Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2349/2021 25.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Həmidov Həmid Üzeyir oğlu və Nağıyeva Elmira Eyvaz qızından ibarət tərkibdə, cavabdehin nümayəndəsi X1 və iddiaçının iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi tələbinə dair» inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4666/2021 saylı, 16.06.2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi və sonradan iddia tələbini dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ona 57 yaşdan, yəni 18.08.2017-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İddianın əsaslarına görə xx.xx.1960-cı il təvəllüdlü iddiaçı 1978-ci il tarixdə əmək fəaliyyətinə başlamış, 26.08.1983-01.07.2008-ci il tarixlərdə “Azərikimya” İB-nin “Sintezkauçuk” zavodunun nəqliyyat sexində qatar tərtibçisi və teplovoz maşinistinin köməkçisi vəzifəsində işləmişdir. Göstərilən peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyası”nın 21.4-cü bölməsinin bəndlərində qeyd edilən peşə siyahısna aiddir. Həmin qərarın dəmiryol nəqliyyat bölməsinin dəmiryol nəqliyyatı, dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər bəndində (21.4) qatar tərtibçisi və teplovoz maşinistinin köməkçisi siyahıda qeyd olunub. Həmçinin iddiaçının iş stajı, “Əmək pensiyaları haqqında” Qanunda qeyd edilən şərtlər onun pensiya təminatı hüququnu yaradır. İddiaçı pensiya təyinatı ilə bağlı cavabdehə müraciət etmiş, lakin sonuncu 27.11.2020-ci il tarixli, **********2 nömrəli məktubu ilə iddiaçıya imtina edərək bildirmişdir ki, onun 26.08.1983-01.07.2008 dövründə «Azərkimya» İB-nin keçmiş «Sintezkauçuk» zavodunun nəqliyyat sexində qatar tərtibçisi və teplovoz maşinistinin köməkçisi kimi işlədiyi sahə Siyahının «Nəqliyyat» bölməsinə aid deyil. Bundan başqa ona münasibətdə 40800 manat pensiya tələb olunduğu halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan sığorta kapitalı 20.594,06 manat təşkil edir. Cavabdeh eyni əsasla iddia ərizəsinə etrazında iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4666/2021 saylı, 16.06.2021-ci il tarixli qərarı ilə iddia qismən təmin edilmiş, İddiaçı 57 yaşdan, yəni hüququnun yarandığı 18.08.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və pensiya təyin edilməsi üçün müraciət etdiyi tarixdən əvvəlki üç il üçün ödənilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti İPM-in 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, «…iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq iddiaçıya münasibətdə 40800,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 22698,98 manat təşkil edir. İddiaçının Mərkəzi Filiala təqdim edilən əmək kitabçasında 26.08.1983-01.07.2008-cı il tarixlərində “Azərkimya” İB-nin keçmiş “Sintezkauçuk” zavodunun nəqliyyat sexində qatar tərtibçisi və teplovoz maşinistinin köməkçisi vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi iddiaçının işlədiyi sahə Siyahıda qeyd olunan sahəyə aid deyil. Bundan əlavə, Azərbaycan Respublikası Ali Məhkəməsinin 03.12.2020-ci il tarixli icmal məktubuna əsasən məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir. Bu halda məhkəmə iddaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görəəmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edilə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədəəldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilməlidir…» Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi N.Rüstəmli apellyasiya şikayətini dəlillərinə uyğun müdafiə edərək təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı cavabdehin apellyasiya şikayəti ilə razılaşmamış, «Sintezkauçuk» zavodunnın nəqliyyat sexində işlədiyi peşələr «Siyahı»ıda nəzərdə tutlduğunu bildirərək, birinci instansiya məhkəməsinin qərarını qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir. ІІ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilməlidir. İddiaçının dəqiqləşdirilmiş iddia tələbindən göründüyü kimi, 57 yaşından güzəştli şərtlələ pensiya təyin edilməsini tələb edir və bunu onunla əsaslandırır ki, əmək pensiyaları haqqında qanunvericiliyə uyğun olaraq zəruri olan ümumi və güzəştli pensiya hüququ verən peşələrdə, o cümlədən, 26.08.1983 - 01.07.2008 dövründə “Azərikimya” İBnin “Sintezkauçuk” zavodunun dəmryol nəqliyyatı sexində qatar tərtibçisi və teplovoz maşinistinin köməkçisi kimi iş stajına malikdir. Lakin aşağdakılara görə iddiaçının istinad etdiyi həmin hallar ona güzəştli şərtlərlə pensiya təyin edilməsinə əsas vermir. Birincisi, qanunvericiliyə əsasən 57 yaşından pensiya təyin edilməsi üçün iddiaçı 01.01.2006-cı il tarixinədək ən azı 25 il ümumi , 12 il 6 ay xüsüsilə zərərli və ağır iş şəraitində iş stajına malik olmalıdır. Belə ki, 01.01.2006-cı il tarixdən qüvvədə olan «Əmək pensiyaları haqqında» Qanunun 9.1-ci maddəsinin hazırda qüvvədə olan redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Əvvəllər (01.01.2006-cı il tarixə qədər) qüvvədə olmuş, «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 01.08.1997-ci il tarixədək qüvvədə olan 13-cü maddəsinin «a» bəndinə əsasən yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir (Qanunun qeyd edilən 13-cü maddəsinə 13.06.1997-ci il 321-İQD saylı Qanunu ilə dəyişiklik edilərək 50 yaş həddi 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmış və 2000-ci ilin avqust ayının 1-dən 52 yaş həddinə çatmışdır). Həmin Qanunun 67-ci maddəsinin 3-cü hissəsinin «c» bəndinə əsasən hərbi xidmət dövrü, «d» bəndinə əsasən ali təhsil müddəti də iş sajına daxil edilir. Həmin Qanunun 69-cu maddəsinin 1-ci hissəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Qanunvericiliyin qeyd olunan tələblərinə müvafiq olaraq iddiaçının işə əlavə olunmuş əmək kitabçasının qeydləri və hərbi biletinin surəti tədqiq olunduqda onun 01.01.2006-cı ilə qədər 25 ildən çox iş stajı müəyyən edilsə də, onun iddia ərizəsində istinad etdiyi, 26.08.1983-01.07.2008-cı illərdə “Azərkimya” İB-nin keçmiş “Sintezkauçuk” zavodunun nəqliyyat sexində işlədiyi qatar tərtibçisi və teplovoz maşinistinin köməkçisi kimi işlədi müddətin 01.01.2006-cı il tarixinədək olan dövrünü güzəştli pensiya hüququ verən sahəyə aid edilməsi istisna olunur. Belə ki, “Azərkimya” İB-nin keçmiş “Sintezkauçuk” zavodunun istehsalat sahəsi olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun 320 saylı qərarı ilə təsdiq edilmiş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin» №-li Siyahısının «Kimya istehsalatı» (X) bölməsinə aid olunur ki, həmin sahəin göstəricilərində iddiaçının çalışdığı həmin peşələr adı mövcud deyil (Siyahının «Ümumi peşələr» bölməsində də həmin peşələrin mövcudluğu müəyyən olunmur) Sözügedən peşələr yalnız həmin «Siyahı»nın «Nəqliyyat» (XXVİİİ) bölməsinin 1.Dəmiryol nəqliyyatı. Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər bəndinin 23001000-16878 şifri (teplovozlarda maşinist köməkçiləri) və 23001000- 18726 şifri (qatar tərtibçilər) altında güzəştli pensiya hüququ verən göstəricilər sırasında təsbit olunmuşdur. Beləliklə də iddiaçının işlədiyi istehsalat sahəsi ilə «Siyahı»da mübahisələndirilən peşələr üzrə güzəştli pensiya hüququnu nəzərdə tutan sahələr tamamilə bir-birindən fərqlidir. Qeyd olunmalıdır ki, “Azərkimya” İB-nin keçmiş “Sintezkauçuk” zavodu nun dəmiryol sexində maşinist köməkçisi və və lokoiativ maşinisti kimi işlədə çalışan «H.H.H» oğlunun oxşar iddia tələbi Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 08.02.2021-ci il tarixli 2-1(103)-551/2021 saylı qərarı ilə təmin edilməmiş və həmin qərar Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)1313/2021 saylı 14.092021-ci il tarixli qərarı ilə dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Ali Məhkəmə sözügedən qərarında qeyd etmişdir ki, «…iddiaçının icra etdiyi «iş, peşə və vəzifə» onun bilavasitə çalışdığı zavoda istehsal prosesinin tərkib hissəsi olmuşdur. Bunun əksini təsdiq edə bilən hər hansı sübut (iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə normativ aktda (Siyahıda) bilavasitə nəzərədə tutulan və güzəştli şərtlərlə yaşa görə əmək pensiyasıhüququ verən istehsalat sahəsi, iş, vəzifə, peşə arasındakı uyğunluğu (eyniliyi) təsdiq edən vəzifə təlimatları və s.) yoxdur. İddiaçının əsaslandığı – işlədiyi müəssisə tərəfindən verilmiş arayışlar və iddiaçının əmək kitabçasında qeyd olunan istehsalat sahəsində və işdə /vəzifədə çalışması faktının özünü təsdiq edir, lakin barəsincə qeyd olunan iş, peşə, vəzifələr və onların icra olunduğu əmək şəraiti arasındakı uyğunluğu (eyniliyi) təsdiq etmir…» Beləliklə də mübahisələndirilən 26.08.1983-01.07.2008 döründə iddiaçının “Azərikimya” İB-nin “Sintezkauçuk” zavodunun nəqliyyat sexində qatar tərtibçisi və teplovoz maşinistinin köməkçisi peşələrin sahə uyğunsuzluğu səbəbindən 2 №-li Siyahının «Nəqliyyat» bölməsində təsbit olunan göstəricilərə aid edilməsi istisna edilir. Belə olan halda isə onun 01.01.2006-cı il tarixinə azı 12 il 6 ay xüsusi stajı mövcud olmadığı halda onun güzəştli şərtlya güzəştli pensiya hüququ yaranmır. Birinci instansiya məhkəməsinin qərarından isə görünür ki, məhkəmə tərəfindən qeyd olunanlar nəzərə alınmamış, iddiaçının işlədiyi müəssisə tərəfindən verilmiş arayışlara və iddiaçının əmək kitabçasında qeyd olunan mübahisəli istehsalat sahəsinə düzgün hüquqi qiymət verilməmiş, maddi hüquq normaları düzgün tətbiq olunmamış, iddianın təmin olunması barədə səhv nəticəyə gəlinmişdir. Qeyd olunanlar onu deməyə əsas verir ki, cavabdehin apellyasiya şikayətinin əmək kitabçasında iddiaçının 26.08.1983-01.07.2008 dövründə “Azərkimya” İB-nin keçmiş “Sintezkauçuk” zavodunun nəqliyyat sexində qatar tərtibçisi və teplovoz maşinistinin köməkçisi kimi işlədyi peşələrin Siyahıda qeyd olunan sahəyə (Nəqliyyat» bölməsinə) aid aid olmadığını mübahisələndirən dəlilləri əsaslıdır. Bu baxımdan məhkəmə kollegiyası cavbdehin şikayətinin iddiasının fərdi hesabında zəruri pensiya kapitalının yığılmadığını mübahisələndirən digər dəlillərinin araşdırılmasını zəruri hesab etmir və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-4666/2021 saylı, 16.06.2021-ci il tarixli qərarı ləğv olunmalı və iddianın rədd olunması barədə yeni qərar çıxarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 14, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA A L D İ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4666/2021 saylı, 16.06.2021-ci il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar çıxarılsın. İddiaçı iddia tələbi təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Həmid Həmidov Elmira Nağıyeva
Məhkəmə qərarları › İş №2-1(103)-2349/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2349/2021
25.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver