Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2348/2023 16.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və Oruczadə Aytən Pənah qızından ibarət tərkibdə, Məmmədova Leyla Asəf qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı X3 cavabdeh Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin təyin edilməsi” iddiasına dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2311/2023 saylı,xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı X5 cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin təyin edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2017-ci il tarixli qərarı ilə “2.2.9. qabarıq yaddaş zəifliyi, idrakın enməsi, emosional labillik, vestibülyar pozuntular, görmə pozuntuları və ya piramid çatışmazlıq əlamətləri, kəskin nəzərəçarpan vegetativ və hərəki-koordinator funksiyanın pozuntuları ilə müşayiət olunan baş beynin və sinir sisteminin müxtəlif mənşəli xəstəlikləri (G00- G14, G20,G23-G23.9, G25-G26, G35-G37.8, G45-G46.8, G95-G95.9) diaqnozu üzrə ona ilkin ikinci dərəcəli əlillik təyin edilmişdir. “İnsulindən asılı olmayan şəkərli diabet, çoxsaylı ağırlaşmalarla, çoxsaylı ağırlaşmalarla, şəkərli diabet tip İİ (insulin tələbli) çoxsaylı ağırlaşmalarla. Digər rubrikalarda təsnif olunan xəstəliklər zamanı rast gəlinən periferik angiopatiya. Aşağı ətrafın diabetik makro və makro angiopatiyası. Hipermetropiya OU-Hipermetropiya+lOD+0,5D. Digər rubrikalarda təsnif olunan xəstəliklər zamanı müşahidə edilən kardiomiopatiya. Diabetik kardiomiopatiya. Diabetik polinevropatiya (E 10-14 ümumi dördüncü, 4 işarəsi ilə) Diabetik polinevropatiya. Şəkərli diabet zamanı yumaqcıq zədələnmələri (E10-E14) Diabetik nevropatiya” diaqnozu üzrə qeydiyyatda olduğu Bakı şəhəri 34 saylı şəhər poliklinikasının həkim məsləhət kiomissiyası tərəfindən xx.xx.2022-ci il tarixdə 88 saylı forma arayışı tərtib edilmiş və həmin arayış “əlillik müddətinin qurtarması-yenidən baxmaq” məqsədi ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabuilitasiya Agentliyi publik hüquqi şəxsə göndərilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsin İdarə Heyəti sədrinin müavini, sədr vəzifəsini müvəqqəti icra edən şəxs tərəfindən 04 avqust 2022-ci il tarixdə **********5 saylı məktubla müvafiq məzmunda cavab verilmişdir: “Əlillik vəziyyətinə dair Bakı şəhər 34№-li poliklinikası tərəfindən rəsmiləşdirilən 2784003AACYC nömrəli göndərişin qiymətləndirilməsi barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə ünvanladığı müraciətə baxılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq olunmuş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na uyğun olaraq vətəndaşların əlillik vəziyyəti dövlət tibb müəssisələrinin göndərişləri əsasında məmur-vətəndaş ünsiyyəti olmadan,elektron qaydada,tam obyektiv və vətəndaş məmnunluğu prinsipləri əsasında,adsızlaşdırılmış sənədlər üzərindən qiymətləndirilir. Göndərişdə qeyd edilmiş diaqnostik müayinələrin nəticələri əsas hədəf orqanlarda olan ağırlaşmaları təsdiq etmədiyindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 saylı qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq xx.xx.2022-ci il tarixdən diaqnozun əlillik əlaməti təyin edilməməsi barədə qərar qəbul edilmişdir. Bundan irəli gələrək, sağlamlıq vəziyyətində hər hansı bir ağırlaşmalar olduğu halda dövlət tibb müəssisəsi tərəfindən müayinə olunduqdan və göndəriş rəsmiləşdiriləcəyi təqdirdə, əlillik vəziyyəti mövcud qanunvericiliyə uyğun olaraq qiymətləndiriləcəkdir”. O, xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixədək Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Bakı şəhər Baş Səhiyyə İdarəsi M.Ə.Əfəndiyev adına 2№-li şəhər klinik xəstəxanasında, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Bakı şəhər Baş Səhiyyə İdarəsi “5 nömrəli şəhər klinik xəstəxanası” publik hüquqi şəxsdə, xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək M.Ə.Əfəndiyev adına “X11” publik hüquqi şəxsdə stasionar müalicələr almışdır. Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin “Respublika Endokrinoloji Mərkəzi” publik hüquqi şəxsdə onun barəsində xx.xx.2022-ci il tarixdə tərtib edilmiş “Ambulator kitabçadan (xəstəlik kartından) çıxarış”dan görünür ki, o, həqiqətən “şəkərli diabet tip 2. İnsulin tələbli ağır forma. Fəsadlar: Diabetik polineyropatiya (G63.2) Aşağı ətrafların Diabetik mikro və makro angipatiya (İ79.2).OU Başlanğıc katarakta (H25.0).OU qeyriproliferativ diabetik retinopatiya.OD 04 k-ilə;OS 04 k-ilə (H36.0). Diabetik nefropatiya-İİİ stad (N08.3) Yanaşı: Ü.İ.X. Gərginlik stenokardiyası İİ f.s Hipertoniya x-yi İİd.” diaqnozu üzrə xroniki olaraq xəstəliklərdən mütəmadi olaraq ambulator müalicə alır. X8 İdarəetmə Birliyinin “Akademik M.A.Topçubaşov adına X9” publik hüquqi şəxsdə xx.xx.2022-ci il tarixdə tərtib edilmiş “Ambulator kitabçadan (xəstəlik kartından) çıxarış”dan görünür ki, həmin tarixdə onun “Periferik Doppler” müayinəsi zamanı “Hər iki aşağı ətraf arteriyalarının divarları nahamar və kalsifikdir,intima-media qalınlıqları diffuz artıb (1,2-1,5 mm). Baldırların arteriyalarında aterosklerotik plaklar fonunda 70-80% darlıqlar göründü, distal seqmentlərdə aşağı sürətli (10-15 sm/san) bi-və monofozik axıntılar qeyd edildi, pəncələrdə qanın axını aydın izlənmədi (stenookklüziyalar)” şəklində əks olunan nəticə müəyyən edilmişdir. Göründüyü kimi, “İnsulindən asılı olmayan şəkərli diabet, Çoxsaylı ağaırlaşmalarla, Çoxsaylı ağırlaşmalarla, Şəkərli diabet tip İİ (insulin tələbli) çoxsaylı ağırlaşmalarla.Digər rubrikalarda təsnif olunan xəstəliklər zamanı rast gəlinən periferik angiopatiya.Aşağı ətrafın diabetik makro və makro angiopatiyası.Hipermetropiya OU-Hipermetropiya+1 OD+0,5D.Digər rubrikalarda təsnif olunan xəstəliklər zamanı müşahidə edilən kardiomiopatiya. Diabetik kardiomiopatiya.Diabetik polinevropatiya (E 10-14 ümumi dördüncü,4 işarəsi ilə) Diabetik polinevropatiya. Şəkərli diabet zamanı yumaqcıq zədələnmələri (E 1 O-El4) Diabetik nevropatiya” diaqnozu üzrə qeydiyyatda olduğu Bakı şəhəri 34 saylı şəhər poliklinikasının həkim məsləhət komissiyası tərəfindən qanuni və əsaslı olaraq 88 saylı forma arayışın tərtib edilməsinə və həmin arayışın “əlillik müddətinin qurtarması-yenidən baxmaq” məqsədi ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsə göndərilməsinə baxmayaraq, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabuilitasiya Agentliyi publik hüquqi şəxsin Tibbi Sosial Ekspert Komissiyası tərəfindən onun ağır xəstəlikdən əziyyət çəkməyi araşdırılmadan əsassız olaraq “Göndərişdə qeyd edilmiş diaqnostik müayinələrin nəticələri əsas hədəf orqanlarda olan ağırlaşmaları təsdiq etmədiyindən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq xx.xx.2022-ci il tarixdən diaqnozun əlillik əlaməti təyin edilməməsi barədə qərar qəbul edilmişdir” cavabı verilmiş və əlilliyin təyin edilməsindən xx.xx.2022-ci il tarixdə qanunsuz və əsassız olaraq imtina barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsin İdarə Heyəti sədrinin müavini, sədr vəzifəsini müvəqqəti icra edən şəxs tərəfindən 04 avqust 2022-ci il tarixdə ona ünvanlanmış **********5 saylı cavab məktubunda göstərilənlər əsassızdır və onun Azərbaycan Respublikası Konstitusiyasında və digər qanunlarda nəzərdə tutulan sosial təminat hüququnu kobud şəkildə pozur. Ona görə də həmin inzibati akt ləğv edilməlidir. İşin birinci instansiya icraatı zamanı cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək , iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etirazda qeyd edilmişdir ki, iddiaçının əlillik vəziyyətinə Bakı 1 nömrəli şəhər Poliklinikasının xx.xx.2017-ci il tarixli göndərişi əsasında baxılmış və Səbəbi: Ümumi xəstəlik; “X2: Xİİİ Sinif - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M40-M54 - Dorsopatiyalar => M40- M43 - Deformasiyaedən dorsopatiyalar => M42 - Onurğanın osteoxondrozu => M42.1 - Yaşlıl...; Diaqnozun mətni: Boyun fəqərələrinin osteoxondrozu. Boyun şöbəsinin fəqərəarası disklərinin digər tipli yerdəyişməsi, C2-C3;C3-C4;C5-C6-C7 fəqərəarası disklərin protruziyaları davamlı kəskin kökcük ağrıları ilə. Xroniki beyin işemiyası.vertebrobazillyar arterial sistemi sindromu ilə; Meyar: 2.2 İkinci dərəcə əlillik => 2.2.9. qabarıq yaddaş zəifliyi, idrakın enməsi, emosional labillik, vestibülyar pozuntular, görmə pozuntuları və ya piramid çatışmazlıq əlamətləri, kəskin nəzərəçarpan veg...” səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. Bakı 34 nömrəli şəhər Poliklinikasının xx.xx.2022-ci il tarixli göndərişi əsasında baxılmış və “X2: İV Sinif- Endokrin sistemin xəstəlikləri, maddələr => E10-E14 - Şəkərli diabet => E11 - İnsulindən asılı olmayan şəkərli diabet; Diaqnozun mətni: Ağırlaşma İ79.2* Digər rubrikalarda təsnif olunan xəstəliklər zamanı rast gəlinən periferik angiopatiya, Aşağı ətrafın diabetik makro və makro angiopatiyası. Ağırlaşma H52.0 Hipermetropiya, OU-Hipermetropiya + 1 OD +0.5D. Ağırlaşma İ43* Digər rubrikalarda təsnif olunan xəstəliklər zamanı müşahidə edilən kardiomiopatiya, Diabetik kardiomiopatiya. Ağırlaşma G63.2* Diabetik polinevropatiya(E10-14 ümumi dördüncü .4 işarəsi ilə), Diabetik polineyropatiya. Ağırlaşma N08.3* Şəkərli diabet zamanı yumaqcıq zədələnmələri (E10-E14, Diabetik nefropatiya. Əsas diaqnoz E11.7 İnsulindən asılı olmayan şəkərli diabet, Çoxsaylı ağırlaşmalarla, Çoxsaylı ağırlaşmalarla, Şəkərli diabet tip İİ (insulin tələbli) çoxsaylı ağırlaşmalarla; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: -Aparılan diaqnostik müayinələrin nəticəsi hədəf orqanlarda olan ağırlaşmaları təsdiq etmir. Xəstənin əvvəlki 2017-ci il diaqnozu ilə hal-hazırkı diaqnoz uyğunsuzluq yaradır” səbəbi ilə imtina verilmişdir. Göründüyü kimi, iddiaçı X1 göndəriş əsasında imtina verilməsinin səbəbi “diaqnoz əlillik əlaməti təyin etməməsi – səbəb – aparılan diaqnostik müayinələrin nəticəsi hədəf orqanlarda olan ağırlaşmaları təsdfiq edən etmir. Xəstənin əvvəlki 2017-ci il diaqnozu ilə hal-hazırkı diaqnoz uyğunsuzluq yaradır” olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarlan”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal Tibbi-Sosial Ekspert Komissiyasına göndərilir. Tibbi-Sosial Ekspert Komissiyasının sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TibbiSosial Ekspert Komissiyasının sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə iddia tələbi “X4 xx.xx.2022-ci il tarixindən beş il müddətinə İİ dərəcə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulməsı” kimi dəyişdirilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2311/2023 saylı,xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin edilmiş və iddiaçı X4 xx.xx.2022-ci il tarixindən beş il müddətinə İİ dərəcə əlilliyin təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması qərara alınmışdır. Cavabdeh qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddiaya dair yazılı etiraza uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinin etiraz edərək, birinci instansiya məhkəməsi qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onun nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-2311/2023 saylı,xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan: - cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən X3 müraciətinə cavab olaraq **********5 saylı xx.xx.2022-ci il tarixli məktubla bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 saylı 16 yanvar 2020-ci il tarixli qərarı ilə təsdiq olunmuş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na uyğun olaraq, vətəndaşların əlillik vəziyyəti dövlət tibb müəssisələrinin göndərişləri əsasında məmur-vətəndaş ünsiyyəti olmadan, elektron qaydada, tam obyektiv və vətəndaş məmnunluğu prinsipləri əsasında, adsızlaşdırılmış sənədlər üzərindən qiymətləndirilir. Göndərişdə qeyd edilmiş diaqnostik müayinələrin nəticələri əsas hədəf orqanlarda olan ağırlaşmaları təsdiq etmədiyindən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 413 saylı 30 dekabr 2015-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq xx.xx.2022-ci il tarixdən diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Bundan irəli gələrək, sağlamlıq vəziyyətində hər hansı bir ağırlaşmalar olduğu halda, dövlət tibb müəssisəsi tərəfindən müayinə olunduğu və göndərişin rəsmiləşdiriləcəyi təqdirdə, əlillik vəziyyəti mövcud qanunvericiliyə uyğun olaraq qiymətləndiriləcəkdir. - 34 saylı şəhər poliklinikası tərəfindən Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Tibbi Sosial Ekspert Komissiyasına verilmiş X5 haqqında “Forma 88” arayışına əsasən (göndəriş №-si 2784003AACYC) o, xx.xx.2016-cı il tarixdən 34 saylı şəhər poliklinikasında qeydiyyatdadır. Xəstəliyin başlanma tarixi xx.xx.2007-ci il tarixdən müəyyən edilmişdir. A) Əsas diaqnoz – E11.7 – İnsulindən asılı olmayan şəkərli diabet, Çoxsaylı ağırlaşmalarla, Şəkərli diabet tip İİ (insulin tələbli) çoxsaylı ağırlaşmalarla. B) Ağırlaşma – 179.2* Digər rubrikalarda təsnif olunan xəstəliklər zamanı rast gəlinən periferik angiopatiya, Aşağı ətrafın diabetik makro və makro angiopatiyası. H52.0. Hipermetropiya OU-Hipermetropiya + 1 OD +0.5D. 143* Digər rubrikalarda təsnif olunan xəstəliklər zamanı müşahidə edilən kardiomiopatiya Diabetik kardiomiopatiya. G63.2* Diabetik polineyropatiya (Eİ0-14 ümumi dördüncü .4 işarəsi ilə) Diabetik polineyropatiya. N08.3* Şəkərli diabet zamanı yumaqcıq zədələnmələri (E10-E14) Diabetik nefropatiya. - Əlillik altsistemdən çıxarışa əsasən iddiaçıya ilk dəfə əlillik xx.xx.2017-ci il tarixdə təyin edilmişdir, sonuncu dəfə əlillik vəziyyətinə 34 saylı şəhər poliklinikasının xx.xx.2022- ci il tarixli göndərişi əsasında baxılmış və diaqnozun əlillik əlaməti təyin etməməsi əsası (Səbəb: Aparılan diaqnostik müayinələrin nəticəsi hədəf orqanlarda olan ağırlaşmaları təsdiq etmir. Xəstənin əvvəlki 2017-ci il diaqnozu ilə hazırki diaqnoz uyğunsuzluq yaradır.) ilə əlilliyin təyinindən imtina edilmişdir. - Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X6” publik hüquqi şəxsin T 26/2023 saylı ekspert rəyinə əsasən 1964-cü il təvəllüdlü X3 məhkəmə tibbi müayinəsi zamanı Ak. M.A.Topçubaşov adına X7 doppler müayinəsinə göndərilərkən onda “Hər iki aşağı ətraf arteriyalarının doppler müayinəsində arteriyaların divarları nahamar və kalsifıkdir, intima media qalınlıqları qeyri-bərabər artıb (l,2-l,4mm). Hər iki baldır arteriyalarının mənfəzləri divara doğru artmaqla 65-80% daralır, distal seqmentlərdə aşağı sürəti (8-15sm/san) və monofazik axımları qeyd edildi, barmaqlarda qan axımı aydın izlənmədi (atero-skleroz mənşəli stenookkulüziyalar) müəyyən edilmiş və həkim tərəfindən xx.xx.2022-ci il tarixdə ona “İ70.2- Ateroskleroz; Hər iki aşağı ətrafda baldır arteriyalarının stenookkluziya. Aşağı ətrafların İİ-İİİ dərəcə xroniki işemiyası. E11.7- Şəkərli diabet İİ tip.” diaqnozu qoyulmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydasına əsasən: - 1.6. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. - 1.7. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. - 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 2.2-ci bəndinə əsasən, ikinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. İkinci dərəcə əlillik aşağıdakı hallarda təyin edilir: 2.2.12. hər iki aşağı ətraf damarlarının xroniki xəstəlikləri, İİ – İİİ dərəcəli arterial və ya venoz çatışmazlığı ilə - (İ70.2, İ73-İ74, İ74.3, İ80-İ80.3, İ83.0-İ83.9); 4.2. İkinci və üçüncü dərəcə əlillik 5 (beş) il müddətinə müəyyən edilir. İkinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il, üçüncü dərəcə əlillik fasiləsiz olaraq 15 (on beş) il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, hazırkı işin faktiki hallarından müəyyən edilir ki, Forma 88 arayışı və T 26/2023 saylı ekspert rəyinə əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 2.2.1.-ci və 2.4.1-ci maddələrinə əsasən, ikinci dərəcə əlilliyin təyin edilməsinə (tibbi göstəriş olan xəstəliklər (əsas diaqnoz (İnsulindən asılı olmayan şəkərli diabet, Çoxsaylı ağırlaşmalarla, Şəkərli diabet tip İİ (insulin tələbli) çoxsaylı ağırlaşmalarla.), ağırlaşmaları (hər iki aşağı ətraf damarlarının xroniki xəstəlikləri, İİ – İİİ dərəcəli arterial və ya venoz çatışmazlığı ilə - (İ70.2, İ73-İ74, İ74.3, İ80-İ80.3, İ83.0-İ83.9) göstərilmişdir və həmin xəstəliklərlə bağlı uzun müddət ambulator və stasionar müalicədə olması, Forma 88 arayışına və iş üzrə tədqiq edilmiş ekspert rəyinə əsasən həmin xəstəliklərin diaqnozu diaqnostik müayinələrlə təsdiq olunur. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının göndərişdə qeyd edilən əsas diaqnozun (İnsulindən asılı olmayan şəkərli diabet, Çoxsaylı ağırlaşmalarla, Şəkərli diabet tip İİ (insulin tələbli) çoxsaylı ağırlaşmalarla) ağırlaşması (hər iki aşağı ətraf damarlarının xroniki xəstəlikləri, İİ – İİİ dərəcəli arterial və ya venoz çatışmazlığı ilə - (İ70.2, İ73-İ74, İ74.3, İ80-İ80.3, İ83.0- İ83.9) iddiaçıya cavabdeh tərəfindən əlillik dərəcəsinin təyin edilməsindən imtina edilərkən (sonuncu müayinə xx.xx.2022-ci il) də mövcud olmuş, lakin, buna baxmayaraq (müayinəyə dair sənədlər iş materiallarına əlavə edilmişdir), əlilliyin növbəti müddətə təyin olunmasından imtina iddiaçının qanunla qorunan hüquqlarını pozmuşdur. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2311/2023 saylı,xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D I : Cavabdeh Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2311/2023 saylı,xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-2348/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2348/2023
16.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver