zamanda qeyd etmişdir ki, 2021-ci ildə elektron-qaimə faktura əsasında ******* manat (bir milyon üç yüz otuz beş min iki yüz otuz səkkiz), 2022-ci ildə ******* manat (bir milyon üç yüz səksən dörd min doqquz yüz səksən bir) dəyərində mal almışdır. İki il ərzində 2678217,60 manat (iki milyon altı yüz yetmiş səkkiz min iki yüz on yeddi manat altmış qəpik) dəyərində olan malları 10 faiz ticarət əlavəsi tətbiq etməklə satdığını, qeyd olunan məbləğin 130000 manatını (yüz otuz min) vətəndaşlara satdığını qeyd etmişdir. Nəzarət tədbiri ilə aşkar edilmiş sənədsiz malların onun tərəfindən tanımadığı müxtəlif şəxslərdən nağd qaydada aldığını bildirmişdir. İddiaçının izahatından da görünür ki, yalnız 130000 manat dəyərində mallar vətəndaşa təqdim edilmişdir. Yəni, qalan mallar topdansatış qaydasında təqdim edilmişdir. Əlavə olaraq bildiririk ki, iddiaçının ünvan 4 ünvanında yerləşən təsərrüfat obyektində qeydiyyatda olan nəzarət kassa aparatı olmamışdır. Hansı ki, Vergi Məcəlləsinin 16.1.8-ci maddəsinə əsasən pərakəndə ticarət fəaliyyəti ilə məşğul olan vergi ödəyicisinin pul hesablaşmalarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən meyarlara cavab verən və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) elektron informasiya sisteminə real vaxt rejimində qoşulmuş nəzarət-kassa aparatı vasitəsi ilə həyata keçirmək vəzifəsi kimi müəyyən edilmişdir. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, X10 tədbiri hər hansı pozuntu olmadan Azərbaycan Respublikasının Vergi Məcəlləsinin tələblərinə uyğun formada keçirilmişdir. Apellyasiya şikayətinə etirazın dəlilləri: Apellyasiya şikayətinə etiraz onunla əsaslandırılmışdır ki, vergi orqanının həmin illəri (2021-2022-ci illər) başqa növ yoxlama tədbiri üzrə yoxlamaq imkanı olmuşdur. İşin faktiki halları ilə müəyyən olunur ki, iddiaçıya məxsus ticarət köşkündə keçirilən X10 tədbiri ilə alınmış mallar ümumilikdə 2678217,60 manat məbləğində elektron qaimə-faktura verilmədən təqdim edilmiş kimi qiymətləndirilərək 280303,94 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Cavabdeh 2021-2022-ci illər ərzində 2803039,36 manat dəyərində malın iddiaçı tərəfindən topdan satdığı təsdiqedici sənədlərlə sübuta yetirə bilməmişdir. Qeyd olunan məbləğin hansı qaydada formalaşması isə iş materiallarında olan sənədlərlə sübuta yetirilmir. Lakin cavabdeh öz mövqeyini belə əsaslandırmışdır ki, iddiaçı topdansatış fəaliyyəti ilə məşğul olduğu üçün VM-in 16.1.3-cü maddəsinə əsasən malların Vergi Məcəlləsi ilə müəyyən edilmiş sənədlər əsasında həyata keçirməlidir. Bu səbəbdən də iddiaçının həmin hissədə apardığı ticarətin vergi ödəyicisinin elektron qaiməfaktura təqdim etmədən malların topdansatış qaydasında təqdim edilməsi kimi qiymətləndirilmişdir. Bir halda ki, cavabdeh iddiaçının topdansatış fəaliyyəti həyata keçirdiyini iddia edirsə, bununla bağlı konkret təsdiqedici sənədlərə istinad etməlidir. Yəni, cavabdeh iddiaçı tərəfindən malların pərakəndə satışı zamanı malların alıcılarının vergi ödəyiciləri olduğunu hesab edirsə bununla bağlı sübutları məhkəməyə təqdim etməli idi. Çünki qanunvericilikdə hansı həcmdə və məbləğdə aparılan satış əməliyyatlarının topdansatış, hansının isə pərakəndə satış hesab olunması həddi müəyyən edilmədiyi üçün məhkəmə yalnız qeyd olunan halı təsdiq edən sənədlər əsasında fəaliyyətin xarakterini müəyyən edə bilər. Nəzərə alınmalıdır ki, pərakəndə ticarət qaydasında malların satışını həyata keçirərkən iddiaçı həmin fəaliyyət üzrə malların satışı zamanı elektron qaimə-faktura təqdim etmək vəzifəsi daşımamış və hər hansı alıcının sahibkar olaraq elektron qaimə-faktura tələb etməsi işdə olan sənədlərlə təsdiq olunmamışdır. Cavabdeh etirazının əsası kimi, iddiaçının malların alıcıya satışının son istehlak məqsədi ilə həyata keçirilmədiyini, malların alıcıya satışının onun sahibkarlıq fəaliyyəti məqsədləri üçün həyata keçirildiyini bildirsə də, etirazının əsasını sübut edən dəlilləri, o cümlədən malları satış məqsədilə alan vergi ödəyiciləri tərəfindən iddiaçıdan elektron qaimə-faktura tələb edildiyi halda, iddiaçı tərəfindən onlara elektron qaimə faktura təqdim edilməməsi barədə vergi orqanına hər hansı şikayət və müraciətlərin daxil olmasına dair məlumatı məhkəməyə təqdim edə bilməmişdir. Halbuki, cavabdeh inzibati orqan kimi inzibati icraat apararkən “İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsinin müddəalarını nəzərə almalı idi. Həmin normaya əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur, maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz, işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Cavabdehin istinad etdiyi yeganə dəlil iddiaçının yoxlama zamanı vergi orqanına verdiyi izahatdan ibarətdir. Lakin qeyd olunan izahatda iddiaçı 130 min manat dəyərində malı vətəndaşlara satdığını qeyd etsə də, malın qalan hissəsinin hansı qaydada, yəni topdan, yaxud pərakəndə qaydada satıldığı dəqiqləşdirilməmişdir. Başqa sözlə, vergi orqanı malın 130.000 manat dəyərində hissəsinin pərakəndə qaydada satılmasını müəyyən edərək, bununla işini bitmiş hesab etmiş, qalan hissəsinin topdan satıldığı qənaətinə gəlmişdir. Bundan başqa, məhkəmə iclaslarında verdiyi izahatlarda iddiaçı heç vaxt topdansatış həyata keçirmədiyini bildirmiş, vergi orqanı tərəfindən də əksini sübut edən hər hansı dəlil təqdim olunmamışdır. Belə olan halda, vergi orqanı mübahisələndirilən qərarın qəbul edilməsini şərtləndirən faktiki halların mövcudluğunu sübut edə bilməmiş, daha çox ehtimallar əsasında iddiaçı üçün əlverişsiz nəticələr yaradan inzibati akt qəbul etmişdir. Məhkəmə düzgün olaraq qeyd etmişdir ki, iddiaçının vergi orqanına verdiyi izahat etiraf kimi qəbul edilsə belə, bu hal məsələni cavabdeh vergi orqanının xeyrinə dəyişmir. Tərəflərin izahatları: Cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin olunmasını və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, apellyasiya şikayətininin təmin edilməməsi və Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-422/2024 saylı 13 fevral 2024-cü il tarixli qərarının dəyişdirmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Hazırki iddia növünə görə “mübahisələndirmə haqqında” iddialara aiddir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Mübahisələndirmə haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti iddia müddətinə riayət edilməsidir. İş materiallarından görünür ki, iddiaçı cavabdeh inzibati orqanın 12 avqust 2022 ci il tarixli tarixli qərarının ləğv olunması tələbi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Odur ki, iddia mümkündür. İşin mahiyyətinə gəldikdə isə hazırki işdən müəyyən olunur ki, “X10nin keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması barədə” xx.xx.2022-ci il tarixli **********1542 nömrəli tələbnamə ilə cavabdeh inzibati orqan tərəfindən İddiaçı oğlundan vergi nəzarətinin həyata keçirilməsi üçün bütün zəruri məlumatların və sənədlərin təqdim edilməsi tələb edilmişdir. “X10nin həyata keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli, **********1539 nömrəli qərardan görünür ki, ünvan 5 ünvanda yerləşən İddiaçı oğluna (VÖEN: **********) məxsus mağazada malların Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektlərindən (obyektindən) nəqliyyat vasitəsinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturaların tərtib edilməsinə nəzarət edilməsi üzrə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək (xx.xx.2022 tarixi daxil olmaqla) X10 keçirilməsi nəzərdə tutulmuşdur. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən” xx.xx.2022-ci il tarixli, KY221760627 nömrəli çıxarışdan görünür ki, Dövlət Vergi Xidməti tərəfindən İddiaçı oğlunun cari fəaliyyətinin X10 qaydasında plandankənar (növbədənkənar) qaydada yoxlanılması müvafiq reyestrdə qeydiyyata alınmışdır. “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” 02 avqust 2022-ci il tarixli, **********1544 nömrəli Qərardan görünür ki, İddiaçı “Nəzarət kitabçası”, Vergi Məcəlləsinin 58.8-ci maddəsində göstərilən sənədlər, elektron qaimə-fakturalar, təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturaları, Vergi Məcəlləsinin 71-1.1- ci maddəsinin tələbləri nəzərə alınmaqla vergi ödəyicisinin sahibliyində olan mallara dair elektron qaiməfakturalar, əvvəlcədən sifariş edilmədən təqdim edilən mallar üzrə malların təhvil-qəbul aktları, idxal gömrük bəyannaməsi və bu bəyannamə ilə bağlı hesab-fakturalar (invoyslar), malların alış aktları və ya Vergi Məcəlləsinin 71-2-ci maddəsində göstərilən elektron alış aktları, elektron qaimə-faktura təqdim edilənədək komissiyaya, emala və saxlamaya (məsuliyyətli mühafizəyə) götürülmüş mallara görə təhvil-qəbul aktları, qaytarılmış mallara dair malların qaytarılması aktı, malların alışını və ya mədaxilini təsdiq edən Vergi Məcəlləsinin 71-1.5.10-cu maddəsində nəzərdə tutulan növdə elektron qaimə-fakturalar, elektron qaimə-fakturalar, elektron daşıyıcıyıcı vasitələrindəki bütün zəruri sənədlər, X10nin həyata keçirilməsi üçün bütün zəruri məlumatlar və sənədlərin götürülməsi qərara alınmışdır. Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, yuxarıda göstərilən qərara əsasən fərdi sahibkar İddiaçı OVN tədbiri üçün zəruri olan sənədlərin təqdim edilməsi təklif edilmiş və kağız daşıyıcı götürülmüşdür. DVX seriyalı 003667 nömrəli, 03 avqust 2022-ci il tarixli “Vergi ödəyicisinə məxsus pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması və ona məxsus malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaimə-faktura əsasında alınmasına və ya mədaxilinə, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaiməfakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələsi üzrə keçirilmiş X10nin nəticəsi haqqında akt”dan görünür ki, fərdi sahibkar İddiaçı oğluna (VÖEN: **********) məxsus ünvan 5 ünvanda yerləşən qəzet köşkündə fərdi sahibkar İddiaçı iştirakı ilə keçirilmiş vergi ödəyicisinə məxsus malların Vergi Məcəlləsi ilə müəyyən edilmiş sənədlər əsasında alınması halı araşdırılarkən İddiaçı təqdim etdiyi izahata əsasən 2021 və 2022-ci il ərzində elektron qaimə əsasında aldığı 2678217,60 manat dəyərində malın 130000,0 manat dəyərində olan hissəsinin 10% ticarət əlavəsi tətbiq etməklə pərakəndə qaydada satdığını, qalan hissəsini isə 10% ticarət əlavəsi tətbiq etməklə 2803039,36 dəyərində topdan satdığı aşkar olunması, 42001,30 manat dəyərində malın obyektdə olmasının müəyyən edilməsi əsası ilə İddiaçı VM-in 58.13-cü maddəsinə əsasən 280303,94 manat məbləğində maliyyə sanksiyasının tətbiq edilməsi təklif olunmuşdur. Malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaimə faktura əsasında alınmasına va elektron qaimə faktura və ya təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturası tərtib edilmədən təqdim edilməsinə nəzarət məsələsi üzrə keçirilən X10 zamanı malların DVX seriyalı 001539 nömrəli, xx.xx.2022-ci il tarixli Siyahısından görünür ki, ünvan 5 ünvanda yerləşən qəzet köşkündə 817,8 manat məbləğində elektron qaimə-faktura idxal gömrük bəyənnaməsi əsasında alınmayan, 42819,1 manat məbləğində alış üzrə, 47163,48 manat məbləğində satış üzrə mövcud olan mallarin siyahısı tərtib edilmişdir. xx.xx.2022-ci il tarixdə Bakı şəhəri X11 Üzrə Baş İdarəsinə verdiyi yazılı izahatda İddiaçı bildirmişdir ki, ünvan 5 ünvanda yerləşən sahəsi 3,5 kv.metr olan ticarət köşkünü icarəyə götürmüş və sahibkarlıq fəliyyəti ilə məşğul olur. Obyektin vergi orqanında qeydiyyatının olmamasının səbəbi mülkiyyət sənədinin olmamasıdır. Qısa müddət ərzində obyektin uçotu olması üçün vergi orqanına müraciət edəcək. Həmin obyekt tütün məmulatlarının, su və sərinləşdirici içkilərin satışını həyata keçirir. Qeyd olunan malları Vektor QSC, Sarvan QSC, Sədəf trade QSC, "X16 LTD" MMC, “Azerbaijan Coca-Cola Bottiers" MMC, “Şah-96" MMC-dən elektron qaimə əsasında köçürmə yolu ilə alır. 2021-ci ildə elektron-qaimə faktura əsasında ******* manat (bir milyon üç yüz otuz beş mln iki yüz otuz səkkiz) 2022-ci ildə ******* manat (bir milyon üç yüz səksən dörd min doqquz yüz səksən bir) ƏDV daxil dəyərində mal almışdır. xx.xx.2022-ci il tarixdə keçirilən yoxlama zamanı köşkdə qalıq kimi qalan, 42819,20 manat, 817,80 manat dəyərində sənədsiz alınmış mallar təşkil etmişdir. Ümumilikdə iki il ərzində 2678217,60 manat dəyərində olan malları 10 faiz ticarət əlavəsi tətbiq etməklə satmışdır. Yuxarıda qeyd olunan məbləğin təqribən 130000 manatı (yüz otuz min) vətəndaşlara satılmışdır. Yoxlama ilə aşkar edilmiş sənədsiz mallar onun tərəfindən tanımadığı müxtəlif şəxslərdən nağd qaydada alınmışdır. Fəaliyyət göstərdiyi ünvandan başqa ona məxsus köşk, mağaza, anbar və hər hansı ünvanda məhsul saxlamada olan mal mövcud deyil. Bundan sonra cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X11 üzrə Baş İdarəsi (indiki İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri X10 və Uçotun Təşkili Baş İdarəsi) iddiaçıya münasibətdə “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli, **********4095 nömrəli qərarını qəbul etmiş və İddiaçı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən Azərbaycan Respublikası Vergi Məcəlləsinə əsasən elektron qaimə faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilmədən verilməsi əsası ilə Vergi Məcəlləsinin 58.13-cü maddəsinə görə 280303.94 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir. Hazırda iddiaçı həmin qərarı mübahisələndirir. Mübahisələndirmə haqqında iddialarla bağlı mübahisələr üzrə məhkəmə qərarı, öhdəliyin icrası və məcburetmə haqqında iddialardan fərqli olaraq, mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır. Bu məqsədlə, inzibati aktın qanuniliyi iki mərhələdə yoxlanılır: 1) formalhüquqi baxımdan; 2) maddi-hüquqi baxımdan. İnzibati akt qanunda əksini tapan şərtlərə uyğun gəlmirsə, qanuna zidd sayılır. İnzibati aktın qanuni hesab edilməsi üçün aşağıdakı şərtlərin mövcudluğu zəruridir: 1. inzibati aktın səlahiyyətli orqan tərəfindən qəbul edilməsi və bu zaman icraat və forma ilə bağlı bütün müddəalara riayət olunması (formal-hüquqi baxımdan qanunilik); 2. inzibati aktın qüvvədə olan hüquqa uyğun olması. İnzibati orqanın əsaslandığı səlahiyyətverici normanın dispozisiya şərtləri konkret halda mövcud olmalı və inzibati aktın nəticəsi həmin normada nəzərdə tutulmuş nəticə ilə üst-üstə düşməlidir (maddi-hüquqi baxımdan qanunilik). Əvvəla qeyd olunur ki, mübahisəli inzibati aktın qanuniliyi həm formal-hüquqi baxımdan, həm də maddi-hüquqi baxımdan yoxlanılarkən Kollegiya aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, X10ni keçirmək vergi orqanlarının hüququdur. Həmin Məcəllənin 42.1-ci maddəsinə əsasən səyyar vergi yoxlamasını keçirən vergi orqanının vəzifəli şəxsi bu Məcəllənin 38.1-ci maddəsinə uyğun olaraq vergi ödəyicisinə göndərdiyi bildirişlə birlikdə yoxlama üçün zəruri olan sənədləri, habelə elektron faylları vergi ödəyicisindən bu Məcəllə ilə müəyyən edilmiş qaydada tələb edə bilər. X10 tədbirlərinin keçirilməsi zamanı sənədlərin və ya elektron faylların verilməsi barədə tələb yönəldilən şəxs həmin sənədləri və ya elektron faylları 1 iş günü ərzində təqdim etməlidir. Həmin Məcəllənin 50.1-ci maddəsinə əsasən X10 sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti ücün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunmasını (50.1.3); Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi (50.1.7) hallarının aşkar edilməsini əhatə edən vergi nəzarəti formasıdır. Həmin Məcəllənin 50.2-ci maddəsinə əsasən X10nin həyata kecirilməsi ücün əsaslar aşağıdakılardır: 50.2.1. vergi orqanı tərəfindən kecirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktlar; 50.2.2. vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar; 50.2.3. vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə vergi orqanlarının tələblərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə; 50.2.4. vergi orqanlarının bu Məcəllənin 50.1-ci maddədə göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsası olduqda; 50.2.5. vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda. Həmin Məcəllənin 50.3-cü maddəsinə əsasən X10 vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. Həmin qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə X10 ilə əhatə olunmalı olan məsələ (məsələlər), X10nin müddəti və X10ni həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir. Həmin Məcəllənin 50.4-cü maddəsinə əsasən X10 vergi ödəyicisinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. X10ni həyata keçirən vergi orqanının vəzifəli şəxsi nəzarətə başladıqdan sonra bu Məcəllənin 50.3-cü maddəsində nəzərdə tutulmuş vergi orqanının qərarını vergi ödəyicisinə dərhal təqdim etməlidir. Azərbaycan Respublikasının Vergilər nazirinin xx.xx.2020-ci il tarixli **********044300 nömrəli əmri ilə təsdiq edilmiş “Dövlət vergi orqanları tərəfindən X10 tədbirlərinin həyata keçirilməsi Qaydaları”nın 1.4-cü bəndinə görə X10 Vergi Məcəlləsinin 50.2-ci maddəsində və bu Qaydaların 1.6.1-ci və 1.6.2-ci yarımbəndlərinə əsasən nəzərdə tutulmuş əsaslardan biri olduqda, Vergi Məcəlləsinin 50.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının Vergilər Nazirliyinin təsdiq etdiyi formada vergi orqanının əsaslandırılmış qərarına və Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnaməyə müvafiq olaraq vahid məlumat reyestrindən çıxarışa (bu Qaydaların 3-cü hissəsi ilə müəyyən edilmiş X10 istisna olmaqla) əsasən həyata keçirilir. Qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə X10 ilə əhatə olunmalı olan məsələ (məsələlər), X10nin müddəti və X10ni həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir. Həmin Qaydaların 1.6-cı bəndinə görə X10 tədbirlərinin həyata keçirilməsi üçün Vergi Məcəlləsinin 50.2-ci maddəsində göstərilən əsaslarla yanaşı, aşağıdakı risk meyarlarından biri olmalıdır: 1.6.1. Vergilər Nazirliyi tərəfindən müəyyən edilmiş risk meyarları; 1.6.2. Vergilər Nazirliyinin müvafiq strukturları tərəfindən müəyyən edilmiş və Vergilər Nazirliyi tərəfindən təsdiq edilmiş risk meyarları. 1.7. Vergilər Nazirliyinin Vergi auditi baş idarəsi tərəfindən X10 tədbirlərinin həyata keçirilməsi bu Qaydaların 1.6.1-ci və 1.6.2-ci yarımbəndlərində göstərlən risk meyarları ilə yanaşı öz təşəbbüsü ilə də risk meyarlarına əsasən aparıla bilər. 1.8. Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən X10 tədbirlərinin həyata keçirilməsi bu Qaydaların 1.6.1-ci və 1.6.2-ci yarımbəndlərində göstərilən risk meyarları ilə yanaşı aşağıdakılarla da əsaslandırıla bilər: 1.8.1. Baş idarənin öz təşəbbüsü ilə əməliyyat-müşahidə qaydasında əldə etdiyi və Vergilər Nazirliyi tərəfindən risk meyarları kimi təsdiq olunmuş məlumatlar; 1.8.2. vətəndaşlardan, hüquq-mühafizə orqanlarından, habelə digər dövlət və özəl qurumlardan daxil olan və əməliyyat-müşahidə qaydasında yoxlanıldıqdan sonra Vergilər Nazirliyi tərəfindən risk meyarları kimi təsdiq olunmuş rəsmi müraciətlər. Həmin Qaydaların 1.10-cu bəndinə əsasən X10 tədbirləri vergi ödəyicisinə və ya onun səlahiyyətli nümayəndəsinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. X10 tədbirini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) nəzarətə başladıqdan sonra vergi orqanının qərarını, yoxlamanın qeydiyyata alınmasına dair sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışı (bu Qaydaların 3-cü hissəsi ilə müəyyən edilmiş X10 istisna olmaqla) və öz xidməti vəsiqəsini (vəsiqələrini) vergi ödəyicisinə və ya onun səlahiyyətli nümayəndəsinə dərhal təqdim edir. Həmin Qaydaların 2.1-ci bəndinə görə X10nin nəticələrinin rəsmiləşdirilməsi və X10nin materiallarına baxılması Vergi Məcəlləsinin 39-cu və 49-cu maddələri ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Həmin Qaydaların 2.2-ci bəndinə görə X10nin və bu Qaydaların 1.13-cü bəndində nəzərdə tutulmuş tədbirlərin nəticələri bütün hallarda vergi orqanının vəzifəli şəxsləri tərəfindən Azərbaycan Respublikasının Vergilər Nazirliyinin təsdiq etdiyi və bu Qaydalara əlavə edilmiş müvafiq akt, protokol və digər zəruri sənəd formaları ilə rəsmiləşdirilir. Həmin Qaydaların 2.4-cü bəndinə əsasən X10nin nəticəsi barədə vergi ödəyicisinin və ya onun səlahiyyətli nümayəndəsinin və ya qanun pozuntusuna yol vermiş şəxsin iştirakı ilə Azərbaycan Respublikasının Vergilər Nazirliyinin təsdiq etdiyi formada akt, protokol və digər sənədlər tərtib edilir. Həmin aktda, protokolda və digər sənədlərdə vergi qanunvericiliyinin pozulması halları göstərilir, vergi ödəyicisi tərəfindən tələbləri pozulmuş qanunvericilik aktlarının konkret maddələrinə istinad etməklə pozuntunun xarakteri açıqlanır, qanun pozuntusuna yol vermiş şəxsə vergi qanunvericiliyinin tələblərinə əməl edilməsinin tövsiyə olunması barədə qeyd aparılır, yaxud vergi qanunvericiliyinin pozulması hallarının olmaması göstərilir. 13.2. X10 zamanı ilkin olaraq əvvəlki təqvim ayı ərzində pul vəsaitlərinin uçota alındığı hesablar (kassa, hesablaşma hesabı) üzrə mədaxil və məxaric əməliyyatları araşdırılır. 13.4. Alışı sənədlərlə təsdiq edilməyən mallar üzrə nağdsız ödəniş qeydə alınmadığı halda bu malların nağd qaydada əldə edilməsi qənaətinə gəlinir. 13.5. Vergi ödəyicisi tərəfindən hesablaşmaların yalnız nağdsız qaydada aparılması nəzərdə tutulan əməliyyatlar aparıldığı halda həmin əməliyyatlar üzrə daxil olan pul vəsaitlərinin kassa hesabında uçota alınması yoxlanılır. 13.6. Nağd qaydada hesablaşmasına məhdudiyyət qoyulan həddən artıq məbləğdə nağd ödəmələr aparıldığı halda həmin məlumatlardan qarşılıqlı əlaqəli məlumatlar kimi növbəti nəzarət tədbirləri məqsədləri üçün istifadə edilir. 13.7. X10nin nəticələri bu Qaydalara uyğun olaraq aktla rəsmiləşdirilir. Həmin Qaydaların 14-cü bəndi pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması hallarına və malların Vergi Məcəlləsinin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələsi üzrə X10nin həyata keçirilməsi qaydalarını müəyyən edir. 14.5. Malların və pul vəsaitinin siyahısının tərtib edilməsi prosesi vergi orqanının X10nin həyata keçirilməsi barədə qərarında nəzərdə tutulmuş müddətdə davam edə bilər. Mal qalığının və pul vəsaitinin siyahısının tərtib edilməsi iş günü ərzində başa çatdırılmadığı hallarda maddi qiymətlilərin saxlandığı yerlər (bina, otaq, tikili, anbar və s.) günün axırında vergi orqanının nəzarəti həyata keçirən vəzifəli şəxsi (şəxsləri) tərəfindən möhürlənir və cavabdeh şəxsə təhvil verilir. Həmin yerlərin möhürlənməsinə vergi ödəyicisi tərəfindən şərait yaradılmadıqda bu barədə vergi orqanının vəzifəli şəxsləri tərəfindən akt tərtib edilir. Növbəti iş günü maddi qiymətlilərin siyahısının tərtib edilməsinin davam etdirilməsi məqsədi ilə həmin möhürlər vergi ödəyicisinin iştirakı ilə açılır. Maddi qiymətlilərin saxlandığı yerlərin (bina, otaq, tikili, anbar və s.) möhürlənməsi və həmin möhürlərin açılması vergi ödəyicisinin və ya onun səlahiyyətli nümayəndəsinin iştirakı ilə sərbəst formada tərtib edilən aktla rəsmiləşdirilir. Vergi ödəyicisi həmin aktı imzalamaqdan imtina etdikdə vergi orqanının vəzifəli şəxsi (şəxsləri) tərəfindən bu barədə aktda qeyd aparılır. 14.6. Malların siyahısı tərtib olunan zaman malların alış və satış qiymətləri aşağıdakılardan hər hansı biri ilə müəyyən edilir: 14.6.1. ilkin sənədlərlə; 14.6.2. mənbəyi bəlli olan məlumatlarla; 14.6.3.vergi ödəyicisindən və ya onun səlahiyyətli nümayəndəsindən alınmış yazılı izahatla; 14.6.4. vergi orqanı tərəfindən dəvət edilmiş ekspert və ya mütəxəssis tərəfindən verilmiş rəylə; 14.6.5. topdansatış bazar qiyməti ilə; 14.6.6. qanunla müəyyən edilmiş digər üsulla. 14.7. Siyahının hər bir səhifəsinin aşağı hissəsində əmtəə-material dəyərlilərinin sözlə yazılmaqla sıra nömrələrinin sayı, hansı ölçü vahidi ilə (ədədlə, kiloqramla, metrlə və s. ilə) ifadə olunmasına baxmayaraq həmin səhifədəki maddi qiymətlilərin nominal göstəricilərinin ümumi cəmi göstərilməli, vergi orqanının şəxsi (şəxsləri) və vergi ödəyicisi və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmalıdır. 14.8. Siyahı tərtib edildikdən sonra qalıqda olan malların mədaxilini (alışını) təsdiq edən elektron qaimə-faktura, idxal malları olduğu halda həmin malların idxalı ilə bağlı yük gömrük bəyannaməsinin və fakturanın (invoys), habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının, mallar təqdim edilərkən, elektron qaimə-fakturaların tərtib edilməsi, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi məqsədilə təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsi məsələlərinin mövcudluğu araşdırılır. 14.9. Tələbnamə əsasında vergi ödəyicisi tərəfindən təsdiqedici sənədlər (uçot sənədləri) qanunla müəyyən olunmuş müddət ərzində təqdim edildikdə, malların və pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması hallarının aşkar edilməsi məqsədi ilə vergi orqanının vəzifəli şəxsi (şəxsləri) tərəfindən tərtib olunmuş siyahı ilə vergi ödəyicisinin təqdim etdiyi təsdiqedici sənədlər (uçot sənədləri) üzləşdirilir. Üzləşdirmə nəticəsində malların və pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması halları aşkar edildikdə, tərtib olunmuş siyahıda qeydlər aparılır. Nəzarət tədbiri zamanı ümumiyyətlə mal qalığı aşkar olunmadığı və ya bir qismi aşkar olunduğu təqdirdə və həmin dövr üçün bəyannamə təqdim etmə müddəti çatmadığı halda vergi ödəyicisindən sonuncu təqdim etdiyi bəyannaməsində qalıqda göstərilmiş, lakin faktiki mövcud olmayan mallar barədə izahat alınmalı, malların nağd və ya nağdsız təqdim edilməsi barədə sənədlər tələb olunmalıdır. Malların nəzarət tədbiri başlayana qədər təqdim olunması faktı aşkar edildikdə və bu barədə təsdiqedici sənədlər təqdim edildikdə və ya edilmədikdə nəzarət tədbirini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) xidməti məktubla kameral vergi yoxlamasını həyata keçirən struktur bölməni məlumatlandırmalıdır. Sonuncu isə nəzarət tədbiri həyata keçirilmiş vergi ödəyicisi tərəfindən hesabat təqdim edildikdən sonra qanunvericiliklə müəyyən edilmiş qaydada tədbirləri həyata keçirməlidir. 14.11. Malların alışını və ya istehsalını təsdiq edən sənəd məlumatları ilə malların müəyyən edilən faktiki göstəriciləri arasında fərq olduğu halda kənarlaşmaya səbəb olan malların təqdim edilməsini, o cümlədən malların satışını, hədiyyə verilməsini, zay və ya xarab olmuş malların uçotdan silinməsini təsdiq edən sənədlərlə üzləşdirmə aparılır. 14.13. X10 tədbiri zamanı malın (işin, xidmətin) satışından daxil olmuş pul vəsaitinin uçota alınmaması faktları aşkar edildiyi halda, həmin vəsait uçotdan gizlədilmiş pul vəsaiti kimi qiymətləndirilir və vergi ödəyicisinin uçot sənədlərində (NKA-ya mədaxil edilməklə və ya ciddi hesabat blankında əks etdirilməklə) bərpa edilir. 14.14. X10nin nəticəsi haqqında bu Qaydalara uyğun olaraq akt tərtib edilir. Həmin aktda aktı tərtib edən vergi orqanının vəzifəli şəxsi (şəxsləri), vergi ödəyicisi və ya onun səlahiyyətli nümayəndəsi, vergi ödəyicisinin obyekti haqqında 35 məlumatlar, vergi nəzarəti zamanı aşkar olunan faktiki hallar və vergi qanunvericiliyin pozulması müəyyən edildiyi hallarda tətbiq edilməsi təklif olunan maliyyə sanksiyası barədə məlumatlar əks olunur. Akt vergi orqanının vəzifəli şəxsi (şəxsləri) və vergi ödəyicisi və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən imzalanır. Vergi ödəyicisi və ya onun səlahiyyətli nümayəndəsi aktda öz qeydlərini edə bilər və ya aktı imzalamaqdan imtina edə bilər. Vergi ödəyicisi və ya onun səlahiyyətli nümayəndəsi aktı imzalamaqdan imtina etdikdə, bu barədə həmin aktda qeyd aparılır. 14.15. Uçotdan gizlədilmiş və ya uçota alınmayan malların və pul vəsaitinin qanunvericiliklə müəyyən edilmiş qaydada uçota alınması vergi orqanının nümayəndələri tərəfindən vergi ödəyicisinə və ya onun səlahiyyətli nümayəndəsinə tövsiyə edilir. 14.16. Malların Vergi Məcəlləsinin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaiməfakturasının tərtib edilməsi hallarına görə Vergi Məcəlləsinin 49-cu maddəsində qeyd edilmiş qərarlardan biri qəbul edildikdən sonra həmin vergi ödəyicisinin riskli vergi ödəyiciləri siyahısına daxil edilməsi, aşkar olunmuş pozuntu hallarının vergi ödəyicisində keçiriləcək növbəti X10 tədbirləri zamanı nəzərə alınması, vergi ödəyicisində vergi qanunvericiliyi ilə bağlı məlumatlandırma işinin həyata keçirilməsi, hesabat ili üzrə sadələşdirilmiş və ya gəlir (mənfəət) vergisi üzrə bəyannamə təqdim edilərkən nəzərə alınmasının, həmçinin dövr tamam olmadığından bəyannamə təqdim etməmiş vergi ödəyicilərində nəzarət zamanı müəyyən edilmiş faktiki mal qalığının hərəkətinin cari dövr üzrə bəyannamə təqdim edilərkən araşdırılması məqsədi ilə məlumatlar vergi orqanının X10ni həyata keçirən strukturu tərəfindən audit, bəyannamə və ya xidmət strukturlarına göndərilir. Vergi Məcəlləsinin 50.1.1-50.1.14-cü maddələrində isə X10 ilə əhatə olunan halların və məsələlərin dairəsi təsbit edilmişdir. İstinad olunan həmin normaların məzmununa görə X10 mahiyyət etibari ilə Vergi Məcəlləsinin 50.1.1-50.1.14-cü maddələrində təsbit olunmuş hallara vergi ödəyicisi tərəfindən tədbir anında riayət edilib-edilməməsini yoxlamaq məqsədilə həyata keçirilən nəzarət tədbiridir. Başqa sözlə, X10 zamanı vergi ödəyicisinin cari fəaliyyəti yoxlanılır. Təsadüfi deyildir ki, vergi orqanları tərəfindən qəbul edilən belə qərarların əksəriyyətində də vergi ödəyicisinin cari fəaliyyətinin yoxlanılacağı bildirilir, eləcə də yoxlamanın həyata keçiriləcəyi konkret müddətlər göstərilir. Hazırki işdə də X10nin həyata keçirildiyi müddət xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövrü əhatə etsə də, cavabdeh vergi orqanı faktiki olaraq X10 ilə əhatə olunmayan keçmiş dövr üzrə (2021-2022-ci il tarixlərdə olan) həyata keçirilmiş əməliyyatlara görə maliyyə sanksiyası tətbiq etmişdir. Cavabdehin belə davranışı X10nin mahiyyətinə və xarakterinə uyğun deyil. Nəzərə alınmalıdır ki, vergi qanunvericiliyi vergi orqanına keçmiş dövrün yoxlanılması ilə bağlı digər alternativ imkanlar nəzərdə tutur (növbəti və ya növbədən kənar səyyar vergi yoxlaması, kameral vergi yoxlaması). X10 isə sürətli, çevik şəkildə Vergi Məcəlləsinin 50.1.1-50.1.14-cü maddələrində sadalanan tələblərə cari vəziyyətdə riayət olunmasının müəyyən edilməsi məqsədlərinə xidmət edir. Eyni zamanda, Vergi Məcəlləsində operativ vergi yoxlamasının keçmiş dövr üzrə aparılması imkanını nəzərdə tutan hər hansı norma da nəzərdə tutulmamışdır. Belə ki, VM-nin 50.3-cü maddəsində təsbit edilmişdir ki, X10nin keçirilməsinə dair qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, X10 ilə əhatə olunmalı olan məsələlər, X10nin müddəti və X10ni həyata keçirən vergi orqanının vəzifəli şəxsi göstərilməlidir. Göründüyü kimi, qanunverici X10 zamanı yoxlama müddətlərindən əvvəlki dövrə aid əməliyyatlar üzrə məsuliyyət tədbirlərinin görülməsi imkanını təsbit etməmişdir. Bu halın, vergi orqanının xeyrinə şərh olunması VM-nin 3.11-ci maddəsinin müddəalarına görə də mümkün deyildir. Həmin normaya görə, vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətli və aydın olmayan məqamları vergi ödəyicisinin xeyrinə şərh olunmalıdır. Lakin iş üzrə materiallardan görünür ki, maliyyə sanksiyası yalnız nəzarət tədbiri anında baş tutan deyil, operativ vergi yoxlamasının keçirilməsindən öncə baş tutan əməliyyatlara görə tətbiq edilmişdir. Bu hal isə X10nin mahiyyətinə ziddir. Digər tərəfdən, operativ vergi yoxlamasının cari fəaliyyətin qiymətləndirilməsi ilə məhdudlaşdırılması vergi orqanının hüquqlarını pozmur. Belə ki, vergi orqanı səyyar və kameral yoxlamanı keçirməklə qeyd edilən məsələlərə iddiaçı tərəfindən riayət edilməsini keçmiş dövr üçün yoxlamaq imkanından da məhrum olmur. Azərbaycan Respublikası Prezidentinin 16 iyun 2017-ci il tarixli 1460 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Topdansatış ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası»nın 3.12-ci bəndinə əsasən vergi ödəyicisi topdansatış ticarətlə yanaşı, digər fəaliyyət növləri həyata keçirdikdə, alınmış malları təyinatına uyğun olaraq ayrıca uçota almalıdır. Qanunvericiliklə pərakəndə satış zamanı təqdim edilə bilən mallar hər hansı say həddi və ya həcmi ilə məhdudlaşdırılmamışdır. Bu baxımdan, topdansatış fəaliyyətinin pərakəndə fəaliyyətdən fərqləndirilməsi zamanı yalnız malların say həddinə və ya həcminə istinad olunması qanuna ziddir. Qanunvericilik vergi ödəyicisinə eyni təsərrüfat subyektində malların həm pərakəndə, həm də topdansatış qaydasında təqdim edilməsini qadağan etmir və yalnız malların mədaxilinin və məxaricinin uçotunun ayrılıqda aparılmasını tələb edir. Həmçinin malların pərakəndə ticarət qaydasında satışını həyata keçirən iddiaçı həmin malların satışı zamanı elektron qaimə-faktura təqdim etmək vəzifəsi daşımamış və eyni zamanda hər hansı alıcının (sahibkarın) elektron qaimə-faktura tələb etməsi işdə olan sənədlərlə təsdiq olunmamışdır. Cavabdeh etirazının və şikayətinin əsası kimi iddiaçı tərəfindən malların alıcıya satışının son istehlak məqsədi üçün deyil, sahibkarlıq fəaliyyəti məqsədləri üçün həyata keçirildiyini bildirsə də, həmin halı sübut edəcək dəlilləri, o cümlədən malları satış məqsədilə alan vergi ödəyiciləri, eləcə də onlar tərəfindən iddiaçıdan elektron-qaimə faktura tələb edildiyi halda, iddiaçı tərəfindən onlara elektron qaimə faktura təqdim edilməməsi barədə vergi orqanına daxil olmuş hər hansı şikayət və müraciət barədə məlumatı məhkəməyə təqdim edə bilməmişdir. Başqa sözlə desək, cavabdeh vergi orqanı iddiaçı tərəfindən nəzarət kassa aparatı vasitəsilə pərakəndə ticarət qaydasında satılmış malların əslində topdansatış qaydasında satılmasını iddia etsə də, bu halı məhkəmə araşdırması zamanı sübuta yetirə bilməmişdir. Məhkəmə kollegiyası onu da nəzərə alır ki, iddiaçının pərakəndə satış həyata keçirməsi ilə bağlı hər hansı vergidən yayınma halına da yol vermədiyi müəyyən olunur. Belə olan halda cavabdeh orqan iddiaçının məhz ehtimallar əsasında topdansatın qaydada fəaliyyət göstərdiyini, həm də keçmiş dövr üzrə aparılmış əməliyyatlara görə maliyyə sanksiyasını tətbiq etməkdə haqlı olduğunu sübuta yetirə bilmir. X4 Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Oxşar işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hüquqi mövqeyi də qərarlarında belə sərgilənmişdir (2-1(102)-1700/2022 saylı xx.xx.2022ci il tarixli 2-1(102)-740/2022 saylı xx.xx.2022-ci il tarixli və 2-1(102)-352/2023 saylı xx.xx.2023-cü il tarixli). Beləliklə, iş materialları ilə iddiaçının vergi qanunvericiliyinin normalarını pozması müəyyən olunmur. Ona görə onun barəsində cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X11 Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında'’ 12 avqust 2022-ci il tarixli **********74095 saylı qərar qanuna zidd olmuşdur. Vergi Məcəlləsinin 53.3-cü maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Həmin Məcəllənin 3.8-ci maddəsinin tələblərinə görə heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergiləri ödəmək vəzifəsi qoyula bilməz. “İnzibati icraat haqqında” Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə görə inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 24.3-cü maddəsində isə təsbit edilmişdir ki, inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 15-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Hazırki işdə cavabdeh inzibati orqan 2 avqust 2022-ci il tarixli **********74095 saylı qərarının qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirə bilməmişdir. Buna görə də birinci instansiya məhkəməsi iddiaçının iddiasının təmin olunaraq, cavabdeh inzibati orqanın qəbul etdiyi inzibati aktın ləğv olunması barədə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 70.1-ci maddəsinə görə inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Cavabdehin apellyasiya şikayətinin dəlilləri məhkəmə qərarının ləğv edilib iddiaçının iddiasının rədd edilməsi üçün əsas yaratmır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh orqan tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-422/2024 saylı 13 fevral 2024-cü il tarixli qərarı qanuni və əsaslı olduğu üçün dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-422/2024 saylı 13 fevral 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova X12 Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar